Uilyam Somerset Moyem Dünya ədəbiyyatının klassiklərindən biri, ingilislərin bu gün də ən çox müraciət etdiyi Uilyam Somerset Moyem uzunömürlü həyatı və yaradıcılığı boyu yazı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix16.07.2017
ölçüsü0,56 Mb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9

 

1

www.kitabxana.net



 

 

Milli Virtual Kitabxananın  

 

Təqdimatında 

 

 

 

 

YENİ TƏRCÜMƏLƏR 

 

 

    


  

Uilyam Somerst Moem 

 

 

(Böyük Britaniya) 

 

 

 

E-kitab N 6 

 

 

 

Hekayələr və pyes 

 

 

Hazırlayanı: Aydın Xan (Əbilov) 

 

 

 

YYSQ – Milli Virtual Kitabxananın rəqəmsal nəşri 

 

 

 

Bakı - 2009 

 

 

2

Uilyam Somerset Moyem 

  

 

 Dünya ədəbiyyatının klassiklərindən biri, ingilislərin bu gün də ən çox müraciət etdiyi Uilyam 



Somerset Moyem uzunömürlü həyatı və yaradıcılığı boyu yazıçılıq mədəniyyətinə sadiqlik 

nümayiş etdirmişdir. O, demək olar ki, bütün əsərlərində - hekayə, roman, pyes, esse, məqalə və 

məktublarında bunun sirrini özünəməxsus çəkildə anlada bilmişdir. Bəs bu sirr nədən ibarətdir? 

Onun hər hansı bir hazır tərifi, yaxud elmi-nəzəri sistemi varmı? Moyemin qənaəti belədir: hazır 

resept yoxdur!Moyemə görə, yazıçının mədəniyyəti onun sadə və anlaşıqlı dildə və yalnız oxucu 

üçün yazmasındadır. 

 

Uilyam Somerset Moyem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman onun atası 



Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirid. Buna görə də valideynləri Uilyamın 

doğuş mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz buna görə də yazıçının Böyük 

Britaniya ərazisində anadan olduğu iddia edilir. 

 

Moyem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-ci ilin 



fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən ölür. Beləliklə, 

Moyem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan qohumlarının yanına 

göndərilir. İngiltərəyə gələn Uilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün 

sonuna kimi onu müşaiyət edir. 

 

Beləliklə, Moyem əmisi Henri Moyemin evində tərbiyə alır, Kanterberidəki Kraliça məktəbinə 



gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha sonra isə London 

Tibb Məktəbinə daxil olur,bilik və həyat təcrübəsi qazanır. 

 

O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” - Liza of Lambeth,), daha sonra yazdığı 



“Ledi Frederik” romanı ona şöhrət gətirir. 

 

Moyem Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir və 



kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moyem bu barədə bir kitab da yazır.(“Eşenden, 

yaxud Britaniya agenti”, Ashenden, or the British Agent, 1928). 

 

Müharibədən sonra Moyem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya qoyulur. 



 

1919-cu ildə Moyemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi işləyir, 

roman və hekayələri üçün çoxlu material və fakt toplayır. 

 

Moyemin “Dövrə” (The Circle, 1921), “Sədaqətli arvad” (The Constant Wife, 1927), “Teatr” 



(The Theater), “Şeppi”(Sheppi), “İti ülgüclər” (The Razor's Edge), “Ay və Qəpik” (The Moon 

and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.  

 

Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat 



edir;lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün 

sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Ertəsi gün, ayın 16-da 

isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moyemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və 

burada Kraliça məktəbi nəzdindəki Kitabxana divarına hörülür. 

 

  

 



  

 


 

3

Hekayələr 



 

 

Luiza 

 

İngiliscədən çevirəni: Kamran Nəzirli 

 

  

 



Luizanın mənimlə görüşməyə nəyə görə can atmasını heç vaxt başa düşmürdüm. O, məni 

sevmirdi; arxamca danışanda isə ən nəzakətli tonda pis sözlər deyirdi. Luiza sərt sözləri də 

birbaşa, lakin həddən artıq mülayim şəkildə ifadə edirdi. Luizanın ikibaşlı sözləri, köks ötürməsi 

öldürücüydü; amma onun gözəl əllərinin yüngül hərəkətləri tikanlı nitqindən daha əlvan idi. Bu 

qadın ən zəhərli komplimentlər ustasıydı.  

 

Biz biri-birimizi düz iyirmi beş il idi ki, yaxından tanyırdıq; amma mən heç vaxt inanmırdım ki, 



köhnə tanışlıq onun üçün nəsə əhəmiyyətli bir şey olsun. Luiza məni kobud, sərt, abırsız və 

ədəbsiz hesab edirdi. Mən qarışıq suallar içində itib-batmışdım: axı nə üçün o, məndən əl 

çəkmir? Çox qəribəydi: Luiza məni rahat buraxmır, elə hey səhər yeməyinə, nahara dəvət edirdi.  

 

Luiza şənbə və bazar günləri məni şəhər ətrafındakı bağına bir-iki dəfə nahara dəvət etdi. 



Nəhayət, başa düşdüm ki, bu, nə məsələdir; Luizaya əzab verən şübhə vardı; o, mənim ona 

inanmadığımı bilirdi, elə buna görə də məni sevmirdi; bununla belə, mənimlə təmasdan 

qaçmırdı, çünki mən yeganə adam idim ki, onu ciddi qəbul edirdim, bu da onu qəzəbləndirirdi.  

 

Luiza daim narahat idi; çalışırdı ki, mən ona təslim olum, səhvlərimi boynuma alım. Görünür, 



Luiza dumanlı da olsa, hiss etmişdi ki, mən onun iç üzünü tanımağa başlamışam. O da dəridən-

qabıqdan çıxırdı ki, məni öz həqiqətinə inandırsın, lakin mən inadımdan əl çəkmirdim; amma 

Luizanın xalis yalançı olmasına sona qədər əmin deyildim. Ola bilsin ki, o, özünü başqalarına 

nisbətən daha az aldadırdı; bəlkə də qəlbində adamlara gülürdü. Əgər beləydisə, onda 

düşünürdüm ki, bizim hər ikimiz fırıldaqçıyıq, bizi biri-birimizə bağlayan ümumi bir sirr var, 

onu da heç kim bilmir və ağlına belə gətirmir. 

 

 Mən Luizanı ərə getməmişdən qabaq tanıyırdım. Luiza çəlimsiz, arıq bir qız idi; onun qəmli, iri 



gözləri vardı. Valideynləri onu çox sevirdi; hansısa xəstəlikdən sonra, deyəsən yoluxucu idi, 

onun ürəyində problemlər yarandı və elə buna görə də ata-anası qızın üstündə əsməyə başladı, 

ona xüsusi diqqət göstərdi. 

 

Tom Meytlənd Luizaya evlənməyi təklif edəndə valideynləri dəhşətə gəldi; axı qızları ailə 



həyatının ağırlıqları üçün hələ çox zərif idi, buna tab gətirə bilməzdi. Luizanın ata-anası güclə 

dolanırdı, yaşamaq onlar üçün çətin idi, Tom Meytlənd isə varlı adamıydı. Tom and içdi ki, 

Luiza üçün hər şey etməyə hazırdır, təki ona ərə gəlsin. Nəhayət, Luizanın valideynləri Tomun 

qızı yaxşı himayə edəcəyi vədinə inandılar. Tom Meytlənd boy-buxunlu, sağlam bədənli, qəşəng 

bir oğlan idi; o, həm də gözəl idmançıydı. Tom onu canı qədər istəyirdi; o, başa düşürdü ki, 

Luizanın xəstə ürəyi var və qız bu ürəklə çox yaşaya bilməz. Bununla belə, Tom nə qədər ömrü 

qalıbsa, bu müddət ərzində Luizanı xoşbəxt etməyi qərara aldı. Tom sevimli idmanından əl 

çəkdi; ona görə yox ki, Luiza bunu ondan tələb edirdi (Luiza onun uğurlarına sevinirdi). Çox 

qəribə təsadüf idi: Tom idmana, tutaq ki, qolf oynamağa, yaxud ova getməyə hazırlaşanda, bir də 

görürdün ki, Luizanın ürəyi getdi; o, bayılırdı. 

 


 

4

Lakin hər hansı bir məsələylə bağlı onların sözləri çəp gələndə Luiza dərhal güzəştə gedirdi; bu 



qadın yer üzündə yaşayan bütün qadınlardan bəlkə də ən üzüyolası idi; lakin Luizanın ürəyi 

sözünə baxmırdı. Qadın bəzən bir həftə çarpayıda, yorğan-döşəkdə qalırdı. Belə vaxtlarda quzu 

kimi mülayim olurdu, şikayət-filan eləmirdi. Əlbəttə, Tom onun istəklərinin əleyhinə getsəydi, 

bu, qəddarlıq olardı. Tom arvadının yorğan-döşəyə düşdüyünə günahkar olduğunu boynuna alır, 

uzun müddət Luizaya inandırmağa çalışırdı ki, o, səhv edib. Qadın yalnız uzun çək-çevirdən 

sonra nəhayət razılaşırdı ki, öz bildiyi kimi hərəkət etsin. Bir dəfə Luiza Tomla gəzməyə çıxanda 

bizdən heç səkkiz mil aralanmamışdı ki, mən Toma dedim ki, Luiza ilk baxışdan zəif olsa da, 

səndən daha güclüdür. Tom başını buladı və az qala uçundu. Dedi: 

 

- Yox, yox, nə danışırsan? Sağlamlığı yaxşı deyil. Ona dünyanın ən yaxşı həkimləri baxıb; 



həkimlər deyir ki, Luizanın həyatı tükdən asılıdır. Sadəcə onun qeyri-adi iradəsi var, vəssalam. 

 

Tom mənim Luiza barədə dediklərimi ona çatdıranda əzabkeş qadın belə dedi: 



 

- Günü sabah mənə göz dəyəcək, baxarsız, mən ölümün bir addımlığında olacağam... 

 

Mən isə etiraz etdim: 



 

- Lakin mənə elə gəlir ki, sizin kifayət qədər gücünüz var; istək də olsaydı... pis olmazdı.... 

 

Mən çoxdan müşahidə etmişdim ki, şən məclisdə, arzu olunan tay-tuşlar arasında bu qadın hətta 



bütün gecəni yorulmadan rəqs oynaya bilir; əgər burada ona sərf etməyən darıxdırıcı bir şey, 

yaxud kimsə olsa, Tom mütləq onu evə aparır.  

 

Deyəsən mənim cavabım onun xoşuna gəlməmişdi, Luiza mənə nəzakətlə gülümsədisə də, onun 



iri, mavi gözlərində ciddilik vardı. Nəhayət, Luiza dedi:  

 

- Siz, düzü, gözləyirdiniz ki, mən yıxılıb öləcəyəm və siz də baxıb həzz alacaqsınız... 



 

Luiza ərindən çox yaşadı. Onlar yaxtada dəniz səyahətinə çıxmışdılar; Luiza donmamaq üçün 

yun şala bürünmüşdü. Tom isə möhkəm soyuqladı və öldü. Tomdan Luizaya yaxşı miras və bir 

qız övladı qaldı. Luiza ümidsiz idi və onun belə bir zərbəyə dözməsi də təəccüblüydü. Dostları 

Tomun ardınca onun da o dünyaya gedəcəyini gözləyirdi. Hamı Luizanın qızına acıyırdı; yazıq 

qızcığaz tənha qala bilərdi. Buna görə də dostlar Luizaya diqqəti ikiqat artırdılar; əlini ağdan 

qaraya vurmağa qoymurdular. Luizanın qayğısız və rahat olması üçün əllərindən gələni edirdilər. 

Başqa cür necə ola bilərdi?! Axı Luiza üçün hər hansı bir yorucu, yaxud maraqsız bir şey baş 

versəydi, dərhal ürəyini tutur, bayılırdı. Belə vaxtlarda o, ölümün bir addımlığında olurdu. Luiza 

deyirdi ki, onun qayğısını çəkə bilən adamın sadəcə olmaması onu məhv edə bilər, bəs o, sevimli 

Ayrisini bu zəif bədəni ilə necə böyüdəcək?! Hərdən, dostları deyirdi ki, yenidən ərə getsin. O 

isə ah-vay edir, cavab verirdi ki, bu xəstə ürəklə ərə getmək olar? Əlbəttə, sevimli Tomu da bu 

işi bəyənərdi, yəqin ki, Ayris üçün də yaxşı olardı. Eh, axı kim bu bədbəxt əlillə ailə qurar

onunla gün keçirmək istəyər, hə?  

 

Qəribə də olsa, belə bir missiyanı öz üzərinə götürmək istəyən “ovçular” kifayət qədər tapıldı; 



Tomun ölümündən bir il keçmiş Luiza Corc Hobhaus adlı bir nəfərə ərə getdi. Corc qəşəng, 

ümidverici cavan bir oğlan idi; kasıb deyildi. O da Luizanın qulluğunda durmaqdan, bu çəlimsiz 

varlığa qayğı göstərməkdən əsir-yesir olur, bunu özünə şərəf hesab edirdi. Luiza isə ona deyirdi: 

 

- Darıxıb-eləmə, mənim ömrümə onsuz da az qalıb... 



 

 

5

Corc şöhrətpərəst adam idi; hərbçiydi, ehtiyata buraxılmışdı. Luizanın sağlamlığı tələb edirdi ki, 



o, qışı Monte Karloda keçirsin, yayı isə Dovillada. Corc öz karyerasından dərhal əl çəkmək 

istəmədi, Luiza isə bu barədə əvvəlcə heç eşitmək belə istəmirdi; nəhayət, Luiza həmişə olduğu 

kimi güzəştə getdi. Beləliklə, Corc özünü bütünlüklə ona həsr etdi ki, heç olmasa arvadı qalan 

qısa ömrünü mümkün qədər xoşbəxt yaşasın. Luiza isə deyirdi: 

 

- İndi artıq ömrümə lap az qalıb. Mən çalışıram ki, sənə yük olmayım. 



 

Xəstə ürəyinə baxmayaraq, növbəti iki-üç ildə Luiza demək olar ki, gözəl qiyafədə bütün gecə 

məclislərində, ziyafətlərdə kart oynayır, şənlənir, hətta gənc, qəşəng və hündürboylu cavan 

oğlanları bicliklə ələ almağa çalışırdı. Lakin Corc Hophaus Luizanın birinci əri kimi o qədər də 

dözümlü deyildi. O, Luizanın gündəlik qayğıları ilə yaşaya bilmirdi; buna görə də o, spirtli 

içkiyə qurşanmışdı. Görünür, Corc buna adət etmişdi və bu da Luizanın heç xoşuna gəlmirdi; 

lakin xoşbəxtlikdən (Luiza üçün), müharibə başladı. Corc hərbi hissəyə qayıtdı və üç ay sonra 

həlak oldu. Luizaya yenə ağır zərbə dəydi, lakin qadın başa düşürdü ki, belə vaxtlarda öz 

kədərinə qapılıb qalmaq olmaz. Onun ürəkkeçmələri baş versə də, bu barədə heç kəs xəbər 

tutmurdu. Fikrini dağıtmaq üçün Luiza Monte Karloda öz villasını sanatoriya elədi; bura 

sağalmaqda olan zabitlər üçün istirahət mərkəzinə döndü. Dostları Luizaya deyirdilər ki, o, bu 

cür gərginliyə dözə bilməz... Luiza razılaşırdı, deyirdi: 

 

- Əlbəttə, bu, məni öldürəcək... Bilirəm. Lakin problem də deyil. Mən öz borcumu yerinə 



yetirirəm... 

 

Lakin bu iş də onu öldürmədi. Luiza həyatdan heç vaxt bu qədər ləzzət almamışdı. Onun 



sanatoriyası bütün Fransada ad çıxarmışdı.  

 

Mən Luizanı təsadüfən Parisdə gördüm. O, “Rits” restoranında çox yaraşıqlı, hündürboy bir 



fransız gənci ilə səhər yeməyi yeyirdi. Luiza mənə dedi ki, bura sanatoriyanın işindən ötrü gəlib. 

Zabitlər ona qarşı son dərəcə nəzakətlidirlər. Onlar bilirlər ki, o, çəlimsiz, zəif qadındır; buna 

görə də onu əziyyət çəkməyə qoymurlar. Zabitlər ona lap sevən ər kimi diqqət və qayğı 

göstərirlər... Sonra Luiza ah çəkdi və dedi: 

 

- Yazıq Corc, kim bilərdi ki, mən bu ürəklə ondan çox yaşayacam? 



 

- ...və yazıq Tom!- mən də əlavə etdim.  

 

Bilmirəm nə üçünsə, mənim bu sonuncu sözlərim onun xoşuna gəlmədi. Luizanın üzünə adəti 



üzrə əzabkeş bir təbəssüm qondu və onun gözəl gözlərindən yaş axdı. 

 

- Siz həmişə elə danışırsız ki, guya mənim günahım var... Mənə elə gəlir ki, siz məni 



qınayırsınız... Mənim ömrümə onsuz da az qalıb... və məncə, siz buna görə də məni günahkar 

hesab edirsiniz... 

 

- Yeri gəlmişkən, sizin ürəyiniz artıq sağalıb....- dedim. 



 

- O heç vaxt sağalmayacaq. Mən bu gün özümü bir mütəxəssisə göstərdim. Dedi ki, mən gərək 

hər gün, hər an hər şeyə hazır olam... 

 

- Boş şeydi, siz artıq iyirmi ildi bu ölümə hazırlaşırsınız... 



 

Müharibədən sonra Luiza Londona köçdü. O, hələ də arıq, çəlimsiz idi, gözləri iri, lakin solğun 

olmuşdu. Luizanın qırxa yaxın yaşı olsa da, heç kim ona iyirmi beşdən artıq yaş verməzdi. Ayris 


 

6

pansiondan çıxmış, artıq yekə qız olmuşdu; o, köçüb gəlmişdi Luizanın yanına və onunla birgə 



yaşayırdı. 

 

- Qızım mənim qayğıma qalacaq,- Luiza deyirdi.- Əlbəttə, onun üçün belə bir əlillə yaşamaq 



çətin olacaq; lakin Ayris şikayətlənən qız deyil... Axı mən də günlərimi sayıram, az qalıb 

ömrümə... 

 

Ayris gözəl idi; ona bütün ömrü boyu demişdilər ki, anan ciddi xəstədir. Hətta uşaqlıqda səs-küy 



salmağa belə icazə vermirdilər. Qız həmişə başa düşürdü ki, anasına həyəcanlanmaq olmaz; hər 

cür rahatsızlıq ona ziyandır. Buna baxmayaraq, indi Luiza əminliklə deyirdi ki, heç vaxt razı 

olmaz ki, qızı özünü yaşlı, əldən düşmüş bədbəxt bir qadına həsr etsin. Ayris bunu eşitmək belə 

istəmirdi. Bu ki, özünü qurban vermək deyil?! Xoşbəxtlikdir! Yazıq anaya nədəsə kömək köstərə 

bilirsənsə, bundan böyük səadət olar?! Luiza isə dərindən ah çəkib onun xidmətini qəbul edirdi. 

 

- Mənə yardımçı olmaq Ayrisin ürəyincədir,-Luiza dedi. 



 

- Sizə elə gəlmirmi ki, Ayris daha çox adamlar arasında olmalıdır?- deyə soruşdum. 

 

- Mən elə bunu ona hər gün deyirəm. Onu əylənməyə məcbur edə bilmirəm... Allah görür, mən 



istəmirəm ki, kimsə məndən ötrü əziyyət çəksin.  

 

Mən Ayrislə bu barədə söhbət edəndə, görün o mənə nə dedi: 



 

- Yazıq anam! Dostlarıma qonaq getməyimi, onlarla məclislərdə olmağımı istəyir...lakin mən 

harasa getmək üçün hazırlaşanda, o saat anamın ürəkkeçməsi tutur... Yaxşısı budur, elə evdə 

oturum... 

 

Çox keçmədi ki, Ayris sevdi. Mənim bir tanışım vardı; çox yaraşıqlı, münasib bir gənc idi. O, 



sevgisini Ayrisə bildirdi və qız da ona könül verdi. Ayris mənim xoşuma gəliridi, buna görə də 

onun bu sevdasına sevindim. Sevinirdim ki, nəhayət, bu qızın da öz ailə həyatı olacaq. Görünür, 

Ayris əvvəllər heç ağlına gətirməzdi ki, belə şey ola bilər.  

 

Günlərin bir günü Ayrisin nişanlısı məyus-məyus mənə dedi ki, toy qeyri-müəyyən müddətə 



təxirə salınıb. Ayris anasını tək qoymaq istəmir. Əlbəttə, bunun mənə dəxli yox idi, lakin buna 

baxmayaraq, Luiza ilə görüşməyi qərara aldım. Luiza adətən dostlarını çay süfrəsinə dəvət 

edirdi; indi bir qədər yaşlaşmış, ətrafına rəssamları və yazıçıları yığmağa başlamışdı. 

 

- Eşitmişəm Ayris ərə gedir,- deyə hal-əhvaldan sonra soruşdum. 



 

- Hələ məlum deyil. Hələ ki yox! Amma çox istərdim ki, o, ərə getsin. Mən onun ayaqlarına 

döşənib yalvardım ki, ərə getsin, o isə məni tərk etmək istəmədiyini bildirdi. 

 

- Sizə elə gəlmirmi ki, onun üçün çətindi? 



 

- Dəhşətli dərəcədə. Düzdür, mənim vaxtıma bir neçə ay qalıb; lakin düşünəndə ki, kimsə özünü 

məndən ötrü qurban verir, az qalır bağrım çatlasın... 

 

- Əzizim Luiza, siz artıq iki ər dəfn eləmisiniz, düzü, mən bir şeyi başa düşmürəm: axı nə üçün 



siz daha ikisini də basdırmayasınız? 

 

- Burda gülməli heç nə görmürəm,- qadın soyuqqanlıqla dilləndi. 



 

 

7

- Arzuladığınız niyyətlərə çatmağa sizin kifayət qədər gücünüz çatır: çox qəribədir, hansısa bir 



şey istədiyiniz kimi olmursa, o saat xəstə ürəyiniz sizə mane olur... Qəribə deyilmi? 

 

- Ah! Mən yaxşı bilirəm siz mənim barəmdə nə düşünürsüz. Siz heç vaxt mənim ciddi xəstə 



olduğuma inanmamısınız. Elə deyilmi? 

 

Mən düz onun gözlərinin içinə baxdım. Dedim: 



 

- Heç vaxt! Hesab edirəm ki, bu iyirmi beş ildəki davranış və hərəkətləriniz başdan-ayağa 

saxtadır. Mən həyatımda sizin kimi özündənrazı və qəddar qadına rast gəlməmişəm... Siz iki 

bədbəxt adamın – sizinlə ailə quran adamların həyatını məhv etdiniz. İndi də doğma qızınızın 

həyatını cəhənnəmə döndərmək istəyirsiniz. 

 

Əgər Luizanın ürəkkeçməsi tutsaydı, buna təəccüblənməzdim. Əmin idim ki, o, qəzəblənəcək, 



lakin Luiza sadəcə gülümsədi, sonra astaca dedi: 

 

- Mənim bədbəxt dostum, az qalıb o günə! Bax, bu sözləriniz üçün çox peşiman olacaqsınız... 



 

- Deyin görüm, Ayrisin ərə getməməsi barədə qərarınız qətidi? 

 

- Mən ona yalvarıram ki, oğlana ərə getsin. Əlbəttə, bilirəm ki, bu, mənim axırıma çıxacaq. 



Nolsun axı? Mən kiməm? Sadəcə yükəm yük... hamı üçün... 

 

- Və siz də ona beləcə dediniz ki, ərə getsə, siz öləcəksiniz? 



 

- Ayris özü məni buna məcbur etdi. 

 

- Guya sizi, niyyətinizə daxil olmayan bir işi görməyə məcbur etmək olar, hə? 



 

- Ayris istəyirsə, lap günü sabah evlənsinlər! Əgər bu, məni öldürəcəksə, qoy öldürsün, noolar! 

 

- Bəlkə risk edək? 



 

- Sizin mənə bir damcı da yazığınız gəlmir, hə? 

 

- Siz mənə gülünc görünürsünüz, nə yazığı gəlmək? 



 

 Luizanın bəbəkləri ağardı, orda azca ənlik göründü; bununla belə, o, hələ də gülümsəyirdi; 

Luizanın soyuq və kinli baxışlarını sezmək mümkün idi. Nəhayət, qadın hökmlə dilləndi: 

 

- Toy bir aydan tez olmayacaq! Və bir də... Əgər mənə bir şey olsa, ümidvaram ki, nə siz, nə də 



Ayris vicdan əzabı çəkməyəcəksiniz... 

 

Luiza sözünün üstündə durdu. Toy günü təyin olundu, təmtəraqlı yer sifariş verildi, dəvətnamələr 



göndərildi. Ayris və gənc nişanlısı sevincdən işıq saçırdılar. Toy günü səhər saat on radələrində 

bu şeytan gəlinciyi Luizanın ürəkkeçməsi tutdu və o, dünyasını dəyişdi. Luiza öldü və onu 

öldürən Ayrisi alicənablıqla bağışladı... 

 

  



 

 

 



 

8

"Muzdlu tərəfdaşlar" 

 

İngiliscədən çevirəni: Camal Zeynalov 

 

Bar adamla dolu idi. Səndi Veskotun qarşısında iki kokteyli qoyul-muşdu. O, saatına baxdı, 



özündə aclıq hiss etdi. O, şam yeməyini saat onun yarısında yeməyi tapşırmışdı. İndi isə saat ona 

qalırdı. Yeva Baret həmişə gecikirdi. Və o bunu da bilirdi ki, saat on birin yarısından əvvəl 

yemək üçün heç bir şey tapmaq olmayacaqdı. Bu vaxt başqa bir adam bara daxil oldu. Səndi onu 

salamladı.  

 

      - Salam, Kotman. Bir şey içəcəksinizmi?  



 

      - Məmnuniyyətlə, cənab.  

 

   Kotman təxminən otuz yaşlı, səmimi baxışlı bir adam idi. O, görkəmindən gənc bir oğlana 



oxşayırdı. Onun dolu bədəni, qara saçı və iri qara gözləri var idi.  

 

      - Stella necədir? - Səndi soruşdu. 



 

      - Yaxşıdır. Səhnəyə çıxmazdan əvvəl dincəlməyi xoşlayır. Bu onun əsəblərini sakitləşdirir. 

 

      - Mən bu təhlükəli işi min paunda edərdim.  



 

      - Bəli, belə bir yüksəklikdən iki metr dərinliyi olan suya tullanmağa heç kəs cəsarət edə 

bilməz.  

 

      - Bu mənim əvvəl gördüyüm oyunlardan daha təhlükəlidir.  



 

      Kotman gülümsədi. O, Səndinin sonuncu sözlərini bir kompliment kimi qəbul etdi. Stella 

onun arvadı idi. Əlbəttə, o, həyatını təhlükəyə ataraq bu qorxulu oyunu tamaşaçılar qarşısında 

edirdi. Hündür bir yerdən alovlu suya tullanmaq adamlara daha artıq zövq verirdi. Stella iyirmi 

metr hündürlükdən aşağıdakı ikimetrlik dərinliyi olan suya tullanırdı. O, tullanmazdan əvvəl 

suyun üzərinə benzin tökürdülər və məşəl ilə suyun üzərindəki benzini alovlandırırdılar. Bu, çox 

qorxulu oyun idi.  

 

      Bu vaxt Yeva Baret başqa qonaqları ilə gəldilər. O, çox varlı bir amerikan qadını idi. Onun 



stolunda həmişə çoxlu qonaqlar olurdu. Adətən, onlar yeməkdən sonra kart oynayırdılar. 

 

      - Pako, yaxşı bir stol hazırla - deyə Yeva Baret baş xidmətçiyə tapşırdı. 



 

      - Ən yaxşı stolu - deyə baş xidmətçinin qara gözlərində ona qarşı valehedici bir ifadə 

duyuldu. 

 

      - Siz heç Stellanı görmüsünüz? 



 

      - Əlbəttə. Üç dəfə. Mən indiyə kimi belə qorxulu oyun görməmişdim. Mən onun ölümünü 

görmək istəyirəm. Əlbəttə, o bu gecələrin birində öləcək və mən bunu öz gözlərimlə görəcəyəm.  

 

      Pako güldü.  



 

      - İndi o, elə müvəffəqiyyət qazanmışdır ki, gərək bunu gələn aya kimi qoruyub saxlayaq. 

Avqustun axırına kimi o, özünü öldürməsin, bundan sonra nə edir etsin.  


 

9

 



      Orkestr çalır, keflənmiş ağalar və xanımlar rəqs edirdilər. Musiqi dayanan kimi baş xidmətçi 

nəzakətlə Yeva Baretin qonaqlarını onlar üçün ayrıca düzəldilmiş stola dəvət etdi.  

 

      - Biz Stellanı buradan daha yaxşı görəcəyik.  



 

      - Mən hovuza yaxın oturmaq istəyirəm. Buradan onun üzünü daha aydın görə biləcəyəm.  

 

      - O, çox gözəldir? - deyə stol arxasında oturmuş xanımlardan biri soruşdu.  



 

      - O qədər də yox. Gözləri cazibəlidir. Stella hər dəfə bu səhnəni göstərəndə öləcəyindən 

qorxur.  

 

      - Mən buna inanmıram. Bu, sadəcə olaraq, bir oyundur. Burada risk ediləsi heç bir şey 



yoxdur.  

 

      - Sən nə haqqında danışdığını bilmirsən. Belə bir hündürlükdən dayaz suya tullanmaq və ani 



olaraq suya çatanda cəld bir hərəkətlə dönüb suya baş vurmaq, bu, siz düşündüyünüz qədər də 

asan iş deyildir. Əgər o bu hərəkətlə  

 

      kiçicik bir səhvə yol versə, onda onun kürəyi və başı hovuzun kənarına dəyib parçalana bilər.  



 

      - Əgər bu risk deyildirsə, onda burada heç bir şey yoxdur. Bu iş dəqiqədən asılıdır. Əgər o öz 

həyatına risk etmirsə, deməli, bu, müasir zaman üçün ən böyük möcüzədir.  

 

      Səhnənin sol tərəfində, sütunların arxasında çox hündür bir nərdivan var idi. Bir azdan 



musiqi dayandı, işıqlar söndü. Projektor hovuzu işıqlandırdı. Bu vaxt Kotman göründü. O, 

hovuzun yanındakı nərdivana yaxınlaşdı.  

 

      - Ağalar və xanımlar - o, yüksək səslə dedi. - Siz indi əsrin gözəl üzgüçüsünü görəcəksiniz. 



Madam Stella dünyada ən məşhur üzgüçüdür. O, iyirmi metr hündürlükdən iki metr dərinliyi 

olan, alovla şölələnən suya tullanır. Bu indiyə qədər görünməmiş möcüzədir. Madam Stella bunu 

edə biləcək hər hansı bir adama yüz funt sterlinq verməyə hazırdır. Ağalar və xanımlar, indi mən 

sizə madam Stellanı təqdim edirəm. 

 

      Bu zaman nərdivanın yanında kiçik bir fiqur göründü. O, hovuza tərəf getdi və ona əl 



çalanlara baş əydi. Stella əyninə ipək xalat, başına isə üzgüçü papağı geymişdi. Hamı ona 

diqqətlə baxırdı. - Gözəl deyil, - Yeva Baretin stolunda oturan xanımlardan biri dedi.  

 

      - Yaxşı fiqurası vardır. Siz görəcəksiniz - Yeva Baret xanımlara dedi.  



 

      Stella xalatını çıxarıb Kotmana verdi. Kotman aşağı düşdü. Stella bir anlığa dayandı və 

adamlara baxdı. Onlar qaranlıqda olduğundan Stella onların yalnız ağ sifətlərini görə bildi. Onun 

bədəninə görə uzun ayaqları görkəminə xüsusi gözəllik verirdi.  

 

 

      Stella nərdivana çıxmağa başladı. Hündürlük bu dəfə çox idi. Onun köməkçisi suya benzin 



tökməyə başladı. Kotmana yanan məşəl verildi. O, nərdivanın qurtaracağındakı kiçik 

platformada dayanmış Stellaya baxdı.  

 

      - Hazırsanmı? - Kotman qışqırdı.  



 

 

10

      - Bəli.  



 

      - Tullan! - deyə Kotman bu dəfə bərkdən qışqırdı.  

 

      O, qışqıran kimi əlindəki məşəl ilə suyu odladı. Dəhşətli alov göyə qalxdı. Bu vaxt Stella 



tullandı. O, göydən elə bil parlaq bir ulduz kimi alovun içərisinə düşdü. Bir azdan Stella suyun 

üzündə göründü. Alqış sədaları ucaldı. Kotman xalatı dərhal onun çiyninə atdı. Stella tamaşaçılar 

qarşısında baş əydi. Sonra o, stolların arasından keçərək paltar geyilən otağa getdi. Yenidən 

musiqi başladı. İşıqlar yandı, xidmətçilər stollarda əyləşənlərə cürbəcür yeməklər gətirməyə 

başladılar. 

 

      - Əla, - deyə bir ingilis həyəcanını gizlədə bilmədi.  



 

      - Bu möcüzədir - deyə qoca hərbçi adam heç bir şeyə inanmayanlara tərəf döndü.  

 

      Səhnədən sonra Stella öz əri ilə barda oturmuşdu. Bu vaxt baş xidmətçi Kotmana yaxınlaşdı:  



 

      - Cənab Kotman, müdir sizi axtarır. O sizi görmək istəyir.  

 

      - Haradadır? 



 

      - Buralarda olar.  

 

      - Əlimdəki pivəni içib gəlirəm. 



 

      Sonra Kotman Stellaya tərəf döndü.  

 

      - Stella, burada qalmaq istəyirsən, yoxsa otağa keçmək istəyirsən?  



 

      Stella cavab vermədi. O ağlayırdı. Onun solğun yanaqlarından göz yaşı axırdı.  

 

      - Sənə nə olub, əzizim?  



 

      - Sid, bu gecə mən bunu təkrar etməyəcəyəm - deyə Stella hönkürdü.  

 

      - Axı niyə?  



 

      - Qorxuram. 

 

      Sid Kotman onu ovundurmaq üçün əlini öz əlinə aldı.  



 

      - Bilirəm, sən bu dəfə əvvəlkindən daha yaxşı tullanacaqsan. Sən dünyada ən cəsur qadınsan. 

Bir az iç, bu sənin üçün yaxşı olar.  

 

      - Xeyr, bu mənim əhvalımı daha da pisləşdirir. 



 

      - Sən öz tamaşaçılarını intizarda qoya bilməzsən, bunu özün yaxşı bilirsən.  

 

      - Sən bunlarımı deyirsən, bu donuz əti yeyənləri. Onlar nə qədər istəyir yeyir, içir, daha başa 



düşmürlər ki, mən hər dəfə öz həyatımı təhlükəyə atıram.  

 


 

11

      - Əlbəttə, onlar səni görmək üçün xeyli pul xərcləyirlər - Kotman yavaşca dedi. - Əgər bu 



gecə qorxub bunu yenidən təkrar etməsən, sabah bizim üçün yaxşı olmaz.  

 

      - Xeyr, bu olmayacaq, əsas məsələ budur ki, ikinci dəfə tullanmaq mənim üçün ölüm 



deməkdir. Çox ləngidin, əzizim. Cənab Espinelə de ki, bu axşam tamaşa ikinci dəfə 

göstərilməyəcək, çünki nədənsə əsəblərimi bu gün cilovlaya bilmirəm.  

 

      - O bununla heç vaxt razılaşmayacaq, çünki adamların əksəriyyəti səni görmək üçün şam 



yeməyinə gəlirlər.  

 

      - Axı bacarmaram! 



 

      Kotman bir anlığa susdu. Stellanın kiçik solğun sifətindən yenidən göz yaşı damlaları 

göründü. O, başa düşürdü ki, Stella onu necə sevir.  

 

      - İndi mən getməliyəm, əzizim. Espinel məni görmək istəyir.  



 

      - Nə barədə?  

 

      - Bilmirəm. Mən ona deyəcəyəm ki, sən hər gecə yalnız bir dəfə bu səhnəni göstərə bilərsən. 



Görək, o buna nə deyəcək. Məni burada gözləyirsən?  

 

      - Yox, öz otağıma gedirəm.  



 

      On dəqiqədən sonra Stella otaqda tənha dayanmışdı. O, indi şən görünürdü.  

 

      - Əzizim, mən sənin üçün şad bir xəbər gətirmişəm. Onlar gələn aydan bizim pulumuzu iki 



qat artıracaqlar - deyə Kotman sevincək halda otağa daxil oldu.  

 

      O, Stellaya yaxınlaşıb öpmək istədi, amma Stella onu kənara itələdi.  



 

      - Bu axşam mən yenə də tullanmalıyam?  

 

      - Mən qorxuram, amma sən tullanmalısan. Bunun üçün onlar bizə ikiqat pul verəcəklər.  



 

      Stella yenidən ağlamağa başladı.  

 

      - Bacarmaram Sid, bacarmaram. Mən özümü öldürəcəyəm.  



 

      Bu vaxt Kotmanın da gözləri yaşla doldu. Bu göz yaşları onun Stellaya qarşı olan hədsiz 

məhəbbət rəmzi idi.  

 

      - Əzizim, sən bilirsən bu nə deməkdir, yenə də köhnə həyat! - deyə Kotman Stellaya 



toxtaqlıq verdi.  

 

      - Hər şey bundan yaxşıdır.  



 

      Köhnə həyat! Hər ikisi bunu xatırladı. Sid on səkkiz yaşından başlayaraq rəqslə məşğul 

olurdu. Onun xarici görkəmi gözəl göründüyündən, hətta orta və yaşlı qadınlar da pul verib 

onunla rəqs edirdilər. O öz işindən razı idi. O zaman bu, pis həyat deyildi, yaxşı da gəliri olurdu. 

Mehmanxanada iki və ya üç adam bir otaqda yaşayırdılar, çünki o zamanlar mehmanxanalarda 

kirayə haqqı çox ucuz idi. Onlar istədikləri vaxt yerdən dururdular. Günorta yeməyini kafedə 



 

12

edirdilər. Sonra saat beşə kimi sərbəst vaxtları olurdu. Axşam onlar restorana gedir, yaxşıca şam 



edirdilər. Yenidən rəqs başlayırdı.  

 

      Hər gün əlli və ya yüz frank qazanmaq olurdu. O günlərə gün çatmazdı, çünki onda hamıda 



pul var idi. Sonra iqtisadi böhran başladı. Hər şey dəyişdi. Mehmanxanalar boşaldı, müştərilər 

daha rəqs edənlərə pul xərcləmək istəmə-dilər. Sidin qazandığı pulları günü-gündən azaldı və 

nəhayət tükəndi. Paltarların, ayaqqabıların qiymətləri artdı. 

 

      Belə bir zamanda Sid Kotman Stella ilə Fransada, dəniz sahilində rastlaşdı. O, çox gözəl 



üzürdü. Stella avstraliyalı idi. O, gözəl üzgüçü idi. Kotman onu hər səhər dəniz kənarında 

görürdü. Bir axşam Stella mehmanxanada rəqs edirdi. Onların ilk məhəbbət macərası da buradan 

başladı. Fəslin sonunda onlar evləndilər.  

 

      Bu vaxtlar onlar üçün ağır keçirdi. Onların hər ikisinin mehmanxanada yaşamaları onlar üçün 



asan olmadı. Onlar bütün şeylərini satdılar. Nəhayət, onlar Niçsiya gəlib marafon rəqsinə daxil 

olmağa məcbur oldular. Onlar gündə iyirmi dörd saat rəqs edirdilər. Hər saatdan bir on beş 

dəqiqəlik istirahət olurdu. Bu dəhşət idi.  

 

      On birinci gün Stellanın ürəyi getdi. Sonra Sid başqa bir tərəf müqabili ilə rəqsi davam 



etdirdi. Ancaq sonra Sidin xəyalına bir fikir gəldi. Stella ona həmişə deyirdi ki, o, kiçik suya 

hündür yerdən tullana bilir. Bu, əsil mözücə idi. Bir dəfə Sid yolda benzinin alovlandığını gördü. 

Bu zaman o öz əvvəlki fikrini tamamladı. Alovlu suya tullanmaq - bu, adamların xoşuna gələcək 

yeganə mözücədir. 

 

      O bu haqda Stellaya danışdı və Stella da bu fikri bəyəndi. Kotman dostuna ləvazimat almaq 



üçün pul lazım olduğunu yazdı.  

 

      Sidin dostu Parisdə sirkdə onlar üçün bir nömrə yaratmaq üçün sirk müdiri ilə müqavilə 



bağlayır. Bu nömrə böyük müvəffəqiyyət qazanır. Sonra onlar dəniz kənarındakı bu barla 

müqavilə bağladılar. Onlar burada yaxşı pul qazanırdılar. Əlbəttə, qara gün üçün.  

 

      Belə bir vaxtda, müvəffəqiyyətin yüksək zirvəsində Stella bunu birdən dayandırmaq 



istəyirdi. Kotman ona daha heç bir söz demək istəmirdi, çünki onu çox sevirdi. O, Stellanı heç 

vaxt qəmgin görmək istəmirdi.  

 

      - Əzizim, sən bilirsən bu nə deməkdir. Bir az yığdığımız o pulu da xərcləsək, acından ölə 



bilərik. Özün bilirsən ki, burada başqa iş tapmaq qeyri-mümkündür.  

 

      Stella gözlərinin yaşını sildi və Sidə baxdı: 



 

      - Bu nədir, əzizim? 

 

      O, ayağa qalxdı və paltar şkafına tərəf getdi.  



 

-

 



İndi mənim üçün hazırlaşmaq vaxtıdır. Bəli, mən tamaşaçılarımı intizarda 

qoymamalıyam! - deyə o hıçqırdı. 

 

 

 



 

 

 



 

13


Kataloq: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə