Tarix muzeyindən yeni formatda ziyatətçilərin ixtiyarına veriləcək. Kadr arxası



Yüklə 14,13 Kb.
tarix02.01.2022
ölçüsü14,13 Kb.
#41266
mətn


Tarix muzeyindən yeni formatda ziyatətçilərin ixtiyarına veriləcək.

Kadr arxası: Bir zamanlar məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynal Abdin Tağıyevin və ailəsinin yaşayış evi olan hazırda isə ibtidai dövrdən bu günümüzə qədər ki tariximizi özündə qoruyan məşhur bina... Milli Azərbaycan Tarixi Muzeyi...

Videokollaj

Kadr arxası: 1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti almış bolşeviklər Tağıyev sarayını müsadirə edir, başı bəlalardan açılmayan muzey müstəqillik dövrünə qədər keşməkeşli yol keçir. Yalnız 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verilir. 2005-ci ildən Tağıyev sarayında əsaslı təmir və bərpa işləri başlanandan sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində H.Z.A.Tağıyevin xatirə muzeyi də yaradıldı. Muzeyin direktoru AMEA-nın müxbir üzvü, akademik Nailə Vəlixanlıdır. Müsahibimiz Nailə xanım deyir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra muzeydə təmir bərpa işləri həyata keçirlib. Bu da o deməkdir ki, yxın zamanlarda muzey yeni formatda ziyarətçiləri salamlayacaq.

Nailə Vəlixanlı (Milli Azərbaycan Tarixi Muzeyinin direktoru) - 16:41-17:17 “Çox gözəl interaktiv qurğular düzəldildi, monitorlar qoyuldu, qallaqaramlar və sairlər. Çox maraqlı ekspozisiya hazırlayırıq. Amma hələki onu tamamlamağa imkanımız yoxdur. Pandemiya tamamlananadan sonra biz muzeyin qapılarını yeni məzmunla, tariximizin daha gözəl təqdimatı ilə ziyarətçilərin üzünə açacağıq”.

Kadr arxası: Qeyd edək ki, yaxın zamanlarda dünyaca məşhur xarici muzeylərdə qorunan milli eksponatların qallaqramlar vasitəsi ilə eləcə də, ibtidai dövrdən bu günümüzə qədərki tariximizin də monitorlar vasitəsilə nümayişi təşkil ediləcək. Bundan əlavə əvvəllər bir sərgi zalı ziyarətçilərin ixtiyarında idisə, artıq daha geniş 500 kv metrlik sərgi zalı ziyarətçilərin ixtiyarına veriləcək. Lakin muzeydəki eksponatların say çoxluğunu nəzərə alsaq böyük tariximizi bir binaya sığdırmaq o qədər də asan deyil.

Nailə Vəlixanlı (Milli Azərbaycan Tarixi Muzeyinin direktoru) - 14:38-15:29 “Muzeyimizin binası imkan versəydi muzeyimizin binası balacadır, ancaq bizim muzeyin 300 000 dən artıq eksponatı var. Biz o eksponatların cüzi hissəsini biz təqdim edirik ziyarətçilərə. Qalanlar hamısı bizim fondlarımızdadır. Çalışırıq ara-sıra həmin eksponatları dəyişdirək və yenisi ilə əvəz edək. Əgər doğrudan da bizim geniş yerimiz yoxdur, olsaydı Qazaxıstanda, Çində tarix muzeyləri var ki ucu-bucağı görünmür. Bizim tariximizdə buna imkan verir biz onu böyük bir sahədə təqdim edək”.

Kadr arxası: Bir müddət öncə xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən Nailə xanım Vəlixanlı elmin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Bundan qürur duyan müsahibimiz mükafatın məsuliyyətinin də böyük olduğunu vurğulayır.

Nailə Vəlixanlı (Milli Azərbaycan Tarixi Muzeyinin direktoru) - 06:22-06:44 “Mən təqribən artıq 1998-ci ildən rəhbər kimi muzeydə işləyirəm. Universiteti bitirən kimi təyinatla Akademiyanın Şərqşünaslıq unstitutuna və 29 il orda işləmişəm”. 07:47-08:07 “Müstəqillik dövründə bizim möhtərəm prezidentimizin İlham Əliyevin mənə verdiyi ikiinci mükafatdır. Əvvəlcə məni şöhrətləndirdi, sonra isə şərəfləndirdi. Üzərimə böyük məsuliyyət düşür”. 04:43-04:52 “Ölkəmizin möhtərəm prezidentinə, məni şərəfləndiridiyinə görə böyük təşəkkür edirəm”.

Kadr arxası: Burda bir nüansı diqqətinizə çatdırmaq istəyirik. Müsahibə zamanı Prezident Aparatından Tarix muzeyinə zəng gəldi, danışıqdan anladıq ki, cənab prezidentin tapşırığı ilə Muzeyin fonduna daha bir hədiyyə bağışlanılır. Məhz çəkiliş zamanı edilən bu zəng Prezidentin Azərbaycan elminə və mədəniyyətinə qayğısını və diqqətini bir daha sübut edir. Dürrə Həsənova, Ramil Əzizov, Fərid Həşimov, ELM TV.
Yüklə 14,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə