Soyad: Hüseynzadə Qrup: 209



Yüklə 1,21 Mb.
səhifə1/10
tarix31.12.2021
ölçüsü1,21 Mb.
#49528
  1   2   3   4   5   6   7   8   9   10
Vəfa Huseynzadə Ümumi Kimya
Hökümə Gözəlova MM, Rəvan Səfərov Tarix, Vəfa Hüseynzadə Riyaziyyat, Vəfa Hüseynzadə Fizika

­






Ad: Vəfa
Soyad: Hüseynzadə
Qrup: 209
İxtisas: Ətraf mühitin mühafizəsi və bərpası
Müəllim: Gülalov Ömər
Fənn: Ümumi Kimya
Mövzu: Sintetik Yuyucu Vasitələr





Mündəricat

1.Yuyucu maddələr

2. Səthi aktiv maddələrin yuyucu təsiri

3.Təbii birləşmələr yuyucu maddə kimi

4. Sintetik yuyucu vasitələr haqqında

5. Sintetik yuyucu vasitələrin tipik formulları

1.Yuyucu maddələr

Yuyucu maddələr səthi aktiv maddələrdir.Səthi aktiv maddələrin ən əhəmiyyətli xassələrindən biri, onların yuyucu maddə olmasıdır. Onlar yuyucu maddələr kimi çoxlu miqdarda alınır və geniş sürətdə işlədilir. Bəşəriyyət tarixində ən qədim səthi aktiv yuyucu maddə olan sabunun işləmə tarixi 2000 ilə yaxındır.



2.Səthi aktiv maddələrin yuyucu təsiri

Səthi aktiv maddələrin, o cümlədən sabunların yuyucu təsiri onların suda həll olduqda su fazasının səthi gərilməsini artıq dərəcədə azaltması ilə izah olunur. Bu cür su fazası hidrofob çirkləri yaxşı isladır, daha doğrusu bu su bərk cismin (parçanın) səthindən axaraq onun kiçik məsamələrinə hopur, onu isladır və çirk hissəciklərinni bərk cisim (parçanın lifləri) ilə olan rabitəsinin zəifləməsinə səbəb olur. bu zaman molekulların hidrofob aqreqatları olan çirk hissələri parçalanaraq, kiçik kolloid hisəciklərinə çevrilir. Yuyucu maddənin molekulları və ya mitselləri bu çür hidrofob hissəciklərdə adsorbsiya olunaraq, hidrofil qatlar əmələ gətirir. Bu qatlar hissəciklərin bərk cisimlə (parça ilə) əlaqəsibi daha da zəiflədir. Bu zaman zəif mexaniki təsirdən (sürtünmə, çalxalanma) yuyucu, maddə ilə əhatə olunmuş çirk hissəciklərinin parça ilə, habelə bir-biri ilə rabitrəsi qırılır, onlar su məhluluna və köpüyə çevrilir. Çirkin parçalanmmamış iri hissəcikləri yuyucu maddə pərdəsinə bürünərək emulsiyalaşır və ya suspenziyalaşıb, asılı halda yuyucu məhlulda qalır və yuyucu məhlulu dəyişdikdə kənar edilir. Yuma prosesi çox vaxt qarışdıqdan oraya hava keçməsi nəticəsində köpük əmələ gəlir. Köpük hava ilə dolmuş çoxlu qovucuqlardan ibarətdir. Bu zaman yuyucu maddənin molekulları öz hidrofob hissələri ilə havaya, hidrofil hissələri ilə suya tərəf yönəlir. Bu cür qovuqcuqlar yüngül olduu üçün məhlulun səthinə qalxır və orada olan yuyucu maddə molekulları qatını yuxarıya qaldıraraq, onun ikinci pərdəsi ilə örtülür. Nəticədə, məhlulun səthində yuyucu maddənin daha möhkəm, ikiqat molekulları (köpük )əmələ gəlir. Köpükdə yuyucu maddənin miqdarı məhluldan daha artıq olur. yuma zamanı köpük çirkin müxaniki sürətdə ayrılmasına kömək edir.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə