Microsoft Word 53 Tecili yardim hekimi telimat



Yüklə 134,29 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix25.12.2016
ölçüsü134,29 Kb.
#2885
1   2   3   4
II.

 

Vəzifə öhdəlikləri 

 

6.  



Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkim tibbi praktikada 

tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə 

öz ixtisası üzrə peşəkar seviyyədə tibbi yardım göstərir.  

7.  


Müəyyən edilmiş standartlara və  tələblərə uyğun olaraq xəstəyə tibbi 

yardım göstərilməsi taktikasını müəyyən edir. Diaqnoz qoyur. 

8.  

Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz 



ixtisası üzrə məsləhət yardımı göstərir.  

9.   Ona tabe orta və kiçik tibb personalının işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.  

10.   Diaqnostik  və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.  

11.   Orta  və kişik tibb heyətinin ixtisasının artırılması üzrə  məşğələlərin 

aparılmasında iştirak edir.  

12.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini  təhlil edir. 

13.   Tibbi  və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.  

14.   Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir.  

15.   Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, peşəkar  peşəkar 

seviyyədə və vaxtında icra edir.  

16.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

17.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

18. 

 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.  

 



Yüklə 134,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə