UOT 634.8
BƏZİ ABORİGEN VƏ İNTRODUKSİYA OLUNMUŞ ÜZÜM SORTLARININ TƏLƏBATINA UYĞUN AQROTEXNİKANIN SEÇİLMƏSİ
Kənd təsərrüfatı elmləri namizədləri:
O.F.Mehdiyeva, T.Ç.Həmzəyev,
S.X.Həsənova, E.M.Məmmədova
Azərbaycan Dövlət Aqrar Universiteti
Üzüm və üzümdən alınan məhsulların keyfiyyətinin yüksəldilməsində sortların düzgün seçilməsinin və sortun biologiyasına uyğun aqrotexnikanın tətbiq edilməsinin böyük əhəmiyyəti vardır. Üzümçülükdə sort ixtisaslaşmanı müəyyən edir.
Bölgənin torpaq-iqlim şəraitindən və tətbiq olunan aqrotexnikadan asılı olaraq eyni bir üzüm sortu konkret torpaq-iqlim şəraiti üçün düzgün seçilməzsə və sortun biologiyasına uyğun aqrotexniki tədbirlər tətbiq edilməzsə, üzümlüyə çəkilən xərc özünü doğrultmaz və üzümlüyün sort tərkibi pisləşər. Bu məqsədlə ayrı-ayrı bölgələrdə becərilən rayonlaşdırılmış, introduksiya olunmuş və yerli sortlar üzərində dövri olaraq nəzarət və uçot işləri aparılmalıdır. Özünü doğrultmayan sort və tənəklər vaxtında aşkara çıxarılıb yenisi ilə əvəz olunmalıdır [1,2].
Üzümün bəzi aborigen və introduksiya olunmuş sortlarından ən dəyərlisini seçməklə, onların morfoloji, təsərrüfat-texnoloji xüsusiyyət və nişanələrinin öyrənilməsi, onların biologiyasına uyğun aqrotexnikanın tətbiq olunması, məhsulun keyfiyyətini yüksəltmək üçün tətbiq olunan üsulların öyrənilməsi və təsərrüfatlara tövsiyə edilməsi işimizin əsas məqsədidir [2,3].
2007-2008-ci ilin təqvim planına əsasən aborigen və introduksiya olunmuş üzüm sortlarının tələbatına uyğun aqrotexnikanın seçilməsinə aid tədqiqatlar aparılmış və elmi hesabat verilmişdir.
Ayrı-ayrı sortların tənəklərində bar-barmaqları müxtəlif uzunluqda budanmışdır. Sortun bioloji xüsusiyyətindən, tənəklərin vəziyyətindən asılı olaraq Ağ şasla sortunun tənəklərində bar-barmaqları 15-16, 8-10 və 5-7 gözcük uzunluğunda, Aliqote sortunun tənəklərində bar-barmaqları 12-15, 8-10, 4-6 gözcuk uzunluğunda, Qaraburnu sortunun tənəklərində bar-barmaqları 12-15, 10-12 və 7-9 gözcük uzunluğunda budanmışdır. Hamburq muskatı sortunda bar-barmaqları 12-15,8-10 və 4-5 gözcük uzunluğunda budanmışdır 4.
Variantlar üzrə salxımın orta kütləsi, tənəyin bar əmsalı, zoğun məhsuldarlığı, bir tənəkdən orta məhsuldarlıq, hektardan alınan məhsulun miqdarı, məhsulun tərkibində şəkər və turşuluğun miqdarı müəyyən olunmuşdur. Alınan nəticələr 1saylı cədvəldə verilmişdir.
Cədvəldən göründüyü kimi, Qaraburnu sortunun tənəklərində bar-barmaqları 12-15 gözcük uzunluqda budandıqda tənəyin məhsuldarlığı 7,9 kq, hektardan məhsuldarlıq 219,2 sentner olmuşdur, 10-12 gözcük uzunluğunda budandıqda tənəkdən məhsuldarlıq 8,8 kq, hektardan məhsuldarlıq 235 centner olmuşdur ki, bu da digər variantlardan xeyli coxdur. Şirədə şəkərin miqdarı isə digər variantlara nisbətən 0,7% aşağı olmuşdur. Ağ şasla sortunun tənəklərində bar-barmaqları 15-16 gözcük uzunluğunda budandıqda tənəyin məhsuldarlığı 6 kq, hektardan məhsuldarlıq 160 centner olmuşdur ki, bu da digər variantlardan xeyli yüksəkdir. Şirədə şəkərin miqdarı isə digər variantlara nisbətən 0,9% aşağı olmuşdur.
Hamburq muskatı sortunda bar-barmaqları 8-10 gözcuyə budandıqda məhsuldarlıq və məhsulun keyfiyyəti digər variantlara nisbətən daha yuxarı olmuşdur. Salxımın orta kütləsi 176 q, bir tənəkdən 7,6 kq, hektardan 220 centner məhsul, şirədə şəkər 15,9%, turşuluq 5,9q/l olmuşdur.
Aliqote sortunda bar-barmaqları 8-10 gözcüyə budandıqda məhsuldarlıq və məhsulun keyfİyyəti digər variantlara nisbətən daha yuxarı olmuşdur. Belə ki, bu variantda salxımın orta kütləsi 112 q, bir tənəkdən məhsuldarlıq 5,2 kq, hektardan məhsuldarlıq 142 centner, şirədə şəkər 18,3%, turşuluq 9,2 q/1 olmuşdur.
Buradan belə nəticəyə gəlmək olar ki, Qaraburnu, Hamburq muskatı, Aliqote sortlarının bar-barmaqları orta uzunluqda kəsildikdə məhsuldarlıq artır, lakin şəkərlik nisbətən azalır. Təkcə Ağ şasla sortu mustəsnalıq təşkil edir. Bütün bunlar isə bioloji qanunauyğunluqdur. Tənəyin yükündən asılı olaraq sortların məhsuldarlıq göstəricilərini də təyin etmişik. Alınmış nəticələr 2 saylı cədvəldə əks etdirilmişdir.
Cədvəl 1
Zoğların müxtəlif uzunluqda budanmasının məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri
Bar-barmaqlarının budanma uzunluğu, (gözcüklə)
|
Barlılıq
əmsalı
|
Salxımın orta kütləsi
|
Zoğun barlığı
|
Bir tənəkdən orta məhsul-darlıq, kq
|
Bir hektardan orta məhsuldar-lıq, sen/ha
|
Şəkərlilik,
%
|
Turşuluq, qr/1
|
|
|
|
QARABURNU
|
|
|
|
12-15
|
0,80
|
220
|
210
|
7,9
|
219,2
|
16,7
|
4,4
|
10-12
|
0,71
|
230
|
220
|
8,8
|
235,0
|
17,0
|
4,2
|
7-9
|
0,67
|
210
|
230
|
8,2
|
210,0
|
17,8
|
3,7
|
|
|
|
AĞ ŞASLA
|
|
|
|
15-16
|
0,89
|
150
|
163
|
6,0
|
160,0
|
14,5
|
7,05
|
8-10
|
0,80
|
156
|
160
|
4,8
|
135,0
|
15,6
|
7,02
|
5-7
|
0,63
|
148
|
104
|
4,5
|
110,0
|
15,1
|
7,10
|
HAMBURQ MUSKATI
|
12-15
|
0,80
|
179
|
189,1
|
7,4
|
189,0
|
15,1
|
5,0
|
8-10
|
0,77
|
176
|
220,0
|
7,6
|
220,0
|
15,9
|
5,9
|
4-6
|
0,60
|
170
|
190,0
|
6,8
|
198,8
|
15,7
|
6,1
|
ALİQOTE
|
12-15
|
0,79
|
90
|
145
|
5,0
|
1 13
|
6,7
|
9,9
|
Cədvəl 2
Tənəyin yükündən asılı olaraq sortların məhsuldarlıq göstəriciləri
Sortlar
|
Tənəyin gözcüklə yükü
|
Tənəyin zoğla yükü
|
Salxımın orta kütləsi, q.
|
Bir tənəyin orta məhsuldarlığı, kq
|
Hektardan məhsuldarlıq,
s/ha
|
Təbrizi(nəzarət)
|
40-45
|
33
|
230
|
6,07
|
161,0
|
Gəncə qızılüzümü
|
40-45
|
36
|
218
|
6,32
|
168,5
|
Şaxşaxı
|
40-45
|
35
|
150
|
3,45
|
92,0
|
Ağdam qızılüzümü
|
40-45
|
37
|
190
|
5,1
|
136,8
|
Xırca kişmişi
|
40-45
|
28
|
130
|
3,51
|
93,6
|
Ağ şasla
|
40-45
|
37
|
150
|
5,1
|
135,0
|
Aliqote
|
40-45
|
39,2
|
100
|
4,9
|
130,0
|
Gulumərəndi
|
40-45
|
38
|
145,7
|
5,1
|
136,0
|
Hamburq muskatı
|
40-45
|
38
|
190
|
7,0
|
206
|
Qaraburnu
|
40-45
|
31,4
|
250
|
8,3
|
221,4
|
Kabasiya
|
40-45
|
35
|
254
|
7,7
|
204,5
|
Krasno stop
|
40-45
|
32
|
108,2
|
4,1
|
110,2
|
Cədvəldən aydın olur ki, bütün sortların tənəklərinə eyni miqdarda yük verilməsinə baxmayaraq (40-45) hər sortdan və hektardan alınan məhsulun miqdarına başqa cür təsir edir.
Nəzarət üçün götürülmüş Təbrizi sortunun tənəyinin zoğla yükü 33, salxımın orta kütləsi 230 q, bir tənəyin orta məhsuldarlığı 6,07 kq, hektardan məhsuldarlıq 161,0 sentner olmuşdur. Öyrəndiyimiz sortlarda zoğla yük tənəyin vəziyyətindən asılı olaraq 28-39,2 arasında (Xırca kişmişi-Aliqote) olmuşdur. Salxımın orta kütləsi (100 q-dan 254 qr-a qədər) sortun bioloji xüsusiyyətinə uyğun olmuşdur. Bir tənəyin məhsuldarlığı (3,45-8,3 kq-a qədər) dəyişmişdir. Hektardan məhsuldarlıq 92,0 sentnerdən (Şaxşaxı) 206,0 sentnerə qədər (Hamburq muskatı) olmuşdur.
Məhsuldarlıqla yanaşı məhsulun keyfiyyəti də diqqət mərkəzində olmuş, məhsulun mexaniki və kimyəvi tərkibi də təh lil edilmişdir. Bütün bu göstəricilər sortların aqrobioloji xüsusiyyətlərinə uyğun olmuşdur.
NƏTİCƏ VƏ TƏKLİF
Hər hansı bir üzüm sortunu əkib ondan istənilən miqdarda və keyfiyyətdə məhsul almaq üçün həmin sortun biologiyası, becərildiyi torpaq-iqlim şəraitində reaksiyası öyrənilməli və sortun biologiyasına uyğun aqrotexnika tətbiq edilməlidir.
Öyrəndiyimiz aborigen və introduksiya olunmuş üzüm sortlarının məhsulu Gəncə-Qazax bölgəsi şəraitində sentyabrın ikinci ongünlüyündə yetişir. Bu sortların tənəklərinə eyni miqdarda (40-45 gözcük) yük qoymaq mümkündür. Lakin bar-barmaqlarının budama uzunluğu arasında kəskin fərq vardır. Belə ki, Ağ şasla sortunun tənəklərində barmaqlar uzun (15-16) gözcüyə budandıqda, Aliqote sortunda barmaqlar orta (8-10) gözcük uzunluqda, Qaraburnu sortunda barmaqlar orta (10-12) gözcük, Hamburq muskatı sortunda orta (8-10) gözcük uzunluğunda budandıqda başqa variantlara nisbətən daha çox və keyfiyyətli məhsul alınır. Ona görə də Gəncə-Qazax bölgəsi şəraitində Ağ şasla sortunun bar-barmaqlarını 15-16 gözcüyə, Qaraburnu, Hamburq muskatı və Aliqote sortlarının isə 8-10 gözcüyə budanmasını təklif edirik.
ƏDƏBİYYAT
1. Ампелография СССР. Том I М., 1946, с. 462.
2. Ампелография СССР. Малораспространенные сорта винограда. Том 1 М., 1966, 278-608 с.
3. Ампелография Азербайджанской ССР. Баку, 1973, səh. 490.
4. Лазаревский М.А.-Сорта винограда. М., 1959, c. 426.
5. Şərifov F.H. Üzümçülük. Bakı, 1988.
УДК 634.8
Выявление соответствующих агротехнических приемов некоторых аборигенных интродуцированных сортов винограда
Кондидаты сельскохозяйственных наук: О.Ф.Мехтиева, Т.Ч.Гамзаев,
С.Х.Гасанова, Е.М.Мамедова
Азербайджанский Государственный Аграрный Университет
РЕЗЮМЕ
Разные сорта винограда требуют применения дифференцированной агротехники, неодинаковых методов формирования и обрезки, видов опор, операции с зелеными частями, способов и норм внесения удобрений, орошения.
Указанные сорта винограда получили наибольшее распространение, благодаря своим ценным биологическим и хозяйственным свойствам.
Агротехнику, разработанную для основных сортов винограда, культивируемых в условиях Гянджа-Газахской зоны Азербайджана, авторы рассматривают только как первый этап создания сортовой агротехники.
Choosing of agro technical methods of some introductive and local sorts of grapes
The Candidate of agricultural sciences descent: O.F. Mehdiyeva,
T. G Hamzayev, S. X. Hasanova, E. M. Mammadova
Azerbaijan State Agrarian University.
SUMMARY
Different sorts of differentiated agrotechnics, not the same methods of forming and cutting, kinds of supports, operations with green parts, ways and norms of adding manures, irrigation .
Giving sorts of grapes got most spread, thanks to their value biological and farming properties
Authors consider agrotechnics, elaborated for main sorts of grapes, cultivating in condition of Ganja – Kazakh region of Azerbaijan only as the first stage of creation of sort agrotechnics.
UOT 631:112
TORPAQ MÜHAFİZƏLİ NÖVBƏLİ ƏKİNLƏRİN İŞLƏNMƏSİ
Kənd təsərrüfatı elmləri namizədləri: M.M.Hüseynov, O.M.Qədimov
Azərbaycan Dövlət Aqrar Universiteti
Torpağın su və külək eroziyasından qorunması üçün xüsusi torpaq mühafizəli növbəli əkinlər tətbiq edilir.
Torpağın eroziyaya məruz qalma dərəcəsi iqlim şəraitindən, ərazinin relyefindən, yamacın malik dərəcəsindən və uzunluğundan, torpağın tipindən və struktur vəziyyətindən, səthin bitki örtüyündən, aparılan təşkilatı-təsərrüfatı tədbirlərindən və s. asılı olaraq dəyişir. Həmin amillərdən asılı olaraq bu və ya digər torpaq mühafizəli növbəli əkinlər tətbiq edilir. Yamacın mailliyi 50 -dən artıq olduqda su eroziyasına qarşı torpaqmühafizəli növbəli əkinlərdən istifadə olunur. Bu cür növbəli əkinlərdə istifadə olunan cərgə arası becərilən bitkilər yamacın eni üzrə 20-40 metrdən bir, 30-60 metr enində zolaqlarla və həm də çoxillik otlarla və yaxud başdan-başa səpilən bitkilərlə növbələşdirilmiş qaydada əkilir. Bitkilərin bu qayda ilə yerləşdirilməsi zamanı güclü yağıntıların və əkinlərin əmələ gətirdiyi su axımları nəticəsində yamacın yuxarı hissələrindən yuyulan torpaq hissəcikləri zolaqlarda becərilən çoxillik otlarla saxlanılır və eroziya prosesinin qarşısı alınır [1].
Yamacın mailliyi 10-120 və daha çox olduqda tərkibində çoxillik otların xüsusi çəkisi 50 % və daha artıq olan ottarlalı növbəli əkinlər seçilir. Çoxillik otlar torpağın su fiziki xassələrinin yaxşılaşdırmaqla eroziya prosesini xeyli zəiflədir.
Çoxillik otlar tarlanı uzun müddət bitki örtüyü altında saxladığına görə, torpaqların su ilə yuyulması və küləklə sovrulması əhəmiyyətli dərəcədə azalır. Ona görə də, zolaqlarda əkilən bitkilərin məhsulu tez yığıldıqda, aralıq bitki əkinlərindən istifadə etməklə sahəni bitki örtüyü ilə uzun müddət təmin etmək lazım gəlir. Bu zaman aralıq bitkilərinin kövşənlik, qarışıq və biçimli formalarından istifadə etmək olar ki, bu halda bütün il boyu torpağın eroziyadan mühafizəsi təmin olunur. Su eroziyası təhlükəsi olan ərazilərdə aşağıdakı torpaqmühafizəli növbəli əkinlər tətbiq olunur [2]:
-
Çoxillik otlar; çoxillik otlar; payızlıq taxıllar; qarğıdalının soya ilə qarışıq əkini; dənli-paxlalıların kövşənlik əkini; çoxillik otların payızlıq taxıllarla örtüklə əkini.
-
Lüpin yaşıl kütlə məqsədilə; payızlıq çovdar + lüpinin kövşənlik səpini; kartof, yemlik lüpin + payızlıq çovdar + lüpinin kövşənlik əkini; qarğıdalı.
Ərazinin relyefindən, yəni yamacın maillik dərəcəsindən asılı olaraq növbəli əkinlərdə istifadə edilən bitki növləri fərqləndirir. Cərgəarası becərilən bitkilər mailliyi 30 və az olan ərazilərdə tətbiq olunan növbəli əkinlərə daxil edilə bilər. Mailliyi 3 – 50 olan sahələrdə xüsusi torpaqmühafizəli növbəli əkinlər tətbiq edilir.
Torpaqmühafizəli növbəli əkinlər başdan – başa səpilən bitkilərlə zənginləşdirilir. Maillik 50-dən artıq olduqda isə növbəli əkinlərin torpaqmühafizəli rolunu artırmaq üçün çoxillik otların xüsusi çəkisi artırılır. Bu növbəli əkinlərdə ərazini 80 %-ə qədəri çoxillik otlar üçün ayrıla bilər. Eroziyaya az davamlı və mailliyi 7-100 olan sahələrdə aşağıdakı torpaqmühafizəli növbəli əkinlər tətbiq edilir.
-
Çoxillik otlar, 2. Çoxillik otlar, 3. Çoxillik otlar, 4. Payızlıq taxıllar, 5. Çoxillik otların taxıllarla qarışıq əkini.
Zolaqlar üzrə becərilən bitkilərin tərkibi və növbələşdirilməsində onların səpin müddəti, torpağın bitki qalığı ilə örtülmə dinamikası, topladıqları yaşıl kütlənin miqdarı və məhsulunun yığılma vaxtı torpaqmühafizəli növbəli əkinlərin qurulmasında nəzərə alınan əsas cəhətlər kimi qiymətləndirilir. Həmin xüsusiyyətlər ərazinin iqlim şəraitinə, yəni atmosfer çöküntülərinin xarakterinə və dinamikasına uyğunlaşdırılmalıdır.
Çöl rayonlarında küləyin sürəti saniyədə 10 -15 m–ə çatdıqda yüngül qranulometrik tərkibli torpaqlarda külək eroziyası baş verdiyinə görə, həmin ərazilərdə torpaqmühafizəli növbəli əkinlər tətbiq olunmalıdır. Burada çoxillik otlar və hündür boylu bitkilər zolaqlar şəkilində, küləyin istiqamətinə köndələn qaydada yerləşdirilir. Bu zaman zolaqların eni yüngül qranulometrik tərkibə malik olan torpaqlarda 50 m, ağır torpaqlarda isə 100 – 150 m təşkil edir.
Su və külək eroziyasına qarşı tətbiq olunan torpaqmühafizəli növbəli əkinlərdə cərgəarası becərilən bitkilər və herik tarlaları dənli bitkilərlə və ya çoxillik otlarla növbələşdirilməlidir. Herik tarlalarında torpağın küləklə sovrulmasının qarşısını almaq üçün hündürboylu çəpər (kulis) bitkilər – günəbaxan, qarğıdalı, qarabaşaq və s. əkilir.
Külək eroziyasına məruz qalan torpaqlarda tətbiq olunan torpaqmühafizəli növbəli əkinlərdə bitkilər aşağıdakı qaydada növbələşdirilir [3].
-
Çoxillik otlar, 2. Çoxillik otlar, 3. Çoxillik otlar, 4. Çoxillik otlar, 5. Yazlıq taxıllar, 6. Bitkili herik, 7. Yazlıq taxıllar.
Su və külək eroziyasına qarşı torpaqmühafizəli növbəli əkinlərdə bitkilərin növünün və nisbətinin düzgün seçilməsi, onların zolaqlarda bərabər yerləşdirilməsi, heriklərdə və cərgəarası becərilən bitki əkinlərində bufer zolaqlarının saxlanması, aralıq və qarışıq əkinlərin tətbiqi, növbəli əkinlərin quruluşunun və yerləşdirilməsinin düzgün təşkil olunması, torpaqbecərmənin yamacın mailliyinə köndələn istiqamətdə aparılması, şum qatının dərinləşdirilməsi, torpaq səthində bitki qalıqlarının saxlanılması, dərin şum, yuva açma, şırım açma və s. tədbirləri ilə birlikdə istifadə olunmalıdır.
Torpaqdan istifadənin və növbəli əkinlərin düzgün təşkili istənilən halda torpaqmühafizəli xarakter daşımalıdır. Yəni növbəli əkinlər yüksək və sabit məhsul əldə edilməsini təmin etməli və meliorativlik xüsusiyyəti daşımaqla bərabər torpağı su və külək eroziyasından qorumalıdır. Çox vaxt növbəli əkinlərin torpaqmühafizəli əhəmiyyəti də onun tərkibində olan çoxillik otların, cərgəarası becərilən bitkilərin və başdan-başa əkilən birillik otların nisbətinə görə müəyyən edilir.
A.K. Kaştanov və M.N. Zaslavskiy [2] yamacın mailliyindən asılı olaraq torpaqmühafizəli növbəli əkinləridə bitkilərin nisbətini aşağıdakı kimi müəyyən edir (cədvəl1).
Dostları ilə paylaş: |