Simptomları



Yüklə 13,48 Kb.
tarix01.01.2022
ölçüsü13,48 Kb.
#50570
Övrə


Övrə güclü qaşınma ilə müşayiət olunan dəri və selikli qişalar üzərində yaranan urtikar səpgilərlə müşayiət olunur. Urtikar səpgilər dərinin məməcikli qatının lokalizə olunmuş ödemi olub, qısa müddət davam etməsi  ( bir neçə dəqiqədən, bir neçə saata qədər) ilə xarakterizə olunur.

Səbəbləri:
Övrənin yaranmasına səbəb olan faktorlar arasında qida məhsulları, qida əlavələri, dərmanlar, yanaşı gedən infeksion xəstəlklər, irsi, psixoloji, fiziki faktorlar, müxtəlif inhalyasion allegenləri ayırd etmək olar.
Qida məhsulları arasında yumurta, şokolad, qoz, balıq, süd, çiyələk, sitruslararomatizatorlar- qida məhsullarına əlavələr böyük rol oynayır.
Dərman preparatları içərisində -penisillin, kodein, B qrup vitaminlər, tetraksilin, novokain, sefalosporinlər, aspirin, indometasin və sairə rol oynayır.
Simptomları:
Kəskin və xroniki övrə ayırd edilir.
Kəskin övrə qəflətən yaranan və 48 saat ərzində itən, qaşınan urtikarların əmələ gəlməsi ilə xarakterizə olunur. Kəskin övrənin yerli əlamətləri urtikar səpgilərin bədənin müxtəlif sahələrində yaranması, birləşməyə meylli olması ilə özünü göstərir.
Kvinke ödemi dərialtı hüceyrə inkişaf etmiş toxumalarda –göz qapaqları, dodaqlar, ətraflar, qarında, xayalıqda, oynaqlarda, beyin qişalarında, qırtlaq, bronx, mədə-bağırsaq traktı, sidik yollarının selikli qişalarında lokalizə olunur.
Diaqnostika:
Həkim övrənin səbəbini müəyyən etmək üçün ətraflı anamnez toplamalıdır.
Allergik övrə zamanı spesifik İg E təyin edilməsinin böyük əhəmiyyəti vardır.

Müalicəsi:
Kəskin övrə zamanı ən əvvəl övrənin yaranmasına səbəb olan allergeni uzaqlaşdırılması labüddür. Övrənin bütün növlərində hipoallergen dieta təyin olunur. Bu zaman daxilə təmizləyici imalə, daxilə çoxlu maye qəbulu məsləhət görülür. Həkim mütləq antihistamin preparatlar təyin edir.
Yüklə 13,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin