Urologiya 30. 01. 2017 Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Xəstə ona təyin olunan dərmanların adını və təsirini bilməlidirmi?



Yüklə 1,52 Mb.
səhifə2/16
tarix13.04.2017
ölçüsü1,52 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

56) Xəstə ona təyin olunan dərmanların adını və təsirini bilməlidirmi?
A) Həkim mütləq deməlidir

B) Savadı səviyyəsində mümkün qədər bilməlidir

C) Bilməməlidir

D) Əgər ona açıq informasiya verilərsə, savadı səviyyəsində bilməlidir

E) Həkimlik sirridir
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
57) Uzun illər mürəkkəb cərrahi əməliyyatları yalnız özü icra edən aparıcı uroloqun davranışı necədir?
A) Düz deyil, o öz köməkçilərinin peşəkar səviyyəsinin artmasının qayğısına qalmamalıdır

B) Düzdür

C) Bu cür davam etməlidir

D) Düzdür, əgər o və onun ətrafı belə peşəkar səviyyəni görmürlər

E) Düz deyil, o öz köməkçilərinin peşəkar səviyyəsinin artmasının qayğısına qalmalıdır
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
58) Xəstə cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsindədir. Xəstənin müalicəsi kimin üzərinə düşür?
A) Həkim – anestezioloq

B) Həkim – reanimatoloq

C) Başda əməliyyatı aparan uroloq olmaqla reanimatoloq və anestezioloqun

D) Cərrahiyyə əməliyyatını aparan uroloq

E) Baş həkim
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
59) Xəstə uroloqun ona təklif etdiyi əməliyyatdan imtina edir. Bu halda hansı qərarı vermək olmaz?
A) Klinikanın baş uroloqunun təklif etdiyi namizəd əməliyyatı etməli

B) Xəstənin seçim etdiyi uroloqun namizədliyi ilə razılaşmaq, əgər onun peşəkarlıq qabiliyyəti yüksəkdirsə və ya klinikanın baş uroloqunun təklif etdiyi namizəd əməliyyatı etməli

C) Xəstənin seçim etdiyi uroloqun namizədliyi ilə razılaşmaq, əgər onun peşəkarlıq qabiliyyəti yüksəkdirsə

D) Xəstəni uroloqun yüksək peşəkarlıq keyfiyyətinə malik olmasına inandırmaq və izah etmək

E) Xəstəni evə yazmaq
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
60) Xəstənin qohumları müalicə həkiminin əməliyyat etməsinə qəti etiraz edirlər, lakin xəstə müalicə həkiminin əməliyyat etməsini təkid edirsə, bu halda şöbə müdiri nə etməli?
A) Xəstənin qohumları ilə razılaşıb, başqa cərrahı təyin etmək

B) Xəstənin qohumları ilə razılaşıb, başqa cərrahı təyin etmək və ya özü əməliyyat etməli

C) Xəstənin qohumları ilə razılaşıb, başqa cərrahı təyin etmək və ya xəstənin qohumlarını müalicə həkiminin yüksək peşə hazırlığına malik olduğuna inandırmaq və xəstənin arzusu ilə razılaşmaq

D) Özü əməliyyat etməli

E) Xəstənin qohumlarını müalicə həkiminin yüksək peşə hazırlığına malik olduğuna inandırmaq və xəstənin arzusu ilə razılaşmaq
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
61) Yaşlı və təcrübəli uroloq cərrahiyyə əməliyyatı zamanı mürəkkəb vəziyyətdə ən optimal qərar çıxarmaq üçün kiçik köməkçilərilə məsləhətləşməlidirmi?
A) Məsləhətləşməlidir, öncə ozündən kiçiklərin fikirlərini öyrənməlidir, sonda öz fikrini deməlidir

B) Öncə ozündən kiçiklərin fikirlərini öyrənməlidir

C) Məsləhətləşməlidir

D) Sonda öz fikrini deməlidir

E) Öz hörmətinin aşağı düşməsindən ehtiyatlanıb, məsləhətləşməməlidir
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
62) Baş mütəxəssisin xəstələrin yanında kiçiklərə müraciətdə adı və ya “sən” deməsi onun nüfuzuna necə təsir edir?
A) Artır

B) Artır və ya işdən kənar şəraitdə qarşılıqlı inam zamanı mümkündür

C) Dəyişməz qalır və ya işdən kənar şəraitdə qarşılıqlı inam zamanı mümkündür

D) İşdən kənar şəraitdə qarşılıqlı inam zamanı mümkündür

E) Dəyişməz qalır
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
63) Əməliyyatın gedişi zamanı uroloq anestezioloqdan xəstənin vəziyyəti barədə maraqlana bilərmi?
A) Anestezioloqa inanaraq maraqlanmamalıdır və ya uroloq və anestezioloqun münasibətindən asılıdır

B) Soruşmağa hüququ yoxdur

C) Mütləq maraqlanmalıdır

D) Anestezioloqa inanaraq maraqlanmamalıdır

E) Uroloq və anestezioloqun münasibətindən asılıdır
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
64) Uroloq cərrahiyyə əməliyyatı olunmuş xəstələrin sarğısını özü dəyişməli və ya bunu kimə etibar etməlidir?
A) Tibb bacısına

B) İş yerində müdavimə

C) Heç biri doğru deyil

D) Tibb bacısına və ya iş yerində müdavimə

E) Yalnız özü
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
65) Baxış zamanı bu və ya digər xəstənin palatada profesional müzakirəsi nə zaman olar?
A) Xəstəni cərrahi əməliyyata razı salmaq üçün mümkündür

B) Onkoloji xəstəliklər zamanı mümkünsüzdür

C) Bütün sadalananlar doğrudur

D) Adi hallarda mümkündür, lakin onkoloji xəstəliklər zamanı mümkünsüzdür

E) Adi hallarda mümkündür
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
66) Həkimlik sirri pozularkən şöbə müdiri nə etməlidir?
A) Şöbədə səhər toplantısında hadisəyə aydınlıq gətirməli, şöbə müdiri qanun pozucusu ilə ayrılıqda söhbət etməlidir,bu hal təkrarlanarsa adminstrasiyaya məlumat verməlidir

B) Bu hal təkrarlanarsa adminstrasiyaya məlumat verməlidir

C) Şöbədə səhər toplantısında hadisəyə aydınlıq gətirməlidir

D) Şöbə müdiri qanun pozucusu ilə ayrılıqda söhbət etməlidir

E) Bütün hallarda adminstrasiyaya məlumat verməlidir
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
67) Yeni cərrahi fəaliyyətə başlamış həkimin bu və ya digər texniki səhvinə (ölümlə nəticələnən səhv) görə, kömək edən cərrah (şöbə müdiri, baş ordinator, assistent) məsuliyyət daşıyırmı?
A) Məsuliyyət daşımır, belə ki, vaxtında səhvini düzəltməyə cəhd göstərsə də, heç bir nəticəsi olmamışdır

B) Məsuliyyət daşıyır

C) Məsuliyyət daşımır

D) Hər bir konkret halda birmənalı cavab vermək olmaz

E) Hər ikisi məsuliyyət daşıyır
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
68) Aparılan cərrahiyyə əməliyyatının nəticəsi haqqında məlumatı xəstənin qohumlarına kim verməlidir?
A) Şöbə müdiri

B) Tibb bacısı

C) Sadalananlardan hər biri

D) Əməliyyatda iştirak edənlərdən biri

E) Yalnız əməliyyat edən uroloq
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.

Bölmə 2. Sidik cinsiyyət sistemi orqanlarının anatomо fizioloji xüsusiyyətləri

69) Bel nahiyyəsinin əzələ sistemi hansı əzələdən ibarətdir?
A) İki qat əzələdən

B) Dörd qat əzələdən

C) Üç qat əzələdən

D) Beş qat əzələdən

E) Bir qat əzələdən
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
70) Bel nahiyəsinin anatomik zəif yeri olan bel üçbucağının (Pti üçbucağı) dibini hansı əzələ təşkil edir?
A) Qarnın xarici çəp əzələsi

B) Qarnın köndələn əzələsi

C) Arxanın ən enli əzələsi

D) Qarnın daxili çəp əzələsi

E) Aşağı arxa dişli əzələ
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
71) Bel nahiyyəsinin anatomik zəif yerinin – bel dördbucağının (Lesqaft-Qrünfeld rombu) divarlarını hansı əzələ təşkil edir?
A) Aşağı arxa dişli əzələ, qarnın daxili çəp əzələsi, onurğanı düzləndirən əzələ və 12-ci qabırğa

B) Qarnın köndələn əzələsi, aşağı arxa dişli əzələ və qarnın xarici çəp əzələsi, qalça sümüyünün qanadı

C) Arxanın ən enli əzələsi, qarnın xarici çəp əzələsi və qalça sümüyünün qanadı

D) Sadalananlardan heç biri

E) Onurğanı düzləndirən, aşağı arxa dişli əzələ, qarnın daxili çəp əzələsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
72) Qarının ağ xətti (linea alba) qarnın hansı əzələlərinin aponevrozundan təşkil olunub?
A) Sadalananlardan heç biri

B) Qarının xarici çəp əzələsi və qarnın daxili çəp əzələsinin aponevrozunun ön səhifəsi

C) Qarının köndələn əzələsi

D) Qarnın daxili çəp əzələsinin aponevrozunun arxa səhfəsi və qarnın köndələn əzələsi

E) Qarnın xarici çəp əzələsi və qarnın daxili çəp əzələsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
73) Obliterasiya olunmuş sidik axarı (uraxus) harada yerləşir?
A) Peritonun lateral qasıq qırışları arasında və peritonun orta qasıq qırışında

B) Peritonun orta qasıq qırışları arasında və peritonun orta qasıq qırışında

C) Peritonun orta qasıq qırışları arasında

D) Peritonun orta qasıq qırışında

E) Peritonun lateral qasıq qırışları arasında
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
74) Qasıq kanalının sərhədlərini nə təşkil edir?
A) Qarnın xarici çəp əzələsinin aponevrozu, köndələn fassiya, qarının daxili çəp əzələsi

B) Qarnın xarici çəp əzələsinin aponevrozu, köndələn fassiya, qarının daxili çəp əzələsi, qasıq bağında (pupart)

C) Qarnın xarici çəp əzələsinin aponevrozu, qarının daxili çəp əzələsi, qarnın köndələn əzələsi, qasıq bağında (pupart)

D) Bütün cavablar düzdür

E) Qarnın xarici çəp əzələsinin aponevrozu, köndələn fassiya, qarının köndələn əzələsi, qasıq bağında (pupart)
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
75) Qasıq kanalının daxili dəliyi peritonun daxili səthinin hansı nahiyyəsinə uyğundur?
A) Lateral qasıq çuxuruna

B) Sidik kisəsi üstü çuxura

C) Göbək həlqəsinə

D) Medial qasıq çuxuruna

E) Qapayıcı çıxıntıya
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
76) Qasıq kanalının xarici dəliyinin diametri nə qədərdir?
A) 4-5 sm x 2-3 sm

B) 2-3 sm x 1-2 sm

C) 1-2 sm x 1,5-2 sm

D) 0, 5-1 sm x 1-2 sm

E) 3-4 sm x 3-4 sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
77) Peritonarxası nahiyənin piy toxuması neçə qatdan ibarətdir?
A) 1

B) 4


C) 3

D) 5


E) 2
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
78) Toldt fassiyası (fascia Toldti) nədir?
A) Böyrəkönü fassiya

B) Arxa çənbərvari fassiya

C) Böyrəkarxası fassiya

D) Peritondaxili fassiya

E) Peritonarxası fassiya
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
79) Xüsusi peritonarxası piy toxumasının sərhədləri hansıdır?
A) Böyrəkarxası fassiya və peritondaxili fassiya

B) Böyrəkönü fassiya və kvadrat əzələ fassiyası

C) Böyrəkönü fassiya və böyrəkarxası fassiya

D) Böyrəkarxası fassiya və kvadrat əzələ fassiyası

E) Peritonarxası fassiya və peritondaxili fassiya
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
80) Kiçik çanaqda neçə mərtəbə müəyyən olunur?
A) 4 mərtəbə

B) 3 mərtəbə

C) 1 mərtəbə

D) 5 mərtəbə

E) 2 mərtəbə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
81) Denonvil fassiyası nədir?
A) Prostat-düz bağırsaq apanevrozu

B) Kisəönü aponevroz

C) Kisə-düz bağırsaq aponevrozu

D) Periton-aralıq aponevrozu

E) Düz bağırsağın fassiyal kapsulu
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
82) Sidik kisəsi önü (Retzii) toxuma sahəsi necə sərhədlənir?
A) Qasıq sümüklərinin arxa səthi

B) Ön və arxa kisəönü fassiyaarası sahə

C) Qasıq sümüklərinin arxa səthi, köndələn fassiya və kisəönü fassiya

D) Kisəönü fassiyaarası sahə və periton

E) Simfiz və sidik kisəsinin divarı
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
83) Sidik kisəsi önü sahədən irinin yayılma yolları hansılardır?
A) Bud və qapayıcı kanal vasitəsilə bud nahiyəsinə

B) Periton boşluğuna

C) Qarnın düz əzələ yatağına və qasıq nahiyəsinə

D) Çanaqda yan divaryanı sahəyə

E) Bütün sadalananlar
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
84) Buyalski-Mak-Uorter metodu ilə kisəönü sahənin drenaj etmək üçün qapayıcı membranı hansı nahiyədən perforasiya etmək lazımdır?
A) Aşağı, daxili nahiyədən

B) Aşağı, xarici nahiyədən

C) Yuxarı, daxili nahiyədən

D) Bütün nahiyələrdən icazə verilir

E) Yuxarı, xarici nahiyədən
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
85) Sidik-cinsiyyət üçbucağı əzələlərinə hansı aiddir?
A) Oturaq-mağaralı əzələ

B) Soğanaq süngəri əzələ

C) Aralığın dərin köndələn əzələsi

D) Aralığın səthi köndələn əzələsi

E) Bütün sadalananlar
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
86) Çanaq diafraqmasının əzələ əsasını nə təşkil edir?
A) Böyük sağrı əzələsi

B) Daxili qapayıcı əzələ

C) Arxa keçidi qaldıran əzələ

D) Aralığın dərin köndələn əzələsi

E) Anusun xarici sfinkteri
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
87) Oturaq-düz bağırsaq çuxurunun sərhədi nə ilə tamamlanır?
A) Anusun xarici sfinkteri, böyük sağrı əzələsi

B) Arxa keçidi qaldıran əzələ, oturaq qabarı

C) Anusun xarici sfinkteri, aralığın dərin köndələn əzələsi

D) Böyük sarğı əzələsi,aralığın dərin köndələn əzələsi

E) Anusun xarici sfinkteri, oturaq qabarı, böyük sağrı əzələsi, aralığın dərin köndələn əzələsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
88) Xayanı qaldıran əzələ qarının hansı qatına uyğundur?
A) Qarnın xarici çəp əzələsinə

B) Bütün cavablar doğrudur

C) Qarnın köndələn əzələsinə

D) Qarnın daxili çəp əzələsinə və qarının köndələn əzələsinə

E) Qarnın daxili çəp əzələsinə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
89) Böyrək ayaqcığında elementlərin ardıcıllığı öndən arxaya doğru necədir?
A) Vena, böyrək ləyəni, arteriya

B) Böyrək ləyəni, vena, arteriya

C) Böyrək ləyəni, arteriya, vena

D) Arteriya, vena, böyrək ləyəni

E) Vena, arteriya, böyrək ləyəni
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
90) Sağ böyrək arteriyası harada yerləşir?
A) Qarın aortasının önündə

B) Qarın aortasının arxasında

C) Aşağı boş venanın önündə

D) Aşağı boş venanın arxasında

E) Qarın aortası ilə aşağı boş vena arasında
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
91) Sidik kisəsini qanla hansı arteriya təchiz edir?
A) Xarici qalça arteriyası

B) Daxili qalça arteriyası

C) Daxili qalça arteriyası və xarici qalça arteriyası

D) Aşağı piylik arteriyası

E) Ümumi qalça arteriyası
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
92) Prostat vəzini qanla hansı arteriya təchiz edir?
A) Qapayıcı arteriya

B) Aşağı kisə arteriyası

C) Aşağı sağrı arteriyası

D) Aşağı kisə arteriyası və orta düz bağırsaq arteriyası

E) Orta düz bağırsaq arteriyası
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
93) Cinsiyyət orqanlarını qanla hansı arteriya təchiz edir?
A) Cinsiyyət üzvünün dərin arteriyası

B) Bütün sadalananlar

C) Cinsiyyət üzvünün xarici və daxili arteriyası

D) Cinsiyyət üzvünün аrха arteriyası

E) Soğanaq arteriyası
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
94) Xayalardan limfa axını hansı istiqamətdə daşınır?
A) Parakaval və paraaortal limfa düyünlərinə

B) Parakaval, paraaortal və qalçaətrafı limfa düyünlərinə

C) Qalçaətrafı limfa düyünlərinə

D) Səthi qasıq limfa düyünlərinə

E) Dərin qasıq limfa düyünlərinə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
95) Uretranın xarici sfinkteri hansı sinirlə innervasiya olunur?
A) Qapayıcı sinirlə

B) Qalça-qasıq sinirilə

C) Cinsiyyət sinirilə

D) Qarınüstü-qalça sinirilə

E) Oturaq sinirilə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
96) Peritonarxası sahədə böyrəklərin normal topoqrafik yerləşməsi necədir?
A) Orientir 12-ci qabırğa , sol böyrəyi 1/3 və 2/3, sağ böyrəyi ortadan 2 hissəyə və orientir 12-ci qabırğa, sağ böyrəyi 1/3 və 2/3 hissəyə, sol böyrəyi ortadan 2 hissəyə bölür

B) Orientir 12-ci qabırğa, hər iki böyrəyi tən ortadan 2 hissəyə bölür

C) Orientir 12-ci qabırğa , sol böyrəyi 1/3 və 2/3, sağ böyrəyi ortadan 2 hissəyə bölür

D) Orientir 11-ci qabırğa, sol böyrəyi 2/3, sağ böyrəyi 1/3 hissəyə bölür

E) Orientir 12-ci qabırğa, sağ böyrəyi 1/3 və 2/3 hissəyə, sol böyrəyi ortadan 2 hissəyə bölür
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
97) Böyrəyin normal ölçüləri neçə sm-dir?
A) 10-12 sm x 8-10 sm x 3-5 sm

B) 18-20 sm x10-12 sm x 6-8 sm

C) 6-8 sm x 3-5 sm x 3-4 sm

D) 10-12 sm x 4-6 sm x 3-5 sm

E) 16-18 sm x 4-6 sm x 2-3 sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
98) Böyrəklərin fizioloji tutumu nə qədərdir?
A) 3-5 ml

B) 12-14 ml

C) 10-14 ml

D) 4-6 ml

E) 10-12 ml
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
99) Cinsi yetişkənlik yaşında kişilərdə sidik axarının uzunluğu nə qədərdir?
A) 14-18 sm

B) 28-32 sm

C) 32-36 sm

D) 10-12 sm

E) 20-24 sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
100) Sidik axarının ən dar yeri (2 mm) hansı nahiyyədədir?
A) İntramural nahiyədə

B) Ləyən-sidik axarı seqmenti nahiyəsində və intramural nahiyədə

C) Kisəönü nahiyədə

D) Ləyən-sidik axarı seqmenti nahiyəsində

E) Qalça damarlarıyla kəsişmə nahiyəsində
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
101) Sol sidik axarı çanaq hüdudi nahiyyəsində hansı arteriya ilə kəsişir?
A) Xarici qalça arteriyası ilə

B) Daxili qalça arteriyas ilə

C) Ümumi qalça arteriyası ilə

D) Mədəaltı arteriya ilə

E) Qapayıcı arteriya ilə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
102) Sağ sidik axarı çanaq hüdudu nahiyəsində hansı arteriya ilə kəsişir?
A) Xarici qalça arteriyası ilə

B) Mədəaltı arteriya ilə

C) Daxili qalça arteriyası ilə

D) Qapayıcı arteriya ilə

E) Ümumi qalça arteriyası ilə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
103) Sidik axarının aşağı 1/3-ni qanla hansı arteriya təchiz edir?
A) Orta hemorroidal arteriya

B) Sidik axarı arteriyası

C) Mədəaltı arteriyalar

D) Bütün sadalananlar

E) Yuxarı kisə arteriyası
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
104) Prostat vəzi– sidik kisəsi şırımında nə yerləşir?
A) Sidik axarı

B) Arteriya və sinir

C) Arteriya

D) Limfa damarları

E) Vena
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
105) M-xolinergik reseptorlar harda yerləşir?
A) Detruzorda səpələnmiş halda

B) Prostat vəzidə

C) Yalnız sidik kisəsi boynunda

D) Uretranın proksimal nahiyəsində

E) Yalnız sidik kisəsi boynunda, uretranın proksimal nahiyəsində, prostat vəzidə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
106) Alfa -1-A reseptorları harada yerləşir?
A) Detruzorda səpələnmiş halda

B) Sidik kisəsi boynunda, uretranın proksimal nahiyəsində, prostat vəzidə

C) Uretranın proksimal nahiyəsində

D) Prostat vəzidə

E) Yalnız sidik kisəsi boynunda
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
107) Prostat vəzinin çəkisi normada nə qədərdir?
A) 20 – 60 q

B) 10 q


C) 30 – 40 q

D) 60 q-dək

E) 20 q-dək
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
108) Prostat vəzinin əsasına nə söykənir?
A) Sidik – cinsiyyət diafraqması

B) Toxum qabarcığı

C) Sidik kisəsinin dibi və boynu

D) Denonvil aponevrozu

E) Toxum çıxarıcı kanalın ampulu
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
109) Mark – Hill nəzəriyyəsinə görə prostat vəzinin hansı hissələri var?
A) Mərkəzi hissə, kənar hissə, parauretral vəzilər hissəsi

B) Parauretral vəzilər hissəsi, fibromuskulyar hissə

C) Mərkəzi hissə, periferik hissə

D) Mərkəzi hissə, fibromuskulyar hissə

E) Mərkəzi hissə, periferik hissə, keçid hissə, parauretral vəzilər hissəsi, fibromuskulyar hissə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
110) Prostat vəzinin periferik zonası hansı hormonun təsiri altındadır?
A) Lüteinləşdirici hormon

B) Androgenlərin

C) Follikul stimuləedici hormonun

D) Esterogenlərin

E) Esterogenlərin və androgenlərin
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
111) Uretranın prostatik hissəsi normada neçə sm-dir?
A) 2, 5 – 4 sm

B) 0, 5 – 1 sm

C) 8 sm-ə qədər

D) 6-10 sm

E) 1 – 2 sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
112) Prostat vəzidə neçə vəzili pay (asinus) var?
A) 20 – 30

B) 5 – 10

C) 10 – 20

D) 30 – 50

E) 50 – 70
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
113) Uretranın ən dar yeri hansıdır?
A) Uretranın prostatik hissəsi

B) Sidik kisəsinin uretraya keçən yeri

C) Uretranın xarici dəliyi nahiyəsi

D) Sidik – cinsiyyət diafraqmasından keçdiyi yer – membranoz hissə

E) Uretranın xarici sfinktoru nahiyəsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
114) Uretranın zarlı hissəsinin uzunluğu neçə sm-dir?
A) 1, 5 – 2, 5 sm

B) 0, 5 – 1, 5 sm

C) 4 sm qədər

D) 5 sm qədər

E) 3 – 4 sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
115) Hidroseli mayenin hansı boşluğa yığılmasıdır?
A) Xarici və daxili toxum fassiyası arasına

B) Xarici toxum fassiyası və xayalığın ətli qişası arasına

C) Xayanın ağ qişası və xayanın xüsusi qişasının visseral fassiyası arasına

D) Xayanın xüsusi qişasının visseral və parietal sahələri arasına

E) Daxili toxum fassiyası və xayanın xüsusi qişasının visseral fassiyası arasına
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə