http://www.amu.edu.az
31 mart 2014-ъц ил
2
Azərbaycan Respublikasının Ukraynadakı
səfirliyinin “Naxçıvan” salonunda Ukrayna-
da yaşayan azərbaycanlı gənc həkimlərin və
Ukraynada təhsil alan gələcək həkimlərin I
Beynəlxalq konfransı başa çatmışdır.
Konfrans Ukraynada yaşayan
Azərbaycanlı Gənclər İttifaqı (UAGİ)
tərəfindən ölkəmizin diplomatik
nümayəndəliyi və “Sağlam ailə” mərkəzinin
dəstəyi ilə təşkil edilmişdir.
Tədbirdə azərbaycanlı diplomatlar,
Azərbaycan Respublikasının Dövlət Neft
Şirkətinin Ukraynadakı nümayəndəliyinin
top-menecerləri, Azərbaycan, Ukrayna, Al-
maniya, Türkiyə və Rusiyanın tibbi profilli ali
məktəblərinin tələbələri, gənc həkimlər, səhiyyə
işçiləri, tanınmış professorlar və görkəmli
xadimlər iştirak edirdi.
“Tibbi təhsildə rezidentura sistemi”,
“Xaricdə işləyən azərbaycanlı həkimlərin
peşəkar əməkdaşlıq yolları”
panellərində, habelə Ukrayna-
dakı Azərbaycanlı Gənclər İt-
tifaqı rəhbərinin müavini, gənc
həkim Cavid Hüseynzadənin
moderator olduğu “Gələcək
planlar” panelində gənc
həkimlər və tibbi ixtisaslar
üzrə təhsil alan tələbələr üçün
kommunikativ platforma ya-
radılması məsələləri müzakirə
edilmişdir.
MDB və Avropa İtti-
faqı ölkələrində işləyən
həmvətənlərimizin, o cümlədən
Almaniyadakı Azərbaycanlı
Həkimlər Assosiasiyasının sədri Vüqar Yaquboğ-
lunun çıxışları böyük maraqla qarşılanmışdır.
Tədbirin sonunda Azərbaycanın Ukraynada-
kı səfiri Eynulla Mədətli və Ukraynanın tibb
aləmində tanınmış həmvətənimiz Ənvər Həsənov
konfrans iştirakçılarına sertifikatlar təqdim
etmişlər.
u
Martın 28-də Stomatologiya fakültəsinin 41-ci Tələbə
Elmi Cəmiyyətinin konfransı keçirilib.
Konfransı Xarici dillər kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin
sədri, dosent Rəna xanım Hüseynova açaraq ATU-nun Tələbə Elmi
Cəmiyyətinin xətti ilə keçirilən tələbə elmi konfranslarının yüksək
səviyyədə aparıldığını və tələbə hazırlığına xüsusi diqqət yetiril-
diyini bildirib. Bu günkü konfransda ingilis, fransız və rus dillərində
məruzələrin dinləniləcəyini söyləyərək münsiflər heyətini iştirakçılara
təqdim edib.
Bundan sonra söz tədqiqatçı tələbələrə verilib. Ümumilikdə 23
məruzə dinlənilib.
Münsiflər heyətinin səsvermə nəticələrinə görə ən dolğun, elmi və
maraqlı məruzələr fərqləndirilib. Belə ki, alman dili üzrə 290
a
qrup
tələbəsi Lalə Şabanova I, rus dili üzrə 73
a
qrup tələbəsi Nəcibə
Əhmədova II, ingilis dili üzrə 290
a
qrup tələbəsi Mirzeynal Hüsey-
nov III və 108
a
qrup tələbəsi Tuğra Məlikli IV yerə layiq görülüb. Qalib
tələbələrə diplomlar, digər məruzəçilərə isə sertifikatlar təqdim olu-
nub.
Növbəti mərhələdə II tura keçən tələbə tədqiqatçılar universitet üzrə
Tələbə Elmi Cəmiyyətinin işində iştirak etmək hüququ qazanacaqlar.
“Təbib”
Xarici dillər üzrə TEc-in konfransında
Ukrayna paytaxtında Azərbaycandan olan gənc həkimlərin və gələcək
həkimlərin I Beynəlxalq konfransının işi başa çatıb
Azərbaycan Tibb Universitetində Tibb tələbələri və gənc
həkimlərin i beynəlxalq Tibbi Konqresi keçiriləcək. Mayın 2-3-
də keçirilməsi nəzərdə tutulan konqresə professorlar, aparıcı
mütəxəssislər, xarici və yerli tələbələr, rezidentlər, beynəlxalq
təşkilatlar və ya təşkilatların nümayəndələri dəvət olunublar
Konqresdə xarici və yerli professorların məruzələri, xarici və yerli çı-
xışçıların işləri dinləniləcək, seminar və treyninqlər həyata keçiriləcək.
Konqresin prezidenti akademik Əhliman Əmiraslanov, vitse-
prezidentləri professorlar İbrahim İsayev, Amalya Əyyubova və do-
sent Müşfiq Həsənovdur. İşçi qrup 35 nəfər tələbə və rezidentdən
ibarətdir.
Koordinatorlar və qrup rəhbərləri isə İsmayılov Surəddin , Zeynalov
Zahir, icraedici katib Rizvan Rüstəmov, daxili əlaqələr üzrə katib İsa
Mirzəyev (pediatriya fakültəsi, VI kurs), xarici əlaqələr üzrə katib Arif
Cavadov (hərbi tibb fakültəsi, VI kurs), sosial işlər üzrə katib Ülkər
Nağızadədir (müalicə işi fakültəsi, VI kurs).
Konqres bir ilkdir. Təşəbbüskarlar əsasən universitetin elmi və ic-
timai həyatında aktivliyi ilə seçilən və ATU TEC-nin uzvləri olan
tələbələrdir. Rəhbərlik tərəfindən lazimi dəstək aldığına görə bu
konqres reallaşmaq üzrədir.
Konqres müddətində sosial proqram çərçivəsində qonaqların
şəhərimizin gözəlliyi, tarixi abidələri, mədəniyyət nümunələri ilə tanışlığı üçün də imkan yaradılacaq. Bununla
əlaqədar müvafiq qurumlarla artıq razılığa gəlinib.
Konqres haqqında daha ətraflı məlumatı
amu.edu.az/bimec/en
web səhifəsindən öyrənə bilərsiniz.
Surəddin İSMAyilov,
Pediatriya fakültəsi üzrə TEC-in sədri
Türkiyənin ali məktəblərində dünyanın 93 ölkəsindən 54 minə yaxın əcnəbi tələbə
təhsil alır.
AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qardaş ölkənin universitetlərində təhsil
alan xarici tələblərin sayına görə birinci sırada Türkmənistan, ikinci sırada Azərbaycan, üçün-
cü sırada isə İran yer alır.
Əcnəbi tələbələr ən çox İstanbul, Ankara və Mərmərə universitetlərində təhsil alırlar.
T
ələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Tibb
Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezi-
denturaya qəbul imtahanının hər iki mərhələsini 2014-cü il iyul
ayında keçirəcək.
Həmin imtahanda iştirak edəcək namizədlər üçün “İmtahana
buraxılış vərəqi”nin çapı həmin ərəfədə həyata keçiriləcək və
bu barədə öncədən məlumat veriləcək.
Bu haqda TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Tibb tələbələri və gənc həkimlərin I Beynəlxalq
Tibbi Konqresi keçiriləcək
Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin
sayına görə Azərbaycan ikinci yerdədir
HƏRBİ TİBB FAKÜLTƏSİNİN MƏZUNLARI ÜçÜN
REZİDENTURAYA qƏBUL İMTAHANININ VAXTI AçIqLANDI
31 mart 2014-ъц ил
http://www.amu.edu.az
3
Ermənilər, azərbaycanlılara qarşı
tarixi düşmənçiliklərini 1918-ci ilin
əvvəllərindən daha açıq müstəviyə
keçirdilər.
onlar
bakıda
və
Zaqafqaziyanın digər bölgələrində
müsəlman qırğını törətmək
üçün müxtəlif fitnəkarlıqlara əl
atır, bakı Sovetinin orqanlarına,
şəhər idarəçiliyinin həlledici
vəzifələrinə öz nümayəndələrini
yerləşdirirdilər.
Azərbaycanın
qabaqcıl
xadimləri
gözlənilən
təhlükəni qabaqcadan duyurdu.
Ermənilər öz cinayətlərini
həyata keçirmək üçün bəhanə ax-
tarırdılar. Bu məqsədlə “ Evelina”
münaqişəsi törədildi. Lənkərandan
“Evelina” gəmisi ilə Hacı Zeyna-
labdin Tağıyevin oğlunun dəfn
mərasimində iştirak etmək üçün
müsəlman alayının zabitləri
yola düşdü. Əlverişli məqamın
yetişdiyini görən ermənilər gizli
şəkildə Rus Milli Şurası, Xəzər
matrosları, eser və menşevik par-
tiyaları arasında belə bir şayiə
yaydılar ki, guya “Evilina” ilə
gedən zabitlər tapşırıq almışlar ki,
Lənkəranda olan müsəlman hərbi
dəstələri ilə birlikdə Muğanda-
kı rus-molokan kəndlərini məhv
etsinlər. Bu təxribat xarakterli
şayiə öz nəticəsini verdi. Şaum-
yanın başçılıq etdiyi Bakı Soveti
gəminin heyətini tərksilah etdi.
Şəhərin müsəlman əhalisi silah-
ların qaytarılmasını tələb etdi.
Beləliklə, əvvəlcədən sövdələşmə
əsasında bolşevik-erməni ko-
alisiyası, S.Şaumyanın dediyi
kimi, “həlledici döyüşlərə hər
cür hazırlıq görmüşdü və dərhal
bütün cəbhə boyu hucuma baş-
ladı”. Bakıda ilk atəşlər açıldı.
Azərbaycanlılara qarşı mart soy-
qırımı başlanana qədər özlərinin
bitərəfliyini elan edən “Daşnak-
sutyun” və Erməni Milli Şurası
sonradan Bakı Sovetini müdafiə
etdi. Ermənilərin fitnəsi ilə
heyəti ruslardan ibarət olan hərbi
gəmilər şəhərin müsəlmanlar ya-
şayan hissəsini atəşə tutdular.
“Müsavat” liderləri kütləvi qır-
ğının qarşısını almaq məqsədi
ilə martın 31-də Sovetin İcraiyyə
Komitəsi ilə danışıqlara başla-
dılar. Buna baxmayaraq şəhərin
azərbaycanlılar yaşayan rayonları
tamamilə məhv edilmiş və şəhərə
soxulan erməni əsgərləri tərfindən
dinc əhaliyə qarşı əsl soyqırımı
həyata keçirilmişdir. Soyqırımı
aprel ayının 2-si gecə yarıya
qədər davam etdi. Üç gün ərzində
Bakıda böyük dağıntılar törədildi.
Yerli dinc əhalinin qırğınından
və özünümüdafiə dəstələrinin
məğlubiyyətindən sonra imzalan-
mış saziş haqqında Bakı Soveti-
nin yığıncağında məlumat verən
İ.Suxartsev riyakarcasına sevinc
içərisində elan etdi ki, “Müsavat”
firqəsi darmadağın edildi və
Türkiyənin Bakı cəbhəsi alındı”.
Bakıda törədilən türk-müsəlman
soyqrımının saxtalaşdırılmasına,
ona “vətəndaş müharibəsi” donu
geydirilməsinə, qətl edilənlərin
sayının azaldılmasına ilk cəhdi bu
hadisələrin təşkilatçısı S.Şaumyan
etmişdir. O, aprel ayının 13-də
Moskvaya XKS-nə göndərdiyi
hesabatda həyasızcasına yazır-
dı: “Üç gün- 30, 31 mart və 1
apreldə Bakı şəhərində şiddətli
vuruşma olmuşdur. Bir tərəfdən
Sovet Qırmızı Qvardiyası, bizim
təşkil etdiyimiz Beynəlmiləl
Qızıl Ordu, Qırmızı donanma
və erməni milli hissələri, o biri
tərəfdən “Müsavat” partiyasının
başcılıq etdiyi müsəlman “ Vəhşi
diviziya”sı və silahlı müsəlman
quldur dəstələr vuruşdular... Hər
iki tərəfdən öldürülən üç mindən
artıqdır”. Əslində Şaumyanın
adını çəkdiyi silahlı erməni milli
hissələri ilə yanaşı, Bakı Soveti-
nin qoşununun 80%-i də silah-
lı ermənilərdən ibarət idi. Son
araşdırmaların gəldiyi nəticəyə
görə Şaumyanın erməni hökuməti
Bakıda 35 minə qədər azəri- tür-
künü üç günün ərzində qanına
qəltan etmişdi. Menşevik qəzeti “
Naş qolos” mart qırğınından son-
ra şəhərdəki vəziyyəti belə təsvir
edirdi: “Hər yerdə meyitlər qıc
olmuş, eybəcər hala salınmışdır.
Təzə Pir məscidinin yanında ağır
mənzərə vardı. Məscid atəşdən
zərər çəkmişdir. Ziyarətgahın bu
cür təhqiri geniş kütlələrin qəlbini
ağrıdır, meytlər onları daha çox
həyacanlandırır, nifrət və təhqir
zəhərinin dərinliyə işlədiyi hiss
olunur”.
Mart soyqrımından bir il sonra
ermənilər bu hadisəni bolşeviklərlə
müsəlmanlr arasında baş ver-
miş hakimiyyət mübarizəsi kimi
təqdim etməyə başladılar.1919-
cu ilin payızında, Bakıya gəlmiş
ABŞ missiyasının başcısı general
Harborda təqdim etdiyi sənəddə
erməni yepiskopu Baqrat
ermənilərin mart hadisələrində
iştirakını danıb gizlədir, sax-
takarlıqda S.Şaumyandan da
irəli gedərək, Bakıda mart qırğı-
nı hadisələri vaxtı 1000 nəfərin
-300 nəfər erməni və rus, 700
nəfər müsəlmanın öldürüldüyünü
həyasızcasına iddia edirdi.
Belə bir tarixi faktı da danmaq
mümkün deyil ki, Azərbaycan-
müsəlman soyqırımı təkcə
Bakı ilə məhdudlaşmadı. Bakı-
da törədilmiş cinayətlər eyniilə
Şamaxıda, Qubada, Xaçmaz-
da, Lənkəranda, Səlyanda, Qa-
rabağda, Zəngəzurda, Cənubi
Azərbaycanın Xoy, Salmas və
Urmiya şəhərlərində, Naxçıvan-
da, Vanda, Diyarbəkirdə davam
etdirildi. Martın sonu, aprel -may
aylarında ermənilərin törətdiyi
soyqrımın nəticəsində yuxarıda
sadalanan yerlərdə yarım milyona
qədər azəri-türkü amansızcasına
qətlə yetirildi.
Təkcə 1918-ci il ərzində
ermənilər Zəngəzurda 115, Qa-
rabağda 157, Qubada 122, İrəvan
quberniyasında
211,
Gəncə
ətrafında 272, Ağsu, Kürdəmir
və Lənkəranda 130 yaşayış
məntəqəsinin əhalisini vəhşicəsinə
qırmış, kəndləri talan edib yerlə
yeksan etmişlər. Yeri gəlmişkən
qeyd edək ki, ermənilərin xalqı-
mıza qarşı soyqırımı nəticəsində
milyonlarla insan məhv edilib və
qaçqına çevrilməsinə baxmaya-
raq, bəşəriyyət əleyhinə bu cinayət
bütün təfərrüatı ilə heç vaxt dün-
ya ictimaiyyətinin mühakiməsinə
çıxarılmamış, yüksək səviyyəli
beynəlxalq qurumlarda ciddi
müzakirə obyekti olmamışdır.
Azərbaycan xalqına qarşı həyata
keçirilmiş soyqırımların siyasi
baxımdan qiymətləndirilməsinə
Azərbaycanda
milli
azadlıq
hərəkatının genişləndiyi ötən
əsrin 80-cı illərinin sonu- 90
cı illərin əvəllərində başla-
mışsa da, ona əsl və tam siya-
si qiymət ulu öndər Heydər
Əliyevin “Azərbaycanlıların soy-
qırımı haqqında” 1998-ci il 26
mart tarixli fərmanında bütün
dolğunluğu ilə öz əksini tapmış-
dır. Həmin fərmanla martın 31-i
azərbaycanlıların soyqırımı günü
elan edilmişdir.
Arzu SEyİdovA,
“İctimai fənlər” kafedrasının
əməkdaşı
XALqIN qAN YADDAŞI-31 MART
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq
imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa
qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl
qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən
bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin
açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi
torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının
bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı.
Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin
kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata
keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir
hissəsinə çevrildi.
«Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni
qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq
şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin
Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan
ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış
məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı
vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin təşkilatçıları, məsələnin
mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət
verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını
yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda,
Zəngəzurda,
Naxçıvanda,
Lənkəranda
və
Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata
keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb
məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin
mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-
ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq
komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya
mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri
araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün
Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və
1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində
bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən
artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə
ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq
Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün
istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın
bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər.
Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya
edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni
vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23
dekabr 1947-ci il «Ermənistan SSR-dən kolxozçuların və başqa
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü
illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə
deportasiyasına dövlət səviyyəsində nail oldular.
1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ konfliktinin ilkin
mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından
qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan
SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-
konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi
İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən
çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi
aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada
keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə
pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl
çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar
ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədi ilə
Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst
edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli
görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk
olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
Azərbaycanın XIX - XX əsrlərdə baş verən bütün faciələri
torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı
siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin
yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək
cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi
Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə
bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə
siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.