Uşaq Hüquqları və
Biznes Prinsipləri
12345678910
12345678910
©
U
N
ICEF
/N
Y
HQ
2
0
0
9
-
0
8
7
0
/S
OK
OL
2 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
©
U
N
IC
E
F
/NYH
Q
2
0
0
8-
1
7
7
5
/P
IR
O
Z
Z
I
Giriş
18 yaşınadək uşaqlar təqribən dünya əhalisinin üçdə birini təşkil edir. Bir
çox ölkələrdə isə, uşaqlar və gənclər, demək olar ki, mənsub olduqları
ölkələrdəki əhalinin yarısını təşkil edirlər. Beləliklə, kiçik və ya böyük
olmasından asılı olmayaraq, biznes strukturlarının uşaqlarla qarşılıqlı
əlaqədə olması və onların həyatına birbaşa və ya dolayı yolla təsir etməsi
qaçınılmaz hal alır. Uşaqlar istehlakçılar, çalışanların ailə üzvləri, gənc
çalışanlar, eləcə də gələcəyin çalışanları və biznes liderləri kimi mövcud
biznes strukturlarının əsas tərəfl əri arasında yer alırlar. Bununla yanaşı,
onlar biznes strukturlarının fəaliyyət göstərdiyi mühit və icmaların da əsas
üzvləridir.
Cəmiyyətdə hökumətlər və digər cəmiyyət-daxili quruluşların rolu ilə pa-
ralel olaraq biznes fəaliyyətlərinin də roluna diqqətin artması və biznes
strukturları və insan hüquqları arasındakı əlaqələr haqqında məlumatlılığın
artması fonunda biznes strukturlarının uşaqlara təsirinə yönəlmiş açıq diqqət
də vaxtında müəyyən edilmiş yanaşma olar. Uşaqlar cəmiyyətin ən təcrid
olunmuş və həssas üzvləri arasında yer alır və bu onların ictimai rəydən
məhrum olmalarından bəlli olur. Bu hətta məktəblər və istirahət sahələri ilə
bağlı planlaşdırma ilə əlaqədar olduqda belə icmalar tərəfi ndən qərarların
qəbul edilməsi zamanı rəy bildirmələri üçün onlara çox nadir hallarda
müraciət olunur. Bununla belə, uşaqlara iştirak etmək imkanı verildikdə onlar
bu proseslərə faydalı və alternativ fi kirlər, həmçinin dəyərli töhfələr verə
biləcəklərini nümayiş etdirmişdirlər.
12345678910
12345678910
3 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
Biznesin uşaqlar üzərindəki təsiri uzun-müddətli və hətta sarsılmazdır. Uşaqlıq
sürətli şəkildə baş verən fi ziki və psixoloji inkişaf dövrüdür və bu dövrdə gənc
insanların fi ziki, əqli və emosional sağlamlığı və rifahı müəyyən bir təsir nəticəsində
daimi olaraq yaxşı və ya pisə doğru yönələ bilər. Uşağın bu inkişaf dövrləri ərzində
adekvat ərzaq, təmiz su, qayğı və sevgi ilə təmin edilməsi onun həyatda qalaraq
yaşaması və sağlamlığı üçün çox böyük əhəmiyyət kəsb edir.
Hətta gündəlik təhlükələrin də uşaqlara təsiri daha fərqli və yetkinlərə nisbətən
daha sərt olur. Sahib olduqları fi ziologiyaya görə uşaqlar məruz qaldıqları
çirkləndirici maddələrin böyük bir faizini mənimsəyirlər və, beləliklə, onların immun
sistemi zəifl əyərək daha da həssaslaşır.
Müəyyən bir biznes strukturu tərəfi ndən işə götürülən və ya həmin strukturun
təsirinə məruz qalan uşaqlar adətən gözə çarpmırlar. Bunun bariz nümunəsi kimi
qeyri-qanuni şəkildə təchizat zəncirində işləyən uşaqları, şirkət müəssisələrində və
ya onların ətrafında olan uşaqları, işəgötürənin ev təchizatında məişət işçiləri kimi
işlədilən uşaqları, biznesin istehsal etdiyi məhsulların təsirinə məruz qalan uşaqlar,
eləcə də təhlükəsizlik xidmətləri tərəfi ndən tutulan və ya saxlanılan uşaqları və
miqrant işçilər tərəfi ndən evdə buraxılmış uşaqları göstərmək olar.
Bu günə kimi, biznes strukturlarının uşaqlara qarşı öhdəlikləri əsasən uşaq
əməyinin qarşısının alınması və aradan qaldırılması üzərində cəmlənmişdir. Uşaq
əməyinin qarşısının alınması və aradan qaldırılması üçün standartlar və tədbirlərin
gücləndirilməsi zəruri olduğu kimi, Uşaq Hüquqları və Biznes Prinsipləri də öz
növbəsində biznesin uşaqlara təsir göstərdiyi müxtəlif yolları göz önünə qoyur.
Buna onların məhsulları və göstərdikləri xidmətlər, onların marketinq və distri-
busiya metodları, o cümlədən onların milli və yerli özünüidarəetmə orqanları ilə
münasibətləri və yerli icmalara yatırdıqları sərmayələr də daxil olmaqla, sahib
olduqları bizneslərin ümumi fəaliyyətləri daxildir.
Uşaqların hüquqlarına hörmətlə yanaşmaq və bu hüquqları dəstəkləmək biznes
strukturlarından eyni anda zərərin qarşısını almağı və fəal şəkildə uşaqların
maraqlarını qorumağı tələb edir. Biznes strukturları, uşaq hüquqlarına qarşı hörmət
və dəstəyi öz təməl strategiya və fəaliyyətlərinə daxil etməklə sahib olduqları korpo-
rativ davamlılıq təşəbbüslərini gücləndirə və beləliklə də, öz biznes fəaliyyətlərinə
mənfəət gətirə bilərlər. Bu cür təşəbbüslər onların etibarını artıra, risklərin idarə
edilməsini təkmilləşdirə və fəaliyyət göstərmələri üçün onları sosial etimad ilə təmin
edə bilər. Bununla yanaşı, uşaqlara qarşı öhdəliyin olması işinə daha çox bağlı
olan işçi qüvvəsini işə götürməyə və saxlamağa kömək edə bilər. Çalışanların
öz işlərində valideyn və qayğı göstərən şəxslər kimi dəstəklənməsi, gənclərin və
bacarıqlı nəslin işə qəbulunun təbliğ edilməsi biznes strukturlarının izləyə biləcəyi
konkret addımlardan sadəcə bir neçəsidir. İstehsal edilən məhsulların və göstərilən
xidmətlərin uşaqların ehtiyaclarını daha yaxşı necə qarşılaya biləcəyinin nəzərə
alınması da yeni bir innovasiya mənbəyi ola və yeni bazarların yaranmasına gətirib
çıxara bilər. Nəhayət, uşaqlar naminə çalışmaq sağlam və yaxşı təlim-tərbiyə almış
icmaların yaranmasına kömək edir ki, bu da dayanıqlı, inklüziv və davamlı biznes
mühitinin yaranması üçün böyük önəm daşıyır.
Uşaq Hüquqları və Biznes Prinsipləri biznesin uşaqların hüquqları və rifahı
üzərindəki təsirinin dərk edilməsi və buna qarşı cavab tədbirlərinin görülməsi üçün
hərtərəfl i çərçivə ilə təmin edir. Save the Children, Birləşmiş Millətlər Təşkilatının
Qlobal Saziş Şəbəkəsi və UNICEF ümid edir ki, bütün biznes strukturları uşaqlarla
münasibətlərində bu Prinsiplərdən faydalanacaq və onları rəhbər tutacaqlar.
4 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
©
U
N
IC
E
F
/NYH
Q
2
0
1
1
-1
4
04
/P
A
G
E
Uşaq Hüquqları və
Biznes Prinsipləri
5 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
Uşaq hüquqları və Biznes Prinsipləri uşaq hüquqlarına hörmət və dəstəyin təmin
edilməsi məqsədilə biznes strukturları tərəfi ndən görülə biləcək tədbirləri müəyyən
edir. Uşaq hüquqları, Uşaq Hüquqları Konvensiyası, o cümlədən Beynəlxalq Əmək
Təşkilatının Minimum Yaş Həddi haqqında 138 və Uşaq Əməyinin ən Pis Formaları
haqqında 182 nömrəli Konvensiyaları tərəfi ndən təsvir edilir. Uşaq Hüquqları
Konvensiyasının 3-cü maddəsi müəyyən edir ki, “uşaqlar barəsində görülən bütün
tədbirlərdə ..... ilk növbədə uşağın ən ümdə maraqlarına diqqət yetirilir.”
Bu Prinsiplərin məqsədinə əsasən bütün biznes strukturları üçün nəzərdə tutulan
fəaliyyətlərə daxildir:
HÖRMƏTLƏ YANAŞMAQ MƏQSƏDİLƏ KORPORATİV MƏSULİYYƏT –
buraya uşaqlar da daxil olmaqla, başqalarının insan hüquqlarının pozulmasına yol
verilməməsi və yaranmasında biznes strukturlarının payı olduğu insan hüquqlarına
istənilən mənfi təsirin aradan qaldırılması daxildir. Hörmətlə yanaşmaq məqsədilə ko-
rporativ məsuliyyət həmin biznes strukturunun öz fəaliyyətlərinə, o cümlədən onun öz
fəaliyyəti, məhsul və xidmətləri ilə əlaqədar yaranan işgüzar əlaqələrinə şamil edilir.
DƏSTƏK MƏQSƏDİLƏ KORPORATİV ÖHDƏLİK – insan hüquqlarına hörmətlə
yanaşmağa əlavə olaraq, buraya əsas biznes fəaliyyətləri, strateji sosial yönümlü
sərmayələrin yatırılması və xeyriyyəçilik, təşviqat yönümlü və ictimai-siyasi məşğuliyyət,
eləcə də tərəfdaşlıq və digər bu kimi kollektiv fəaliyyət tərkibində çalışmaq yolu ilə,
uşaq hüquqları da daxil olmaqla, insan hüquqlarının inkişaf etdirilməsi məqsədini
daşıyan könüllülük xarakterli tədbirlər daxildir.
Bu sənəddə uşaq hüquqları ifadəsi uşaqların hüquqları ifadəsi ilə eyni məna daşıyır.
6 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
Lüğət
Uşaq/uşaqlar və biznes ifadələri istisna olmaqla, aşağıda tərifi verilən terminlər hər yerdə
kursivlə yazılmışdır.
uşaqların ən ümdə maraqları – Uşaq Hüquqları Konvensiyasının dörd əsas prinsipindən
bir olub, uşaqlarla bağlı görülən bütün tədbirləri və qəbul edilən qərarları əhatə edir və onların
hüquqlarına hörmətlə yanaşmağa, onların uşaqlar kimi həyatda qalıb yaşamasını, inkişafını və
rifahını irəlilətməyə, eləcə də uşaqların hüquqlarının yerinə yetirilməsi üçün gündəlik olaraq
məsuliyyət daşıyan valideynlər və digər əlaqədar şəxsləri dəstəkləyərək onlara yardım etməyə
yönəlik tədbirlərin həyata keçirilməsinə səsləyir.
biznes – bir kommersiya müəssisəsi
işgüzar münasibət – buna biznes strukturunun öz biznes ortaqları, təchizat zəncirinə daxil
olan müəssisələr, eləcə də onun öz biznes fəaliyyəti, məhsul və xidmətləri ilə birbaşa əlaqəli
olan istənilən bir dövlət və ya qeyri-dövlət (hökumət və ya qeyri-hökumət) müəssisəsi ilə olan
münasibətləri daxildir.
uşaq əməyi – uşaqları öz uşaqlıq dövrlərində sahib olduqları potensial və ləyaqətdən məhrum
edən iş olub, həm fi ziki, həm də əqli inkişaf üçün çox zərərlidir. Buna uşaqlar üçün əqli, fi ziki,
sosial və mənəvi baxımdan zərərli olan iş; onların məktəbə getməsinə mane olan iş; eləcə
də milli qanunvericilik və beynəlxalq standartlar tərəfi ndən müəyyən edilən minimum yaş
həddinə çatmamış uşaqların işlə məşğul olması daxildir. 18 yaşına çatmamış heç bir uşaq
təhlükəli işlə (onların səhhətinə, təhlükəsizliyinə və ya əxlaq normalarına zərər verə biləcək
iş) məşğul olmağa və ya insan alveri, cinsi istismar, borc asılılığı, məcburi əmək və yetkinlik
yaşına çatmamış uşaqların təhlükəsizlik və ya hərbi məqsədlər üçün işə götürülməsi daxil
olmaqla məcburi əməyin digər formalarına cəld edilməməlidir. Qızların məişət işləri və cinsi
istismar fəaliyyətlərinə cəlb edilmə ehtimalının yüksək olmasını nəzərə alsaq, bu uşaq əməyinin
gender ölçülərinə də diqqətin yönəldilməsini tələb edir. Əlavə məlumat üçün, Beynəlxalq
Əmək Təşkilatının (BƏT) Uşaq Əməyinin ən Pis Formaları haqqında 182 və Minimum Yaş
Həddi haqqında 138 nömrəli Konvensiyalarına; o cümlədən Uşaq Hüquqları Konvensiyasının
uşaqlarla ticarət, uşaq fahişəliyi, uşaq pornoqrafi yası ilə əlaqədar Fakültativ Protokoluna; və
həmin Konvensiyanın Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokoluna
baxa bilərsiniz.
uşaqların iştirakı – Uşaq Hüquqları Konvensiyasının əsas dörd prinsipindən biri olub, uşaqları
onlara təsir edən məsələlərlə bağlı öz görüş və düşüncələrini azad şəkildə ifadə edərək
digər insanlara çatdırmağa təşviq edən və bunun üçün onlara imkan yaradan prosesləri
əhatə edir. Buna, həmçinin, ifadə azadlığını təşviq edən mühitdə qarşılıqlı hörmət əsasında
uşaqlar və yetkinlər arasında məlumat mübadiləsi və dialoqun yaradılması da daxildir. Bu cür
proseslər həqiqi, inklüziv və mənalı şəkildə baş tutmalı, eləcə də uşaqların inkişaf etməkdə
olan potensialını nəzərə alaraq, onlara ətraf aləmə təsir etməyin konstruktiv yollarını öyrənmək
imkanı verməlidir. Qızlar və oğlanlar, ən çox təcrid edilmiş, həssas və müxtəlif yaş və bacarıqlara
sahib uşaqlar da daxil olmaqla, uşaqların rəylərinin nəzərə alınması ilə bağlı müəyyən bir
öhdəlik olmalıdır. Onların həyatlarına təsir göstərən bütün qərarların qəbul edilməsi və görülən
7 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
bütün tədbirlər zamanı onların rəy və düşüncələri hörmətlə qarşılanmalı, dinlənməli və nəzərə
alınmalıdır. İştirak sırf rəmzi xarakter daşımamalı və onun vasitəsilə uşaqlardan sui-istifadə
edilməməlidir.
uşaqların müdafi əsi üçün davranış qaydaları – biznes strukturlarının, öz daxilində çalışan
və uşaqlarla təmasda olan fi ziki şəxslər üçün müəyyən etdiyi ətrafl ı davranış tələblərini müəyyən
edən sənəddir. Davranış qaydaları bizneslərin zorakılıq, istismar və sui-istifadə hallarına qarşı
sıfır tolerantlıq siyasətini həyata keçirir. Bu sənəd Uşaq Hüquqları Konvensiyası və onun Fakülta-
tiv Protokollarından öz çərçivə sənədi kimi istifadə edir və ümumilikdə uşaqları zorakılıq, istismar
və sui-istifadə hallarından müdafi ə etmək məqsədi daşıyır.
uşaq və ya uşaqlar – Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir insan
18 yaşına çatanadək uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tərtib edilə bilən qanuna
görə o, yetkinlik yaşına daha əvvəl çatmamış olsun.
layiqli iş – səmərəli və uyğun gəlir gətirən iş imkanları ilə bağlıdır. Layiqli iş, iş yerində
təhlükəsizliyi və ailələrin sosial müdafi əsini, iş yerində hüquqların yerinə yetirilməsini, sosial
dialoqu, o cümlədən şəxsi inkişaf və sosial inteqrasiya üçün daha yaxşı perspektivlərlə təmin
etməlidir. Müəyyən bir işlə məşğul olmaq yaşında olan gənclər də olmaqla, insanlar qayğılarını
ifadə etmək və onların həyatlarına təsir göstərə biləcək qərarların qəbul edilməsində iştirak
etməkdə sərbəst olmalı, eləcə də bərabər imkanlar və rəftar hüququna sahib olmalıdırlar.
fövqəladə hallar – silahlı münaqişə, geniş yayılmış zorakılıq, epidemiya, aclıq, təbii fəlakət, və
yaxud sosial və hüquqi quruluşun pozulması nəticəsində həyatların, fi ziki və əqli rifahın, və ya
uşaqlar üçün inkişaf imkanlarının təhlükə altında qaldığı vəziyyətlərdir.
insan hüquqları ilə bağlı lazımi ehtiyatlılıq – buraya BMT-nin İnsan Hüquqları Şurası
tərəfi ndən qəbul edilmiş Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərdə
1
müəyyən edildiyi
kimi, biznes strukturunun onun uşaqların hüquqları da daxil olmaqla, insan hüquqlarına hazırkı
və potensial təsirini qiymətləndirməsini, bunun nəticələrini bir araya gətirərək onlara əsasən
tədbirlər görməsini, cavab tədbirlərini izləməsini və bunun həmin təsirə nə dərəcədə cavab
verməsi haqqında məlumatlandırmasını əhatə edən və davam etməkdə olan əməliyyatları
daxildir. İnsan hüquqları ilə bağlı lazımi ehtiyatlılıq biznes strukturunun birbaşa olaraq səbəb ola
biləcəyi və ya öz əməliyyatları vasitəsilə yaranmasına təkan verə biləcəyi və yaxud müəyyən bir
işgüzar münasibət nəzdində apardığı əməliyyatlar, təmin etdiyi məhsul və xidmətlərlə bağlı yara-
na biləcək mənfi təsirləri də nəzərə almalıdır. İnsan hüquqları ilə bağlı lazımi ehtiyatlılığı həyata
keçirmək üçün bütün biznes strukturları:
uşaqların hüquqlarına olan və ya ola biləcək potensial mənfi təsiri müəyyən etməli və bu-
●
nun qiymətləndirməsini aparmalıdır. Bu zaman insan hüquqları ilə bağlı ekspert rəyindən
faydalanmalı, o cümlədən uşaqlar və təsirə məruz qalmış digər potensial qrup və
əlaqədar tərəfl ərlə hərtərəfl i məsləhətləşmələr aparılmalıdır. Bu zaman həmçinin nəzərə
alınmalıdır ki, qızlar və oğlanlar fərqli risklərlə üzləşə bilərlər.
1
‘Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər: BMT-nin “Qoru, Hörmətlə yanaş et və Bərpa et” Çərçivə Sənədinin icra edilməsi’ - BMT Baş Katibinin
Transmilli Korporasiyaların və digər Biznes Müəssisələrinin İnsan Hüquqları məsələsi üzrə Xüsusi Nümayəndəsinin Hesabatına əlavə edildiyi kimi, A/HRC/17/31,
BMT, 21 mart 2011-ci il, www.ohchr.org/documents/issues/business/A.HRC.17.31.pdf, A/HRC/RES/17/4-də BMT-nin İnsan Hüquqları Şurası tərəfi ndən təsdiq
edilmişdir.
8 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
təsirin qiymətləndirilməsi nəticəsində əldə olunan nəticələri uyğun daxili funksiya və
●
proseslər boyunca inteqrasiya etməli və lazımi təbirləri həyata keçirməlidir (Rəhbər
Prinsiplərdə müəyyən edildiyi kimi). Biznes strukturu uşaq hüquqlarına mənfi təsirin
yaranmasına səbəb olduqda və ya onun yaranmasına töhfə verdikdə və yaxud həmən təsiri
yarada biləcəyini müəyyən etdikdə, həmən təsiri yaradan fəaliyyəti dayandırmaq və ya onun
qarşısını almaq üçün lazımi tədbirləri görməli, eləcə də qalan bütün təsiri azaltmaq üçün sa-
hib olduğu rıçaqdan istifadə etməlidir. Biznes strukturu yaranan mənfi təsirlə qurduğu işgüzar
münasibət vasitəsilə əlaqəlidirsə, o zaman, həmin biznes strukturu yenidən sahib olduğu
rıçaqdan istifadə etməli və görülə biləcək uyğun tədbirləri müəyyən etmək üçün digər müna-
sib faktorlar üzərində düşünməlidir.
Uyğun keyfi yyət və kəmiyyət göstəricilərindən istifadə etməklə və təsirə məruz qalmış
●
uşaqlar, ailələr və digər tərəfl ər
2
də daxil olmaqla, daxili və xarici resursların rəyini öyrənərək
uşaqların hüquqları üzərində yaranmış təsirin aradan qaldırıldığını yoxlamaq məqsədilə tətbiq
etdiyi cavab tədbirlərinin monitorinqini aparmalı və səmərəliliyini izləməlidir. Bu zaman biznes
strukturları fəaliyyətin nəticəsi ilə qiymətləndirilən əmək müqavilələri və fəaliyyətin mütəmadi
nəzərdən keçirilməsi, o cümlədən sorğu və auditlər (özünü-qiymətləndirmə və müstəqil
auditlər) kimi mövcud olan digər alətlərdən istifadə etmək haqqında düşünməlidir
3
.
Biznes fəaliyyətinin uşaqların hüquqlarına təsirini aradan qaldırmaq üçün göstərdiyi səylər
●
barəsində xaricə məlumat verməyə hazır olmalı və bunu təsiri tam şəkildə əks etdirən və
nəzərdə tutulan kütləyə çatdırılacaq forma və tezlikdə həyata keçirməlidir. Biznes strukturları
tətbiq etdikləri cavab tədbirlərinin uyğunluğunu dəyərləndirmək üçün kifayət qədər infor-
masiya ilə təmin etməlidir. Bu cür məlumatın ötürülməsi təsirə məruz qalan tərəfl ər və işçi
heyəti üçün və yaxud kommersiya sirrindən irəli gələn tələblərin qanuniləşdirilməsi yönündə
risk yaratmamalıdır.
Bu proseslər biznesin sahib olduğu həcm və onun vəziyyətin ilə, o cümlədən Biznes və İnsan
Hüquqları üzrə Rəhbər Prinsiplərlə uyğunluq təşkil etməlidir.
rıçaq – biznes strukturunun insan hüquqlarına mənfi təsirin yaranmasına səbəb olan və ya buna
töhfə verən tərəfi n yanlış fəaliyyətlərində dəyişikliyin olmasına təsir göstərə bilmə bacarığıdır. Biznes
strukturu, birbaşa olaraq onun fəaliyyəti, eləcə də sahib olduğu işgüzar münasibət çərçivəsində
istehsal edilən məhsullar və ya göstərilən xidmətlərlə bağlı insan hüquqlarına qarşı yaranan mənfi
təsirlərin qarşını almaq və ya həmən təsirləri azaltmaq üçün uyğun rıçaqlara sahibdirsə, o zaman
onlardan istifadə etməlidir. Əgər həmən biznes kifayət qədər rıçaqa sahib deyilsə, o zaman onu
yüksəltmək üçün potensialın yaradılması və ya başqa stimulların təklif edilməsi və yaxud digər
maraqlı tərəfl ərlə əməkdaşlıq kimi başqa yollardan istifadə etmək olar. Biznes və İnsan Hüquqları
üzrə Rəhbər Prinsiplər sənədinin 19 saylı prinsipində müəyyən edilən yanaşmanı izləməklə,
biznes strukturları həmçinin işgüzar münasibətin ümumi biznes fəaliyyəti üçün nə qədər mühüm
olması, onun təsirinin necə sərt ola biləcəyi, eləcə də həmin münasibətin dayandarılmasının insan
hüquqları üçün hansı mənfi nəticələri yarada biləcəyi haqda düşünməlidir.
2
İnsan hüquqları ilə bağlı az risk daşıyan kiçik və orta həcmli şirkətlər üçün müəyyən maliyyə, coğrafi və ya digər məhdudiyyətlər ucbatından təsirə məruz qalmış
tərəfl ərlə birbaşa konsultasiya həyata keçirmək mümkün olmadıqda, həmin şirkətlər müəssisənin fəaliyyətləri və ya işgüzar münasibətlərinin təsirinə məruz qalmış
ola biləcək tərəfl ərin görüşlərini qanuni şəkildə çatdıra biləcək və ya çatdırma ehtimalı olan təşkilatlar tərəfi ndən təklif edilən müstəqil xarici ekspert resurslarından
və digər məqamlardan faydalanmağa çalışmalıdırlar.
3
Təchizatçılara gəldikdə isə, davranışlar ilə bağlı gözləntilər barədə aydın şəkildə məlumat verməklə yanaşı, biznes strukturlarının görə biləcəyi tədbirlərə
potensialın gücləndirilməsi səyləri və əhatə dairəsini artırmaq üçün digər sahibkarlıq fəaliyyətləri ilə əməkdaşlıq da daxildir. Əlavə məlumat üçün BMT-nin Qlobal
Sazişinin təchizat zəncirinin davamlılığına dair bələdçi sənədə baxa bilərsiniz:
http://www.unglobalcompact.org/docs/issues_doc/supply_chain/SupplyChainRep_spread.pdf]
9 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
ayrı-seçkilik qarşısının alınması – Uşaq Hüquqları Konvensiyasının dörd əsas prinsipindən biri
olub, irqi, dəri rəngi, cinsi, dili, əlillik statusu, dini etiqadı, siyasi və ya başqa əqidəsi; milli, sosial və ya
yerli mənşəyi; eləcə də əmlak vəziyyəti, doğum və ya başqa statusundan asılı olmayaraq fərdlərə
qarşı bərabər rəftarı təmin edir. Başqa sözlə desək, bütün uşaqlar hər bir vəziyyətdə, hər zaman və
hər yerdə tam şəkildə inkişaf etmək üçün eyni hüquqa sahibdir.
yürüdülən siyasətlə bağlı öhdəlik – Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərdə təsvir
edildiyi kimi biznes strukturlarının uşaq hüquqları da daxil olmaqla, insan hüquqlarına hörmətlə
yanaşma məsuliyyətini müəyyən edən bəyanatdır. Yürüdülən siyasətlə bağlı öhdəlik biznes
strukturlarının ən yüksək səviyyəsində təsdiq edilməli və uyğun ekspert rəyini almalıdır. Bu biznes
strukturunun öz insan resurslarının, o cümlədən onun fəaliyyəti, məhsul və xidmətləri ilə əlaqəsi
olan biznes ortaqları və digər tərəfl ərin gözləntiləri qarşısında şərtlər qoymalıdır. Bu öhdəlik
həmçinin ictimaiyyətə açıq olmalı, daxilə və xaricə ötürülməli, o cümlədən uyğun siyasət və pros-
edurlara daxil edilməlidir. Bununla yanaşı, bu cür öhdəlik biznes strukturlarının insan hüquqlarını
dəstəkləməsi öhdəliyi ilə bağlı bəyanatını da özündə əks etdirə bilər.
Mənfi nəticələrin aradan qaldırılması – həm insan hüquqlarına mənfi təsirlərin aradan
qaldırılması, həm də mənfi təsirlər ilə mübarizə apara biləcək və ya mənfi təsirləri müsbət edəcək
əhatəli yekun nəticələrin təmin edilməsi proseslərini əhatə edir. Əgər biznes strukturları müəyyən
edərlərsə ki, onların fəaliyyəti insan hüquqlarına mənfi təsir edir və ya bu prosesə töhfə verir, həmin
biznes strukturları qanunvericilik ilə müəyyən edilmiş proses vasitəsilə həmin mənfi halların aradan
qaldırılmasını təmin etməli və ya bunun üçün əməkdaşlıq göstərməli, o cümlədən səmərəli işlək
vəziyyətdə olan şikayətlərin ünvanlandırılması mexanizmlərini və ya münasib olduqda məhkəmə
vasitəsilə həll mexanizmlərini təmin etməlidir. İşlək səviyyəli mexanizmlər qız və oğlanlar, onların
ailələri və onların maraqlarını təmsil edən tərəfl ər üçün müyəssər olmalıdır və Biznes Fəaliyyətləri
və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər sənədinin 31 saylı prinsipində müəyyən edilmiş qeyri-
məhkəmə üsullu şikayətlərin həlli mexanizmləri ilə bağlı eff ektivlik meyarlarına cavab verməlidir.
Dostları ilə paylaş: |