Uşaqların tərbiyəsində oyunlar bdu-un Tarix fakültəsinin magistrantı Feziyeva Aytən Eyvaz qızı



Yüklə 20,39 Kb.
tarix02.01.2022
ölçüsü20,39 Kb.
#42116
növüQaydalar
aytən məqalə 2


Uşaqların tərbiyəsində oyunlar

BDU-un Tarix fakültəsinin magistrantı

Feziyeva Aytən Eyvaz qızı

Bəşər cəmiyyəti yaranandan bəri insan toplumu həyat mücadiləsi verərkən müxtəlif fəaliyyətlə məşğul olmuşdur. O cümlədən ov zamanı və tayfalar arası münasibətlərdə döyüşkənlik qaydalarına yiyələnmişdir. Mərdlik, şücayət dözümlülük kimi keyfiyyətlərə yiyələnə bilmək məhz təbiət qanunlarının diktəsilə mövcud olmuşdur. Ov səhnələrini qabaqcadan oyun halında icrası sanki bir zərurətə çevrilmişdir. Uğurlu ov isə xüsusilə təntənə ilə qarşılanaraq müxtəlif oyun davranışlarına rəvac vermişdir. Məlumdur ki, oyunlar uzun inkişaf mərhələsi keçmişdir. Hər dövrə uyğun zamanla formalaşan oyunlar bir-birini davam etdirmişdir. [2, 383-393]



Oyunların yaranma və inkişafının birinci mərhələsi rəqslərlə bağlı idi. Daha doğrusu, ilkin oyunlar rəqslər daxilində idi. Rəqsdaxili oyunları ayrı-ayrı mənalar ifadə edən rəqslərdən qoparıb ayrı şəkildə götürmək mümkün deyildir. İlkin oyunlar rəqslər daxilində primitiv məna çalarlarına malik olmuşdur. Oyunların ikinci mərhələsi onların rəqslərdən ayrılıb, asudə vaxtlardakı əyləncə məqsədinə tabe edilməsindən başlamışdır Bu mərhələdə oyunlar artıq ünsiyyət vasitəsi rolu oynamır. Onlar rəqslərdən tam ayrılır, xalq yaradıcılığının yeni bir janrı kimi formalaşmağa başlayır. “Oyun” sözü türklərin “oy” söz kökü ilə bağlı yaranmışdır. Türkdilli xalqların içərisində “oy”un ağıl, hikmət mənaları vardır. Ağılı, hiyləni hərəkət vasitəsi ilə ifadə etmək isə oyunların yaranmasında mühüm amil olmuşdur.[4,128-129]

Oyunlar tərbiyə vasitəsi olub nitqin, zehnin inkişafına kömək edir, təşəbbüskarlığı yüksəldir, gümrah və çevik olmağa təsir göstərir. Oyunlar uşaqların əqli və fiziki cəhətdən inkişafına, əxlaq və əmək tərbiyəsinə müsbət təsir göstərir. Hətta belə də deyə bilərik ki, uşaq oyunda necədirsə, gələcək həyatında da elə davam edəcəkdir. Bir növ oyunlar uşaqları gələcəyə hazırlayır, beləcə onlarda kollektivdə davranış qaydalarını aşılayır.



Niderland tətqiqatçısı Yoxan Heyzinqin “Homo Ludens” (“oynayan insan”) əsəri bütünlüklə mədəniyyətdə oyun elementlərinin müəyyənləşdirməsinə həsr olunmuşdur. Oyunu külturoloji baxımdan araşdıran tədqiqatçı onu mədəniyyətin mənbəyi kimi götürür və tədqiq edir[5,15]. Y.Heyzinq qeyd edir: "Oyun keçicidir, keçər və özünün xaricində heç bir məqsədi olmaz, gündəlik həyatın tələbləri çərçivəsindən kənarda şən rahatlama şüuru ilə dəstəklənir"[3,225].

K.D.Uşinskinin fikrincə uşaqların ümumi və psixi sağlamlığını müəyyən etmək üçün onların oyununun müşahidə edilməsi əhəmiyyətlidir. Əgər uşaq oyunlara maraq göstərmirsə və ya öz yaşına görə stereotip, passiv və ya bəsit oynayırsa, bu, böyüklər üçün ciddi siqnal olmalıdır. Belə uşaq xüsusi diqqət tələb edir. Bu "xüsusi" uşaq ya istedadlıdır, ya da əqli geriliyə malikdir. Oyun həm uşağın psixoloji vəziyyətinin və şəxsiyyət kimi inkişafının diaqnostikasını aparmaq üçün bir vasitədir, həm də uşağın inkişafındakı ləngiməni və qüsurları aradan qaldırmaq üçün əla metoddur.

Oyunlar qaydalı və qaydasız olur. Yaradıcı oyunlar uşaqlar tərəfindən yaradılan qaydasız oyunlardır. Qaydalı oyunlar uşaqların davranışlarını idarə etmək qabiliyyətini artırır, onların impulsivliyini azaldır və bununla da xarakterin formalaşmasına yardım edir. Qaydalı oyunlara didaktik, rollu və mütəhərrik oyunlar daxildir.

Xalq oyunları dedikdə bizə cəsarəti, mehribançılığı, birliyi öyrədən oyunlar ilk ağlımıza gəlir. Bu oyunların tərbiyəvi əhəmiyyəti böyükdür. “Çövkən”, “Ənzəli”, “Şatırlıq”, “Bənövşə”, “Xan-vəzir” və s. kimi oyunları xalq oyunlarına missal çəkə bilərik.

Oyun gələcəyin fraqmentlərini, sabahın sevincinin perspektivlərini oynamağı mümkün edir, xalqlarının mədəniyyətinin elementlərinin mənimsənilməsinə şərait yaradır[3,229]. İnsanın oyun fəaliyyəti insanlar arasındakı münasibətlərin sosial normalarını mənimsəməsi baxımından xüsusilə əhəmiyyətlidir. Onlara riayət etmək həmişə insanın şərəf, ləyaqət, vəzifə, ədəb, zövq anlayışları ilə necə əlaqəli olmasından asılıdır. Oyun qaydalarının pozulması yalnız oyunun gedişatına deyil, həm də oyunçular arasındakı münasibətə mənfi təsir göstərir.



Yerli və xarici humanitar elmlər oyun fenomeninin öyrənilməsinə bir neçə dəfə müraciət etdilər, lakin oyun hələ də sirlərlə doludur, bilinməyən bir insan sirri olaraq qalır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. http://bookitut.ru/Rolevye-igry-dlya-detej-2.html

  2. Репринцева Е.А.Педагогика игры: теория, история, практика. Курск:Изд-во Курс. гос. ун-та, 2005. - 421 с.: ил. - Библиогр.: с. 383-393.

  3. Хейзинга Й. Homo Ludens. В тени завтрашнего дня.―М.: Академия, 1992.

  4. A. Nəbiyev “El nəğmələri, xalq oyunları” Bakı-1988, Azərnəşr, 172 s.

  5. Ə. Qasımov “Azərbaycan xalq oyunları” Bakı-2006, Bakı Universiteti nəşşriyyatı, 113 s.

Yüklə 20,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə