«TƏSDİq ediRƏM» Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov



Yüklə 113,5 Kb.
səhifə7/11
tarix02.01.2022
ölçüsü113,5 Kb.
#42600
1   2   3   4   5   6   7   8   9   10   11
2 ci müzakirə protokol
fazailu-shahri-racab-saduq 1 2
Quliyeva A. A. Maraqlıdır ki tədqiqat yerinə yetirilərkən digər muzeylərin fondlarına da diqqət yetirilibmi?

Azərbaycanlıların məişətinə Avropa mədəniyyətinin təsiri istiqamətlərini müəyyənləşdirərkən Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında saxlanılan maddi- mədəniyyət nümunələrinin tarixi- etnoqrafik baxımdan tədqiqini həyata keçirmək kifayət qədər mürəkkəb işdir. Həmçinin onları seçmək, qruplaşdırmaq, təsnifləndirmək, ədəbiyyatlarla əlaqələndirərək dövrün xarakterini müsbət və mənfi cəhətlərini aşkara çıxarmaq kompleks yanaşma tələb edir.



  1. XX əsrin 30-cu illərində Azərbaycan Dövlət Muzeyinin mövcud bazası əsasında C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Dövlət İncəsənət Muzeylərinin yaradılması nəticəsində çini qabların, tabloların, heykəltəraşlıq nümunələrinin demək olar ki, böyük əksəriyyəti İncəsənət Muzeyinə verildi. Muzeydə qalan eksponatların əksəriyyəti bilavasitə Azərbaycan tarixi və onun məhsuldar qüvvələri tematikasına aid idi”. Yəni muzeyin maddi bazasının yenidən komplektləşdirilməsi muzeylərarası paralellərin və oxşarlıqların meydana gəlməsinə şərait yaratmışdır. Təbii ki bunlar tədqiqat üçün mühüm məqamlardır və yeri gəldikdə bu əlaqələrə də nəzər yetirilmişdir.

Sədr - Əsasən XIX əsrin sonu XX əsrin əvvəllərində baş verən proseslər kifayət qədər aydın verilmişdir bəs müxtəlif tarixi dövrlərin bu dövrlə müqayisəsi necə həyata keçirilmişdir? Xüsusilə XX əsrin sonu- XXI əsrin əvvəlləri mənə daha maraqlıdır.

XIX əsrin sonu- XX əsrin əvvəllərində siyasi düşüncənin təkmilləşməsi və təşkilatlanma prosesinin sürətlənməsi milli ziyalıların apardıqları gərgin mübarizənin nəticəsi idi. Maarifçilərin və ziyalıların əksəriyyəti Avropada baş verən irəliləyişin səbəbini Qərbin azadlığında görürdü. Onlara görə baş verən tərəqqinin əsas şərtləri birinci təhsil, ikincisi isə insanın azad təfəkkürü idi. Uzun müddət bu istiqamətdə aparılan maarifləndirmə, təşkilatlanma və mübarizə XX əsrin əvvəllərində öz nəticəsini verdi. Ən böyük uğur çarizmin devrilməsindən sonra Qafqaz xalqlarının müstəqillik əldə etmələri idi. 1918- ci il mayın 28- də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə müstəqil şəkildə Avropa ilə münasibətlər qurulmasının yeni dövrü başlamış oldu. Lakin Rusiyanın təcavüzkar siyasəti nəticəsində 1920- ci ilin aprel ayının 27- də AXC süqut etdi. Əvəzində təşəkkül tapan Azərbaycan Sovet Sosialist Respublikası isə Rusiyanın müstəmləkə siyasətinin yeni təzahür forması idi. Tezliklə onun da 1922-ci ildə yaradılan SSRİ- yə birləşdirilməsi ilə Qərbi Avropa ilə əlaqələr məhdudlaşdırıldı. Yalnız SSRİ- yə tabe edilmiş Şərqi Avropanın bir sıra dövlətləri ilə əlaqələr saxlamağa icazə verilirdi.

Avropa ilə müstəqil siyasi, mədəni, ictimai, sosial əlaqələrin yeni mərhələsi 1991- ci ildən, yəni müstəqil Azərbaycan Respublikasının yaradılması ilə başlayır. Müstəqilliyin ilk illərindən başlayaraq ölkənin dünya dövlətlərinə tanıtdırılması və onlarla mədəni hərtərəfli əlaqələrin qurulması üçün addımlar atılır. Xüsusilə “Əsrin müqaviləsi”- nin imzalanması ilə Qərb investisiyasının yenidən Azərbaycana daxil olması sürətlənir. Bu baxımdan XX əsrin sonu – XXI əsrin əvvəlləri XIX əsrin sonu- XX əsrin əvvəlləri oxşarlıq təşkil edir. Hər iki dövr neft marağı ilə Azərbaycana gələn Qərb kapitalistləri və təhsil ardınca Avropaya üz tutan gəncliyin dinamikası ilə xarakterizə edilə bilər. Mühüm fərq ondadır ki, əgər XX- əsrin əvvəllərində Azərbaycan müstəmləkə ölkəsi idisə, artıq həmin əsrin sonunda müstəqilliyini bərpa etmiş və inkişaf yolunda addımlamağa başlamışdır.


Yüklə 113,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə