Soyad: AĞazadə



Yüklə 78,88 Kb.
tarix02.01.2022
ölçüsü78,88 Kb.
#34922
Belge


A
D:ZƏKA

SOYAD:AĞAZADƏ

İXTİSAS: LOGİSTİKA VƏ NƏQLİYYAT TEXNOLOGİYALARININ MÜHƏNDİSLİYİ

FƏNN: XƏTTİ CƏBR VƏ ANALİTİK HƏNDƏSƏ.

MÖVZU: İKİ VƏ ÜÇTƏRTİBLİ DETERMİNANT.

Əvvəlcə ikitərtibli

(1)

matrisinə baxaq. Bu matrisin elementlərindən düzəldilmiş fərqinə (1) matrisinin determinantı (və ya sadəcə olaraq ikitərtibli determinant) deyilir və

(2)

kimi işarə olunur.

Üçtərtibli

(3)

matrisinin elementlərindən düzəldilmiş



(4)

ifadəsinə üçtərtibli determinant deyilir. (4) ifadəsinə determinantın açılışı deyilir.



Minor və cəbri tamamlayıcı. Matris kimi determinantlar da sətir və sütunlardan ibarətdir. n tərtibli determinantın hər hansı elementinin yerləşdiyi sətir və sütunu sildikdən sonra yerdə qalan elementlər n–1 tərtibli bir determinant əmələ gətirir. Bu determinanta həmin elementin minoru deyilir. aij elementinin minorunu Mij ilə işarə edirlər. Mij minorunun (–1) i+j vuruğu ilə hasilinə aij elementinin cəbri tamamlayıcısı deyilir və

kimi işarə olunur.

1. Determinantın bütün uyğun sətir və sütunlarının yerini dəyişdikdə onun qiyməti dəyişməz.

.

2. Determinantın iki qonşu sətrinin (və ya sütununun) bir-biri ilə yerini dəyişdikdə determinantın ancaq işarəsi dəyişər.



.

3. İki sətri (sütunu) eyni olan determinant sıfra bərabərdir.





4. Determinantın hər hansı bir sətrinin (sütununun) bütün elementləri sıfır olduqda determinant sıfra bərabər olar.

5. Determinantın hər hansı bir sətir (sütun) elementlərinin ortaq vuruğu olarsa, onda həmin vuruğu determinantın xaricinə çıxarmaq olar.

.

6. Determinantın iki sətri (sütunu) mütənasib olarsa, onda determinant sıfra bərabər olar.



.

7. Determinantın hər hansı bir sətrinin bütün elementləri iki ədədin cəmi kimi verildikdə, həmin determinant iki determinantın cəminə bərabər olar, bu determinantların birində həmin sətir elementləri olaraq birinci toplananlar, o birində isə həmin sətir elementləri olaraq ikinci toplananlar götürülür:



.

8. Determinantın hər hansı sətrinin (sütununun) bütün elementlərini bir ədədə vurub onun başqa bir sətrinin (sütununun) uyğun elementləri üzərinə əlavə etsək, determinant dəyişməz.



.

9. Hər bir determinant hər hansı bir sətir və ya sütun elementlərinin öz cəbri tamamlayıcıları ilə hasillərinin cəminə bərabərdir.

Determinantın i sətrinə görə ayrılışı

( ),

j sütununa görə ayrılışı isə

( )

olar.


10. Determinantın hər hansı bir sətir və ya sütun elementlərinin başqa bir sətir və ya sütunun uyğun cəbri tamamlayıcıları ilə hasillərinin cəmi sıfra bərabərdir.

HAZIRLADI: AĞAZADƏ ZƏKA



DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR.
Yüklə 78,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə