Standartlaşdirmanin metodlari



Yüklə 15,27 Kb.
tarix02.01.2022
ölçüsü15,27 Kb.
#39665
0.Standartlaşdırmanın metodları
0.Standartlaşdırmanın metodları

STANDARTLAŞDIRMANIN METODLARI

İstehsalçılar dəyişkən bazarda öz məhsullarının rəqabətə dözümlülüyünü təmin etmək üçün onlann növünü, parametrlərini və tip ölçülərini istehlak bazarının və ya konkret istehlakçılar qrupımun tələblərinə uyğun olaraq tez-tez dəyişdirilməsinə məcbur olurlar. Bu prosesi təmin etmək üçün müəssisələr standartlaşdırma metodlarından geniş istifadə edirlər.

Qeyd etmək lazımdır ki, standartlaşdırma eyni zamanda müəssisədə təkrarlanan məsələlərin optimal həlli və onlarm norma və qayda kimi qanunlaşdırılması üzrə metodlar kompleksidir.

Standartlaşdırma metodu - standartlaşdırma məqsədlərinə nail olmaq üçün üsul və ya üsullar toplusudur.

Standartlaşdırma ümumelmispesifik metodlara əsaslamr.

Standartlaşdırmanın geniş istifadə olunan metodları aşağıdakılardır:


  1. Standartlaşdırma obyektlərinin qaydaya salınması

  2. Parametrik standartlaşdırma

  3. Məhsulun unifıkasiyası

  4. Aqreqatlaşdırma

  5. Kompleks standartlaşdırma

  6. Qabaqlayıcı standartlaşdırma

Standartlaşdırma obyektlərinin qaydaya salınması - məhsulun, proseslərin və xidmətlərin standartlaşdırılması sahəsində universal metoddur. Növ müxtəlifliyinin idarə olunması qaydaya salınmaya əsasən müxtəlifliyin azaldılması ilə bağlıdır. Qaydaya salınma işlərinin nəticəsi kimi hazır məhsulun, dəstləşdirici məmulatların sayı-mn məhdudlaşdırılmasını göstərmək olar. Qaydaya salınma universal metod olaraq bir neçə metoddan ibarətdir:

sistemləşdirmə, seleksiya, simplifıkasiya, tipləşdirmə və optimallaşdırma.

Standartlaşdmna obyektlərinin sistemləşdirilməsi - konkret standartlaşdırma obyektləri məcmusunun elmi əsaslandırılmış və ardıcıl olaraq əhəmiyyətinə görə təsnifatlaşdırılmasıdır. Məhsulun sistemləşdirilməsi nəticəsi kimi sənaye və kənd təsərrüfatı məhsul-larının təsnifatlaşdırıcısı ola bilər. Təsnifatlaşdırıcı bütün əmtəə məhsullarını (əsasən sahələr üzrə)

sistemləşdirərək müxtəlif təsnifat qruplarına bölür.Təsnifat sistemləri əşyalan, hadisə və anlayışlan onların ümumi əlamətlə-rindən asılı olaraq siniflər, yarımsiniflər və qruplar üzrə yerləşdirilməsi məqsədini güdür. Adətən, təsnifatı onluq sistemi üz-rə apanrlar. Onun əsasında məhsulun ümumrespublika təsnifçisi yaradıla bilər. Universal onluq təsnifat texniki və humanitar ədəbiyyatın beynəlxalq indekslərlə fəsillərə bölmə sistemi kimi qəbul edilib.

Standartlaşdırma obyektlərinin seleksiyası - gələcək istehsal üçün məqsədəuyğun sayılan konkret obyektlərin təyin olunması və seçilməsi ilə bağlı olan fəaliyyətdir.

Simpliııkasiya - gələcək istehsal üçün məqsədəuyğun sayılma-yan konkret obyektlərin təyin olunması ilə bağh olan fəaliyyətdir. Məsələn, polad istehsah müəssisəsində qəbul olunmuş standartlara uyğun olaraq müxtəlif bərkliyə və digər xassələrə malik olan У7, У7А, У8, У8Г və У8ГА markalı alət poladı buraxılır. Fərz edək ki, müəssisəyə konkret sifarişçilərdən У8ГА markalı polada uzun müddətdir ki, sifarişlər qəbul olunmur. Bu halda müəssisənin rəhbərliyi konkret У8ГА markah poladın standartının ləğv olunması haqda milli standartlaşdırma agentliyinə müraciət edərək onun ləğvinə nail ola bilər. Seleksiya və simplifıkasiya prosesləri paralel olaraq aparılır. Bundan qabaq obyektlərin əhəmiyyətinə görə təs-nifatlaşdırılması aparılır və təhlil edilərək onların gələcək istehlak tələblərinə uyğun olması perspektivi müəyyən olunur. Standartlaşdmna obyektlərinin tipləşdirilməsi - obyekt tiplərinin (nümunələrinin) konstruksiyalarının. texnoloji qaydalarının, sənəd formalanmn yaradılması üzrə fəaliyyətdir. Seleksiyadan fərqli olaraq, verilən konkret obyektlər, onlann keyfıyyətinin və universallığının yüksəlməsinə yönəlmiş müəyyən texniki dəyişikliklərə məruz qalırlar.



Məmulat konstruksiyalannm tipləşdirilməsi - bir sıra məmulatlar, onlarm tərkib hissələri üçün ümumi konstruktiv parametrlər daxil edən birtipli konstruksiyalann işlənib hazırlanması və müəyyən edilməsidir. Tipləşdirilmə zamanı məmulatların mövcud olan tipləri və tip ölçüləri, onların tərkib hissələrinin təhlili ilə yanaşı elm və texnikanın nailiyyətlərini və sənayenin inkişafını nəzərə alan yeni perspektivlərini də işləyib hazırlayırlar.

Obyektlərin eyniləşdirilməsi - hər bir obyekt, hadisə, xassə onun mahiyyətini təyin edən əlamətlər toplusuna malikdir, bu isə öz növbəsində onu digər bir çox ona bənzər obyektlərdən fərqlən-dirir. Bu halda insan intuitiv olaraq minimal sayda əsas xassələri və yaxud bir xassəni (nişan, qeyd, xüsusiyyət) eyniləşdirici kimi seçir.
Yüklə 15,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə