Tibbi mühafizə vasitələri və onlardan istifadə



Yüklə 53,5 Kb.
tarix10.12.2019
ölçüsü53,5 Kb.

  1. Tibbi mühafizə vasitələri və onlardan istifadə.

Tibbi fərdi mühafizə vasitələri (TFMV) - fövqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Tibbi mühafizə vasitələri–insana fövqəladə halların zədədiyici amillərinin təsirini zəiflədən və ya qarşısını alan tibbi preparatlar və ya maddələrdir. Onlar FH zamanı ilkin öz-özünə və qarşılıqlı tibbi yardım məqsədilə tətbiq edilir.

Fərdi tibbi mühafizə tabel vasitələri aşağıdakılardır:

  • Fərdi aptekçə Aİ-2, Aİ-4;

  • İPP-11 tipli fərdi kimyəvi paket;

  • İPP-1, PPİ AB-3 tipli fərdi sarğı paketi;

  • P-10 profilaktik antidot;

  • Xüsusi qablaşdırılmış sanitar çantası;

  • «Kvars» tipli taunəleyhi kostyum;

  • Mühafizə qurğuları üçün kollektiv aptekçə—100-150 nəfərlik və 400-600 nəfərlik;

  • Sanitar xərəkləri.

Bu vasitələrin köməyi ilə adamların həyatını xilas etmək, zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial vasitələr) təsirinə qarşı orqanizmin dayanaqlığını(müqavimətini) artırmaq mümkündür.

Fərdi aptekçə Aİ-2

Fərdi aptekçə Aİ-2 radiasiya, kimyəvi və bakterioloji zədələnmələr zamanı, həmçinin onların zədələrlə kombinasiyalı rast gəlmə hallarında profilaktik və ilkin tibbi yardım məqsədilə tətbiq edilir. Aptekçə narıncı rəngli plastik kütlə materialdan düzəldilmiş kiçik qutudan ibarətdir. Aptekçəni cibdə gəzdirirlər. Onda aşağılakı yuvalar vardır:



1 saylı yuva: ağrıksici vasitəli şpris-tyubik (rəngsiz başlıqlı). Bu vasitə apteçkaya FHN qərarı ilə şəraitə uyğun olaraq verilir. Sümük sınıqları, geniş sahəli yanıq sahələri və zədələnmələr zamanı baş verən kəskin ağrılar zamanı şokun qarşısını almaq məqsədilə bud və ya sağrı nahiyəsinə yeridilir (paltarın üzərindən də ola bilər).

2 saylı yuva: fosforlu üzvü maddələrlə zəhərlənmələr zamanı profilaktik vasitə-taren (hazırda afin) yerləşir. Daxilə qəbul edildikdən 20 dəqiqə sonra təsir göstərməyə başlayır. «Kimyəvi həyacan» siqnalı verilən kimi bir tablet qəbul edilir. 8 yaşına qədə uşaqlara tabletin dörddən bir hissəsi, 8-15 yaş arası uşaqlara tabletin yarısı verilir. Taren həbinin 1 ədədinin qəbulu fosforlu üzvü birləşmələrlə zəhərlənmə təsirini 10 dəfə azaldır. Zəhərlənmə əlamətləri artdıqca yenidən bir həb qəbul edilir və sonradan hər 4-6 saatdan bir bir həb qəbul edilir.

3 saylı yuva: 2 saylı bakteriya əleyhi vasitə (sulfadimetoksin-0,2q,15 tablet) - ağ rəngli penal-yerləşir. Bu vasitə radioaktiv şüalanmadan sonra infeksion xəstəliklərin profilaktikası üçün nəzərdə tutulub. Şüalanmadan sonra mədə-bağırsaq pozğunluqları yarandığı zaman bir dəfəyə 7 tablet qəbul edilir, sonrakı 2 gün ərzində gündə bir dəfə 4 tablet qəbul edilir. 8 yaşına qədər uşaqlar birinci gün 2 tablet, sonrakı 2 gün ərzində hər gün 1 tablet qəbul edilir; 8-15 yaş arası uşaqlar birinci gün 3,5 tablet, sonrakı 2 gündə günə 2 tablet qəbul edilir.

4 saylı yuva: 1 saylı radiasiya əleyhi vasitə (RS-1, sistamin tabletləri-0,2q, 12 tablet) moruğu rəngli iki penal – yerləşir, ionlaşdırıcı şüalanma zədələnmələrində profilaktik effekt göstərir. «radiasiya təhlükəsi» siqnalı verilərkən şüalanma qorxusu olarsa və ya radiasiya səviyyəsi yüksək olan əraziyə daxil olmamışdan 35-40 dəqiqə əvvəl 6 tablet su ilə dəxilə qəbul edilir. Müdafiə effekti 5-6 saat saxlanır. Lazım gələrsə (şüalanma davam edərsə və ya yeni təhlükə yaranarsa) 4-5 saatdan sonra yenidən 6 tablet qəbul edilir. 8 yaşına qədər uşaqlara bir dəfəyə 1,5 tablet, 8-15 yaş arası uşaqlara-3 tablet verilir.

5 saylı yuva: 1 saylı bakteriya əleyhi vasitə-hər birində 5 tablet olan rəngsiz kvadrat formada 1 penal (tetrasklin-0,006q, 10 tablet və nistatin tabletləri) – törədiciləri bioloji silah kimi istifadə edilən infeksion xəstəliklərdən ümumi ekstern profilaktika (taun, vəba, tulyaremiya, sibir yarası, brusellyoz və s.) üçün nəzərdə tutulmuşdur. Bakterioloji yoduxma təhlükəsi yarandıqda və ya yoluxma olduqda qəbul edilir. birdəfəlik dozası-eyni zamanda 5 tablet su ilə daxilə qəbul edilir. Belə doza 6 saatdan sonra bir də təkrar qəbul edilir. 8 yaşa qədər uşaqlara bir dəfəyə 1 tablet, 8-15 yaşlı uşaqlara 2,5 tablet verilir. PBS-1 (bakteriya əleyhi vasitə) şüa xəstəliyi, geniş yara səthi və yanıqlar zamanı infeksion ağırlaşmaların profilaktiksı üçün də qəbul edilir.

6 saylı yuva: 2 saylı radiomühafizə vasitəsi (RS-2, kalium yod tabletləri 0,125 q dozada 10 tablet)-ağ rəngli, 1 penal-radioaktiv çöküntülərin düşdüyü ərazidə olan insanlar üçün nəzərdə tutulmuşdur: tənəffüs yolları, qida və su ilə daxil olan radioaktiv yod üçün qalxanabənzər vəzi blokadaya alır. 10 gün ərzində gündə bir dəfə acqarına bir tablet qəbul edilir (sülh dövründə AES-da qəza zamanı hər gün və axırıncı şüalanmadan sonra əlavə olaraq 8 gün ərzində hər gün qəbul edilməlidir). 2-5 yaşlı uşaqlara yarım tablet, 2 yaşından kiçiklərə-dörddə bir (1/4) tablet, südəmər körpələrə yalnız birinci gün-dörddə bir tablet verilir. Əgər radioaktiv yod çöküntüsündən sonrakı ilk 2-3 saat ərzində qəbul edilərsə 90-95%, 6 sattdan sonra qəbul edilərsə -50%, 12 saatdan sonra -30% effekt verir, 24 saatdan sonra effekti yoxdur.

7 saylı yuva: qusma əleyhi vasitə (etaperazin)-5 tabletli bir penal- şüalanmadan sonra, həmçinin başın əzilməsindən sonra mədə bulanması halları olarsa qəbul edilir. Bir gündə 6 tabletdən çox qəbul etmək olmaz.

Fərdi kimya əleyhi paket – zəhərləyici maddələrlə zədələnmələr zamanı öz-özünə və qarşılıqlı tibbi yardım göstərmək üçün tibbi vasitələr toplusudur. Paketin əsasını zərərsizləşdirici (deqazasiya) vasitə təşkil edir. Həmin vasitə ilə dərinin açıq qalan sahələri və onunla təmasda olan hissələrində hissəvi sanitiar təmizləməsi aparılır. Bundan başqa, paketdə zəhərləyici maddələrlə zədələnmələr zamanı profilaktika və ilkin tibbi yardım üçün digər vasitələr də vardır. Fərdi kimya əleyhi paket vasitəsilə zəhərlənmənin ilk dəqiqələrinndə bədənin açıq səthlərində aparılan deqazasiya, dərinin zədələnməsinin və zəhərləyici maddənin qana keçməçinin qarşısını alır. Daha gec müddətdə aparılan hissəvi sanitar təmizləməsi dərinin zədələnməsini azaldır, lakin qarşısını almır. Belə halda hissəvi sanitar təmizləməsindən sonra, paketdə olan antidotdan istifadə edilir.

Fərdi kimya əleyhi paketPP-8) - Tərkibində içərisində polideqasiya məhlulu olan flakon və salfet komplekti var. Paket 7 yaşından yuxarı yaşlı əhalinin dəri və onunla təmasda olan səhələrinin və fərdi mühafizə vasitələrinin ZM (zəhərli maddə) və BV (bakterial vasitə) təsirindən zərərsizləşdirilməsi üçündür. Məhlulun gözə düşməsinə yol vermək olmaz. Məhlulla aparılan zərərsizləşdirmənin ardıcıllığı: məhlullar isladılmış tamponla dərinin açıq hissələri (boyun, əllərin biləkləri), həmçinin əleyhiqazın səthi silinir. Digər tamponla paltarın yaxalığı və manjetlər, dərinin açıq sahələrinə təmas edən hissələri silinir. Dəri səthi radioaktiv maddələrlə təmasda olarkən, əgər sabun və su ilə radioaktiv maddələrin təsirini yol verilə bilən həddə qədər təmizləmək mümkün olmazsa, o zaman deqazasiya məhlulu ilə təmizləmək lazımdır.



Şəkil 3. Fərdi kimya əleyhi paket İPP-8 və ya ondan istifadə etmək qaydaları

Modernləşmiş toz halında olan fərdi deqazasiya edici paket - ətraf mühit tempraturu -400 S ilə +400 S arasında, zəhərləyici maddələrin əsas qrupları ilə zəhərlənmiş geyim və hərbi texnikanın mühafizəsi və deqazasiyası üçün vasitədir. Toz halındadır, zəhərlənmiş səthə fırça ilə səpilir. Paketin çəkisi-230 q-dır.

Fərdi kimya əleyhi paket İPP-10 – dərinin açıq səthlərinin hər hansı bir zəhərləyici maddə ilə dəri-rezorbtiv və ikincili inhalyasiya yolu ilə zədələnməsi zamanı profilaktika vasitəsidir. Maye halındadır, çəkisi-250 qramdır, ikiqat mühafizə və təmizlənməni təmin edir, tempratura intervalı -200 S ilə +400 S arasıdır.

Fərdi kimya əleyhi paket İPP-11 – dərinin açıq səthlərinin damcı-maye halında hər hansı bir zəhərləyici maddə ilə və qəza-kimyəvi təhlükəli dəri-rezorbtiv və ikincili olaraq inhalyasiya yolu ilə zədələnməsi zamanı profilaktika vasitəsidir. Bundan başqa həmin maddələri dəri və paltar üzərində, fərdi mühafizə vasitələrində deqazasiya məqsədilə tətbiq edilir. Vaxtında dəri üzərinə səpilərsə öz effektini 24 saata qədər saxlayır. Zədələnmiş səthləri təmizlədikdən sonra tamponları atmaq olmaz, onlar bir yerə yığılır və yandırılır və ya bu məqsəd üçün ayrılmış yerdə torpağa basdırılır. Dərinin açıq səthlərinin deqazasiyası üçün bir paket istifadə edilir.

Tibbi sarğı paketi. İPP-1—tipli fərdi tibbi sarğı paketi (PPM) yaralara, yanıqlara aseptik sarğı qoyulması və bəzi qanxmaların saxlanması üçün istifadə edilir. Qoyulmuş sarğı yara səthinin (yanıq səthinin) ikincili infeksiyadan mühafizə edir və qanaxmanın dayandırılmasını tam təmin edir. Fərdi sarğı paketi hermetik qablaşdırılmış steril bint və 2 ədəd pambıq-tənzif yastığından ibarətdir. Yastıqlardan biri bintin ucuna bərkidilmişdir, digəri isə hərəkətli olur. Belə quruluşa görə dəlib keçən zədələnmələrdə yaranın həm giriş, həm də çıxış dəliyini bağlamaq olur. Yastıqların üstü əllə götürmək üçün rəngli saplarla işarələnir. İstifadə etmək ardıcıllığı:

1. Hermetik örtük üzərindəki xətt boyunca kəsilir və çıxarılır;

2. Bir əllə bint, digər əllə isə yastıq götürülüb içəri səthi ilə yaranın üzərinə qoyulur;

3. Bu zaman çalışmaq lazımdır ki, rəngli sap olan hissə üst tərəfdə qalsın; daha sonra sarğı aparılır.

Fərdi sarğı paketi İPP AB-3 yaralara ilkin tibbi yardım məqsədilə sarğı qoymaq üçün istifadə edilir. 2 çoxqatlı yastıqdan və elastik bintdən (və ya tənzif bint) ibarətdir, yüngül polimer örtüklə qablaşıdırılmışdır. Yastığın 3 qatı var: atravmatik (tor formasında), sorbsiya edici (pambıq-viskoz liflər) və mühafizə edici (polipropilen parça). Atravmatik qat yara səthinə yapışmır və sarğı qoyan zaman ağrısız kənarlaşdırılır. Sorbsiya edici qat yaradan axıntıları özünə hopdurur. Mühafizə qatı yaranın infeksiya ilə ağırlaşmasının qarşısını alır. Elastik bint sarğının etibarlı və stabil olmasını təmin edir. Paketin xarici örtüyünün daxili səthi steril olduğu üçün hermetik sarğı qoyulması üçün istifadə edilir.



Şəkil 4. Fərdi sarğı paketi
Yüklə 53,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə