http://www.amu.edu.az
30 noyabr 2015-ci il
2
Əvvəlcə stamatologi-
ya fakültəsinin dekanı,
professor Zöhrab Qa-
rayevin “ATU-nun sto-
matologiya fakültəsində
tədrisin vəziyyəti və gənc
mütəxəssislərin hazırlan-
masının yaxşılaşdırılması
işində kollektiv qarşısında
duran vəzifələr” barədə
hesabatı dinlənildi.
U
lu öndər Heydər
Əliyevin və onun la-
yiq li
davamçısı,
Azər baycan
Respublikası-
nın Prezidenti cənab İlham
Əliyevin uğurlu daxili və
xarici siyasəti nəticəsində
ölkəmizin beynəlxalq arenada
inamla irəlilədiyi bir dövrdə
ali təhsil işçilərinin üzərinə
yeni və məsul vəzifələr düş-
düyünü vurğulayan fakültə
dekanı bildirdi ki, bu ba-
xımdan əhalinin sağlamlığı-
nın qorunmasını təmin edən
tibb kadrlarının, o cümlədən
stomatoloqların
hazırlan-
ması da dövlət əhəmiyyətli
məsələdir. Respublikamız-
da həkim-stomatoloq ha-
zırlayan Azərbaycan Tibb
Universitetinin
stomatolo-
giya fakültəsi məsuliyyətini
dərk edərək, yüksək ixtisas-
lı mütəxəssislər hazırlamaq
üçün öz fəaliyyətini norma-
tiv sənədlərə əsasən həyata
keçirir, tədris prosesinin
keyfiyyətinin yüksəldilməsinə,
gənc mütəxəssislərin peşə
hazırlığının yaxşılaşdırılma-
sına, onların ümumbəşəri
və milli dəyərlər əsasında
tərbiyə edilməsinə çalışır.
Fakültəyə daxil olan 9 ka-
fedrada çalışan professor-
müəllim heyətinin 52%-nin
elmi dərəcəsi olduğunu xa-
tırladan Z.Qarayev qeyd etdi
ki, bunlardan 19 nəfəri elm-
lər doktoru, professor, 39
nəfəri dosent, 32 nəfəri baş
müəllim, 140 nəfəri isə as-
sistent və müəllimdir.
Fakültə dekanı onu da bil-
dirdi ki, hazırda fakültədə
təhsil alan 735 tələbənin
247 nəfəri xarici ölkə və
488 nəfəri Azərbaycan
vətəndaşlarıdır. Tələbələrin
557 nəfəri Azərbaycan, 69
nəfəri rus, 109 nəfəri isə in-
gilis bölməsində təhsil alır.
Dekanlığın işinin əsasını
təşkil edən tədris prosesi-
nin təkmilləşdirilməsi istiqa-
mətində görülən tədbirlərdən
danışan fakültə dekanı ixti-
sas kafedralarında tələbələrin
təcrübi bacarıqlarının və peşə
hazırlığının yaxşılaşdırılma-
sına
yönəldilmiş
müasir
müayinə və müalicə metodla-
rının tətbiq olunduğunu dedi.
O, fakültədə tədrisin səviy-
yə sinin ayrı-ayrı fənnlər üzrə
tələbələrin ilkin mənimsəmə
və keyfiyyət göstəricilərilə
qiymətləndirildiyini söyləyə-
rək son dörd tədris ilinin qış
və yay imtahan sessiyasının
yekunlarının təhlili üzərində
xüsusi dayandı: “Fakültədə
tədrisin əsas göstəriciləri
ildən-ilə artmaqda davam
edir. Belə ki, qış imtahan ses-
siyasının nəticələrinə görə
fakültə üzrə ilkin mənimsəmə
göstəricisi 2011/12-ci ildə
62,4%, keyfiyyət göstəricisi
16,2%, həmin göstəricilər mü-
vafiq olaraq 2012/13-cü ildə
64,0% və 28,0%, 2013/14-cü
ildə 66% və 38,8%, 2014/15-
ci tədris ilində isə 84,3% və
52,7% olmuşdur.
Yay imtahan sessiyası-
nın nəticələrinə görə ilkin
mənimsəmə
göstəriciləri
2011/12-ci
ildə
50,1%,
2012/13-cü ildə 64,7%;
2013/14-cü ildə 70,8%,
2014/15-ci
ildə
95,1%,
keyfiyyət göstəriciləri isə mü-
vafiq olaraq 20,4%, 22,8%,
44,6% və 62,7% olmuşdur.
Göründüyü kimi, yay im-
tahan
sessiyasının
ilkin
mənimsəmə və keyfiyyət
göstəriciləri qış imtahan ses-
siyasının
göstəricilərindən
yuxarıdır. Ancaq buna bax-
mayaraq bu sahəyə, xüsusilə
keyfiyyət
göstəricilərinə
diqqəti ildən-ilə artırmalıyıq”.
Dərsə davamiyyəti tədrisin
keyfiyyətinə təsir göstərən
əsas amillərdən biri kimi
səciyyələndirən
Z.Qarayev
he sa bat müddətində hər
tələbəyə düşən dərs burax-
ma hallarının 20,3 saatdan
14,8 saata düşdüyünü, lakin
bu səviyyənin dekanlığı qane
etmədiyini də diqqətə çat-
dırdı: “Dərsə davamiyyət, ni-
zam-intizamı yaxşılaşdırmaq,
tələbələrin məsuliyyətini artır-
maq üçün hər həftənin cümə
günü qrup nümayəndələri ilə
görüşlər zamanı dərs burax-
ma hallarının səbəbləri təhlil
edilib müvafiq ölçü götürü-
lür. Qeyd etmək istəyirəm
ki, üzürsüz dərs buraxmanın
kəskin azaldılması məsələsi
fakültə kollektivinin qarşısın-
da duran vacib məsələlərdən
biri olaraq qalır.
Dərsə davamiyyətin və
mənimsəmə göstəricilərinin
yaxşılaşdırılmasına
imta-
han sessiyasına artıq 2 ay
qalmış
professor-müəllim
heyəti və tələbələrimizin iş-
tirakı ilə keçirilən istehsalat
müşavirələrini, eləcə də im-
tahan qabağı dövrdə rek-
torluğun imtahan götürən
müəllimlərlə apardığı müşa-
vi rələrin mühüm rolu var-
dır. Həmin müşavirələrdə
tələbələrin arzu və şikayətləri
dinlənilir, tədrisin vəziyyəti
ciddi təhlil edilir və qarşıda
duran vəzifələr konkret ola-
raq müəyyənləşdirilir”.
Stomatoloji Klinikanın yara-
dılmasını fakültənin həyatında
ən uğurlu hadisə adlandıran
Z.Qarayev tədris prosesi-
nin keyfiyyətli aparılmasın-
da maddi-texniki bazanın
böyük əhəmiyyət daşıdığını
vurğuladı. Tədris-metodik və
elmi işlər, TEC-in fəaliyyəti,
tərbiyə işləri haqqında da
ətraflı söhbət açan fakültə
dekanı çıxışının sonunda
bundan sonra da bütün bi-
lik və bacarıqlarını mənəvi
cəhətdən saf, milli dəyərlərə
və dövlətçiliyimizə sədaqətlə
xidmət edən yüksək ixtisaslı
həkim-stomatoloqların ha-
zırlanmasına sərf edəcəklərinə
əminliyini bildirdi.
Kafedra müdirləri Çingiz
Rəhimov, Arif Əfəndiyev, Rəna
Əliyeva, istehsalat təcürbəsi
dekanı Şəfa Əliyev, reziden-
tura şöbəsinin müdiri Riz-
van Məmmədov çıxışların-
da fakültənin uğurları ilə
yanaşı mövcud problemlərə
də toxundular və hesabatı
qənaətbəxş qiymətləndirdilər.
Akademik
Ə.Əmiraslanov
müzakirələrə yekun vuraraq
qeyd etdi ki, universitetdə əsas
aparıcı qüvvə dekanlıqlardır.
Ona görə də imkan düşdükcə
ayrı-ayrı fakültələrin hesa-
batlarını dinləmişik. Bu gün
də Zöhrab müəllim stoma-
tologiya fakültəsinin bir neçə
illik fəaliyyətinə dair dərin
məzmunlu və hərtərəfli hesa-
bat verdi.
Stomatologiyanın dünya-
da tibbdən ayrı bir sahə he-
sab olunduğunu və başqa bir
ixtisas sahəsi kimi götürül-
düyünü xatırladan akademik
bildirdi ki, buna baxmaya-
raq, əgər təbabətin tərkib
hissəsi kimi qəbul eləsək ən
çevik, ən sürətlə inkişaf edən
bir sahədir: “Çünki hər gün
yeni texnologiyalar, yeni ava-
danlıqlar təcrübəyə tətbiq
edilməyə başlayır və müa-
sir klinikalarda çalışırlar ki,
bu avadanlıqları əldə edərək
tələbələrə göstərsinlər. Mənə
elə gəlir ki, bu istiqamətdə
ATU-nun Stomatoloji Klini-
kasının fəaliyyəti qənaətbəxş
hesab edilə bilər”.
Ulu Öndərin diqqət və qay-
ğısı sayəsində 2002-ci ildə
yaradılan klinikanın stomato-
logiya fakültəsinin fəaliyyətinə
müsbət təsirini önə çəkən
akademik
Ə.Əmiraslanov
klini kada ən müasir tədris
mərkəzinin yaradıldığını da
vurğuladı. Ancaq böyük vəsait
hesabına yaradılan bu tədris
mərkəzinin gücündən hələ
tam istifadə olunmamasından
təəssüfünü də dilə gətirdi.
Vaxtilə problemli fakültə
kimi tanınan stomatologi-
ya fakültəsinin indiki fəaliy-
yətindən razı qaldığını söy-
ləyən akademik fakültədə
böyük nüfuz qazanan Zöhrab
Qarayevin təcrübəsini və şəxsi
keyfiyyətlərini də yüksək
qiymətləndirdi.
Professor-müəllim heyətini
“Elmin İnkişaf Fondu”nun
müsa biqələrində iştirak et-
mə yə çağıran Ə.Əmiraslanov
dərsliklərin nəşri, proqram-
ların yenilənməsi və rezi-
dentlərin rotasiyası məsə-
lə lərinə də toxunaraq bəzi
ka fedralarda
tələbələrə
məc buri kitab satışının yol-
verilməz olduğunu söylədi və
satış üçün nəzərdə tutulan
kitabların universitetin kitab
köşkünə verilməsini məsləhət
gördü.
Böyük Elmi Şura müsabiqə
məsələlərini həll etməklə öz
işini yekunlaşdırdı.
Arif MƏMMƏDLİ
Fotolar Cənnətalı Çingizindir
“Stomatologiyanın dünyada tibbdən ayrı bir sahə hesab
olunduğunu və başqa bir ixtisas sahəsi kimi götürüldüyünü
xatırladan akademik bildirdi ki, buna baxmayaraq, əgər
təbabətin tərkib hissəsi kimi qəbul eləsək ən çevik, ən sürətlə
inkişaf edən bir sahədir”.
BÖYÜK ELMİ ŞURADA
Noyabrın 23-də Böyük Elmi
Şuranın növbəti yığıncağı oldu.
Yığıncağı akademik Əhliman
Əmiraslanov açaraq gündəlikdə
duran məsələləri diqqətə
çatdırdı.
30noyabr 2015-ci il
http://www.amu.edu.az
3
ATU-nun mətbuat xidməti
Noyabrın 18-də Azərbaycan
Tibb Universitetində (ATU) aka-
demik
Əhliman
Əmiraslanovla
Macarıstanın Azərbaycandakı föv-
qə ladə və səlahiyyətli səfiri İmre
Laslotski və müşaviri Şandor
Kapitani arasında görüş keçirilib.
Görüşdə Əhliman Əmiras lanov
ATU-nun fəaliyyəti barədə qonaq-
lara məlumat verdi. Onun sözlərinə
görə, bu ali təhsil ocağı 1919–cu
ildə Bakı Dövlət Universitetinin
tərkibində fakültə kimi yaradı-
lıb. 1930-cu ildən isə müstəqil ali
məktəb kimi fəaliyyət göstərməyə
başlayb: “Universitetimiz bu il
müstəqil universitet kimi 85 yaşını,
fakültə kimi isə 96-cı yaşını qeyd
edir”. ATU-nun professor-müəllim
heyəti haqqında da məlumat verən
akademik Ə.Əmiraslanov bildir-
di ki, 6 fakültəsi olan bu ali təhsil
ocağında 160-dan çox professor,
320 dosent, 800-ə yaxın elmlər
namizədi və ümumilikdə 1300 nəfər
akademik personal çalışır: “Hazırda
universitetdə 7000-dən çox tələbə
və rezident, həmçinin 1000-dən
çox xarici ölkə vətəndaşları olan
tələbələr təhsil alırlar.
Akademik Ə.Əmiraslanov Azər-
baycanla Macarıstanın
qardaş ölkə olduğunu
və təhsil müəssisələri
arasında daha sıx
münasibətlərin
ya-
radılmasının vacibli-
yini vurğuladı. Onun
sözlərinə görə, ali
məktəblər
arasın-
da qarşılıqlı layihələr
həyata keçirilməsinə
böyük ehtiyac var.
Akademik
həmçinin
ötən tədris ilində Ma-
carıstanın Zemvelveys
Universitetinin rektoru
ilə keçirdiyi görüşdən
də söz açdı.
Görüş zamanı cənab səfir Laslots-
ki iki ölkə arasında olan sıx əlaqələr
haqqında danışdı. O, Azərbaycan
və Macarıstanın səhiyyə və təhsil
sahəsindəki
münasibətlərindən
bəhs edərək, ikitərəfli əlaqələrin
vacibliyindən də söz açdı.
Görüşdə
həmçinin
ATU-nun
beynəlxalq əlaqələr üzrə prorektoru
Rəhimə Qabulova da iştirak edirdi.
Görüşün sonunda iki ölkənin
ali məktəbləri, o cümlədən Tibb
Universitetləri arasında əlaqələrin
gücləndirilməsi
üçün
ortaq
layihələrin icrasına dair razılığa
gəlindi.
Noyabrın 23-də akademik
Əhliman Əmiraslanov Tür-
kiyə nin Elsevier və Gemini
şirkətinin nümayəndələrini
qəbul edib. Görüş zamanı
akademik
Ə.Əmiraslanov
Tibb Universiteti ilə Elsevier
şirkəti
arasında
yüksək
səviyyəli
əməkdaşlıqdan
məmnun olduğunu bildirdi.
O, Azərbaycan Tibb Uni-
ver sitetinin səhiyyə sa hə-
sindəki yeniliklərlə daim
maraqlandığını və modern
texnologiyaların tətbiqinə başladığını
bildirib. Akademik Ə.Əmiraslanovun
sözlərinə görə, həkimlərin bu cür
elektron proqramdan yararlanması
onların işinə böyük fayda gətirə bilər.
Gemini Ltd.-nin nümayəndəsi Eda
Özdemiroğlu şirkətin təqdim etdiyi
“ClinicalKey” sistemi ilə bağlı ətraflı
açıqlama verərək artıq Türkiyənin
demək olar ki, bütün klinikalarında
bu sistemdən istifadə olunduğunu
bildirdi.
Elsevier şirkətinin meneceri Atilla
Ikinci təqdim olunan Clinical Key
sağlamlıq araşdırmalarına yeni bir
yanaşmanı təklif etdiyini bildirib.
Onun sözlərinə görə, təqdim olu-
nan axtarış sistemi səhiyyənin və
cərrahiyyənin bütün bölmələrini
əhatə edir. Bu proqram həkimlərin
işini sürətləndirməsi, elm adamla-
rının daha dolğun araşdırma apar-
masına imkan yaradır.
Qeyd edək ki, “Clinical Key” proq-
ramından artıq ATU-nun Tədris Te-
rapevtik Klinikasında tətbiq olunur.
Bu yaxınlarda isə ATU-nun Onkoloji
klinikasında həmin sistemin təqdim
olunacağı planlaşdırılır.
Görüşdə ATU-nun beynəlxalq
əlaqələr üzrə prorektoru Rəhimə
Qabulova və beynəlxalq əlaqələr
şöbəsinin müdiri Nadir Zeynalov da
iştirak edirdilər. Qeyd edildi ki, Tibb
Universitetinin klinikalarında artıq
bu cür sistemlər tətbiq olunur və
belə proqramlar tibb işçilərinin, elm
adamlarının elektron qaynaqlara
çatmasını daha da asanlaşdırır.
Qeyd edək ki, Elsevier elm və
səhiyyə sahəsində informasiya-
texnologiya həllərini təqdim edən
ən böyük qurumlardan biridir. Clini-
cal Key axtarış sistemi isə özündə
2200 jurnal, 25 min adda kitab,
sorğu kitabçalarını birləşdirir. Ge-
mini Büro sistemləri və Donatım
LTD isə universitetlər də daxil ol-
maqla bir çox təhsil və səhiyyə
müəssisələrində elektron kitabxa-
nalar quraşdırır.
Macarıstanın Azərbaycandakı səfiri Tibb
Universitetində olub
Türkiyəli nümayəndələr Tibb
Universitetinin qonağı oldular
Tbilisidə Avropa İttifaqının “Şərq
tərəfdaşlığı” proqramına üzv ölkələrin
səhiyyə nazirlikləri nümayəndələrinin
6-cı qeyri-formal görüşü keçirilib.
Tədbirdə Azərbaycanı səhiyyə naziri-
nin müavini Abbas Vəlibəyov və Res-
publika Epidemiologiya və Gigiyena
Mərkəzinin direktorunun müavini Vaqif
Abdullayev təmsil ediblər.
Gürcüstanın səhiyyə, əmək və
əhalinin sosial müdafiəsi naziri David
Sergeyenko tədbiri açaraq qloballaşan
dünyada səhiyyə və tibb sahəsində
əməkdaşlığın vacibliyindən danışıb.
Görüşdə Avropa İttifaqının qonşuluq
siyasəti və genişlənmə üzrə komissa-
rı İohannes Han, Sağlamlıq və ərzaq
təhlükəsizliyi üzrə komissar Vytenis
Andriukaitis və bir sıra üzv ölkələrin
səhiyyə nazirləri və nazir müavinləri çı-
xış ediblər. Qeyd olunub ki, Avropa İtti-
faqının “Şərq tərəfdaşlığı” proqramı üzv
ölkələr arasında səhiyyə sahəsində
əməkdaşlığın genişlənməsinə, yeni
əlaqələrin
qurulmasına,
mövcud
problemlərin həllinə geniş imkanlar
açır.
KİV nümayəndələri üçün qapa-
lı davam edən toplantıda siqaret
əleyhinə mübarizəyə dair memoran-
dumun layihəsi, səhiyyə sahəsində
beynəlxalq təhlükəsizlik, vaksinasiya,
antibiotiklərdən düzgün istifadə, Dün-
ya Səhiyyə Təşkilatının tövsiyələri və
digər məsələlər müzakirə olunub.
Sonda tədbir iştirakçıları mətbuat
konfransı keçiriblər.
Görüşün “Şərq tərəfdaşlığı” proqramı-
na üzv ölkələr üçün mühüm əhəmiyyət
kəsb etdiyini bildirən V.Abdullayev
jurnalistlərə deyib: “Burada müzakirə
olunan məsələlər, xüsusən də bak-
teriyalara qarşı mübarizə, vaksina-
siya, Dünya Səhiyyə Təşkilatının
tövsiyələri, epidemioloji xəstəliklərə
qarşı mübarizə hamımız üçün vacib-
dir. Düşünürəm ki, birgə əməkdaşlıq
öz bəhrəsini verəcək. Azərbaycanda
bu məsələlərə dövlət səviyyəsində
çox böyük əhəmiyyət verilir. Bunun
nəticəsidir ki, ölkəmizdə epidemioloji
sabitlik təmin olunub”.
“Şərq tərəfdaşlığı” proqramı səhiyyə
sahəsində yeni əlaqələrin qurulmasına yol açır
Səhiyyə
Nazirliyinin
dəstəyi ilə Azərbaycan
Tibb
Universitetinin
(ATU) Tədris Cərrahiyyə
Klinikasında
aparılan
koxlear
implant
əməliyyatları uğurla başa
çatıb.
Səhiyyə naziri Oqtay
Şirəliyevin tapşırığı ilə dörd
xəstə əməliyyat edilib. Se-
vindirici haldır ki, artıq bu
proses dövlət tərəfindən
dəstəklənir.
Belə
ki,
əməliyyat zamanı taxılan
cihazlar Səhiyyə Nazirliyi tərəfindən
təqdim olunub.
“Daxili
qulağın
protezləşməsi”
əməliyyatları sayəsində anadangəlmə,
eşitmə qabiliyyəti heç olmayan uşaq-
ların eşitməsi bərpa edilir. Tədris
Cərrahiyyə Klinikası bu əməliyyatların
həyata keçirilməsi üçün hər cür şərait
və avadanlıqla təchiz olunub.
Klinikanın
qulaq-burun-boğaz
şöbəsinin müdiri Yusif Hacıyev de-
yib ki, bu əməliyyatların uğurlu
keçməsi üçün xəstələrin mümkün
qədər tez - 4 yaşa qədər müraciət
etməsi əsas şərtlərdən biridir. “Hazır-
da əməliyyat etdiyimiz uşaq 1 yaş 8
aylıqdır. Yəni biz artıq nitq inkişafının
başlanğıcında bu körpəyə implant ci-
hazı taxmış olduq. Bu uşaq artıq öz
həmyaşıdlarından
fərqlənməyəcək,
danışığı da gecikməyəcək”, - deyə
Y.Hacıyev bildirib.
Həkim bütün uşaqların vaxtında
eşitmə müayinəsindən keçirilməsinin
vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, əməliyyat zamanı
eşitməyən uşaqların qulağına implant
daxil edilir. Bu da körpələrin rahatlıq-
la eşitməsinə və danışmasına kömək
edir.
Tədris Cərrahiyyə Klinikasında koxlear implant
əməliyyatları uğurla aparılıb
http://www.amu.edu.az
30 noyabr 2015-ci il
4
siyasət nəticəsində bütün
sahələrdə olduğu kimi, səhiyyə və
tibb təhsili sahəsində də böyük
nailiyyətlər əldə edilib: “Cənab
Prezident İlham Əliyevin dəstəyi
nəticəsində Tibb Universitetinin ən
müasir tibbi avadanlıqlarla təchiz
edilmiş klinikaları inşa edilərək
istifadəyə verilib. Bu dövr ərzində
Tibb Universitetinin beynəlxalq
əlaqələri daha da genişlənib.
Xüsusilə, Azərbaycanla qardaş
Türkiyə və digər xarici ölkələr
arasında tibbin müxtəlif sahələri
üzrə elmi və təcrübi əlaqələri
möhkəmləndirmək, onları yüksək
səviyyədə inkişaf etdirmək,
davamlı işbirliyi qurmaq məqsədilə
mühüm toplantıların keçirilməsi
bir ənənə halını alıb”. Akademik
əlavə edib ki, Tibb Universiteti
dəfələrlə beynəlxalq konfrans-
lara, qurultaylara və elmi-praktik
seminarlara ev sahibliyi edib.
“Bu möhtəşəm toplantının işinə
uğurlar diləyir, tibb elminin
inkişafı naminə hər birinizə yeni-
yeni uğurlar arzulayıram” – deyə,
Ə.Əmiraslanov bildirib.
Sonra Türk Daxili Xəstəliklər
Uzmanlıq Dərnəyinin İdarə
Heyətinin sədri prof. dr. Serhat
Ünal çıxış edib. Azərbaycanda
olduğu üçün sevinc hissi keçirdiy-
ini bildirib. Onun sözlərinə görə,
Türk Daxili Xəstəliklər Uzmanlıq
Dərnəyinin 1-ci toplantısı 1012-
ci il 16-17 noyabrda Kosovada,
2-ci toplantısı 2013-cü il 6-8
dekabrda Makedoniyada, 3-cü
toplantı 2014-cü il mayın 23-24-
də Bosniya-Herseqovinada, 4-cü
toplantısı 2014-cü il 4-6 senty-
abrda Moskvada, 5-ci toplantısı
isə 2014-cü il 19-21 sentyabr-
da Belqradda keçirilib: “Dünya
ölkələri ilə qarşılıqlı əlaqələri
genişləndirmək məqsədi ilə 6-cı
toplantını qardaş Azərbaycanda
ATU ilə birgə gerçəkləşdirməyi
planlaşdırdıq. Ümüdvarıq ki,
Bakıda təşkil etdiyimiz bu toplantı
hər iki ölkənin tibb sahəsindəki
əməkdaşlığını daha da genişləndi
rəcək.”
Qeyd edək ki, konfrans 3 gün
davam edib. Toplantı zamanı
Əlizamin Sadıqov, Turhan Ece,
Avtandil Verdiyev, Birol Özer,
Tamfira Alıyeva, Rüştü Serter,
Ayşəgül Atmaca, Kərim Gülər
şəkərli diabet, qastroezofaqial
reflüks, xroniki obstruktiv ağciyər
xəstəliyi kimi ən aktual daxili
xəstəliklər üzrə məruzələr edib və
fikir mübadiləsi aparıblar.