Tərtib edən: c


Qurbanov Sərvər Elman oğlu



Yüklə 285,5 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü285,5 Kb.
#44662
1   2   3
Ekonometriyaemr677

Qurbanov Sərvər Elman oğlu

İqtisad elmləri üzrə fəlsəfə doktoru, Qafqaz Universiteti

Dünya iqtisadiyyatı kafedrası



İZAHAT VƏRƏQƏSI
Ekonometrika kursunda ekonometrika elminin tədqiqat obyekti, istər mikro istərsə də makro səviyyədə məlumatların (data) işlənməsi, dəyişən iqtisadi göstəricilərin məlumatları əsasında riyazi və statistik üsullarla modellərin qurulması, onların qurulma metodologiyası, bu modellərin qurulması üçün tələb olunan ilkin şərtlər və onlardan bəzilərinin ödənilməməsi halında tətbiq olunacaq fərqli üsullar, əldə olunmuş modellərin praktika ilə adekvatlılığını yoxlamaq üçün tələb olunan hipotez testlərinin aparılması, alınmış modellərin köməyi ilə müəyyən qərarların qəbul edilməsi və proqnozların verilməsi metodologiyası geniş izah edilməlidir.

Ekonometriya elminin tədrisi tələbələrə, istər ölkə miqyasında, istərsə də ölkə xaricində baş verən sosial-iqtisadi hadisələrin tabe olduqları qanunauyğunluqları müəyyən edərək, adekvat qərarların qəbul edilməsi bilik və bacarıqlarını öyrətməklə yanaşı, gənc nəslin istər vətəndaş, istərsə də güclü kadr kimi yetişməsində ən vacib vəzifə kimi qarşıda durmalıdır.

Ekonometrika fənninin tədris edilməsi üçün tələbələrin ali riyaziyyat, o cümlədən xətti cəbr, iqtisadiyyat (iqtisadi nəzəriyyə və konsepsiyalar), statistika fənnlərini bilmələri, habelə son illərdə daha çox ehtiyac duyulan fərdi kompyuterlərdə tətbiqi proqram paketlərində işləmə bacarıqlarının olmaları tələb olunur. Məhz bu səbəbdən bir sıra xarici ədəbiyyatlarda ekonometrika elmi dörd elmin iqtisadiyyat, riyaziyyat, statistika və kompyüter texnologiyalarının kəsişməsi kimi səciyyələndirilir. Ona görə də ekonometrika kursunun bu fənlər keçilib qurtardıqdan sonra tədris olunması məqsədəuyğundur.

Proqram aşağı kurslarda tədris olunan makro, mikro iqtisadiyyat, statistika və riyaziyyat proqramları, eləcə də fakultativ kursun proqramı nəzərə alınaraq hazırlanmışdır.

Təklif olunan Ekonometrika fənn proqramı iki yarımil üçün hesablanmışdır. Bu proqram bakalavr təhsil pilləsi üçün nəzərdə tutulsa da, mövzuların dərinlik səviyyəsi uyğunlaşdırılaraq, yəni müəyyən mövzular daha geniş şəkildə ələ alınmaqla magistr pilləsində də istifadə edilə bilər.

Kursun əsas məqsədi, tələbələrə Ekonometrika haqqında ümumi məlumat vermək, onun başa düşülməsinə yardımçı olmaq və bir sıra Ekonometrik metodların tətbiqinin öyrədilməsidir.

Standart Ekonometrika kursu olaraq, bu fənn proqramında Cədvəl 1-də təqdim edilmiş mövzular əhatə olunacaqdır.

Eyni zamanda kurs boyu əldə edilən nəzəri biliklərin real iqtisadi proseslərin araşdırılmasında praktik olaraq tətbiqi nəzərdə tutulur. Proqram, praktiki məşğələlərdə ekonometrika üçün nəzərdə tutulmuş müxtəlif proqram paketləri tətbiq olunmasını nəzərdə tutur.




Yüklə 285,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə