Ümumcoğrafi xəritə VƏ atlaslar



Yüklə 30,43 Kb.
tarix02.01.2022
ölçüsü30,43 Kb.
#41779


Müh.11

ÜMUMCOĞRAFI XƏRITƏ VƏ ATLASLAR

Plan


  1. Topoqrafik xəritələr

  2. Icmal-topoqrafik xəritələr

  3. Icmal xəritələr

  4. Ümumcoğrafi atlaslar

  5. Dəniz xəritələri


ƏDƏBİYYAT
1. Məmmədov Q.S., Əhmədov İ.H. Geodeziya və kartoqrafiyanın əsasları. B., 2011

2. Məmmədov Q.S., Əhmədov İ.H. Geodeziya. B., 2002

3. Piriyev R. X. Geodeziyanın əsasları və kartoqrafiya. B., 1994

4. Əliyev M.M. Geodeziya. B., 1973

5. Kərimov M., Rəcəbli T. Geodeziya və kartoqrafiyanın əsasları. B., 2001

6. Piriyev R. X. Kartoqrafiya. B., 1975

7. Бугаевский Л.М. Математическая картография. М., 1998

Ümumcoğrafi xəritələri topoqrafik, icmal-topoqrafik və icmal xəritələrdən ibarətdir. Topoqrafik və icmal topoqrafik xəritələrində yer səthinin fiziki-coğrafi (hidroqrafiya,relyef,bitki örtüyü və qurunt) və ictimai-iqtisadi (yaşayiş məntəqələri, əlaqə yolları, sənaye, kənd təsərrufatı, mədəniyyət obyektləri, siyasi və inzibati bölgü sərhədləri) elementləri müəyyən edilmiş dəqiqliklə, böyük dolğunluq və təfsilatla təsvir edilir. Topoqrafik və icmal topoqrafik xəritələr ümumi dövlət əhəmiyyətinə malik olub, mərkəzləşmiş halda ölkə ərazisinin xəritəsini tərtibi planına uyğun olaraq vahid təlimat əsasnda eyni qaydada tərtib olunur.

1.Topoqrafik xəritələr

Topoqrafik xəritələr üçün 1:5 000, 1:10 000, 1:25 000, 1:50 000, 1:100 000 və 1:200 000 miqyaslar qəbul edilmişdir. Həmin xəritələrdə miqyas təcrübi olaraq sabit qaldığı üçün, proyeksiyanın təsvirini nəzərə almadan onlarda ölçü aparmaq olar.

Topoqrafik xəritələrin bir çox məqsədlər üçün (məsələn,xalq təsərrüfatının muxtəlif sahələrində istehsalın təşkili və planlaşdırılmasında,muxtəlif tikinti işlərinin layihələşdirilməsində,hərbi işlərdə,elmi tədqiqat işlərində,yer səthinin öyrənilməsində və s.) geniş sürətdə istifadə edilir. Bundan əlavə orta və kiçik miqyaslı xəritələrin tərtibi üçün ilk material topoqrafik xəritələr hesab olunur. Topoqrafik xəritələrin istifadə edilməsi onların miqyasından asılıdır. Məsələn, texniki layihə işlərinin aparilmasi (hidrotexniki tikinti işlərində və s.) 1:10 000 və daha böyük miqyaslı xəritələrdən, kənd təsərrüfati işləri üçün 1:25 000 (bəzən 10 000 ) və 1:50 000 miqyaslı xəritələrdə istifadə edilir. 1:100 000 miqyaslı xəritə isə dəmir yolu, avtomobil yol və kanalların istiqamətinin əvvəlcədən müəyyən etməklə, hidroenergetika axtarış işlərində, geoloji planalma və s. işlərdə tətbiq olunur.

1:200 000 miqyaslı xəritələrdə yol şəbəkəsinin və keçidlərin dəqiq təsvir edilməsinə çox diqqət verilir. Nəqliyyat yollarının aydın, yaşayış məntəqələrinin və hidroqrafiyanın mükəmməl verilməsi, meşələrin yerləşməsinin əyani göstərilməsi həmin xəritənin mühüm cəhətidir. 1:200 000 miqyaslı topoqrafik xəritə həmin miqyasda geoloji xəritələr tətbiq etmək üçün coğrafi əsas kimi istifadə edilir.


2.Icmal-topoqrafik xəritələr

Bu xəritələr üç miqyasda 1:300 000, 1:500 000 və 1:1000 000 miqyaslarında tərtib edilir. Bunlardan 1:300 000 və 1:500 000 miqyaslı xəritələr Qaussun bərabərbucaqlı köndələn silindrik proyeksiyasında, 1:1000 000 isə şəkil dəyişdirilmiş polikonus proyeksiyada tərb edilir. Həmin xəritələr ölkənin böyük rayonlarının təii şəraitni, məhsuldar qüvvələrin yerləşməsini və s. öyrənmək işlərində, xüsusi və kiçik miqyaslı xəritələrin tərtibində və aviasiyada uçuş xəritəsi kimi istifadə edilir.

1:300 000 miqyaslı xəritə əsasən laboratoriya şəraitində işləmək, hidroqrafik və bir sıra morfometrik göstəriciləri hesablamaq və s. məqsdlər üçün nəzərdə tutulmuşdur. Bu xəritədə miqyasa görə uzunluğu 0,5 sm və ondan böyük olan çaylar sahəsi 0,5 mm²-dən çox olan göllər, plantasiyalar, meşələr, çəmənliklər, qumluqlar, 9 mm²-dən çox olan bataqlıqlar təsvir olunur. Relyef, kəsmə yüksəkliyi düzənlik sahələrdə isə 80 m olan horizontallar vasitəsi ilə təsvir olunur. Bundan əlavə yarım və dörddə bir horizontallarda cızılır. \həmin xəritədə yaşayış məntəqələri daha dolğun təsvi redilir. Belə ki, hər 1 dm² sahədə 300-ə qədər punson yerləşir. Məlumat xəritələrində olduğu kimi, 1:300 000 miqyaslı xəritənin də yükü maksimum dərəcədə çoxdur.

1:500 000 miqyaslı xəritə, icmal-topoqrafik xəritələrə aid olan digər xüsusiyyətlərlə yanaşı, uçuş xəritəsi kimi geniş istifadə olunur. Bu cəhət xəritənin əyani və yaxşı oxunmasını, böyük çayların və mühüm yolların xətti oriyenti kimi istifadə edilməsi üçün onların aydın təsvir edilməsini, yaşayış məntəqələrinin, xarici konfiqurasiyasını saxlamaqla mükəmməl verilməsini ,meşə sərhədlərinin dəqiq təsvir edilməsini və s. tələb edir. Relyefin əsas formalarını əyani təsvir etmək məqsədi ilə düzənlik rayonlarda nisbətən kiçik kəsmə yüksəklik, yüksəkliyi 100 m-dən çox olan dağlıq rayonlarda isə h=100m qəbul edilmişdir.

Birinci nəşri 1940-1945-ci illərdə 183 vərəqdə tərtib edilmiş 1:1000 000

Miqyaslı icmal topoqrafik dövlət xəritəsi yer səthini öyrənmək üçün mühüm bir kartoqrafik əsər sayılır. Həmin xəritə SSRİ coğrafiya cəmiyyətinin qızıl medalı ilə mükafatlanmışdır. Milyonluq xəritə ölkəmizin relyef, su, meşə, səhra, yaşayış məntəqələri və s.obyektlərinin mükəmməl təsvirini verir.

Ərazi relyefinin müxtəlifliyi ilə əlaqədar olaraq hımin xəritədə dəyişən kəsmə yüksəklik şkalası qəbul edilmişdir. Horizontalların ümumiləşdirilməsi elə aparılmışdır ki,onlar relyefin əsas tipləri haqqinda əyani təsəvvür yarada bilir. Milyonluq xəritədə miqyas təcrübi olaraq sabit qalır.
3.Icmal xəritələr

Landşaftın əsas elementlərini 1:1000 000-dan kiçik miqyasda təsvir edən ümumcoğrafi xəritələrə icmal xəritələr deyilir. Icmal xəritələr ən çox 1:2000 000, 1:2500000, 1:3000 000, 1:4000 000 və 1:5000000 miqyaslarda tərtib edilir. Bu miqyasların seçilməsi ərazinin böyüklüyündən, xəritənin məqsədindən və s. asılıdır. Ərazinin sahəsindən və coğrafi yerləşməsindən asılı olaraq icmal xəritələr müxtəlif proyeksiyalarda tərtib olunur.

Icmal xəritələrin əsas vəzifəsi xəritəsi tərtib edilən ərazilərin ümumi xüsusiyyətlərini verməkdir. Bu xəritələr ərazini ümumi öyrənməkdən başqa, bir çox xüsusi məqsədlər, məsələn, xüsusi xəritələrin tərtibində, böyük ərazi sahələrində relyefin bu və ya digər qanunauyğunluqlarını və s. planetar məsələləri həll etmək üçün istifadə edilir.

Icmal xəritələrdə hidroqrafiya, relyef, yaşayış məntəqələri və s. dolğun şəkildə təsvir olunur, torpaq-bitki örtüyü isə bəzən göstərilir, əksər hallarda isə təsvir edilmir.

Topoqrafik xəritələrdən fərqli olaraq, icmal xəritələrdə şərti işarələr xeyli ümumiləşdirilmiş halda verilir. Bu şərti işarələrin vahid sistemi yoxdur. Hər dəfə icmal xəritələr və atlaslar tərtib edilərkən onlar üçün aşağıdakı təsnifat üzrə şərti işarələr hazırlanır.

1.Yaşayış məntəqələri. Şəhərlər, qəsəbələr və kənd yaşayış məntəqələrinə bölünür. Kiçik miqyaslı icmal xəritələrdə şəhərlər və qəsəbələr bir qrupa, kəndlər isə başqa qrupa ayrlır.

2.Əlaqə yolları. Dəmir yolları, magistral və s. avtomobil yolları, müxtəlif relssiz yollar, cığırlar, dəniz yolları, gəmiçilik kanalları, liman və s. körpülər.

3.Hidroqrafiya. Su obyektləri, sahil xətti, çaylar, göllər, meliorasiya kanalları, bulaqlar.

4.Relyef. Relyefin təsvirində hipsometrik, izobatlar, yuma, dərinlik və yüksəklik nöqtələri üsullarından, sıldırım yamaclar üçün xüsusi şərti işarələrdən istifadə edilir.

5.Sərhədlər. Dövlət və siyasi inzibati sərhədlər bütün icmal xəritələrdə təsvir edilir.Kiçik miqyaslı xəritələrdə adətən rayon sərhədləri göstərilmir.

6.Bitki örtüyü və qrunt. Meşələr, kolluqlar, əkilmiş ağaclar, tundra, qamişlıq, bataqlıq,şoranlıq, qumluqlar bu qrupa aiddir. Bəzi icmal xəritələri nəzərə almasaq, bütün icmal xəritələrdə göstərilmir, çünki bu xəritələrdə relyef əksər halda hipsometrik üsulla təsvir edildiyindən,bitki örttüyünü relyeflə birgə çap etmək çətindir.

Icmal xəritələrdən ən çox yayılanı məlumat və blank xəritələridir məlumat xəritələri çox müxtəlif olub, onlarda təsvir daha dolğun və hərtərəfli, xəritənin yükü isə çox olur. Buna nail olmaq üçün həmin xəritələrdə tamamilə kiçik ölçülü şərti işarələr tərtib edilir. Blank tipli icmal xəritələr onların üzərində hər hansı xüsusi element (yük) köçürmək məqsədilə hazırlanır. Ona görədə həmin xəritələr rəngsiz və müxtəlif detalların atılması hesabına sxematik hazırlanır.

Icmal xəritələrdə relyef müxtəlif üsullarla təsvir edilir, əksər hallarda horizontallarla qat-qat rəngləmə, yaxud yumaüsullarının birgə tətbiqində istifadə edilir. Məsələn dünya atlasında və bir çox arlaslarda relyef hipsometrik üsulla təsvir edilmişdir. SSRİ-nin 1:2500 000 miqyaslı ümumcoğrafi icmal xəritəsi iki variantda buraxılmışdır, bir variantda relyef hipsometrik üsulla, digər variantda isə horizontallarla yuma üsullarının birgə tətbiqi ilə təsvir edilmişdir. Bəzi hallarda relyef yalnız yuma üsulu ilə təsvir edilir. Məsələn, SSRİ-nin 1:2500 000 miqyaslı icmal məlumat xəritəsində relyef yuma üsulu ilə çox ümumiləşdirilmiş formada, yaşayış məntəqələri və yollar isə olduqca dolğun təsvir edilmişdir. Həmin xəritənin ayrı-ayrı vərəqlərindən stolüstü məlumat xəritəsi, bir yerə yapışdırıldıqda isə divar xəritəsi kimi istifadə edilə bilər. 1:2500 000 miqyaslı xəritənin məlumat xəritəsi kimi istifadə edilə bilməsi, onun məzmununun maksimum dərəcədə dolğun və mükəmməl olması və tərtibinin incəliyi ilə izah olunur. Bu xəritənin digər xarakterik xüsusiyyətlərindən biri də onda ikiplanda təsviri tətbiq edilməsidir: mühüm obyektlər üçün tünd, parlaq rənglər, yaxud nisbətən iri ölçülü şərti işarələr, ikinci dərəcəli obyektlər üçün isə şəffaf, solğun rənglər, yaxud da tamamilə nazik, kiçik ölçülü işarələr işlədilmişdir. Məsələn, açıq mavi rənglə təsvir edilən çay şəbəkəsi içərisində, gəmiçiliyə yararlı çaylar tünd göy rənglə təsvir edilərək, digər çaylardan fərqlənir. Icmal xəritələrin əhəmiyyətli cəhəti bir də ondan ibarətdir ki, onların əsasında bir sıra xüsusi xəritələr tərtib edilir.
4.Ümumcoğrafi atlaslar

Ümumcoğrafi atlaslar üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir:

a) eyni bir ərazini müxtəlif miqyaslı bir neçə xəritələrdə müxtəlif dolğunluqla təsvir edilməsi. Belə halda ərazininn ümumi öyrənilməsi üçün kiçik miqyaslı, hərtərəfli öyrənilməsi üçün isə böyük miqyaslı xəritələrdən istifadə edilir.

b) iqtisadi, yaxud təbii nöqteyi –nəzərdən mühüm olan ərazi sahələri üçün nisbətən böyük miqyaslar tətbiq edilir.

c) lazımi xəritələrin asanlıqla seçilməsi və istifadə edilə bilməsi nəzərdə tutulur.

Ümumcoğrafi atlaslar yaşayış məntəqələri, siyasi-inzibati bölgü, hidroqrafiya, relyef və s. coğrafi obyektlərə dair qiymətli bir məlumat mənbəyi kimi nəzərdə tutulur.

1967-ci ildə nəşr edilmiş dünya məlumat atlası ümumcoğrafi atlası olub, yer səthində su, relyef, siyasi inzibati bölgü və s. obyektlər haqqında dolğun məlumat almaq üçün qiymətli bir əsər hesab olunur. Ümumi həcmi 250 səhifədən ibarət olan bu atlas rus və ingilis dillərində nəşr edilmişdir. Atlasın coğrafi adlar göstəricisində 200 minə qədər ad verilmişdir.
5.Dəniz xəritələri

Dəniz xəritələrində okean və dənizlər, onların sahilləri, dibi, həmçinin naviqasiya elementləri və başqa obyektlər təsvir olunur. Dəniz xəritələri xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə edilir. Lakin bu xəritələrin əhəmiyyəti dəniz naviqasiya işlərində və hərbi-dəniz donanmasında daha çoxdur.

Məzmununa görə dəniz xəritələrini üç böyük qrupa bölmək olar: a) naviqasiya xəritələri, b) okeanoqrafiya xəritələri, c)dənizçilik və hərbi-dəniz donanmasının inkişafı haqqında tarixi xəritələr.

Göstərilən xəritələrdən ən çox əhəmiyyətlisi gəmiçilikdə istifadə edilən naviqasiya xəritələridir.

Okeanoqrafiya xəritələrində dünya okeanı və onun hissələrinin ayrı-ayrı xüsusiyyətləri təsvir edilir.

Üçüncü qrup xəritələr dənizçiliyin tarixi, dəniz və okeanların tədqiqatı, dəniz donanması və hərbi-dəniz sənətinin tarixi xəritələrini əhatə edir.

Məqsəd və vəzifəsinə görə dəniz xəritələri məlumat, tədris və xüsusi xəritələr qrupuna bölünür.

Dəniz naviqasiya xəritələri Merkator proyeksiyasında tərtib edilir. Yalnız bir neçə böyük miqyaslı amerikan və norveç xəritələri konus proyeksiyasında tərtib edilmişdir. Bu xəritələrin miqyası böyük olduğundan, onlarda meridianların yaxınlaşması və paralellərin əyriliyi o qədər azdır ki, bele xəritələrdən təcrübi olaraq Merkator proyeksiyasında tərtib edilmiş xəritə kimi istifadə edilir. Merkator proyeksiyasında dəniz xəritələri 85° en dairəsinə qədər tərtib edilir; ondan şimalda olan sahələrin xəritəsini tərtib etmək üçün mərkəzi qütbi, bəzən isə başqa proyeksiyalardan istifadə olunur. Məsələn, bir sıra limanların planı Qaussun bərabərbucaqlı köndələn silindrik proyeksiyasnda, qütb ölkələrinin xəritəsi isə stereoqrafik proyeksiyada tərtib edilir.

Radiotexniki vasitələrlə gəminin vəziyyətini təyin etmək üçün müasir dəniz xəritələrində kartoqrafik şəbəkədən əlavə parabolik koordinat şəbəkəsi də cızırlar.

Merkator proyeksiyasında tərtib edilmiş dəniz xəritələrinin daxili çərçivələrində dərəcə, dəqiqə və dəqiqənin hissələri üzrə bölgülər verilmişdir. Bu bölgülərə görə nöqtələrin coğrafi koordinatları və məsafələr təyin edilir. Dəniz xəritələrində baş miqyas və onun hansı paralelə aid olduğu göstərilir. Buna uyğun olaraq həmin paralel baş paralel adlanır. Merkator proyeksiyasında tərtib edilən dəniz xəritələrində baş paralel həmin dənizin orta paraleli qəbul edilir.

Dəniz naviqasiya xəritələrində naviqasiya – hidroqrafiya elementləri çox dolğun və mükəmməl təsvir edilir. Bu elementlərdən:

a) Dənizdə – dəniz dibinin relyefi dərinlik nöqtələri ilə və qismən də izobatla qrunt – hərfi işarələrlə ( məsələn, Q – qum, G – gil, D – daş və s. ), sualtı və süstü daşlar, qayalar, riflər, dayazlıqlar və s., dəniz cərəyanları; naviqasiya işarələri ( payalar, mayaklar, səs siqnalları, farvaterlər və s. ), maqnit əqrəbinin inhirafı və maqnit anomaliyası və s. göstərilir.

b) sahildə – sahilin xüsusiyyəti ( qayalı, uçurum, qumlu və s. ) sahilin relyefi dənizçi üçün oriyentir ola bilən cisimlər, tikintilər və s. göstərilir.

Dəniz naviqasiya xəritələrinin özünə məxsus xüsusiyyəti vardır. Bu xəritələrdə sualtı yerlər dərinlik nöqtələri ilə göstərildiyindən, dəniz dibi relyefinin əyaliniyi nəzərə çarpmır. Bu onunla izah olunur ki, topoqraf yer səthinin planını alarkən yüksəklik nöqtələri arasında relyefin formasını görür, hidroqraf isə dərinlik nöqtələri arasındaki sualtı relyefin formasını görmür. Ona görə də dəniz dibi relyefinin ölçülə bilməyən elementləri qalır. Odur ki, bu xəritələrdə interpolyasiya üsulundan istifadə edilmir.

Dəniz navqasiya xəritələrində izobatlar yalnız materik dayazlığının yuxarı hissəsində 100 m dərinliyində göstərilir. Müasir sovet dəniz naviqasiya xəritələrində 2, 5, 10, 20 , 50 və 100 metrlik standart izobatlar qəbul edilmişdir.

Sualtı relyefin ümumi qanunauyğunluğunu öyrənmək üçün batimetrik xəritələr tərtib olunur. Bu xəritələrdə dəniz dibibnin relyefi dərinlik npqtələrindən başqa izobatlarla da təsvir edilir. İzobatların araları isə dərinlik pillələri üzrə rənglənir. Belə xəritələrin miqyası kiçik olub, icmal xəritələr xarakterini daşıyır. Odur ki, bu xəritələr sualti relyefi ümumi şəkildə öyrənmək və dəniz dibinin böyük relyef tiplərinə görə rayonlaşması işlərində istifadə edilir. Dəniz atlasının 1 cildində (1950-ci il) olan okean xəritələri batirmetrik xəritələrdir.

Dəniz atlasının bir cildi naviqasiya – coğrafiya xəritələrinin ən tam toplusu hesab olunur. Böyük formatlı (83 səhifə) həmin atlasda Dünyanın bütün dənizlərinin eyni tipli xəritələri və mühüm limanların planları verilir.

Dünya okeanı dibinin reltyefi haqqında müasir ümumi məlumat okeanların 1: 10 000 000 (ekvator üzrə) miqyaslı (24 vərəqdə) əsas batimetrik xəritəsindən alına bilər. Həmin xəritə VII – coğrafiya konqresinin ( 1899 ) qərarına görə nəşr edilir ( 1-ci nəşri 1904; 2-ci nəşri 1912 – 1927; 3-cü nəşri 1932 – 1954 ). Xəritənin 4-cü nəşri iki mərhələdə hazırlanmalıdır; əvvəlcə 1: 1000 000 miqyaslı ( 603 vərəqədə ), sonra isə onun əsasında 1: 10 000 000 miqyaslı xəritə tərtib edilməlidir. Həmin işlərin icrasına 1958-ci ildə başlanmışdır.

Dənizlərdə geniş miqyasda aparılan dərinlik ölçmə və başqa tədqiqat işləri nəticəsində dəniz xəritələri yeni materiallarla zənginləşir və onlar müntəzəm olaraq təshih edilir. Bu xəritələr bir çox nnəzəri işlərdən əlavə, xalq təsərrüfatı planlarının tərtib edilməsində, şəhər salınma işlərində, kənd təsərrüfatında və s. bir çox təcrübi məsələlərin həllində istifadə edilir. Meteoroloji elementlərin və göstəricilərin çoxluğuna görə iqlim xəritələrinin də sayı çox olur. Əsasən kiçik miqyasda tərtib edilmələrinə baxmayaraq, bu xəritələr kompleks atlaslarda təbii şərait xəritələri içərisində çoxluq təşkil edir. İqlim xəritələrində müxtəlif meteoroloji elementlər əksər halda coxillik orta göstəricilərlə təsvir edilir.

İqlim xəritlərinin əksəriyyəti tərtib edilir. Üsuluna görə eyni tiplidir.

İqlim xəritələri az və çoxillik stasionar çöl müşahidələrinin materialları əsasında laboratoriya şəraitində tərtib edilir. Bu xəritələrin tərtibində kartoqrafik təsvirin cəmiyyət üsulları, birinci növbədə isə izoxətlər üsulu, geniş miqyasda tərtib edilir.

Məsələn, havanın təzyiqi (izobarlarla), temperaturu ( izotermlerle ), yağıntılar (izogiyetlərlə) və s. xəritələr izoxətlər üsulu ilə tərtib edilir. Meteoroloji elementlərin yayılma xüsusiyyəti və miqdarı relyefin təsirindən çox aslı olduğu üçün iqlim xəritələri kifayət qədər dəqiq hiösometrik əsasda tərtib olunmalıdır.



İqlim xəritələri iki tipə bölünür:

    1. “ Fon ” xəritələri,

    2. “ Real” xəritələr.

Birinci tip xəritələrə ümumi sirkulyasıyadan, en dairəsi üzrə zonallıqdan, materik və okean arasındakı fərqdən asılı olaraq iqlim xəritələrinin yayılmasındakı ümumi qanunauyğunluqları göstərən çox kiçik miqyaslı xəritələr aiddir. İkinci tip xəritələrə isə nisbətən böyük miqyaslı (dağlıq sahələr üçün 1 : 2 500 000 – 1 : 250 000, düzənliklər üçün 1 : 10 000 000 – 1 : 1000 000) xəritələr aiddir. Bu xəritələr iqlim elementlərinin faktiki yayılmasını mümkün qədər dəqiq əks etdiri.

Nəşr edilən bir çox atlaslarda (Dəniz Atlasının ikinci cildində 1953) çoxlu iqlim xəritələri verilmişdir. Ayrıca nəşr edilmiş “ İstilik balansı atlası” ( 1955 ) və “ SSRİ-nin İqlim Atlası ” (I cild 1960, II cild 1962) bu saədə böyük əhəmiyyət kəsb edir. Hər iki atlas A. İ. Voyeykov adına Baş Geofizika rəsədxanasında tərtib edilmişdir.
Yüklə 30,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə