TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ



Yüklə 386,5 Kb.
səhifə1/51
tarix02.01.2022
ölçüsü386,5 Kb.
#40852
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   51
TƏHSİLDƏ ikt
Elektron kitabxanalar

TƏHSİLDƏ İKT

(Mühazirələr)
GİRİŞ


       Müasir dünyada ölkələrin rəqabətədavamlılığı artıq ciddi bir  faktora  çev­rilmimişdir. Qloballaşma istiqaməti  götürən müasir  dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik surətdə yiyələnmək tələb olunur.

         Bu gün informasiya cəmiyyətinin və rəqabətədavamlı yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir  sıra ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilmişdir. Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahə­si inkişafın ən önəmli amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və ictimai münasibətlərin qloballaşmasını təmin edir. İnformasiya  cəmiyyətində təhsil sisteminin necə qu­rulması, təhsilin modernləşdirilməsi üçün hansı texnologiyalardan və necə istifadə edil­məsi hazırda  ən aktual məsələlərdən biridir.

Bu gün dünya  iqtisadiyyatı daha çox bilik yönümlü iqtisadiyyat oldu­ğundan ölkələrin  təhsil sistemlərindən də məhz bu tələblərə  cavab verən  sistemin qurulması tələb olunur. Bu amil inkişaf etmiş ölkə­lərdə  təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəkildə  bir  neçə mərhələ islahatlar keçirilməsinəsəbəb olmuşdur.

         İki mərhələdə – 2003-cü ildə Cenevrədə və 2005-ci ildə Tunisdə – keçirilmiş İnformasiya cəmiyyətinin qurulması problemlərinə həsr olunmuş dünya sammitində təhsilin modernləşdirilməsi  məsələlərinə önəmli yer verilmişdir. 2003-cü ildə qəbul edilmiş “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Həmin strategiyanın müddəalarından irəli gələn vəzifələri uğurla həyata keçirmək məqsədilə ölkəmizdə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı qəbul olunmuş, bu proqram çərçivəsində boyük bir layihə olaraq “Xalq Kompüter” layihəsi həyata keçirilmiş və keçirilməkdə davam edir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” sənədində də təhsil sisteminin təkmilləşdirilməsindә İKT-nin tәtbiq edilmәsi və İKT sahəsində ümumi maarifləndirmə üzrə xüsusi tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan biri kimi dünyanın İKT üzrə ən böyük kompaniyalarından sayılan MİCROSOFT şirkətinin dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi İNTEL-AZƏRBAYCAN kurslarını göstərmək olar. Bütün bunlar Azərbaycanda təhsilin modernləş­dirilməsi, təhsildə informasiya tex­no­logiyalarının tətbiqi istiqamətində ciddi addımlar atıldığını göstərir.

Təhsildə İKT kursunda öyrənəcəyimiz bir sıra məsələlər (idarəetmə, İKT infrastrukturu, kadr məsələləri, elektron sənəd dövriyyəsi və s.) ölkə təhsil sisteminin bütün mərhələləri üzrə xarakterizə olunacaqdır. 

Kursun əsas məqsədi təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı əsas məqsədlərin, vəzifələrin, prinsiplərin və onların inkişaf yollarının göstərılməsi və bu sahədə fəaliyyət istiqamətlərinin, tətbiq olunmalı metod və mexanizmlərin öyrənilməsidir.




Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə