Tərbiyənin tərkib hissələri



Yüklə 16,58 Kb.
tarix02.01.2022
ölçüsü16,58 Kb.
#41665
Tərbiyənin tərkib hissələri
C dilində proqramlaşdırma

Tərbiyənin tərkib hissələri

Beş yüzə qədər elmi əsərin müəllifi, şərəfli ömrünün ən dəyərli illərini elmə, yetişən nəslin mariflənməsinə, pedaqoji kadr hazırlığı işinə həsr edən professor Nurəddin Kazımov yaşının ahıllıq çağında elmi pedaqogikamızı zənginləşdirən daha bir əsər yazmaqla özünün yeni bir uğuruna imza atmışdır. Doğrudan da 81 yaşlı qocaman pedaqoqun yenicə çapdan çıxan “Mərhələli tərbiyə nəzəriyyəsi” kitabını milli pedaqogikamızın daha bir uğuru hesab etmək olar. Niyə? Birincisi ona görə ki, ölkəmizdə mərhələli tərbiyə mövzusunda heç bir ədəbiyyat olmadığı bir məqamda “Mərhələli tərbiyə nəzəriyyəsi” kitabı pedaqoji fikir tariximizdə bu boşluğu doldurmağa xidmət edən bir kitab kimi peyda olmuşdur. 222 İkincisi pedaqoji elmin yeni bir nəzəriyyəsi meydana gəlmişdir. Azərbaycan pedaqoji ictimaiyyətinin çoxdan gözlədiyi bu kitabı təqdim etməzdən öncə onun mündəricəsinin mahiyyəti haqqında bir neçə söz demək lazım gəlir. Kitabın “Giriş əvəzi”ndə prof. N.Kazımov problemin aktuallığını əsaslandırarkən ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatlarının müvəffəqiyyətli həllinə təkan verən yeniliklərdən söhbət açmaqla yanaşı təhsil kateqoriyasına yanaşmalardan qüsurlara xüsusi münasibət bildirir. Müəllif yazır ki, “... son zaman təhsil kateqoriyasını bəzi səlahiyyətli mütəxəssis və məmurlar bəsit və məhdud mənada başa düşmüşlər: onun tərbiyə və psixoloji inkişafla bağlılığına məhəl qoymamışlar, onu yalnız müvafiq biliklərin, bacarıq və vərdişlərin toplusu kimi təsəvvür etmişlər. Bu cür məhdud, cılız başa düşülən anlamın bünövrəsi isə 1992-ci ilin dekabrında qəbul olunmuş təhsil qanununda qoyulmuşdir”. Doğrudan da belədir, təhsil kateqoriyasına yanaşmaların məhdudluğu, müəllif demişkən, təhsilin hər iki cəhətdən tərbiyəvi imkanlarını nəzərə almayan təhsil qanununun bəlasını, başqa sözlə tərbiyədən kənarlaşdırılmış təhsilin bəlasını biz çəkirik. Nəticədə, respublika üzrə şagirdlərin tərbiyəlilik səviyyəsini yüksəltmək işi xeyli çətinləşib. (Səh. 4). Ona görə də tərbiyə işinin səviyyəsini istər nəzəri, istərsə də praktik cəhətdən yüksəltmək lazımdır. Müəllifin fikrincə, tərbiyə ilə bağlı çoxsaylı ədəbiyyatın olmasına baxmayaraq tutarlı tərbiyə nəzəriyyəsi yaradılmaması ucbatından bu sahədə ciddi boşluqlar görünür. Deməli, təhsil anlayışının tərbiyə imkanlarını genişləndirmək və tərbiyə probleminin tədqiqinə müasir tələblər baxımından yanaşmaqla yeni istiqamət vermək zəruri sayılır. Bu zərurətdən irəli gələn ən başlıca vəzifə məhz mərhələli tərbiyə nəzəriyyəsini yaratmaqdan ibarətdir. Giriş əvəzi belə bir fikirlə yekunlaşır. Sonra mərhələli tərbiyə nəzəriyyəsinin mahiyyətini açmağa xidmət edən elmi-pedaqoji əsaslar sistem halında verilir. Əslində, bu sistem mərhələli tərbiyə nəzəriyyəsi nədir, sualına cavab verir. Bu suala isə cavab vermək üçün müəllif 14 başlığı, 57 yarımbaşlığı özündə ehtiva edən konsepsiyalar toplusu yaratmışdır. Öncə onları nəzərdən keçirək.

1. “Tərbiyə nəzəriyyəsinin yaradılması dövrün tələbidir” başlığı altında verilən yazıda görkəmli alim bu nəzəriyyənin yaranmasının zəruriliyini dövrün tələbindən irəli gələn tələblər, şərtlər və vəzifələr əsasında şərh edir.

2. “Dünya pedaqoji fikrində tərbiyənin mahiyyəti məsələsi” başlığı altında verilən yazıda isə N.Kazımov beynəlxalq miqyasda mövcud olan pedaqoji cərəyanların tərbiyəyə münasibətini öyrənib şərh etmişdir.

3. Üçüncü konseptual şərhində müəllif milli pedaqogikadakı tərbiyənin mahiyyətini aydınlaşdırır.

4. Kitabdakı 4-cü başlıq tərbiyənin məqsədi məsələsinin ədəbiyyatda qoyuluşuna həsr edilmişdir.

5. Beşincidə müəllif “Milli pedaqogika təlim-tərbiyənin strateji məqsədini nədə görür?” sualına cavab verir.

6. Altıncıda isə kitabın müəllifi tədricən tərbiyə təcrübəsində mərhələliyin görüntülərini açıqlamağa başlayır.

7. Sonra mərhələli tərbiyə nəzəriyəsinin başlıca göstəriciləri aydınlaşdırılır.

8. Ardınca hər bir mərhələyə uyğun gələn üsullar müəyyənləşdirilir və onların tətbiqi imkanları izah edilir.

9-cu, 10-cu, 11-ci və 12-ci bölmələrdə davranış və fəaliyyətlə əlaqədar olan mənəvi keyfiyyətlərin qavranılmasına, mənəvi dəyərlərə dair anlayışın tərbiyə olunanlarda formalaşmasına, onların təşkilinə, nəzarətə (yoxlanılması və qiymətləndirilməsi) xidmət edən üsullar aydınlaşdırılır.

13 və 14-cü də isə milli pedaqogikada zidiyyətlər, qanunauyğunluqlar məsələlərinin qoyuluşu izah edilir.



Son sözdə müəllif vurğulayır ki, konkret halda tərbiyəvi tədbir azı üç, ən çoxu beş mərhələdən keçir. Hətta hər mərhələyə uyğun üsulların olduğu da yada salınır. Bax bütün bunlar “Mərhələli tərbiyə nəzəriyyəsi” kitabının mündəricəsini təşkil edir. İndi isə kitabdakı başlıq və yarımbaşlıqların geniş şərhinə keçək. “Mərhələli tərbiyə nəzəriyyəsinin yaradılması dövrün tələbidir” adlı ilk başlıq altında verilmiş yazıda N.Kazımov problemin aktuallığını əsaslandırır. Bu zaman yenə ölkəmizdə müvəffəqiyyətlə həyata keirilən təhsil islahatları dövründə tərbiyə işinə biganəli, milli tərbiyə proqramının hələ də hazırlanmamasını ciddi tənqid edir. “Respublikamızın bütün sahələrində islahatlar getdikcə dərinləşir və genişlənir. Yeniləşmə təhsil sahəsini də əhatə etmişdir. Lakin, təəssüf ki, bunu tərbiyə sahəsi ilə əlaqədar deyə bilmirik. Vəziyyəti nəzərə alan respublika təhsil nazirliyi özünün dekabr 2000-ci il tarixli qərarında göstərmişdir ki, milli ideologiya və dövlətçilik prinsipləri əsasında hələ də milli tərbiyə proqramı işlənib hazırlanmamışdır; və bu, islahatların gedişini ləngidən amillərdən biridir” (Səh.5). Tərbiyə proqramının hazırlanmaması sözün əsil mənasında pedaqoji prosesin respublikamızda mövcud olan bütün ünvanlarında həyata keçirilən tərbiyə işlərinin effektini azaldır. Yəqin bu fikri xırdalayıb şərh etməyə ehtiyac da yoxdur. Çünki bu bir həqiqətdir ki, proqram olmayan yerdə həmin işin həyata keçirilməsi əlbəttə ki, mümkün sayıla bilməz. Ona görə tərbiyə sahəsində həyata keçirilən işlərdə bir pərakəndəlik hökm sürür. Yəni nəzəri materiallar plansız, proqramsız hazırlanır, görülən praktik işlərin nə özüŞ, nə də səmərəsi gözə dəymir. Ona görə də işlək tərbiyə nəzəriyyəsinin elmi-pedaqoji əsasları sistemə salınmalıdır. İlkin olaraq həmin nəzəriyyəni yaratmağın əsas şərtləri müəyyənləşdirilməlidir.
Yüklə 16,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə