TƏLİmati I. Ümumi müddəalar



Yüklə 124,54 Kb.
Pdf görüntüsü
tarix26.12.2016
ölçüsü124,54 Kb.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Sahə həkim-terapevtin nümunəvi vəzifə 

TƏLİMATI 

 

I. Ümumi müddəalar 

 

1.  


Bu vəzifə təlimatı sahə həkim-terapevtinin vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir. 

2.  

Sahə həkim-terapevti vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 



3. Sahə  həkim-terapevti Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  


Sahə  həkim-terapevti bilavasitə  şöbə müdirinə, onun olmadığı halda isə 

tibb müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  

Sahə həkim-terapevti aşağıdakıları bilməlidir: 



5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   terapiya  xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı 

məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.  həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.  sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.  daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   



 

II. Vəzifə öhdəlikləri 

 

6.  


Sahə həkim-terapevti  ona təhkim edilmiş sahənin əhalisinə  tibbi xidməti 

göstərir.  

7. Sanitar-gigiyenik 

maariflənməni həyata  keçirir, sağlam həyat tərzinin 

formalaşması məsələləri üzrə məsləhətlər verir. 

8.  


Xəstələnmənin qarşısının alınması  və azaldılması üzrə profilaktik 

tədbirləri, xəstəliklərin erkən və gizli formalarının, sosial əhəmiyyətli xəstəliklərin və 

risk faktorlarının  aşkarlanmasını  həyata keçirir, sağlamlıq məktəblərini təşkil edir və 

aparır. 


9.  

Sağlamlıq tədbirlərində xidmət etdiyi əhalinin tələbatını öyrənir və bu 

tədbirlərin aparılması proqramını işləyib hazırlayır; 

13.   Pasiyentlərin dispanser müşahidəsini həyata keçirir; 

14.   Müxtəlif xəstəlik və vəziyyətlərin diaqnostika və müalicəsini, o cümlədən 

pasiyentlərin ambulator, gündüz stasionarı  və evdə stasionar şəraitlərində  bərpaedici 

müalicələrini təşkil edir və aparır;    

15.   Kəskin xəstələnmələr, travmalar, zəhərlənmələr və digər təxirəsalınmaz 

hallarda pasiyentlərə ambulator, gündüz stasionarı  və evdə stasionar şəraitlərində 

təxirəsalınmaz tibb yardım göstərir;  

16.   Pasiyentləri məsləhət üçün mütəxəssislərə, o cümlədən tibbi göstərişlər 

üzrə stasionar və bərpaedici müalicə üçün istiqamətləndirir; 

17.   Müvafiq qaydada epidemiya əleyhinə tədbirləri və immunoprofilaktikanı 

təşkil edir və aparır; 

18.   Müvafiq  qaydada  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin 

ekspertizasını aparır və tibbi-sosial ekspertizaya göndəriş üçün sənədləri rəsmiləşdirir;  

19.   Pasiyentlərin tibbi göstərişlər üzrə sanatoriya-kurort müalicəsinə 

göndərişlərinin zəruriliyi barədə  rəy verir;  

20.   Dövlət, bələdiyyə  və özəl səhiyyə sistemlərinin tibb təşkilatları, tibbi 

sığorta kompaniyaları və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir; 

21.   Əhalinin sosial müdafiəsi orqanları ilə birlikdə  vətəndaşların ayrı-ayrı 

kateqoriyalarına – qulluğa ehtiyacı olan tənhalara, ahıllara,  əlillərə, xroniki xəstələrə 

tibbi-sosial yardımı təşkil edir; 

22.   İlkin tibbi-sanitar yardımını  həyata keçirən orta tibb personalının 

fəaliyyətinə rəhbərlik edir;  

23.   Tibbi  sənədləşdirməni  müəyyən edilmiş qaydada aparır, təhkim edilmiş 

əhalinin sağlamlıq vəziyyətini və həkim sahəsinin fəaliyyətini təhlil edir; 

24.   Rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, peşəkar səviyyədə  və 

vaxtında icra edir

25.


 

Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

26.


 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

27. 

 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir; 

28.   Tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər görür;  

 

III. Hüquqlar 



 

29.   Sahə həkim-terapevtin aşağıdakı hüquqları vardır: 

29.1.  klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların  məlumatlarına  əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz 

müəyyənləşdirmək;  

29.2.  müvafiq  qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması 

taktikasını müəyyən etmək; 

29.3.   pasiyentin  kompleks  müayinəsi üçün zəruri funksional və laborator 

diaqnostika metodlarını təyin etmək; 

29.4.  diaqnostika  və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;  

29.5.  zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün 

müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək; 

29.6.  müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi,  özünün əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;  

29.7.  öz  səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və onların rəhbərliyə  həvəsləndirmək və  tənbeh etmək  

üzrə təkliflər vermək; 

29.8.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;  

29.9.  öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda 

və müşavirələrdə iştirak etmək; 

29.10. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 

29.11.Sahə  həkim-terapevti Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV.  Məsuliyyət 

 

30.   Sahə həkim-terapevti aşağıdakılara görə məsuliyyət daşıyır: 



30.1.  ona  həvalə olunmuş  vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

30.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

30.3.  daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına 

riayət edilməsinə; 

30.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

30.5.  öz  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 



30.6.  ona  tabe  işçilərin nizam-intizam qaydalarına və  vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə; 

30.7.  tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə 

31.   Sahə  həkim-terapevti  əmək intizamının, qanunvericilik və normativ-

hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə  cəlb 



edilə bilər.    

 


Yüklə 124,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə