Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində mühüm rol oynadığı hesab olunur



Yüklə 1,11 Mb.
səhifə1/20
tarix25.12.2016
ölçüsü1,11 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   20
Psixiatriya ixtisası üzrə nümunəvi test suallarının toplusu
Şizofreniya

1) Bugünkü gündə şizofreniyanın etiopatogenezində mühüm rol oynadığı hesab olunur:

A) Psixososial faktorlar

B) Sadalanan faktorlardan heç biri

C) Genetik faktorlar

D) Sadalanan bütün faktorlar

E) Bətndaxili inkişafla bağlı faktorlar


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004

2) Şizofreniyanın daha tez-tez rast gəlinən forması hansıdır?

A) Sadə şizofreniya

B) Paranoid şizofreniya

C) Hebefrenik şizofreniya

D) Diferensasiya edilməmiş şizofreniya

E) Katatonik şizofreniya


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
3) Şizofreniya gedişatının hansı növü XBT-10 psixi və davranış pozuntuları təsnifatından çıxarılmışdır?

A) Epizodik stabil qüsurlu

B) Epizodik artan qüsurlu

C) Fasiləsiz

D) Az proqredientli (süstgedişli)

E) Epizodik remittent (rekurrent)


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
4) Şizofreniya simptomlarının təzahürünün azalması fonunda, 2 həftə müddətində depressiya simptomlarının inkişafına hansı diaqnoz qoyulmalıdır?

A) Postşizofrenik depressiya

B) Qalıq (rezidual) şizofreniya

C) Şizotipik pozuntu

D) Şizoaffektiv pozuntu, depressiv tip

E) Psixotik əlamətlərlə ağır depressiya epizodu


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
5) Şizofreniyanın sadə forması üçün xarakterik deyil:

A) Sosial adaptasiyanın aydın formada aşağı düşməsi

B) Enmiş affekt

C) Sayıqlama və hallüsinasiyalar

D) Maraq və məqsədlərin itməsi

E) Davranışın əhəmiyyətli dərəcədə dəyişməsi


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
6) “Şizofreniya” diaqnozunun qoyulması üçün səciyyəvi simptomların qeyd olunması hansı zaman kəsiyində aparılmalıdır?

A) 1 ay və daha çox

B) Pasiyentin stasionar və ya ambulator müalicəyə qəbulundan 10 gün sonra

C) Gedişatın tipinin müəyyənləşdirilməsi üçün 1 ildən az olmayaraq

D) Onların üzə çıxdığı vaxtdan 6 aydan az olmayaraq

E) İstənilən zaman kəsiyində, əgər şizofreniya simptomları bütün xəstəlik boyu qeydə alınırsa


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
7) Sadalananlardan hansı şizotipik pozuntunun diaqnostik əlamətlərinə aid deyil?

A) Şübhəlilik və paranoid ideyalar

B) Qəribə, ibarəli nitqlə ifadə olunan amorf, müfəssəl, metaforik və ya stereotip düşünmə

C) Qeyri-adekvat və ya təmkinli affekt, xəstələrin emosional soyuq və dalğın görünmələri

D) Maraqların, motivasiyanın itməsi, özünə qapanma və sosial dezadaptasiya fonunda davranışın artan keyfiyyət dəyişiklikləri

E) İllüziya, eşitmə və ya digər hallüsinasiyalarla, bir qayda olaraq xarici provokasiyadan asılı olmayan, sayıqlamayabənzər ideyalarla müşayiət edilən epizodik tranzitor epizodlar


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
8) 22 yaşlı xəstədə xarici provokasiyasız 5 günə yaranmış maniakal affekt və yüksək hərəki aktivlik qeyd edilir. Xəstə bildirir ki, o “dahi adam” və “xüsusi” biliklərə malik olduğu üçün hansısa adamlar onun düşüncələrinə nəzarət edirlər.Hansı diaqnozun qoyulması daha məqsədəuyğundur?

A) Şizoaffektiv psixoz, maniakal tip

B) Psixotik əlamətli maniakal epizod

C) Kəskin şizofreniyaya bənzər psixotik pozuntu

D) Şizofreniya əlamətləri ilə polimorf psixotik pozuntu

E) Paranoid şizofreniya


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
9) Sayıqlama pozuntusunun şizofreniyadan əsas fərqi hansıdır?

A) Qeyd olunan əlamətlərin heç biri

B) Qeyd olunan bütün əlamətlər

C) Sayıqlamanın 3 aydan az olmayaraq mövcudluğu

D) Depressiv simptomların olmaması

E) İmperativ və ya şərhedici xarakterli daimi eşitmə hallüsinasiyalarının olmaması


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
10) “Kəskin şizofreniyaya bənzər psixotik pozuntu” diaqnozu hansı halda təyin edilir?

A) Şizofreniya simptomları 1 aydan az müddətdə müşahidə olunduqda

B) Xəstədə şizofreniya simptomları ilk dəfə üzə çıxdıqda və o, yardım üçün ilk dəfə müraciət etdikdə

C) Pozuntu polimorf psixotik pozuntu meyarlarına cavab verdikdə

D) Sadalanan bütün cavablar düzgündür

E) Sadalanan bütün cavablar yanlışdır


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
11) Şizofreniya zamanı koqnitiv pozuntuları digər intellektual-amnestik pozuntulardan fərqləndirən cəhət hansıdır?

A) Antero-retroqrad amneziya

B) Hipermneziya

C) Erkən demensiya

D) İQ göstəricilərinin aşağı olması

E) Diqqətin pozulması və qısamüddətli yaddaş


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
12) Sadalananlardan hansı şizofreniya üçün (4 A) Blöyler meyarına aid deyil?

A) Assosiativ pozuntular

B) Amensiya

C) Apatiya

D) Autizm

E) Ambivalentlik


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
13) Zəifləmiş meyil sferası sadalanan xəstəliklərdən daha çox hansı üçün xarakterikdir?

A) Epilepsiya

B) Şizofreniya

C) Şəxsiyyətin anankastik pozuntusu

D) Nevrasteniya

E) Obsessiv-kompulsiv pozuntu


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004


14) Şizofreniya üçün daha çox xas olan emosional pozuntular hansılardır?

A) Psixi zəiflik və emosional labillik

B) Eyforiya və disforiya

C) Apatiya və abuliya

D) Ambivalentlik və autizm

E) Ambivalentlik və emosional solğunluq


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
15) Hansı düşüncə pozuntusu şizofreniyaya daha çox xasdır?

A) Oneyroid tip

B) Amentiv tip

C) Yuxarıda qeyd olunan tiplərin hamısı

D) Delirioz tip

E) Alaqaranlıq tip


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
16) Şizofreniyadan əziyyət çəkənlərin ən yaxın qohumlarında (əkiz olmayan bacı və qardaşları) bu xəstəliyin yaranma təhlükəsi neçə faiz təşkil edir?

A) 1%


B) 34 %

C) 6%


D) 10%

E) 51%
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г


17) Şizofreniyanın hansı tip gedişatında tam remissiyaya daha tez-tez rast gəlinir?

A) Epizodik bipolyar

B) Epizodik remittent (rekurrent)

C) Stabil qüsurlu epizodik

D) Artan qüsurlu epizodik

E) Fasiləsiz


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
18) Psixi proseslərin vəhdətinin dağılması aşağıdakılardan hansı üçün xarakterikdir?

A) Şizofreniyanın bütün formaları

B) Paranoid şizofreniya

C) Hebefrenik şizofreniya

D) Sadə şizofreniya

E) Katatonik şizofreniya


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
19) Kəskin polimorf psixotik pozuntunun davamlılığı şizofreniya simptomları olmadan hansı müddəti aşmamalıdır?

A) 1ayı


B) 4 ayı

C) 6 ayı


D) 3 ayı

E) 2 ayı
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.


20) Şizoaffektiv pozuntu diaqnozu o vaxt qoyula bilər ki, affektiv simptomlar:

A) Şizofreniya simptomlarından daha qabarıq təzahür etsin

B) Əvvəlki şizofrenik pozuntunun bir hissəsi olsun

C) Şizofrenik simptomlar kimi təzahür olunsun

D) Affektiv simptomlar bir, şizofrenik simptomlar isə başqa tutmalarda özünü göstərsin

E) Şizofrenik simptomlar kimi təzahür olunsun


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
21) Aşağıda göstərilənlərdən hansı şizofreniya epidemiologiyasına uyğun gəlmir?

A) Şizofreniyanın 10 yaşadək uşaqlar arasında yayılması digər yaş qrupları ilə müqayisədə xeyli azdır

B) Şizofreniyanın qadınlar və kişilər arasında yayılma dərəcəsi təqribən eynidir

C) Son 30 ildə şizofreniyaya tutulma halları 20% artıb

D) Şizofreniyanın ilk manifestasiyası, orta hesabla, kişilərdə qadınlara nisbətən daha erkən yaşlarda qeydə alınır

E) Şizofreniyanın yayılması müxtəlif populyasiya qrupları arasında 0,4-1,4 % təşkil edir


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
22) Şizofreniya zamanı ilkin seçim preparatları hansılardır?

A) Klassik neyroleptiklərlə uzlaşdırılmış dərman müalicəsi

B) Elektrik-qicolma terapiyası (ECT)

C) Klassik neyroleptiklərlə dərman müalicəsi

D) Atipik neyroleptiklərlə dərman müalicəsi

E) İnsulin-komatoz terapiyası


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
23) Aşağıda qeyd olunanlardan hansı şizofreniya formalarına aid deyil?

A) Diferensasiya edilməmiş

B) Tutmavari (şubvari)

C) Katatonik

D) Paranoid

E) Hebefrenik


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
24) Şizofreniyanın başlıca simptomlarına aşağıdakılardan hansı daxil deyil?

A) Fikirlərin əks-sədası, fikirlərin qoyulması və ya alınması, onların radioverilişi (açıqlığı)

B) Sosial mədəniyyətə uyğun gəlməyən və mahiyyətcə tamamilə mümkün olmayan dayanıqlı sayıqlama ideyaları

C) Xəstənin davranışını şərh və ya öz aralarında müzakirə edən hallüsinator səslər; əzalardan gələn digər hallüsinator səslər

D) Adi şən vəziyyətdən az qala idarə olunmayan oyanıqlığadək dəyişə bilən əhval-ruhiyyənin şəraitə qarşı qeyri-adekvat olaraq qalxması

E) Bədən hərəkətlərinə, ətraflara və ya fikirlərə, hərəkət və hisslərə açıq aidiyyatı olan təsir, nüfuz və ya passivlik sayıqlaması


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
25) Şizofreniyanin patogenezində aşağıdakı neyromediatorlardan hansının mübadilə pozğunluğu daha səciyyəvidir?

A) Noradrenalin

B) Qlutamin turşusu

C) Asetilxolin

D) Dofamin

E) Serotonin


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
26) Şizofreniya müalicəsində risperidonun optimal terapevtik dozası hansıdır?

A) Sutkada 2-6 mq

B) Sutkada 1-2 mq

C) Sutkada 50-100 mq

D) Sutkada 10-20 mq

E) Sutkada 8-12 mq


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г


27) Şizotipik pozuntunun əsas simptomlarına aşağıdakılardan hansı aid deyil?

A) Qeyri-adekvat və ya dayanıqlı affekt, xəstələr emosional baxımdan soyuq və dalğın görünürlər

B) Bir qayda olaraq, xarici provokasiya olmadan əmələ gələn eşitmə və digər hallüsinasiyalar, sayıqlamaya bənzər ideyalı illüziyalı epizodik tranzitor kvazi-psixotik epizodlar

C) Davranışa təsir göstərən və subkultral normalara uyğun gəlməyən qəribə etiqadlar və ya sehrli düşüncə

D) İctimai mədəniyyətə adekvat olmayan və mahiyyətcə mümkünsüz olan dayanıqlı sayıqlama ideyaları: özünü dini və ya siyasi simalarla eyniləşdirmək, fövqəlinsan bacarıqları barədə fikirlər söyləmək (havanın idarə olunmasının mümkünlüyü və ya yadplanetlilərlə ünsiyyət)

E) Qəribə, qəliz nitqlə və ya başqa formada ifadə olunan, təfəkkür parçalanmasını aydın büruzə verməyən, amorf, müfəssəl, metaforik, hədsiz ətraflı olmuş və ya stereotip təfəkkür


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
28) Aşağıdakılardan hansı katatonik şizofreniyanın əlamətlərinə aid deyil?

A) Donub qalma (öz arzusu ilə adekvat olmayan və qəribə pozanın alınması və saxlanması)

B) Neqativizm (pozanı dəyişmək və ya yerindən tərpətməyə cəhdə cavab olaraq, əks istiqamətdə mənasız müqavimət və ya hərəkət)

C) Yüksək özünüdəyərləndirmə və dahilik ideyaları

D) Stupor (ətraf mühütə qarşı reaksiyanın, spontan hərəkətlərin və aktivliyin aşağı düşməsi) və ya mutizm

E) Yüksək çeviklik (bədən əzalarını əvvəlki vəziyyətdə saxlamaqla)


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
29) Şizofreniyanın neqativ simptomlarına aşağıdakılardan hansı aid deyil?

A) Emosional təcridolma

B) Ədavət

C) Abstrakt təfəkkürün pozulması

D) Kütləşmiş affekt

E) Apato-abuliya


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
30) Şizofreniyalı xəstə tipik antipsixotik, risperidon və olanzapinlə müalicə cəhdlərinə zəif cavab vermişdir. Psixiatr klozapindən istifadə etməyi məsləhət görür. Aşağıdakı faktorlardan hansı bu preparatın istifadəsinə əks göstərişdir?

A) Zəif tardiv diskineziyanın olması

B) Haloperidol qəbulu zamanı əvvəllər müxtəlif ekstrapiramidal simptomların olması

C) Əvvəllər klozapindən istifadəsi zamanı xəstədə aqranulositozun olması

D) Əvvəllər etaperazin qəbulu zamanı haloktareyanın olması

E) Əvvəllər təkrarlanan depressiv simptomların olması


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
31) 55 yaşlı şizofreniyalı qadın son 25 ildə haloperidolla müalicə olunub, daimi çeynəmə, üz-gözünü büzüşdürmə və dodaqları marçıldatma hərəkətləri müşahidə olunub. Neyroleptiksiz psixotik simptomlar artır. Aşağıda qeyd olunan preparatlardan hansı bu qadın üçün daha münasibdir?

A) Haloperidol-dekanoat

B) Trifluperazin

C) Klozapin

D) Neuileptil

E) Moditen-depo


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
32) Sosial münasibətlərə marağı itmiş, affekti kəskin enmiş, ünsiyyətə həvəsi ölmüş, xarici görkəminə fikir verməyən və xroniki sayıqlama ideyaları təzahür etdirən şizofreniyalı xəstənin vəziyyəti üçün aşağıdaki antipsixotik preparatlardan hansı daha münasibdir?

A) Xlorpromazin

B) Zuklopentiksol (klopeksol)

C) Haloperidol-dekanoat

D) Olanzapin

E) Tioridazin


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
33) Neyroleptiklərlə müalicə almış 45 yaşlı qadında çimərlikdən sonra üzündə, çiyin və əllərində qeyri-bərabər piqmentasiya əmələ gəlmişdir. Aşağıda göstərilən antipsixotik preparatlardan bu vəziyyət üçün ən münasibi hansıdır?

A) Klozapin

B) Etaperazin

C) Olanzapin

D) Xlorpromazin

E) Haloperidol-dekanoat


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
34) Şizofreniyalı xəstənin əvvəllər, antipsixotik preparatların vaxtsız qəbulu ilə şərtlənən çoxsaylı kəskinləşmələri olub. Aşağıda göstərilən antipsixotik preparatlardan qeyd olunan vəziyyət üçün ən münasibi hansıdır?

A) Olanzapin

B) Trifluperazin

C) Xlorpromazin

D) Haloperidol-dekanoat

E) Klozapin


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
35) İlkin epizodlu şizofreniyalı pasiyentlərin müalicəsi aparılmalıdır:

A) 3 ildən 5 ilədək

B) 1 ildən 2 ilədək

C) Qeyri-müəyyən müddətdə

D) 6 aydan 1 ilədək

E) 3 aydan 6 ayadək


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
36) Beynəlxalq razılıq komissiyası şizofreniyanın müalicəsində antipsixotik preparatların dozalarının təqribən hansı minimal saxlayıcı dozalaradək aşağı salınmasını tövsiyə edib?

A) Hər 6 ayda 50 %

B) Hər iki gündə 5 %

C) Hər ay 10 %

D) Hər 6 ayda 20%

E) Hər 3 ayda 5 %


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
37) Aşağıdakı preparatlardan hansı şizofreniyanın neqativ simptomlarının müalicəsi üçün effektli sayılmır?

A) Klozapin

B) Olanzapin

C) Risperidon

D) Tioridazin

E) Ziprazidon


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
38) Aşağıda göstərilmiş maddələrdən hansının təsiri altında yaranmış psixozu asanlıqla şizofreniya ilə səhv salmaq olar?

A) Alkoqol

B) Benzodiazepinlər

C) Barbituratlar

D) Amfetaminlər

E) Heroin


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
39) Şizofreniyalı xəstələrin təqribən neçə faizi sui-qəsd edir?

A) 30%


B) 10%

C) 5%


D) 1%

E) 20%
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г


40) Şizofreniyanın ilkin manifestasiyasının müalicəsi zamanı olanzapinin orta sutkalıq dozası nə qədərdir?

A) 5-10 mq

B) 40-60 mq

C) 2,5-5 mq

D) 20-30 mq

E) 10-20 mq


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
41) Şizofreniyanın ilkin manifestasiyasının müalicəsi zamanı ziprazidonun orta sutkalıq dozası nə qədərdir?

A) 80-120 mq

B) 10-20 mq

C) 120-200 mq

D) 40-60 mq

E) 20- 40 mq


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
42) Şizofreniya zamanı bədxassəli neyroleptik sindromun müalicəsi üçün aşağıdakılardan hansı tələb olunur?

A) Ca-kanalları blokatorları – verapamil, korinfar

B) Antidepressantlar – amitriptilin, melipramin

C) Dantrolen və domafin aqonisti – bromokriptin

D) Nootrop vasitələr – pirasetam, aminalon

E) Trankvilizatorlar– diazepam, fenazepam


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
43) Şizofreniyanın paranoid formasının başlanması üçün əsas yaş həddi hansıdır?

A) 16 yaşadək

B) Bütün cavablar doğrudur

C) 20-30 yaş

D) 30 yaşdan sonra

E) 16-20 yaş


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
44) Xroniki sayıqlama pozuntusunu şizofreniyanın daha çox hansı forması ilə diferensasiya etmək lazım gəlir?

A) Sadə


B) Diferensasiya olunmamış

C) Hebefrenik

D) Katatonik

E) Paranoid


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
45) Şizofreniya zamanı pozitiv psixopatoloji əlamətlərə aşağıdakı sindromlardan hansı aiddir?

A) Hallüsinator-paranoid

B) Energetik potensialın reduksiyası

C) Apato-abulik

D) Emosional defisit

E) Psevdoastenik


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
46) Şizofreniyanın hansı formasında düşüncənin pozulması sindromu aşkara çıxır?

A) Paranoid

B) Deferensasiya etməmiş

C) Sadə


D) Hebefrenik

E) Katatonik


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
47) Şizofreniya zamanı daha çox rast gəlinən neqativ simptom hansıdır?

A) Bütün sadalananlar

B) Abuliya

C) Sadalananların heç biri

D) Ambivalentlik

E) Sayıqlama


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
48) Şizofreniyanın hansı təzahürü bu xəstəliyin qeyri-qənaətbəxş gedişatına dəlalət edə bilər?

A) Başlanğıcın 20 yaşdan sonra olması

B) Düşüncənin pozulması

C) Psixopatoloji hisslərin kəskin başlanğıcı

D) Hallüsinator simptomatikanın üstünlük təşkil etməsi

E) Xəstəliyin 20 yaşadək başlanması


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
49) Paranoid şizofreniyaya daha çox xas olan psixi simptomlar hansılardır?

A) Neqativizm

B) Qeyri-mütəşəkkil (qeyri-adi) davranış

C) Apatiya

D) Psevdohalüsinasiyalar

E) Katalepsiya


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
50) Bu psixiatrlardan hansı şizofreniya konsepsiyasının əsasını qoymuşdur?

A) Korsakov

B) Qannuşkin

C) Freyd

D) Cekson

E) Blöyler


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
51) Sadalanan sindromlardan şizofreniya üçün daha çox spesifik olanı və başqa xəstəliklərdə nadir hallarda rast gələni hansıdır?

A) De la Taurret sindromu

B) Kandinski-Klerambo sindromu

C) Kanner sindromu

D) Korsakov sindromu

E) Ganzer sindromu


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
52) Şizofreniyanın debütündə aşağıdakılardan hansı müşahidə edilmir?

A) Düşüncənin qısamüddətli dəyişilməsi

B) Fəlsəfə və dinə marağın yaranması

C) Doğma və yaxınlara olan münasibətin dəyişməsi

D) Öz səhhətinə ifrat dərəcədə diqqət

E) Artan introversiya


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
53) Aşağıdakılardan yalnız biri şizofreniyanı düzgün səciyyələndirmir:

A) Gedişat əhəmiyyətli dərəcədə müxtəlifliyi ilə fərqlənir

B) Bir qayda olaraq gənc yaşlarda yaranır

C) Prosessual xəstəlik

D) Sağalma tam və ya demək olar ki, tam ola bilməz

E) Düşüncə və qavrama sahəsində pozuntular olur


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə