Sosial pedaqogikanin mövzusu və VƏZİFƏLƏRİ Plan



Yüklə 99,94 Kb.
səhifə1/8
tarix20.02.2022
ölçüsü99,94 Kb.
#52875
növüDərs
  1   2   3   4   5   6   7   8
Mövzu 1



SOSİAL PEDAQOGİKANIN MÖVZUSU VƏ VƏZİFƏLƏRİ

Plan:

1.Sosial pedaqogika bir elm kimi

2.Sosial pedaqogikanın obyekti və predmeti

3. Sosial pedaqogikanın məqsədi, məzmunu və vəzifələri

4. Sosial pedaqogikanın prinsipləri
Ədəbiyyat:

1.Ağayev Ə.Ə., Rzayeva Y.T. və b. Sosial pedaqogika. Bakı, 2008

2.Əlizadə H.Ə., Mahmudova R.M. Sosial pedaqogika. Dərslik, Bakı, 2013

3.İsmixanov M., Vəliyeva S. Sosial pedaqogika. Bakı, 2013


1.Sosial pedaqogika bir elm kimi

Pedaqogika elminin maraqlı inkişaf tarixi var. Xüsusilə, XX yüzillikdə ictimai təcrübənin müxtəlif sahələrinə nüfuz etdikcə, pedaqogikanın müxtəlif sahələri formalaşmış və vüsətlə inkişaf etmişdir. Pedaqogikanın aşağıdakı sahələri buna misal ola bilər: körpəlik, məktəbəqədər tərbiyə, məktəb, ali məktəb, xüsusi, əmək-islah, hərbi, istehsalat, idman, mühəndis, tibbi, mədəni-maarif işi, fənlərin tədrisi metodikası, pedaqogika tarixi, müqayisəli pedaqogika, ailə pedaqogikası, Azərbaycan xalq pedaqogikası. Son illərdə bu elmlər sırasına sosial pedaqogika da daxil olmuşdur. “Sosial” (lat. sözü olub sosialis)-mənası ictimai olub, insanların cəmiyyətdəki real həyatını və münasibətlərini əks etdirir.

Sosial pedaqogika fikrinin rüşeymləri və ənənələri hələ Qədim dünyada çox bəsit formada yaranmışdı. Belə ki, e.ə. V əsrdə Demokrit tərbiyənin ictimai şəraitlərdən asılı olduğu fikrinə gəlmiş, Platon, Aristotel (e.ə. V-IV əsrlərdə) tərbiyənin insanın inkişafının şərti hesab etmiş, cəmiyyətin taleyini onun vətəndaşlarının inkişafından asılı olduğunu söyləmişlər. “Sosial pedaqogika” termin kimi ilk dəfə alman alimi A.Disterveq tərəfindən XIX əsrin II yarısında təklif edilmişdir. Bu anlayışdan yalnız XX əsrin əvəllərində geniş istifadə edilmişdir. XX əsrin 80-90-cı illərindən etibarən xüsusi aktuallıq kəsb etməyə başlamışdır.

Azərbaycanda da sosial pedaqogikanın inkişafında bir çox mütərəqqi fikirli insanların əməyi olmuşdur. XIX əsrin ortalarında Azərbaycan pedaqoji fikrində C.Məmmədquluzadənın, R.Əfəndiyevin, N.Nərimanovun mətbuatdakı çıxışları və əsərlərinin nəşri ətraf aləmin uşağın tərbiyəsi və inkişafına təsiri, şəxsiyyətin sosiallaşması və sosial pedaqoji roluna diqqəti artırdı. Onlar məktəbin tərbiyə vəzifələrini ətraf mühitlə birləşdirməyi; sosial mühitin uşağın tərbiyəsinə cəlb edilməsini, yəni məktəbin ətraf aləmlə əlaqəsi olmadan tərbiyə məsələlərinin həllinin mümkünsüzliyi fikrini irəli sürürdülər.

Hal-hazırda sosial pedaqogika müasir pedaqogikanın önəmli sahələrindən biri kimi formalaşmışdır. Sosial pedaqogikanın nəyi öyrəndiyini, hansı məsələləri araşdırdığını müəyyən etmək üçün pedaqogika elminin tərifini xatırlayaq.

-pedaqogika böyüyən nəslin tərbiyəsindən bəhs edən elmdir;

-pedaqogika uşaqların təlim-tərbiyə məsələlərindən bəhs edən elmdir;

-pedaqogika-uşaqların tərbiyə, təhsil və təliminin məqsədi, məzmunu, qanunauyğunluqları və səmərəli yollarından bəhs edən elmdir;

-təsirin məqsədə yönəlmiş xüsusi və mütəşəkkil sistemi vasitəsilə böyüməkdə olan nəslin və yaşlı adamların tərbiyəsindən bəhs edən elm pedaqogikadır.

Sosial pedaqogika da elə bu məsələləri öyrənir. Ancaq bir şərtlə, onu tərbiyə, təlim və təhsil məsələləri sosial baxımdan maraqlandırır. Sosial pedaqogika bir elm sahəsi kimi öz-özlüyündə sosial və pedaqoji hadisələri öyrənmir, onun fenomenologiyasını sosial-pedaqoji hadisələr təşkil edir.

Sosial pedaqogika iki elmin-sosiologiya və pedaqogikanın qovşağında əmələ gəlib. Sosial pedaqogikanın nəzəri-metodoloji problemlərinin həlli bilavasitə pedaqogika və sosiologiya ilə bağlıdır. Sosial pedaqogika nisbətən müstəqil və yeni bilik sahəsidir. Onun öz predmeti və kateqoriyaları, tədqiqat metodları vardır.

Sosial pedaqogika-elə biliklər sahəsidir ki, onu öyrənməklə: birincisi, insanın həyatında bu və ya digər şəraitlərdə baş verməsi labüd olan və baş verə biləni duymaq; ikincisi, inkişafı üçün faydalı şəraitin yaradılması, onun sosiallaşması prosesində “fasilə”lərin qarşısının alınması mümkündür. Üçüncüsü, insanın düşdüyü faydasız, əlverişsiz şəraitlərin təsirini, insanın sosiallaşması prosesində baş verən arzuolunmazlığın səmərəsini azaltmaq olar.




Yüklə 99,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə