Sistem muhendisiliyi nədir? Sistem mühəndisliyi



Yüklə 208,41 Kb.
tarix15.12.2019
ölçüsü208,41 Kb.
Sistem muhendisiliyi nədir?

Sistem mühəndisliyi – Layihələndirilən sistemlərin yerinə yetirəcəyi məsələləri, ona qoyulan tələbləri və istismar edildiyi mühitin tələblərini nəzərə alaraq sistemin strukturunun seçimi, bu strukturdakı elementlərin tipləri, funksiyalarının təyini və onlar arasındakı qarşılıqlı əlaqəni təyin edən bir prosesdir. Fənlərarasi yanaşma ve uğurlu sistemlərin reallasdirilması imkan verən vasitedir.Uğurlu sistem dedikde müştərilerin, istifadeçilərin ve diger maraqli tərəflərin tələblerini, ehtiyaclarını ödəyən bir system nəəzərdə tutulur.

Sistem nədir?

Sistem anlayisi insan fealiyyetinin oldugu bir cox sahələrdə istifadə edilməkdədir. Sistemin tipleri ve tetbiqi haqqda məlumat asagidaki şəkillə(Fig 1) izah edilə bilər.





Şək.1.”Sistem” anlayışının izahına aid
Emergence-meydana gəlmə

Behavior- davranış,özünü aparma qaydası

Environment- mühit

Purpose-xüsusiyyət

Engineered system-yaradılan(layihələndirilən )system

Product systems-istehsal sistemləri

Enterprise system-müəssisə sistemləri

Service system-xidmət sistemləri

System of Systems capability-sistem qabiliyyətli(xüsusiyyətli) sistemlər

Sistem anlayişının ən ümumi xusiyyətləri

1.Onun fovqalədə olması və layihələndirmə prosesi nəticəsində meydana gəlməsi

2.Mürəkkəbliyi ilə Sistemin böyük olmasi onun tərkibinə digər sistemlərdə daxil oluna bildiyinə işarə edir.Mürəkkəblik xüsusiyyəti isə sistemin strukturuna, onun yerinə yetirdiyi funksiyalara ve müxtəlif şəraitdə davranişlarina aid ola bilir. Struktur mürəkkəblik onun tərkibindəki elementlərin çoxsaylı və müxtəlif olmasına,eləcə də elementlər arasındakı qarşılıqlı əlaqənin mürəkkəbliyini göstərir. Funksianal murekkəblik dedikdə her bir elementin və bütövlukde sistemin yerinə yetirməli oldugu funksiyanın (alqoritminin) mürəkkəbliyi nəzəərdə tutulur.

Belə təyin edilmiş sistem asağidaki xususiyyətlərlə xarakterizə edilə bilər:



1.Davraniş və ya özünü aparma qaydasi 2. Digər xususiyyət və parametrlər

3.Ümumi funksiyası

Bütün sistemlər hər hansı mühitdə çalışır və mühitde olan diger sistemler qarşiliqli elaqedardir.

Sistemin ümüumi halda aid olduğu 2 sinif mövcuddur: Aciq ve Qapali sistemleri gostermək olar



Aciq ve Qapali sistemler nədir ?

Aciq sistemlər dedikdə onlarınaparat və program təminatlarının,eləcə də aralıq təminatın baza variantlarının isifadəçilər tərəfindən müəyyən dərəcədə modifikasiya edilməsinə icazə verildiyi sistemlər nəzərdə tutulur.Belə sistemlərin muasir dövrde istifadəsni mümkün edən faktlardan biri də rəqəmsal sistemlerin geniş tətbiqi və onların yaradılmasında tətbiq edilən bir sıra müasir texnologiyaların movcud olmasıdır. .Buna missal olaraq rəqəmsal sistemlerin daxili strukturunun tetbiq sahelerinin tələblərinə uyğun olaraq deyisdirilə bilmesini (proqramlasmasinı) temin edən FPGA(Field Programmed Gate Array) texnologyasinı göstərmək olar. Qeyd: Müasir sistem muhəndisliyində aciq sistemlərə daha çox önəm verilir. Qapali sistem –Proqram və aparat təminatinin ,araliq təminatinin əvvəlcədən sərt olaraq layihələşdirildiyi və istismar zamani istifadəçi tərəfindən dəyişdirilə bilmiyən sistemlerdir.

Ümumi halda Sistemin meqsedi onun tipi ilədə elaqedardir və Sistemin strukturunda ifadə edilir ki,bu da sistemin elementləri və bunlar arasindaki qarsiliqli elaqə ile təyin olunur.

Sistemin meqsədinden ,tipinden asili olaraq onun elementləri tebii,social ,mucerred,yaxud texniki ola bilər. Sistemin elementləri və strukturu onun layihelendirməsi prosesində müəyyən edilir .

Sistemin yuxarida gostərilən açiq və qapali kimi sinifləri ilə yanaşı, sistemlərin aşağıdakı qrupları da sistemlər də movcud ola bilər:



1.İstehsalat sistemlərı. 2.Xidmət sistemləri. 3.Muəssisə sistemləri. 4.Sistem qabiliyyətinə malik olan digər sistemlər.

Göründüyü kimi sistemin daxili strukturuna aid olan elemetleri kimi hər hansı alt system iştirak edə bilər.

Yaradılmış systemin (Engineered system) elementləri və onlar arasındakı qarsiliqli əlaqə Sistemli layihələndirmə mərhələsində Sistem Muhəndisliyi qrupu terefinden teyin olunur.

CAD (Computer Aided Design) –Kompüterli layihələndirmə sistemi.sisteminde layihləndirmə sintez edilme analizine aiddir.

Sistemin daxili strukturu onun elementlərindən və ya digər alt sistemlərindən ibarətdir. Sistemin layihələndirilməsi prosesində bu elementlərin tipləri, funksiyaları və qarşılıqlı əlaqələri sistem mühəndisi qrupu tərəfindən müəyyən edilir və onların hər biri müəyyən tipli layihələndirmə sistemlərindən (CAD-Computer Aided Design-Kompüterli Layihələndirmə) istifadə edir. CAD sistemi yüksək hesablama gücünə və böyük yaddaşa malik kompüterdə işləyən xüsusi proqram təminatıdır. CAD sistemindən istifadə edilərək layihələndirmələlərdə aparılır: sistemli,funksional bloklar ,sxemotexniki və konstruktiv.Hər bir səviyyə üçün müxtəlif CAD sistemləri vardır ki,bunlar baxilan səviyyədə sistemin strukturunun (elementləri və qarşılıqlı əlaqəni) seçimi və onun analizi funksiyalarını yerinə yetirir. Struktur seçimi sintez edilmə prosesinə, analiz isə sistemin modelləşdirilmə prosesinə aiddir. Odur ki,CAD-nin proqram təminatında strukturun sintezi və modellə.dirilməsi üçün uyğun paketlər mövcuddur.

“system mühəndisliyi” və onun elementlərinə aid anlayışlar şək2-də göstərilir. -nə aid



Şək2.”Sistem mühəndisliyi”nin əsas elementlərinə aid

Şəkildən göründüyü kimi ”Sistem mühəndisliyi”nin əsas elementlərinə(iştirakçılarına aşağıdakılar daxildir:


  1. Sistem sifarişçisi,yaxud müştərisi

  2. Layihələndirilən sistem

  3. Sistemin olduğu mühit

  4. Sistemli mühəndislər qrupu

Müştəri Sifariş edilən Sistemə qarşı aşağıdakı tələbləri sistem mühəndislərinə yönəldir:

a)sistemin yerinə yetirdiyi funksiya,

b)sistemin hansı qrupa və sinfə aid olması

c)sistemin davranışı(iş alqoritmi),əsas göstəriciləri

Yaradılacaq sistemə mühit tələbləri həmin mühitin xüsisiyyətlərindən asılı olaraq təyin edilir.Sistem elə qurulmalıdır ki,sifarişçi tərəfindən verilən tələblər mühitin parametrlərinin (təzyiq,vibrasiya dərəcəsi,temperatur) buraxıla bilən dəyişmə zolağı daxilində olduğu halda sistem tərfindən normal olaraq yerinə yetirilmiş olsun.Sistemin tipindən asılı olaraq sistem iş prosesində mühitin parametrlərinə təsir edə bilər.Məsələn,mürəkkəb elektron cihazı bir sistem,yaxud element olaraq ondan ayrılan istilik hesabına mühitin temperaturunu dəyişə bilər.

Bundan əlavə,sistemə xidmət edən personal ,yaxud istifadəçi mühitin bir komponenti olaraq sistemə təsir edir.Odur ki,sistem ilə mühit arasındakı qarşılıqlı təsir (interacts)mövcuddur.

Sistemli mühəndislər qrupu tərəfindən layihələndirilən sistem strukturunu elə seçilməlidir ki,müştərinin göstərilən tələbləri onun işçi mühitinin xüsusiyyətləri nəzərə alınaraq ödənilmiş olsun(Provided To).

Sistemin fəaliyyəti /həyat dövrü(Life Cycle) ərzində normal işininin təmini Sistemli mühəndislər qrupu tərəfindən dəstəklənməlidir(supports).

Sistemli mühəndislər qrupunun işçiləri bir neçə alt qruplarına bölünə bilər:

*sistemə olan ümumi tələblərə görə sistemin ümumi strukturunun təyini

*seçilmiş struktura əsasən onun elementlərinin funksiyasının və parametrlərinin təyini

* elementlərin funksiyalarını gerçəkləşdirən element tipinin seçimi və qarşılıqlı əlaqələrin gerçəkləşdirilməsi.



Sistemin Life Cycle prosesinin texniki və proqram dəstəyi nəticə etibarilə sistemin strukturunda müəyyən dəyişiklik edilməklə aparıla bilər(Result in).




Yüklə 208,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə