Vitamin b kompleks Vitamin b complex 2ml inyeksiya üçün məhlul



Yüklə 272,44 Kb.
Pdf görüntüsü
tarix26.12.2016
ölçüsü272,44 Kb.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat ( xəstələr üçün ) 

Vitamin B Kompleks 

Vitamin B Complex 

 

Vitamin B Complex 2ml inyeksiya üçün məhlul 



Tərkibi  

Təsiredici maddə: 2ml (1 ampul) məhlulun tərkibində: 20mq B1 vitamini, 2mq B2                              

vitamini,  2mq  B6 vitamini, 30mq nikotinamid, 1 mq natrium pantotenat vardır. 



Köməkçi maddəlr: dinatrium EDTA, polisorbat 80, inyeksiya üçün su. 

 

Farmakoterapevtik qrupu 

Vitaminlər. Vitaminəbənzər vasitələr. 



ATC kodu:  A11EA 

 

Farmakoloji xüsusiyyətləri 

Preparatın  farmokoloji  təsiri  tərkibində  olan  vitaminlərin  bioloji  effektləri  ilə 

əlaqədardır. 

Vit  B1  (tiamin-hidroxlorid)  –  karbohidrat,  zülal,  piy  mübadiləsində  zəruri  rol 

oynayır,  həmçinin  sinapslarda  sinirlərin  qıcıqlanma  prosesinlərində  aktiv  iştirak 

edir;  anemik miokardiodistrofiya zamanı miokardiositlərin metobolizmi və onların 

yığılma  funksiyasını    yaxşılaşdırır.  İnsan  orqanizmində  fosforlaşma  prosesləri 

nəticəsində  Vit  B1  çoxsaylı  fermenttativ  reaksiyaların  kofermeni  olan 

kokarbaksilazaya çevrilir. 

Vit  B2  (riboflavi  natrium  fosfat)  –  toxuma  tənəffüsünün  və  görmə  həssaslığının 

katalizatorudur. Riboflavin oksidləşmə-reduksiya proseslərini tənzim edərək zülal. 

Piy  və  karbohidrat  mübadiləsində  iştirak  edir.  DNT-nin  formalaşmasında  əsas  rol 

oynayır,  hemoqlobinin  sintezində  iştirak  edir,  toxumaların  reqenerasiya 

proseslərini  (  həmçinin  dəri  hüceyrələrinin)  və  hüceyrələrdə  trofik  pozğunluqları 

korreksiya edir. 

Vit  B6  (piridoksin  hidroxlorid)  –  maddələr  mübadiləsində  vacib  rol  oynayır, 

mərkəzi  və  periferik  sinir  sisteminin  normalfunksiyasını  təmin  edir.  Fosforlil 

formasında sinir toxumalarında fəaliyyət göstərən əsas fermentlərin kofermentidir. 

Neyromediatorların  (dopamin,  noradrenalin,  adrenalin,  histamin    QAYT) 

sintezində iştirak edir, lipid mübadiləsini normallaşdırır. 

Nikotinamid  hüceyrələrdə  oksidləşmə-reduksiya  proseslərində  iştirak  edən  I 

(NAD) və II (NADF) kodehidroqenazanın vacib komponentidir. Məhlulların neytrl 



reaksiyası  ilə  əlaqədar  olaraq,  nikatinamid  inyeksiya  zamanı  yerli  reaksiya 

törətmir.  Nikotinamid  yüksək  damargenişləndirici  təsir  göstərir  və  onun 

istifadəsində  dəri  örtüklərinin  qızartısı  və  qanın  beyinə  axması  hissi  müşahidə 

edilmir  (nikotin  turşusunun  istifadəsindən  fərqli  olaraq).  Nikotinamid  piylərin, 

proteinlərin,  aminturşuların,  purinlərin  metobolizmində,  həmçinin  toxuma 

tənəffüsündə və qlikoqenolizdə iştirak edir. Pellaqra əleyhinə təsirə malikdir. 

Natrium  pantotenat  hüceyrə  energetik  ,    iltihab  əleyhinə,  membranoprotektor, 

termogenik  təsir  göstərir;  antiaterosklerotik  təsirə  malikdir,  qanın  lipid  tərkibini 

normallaşdırır,  miokardın  metabolizmini  və  qanın  reoloji  xüsusiyyətlərini 

yaxşılaşdırır;  bağırsaq  divarlarını  möhkəmlədir;  böyrəküstü  və  cinsiyyət 

vəzifələrinin  funksiyasını  tənzimləyir;  podaqra  və  göbələk  əleyhinə  təsir  göstərir; 

dəri, dırnaq və saç strukturunu yaxşılaşdırır. 

 

İstifadəsinə göstərişlər 

-

 



B qrup vitaminlərin çatışmazlığı ilə əlaqədar hipo- və avitaminozlar

-

 



Sinir  sisteminin  müxtəlif  genezli  xəstəliklərinin  simptomatik  müalicəsi: 

periferik nevrit və polinevritlər, nevralgiya, periferik parez və iflic, raikulit, 

lümbaqo,  pleksitlər,  qabırğa  arası  nevralgiya,  üçlü  sinirin  nevralgiyası,  üz 

sinirinin  parezi,  yan  amiotrofik  skleroz,  uşaq  serebral  iflici,  periferik 

sinirlərin travması; 

-

 



Ateroskleroz,  ÜİX,  qan  dövranının  xroniki  çatışmazlığı,  hepatit,  şəkərli 

diabet (kombinəolunmuş müalicənin tərkibində); 

-

 

İzoniazid  sırasından  olan  vərəm  əleyhinə  prparatların  və  antibiotiklərin 



istifadəsində; 

-

 



Oynaq xəstəlikləri: artrit, osteoartroz, revmatoid artrit; 

-

 



Oftalmologiyada  (hemeralopiya,  konyuktivit,  keratit, irit,  katarakta,  buynuz 

qişasının xorası). 

 

Əks göstərişlər 

-

 



Preparatın komponentlərinə qarşı hiperhəssaslıq; 

-

 



Xroniki ürək çatışmazlığı (ağır və kəskin formaları). 

 

Xüsusi göstərişlər 

Preparatın tərkibində olan riboflavin sidiyi sarı rəngə boyaya bilər. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Benzinpensillin  və  oksasillin  ilə,  makrolidlərlə,  xloramfenikol  ilə,  Vit  B12 

və Vit C ilə birgə uyuşmazlığına görə bir şprisdə qarışdırmaq olmaz.   

Preparat bəzi adrenoloklatorların və adrenolitiklərin antihipertenziv effektini 

və  barbituratların  hiptonik  təsirini  azalda  bilər.  Xlorpromazin  vit  B12-nin 



sekresiyasını  artırır,  prbenesid  Vit  Vit  B12-nin  tubulyar  ekskresiyasını 

tormozlayaraq  Vit  B2-nin  ekskresiyasını  azaldır.  Vit  B6  levadopanın 

antiparkinsonik  təsirini  zəiflədir.  Vit  B6  ilə  birgə  oral  kontraseptivlərin, 

izoniazidin,  pensillaminin,  sikloserinin  istifadəsində  qanda  vitamin 

konsentrasiyası azalır. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Preparatın istifadəsi yalnız müalicə həkiminin nəzarəti altında keçirilməlidir. 

 

İstifadə qaydası və dozası 

Xəstəliyin  gedişinin  xüsusiyyətlərindən  və  ağırlığındn  asılı  olaraq  preparat 

5-10  gün  ərzində  hər  gün  və  ya  günaşırı  2ml  dozadan  vena  daxilinə  (nadir 

hallarda) və ya əzələ daxilinə yeridilir. 

 

Əlavə təsirləri 

Tək-tək hallarda  hiperhəssaslıq  reaksiyaları  əmələ  gələ bilər  (dəri səpgiləri, 

tənəffüs pozğunluqları, Kvinke ödemi). 

 

Doza həddinin aşılmsı 

Məlumat yoxdur. 

 

Buraxılış forması 

2ml-lik  inyeksiya  üçün  məhlul,  ampullarda.  10  ampul  konturlu-yuvalı 

qablaşdırmalarda içlik vərəqəsi ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlama şəraiti  

25°C-dən  yüksək  olmayan  temperaturda,  quru,  qaranlıq  və  uşaqların  əli 

çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Apteklərdən buraxılma şərti 

Resept əsasında buraxılır. 

 

İstehsalçı 



 “TROGE Medical GmbH”, Almaniya 


Yüklə 272,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə