Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 32,82 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix26.07.2017
ölçüsü32,82 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

maraq  saatı
99
USTAD 
dərgisi \ Fevral 2016
98
USTAD 
dərgisi \ Fevral 2016
Comics”) firmasının rəhbəri idi, lakin 
iki komiks nəhəngi bu gün belə rəqabət 
aparmağa davam edirlər. Məhz buna görə 
də həm Marvel (dövr üçün Timeli), həm də 
“Detektiv komiks” yaranış ilini 1939-cu il 
hesab edir. Qızıl Çağ ərzində isə, şübhəsiz ki, 
“Detektiv komiks” tam lider idi. 
Vandə Vumən (Wonder Woman), 1-ci 
Fləş (Flash), Qrin Ləntən (Green Lantern) 
kimi qəhrəmanlara qarşı Marvelin əlindəki 
ən böyük vasitə ilk personajları Namor 
və Kapitan Amerika olub. Maraqlı fakt 
odur ki, İkinci Dünya Müharibəsi ərzində 
ərsəyə gələn bu komiksdə Hitlerlə Kapitan 
Amerika vuruşarkən ABŞ  hələ rəsmi şəkildə 
müharibəyə qoşulmamışdı. 
Dok Səvic (Doc Savage), Şadou 
(Shadow) kimi komikslər “Detektiv 
komiks” qəhrəmanlarından illər öncə 
oxuculara tanış olmalarına baxmayaraq, 
30-cu illərin sonunda onlara maraq azaldı, 
yeni superqəhrəmanlar ön plana çıxdılar.  
Buna baxmayaraq, Betmen və Supermen 
üzərində onların əcdadlarının təsiri 
danılmazdır. Məsələn, Bob Keyn (Bob Kane 
– Batman personajının yaradıcısı) bir sıra 
müsahibələrində Şadou personajının imkanlı 
iş adamı kimi gündüzlər, vigilant qəhrəman 
(ayıq-sayıq qəhrəman) kimi isə gecələr 
fəaliyyət göstərməsindən ilhamlandığını 
deyib. Məhz bunun əsasında Bryus  Ueyn də 
(Bruce Wayne), Betmen də oxşar formada 
həyat sürür. Hətta Şadou onun istifadə etdiyi 
texnoloji cihazların oxşarından istifadə edir. 
Dok Səvicin adı Klarkdır. Supermenin 
yaradıcıları Şuster və Sigel Klark Səvic 
personajını o qədər sevirdilər ki, öz 
qəhrəmanları Supermenin də “alter 
eqosu”na Klark Kent adı verdilər. Adı çəkilən 
Dok Səvic həm də illər sonra yaranacaq 
olan film personajı – İndiana Consun da 
yaradıcılarına ilham mənbəyi olmuşdur.
Komiksin Qızıl çağı təkcə “Detektiv 
komiks”  və ”Timeli” şirkətləri ilə bitmir. Bir 
sıra şirkətlər müxtəlif mövzularda ailə-məişət, 
sevgi, fantastik, hətta erotik mövzularda 
komikslər çap edirlər. Bu şəxslər arasında, 
şübhəsiz ki, ən məşhuru Uill  Eysnerdir 
(Will Eisner). Bəziləri bu şəxsi hətta müasir 
komiksin yaradıcısı da hesab edir. Batmanın 
“Yellow kid”– sarı uşaq 
komiksləri

101
USTAD 
dərgisi \ Fevral 2016
100
USTAD 
dərgisi \ Fevral 2016
maraq saatı
101
USTAD 
dərgisi \ Fevral 2016
100
USTAD 
dərgisi \ Fevral 2016
yaradıcısı Bob Keynlə birgə təhsil alan 
Eysner sonradan müxtəlif jurnallar üçün 
hekayələr yazıb şəkillər çəkir. Eysneri ən çox 
narahat edən məqamlardan biri isə istedadlı 
adamların üzə çıxmaqda çətinlik çəkməsi 
olur. Beləliklə, gənc Eysner, Cerri İger (Jerry 
Iger) adlı şəxslə birləşərək istedadlı insanları 
üzə çıxardacaq və komiksin inkişafına xidmət 
edəcək “Eysner ənd İger Studio” (“Eisner 
and Iger Studio”) şirkətini yaradırlar. Qısa bir 
zamanda ortaqların sözləri üst-üstə düşmür, 
Eysner ayrılaraq yaratdığı yeni qəhrəman 
“The Spirit”in hekayələrinə fokuslanır. 
İkilinin yaratdığı qurum vəzifələrini yerinə 
yetirmədən fəaliyyətini dayandırsa da, İger 
təkbaşına “S.M. İger” studiyası yaradır 
və 1955-ci ilə qədər fəalliyyət göstərir. 
Eysner və İgerin şirkətdaxili və şəxsi 
münasibətlərindən bəhs edən “Xəyalpərəst“ 
(“The Dreamer”) qrafik romanı da Eysner 
tərəfindən avtobioqraik tərzdə qələmə 
alınmış, münaqişənin pərdəarxası anlarını 
oxucularla paylaşmışdı. Şirkət uğursuz 
iz qoysa da, Cek Kirbi (Jack Kirby) kimi 
gələcəyin ən böyük sənətkarlarından birini 
üzə çıxarmağa kömək etdi. Bəlkə də, 
belə səbəblərdən dolayı bu gün komiks 
aləmindəki ən böyük mükafat məhz Uill 
Eysnerin adını daşıyr. “Eysner” mükafatı hər 
ilə müxtəlif kateqoriyalarda öz qalibləri ilə 
görüşür.
Beləliklə, komiks ABŞ oxucusunun 
gündəlik əyləncəsinə çevrildi, geniş surətdə 
yayıldı, məşhurlaşdı. Lakin 50-ci illərdən 
başlayaraq komiksə, tipik pafoslu hekayələrə 
maraq azaldı. Amerika oxucusu artıq sadəcə 
beyin məhsulu yox, elmi əsası, ən azından 
tarixi kökü olan faktlar əsasında qurulmuş 
hekayələr görmək istəyirdi. Artıq onlara 
bayağı fantastik əhvalatlar yox, həqiqətən 
də, bir dövr gerçəkləşməsi mümkün olacaq 
hekayələr gərək idi. Qızıl Çağ bitmişdi, 
Gümüş Çağ isə Barri Alenin (Barry Allen) 
gəlişini gözləyirdi...
Bu o vaxtlar idi ki, heç kəs təsəvvür 
belə edə bilməzdi: Martin Qudmanın 
(Martin Goodman) yoldaşının mətbəədə 
kağız daşıyan gənc qardaşı vaxt keçəcək, 
yaradıcılıqla məşğul olacaq və komiks 
yazacaq. Onun sahib olduğu Liber (Lieber) 
soyadı isə bir müddət sonra ümumiyyətlə, 
unudulacaqdı. Çünki onun adı komiks 
tarixinin ən böyük zirvələrindən birini 
fəth edəcəkdi. O, Spidermen, Deədevil 
(Daredevil), X-men, Avengers kimi 
qəhrəmanları dünya ədəbiyyatına bəxş 
edəcəkdi. O Stan Li idi (Stan Lee).
Fərid Hüseynli, 
“Comics and Graphic Novels 
Azerbaijan” cəmiyyətinin yaradıcısı və 
rəhbəri
“Spidermen” komiksləri

“bəxti gətirməyən” filmlər
101
USTAD 
dərgisi \ Fevral 2016
100
USTAD 
dərgisi \ Fevral 2016
101
USTAD 
dərgisi \ Fevral 2016
100
USTAD 
dərgisi \ Fevral 2016
Səma 
Fuadqızı
İtkin düşmüş
 
“Köpək”
Bəlkə də oxucular (və 
tamaşaçılar) fərqində deyillər ki, 
Azərbaycan kinosu dedikdə yalnız 
bizim əzbərə tanıdığımız, yaxud 
bir neçə dəfə izlədiyimiz filmlər 
nəzərdə tutulmur. Tamaşaçılara tanış 
olmayan, qismətinə ekran həyatı 
yaşamaq düşməyən filmlərimiz də 
var və biz “Ustad”da unudulmaqda 
olan o filmlərimizi tanıtmağa, 
həmçinin bəxti gətirməməsinin 
səbəblərini araşdırmağa çalışacağıq. 
İlk hədəfimiz “Köpək” filmidir.
 
1
994-cü ildə Azərbaycan kinosunda 
bir “Köpək” doğuldu. Amma o 
ildən bəri həmin “Köpək”in nə 
səsini eşidən oldu, nə də ləpirlərini görən. 
2013-cü ildə sosial şəbəkələrin birində 
həmkarlarımdan biri məni onunla tanış 
etdi. “Köpək”, köpəyə dönmüş məzlum 
insanlar, onların faciəsi haqqında çəkilmiş 
filmdir. Qarınlarını doyurmaq üçün iş 
axtaran bir qrup insanın aldadılaraq qul kimi 
işlədilməsindən bəhs edir. Eyni zamanda, 
hansı vəziyyətə düşməsindən, hansı 
çətinliklərlə qarşılaşmasından asılı olmayaraq, 
insanın İnsan olaraq qalması, bu məqsəd 
uğrunda mübarizə aparması təsvir edilir.
Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, 
ssenari müəllifi Loğman Kərimov, rəssamı 
Mayis Ağabəyov, quruluşçu operatoru Rafiq 
Quliyevdir. Rolları Məmməd Səfa, Fuad 
Poladov, Muxtar İbadov, Yaşar  Nuri, Nuriyə 
Əhmədova və b. ifa edirlər. 
Bu filmə kinoteatrlarda təqdim olunmaq, 
ekran həyatını yaşamaq qismət olmadı. Onu 
qeyd edim ki, bu film Tofiq Tağızadənin lentə 
aldığı sonuncu filmdir. 
Film haqında danışmaq və ekran 
həyatının alınmamasının səbəbini araşdırmaq 
üçün ilk müraciət etdiyimiz ünvan filmin 
ssenaristi 
Loğman Kərimov oldu: “Filmin 
ssenarisini təxminən 1988-1989-cu illərdə 
yazmışam. O illərdə, daha dəqiq desək, 
1988-ci ildə Bakıda tələbələrin, ziyalıların 
iştirakı ilə Sovet hakimiyyətinin xalqımıza 
qarşı apardığı antiazərbaycan siyasətinə 
etiraz əlaməti olaraq Azadlıq meydanında 
(həmin zaman V.İ.Leninin adını daşıyırdı) 
mitinqlər başlamışdı. Mən özüm də o 
mitinqlərin iştirakçısı olmuşam. Məhz o 
hadisələr “Köpək” filminin ssenarisinin 
yazılmasına təkan verdi. Bu, eyni zamanda 
qəzetlərin birində oxuduğum bir xəbərlə 
də bağlı idi. Səhv etmirəmsə ya “Pravda”, 
ya da “İzvestiya” qəzetində idi. Yazılırdı 
ki,  hansısa xarici ölkələrin birində kimlərsə 
adada öz hakimiyyətlərini elan edərək 
insanları qul kimi işlədirlər. Hökumətin də 
sən demə, bu hadisədən xəbəri yox imiş. 
Xəbəri oxuduqdan sonra ssenarini başlamaq 
üçün ideya yarandı və düşündüm ki, onu 
bu süjetin üzərində qura bilərəm. Ssenarini 
Tofiq Tağızadəyə təqdim etdim. Onu da qeyd 
edim ki, Tofiq Tağızadə məni orta məktəbdə 
oxuduğum vaxtlardan tanıyırdı. 10-11-ci 
sinif şagirdi ikən dərsdən qaçıb kinostudiyaya 
gedirdim. Tofiq Tağızadə, Arif Babayev, 
Rasim Ocaqov, Rasim Balayev və digər 
aktyor və rejissorların gözünün qabağında 
“Spidermen” komiksləri

“bəxti gətirməyən” filmlər
103
USTAD 
dərgisi \ Fevral 2016
102
USTAD 
dərgisi \ Fevral 2016
böyümüşəm. Tofiq Tağızadə də ssenaridə bir 
neçə məqamda dəyişiklik etmişdi. O həmişə 
müəlliflə dil tapmağı bacarırdı. Rejissor baxışı 
ilə izah edirdi ki, filmi nə cür görür. 
Film sovet hakimiyyətinin mənzərəsini 
əks etdirirdi. Ssenari absurd janrında yazılıb. 
Filmin qayəsini sovet hakimiyyətindəki mənfi 
hallar, insanların incidilməsi, repressiyaya 
məruz qalması, bəzi insanların şəxsi 
mənafelərinə görə satqınlıq etməsi və s. 
təşkil edir. Filmdə konkret insan və məkan 
adları yoxdur. Çünki bu, həm də bəşəri 
mövzudur. Tamaşaçı filmi izləyərkən  kimin 
insan, kimin köpək olduğuna özü qərar verir. 
Ssenarinin özündə obrazların adları 
sifətlərlə əvəz olunub. Məsələn, boynuyoğun, 
satqın və s. Ssenaridə belə bir səhnə var: 
Avtobus boş səhra ilə gedir. Elə bir yolla 
irəliləyir ki, əslində ordan avtobus keçə 
bilməz. Sonra bir nəfər qaçaraq yaxınlaşır, 
avtobusa minib oturacağın altında gizlənir. 
Bu zaman onun ayaqları görünür. Sonra 
ayağa qalxıb oturacaqda oturur və ətrafına 
baxaraq görür ki, oturacaqlarda əyləşənlər 
əslində, qaçıb qurtulmaq istədiyi insanlardır 
(Amma filmdə bu səhnə fərqlidir – S.F.). 
Burada avtobus sovet hakimiyyətini simvolizə 
edir. Avtobusun sərnişinləri isə sovet 
cəmiyyətinin insanlarıdır. Filmin baş obrazı 
elə zənn edir ki, o bu cəmiyyətdən qaça 
bilib. Amma sonra görür ki, burdan qaçmaq 
qeyri-mümkündür. Sovet dövründə də belə 
idi. Bu cəmiyyətdən qaçmaq qeyri-mümkün 
idi. Bu hakimiyyətə tabe olmayanlar, qaçmaq 
istəyənlər xalq düşməni elan edilir, həbs 
olunur, ya da sürgünə göndərilirdilər. Elə 
ətrafdakılar özləri onları satırdı. Filmdə bu 
məqamlar var. Məmməd Səfanın ifa etdiyi 
obraz qaçmaq istəyir. Lakin satqın – Yaşar 
Nurinin ifa etdiyi obraz onu satır. Hətta 
bu obraz sədaqətinə görə itlər cəmiyyətinə 
üzv qəbul edilir və “Köpək medalı” ilə 
təltif olunur. Filmin ssenarisinin başqa bir 
səhnəsində iş axtaran insanları avtobusla 
düzənlik əraziyə gətirirlər. Fuad Poladovun 
ifa etdiyi obraz uzaqdan onlara yaxınlaşır. O 
hər addım atdıqca siması dəyişir, gah Stalin, 
gah Hitler, gah da Qorbaçov olur, daha 
sonra öz simasını alır. Tofiq Tağızadə filmi 
çəkərkən bu hissədə də dəyişiklik edib. 
Filmdə əsəs rollardan birini ifa edən
 
Məmməd Səfanın sözlərinə görə filmə 
gəlişi tam təsadüfi olub: “Operator Rafiq 
Quliyev məni kinostudiyaya dəvət etdi. 
Onunla filmin rəssamı Mayis Ağabəyov 
qərara gəldilər ki, məni Tofiq Tağızadəylə 
görüşdürsünlər. Beləliklə, sınaq çəkilişlərində 
iştirak etdim. Sonra Tofiq Tağızadənin 
istəyi ilə təsdiq olundum. Kino bir bəxtdir. 
Görürsən ki, bir rol üçün neçə-neçə aktyor 
sınaqdan keçirilir, amma rol bir nəfərə 
qismət olur. “Köpək” filmiylə ilk dəfə kamera 
qarşısında durmuşam və kinoda   tərəf 
müqabilinin nə olduğunu ilk dəfə burda 

“bəxti gətirməyən” filmlər
103
USTAD 
dərgisi \ Fevral 2016
102
USTAD 
dərgisi \ Fevral 2016
başa düşmüşəm. Ona görə də bu film 
mənim üçün çox qiymətlidir. Bir aktyor kimi 
filmin nə vaxt ekranlara çıxacağını intizarla 
gözləyirdim. Təəssüflər olsun ki, onun 
taleyi belə oldu. Film yeganə olaraq Orxan 
Fikrətoğlunun ATV-də yayımlanan “Filmin 
sonu” proqramında verilib. Ondan başqa 
heç bir kanalda, kinoteatrda “Köpək” filmi 
bu günə qədər göstərilməyib. Bu mənada o, 
bədbəxt bir ömür yaşadı. Amma onu da qeyd 
edim ki, tamaşaçıların əksəriyyəti olmasa da, 
müəyyən bir qismi filmi İnternetdən izləyib. 
Orda filmlərin baxış sayı, kinoteatrlara 
nisbətən daha çox olur. Hər halda mən 
hesab edirəm ki, bu film öz ömrünü bu gün 
yaşamaqdadır.
Filmdə mistik ab-hava, qeyri-real 
münasibətlər, yanaşmalar, məntiqdən kənar 
məsələlər var. Mənim qəhrəmanım heç də 
iradəsiz insan deyil. Filmin sonunda avtobus 
qayıdıb o məkana gələndə Fuad Poladovun 
obrazı pəncərəni döyüb ona “Xoş gəlmisən” 
deyir. Və mənim obrazım baxışlarıyla 
deyir ki, ölsəm də mən burdan qaçacam. 
Qəhrəmanım o vəziyyətdən qurtulmaya 
bilər, amma o inanır ki, qurtulacaq. O inam 
da onu yaşadır. Digər tərəfdən Allahın 
yazdığı tale var, taledən qaçmaq qeyri-
mümkündür. Amma biz sonumuzun ölüm 
olmasına baxmayaraq, arzularla yaşayırıq. 
Allah insanı əvvəldən iradəli, güclü yaradıb. 
Yoxsa yaşamaq çətin olardı. Filmdə Tofiq 
Tağızadənin nəvəsi Arman Tağızadə də 
iştirak edib. O mənim  oğlumu ifa edir. 
Adətən filmdə uşaqlarla işləmək çətin olur. 
Amma bu uşaqlar işə o qədər həvəslə, ürəklə 
can yandırırdılar –  onlarla işləmək çətin 
olmadı. Obrazımın oğlunun kiçik yaşlarını 
başqa uşaq ifa edir. Təəssüf ki, onun adı 
yadımda deyil.
“Köpək” filminin bir çox epizodları 
Bakıda çəkilib. Köpək damları Azərbaycan 
kinostudiyasının həyətində qurulmuşdu. 
Fəhlələrin işlədiyi, daş daşıdığı səhnələr 
Şamaxı yolundakı düzəngahda lentə alınıb. 
Filmdə iştirak edən qara köpək ya 18, ya 
da 19 dəfə Azərbaycan çempionu olmuşdu. 
Düzü, adı yadımdan çıxıb. Onunla filmin 
çəkilişində dostlaşmışdım. 
Filmdə konkret adlar yoxdur, məkan bəlli 
deyil. Film üçün xüsusi musiqi yazılmayıb. 
Filmdə dünya klassik musiqisindən, Ennio 
Morikkonenin “Xaç atası” filminə bəstələdiyi 
musiqidən istifadə olunub. Hətta mən Tofiq 
müəllimə deyəndə ki, Tofiq müəllim, olmazdı 
ki, bu filmə ayrıca musiqi yazılaydı. O dedi 
ki, “sən məndən çox bilirsən? Mən belə 
məsləhət görürəm”. 
Tərəf müqabillərim Yaşar Nuri, Fuad 
Poladov, Nuriyə Əhmədova, Muxtar İbadov 
olub. Mənim üçün onlarla çalışmaq şərəf idi. 
Tofiq Tağızadə kimi korifey sənətkarla bir 

105
USTAD 
dərgisi \ Fevral 2016
104
USTAD 
dərgisi \ Fevral 2016
“bəxti gətirməyən” filmlər
105
USTAD 
dərgisi \ Fevral 2016
104
USTAD 
dərgisi \ Fevral 2016
filmdə işləmək o dərədəcə gözəl idi ki,  filmin 
çəkiliş müddətində hansısa maraqlı anlar 
olmuşdusa da, mən o xırda məqamları bu 
böyük prosesin içində görməmişəm”. 
Filmin bəxtinin gətirməməsinin səbəbləri 
haqqında isə əsaslı fikri filmin operatoru 
olmuş
 Rafiq Quliyevdən öyrənə bildik: 
Azərbaycan kinosunda az çəkilən filmlər 
dövrünü iki mərhələyə bölmək olar. I 
mərhələ 40-50-ci illərin əvvəllərinə, II 
mərhələ isə 90-cı illərin əvvəllərinə təsadüf 
edir. 70 il Sovetlər Birliyinin tərkibində olan 
Azərbaycan üçün müstəqillik qazandıqdan 
sonra, xüsusilə, müstəqilliyin ilk illərində 
film çəkmək çox çətin idi. Həmin illərdə 
kinoya sərmayə buraxılmırdı. Ona görə 
də o illərdə çəkilən filmlərin əksəriyyəti 
sponsor dəstəyi ilə çəkilirdi. Bu filmlərə Vaqif 
Mustafayevin “Hər şey yaxşılığa doğru”, 
Ayaz Salayevin “Yarasa”, Tofiq Tağızadənin 
“Köpək”  filmlərini misal göstərmək olar. 
Bu mənada Loğman Kərimovun filmlərin 
az çəkildiyi illərdə təşəbbüs göstərməsi 
təqdirəlayiq idi. Onun “Köpək” filminin 
ərsəyə gəlməsində çox böyük rolu oldu. 
Mən ssenarinin yazılması mərhələsindən 
bu işə qoşulmuşdum. Loğmanla birlikdə 
filmi çəkmək üçün hansı rejissora müraciət 
edəcəyimizi düşünürdük. Əvvəlcə qərara 
gəldik ki, Şamil Mahmudbəyova deyək. 
Ssenari onun xoşuna gəlmişdi. Lakin 
həmin illərdə xəstə olduğundan filmi 
sona çatdırmamaqdan ehtiyatlandı. Buna 
görə də Tofiq Tağızadə ilə danışdıq. O 
razılıq verdi. Ssenari üzərində rejissor işi 
başladı. Ümumiyyətlə, ssenari ekran həllini 
tapmayana kimi ədəbiyyat hesab olunur. 
Rejissor ssenarisində hər bir epizodun 
görüntü həlli olmalıdır. Həm də burda 
obrazların hərəkətlərinin məntiqi ardıcıllığı 
önəmlidir. Ssenari üzərində işlər aparıldıqdan 
sonra aktyor seçimlərinə başladıq. Filmin baş 
rollarından birinin ifaçısı Məmməd Səfanı 
reklam çəkilişlərinin birində görmüşdüm. 
Baş rollardan biri üçün Məmməd Səfanın 
çəkilməsini Tofiq Tağızadəyə təklif etdim. 
Onu kinostudiyaya dəvət etdik. Sınaq 
çəkilişləri oldu. Filmdə Məmməd Səfanın 
obrazının monoloq səhnəsi var. Bu səhnəni 
sınaq çəkilişi etdik. Tofiq Tağızadə Məmməd 
Səfanın ifasını çox bəyəndi. Amma bu rolu 
Loğman Kərimov da ifa etmək istəyirdi. 
Sınaq çəkilişlərində Loğman da iştirak etdi. 
Yaxşı da ifa etdi. Bu zaman biz dilemma 
qarşısında qaldıq. Ona görə də Tofiq 
Tağızadə təklif etdi ki, bu rolu ifa etmək üçün 
tanınmış bir aktyor da dəvət edək. Fuad 
Poladova dedik. Deməli, üç aktyor sınaqdan 
keçdi. Fuad Poladov da gözəl oynadı. 
Amma onun üz cizgilərindəki müdriklik 
bu obraz üçün deyildi. Çünki həyatın hər 
üzünü görmüş, müdrikləşmiş bir obraz bu 
qəhrəmanın vəziyyətinə düşə bilməzdi. Bu 
qəhrəmanın xarakteri daha çılğın idi. Qərara 
alındı ki, Məmməd Səfa çəkilsin. Amma 
Tofiq Tağızadə Loğman Kərimov üçün də 
filmdə bir rol ayırdı. Loğman Kərimovun 
dirijor obrazı burdan yarandı. Bundan sonra 
çəkilişlər başladı. Çəkilişlər yayda başladı və 
tez də bitdi. Payızın əvvəllərində artıq film 
hazır idi. Montaj işləri gedirdi. “Köpək”in  
montajı bitən vaxtlarda filmin sponsoru 
müflis oldu, ona görə də film nümayiş 
edilə bilmədi. “Köpək” filminin şəxsən 
mənim yaradıcılığımda böyük rolu olub. Bu 
filmin çəkiliş prosesində Tofiq Tağızadədən 
incəsənətin incəliklərini öyrənmişəm”. 
Beləliklə, bəxti gətirməmənin səbəblərini 
araşdırmaq və dəqiq söyləmək hər zaman 
çətindir. Amma ümumi qənaətimiz belə oldu 
ki, keçid dövrü, zamanın iqtisadi çətinlikləri 
və sponsorun müflis olması bitmiş bir 
filmin nümayiş olunmasına və tamaşaçıya 
çatdırılmasına mane olub. Amma bu gün – 
telekanallar və kinozallar bolluğunda mütləq 
bu dəyərli sənət əsərinin nümayişinə çalışmaq 
və nail olmaq mümkündür. Yeri gəlmişkən, 
maraq üçün “youtube” videoportalına 
yüklənmiş “Köpək” filminin baxış sayını 
öyrənmək istədik. 3865 baxış... Fikrimizcə, 
bu rəqəm bu film üçün çox azdır. Çünki dram 
janrında, bəşəri mövzuda çəkilmiş film Tofiq 
Tağızadənin digər filmlərindən heç də geri 
qalmır. Ümid edək ki, nə zamansa bu film öz 
layiqli qiymətini alacaq. 

povest
105
USTAD 
dərgisi \ Fevral 2016
104
USTAD 
dərgisi \ Fevral 2016
105
USTAD 
dərgisi \ Fevral 2016
104
USTAD 
dərgisi \ Fevral 2016
Siçovullar üçün 
darıxan 
gəmi
Kənan
Hacı
R
əvanın atası uzun illər idi ki, 
Rusiyada yaşayırdı, hələ Rəvan 
anasının boynunda olanda ailəni 
taleyin ümidinə buraxıb çıxıb getmişdi. 
Biçarə qadın cəmi beş-altı ay ər üzü 
gördü. Təzə evlənən bəy bir müddət işsiz 
gəzib-dolandıqdan sonra Volqoqraddakı 
dostlarıyla əlaqə saxladı, dostları onu 
qınadılar ki, bu vaxta qədər işsiz qaldığını 
bizə niyə deməmisən? Dedilər ki, günü sabah 
biletini al, gəl, burda əsl bəy balası kimi 
yaşayacaqsan. Axşam arvadı süfrəyə yemək 
gətirəndə getmək planını ona açıb dedi. 
Hamilə qadının halı qəfildən dəyişdi, alnına 
soyuq tər gəldi.
– Sən nə danışdığını bilirsən, Rəhim? 
Yenicə evlənmişik, məni bu vəziyyətdə 
qoyub gedirsən?! Bu boyda ev-eşikdə mən 
tək-tənha, pulsuz-parasız, köməksiz necə 
dolanacağam, necə yaşayacağam? Dəli 
olmusan?
Danışdıqca gəlinin əlləri əsir, göz yaşları 
yanağı boyu axırdı. Yemək süfrəyə necə 
düzülmüşdüsə, eləcə də qaldı. Rəhimin bu 
qəfil gediş söhbəti isti yeməklərini buza 
döndərdi. Əri əvvəlcə tutulsa da, özünü 
ələ alıb arvadına reallıqla barışmaq lazım 
gəldiyini, burda qalsa, vəziyyətlərinin daha da 
( p o v e s t d ə n   p a r ç a )
ağırlaşacağını, dolana bilməyəcəklərini izah 
etməyə başladı. “Sənə belə həyat xoşdur?” – 
deyə ondan soruşdu. 
Təzə gəlin gözlərini bir nöqtəyə zilləyib 
susdu, sanki ərinin dediklərini eşitmirdi. 
Ürəyinin dərinliyindən bir səs ona pıçıldayırdı 
ki, Rəhim getdisə, qayıtmayacaq, qadın 
intuisiyası ilə bunu hiss edirdi və bu amansız 
həqiqəti özünə yaxın buraxmasa da, o bir 
andaca bütün varlığına hakim kəsilmişdi. 
Ona ərə getdiyinə görə içində dərin bir 
peşmançılıq hissi keçirdi, yanıldığını, 
aldandığını düşündü. 
Çox qısa müddət nişanlı qalmışdılar və 
bu müddət ərzində Rəhim ona hər zaman 
yanında olacağını, ömrünün sonunadək 
sadiq qalacağını demiş, and içmişdi. Dürdanə 
də ona inanmışdı. Çünki Rəhimin onu 
dəlicəsinə sevdiyini bilirdi. Yatsa yuxusuna 
da girməzdi ki, evliliklərinin ilk aylarında onu 
hamilə vəziyyətdə qoyub Rusiyaya çıxıb gedə 
bilər. 
– Demək sən məni sevmirmişsən... – 
uzun sükutdan sonra güclə eşidiləcək səslə 
dedi. 
Rəhim qalxıb arvadının çiyinlərini 
qucaqlamaq istədi, Dürdanə sərt hərəkətlə 
onu özündən kənarlaşdırdı və qalxıb 
yataq otağına çəkildi, qapını da arxasınca 
çırpdı. Nə qədər yalvardısa, Dürdanə 
yataq otağının qapısını açmadı, onun 
çağırışlarına hay vermədi. Rəhim divana 
çöküb siqaret yandırdı, düşündü ki, gərək 
bu tezliklə evlənməyəydi, əli çörəyə 
çatmamış evlənməyin axırı elə belə olur. 
Özü cəhənnəm, başqasını da bədbəxt elədi. 
Ölkədə vəziyyət ağırdır, cavanlar boş-bekar, 
işsiz-gücsüz qalıblar, günlərini çayxanalarda 
keçirirlər. Getməsəydi, ailəsini nəylə, necə 
saxlayacaqdı? Bu bekar cavanlara qoşulub 
çayxanalarda domino, nərd çırpmaqla 
gün keçirmək onluq deyildi. Gənc, enerjili 
adamların qızıldan qiymətli vaxtı beləcə 
boş-boşuna havaya sovurması onu dəhşətə 
gətirirdi. Düşünürdü ki, vaxt gələcək, bunlar 
itdən betər peşman olacaqlar, amma itirilmiş 
vaxtı geri qaytarmaq mümkün olmayacaq. 
Evlənməklə həyatının ən böyük səhvinə 
yol verdiyini düşündü. Gərək özünə gün-

Kataloq: sntazmedia -> edbyoxl0

Yüklə 32,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə