Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015 İSSN 1815-1779
Avtomatika-Автоматика-Automation
T.A.Əliyev
66
UOT 681.32
ARTERİAL QAN TƏZYİQİNİN ÖLÇÜLMƏSİNDƏ İNSTRUMENTAL XƏTANIN
AZALDILMASI
T.A.ƏLİYEV
(Azərbaycan Texniki Universiteti)
E-mail: atz@box.az
Xülasə: Məqalədə arterial qan təzyiqinin qeyri-invaziv ölçmə metodu olan ossillometrik metodun istifadəsi
zamanı yaranan xətalar araşdırılır. Arterial qan təzyiqini avtomatik ölçən cihazlarda geniş yayılmış bu metodun
instrumental xətalarından biri də cihazın manjetinin ölçüləri ilə bağlıdır. Manjetin ölçüləri qolun ölçülərinə
müvafiq seçilmədikdə yarana biləcək xətanın azaldılmasının sadə yolu göstərilmişdir.
Açar sözlər: arterial qan təzyiqi, qeyri-invaziv ölçmə metodu, ossillometrik ölçmə metodu, instrumental xəta.
Giriş. Orqanizmdə qanın müstəsna rolu təkzib edilməzdir. Damarlarda dövr edən qan
aşağıdakı funksiyaları yerinə yetirir [1]:
1.
Nəql funksiyası-oksigen, karbon qazı, qida maddələri, hormonlar, elektrolitlər və digər
maddələrin nəql edilməsi;
2.
Nəfəsalma funksiyası-oksigen və karbon qazının daşınmasının
təmin edilməsi;
3.
Trofik funksiyası-qida maddələrinin toxumalara daşınması;
4.
Ekskretor funksiyası-maddələr mübadiləsi məhsullarının, artıq suyun, üzvü və qeyri-üzvü
maddələrin orqanizmdən xaricetmə orqanlarına çatdırılması;
5.
Termotənzimləmə funksiyası-istiliyin nisbətən çox qızmış orqanlardan ötürülməsi;
6.
Müdafiə funksiyası-imunitetin yaradılması;
7.
Tənzimləyici funksiyası-fizioloji aktiv maddələrin daşınması;
8.
Hemostatik funksiyası-orqanizmin daxili mühitinin stabil saxlanılması.
Göstərilən funksiyaların yerinə yetirilməsi üçün qan ürəyin fəaliyyəti nəticəsində damarlara
qovulur. Qanın orqanizmi tam əhatə etməsi üçün arteriyada qan təzyiqinin müəyyən səviyyədə
olması vacibdar. Ürək-damar sisteminin tədqiqində arterial qan təzyiqi kifayət qədər asan ölçülə
bilən fizioloji göstəricilərdən biridir. Qan təzyiqi göstəricisi ürək-damar sisteminin tutumu, bu
sistemin hidravlik müqaviməti, ürək yığılmalarının tezliyi, sistola və diastola müddəti və qanın
gatılığı ilə təyin olunur. Deyilənlərdən görünür ki, arterial qan təzyiqinin göstəriciləri əsas
diaqnostik parametrlər olduğundan onun ölçülməsi vacibdir.
Məsələnin qoyuluşu. Arterial qan təzyiqinin dolayı ölçmə metodlarına aşağıdakılar
aiddir:auskultativ metod, ossillometrik metod, fotometrik və ultrasəs metodları. Bu metodladan ən
geniş yayılmışları kimi auskultativ və ossillometrik metodları göstərmək olar. Auskultativ metod
1905-ci ildə N.S.Korotkov tərəfindən irəli sürülmüş və hal-hazırkı dövrdə də istifadə edilir.
Metodun mahiyyəti hər hansı bir ətrafdakı arteriyanın xüsusi manjet vasitəsilə sıxılmasından
sonra isə manjetdəki təzyiqi azaltmaqdan ibarətdir. Bu zaman azalan təzyiqin qiyməti ölçülür.
Arteriyada eşidilən ilk nəbzə uyğun təzyiq arteriyadakı qan təzyiqinin sistolik qiyməti eşidilən son
nəbzə görə isə onun distalik qiyməti qeyd edilir.
Ossillometrik metod 1867-ci ildə E.Marey tərəfindən təklif olunub. Hal-hazırda istifadə edilən
avtomatik tonometrlərin əksətiyyətinin iş prinsipi ossillometrik metoda əsaslanır.
Göstərilən hər iki metodun əsasını, yuxarıda göstərildiyi kimi arteriyanın manjet vasitəsilə
sıxılaraq tədricən manjerdaxili təzyiqin azaldılması zamanı sistolik və diastolik təzyiqlərin müəyyən
edilməsi təşkil edir [1-3]. Məlum olduğu kimi arterial qan təzyiqini ölçərkən istifadə edilən
manjetlərin ölçüləri müxtəlif olur. Onlardan bəzilərinin həndəsi ölçüləri aşağıdakı cədvəl 1-də
göstərilmişdir.
Aparılan tədqiqatlara görə [4], manjetin ölçüləri üçün tövsiyyələr bunlardır: manjet
kamerasının eni əhatə ediyi qolun çevrəsinin 40%-ni uzunluğu isə enindən azı iki dəfə çox
olmalıdır. Bu tövsiyyələrə uyğun aparılan təcrübələrə görə [4] manjetin əhatə etdiyi qolun çevrəsi
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015 İSSN 1815-1779
Avtomatika-Автоматика-Automation
T.A.Əliyev
67
cədvəldə göstərildiyi diapazonda dəyişdikdə arterial qan təzyiqinin qiyməti
5% xəta ilə müəyyən
edilir.
Cədvəl 1. Manjetin ölçüləri
Bu zaman xətanın qiyməti və işarəsi
b/b* nisbətindən asılı olacaqdır (b-manjetin tövsiyyə
edilən ölçüsü, b*
isə istifadə edilən manjetin enidir). Qeyd edək ki, b/b* nisbəti vahiddən böyük
olduqda xəta müsbət, kiçik olduqda isə mənfidir. Göstərilən xətanın qolun manjetlə əhatə olunmuş
çevrəsinin uzunluğundan (L) asılılığı şəkil 1-də göstərilmişdir. Buradan görünür ki, xəta
həddində ola bilər. Yuxarıda deyildiyi kimi baxılan xətaya səbəb qolun çevrəsi ilə manjetin eni
arasındakı uyğunsuzluqdur. Hər bir tonometr bir ölçülü manjetlə komplektləşdiyini nəzərə alsaq,
b/b
*
nisbətindən asılı olaraq yaranan instrumental xəta dəyişməsi şəkil 2-də göstərilmişdir.
Şəkil 1. Ölçmə xətasının manjetin Şəkil 2. Ölçmə xətasının b/b* nisbətidən
həndəsi ölçülərindən asılılıq qrafiki asılılıq qrafiki
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015 İSSN 1815-1779
Avtomatika-Автоматика-Automation
T.A.Əliyev
68
Nəticə. Arterial təzyiqin ölçülməsi zamanı instrumental xətanı azaltmaq üçün cihazın
göstərişinə b/b* nisbətinə müvafiq əks işarəli düzəliş verilməlidir. Cihazın göstəricisinin
korreksiyası üçün hər bir pasiyentin qolunun çevrəsi ölçülməlidir. Ölçmənin aparılmasının ən sadə
üsulu kimi manjetin özündən istifadə olunması təklif edilir. Manjetin uzunluğu boyu “0” nöqtəsi
kimi b*/0.4 məsafəsi qeyd edilir və ondan sağa və sola eyni addımlarla (lakin müxtəlif rənglərlə)
bölğülər aparılır. Manjeti bərkidilən zaman (içərisindəki hava tam çıxarılmış vəziyyətdə) b/b*
nisbətinə müvafiq düzəlişin qiyməti və işarəsi müəyyən ediləcək. Düzəliş cihazın strukturundan
asılı olaraq, avtomatik və ya hesablama yolu ilə aparıla bilər.
Ədəbiyyat
[1].Биология человека и животных для инженеров. Учеб. пособие / Г.Ш.Гафиятуллина,
О.А.Каплунова, А.В.Кондрашев и др.: Под редакцией В.П.Омельченко-М.: Высш. Школа,
2010, 567 с.
[2].Эман А.А. Биофизические основы измерения артериального давления-Л.:Медицина,1983.
[3].Методы измерения АД и возрастные нормы http//www.assomed.ru/artdav.htlm.
[4].Amerikan Yeart Association/ Recommendations for human blood pressure determination bu
sphygmonanometers. Stroke 12:555A-564A, 1981.
УМЕНЬШЕНИЕ ИНСТРУМЕНТАЛЬНОЙ ПОГРЕШНОСТИ ПРИ ИЗМЕРЕНИИ
АРТЕРИАЛЬНОГО ДАВЛЕНИЯ КРОВИ
Т.А.АЛИЕВ
(Азербайджанский Технический Университет)
E-mail: atz@box.az
Аннотация: В статье рассматриваются погрешности неинвазивного измерения
артериального давления осциллографическим методом. Широко используемый в
автоматических приборах измерения артериального давления крови данный метод имеет
инструментальную погрешность связанную с геометрическими размером манжеты. Показан
путь уменьшения погрешности измерения при использовании манжеты размеры которого
отличаются от рекомендуемых.
Ключевые слова: артериальное кровяное давления, неинвазивный метод измерения,
осциллографический метод, инструментальная погрешность.
INSTRUMENTAL IN REDUCING BLOOD PRESSURE MEASUREMENT
ERRORS
T.A.ALIEV
(Azerbaijan Technical University)
E-mail: atz@box.az
Summary: In the article noinvasive blood pressure measurement methods, which are vialotions
arisng from the use of ossilmetric method. Device to measure blood pressure cuffs linked dimension
of the instrumental error and one of the devices commnly used by this method automatically. If the
size of the selected size of the cuffs, the goal was simple way to reduce errors may occur.
Keywords: blood pressure, noinvasive measurement methods, ossillometric measurement methods,
instrumental error.
Daxil olub: 24.02.2015
Rəyçi: t.e.d., professor V.H. Musayev