Urologiya 30. 01. 2017 Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Xəstədə sidik axarının yuxarı üçdə birinin 12 x 8 mm ölçülü urodinamikanı pozan urat daşı, xroniki pielonefrit rvar . Ona nə məsləhət görülür?



Yüklə 1,52 Mb.
səhifə9/16
tarix13.04.2017
ölçüsü1,52 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

483) Xəstədə sidik axarının yuxarı üçdə birinin 12 x 8 mm ölçülü urodinamikanı pozan urat daşı, xroniki pielonefrit rvar . Ona nə məsləhət görülür?
A) Ureterolitotomiya

B) Litoliz

C) Kontakt litotripsiya

D) Konservativ müalicə

E) Ureterostomiya
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
484) Sidik axarının aşağı üçdə birinin urodinamikanı mülayim dərəcədə pozan, 7x10mm ölçülü urat daşı, xroniki latent pielonefritdə nə göstərişdir?
A) Litoliz

B) Əməliyyat aparmamalı

C) Ureterolitotomiya

D) Sanator -kurort müalicəsi

E) Ureterolitekstraksiya
Ədəbiyyat: Ужегов Г.Н. Почечно-каменная болезнь : Симптомы, лечение, профилактика / Г.Н.Ужегов. - М. : Вече, 2002. -158 с.
485) Sidik axarının orta üçdə birinin 12x7mm ölçülü oksalat və fosfat daşında (böyrəyin funksiyası vardır) nə məsləhət görmək olar?
A) Kontakt litotripsiya

B) Ureterolitoekstraksiya

C) Ureterolitotomiya

D) Zərbə-dalğalı litotripsiya

E) Kontakt litotripsiya, zərbə-dalğalı litotripsiya, ureterolitotomiya
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 С.
486) Sidik axarının aşağı üçdə birinin 5-8 mm ölçüdə oksalat daşı,mülayim ureteroektaziya var.Göstərilən müalicələrdən ən vacibi hansıdır?
A) Zərbə-dalğalı litotripsiya, 1 ay ərzində konservativ müalicə

B) Ureterolitoekstraksiya

C) Kontakt litotripsiya

D) 1 ay ərzində konservativ müalicə

E) Zərbə-dalğalı litotripsiya
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 С.
487) 25 yaşlı xəstədə hər iki sidik axarının aşağı üçdə birinin 14 x 6 mm ölçüdə daşı, mülayim ureteroektaziya vardir. Ona nə məsləhət görmək lazımdır?
A) Konservativ müalicəni davam etdirmək

B) Ureterolitotomiya

C) Litoliz

D) Ureterolitoekstraksiya

E) Zərbə-dalğalı litotripsiya və ya kontakt litotripsiya
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 С.
488) 40 yaşlı xəstədə sidik axarının aşağı üçdə birində 5-10mm ölçüdə fosfat daşı, 4 aydır ki, mülayim pieloektaziyası var. Ona nə göstərişdir?
A) Zərbə-dalğalı litotripsiya

B) Konservativ müalicəni davam etdirməli

C) Ureterolitotomiya

D) Zərbə-dalğalı litotripsiya, kontakt litotripsiya

E) Kontakt litotripsiya
Ədəbiyyat: Урология. Пер. с англ. Резник М.И., Шеффер Э. Дж. М. - Спб.: ЗАО "Издательство БИНОМ" "Невский диалект", 2002. 264 С.
489) Uretereselenin urodinamikanı pozmayan 12*12mm ölçüdə daşında daha çox nə məqsədəuyğundur?
A) Müdaxilə etməmək

B) Kontakt litotripsiya

C) Zərbə- dalğalı litotripsiya

D) Ureteroselenin acıq üsulla kəsilməsi

E) Ureteroselenin sidik axarı kateterində transuretral elektrobıçaqla (elektrokoaqulyasiya) kəsilib götürülməsi
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
490) 55yaşlı xəstədə böyrəyin çoxlu daşları, xroniki pielonefrit aktiv fazada, ikincili büzüşmüş böyrəkdir. 2 ildir ki, arterial hipertenziyası var. Ona nə göstərişdir?
A) Zərbə-dalğalı litotripsiya

B) Pielolitotomiya, nefrostomiya

C) İltihab əleyhinə, ambulator hipotenziv müalijə

D) Punksion nefrostomiya

E) Nefrektomiya
Ədəbiyyat: Оперативная урология. Классика и новации: руководство для врачей. Л.Г.Манагадзе, Н.А.Лопаткин, О.Б.Лоран, Д.Ю.Пушкарь, С.П.Даренков, Н.Л.Турманидзе, Р.Гогенфеллнер. М.: Медицина, 2003.-740с.;ил.
491) Böyrək ləyəninin 20*25mm daşı, eyni tərəfdən sidik axarının aşağı üçdə birinin 14*8mm ölçüdə daşı, böyrək funksiyasının saxlanması ilə xroniki pielonefritin aktiv fazasında nə göstərişdir?
A) Ureterolitoekstraksiya+pielolitotomiya

B) Uzunmüddətli antibakterial və spazmolitik müalicə

C) İzrael kəsiyi ilə pielolitotomiya və ureterolitotomiya

D) Böyrək daşının zərbə-dalğalı litotripsiyası

E) 2 kəsikdən ureterolitotomiya, pielolitotomiya və nefrostomiya
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
492) Böyrək ləyəninin daşı, böyrəyin karbunkulu, yüksək bədən hərarəti, aydın ifadə olunmuş intoksikasiya olduqda nə lazımdır?
A) Təcili nefrektomiya

B) Sidik axarının kateterizasiyası və konservativ müalicə

C) Antibiotiklərin venaladaxili və endolimfatik yeridilməsi, cərrahi müdaxilə olmadan

D) Təcili pielolitotomiya, karbunkulun kəsilməsi və nefrostomiya

E) Punksion nefrostomiya
Ədəbiyyat: Кругляк Л.Г. Камни в почках и другие заболевания мочевыделительной системы. - СПб. : Питер, 2002. - 232 с.
493) Kəskin irinli pielonefritlə fəsadlaşmış sidik axarının yuxarı üçdə birinin daşında nə məsləhətdir?
A) Punksion nefrostomiya

B) Nefrektomiya

C) Konservativ müalicə-geniş spektirli antibiotiklərin venadaxili və endolimfatik yeridilməsi

D) Ureterolitotomiya, nefrostomiya, böyrəyin dekapsulyasiyası

E) Sidik axarının kateterizasiyası, konservativ müalicə
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
494) Kəskin seroz pielonefritlə fəsadlaşmış sidik axarının aşağı üçdə birinin 5x4mm ölçülü daşında nə göstərişdir?
A) Ureterolitoekstraksiya və sidik axarına stent qoyulması

B) Ureterolitotomiya

C) Kontakt litotripsiya

D) Punksion nefrostomiya və geniş spektrli antibiotiklər

E) Nefrostomiya, böyrəyin dekapsuliyasiyası
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
495) Böyrəyin qarışıq tipli ləyəninin 20*25 mm-lik daşı və pedinkulitdə daha çox nə məqsədəuyğundur?
A) Yuxarı köndələn pielolitotomiya

B) Aşağı boylama pielolitotomiya

C) Arxa köndələn sinusdaxili pielolitotomiya və ureteroliz

D) Bütün üsullar bərabər qiymətlidir

E) Ön köndələn pielolitotomiya
Ədəbiyyat: Оперативная урология. Классика и новации: руководство для врачей. Л.Г.Манагадзе, Н.А.Лопаткин, О.Б.Лоран, Д.Ю.Пушкарь, С.П.Даренков, Н.Л.Турманидзе, Р.Гогенфеллнер. М.: Медицина, 2003.-740с.;ил.
496) Mərcanvari daşların ölçüsünə və yerləşməsinə görə aşağıda göstərilən mərhələlərin hansı doğrudur?

A) Mərcanvari daş böyrəkdaxili ləyəni və çıxıntıları isə bütün kasacıqları tutur

B) Mərcanvari daş böyrək xarici ləyənini ,çıxıntıları isə iki və daha çox kasacığı tutur

C) Mərcanvari daş və çıxıntıları KLS və pielouretral seqmenti tam tutur

D) Konkrement ləyəni və bir kasacığı tutur

E) Sadalananların hamısı


Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
497) Böyrəklərin mərcanvari daşına görə aparılan pielolitotomiya, nefrolitotomiya zamanı əlavə nə tətbiq etmək lazımdır?
A) Aşağı(orta) kasacıqdan nefrostomiya

B) Ləyəni, nefrostomiya qoymadan tam tikmək

C) Pielostomiya

D) Bütün üsullar bərabər əhəmiyyətlidir

E) Sirkulyar(dairəvi) nefrostomiya
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г.
498) Ləyən və kasacıqlardan daşları çıxararkən duzlar və detrit tapılmışdır. Nə yerinə yetirilməlidir?
A) Sirkulyar nefrostomiya

B) Bütün üsullar eyni əhəmiyyətlidir

C) Aşağı (orta) kasacıqdan nefrostomiya

D) Pielostomiya

E) Ləyənin qapalı tikilməsi
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
499) Mərcanvari daşda pielolitotomiya, nefrotomiya və nefrostomiya planlaşdırılır. Böyrəklər yuxarı yerləşmişlər, 11-ci və 12-ci qabırğalar uzundu. Cərrahi kəsik aşağıdakılardan hansı hansı olmalıdır?
A) 9-cu qabırğaarasına keçməklə lumbotomiya

B) Naqamasi üzrə lumbotomiya

C) İzrael üzrə lumbotomiya

D) Fyodorov üzrə lumbotomiya

E) 10-ci qabırğaarasına keçməklə lumbotomiya
Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
500) Böyrək ləyəninin 20 x 25 mm, eyni tərəfdən sidik axarının yukstavezikal hissəsinin 12 x9 mm daşında nə göstərişdir?
A) Transabdominal giriş

B) Pararektal kəsik

C) İzrael kəsiyi

D) Fyodorov üzrə lumbotomiya və Piroqov kəsiyi

E) Bütün üsullar eyni əhəmiyyətlidir
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
501) Sidik axarının orta üçdə birinin 12x9 mm ölçüdə, urodinamikanı pozan, urat daşında nə göstərişdir?
A) Ureterolitoekstraksiya

B) Punksion nefrostomiya

C) Sidik axarının elektrostimulyasiyası

D) Kontakt ureterolitotripsiya

E) Litoliz
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. и доп.- М., 2003.- 400 с.
502) Prostat vəzinin 40 qr adenomasında, sidikliyin 30*30 mm ölçülü daşında (oksalat) nə göstərişdir?
A) Transuretral sistolitotripsiya

B) Litoliz

C) Sistolitotomiya, adenomektomiya və sistostomiya

D) Kontakt litotripsiya və prostatın transuretral rezeksiyası

E) Zərbə-dalğalı distansion litotripsiya
Ədəbiyyat: Урология. /ред. С.Х. Аль-Шукри, В.Н. Ткачук/- М.: «Академия», 2005.-448с.
503) Sidik axarının yukstavezikal hissəsində 6*9 mm ölçüdə, urodinamikanı nisbi pozan rentgenpozitiv daş var. Ona ilk növbədə aşağıdakılardan hansının tətbiqi məqsədəuyğundur?
A) Ureterolitotomiya

B) Kontakt litotripsiya

C) Konservativ müalicə

D) Zərbə-dalğalı distansion litotripsiya

E) Ureterolitoekstraksiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
504) Sidik axarının orta üçdə birində 6*9 mm ölçüdə, urodinamikanı nisbi pozan daşı var. Ona nə göstərişdir?
A) Ureterolitotomiya

B) Kontakt litotripsiya

C) Konservativ müalicə

D) Ureterolitotomiya və ureterolitoekstraksiya eyni əhəmiyyətlidir

E) Ureterolitoekstraksiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
505) 30 yaşlı qadın xəstənin sidik axarının aşağı üçdə birində 5*9mm-lik, urodinamikanı pozan daşdır. Ona nə göstərişdir?
A) Konservativ müalijə

B) Lititripsiya

C) Ureterolitoekstraksiya, kontakt lititripsiya

D) Ureterolitotomiya

E) Ureterolitoekstraksiya
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
506) Pielolitotomiya əməliyyatından sonra dayanıqlı fosfaturiyada nə təyin etmək lazımdır?
A) Südlü pəhriz , hər gün 1 limon qəbul etmək, sidikqovucu bitki mənşəli vasitələr

B) Südlü pəhriz ,piy, yağ istifadə etmək, sidikqovucu bitki mənşəli vasitələr

C) Südlü pəhriz ,geniş spektrli antibiotiklər, uroseptiklər

D) Geniş spektrli antibiotiklər, uroseptiklər,metionin,askorbin turşusu , zülalla zəngin qidalar(ət, balıq), piy, yağ,sidikqovucu bitki mənşəli vasitələr

E) Südlü pəhriz, uroseptiklər sitrat preparatları(maqurlit, blemaren və s.)
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
507) Oksalat daşlarının xaric olmasından sonra davamlı oksalaturiyada hansı müalicə və pəhriz məsləhət görülməlidir?

A) Sitrat preparatları, B 6 və A vitaminləri, taxıl qırıntıları, diurezi 2 litrə qədər artırmaq

B) Göyərtilərlə, sitruslarla, paxla ilə zəngin qidalar, sitrat preparatları, taxıl qırıntıları

C) Göyərti,sitrus,paxla,kalsiumla (süd məhsulları, kartof), A və B qrup vitaminləri,maqneziumla,sitrat preparatları ilə zəngin qidalar,taxıl qırıntıları,diurezi 2 litrə qədər artırmaq

D) Sitruslarla, paxla ilə zəngin qidalar, kalsium ilə zəngin yeməklər (süd məhsulları, kartof)

E) A və B qrup vitaminlər, maqneziumla zəngin qidalar, maqnezium-oksid


Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
508) Kəskin uraturiyada müalicəyə nə əlavə edilməlidir?
A) Bitkili pəhriz, diurez 1,0-dən az,purin mübadiləsi blokatorları(allopurinol və s.)

B) Bitkili pəhriz, diurez 1, 0 l-dən az, purin mübadiləsi blokatorları(allopurinol və s.)

C) Bitkili ,ətli pəhriz

D) Ətli pəhriz, diurez 2, 0-2, 5 l, sitrat preparatları

E) Südlü pəhriz, bitkili pəhriz, diurez 2,0-2,5 l, sitrat preparatları, purin mübadiləsi blokatorları(allopurinol və s.)
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
509) Xəstədə böyrəklərin ikitərəfli mərcanvari rentgenkontrast daşıdır. Hiperparatireoza şübhə vardır. Diaqnostika planına nə daxil etmək lazımdır?
A) Qanda reninin, aldosteronun müayinəsini

B) Qan zərdabında və sutkalıq sidikdə kalsium və fosforun təyini, qanda parathormonun və kalsitoninin təyini, parathormonla sınağı, skeletin skanirlənməsi

C) Qan zərdabında və sutkalıq sidikdə kalsium və fosforun təyini

D) Qanda parathormonun və kalsitoninin təyini

E) Parathormonla sınağı, skeletin skanirlənməsi
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
510) Böyrəklərin urat daşlarında müayinə planına nə daxildir?
A) Sidik turşusunun qanda və sutkalıq sidikdə təyini

B) Kəllənin rentgenoqrafiyası və qanda qələvi fosfatazanın təyini

C) Sidik turşusunun sutkalıq sidikdə təyini

D) Qanda qələvi fosfatazanın təyini

E) Kəllənin rentgenoqrafiyası
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
511) Böyrəyin residiv oksalat daşlarında və oksalaturiyada nə müayinə edirik?
A) Qalxanabənzərətrafı vəzilərin USM

B) Qan gərdabında və sutkalıq sidiklə kalsium və fosforun təyini

C) Hamısı düzdür

D) Sutkalıq sidikdə oksalatların təyini

E) Qanda turş fosfatazanın təyini
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. и доп.- М., 2003.- 400 с.
512) Ureterolitoekstraksiya daha çox nə zaman məqsədəuyğundur?
A) Bütün hallarda

B) Hər iki sidik axarının yuxarı üçdə birinin 5 mm daşlarında

C) Kişilərdə və qadınlarda sidik axarının orta üçdə birinin 5-6 mm-lik daşlarında

D) Qadınlarda sidik axarının aşağı üçdə birinin 6 mm ölçülü, fəsadlaşmamış daşında

E) Eyni situasiyada olan kişilərdə
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 c.
513) Postrenal anuriyada (sidik axarlarının daşları) təcili nə göstərişdir?
A) Zərbə-dalğalı litotripsiya

B) Vena daxili böyük dozada laziks, spazmolitik və infuzion terapiya

C) Spazmolitik və infuzion terapiya

D) Punksion nefrostomiya

E) Sidik axarlarının kateterizasiyası
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
514) Xəstədə sağ böyrək ləyənində urat, solda oksalat olmaqla hər iki tərəfdə 25*20 mm ölçüdə daşdır. Ona nə məsləhət görmək olar?

A) Soldan punksion nefrolitolapaksiya və sağdan litoliz

B) Soldan zərbə-dalğalı litotripsiya, sağdan litoliz

C) 1-2 ay intervalla ardıcıl pielolitotomiya

D) Eyni vaxtda ikitərəfli pielolitotomiya

E) Zərbə-dalğalı litotripsiya və ya pielolitotomiya


Ədəbiyyat: Трапезникова М. Ф., Дутов В. В. Рамки применения ДУВЛ-монолитотрипсии при коралловидных камнях почек Врачебное сословие. 2005.; 7: 4-6.
515) 45 yaşlı xəstədə ikitərəfli mərcanvari daş, xroniki latent pielonefritdir.Ləyən böyrəkxarici tipdir.Ona nə məsləhət görmək olar?
A) Cərrahi müdaxilə göstəriş deyil

B) İkitərəfli zərbə-dalğalı litotripsiya

C) Bir tərəfdən pielolitotomiya, nefrostomiya, 2-3 aydan sonra o biri tərəfdən

D) Eyni vaxtda ikitərəfli pielokalikolitotomiya, nefrostomiya və ikitərəfli zərbə-dalğalı litotripsiya eyni dərəjədə əhəmiyyətlidirlər

E) Eyni vaxtda ikitərəfli pielokalikolitotomiya, nefrostomiya
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
516) Sidik axarının yuxarı üçdə birinin 10 mm daşı, kəskin seroz pielonefritdə nə tətbiq etmək lazımdır?
A) Təcili nefrektomiyanı

B) Təcili ureterolitotomiya, böyrəyin təftişini

C) Təcili kontakt litotripsiya

D) Sidik axarına stent qoyulması

E) Konservativ, antibakterial terapiyanı davam etdirməyi
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
517) Ləyənin 20*20 mm daşı, kəskin seroz pielonefritdə nə tətbiq etmək lazımdır?
A) Nefrektomiyanı

B) Punksion nefrolitotomiya, nefrostomiyanı

C) Təcili pielolitotomiya, böyrəyin təftişi, nefrostomiyanı

D) Konservativ terapiyanı

E) Zərbə-dalğalı litotripsiyanı
Ədəbiyyat: Ужегов Г.Н. Почечно-каменная болезнь : Симптомы, лечение, профилактика / Г.Н.Ужегов. - М. : Вече, 2002. -158 с.
518) Ləyənin 20*20 mm-lik daşı, kəskin irinli pielonefritdə nə təyin etmək lazımdır?
A) Təcili punksion nefrostomiyanı

B) Sidik axarı və ləyənin kateterizasiyasını

C) Antibiotiklər, kortikosteroidlər, venadaxili infuzion terapiyanı, təcili punksion nefrostomiyanı, sidik axarı və ləyənin kateterizasiyası eyni əhəmiyyətlidir

D) Antibiotiklər, kortikosteroidlər, venadaxili infuzion terapiyanı

E) Təcili pielolitotomiya, nefrostomiya, böyrəyin dekapsulyasiyasını
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. и доп.- М., 2003.- 400 с.
519) Kalkulyoz kəskin irinli pielonefrit,bakteremik şokda nə təyin etmək lazımdır?
A) Təcili pielolitotomiya, nefrostomiya, böyrəyin dekapsulyasiyası

B) Sidik axarının kateterizasiyası

C) Təcili nefrektomiya

D) Təcili pielolitotomiya, nefrostomiya

E) Şok əleyhinə terapiya,kortikosteroidlər,venadaxili infuzion terapiya və şokdan çıxardıqdan sonra -cərrahi müalicə
Ədəbiyyat: Урология. /ред. С.Х. Аль-Шукри, В.Н. Ткачук/- М.: «Академия», 2005.-448с.
520) Böyrəyin urat daşı, kəskin seroz pielonefritdə nə tətbiq etmək lazımdır?
A) Daşın həllini antibakterial terapiya ilə müştərək

B) Punksion nefrolitotomiyanı

C) Zərbə-dalğalı litotripsiyanı

D) Təcili pielolitotomiya, böyrəyin təftişini

E) Sidik axarına stent qoyulması
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
521) Hər iki sidik axarının kiçik daşları, 20 saatlıq anuriyada nə tətbiq etmək lazımdır?
A) İkitərəfli nefrostomiyanı

B) Sidik axarlarının kateterizasiyasını

C) Venadaxili laziks, infuzion terapiyanı

D) Punksion nefrostomiyanı

E) İkitərəfli təcili ureterolitotomiyanı
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
522) Vahid böyrəyin sidik axarının 5 mm-lik daşı, 12 saatlıq anuriyada nə tətbiq etmək lazımdır?
A) Venadaxili laziks

B) Venadaxili laziks və ya təjili nefrostomiya və ya punksion nefrostomiya eyni əhəmiyyətlidir

C) Punksion nefrostomiya

D) Təcili nefrostomiya

E) Sidik axarının kateterizasiyası
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
523) Poliklinikada xəstəyə sidik axarının daşı, böyrək sancısı, kəskin seroz pielonefrit diaqnozu qoyulmuşdur. Ona nə məsləhət görmək lazımdır?
A) Evdə antibakterial, spazmolitik müalicəni davam etdirmək və ya poliklinikada sidik axarlarını kateterizasiya etmək və ya poliklinikada təcili ekskretor uroqrafiya eyni əhəmiyyətlidir

B) Təcili uroloji stasionara yerləşdirmək

C) Poliklinikada sidik axarlarını kateterizasiya etmək

D) Evdə antibakterial, spazmolitik müalicəni davam etdirmək

E) Poliklinikada təcili ekskretor uroqrafiya
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
524) 30 yaşlı xəstə qadında ikitərəfli mərcanvari daş, xroniki pielonefrit, böyrəklərin ikincili büzüşməsi, uremiyadır. Ona nə məsləhət görmək olar?
A) Ardıcıl olaraq iki tərəfdən pielolitotomiya, nefrostomiya

B) Hemodializ, infuzion terapiya, perspektivdə ikitərəfli nefrektomiya və böyrək transplantasiyası

C) Sidik axarlarının kateterizasiyası

D) Punksion nefrostomiya

E) İkitərəfli stentin qoyulması
Ədəbiyyat: Джавад-Заде С.М. Современный взгляд на патогенез, течение и лечение мочекаменной болезни // Урология, 1999, №5, с. 10-12.
525) Xəstədə pielolitotomiyadan sonra yaranın irinləməsi qeyd olunur.Bu halda nə etmək lazımdır?
A) Antibiotiklərin dozasını artırmaq

B) Sidik yığıntısını müəyyən etmək və yaranı geniş drenaj etmək

C) Antibiotik məhlulları ilə yaranı yumaq

D) Böyrəyi punksiya etmək

E) Yaraya Vişnevski məlhəmi ilə tamponlar qoymaq
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
526) 40 yaşlı qadın xəstəsində nefrolitiazla əlaqədar əvvəllər böyrəkdə 2 dəfə cərrahi əməliyyat aparılmışdır. Hazırda isə pienefroz təyin edilmişdir. Həmin xəstədə daha məqsədəuyğun cərrahi üsul hansıdır?
A) Nefrostomiya əməliyyatı

B) Sidik axarının kateterizasiyası

C) Operativ müalicə etməmək

D) Nefrektomiya

E) Punksion nefrostomiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
527) Xəstədə böyrəklərin polikistozudur. Urodinamikanı pozan böyrək ləyənində 25*25 mm ölçülü daşı vardır.Ona nə məsləhətdir?
A) Zərbə-dalğalı litotripsiya

B) Konservativ müalicə

C) Pielolitotomiya, iqnipunktura

D) Punksion nefrolitotomiya, nefrostomiya

E) Nefrostomiya
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
528) 30 yaşlı xəstədə sidik axarının yuxarı 1/3 hissəsinin daşı vardır. Daş 1 ildir eyni yerdədir. Böyrək fəaliyyəti saxlanılıbsa, ona nə məsləhətdir?
A) Dalğa zərbəli litotripsiya

B) Nefrektomiya

C) Ureteronefrektomiya

D) Ureterolitotomiya

E) Pielolitotomiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
529) Aşağıdakılardan biri istisna olmaqla oksaluriyanı əmələ gətirir?

A) Xroniki kolit

B) Limon turşulu qidalar

C) Vitamin D -nin defisiti

D) Sitrat preparatları

E) Vitamin B6 çatışmazlığı


Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-М.:Медицина, 2002.- 495 с.

Bölmə 8. Sidik-cinsiyyət orqanlarının zədələnmələri

530) Böyrəklərin zədələnmələri çox təsadüf olunur?
A) Kişilərdə

B) Sağ böyrəkdə

C) Hər iki böyrəkdə

D) Sol böyrəkdə

E) Qadınlarda
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
531) Böyrəklərin travmalarında daha çox zədələnir?
A) Damar ayaqcığı

B) Aşağı qütbü

C) Yuxarı qütbü

D) Ön səthi

E) Arxa səthi
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə