Təfəkkürün formaları



Yüklə 14,17 Kb.
tarix02.01.2022
ölçüsü14,17 Kb.
#36528
növüMücərrəd
təfəkkür
Ələkbərov Qadir, ELXAN 1 (2)

TƏFƏKKÜR

Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak prosesləri təfəkkür prosesi ilə davam edir. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri seçir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkür reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks etdirir. Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından münasibət və əlaqələrin açılmasına yönəlib. Varlığın dərinliklərinin kəşfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən edir. Təfəkkür təkcə münasibət və əlaqələri deyil, həmçinin əlamət və mahiyyəti də əks etdirir. Qavrayışda verilən gerçəkliyin cisim və əlamətlərinin qarşılıqlı münasibətləri, birləşmələri, əlaqələrindən çıxış edərək təfəkkür reallığı dərk etdirir. Qavrayış vasitəsi ilə təfəkkür proseslərinə ötürülən cisim və hadisələrin, onların əlamətlərinin bəzilərinin təkcə, digərlərinin mühüm olmayan əlamətləri, onların xarici əlamətləri birləşsələr də əlaqəli deyillər. Təfəkkür prosesləri zamanı hadisələrin mahiyyəti, xarakteri, əlamətləri arasında əlaqələrin yaranması nəzərdə tutulur.

Mühüm və ikinci dərəcəli əlamətlər, təsadüfi və zəruri əlaqələr, sadə təsadüfi və real oxşarlıqlar qavrayışda üzvlənməmiş, ayrılmamış şəkildə olur. Təfəkkürün məqsədi ondan ibarətdir ki, mühüm, əsas, zəruri əlaqələri, ikinci dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiyalara görə ayırsın.

Təfəkkürün formaları

Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə.

Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilməsindən ibarət təfəkkür formasıdır.

Məfhumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilir. Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyə aid olur.

Hökmlər - fikri proseslərin baş verdiyi əsas akt və ya formadır. Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir. Hər hansı fikri proses hökmlərdə ifadə olunur. Hökmlər insanın gerçək dünyanı onun xüsusiyyətlərində, əlaqə və münasibətlərində inikas etdirən dərk etmənin xüsusi formasıdır.

Hökmlər ümumi, xüsusi və fərdi də ola bilirlər. Ümumi hökmlərdə eyni sinfə, qrupa aid olan bütün cisim və hadisələrdə müəyyən bir cəhət ya təsdiq, ya da inkar olunur. Xüsusi hökmlərdə isə iqrari və ya inkar bütün cisim və hadisələrə deyil, onlardan bəzilərinə aid edilir. Fərdi hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə aid olur.

Əqli nəticə - vahid məqsədə tabe olan, bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir. Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə və ya yekun hökmlərdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir, bilavasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır. Əqli nəticənin əsas qiyməti bundadır. Fikri akt kimi əqli nəticə üçün aşağıdakılar əhəmiyyət kəsb edir. Assosiativ prosesdən əqli nəticənin fərqi ondadır ki, nəticəyə aid etdiyimiz münasibət predmetin obyektiv məzmununu açır. Predmetin obyektivliyi hökmlərlə təfəkkürə daxil edilir və bu məlumatlar bizə qavrayışdan verilə bilər.

Təfəkkürün növləri

Təfəkkürün növləri idraki əhəmiyyətinə görə biri-digərindən fərqlənir. Hafizədən mahiyyətə ümumiləşdirmə səviyyəsinə görə müxtəlif səviyyəli fikirlərin fərqləndirilməsinə görə təfəkkür, praktik anlayışlar təfəkkürü, obrazlı təfəkkür, praktik – əyani obrazlı, əyani əməli ola bilir.

Formasına görə

əyani əməli, əyani-obrazlı, mücərrəd-məntiqi

Xarakterinə görə

Nəzəri, Praktik

Genişlənməsinə görə

Diskursiv

İntuitiv

Yeniliyinə görə



Reproduktiv

Produktiv
Yüklə 14,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə