Tehlukesizlik Texnikasi



Yüklə 19,65 Kb.
tarix02.01.2022
ölçüsü19,65 Kb.
#41706
Tehlukesizlik Texnikasi
Article An Anatomy of the Crude Oil Pricing System, Avtomobillərdə şərti işarələr, 2016 turkoloji elmi-medeni herekat 2ci, Kalibrləmə, Suallar, İşdən öncə-Təlimatlar, АКТ 30 iyun 2021-ci il, cedvel, anbardar, Microsoft Word Document, Документ Microsoft Word, Axtarış və kəşfiyyat üsulları, VM2017, Iso 9001-2015 sual cavab

Tehlukesizlik Texnikasi

 

Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin yanğın təhlükəsizliyi: ərazilərə, istehsalat və inzibati binalara olan tələblərNeft, qaz və neft-kimya sənayesi müəssisələrində yanğınların baş verməməsi üçün zəruri olan yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin ərazilərini, istehsalat otaqlarını və avadanlıqları yanğından qorumaq üçün müvafiq qaydaların tələblərinə əməl olunmalıdır. Birinci növbədə ərazilər, istehsalat otaqları daim təmiz saxlanılmalı, istehsalat tullantıları ilə çirklənməsinə yol verilməməlidir. İstehsalat tullantıları, quru ot mütəmadi olaraq yığılmalı və xüsusi yerlərə daşınmalıdır. Ətraf mühitə zərər verə biləcək maddə və materialların yandırılmasına yol verilməməli, asan alışan və yanar mayelərin torpağa hopduğu yerlər dərhal təmizlənməli, həmin yerlərə quru qum tökülməlidir.Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin ərazisində, açıq anbar və çuxurlarda asan alışan və yanar mayelərin saxlanılmasına yol verilməməlidir. Müəssisələrin ərazisində yerləşən partlayış-yanğın təhlükəli obyektlərin və tikililərin ətrafında radiusu 5 metrdən az olmayan zonada otlar vaxtaşırı biçilməli və yanğından təhlükəsiz yerlərə daşınmalıdır. Həmin zonada yanar materialların saxlanılması qadağandır.Neft, qaz və neft-kimya sənayesinə məxsus partlayış-yanğın təhlükəli obyektlərin önündə yanğınsöndürmə vasitələrinin yerini göstərən nişanlar olmalıdır.Müəssisədə yanğından mühafizə xidməti ilə razılaşdırılaraq siqaret çəkmək üçün xüsusi yerlər ayrılmalı və həmin yerlərdə müvafiq nişan asılmalıdır. Siqaret çəkmək üçün ayrılmış yer su və ya qum ilə təchiz olunmalıdır.Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin partlayış təhlükəli otaqlarındakı hər bir telefon aparatının yanında və ya otaqda hər tərəfdən görünən yerdə yanğından mühafizə xidmətinin telefon nömrəsi yazılmış lövhə asılmalıdır.Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin ərazisində tonqalların qalanması, quru otların və yanacaq-sürtgü materiallarının yandırılması qadağandır. Partlayış-yanğın təhlükəli müəssisələrin və qurğuların (çənlər parkı və s.) ərazisinə daxil olmağa yalnız xüsusi buraxılış vərəqəsi ilə icazə verilir. Avtonəqliyyat, traktor və digər aqreqatlar qığılcımsöndürən və yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.Partlayış-yanğın təhlükəli maddələri nəql edən boru xətlərinin məişət, yardımçı, inzibati-təsərrüfat otaqlarından, paylayıcı qurğular, nəzarət-ölçü cihazları və ya yanacaqdoldurma məntəqələrinin, akkumulyator otaqlarının, yanacaq-sürtgü materialları anbarlarının, nasosxanaların və digər partlayış-yanğın təhlükəli istehsalat obyektlərinin məşəl, kibrit, şam, kerosinli fənərlər, tonqal və digər açıq alov mənbələri ilə işıqlandırılması qadağandır.Hər bir neft, qaz və neft-kimya sənayesi müəssisəsində istehsalat sexlərinin, ayrı-ayrı otaqların, qurğuların və anbarların partlayış-yanğın və yanğın təhlükəsizliyi üzrə kateqoriyalarını müəyyən edən siyahı tərtib olunmalıdır.İstismar zamanı səthlərinin temperaturu 450Cdən yüksək olan boru xətlərinin və avadanlıqlarının, işçi heyətin onlarla təmasda ola biləcək sahəsində çəpəri və ya yanmayan istilik izolyasiyası olmalıdır. Nasaz avadanlıqlarda istehsalat əməliyyatlarının aparılmasına yol verilməməlidir.Donmuş aparatlar, armaturlar, boru xətləri, siyirtmələr yalnız buxar və ya isti su ilə qizdırılmalıdır. Bu məqsəd üçün lehim lampasından və yaxud açıq alovdan istifadə etmək qadağandır. Məhsulun sızma yerləri aşkar olduqda nasazlığın aradan qaldırılması üzrə tədbirlər görülməlidir.İstehsalat binaları və tikililəri arasındakı məsafələr qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməlidir.Yağlanmış, benzin, kerosin və digər yanar mayelərə bulaşmış silgi materialları qapağı kip örtülən metal qutulara yığılmalıdır. İş başa çatdıqdan sonra (və ya növbə təhvil verilməzdən əvvəl) qutular yanğından təhlükəsiz yerlərə aparılmalıdır. İstifadəyə yararsız silgi materialları obyekt müdirinin və ya sex rəisinin göstərişi ilə müəssisənin yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılaraq xüsusi ayrılmış yerlərdə yandırılmalıdır.Girişlər, çıxışlar, dəhlizlər, tamburlar, stasionar yanğın pilləkənləri, binaların damındakı yanmayan çəpərlər, pilləkən qəfəsləri, çardaqlar həmişə saz və təmiz vəziyyətdə saxlanılmalı, artıq əşyalarla qalaqlanmamalıdır. Çardaqlar bağlı, dam pəncərələri isə örtülü olmalıdır. Pilləkən qəfəslərində qaz xətlərinin, tez alışan və yanar mayelər nəql edən boru xətlərinin çəkilməsi, həmçinin insanların hərəkətinə mane olan avadanlığın quraşdırılması qadağandır.Təxliyə yollarının qapıları binadan çıxışa doğru istiqamətdə sərbəst açılmalı, yanğın baş verdikdə istehsalat və inzibati binalarda olan insanların təhlükəsiz təxliyəsi təmin edilməlidir.İstehsalat və inzibati binaların zirzəmilərində və kürsülü mərtəbələrində partlayıcı maddələrin, təzyiq altında olan (dolu) qaz balonlarının və digər yüksək yanğın təhlükəli maddələrin saxlanılması qadağandır.Neft, qaz və neft-kimya sənayesi müəssisələrinə məxsus hər bir istehsalat binasının və otaqların təxliyə çıxışlarının konstruksiyası, planlaşdırılması və sayı qüvvədə olan tikinti norma və qaydaları tələblərinə cavab verməlidir.İstehsalat obyektlərinin taxta konstruksiyaları odadavamlı tərkibli materiallarla hopdurulmalı və bu proses vaxtaşırı aparılmalıdır.Yanğına qarşı divar və örtüklərdə olan yarıqlarda alovun yayılmasının və məhsulların yanmasının qarşısını alan qoruyucu qurğular quraşdırılmalıdır (yanğına qarşı qapılar, su pərdəsi, qapaqlar, sipərlər, şiberlər, tüstüyə qarşı qurğular).Yerli nəzarət orqanları və Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmış və müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş müvafiq layihə olmadığı halda istehsalat və xidməti otaqlarının yenidən planlaşdırılmasına icazə verilmir. Yenidən planlaşdırma zamanı tikinti konstruksiyalarının odadavamlılıq hədlərinin aşağı salınmasına və insanların köçürülmə şəraitinin pisləşməsinə yol verilməməlidir. 1, 2 və 3-cü dərəcəli odadavamlı binalarda antresolların, arakəsmələrin, məişət yerlərinin, anbarların yanar materiallardan quraşdırılması qadağandır.Asan alışan və yanar mayelərdən, qazlardan istifadə olunan sexlərdə və laboratoriyalarda bu cür yanğın təhlükəli maddələrin iş yerlərinə daşınması və paylanması mərkəzləşdirilmiş qaydada təşkil edilməlidir. Bütün hallarda asan alışan və yanar mayelərin daşınması zamanı xüsusi konstruksiyaya malik təhlükəsiz qablardan (taralardan) istifadə edilməlidir.Sex anbarlarında asan alışan və yanar mayelər, boyalar, həlledicilər bir yerdə saxlanılarkən onların maksimum miqdarı müvafiq normaların tələblərinə cavab verməlidir. İş yerlərində saxlanılan materialların (istifadəyə hazır şəkildə olan) miqdarı növbə təlabatından artıq olmamalı, onlar saxlanılan qablar kip bağlanmalıdır. Boyalar, laklar və həlledicilər saxlanılan obyekt anbarlarına olan tələblər qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməlidir. Neft, qaz və neft-kimya müəssisələrinin partlayış-yanğın təhlükəli obyektləri yanğın təhlükəsizliyi işarələri və təhlükəsizlik qaydalarını təbliğ edən plakatlarla təchiz olunmalıdır.Neft, qaz və neft-kimya müəssisələrinin bütün istehsalat otaqları və avadanlıqlar vaxtaşırı tozdan və digər yanar materiallardan təmizlənməlidir. Təmizlənmə müddəti texnoloji reqlamentə və ya sex təlimatına əsasən təyin olunmalıdır. Neft, qaz və neft-kimya müəssisələrində çalışan işçilərin xüsusi geyimləri vaxtında yuyulmalı və təmir edilməlidir.Neft, qaz və neft-kimya müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə bir sıra məsələlər də diqqət mərkəzində olmalıdır. Belə ki, partlayış təhlükəli buxar və qazların yığılması ehtimal olan istehsalat otaqlarında partlayışın qarşısını almaq üçün hava mühitinə daim nəzarət təşkil olunmalıdır.Neft, qaz və neft-kimya müəssisələrinin istehsalat kanalizasiya şəbəkələri qapalı formada quraşdırılmalı, yanmayan materiallardan hazırlanmalı, boru və qurğuların çirkab suların təsiri nəticəsində korroziyadan muhafizəsi nəzərdə tutulmalıdır.Neft, qaz və neft-kimya müəssisələrində kimyəvi maddələr saxlanılan anbarların xidməti heyəti kimyəvi maddələrin və reaktivlərin saxlanılması üzrə təhlükəsizlik qaydalarını bilməlidir. Təhlükəsizlik baxımından eyni fiziki-kimyəvi xassəli və yanğın təhlükəli kimyəvi maddələr bir yerdə saxlanılmalıdır. Bunun üçün anbarlar bir birindən yanmayan divarlarla (yanğınaqarşı arakəsmələrlə) ayrılmış otaqlara bölünməlidir.Kimyəvi maddələr saxlanılan anbarlarda kimyəvi maddələrin saxlanılması ilə əlaqədar olmayan işləri həyata keçirtmək qadağandır. Kimyəvi maddələrlə bağlı işlər ehtiyatla, səliqəli və onların qablaşdırılma taraları zədələnmədən aparılmalıdır. Hava, su, yanar maddələrlə təmasından öz-özünə alışma qabiliyyəti olan və yaxud partlayış təhlükəli qarışıq əmələ gətirən kimyəvi maddələr yüksək temperaturun təsiri və mexaniki zədələnmə ehtimalı olmayan xüsusi şəraitdə saxlanılmalıdırlar. Dağılmış və ətrafa səpələnmiş maddələr təcili olaraq yığışdırılmalı və zərərsizləşdirilməlidir.Neft, qaz və neft-kimya müəssisələrində asan alışan, yanar maye və qaz anbarların quruluşu qüvvədə olan norma və qaydaların tələblərinə cavab verməlidir. Neft, neft və kimya müəssisələrində, materiallar anbarlarında da bir sıra yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Materiallar anbarında qaz pilətələrinin, məişət elektrik qızdırıcı cihazların və sobaların quraşdırılması qadağandır. Materialların anbarlara yığılması və boşaldılması zamanı istifadə olunan mexanizmlərin və elektrik yükləyicilərinin kabelləri saz vəziyyətdə olmalıdır. Anbar müdiri işin sonunda anbar otaqlarına baxış keçirməli, yanğın təhlükəsinin olmamasına əmin olduqdan sonra elektrik şəbəkəsini söndürməli və anbarı bağlamalıdır.Neft və kimya müəssisələrində çənlər parkı layihəyə uyğun xüsusi ayrılmış ərazidə yerləşdirilməlidir. Çən və çənlər parkının istismarı və təmiri işləri qüvvədə olan müvafiq sənədlərin və "Neft anbarlarının istismarı vaxtı partlayış və yanğın təhlükəsizliyi" təlimatının tələblərinə uyğun aparılmalıdır. Hər bir çən parkı üçün texnoloji xəritə və yanğının söndürülməsinin operativ planı olmalıdır.Neft məhsulları saxlanılan çənləri günəş şüalarından qorumaq üçün açıq rəngli boyalarla rəngləmək lazımdır. Çənlər parkı ərazisinə avtomobil nəqliyyatı vasitələrinin daxil olmasına yalnız təmir işlərinin görülməsi zamanı icazə verilir.Sutkanın qaranlıq və gecə vaxtı çən parkları yerləşən ərazi parkların xaricində quraşdırılmış projektorlar vasitəsilə işıqlandırılmalıdır.İstismarda olan çənin qaynaq tikişlərində, gövdəsində və ya dibində çat əmələ gələrsə çən təcili olaraq boşaldılmalı və təmizlənməlidir. Neftlə dolu çənlərdə çatların qaynaq edilməsinə və döyəclənməsinə yol verilmir.Neft çənlərinin ətrafındakı bəndlər daim saz vəziyyətdə saxlanılmalı və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə cavab verməlidir.Neft, neft və kimya müəssisələrində neftvurma nasos stansiyaları qüvvədə olan qayda və normaların tələblərinə uyğun istismar edilməlidir.İsitmə və ventilyasiya sistemi də yanğın təhlükəsizliyinin tələblərinə cavab verməlidir. Sobalar və tüstü boruları isitmə dövrü başlamazdan əvvəl və bütün isitmə dövründə hisdən təmizlənməlidir. Nasaz sobaların və tüstü borularının istismar olunması qadağan olunmalı, istehsalat və inzibati otaqlarda sobaların işə salınması müəssisənin əmri ilə təyin olunmuş və təlimatlandırılmış şəxs tərəfindən aparılmalıdır.Sexlərdə, laboratoriyalarda və digər otaqlarda sobaların işə salınması müəssisə üzrə əmrlə təyin olunmuş şəxs tərəfindən aparılmalıdır. Sobalı isidicilərin istismarı zamanı sobaların odluqlarının qarşısında yanacağın saxlanılması, sobaların alışdırılmasında benzin, kerosin, dizel yanacaqdan istifadə olunması, sobaların üstünə odunun, paltarların və digər tez alışan əşya və materialların qoyulması və qurudulması, ventilyasiya və qaz kanallarından sobalarda baca kimi istifadə edilməsi və s. qadağandır. Sobaların qarşısındakı yanar şkafların üzərinə polad lövhə və ya ölçüsü 70x50 sm olan asbest parçası vurulmalıdır.Neft, qaz, neft-kimya müəssisələrində asan alışan və yanar mayelərlə işləyən qurğuların yerləşdyi otaqların hava mühitində yanar və partlayış təhlükəli qazların yığılmasının qarşısının alınması üçün ventilyasiya sisteminın normal işi təmin olunmalıdır.Partlayış-yanğın təhlükəli otaqlarda quraşdırılan ventilyasiya sistemləri yanğın və qəza hadisələri üçün nəzərdə tutulan, məsafədən idarə olunan işəsalma və dayandırma qurğuları ilə təchiz edilməlidir.Ventilyasiya kameralarında avadanlıqların və materialların saxlanılması qadağandır. Ventilyasiya kameraları bağlı saxlanılmalı, oraya kənar şəxslərin daxil olmasına yol verilməməlidir. Ventilyasiya sistemlərində bütün təmir işləri obyektin rəhbərinin yazılı icazəsi ilə aparılmalıdır.Neft, neft və kimya müəssisələrində qazanxana qurğularına xidmət etmək üçün yaşı 18-dən az olmayan, tibbi müayinədən keçmiş, müvafiq qaydada təsdiq olunmuş proqram əsasında qazanxana qurğularının təhlükəsiz istismarı üzrə təlimatlandırılmış, bilikləri yoxlanılmış (sınaq imtahanı vermiş), müəssisənin və ya müvafiq komissiya tərəfindən vəsiqə almış şəxslər buraxılmalı, bu şəxslərin bilikləri ildə 1 dəfədən az olmayaraq müəssisə rəhbərliyi tərəfindən təkrar yoxlanılmalıdır.Qazanxanaya xidmət edən işçilərin növbə vaxtı kənar işlərlə məşğul olması, avtomatlaşdırılmış qazanxanalarda isə qazanların nəzarətsiz qalması qadağandır.Qazanlar, yanacaq nəql edən boru xətləri və qazanxana avadanlıqları saz vəziyyətdə saxlanılmalıdır.İctimai otaqlara, yanar maye və material anbarlarına, uşaq bağçalarına, məktəb, xəstəxana, müalicə və istirahət müəssisələrinin binalarına bitişik otaqlarda və s. yerlərdə qazanların quraşdırılmasına icazə verilmir.Qazanxananın qapısına bayır tərəfdən, otağa kənar şəxslərin daxil olmasını qadağan edən yazılı lövhə vurulmalıdır.Qazanxana otaqlarında qazanxana qurğularının xidməti ilə bağlı olmayan işlərin görülməsi, kənar şəxslərin qazanxanaya daxil olması və qazanların istismarının kənar şəxslərə tapşırılması, qazanxana otaqlarında asan alışan və yanar mayelərin saxlanılması, qazanların və buxar xətlərinin üzərində yanar materialların, meşə materiallarının qurudulması, yanacaq sistemində maye və ya qaz yanacağının sızmasına yol verilməsi və s. qadağandır.Qazanları işə salmazdan əvvəl xidməti heyət qazan avadanlıqlarının istismara hazır olmasını, həmçinin işə salma qurğularının və yanacağın verilməsi üçün boru xətlərinin sazlığını yoxlamalıdır. Qazanxanalarda rezin şlanqlardan yanacaq xətti kimi istifadə etmək qadağandır.Qaz xəttinin zədələnməsi, birləşmə yerlərində kipliyin pozulması və ya qazanxana otağında qaz sızması baş verərsə, qaz xəttinin zədələnmiş sahəsi qaz daxil olan tərəfdən sürgülərlə bağlanmalıdır.Kipliyin pozulması nəticəsində qaz xəttindən sızan qazın yayıldığı zonada görülən işlər dərhal dayandırılmalı və qazın alovlanmasına səbəb ola bilən mənbələr ləğv olunmalıdır. Qazın sızmasının ləğvi üzrə tədbirlər görüldükdən sonra qazanxana otağının havası dəyişdirilməlidir.Neft, qaz və neft-kimya sənayesi müəssisələrində yanğın təhlüksizliyi ilə bağlı tələblər haqqında "Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları"ndan daha ətraflı məlumat əldə etmək olar.FHN Dövlət Yanğından Mühafizə Xidmətininİctmaiyyətlə əlaqələr vətəbliğat sektoru

QAZ TƏSƏRRÜFATININ TƏHLÜKƏSİZ İSTİSMARI Qaz təchizatı sistemləri obyektlərinin istismara qəbul edilməsi

7.1. Şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin qaz təchizatı sistemləri, qaz kəmərləri, QPM, qaz yanacağından istifadə edən sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin, yaşayış binalarının və başqa obyektlərin qaz avadanlıqları, QDS, AQDS, QDM, onların quraşdırılması və ya əsaslı təmiri qurtardıqdan sonra komissiya tərəfindən qəbul edilməlidirlər. Quraşdırma işləri qurtarmadan, yaxud komissiya tərəfindən qəbul edilməyən obyektlərin hüquqi və fiziki şəxslər tərəfindən xüsusi icazə alınmadan istismara buraxılması qadağan edilir.

7.2. Qaz təchizatı sistemi obyektlərinin istismara qəbul edilməsi bu Qaydaların və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) tələblərinə uyğun olaraq aparılmalıdır. 7.1 bəndində adları çəkilən obyektlərin qəbul edilməsi üçün sifarişçi, qəbul komissiyası təyin edir, onun tərkibinə sifarişçinin, layihə və tikinti-quraşdırma təşkilatının qaz təsərrüfatı müəssisəsinin və Dövlətdağmədəntexnəzarət Komitəsinin nümayəndələri daxil olunur.

7.3. Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Komitəsinin nümayəndələri şəhər magistral və paylayıcı qaz kəmərlərinin və girişlərin, şəbəkə QPM-in, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin qaz təchizatı sistemlərinin, qazanxanaların, həmçinin QDS, QPM, AQDS-ın və mayeləşdirilmiş qazların çən qurğularının qəbul edilməsində iştirak etmələri zəruridir. Qəbul komissiyasının nümayəndələri obyektin qəbul edilməsi günü və yeri barədə komissiyanın işə başlayacağı gündən ən azı iki gün əvvəl, Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Komitəsinin nümayəndələri isə ən azı beş gün əvvəl xəbərdar edilməlidirlər. Tikintisi qurtarmış obyektin istismara qəbul edilməsi aktı əsasında istismarçı təşkilat işə buraxılış-sazlama işlərini aparmaq üçün buraxılış-sazlama təşkilatına icazə verir, həmin işlər qurtardıqdan sonra obyekt Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Komitəsi tərəfindən nəzarətə götürülür.

7.4. Müəssisədə xüsusi mürəkkəb avadanlıq olduqda, komissiyanın tələbi ilə, qəbulda iştirak etmək üçün sifarişçi tərəfindən ixtisaslaşdırılmış təşkilat cəlb edilməlidir.*

7.5. Tikinti-quraşdırma təşkilatı qaz təchizatı sistemi obyektlərini istismara verdikdə, qəbul komissiyasına, Dövlət Tikinti Komitəsinin təsdiq etdiyi müvafiq qaz təchizatı, daxili quruluşlar, xarici şəbəkələr və qurğular, işlərin aparılması və qəbulu qaydalarında (TN və Q-da) nəzərdə tutulan həcmdə texniki sənədləri təqdim etməlidir.

7.6. Qaz yanacağından istifadə edən əlavə aqreqatlar qoyulduqda, yenidən quraşdırıldıqda və qaz kəmərlərinin yerini dəyişdirdikdə qaz təsərrüfatı müəssisəsinin, yaxud obyektinin sənədlərində müvafiq olaraq əlavələr və dəyişikliklər edilməlidir.

7.7. Obyekti qəbul etdikdə komissiya obyektin texniki sənədlərini yoxlamalı, layihəyə uyğunluğu və quraşdırmada buraxılan çatışmazlıqları aşkar etmək üçün bütün quraşdırılan qaz sistemini nəzərdən keçirməlidir. Bundan başqa, tüstü sovurma və ventilyasiya qurğularında, tətbiq edilən elektrik-güc və işıq avadanlıqlarının layihəyə uyğunluğu yoxlanılmalıdır. Komissiyaya ixtiyar verilir ki, qaz kəmərlərinin istənilən sahəsini sökməklə, şüalandırmaqla, yaxud mexaniki sınaqlar aparmaq üçün qaz kəmərlərindən birləşmələri kəsməklə yoxlasın, habelə qaz kəmərinin təkrar sınağını keçirsin. Obyektin qəbulu akt tərtib etməklə rəsmiləşdirilir. Obyektin istismara buraxılması üçün xüsusi icazə almaq məqsədilə, xüsusi icazə verən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

7.8. Əgər komissiya tərəfindən qəbul edilən obyektin kipliyi sonuncu sınaq keçiriləndən sonra altı ay müddətində işə buraxılmayıbsa, onu istismara buraxdıqda sifarişçi, qaz təsərrüfatı müəssisəsinin nümayəndəsi ilə birlikdə qaz kəmərinin təkrar olaraq kipliyini sınamalıdır. Belə olduğu halda sifarişçi təşkilat tərəfindən tüstüsorma və ventilyasiya sistemlərinin vəziyyəti, qaz avadanlıqlarının, armaturların, nəzarət-ölçü cihazlarının və korroziyadan mühafizə qurğularının komplektliliyi və sazlığı yoxlanılmalıdır.

QAZ TƏSƏRRÜFATININ TƏHLÜKƏSİZ İSTİSMARI Qaz təchizatı sistemləri obyektlərinin istismara qəbul edilməsi 7.1. Şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin qaz təchizatı sistemləri, qaz kəmərləri, QPM, qaz yanacağından istifadə edən sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin, yaşayış binalarının və başqa obyektlərin qaz avadanlıqları, QDS, AQDS, QDM, onların quraşdırılması və ya əsaslı təmiri qurtardıqdan sonra komissiya tərəfindən qəbul edilməlidirlər. Quraşdırma işləri qurtarmadan, yaxud komissiya tərəfindən qəbul edilməyən obyektlərin hüquqi və fiziki şəxslər tərəfindən xüsusi icazə alınmadan istismara buraxılması qadağan edilir. 7.2. Qaz təchizatı sistemi obyektlərinin istismara qəbul edilməsi bu Qaydaların və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) tələblərinə uyğun olaraq aparılmalıdır. 7.1 bəndində adları çəkilən obyektlərin qəbul edilməsi üçün sifarişçi, qəbul komissiyası təyin edir, onun tərkibinə sifarişçinin, layihə və tikinti-quraşdırma təşkilatının qaz təsərrüfatı müəssisəsinin və Dövlətdağmədəntexnəzarət Komitəsinin nümayəndələri daxil olunur. 7.3. Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Komitəsinin nümayəndələri şəhər magistral və paylayıcı qaz kəmərlərinin və girişlərin, şəbəkə QPM-in, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin qaz təchizatı sistemlərinin, qazanxanaların, həmçinin QDS, QPM, AQDS-ın və mayeləşdirilmiş qazların çən qurğularının qəbul edilməsində iştirak etmələri zəruridir. Qəbul komissiyasının nümayəndələri obyektin qəbul edilməsi günü və yeri barədə komissiyanın işə başlayacağı gündən ən azı iki gün əvvəl, Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Komitəsinin nümayəndələri isə ən azı beş gün əvvəl xəbərdar edilməlidirlər. Tikintisi qurtarmış obyektin istismara qəbul edilməsi aktı əsasında istismarçı təşkilat işə buraxılış-sazlama işlərini aparmaq üçün buraxılış-sazlama təşkilatına icazə verir, həmin işlər qurtardıqdan sonra obyekt Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət Komitəsi tərəfindən nəzarətə götürülür. 7.4. Müəssisədə xüsusi mürəkkəb avadanlıq olduqda, komissiyanın tələbi ilə, qəbulda iştirak etmək üçün sifarişçi tərəfindən ixtisaslaşdırılmış təşkilat cəlb edilməlidir.* 7.5. Tikinti-quraşdırma təşkilatı qaz təchizatı sistemi obyektlərini istismara verdikdə, qəbul komissiyasına, Dövlət Tikinti Komitəsinin təsdiq etdiyi müvafiq qaz təchizatı, daxili quruluşlar, xarici şəbəkələr və qurğular, işlərin aparılması və qəbulu qaydalarında (TN və Q-da) nəzərdə tutulan həcmdə texniki sənədləri təqdim etməlidir. 7.6. Qaz yanacağından istifadə edən əlavə aqreqatlar qoyulduqda, yenidən quraşdırıldıqda və qaz kəmərlərinin yerini dəyişdirdikdə qaz təsərrüfatı müəssisəsinin, yaxud obyektinin sənədlərində müvafiq olaraq əlavələr və dəyişikliklər edilməlidir. 7.7. Obyekti qəbul etdikdə komissiya obyektin texniki sənədlərini yoxlamalı, layihəyə uyğunluğu və quraşdırmada buraxılan çatışmazlıqları aşkar etmək üçün bütün quraşdırılan qaz sistemini nəzərdən keçirməlidir. Bundan başqa, tüstü sovurma və ventilyasiya qurğularında, tətbiq edilən elektrik-güc və işıq avadanlıqlarının layihəyə uyğunluğu yoxlanılmalıdır. Komissiyaya ixtiyar verilir ki, qaz kəmərlərinin istənilən sahəsini sökməklə, şüalandırmaqla, yaxud mexaniki sınaqlar aparmaq üçün qaz kəmərlərindən birləşmələri kəsməklə yoxlasın, habelə qaz kəmərinin təkrar sınağını keçirsin. Obyektin qəbulu akt tərtib etməklə rəsmiləşdirilir. Obyektin istismara buraxılması üçün xüsusi icazə almaq məqsədilə, xüsusi icazə verən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 7.8. Əgər komissiya tərəfindən qəbul edilən obyektin kipliyi sonuncu sınaq keçiriləndən sonra altı ay müddətində işə buraxılmayıbsa, onu istismara buraxdıqda sifarişçi, qaz təsərrüfatı müəssisəsinin nümayəndəsi ilə birlikdə qaz kəmərinin təkrar olaraq kipliyini sınamalıdır. Belə olduğu halda sifarişçi təşkilat tərəfindən tüstüsorma və ventilyasiya sistemlərinin vəziyyəti, qaz avadanlıqlarının, armaturların, nəzarət-ölçü cihazlarının və korroziyadan mühafizə qurğularının komplektliliyi və sazlığı yoxlanılmalıdır.
Yüklə 19,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə