Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix06.05.2017
ölçüsü0,92 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

11.2.

 

Sığortaçı  əsas  fəaliyyətindən  başqa,  lisenziya  alınması  tələb 

olunmayan aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər: 

11.2.1.

 

mütəxəssislərin  ixtisasının  artırılması  məqsədilə  sığorta  bazarının 

peşəkar iştirakçıları üçün təlimin təşkili və keçirilməsi; 

11.2.2.

 

sığortaya  və  əlaqəli  fəaliyyət  sahələrinə  aid  xüsusi  ədəbiyyatın 

müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı; 

11.2.3.

 

informasiya  texnologiyaları  əsasında  sığorta  ilə  bağlı  xüsusi 

proqram təminatının hazırlanması və satışı; 

11.2.4.

 

sığorta ilə bağlı məsələlər, o cümlədən zərərlərin qarşısının alınması 

üzrə məsləhət xidmətlərinin göstərilməsi; 

11.2.5.

 

müştərilərinin sənədlərinin hüquqi ekspertizasının, habelə zərərlərin 

tənzimlənməsi zamanı hüquqi ekspertizanın keçirilməsi; 

11.2.6.

 

sığorta 


risklərinin 

qiymətləndirilməsi, 

sığorta 

hadisələrinin 

araşdırılması,  həmçinin  zərərlərin  tənzimlənməsi  üzrə  hüquqi,  texniki  və  təşkilati 

yardımın göstərilməsi. 



11.3.

 

Təkrarsığortaçılar 

bütün 

sığorta 


sinifləri 

üzrə 


təkrarsığorta 

ə

məliyyatları apara bilərlər. 



11.4.

 

Hər  hansı  bir  sığorta  növünü  həyata  keçirməyə  icazəsi  olan  sığortaçı 

həmin  sığorta  növünün  əhatə  etdiyi  sığorta  sinifləri  üzrə  təkrarsığorta  fəaliyyətini 

həyata keçirə bilər. 



11.5.

 

Sığorta  müqaviləsi  üzrə  sığortaçı  sığorta  etdiyi  riskləri  təkrarsığorta 

etdirdikdə təkrarsığorta müqaviləsi üzrə təkrarsığortalı hesab olunur. 

11.6.

 

Təkrarsığortanın  təşkili  üçün  sığortaçılar  birgə  fəaliyyət  müqaviləsi 

ə

sasında təkrarsığorta daxılları təsis edə bilərlər. 



 

 

 

14 



Maddə 12. İnhisarın qadağan olunması 

 

12.1.

 

Sığortaçıların  və  sığorta  brokerlərinin  sığorta  xidmətlərinin  inhisara 

alınmasına  və  sığorta  bazarında  rəqabətin  məhdudlaşdırılmasına  yönələn  sazişlər 

bağlaması, həmçinin bunlara səbəb ola bilən əməliyyatlar aparması qadağandır.  



12.2.

 

Sığorta  bazarında  inhisara  qarşı  müəyyən  edilən  qaydaların  yerinə 

yetirilməsinə  və  tədbirlərin  həyata  keçirilməsinə  nəzarət  müvafiq  qanunvericiliyə 

uyğun olaraq həyata keçirilir. 



12.3.

 

Dövlət  orqanlarının,  onların  struktur  bölmələrinin,  tabeliyində  olan 

təşkilatların,  yerlərdə  olan  bölmələrinin  inzibati  binalarında  və  ərazilərində 

sığortaçıların filial və nümayəndəliklərinin, habelə sığorta vasitəçilərinin fəaliyyət 

göstərməsi, o cümlədən sığorta müqavilələrinin bağlanması qadağandır. 

 

Maddə  13.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasının 

və 

terrorçuluğun 

maliyyələşdirilməsinin 

qarşısının alınması 

2

 

 

13.1.

 

Sığortaçılar,  təkrarsığortaçılar  və  sığorta  vasitəçiləri  cinayət  yolu  ilə 

ə

ldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 



terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  monitorinq  olunmalı  pul  vəsaitləri  və 

digər  əməliyyatlar  barədə  məlumatları  maliyyə  monitorinqi  orqanına  təqdim  edir, 

özünün  daxili  nəzarət  sistemini  hazırlayır  və  tətbiq  edir,  Azərbaycan 

Respublikasının  qanunları  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.  

Sığortaçılar,  təkrarsığortaçılar  və  sığorta  vasitəçiləri  qanunla  müəyyən 

olunmuş  hallarda  və  qaydada  müştərinin,  benefisiarın  və  səlahiyyətli 

nümayəndənin  eyniləşdirilməsi,  habelə  onlar  barədə  əldə  olunmuş  eyniləşdirilmə 

məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi 

və saxlanması tələblərinə əməl etməlidirlər.  



13.2.

 

Bu  Qanunun  13.1-ci  maddəsində  göstərilən  tələblərdən  başqa  digər 

tələblər  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə 

müəyyən edilir. 



 

Maddə 14. Həyat və qeyri-həyat sığortası, onlara aid olan sığorta sinifləri 

 

14.1.



 

Sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası (ümumi sığorta) 

sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər. 

14.2.

 

Həyat  sığortası  sığorta  obyektinə  görə  şəxsi  sığortaya  aid  olan 

aşağıdakı sığorta siniflərini özündə birləşdirir: 

                                                           

2

 Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmişdir. 



 

 

15 



14.2.1.

 

sığortalı  və  ya  sığorta  olunan  öldükdə  sığorta  ödənişinin  həyata 

keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası; 

14.2.2.

 

sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  sığorta  olunanın 

öldüyü,  yaxud  sığorta  müqaviləsində  müəyyən  edilmiş  yaşa,  müddətə  qədər 

yaşadığı  halda  sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  həyatın 



yaşam sığortası; 

14.2.3.

 

sığorta  olunanın  müəyyən  yaşa  çatması,  yaşı,  əlilliyi,

  18  yaşınadək 

sağlamlıq  imkanlarının  məhdudluğu

3

 

və  ya  xəstəliyi  ilə  əlaqədar  əmək 



qabiliyyətini  itirməsi,  ailə  başçısını  itirməsi,  işsiz  qalması  və  şəxsi  gəlirlərinin 

azalmasına,  yaxud  itirilməsinə  səbəb  olan  digər  hallarda  pensiya,  yaxud  renta 

şə

klində  dövri  sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  annuitet 



sığortası; 

14.2.4.

 

sığorta  olunanın  xəstəlik  və  ya  bədbəxt  hadisə  nəticəsində  əmək 

qabiliyyətini  tam  və  ya  qismən  itirdiyi  halda,  onun  itirilmiş  gəlirinin  əvəzini 

ödəmək  məqsədilə 

vaxtaşırı

4

  sığorta  ödənişlərinin  həyata  keçirilməsini  nəzərdə 



tutan əmək qabiliyyətinin 

itirilməsi hallarından sığorta

5



14.2.5.

 

sığorta  olunanın  səhhətində  onun  həyatını  təhlükə  altına  qoyan 

xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan 

sağalmaz xəstəliklərdən sığorta. 

14.3.

 

Qeyri-həyat  sığortası  (ümumi  sığorta)  özündə  aşağıdakı  sığorta 

siniflərini birləşdirir: 

14.3.1.

 

sığorta obyektinə görə şəxsi sığortaya aid olan siniflər:  



14.3.1.1.

 

sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, 

ümumi  hallarla,  yaxud  peşəsi  ilə  bağlı  əmək  qabiliyyətini  tam  və  ya  qismən 

itirdikdə,  yaxud  sağlamlığına  başqa  cür  xəsarət  dəydikdə,  müqavilədə  müəyyən 

edilən  məbləğdə,  həmçinin  sığorta  olunanın  əlavə  xərclərinin  əvəzinin  tam  və  ya 

qismən  ödənilməsi  miqdarında  sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə 

tutan fərdi qəza və xəstəlik sığortası; 

14.3.1.2.

 

tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə sığorta 

olunanın  tibb  müəssisələrinin  ona  göstərdiyi  xidmətlərlə  əlaqədar  yaranan 

xərclərinin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi  miqdarında  sığorta  ödənişinin 

həyata keçirilməsini nəzərdə tutan tibbi sığorta; 

14.3.1.3.

 

bu 


Qanunun 

14.3.1.1-ci 

və 

14.3.1.2-ci 



maddələrində 

göstərilməyən, sığorta obyektinə görə şəxsi sığortaya aid olan digər siniflər. 



14.3.2.

 

Sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası 

üzrə aşağıdakı siniflər: 

14.3.2.1.

 

Bu  Qanunun  14.3.2.2  –  14.3.2.5-ci  maddələrində  sadalanmış 

ə

mlak  istisna  olmaqla,  digər  əmlakın,  onun  ərazisində  və  (və  ya)  içərisində 



yerləşən  başqa  əmlakla  birlikdə,  yaxud  ayrılıqda  yanğın  və  ya  digər  hadisələr 

nəticəsində  zədələnməsi,  məhv  olması,  yaxud  hər  hansı  formada  itkisi  ilə  bağlı 

                                                           

3

 Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 648-IIIQD nömrəli Qanunu ilə sözləri əlavə edilmişdir. 



4

 Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 36-IVQD nömrəli Qanunu (“Azərbaycan” qəzeti  23 



yanvar 2011-ci il, № 16) ilə çıxarılmışdır. 

5

 Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 36-IVQD nömrəli Qanunu (“Azərbaycan” qəzeti  23 



yanvar 2011-ci il, № 16) ilə dəyişdirilmişdir. 

 

 

16 



sığortalının  əmlak  mənafelərinə  dəyən  zərərin  əvəzinin  tam  və  ya  qismən 

ödənilməsi  miqdarında  sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan 



ə

mlakın yanğından və digər risklərdən sığortası; 

14.3.2.2.

 

avtomobil  nəqliyyatı  vasitəsinin  zədələnməsi,  məhv  olması, 

həmçinin  qaçırılması  və  ya  oğurlanması  nəticəsində  sığortalının  əmlak 

mənafelərinə  dəyən  zərərin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi  miqdarında 

sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  avtonəqliyyat  vasitələrinin 

sığortası; 



14.3.2.3.

 

dəmiryol  nəqliyyatı  vasitəsinin  zədələnməsi,  məhv  olması, 

həmçinin  qaçırılması  və  ya  oğurlanması  nəticəsində  sığortalının  əmlak 

mənafelərinə  dəyən  zərərin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi  miqdarında 

sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  dəmiryol  nəqliyyatı 

vasitələrinin sığortası; 

14.3.2.4.

 

hava  nəqliyyatı  vasitəsinin  zədələnməsi,  məhv  olması,  həmçinin 

qaçırılması  və  ya  oğurlanması  nəticəsində  sığortalının  əmlak  mənafelərinə  dəyən 

zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata 

keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələrinin sığortası; 

14.3.2.5.

 

su  nəqliyyatı  vasitəsinin  zədələnməsi,  məhv  olması,  həmçinin 

qaçırılması  və  ya  oğurlanması  nəticəsində  sığortalının  əmlak  mənafelərinə  dəyən 

zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata 

keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələrinin sığortası; 

14.3.2.6.

 

daşıma 


üsulundan 

asılı 


olmayaraq 

yükün 


zədələnməsi, 

korlanması,  məhv  olması,  yaxud  hər  hansı  formada  itkisi  nəticəsində  sığortalının 

ə

mlak  mənafelərinə  dəyən  zərərin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi 



miqdarında  sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  yüklərin 

(nəqliyyat) sığortası; 

14.3.2.7.

 

bu  Qanunun  14.3.2.1-14.3.2.6-cı  maddələrində  göstərilməyən, 

sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası ilə bağlı digər 

siniflər. 



14.3.3.

 

Sığorta  obyektinə  görə  əmlak  sığortasına  aid  olan  mülki 

məsuliyyətin sığortası üzrə aşağıdakı siniflər: 

14.3.3.1.

 

sığortalının  özü,  yaxud  onun  etibar  etdiyi  şəxs  sığortalanmış 

avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin 

ə

vəzini  ödəmək  öhdəliyi  ilə  əlaqədar  onun  əmlak  mənafeləri  ilə  bağlı  zərərin 



ə

vəzinin  tam  və  ya  qismən  ödənilməsi  miqdarında  sığorta  ödənişinin  həyata 

keçirilməsini  nəzərdə  tutan  avtonəqliyyat  vasitələri  sahiblərinin  mülki 

məsuliyyətinin sığortası; 

14.3.3.2.

 

sığortalıya  məxsus  dəmiryol  nəqliyyatı  vasitəsindən  istifadə 

olunarkən  üçüncü  şəxslərə  vurulan  zərərin  əvəzini  ödəmək  öhdəliyi  ilə  əlaqədar 

onun  əmlak  mənafeləri  ilə  bağlı  zərərin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi 

miqdarında  sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  dəmiryol 

nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası; 

14.3.3.3.

 

sığortalıya  məxsus  hava  nəqliyyatı  vasitəsindən  istifadə 

olunarkən  üçüncü  şəxslərə  vurulan  zərərin  əvəzini  ödəmək  öhdəliyi  ilə  əlaqədar 

onun  əmlak  mənafeləri  ilə  bağlı  zərərin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi 



 

 

17 



miqdarında  sığorta ödənişinin həyata  keçirilməsini nəzərdə tutan  hava  nəqliyyatı 

vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası; 

14.3.3.4.

 

sığortalıya  məxsus  su  nəqliyyatı  vasitəsindən  istifadə  olunarkən 

üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak 

mənafeləri  ilə  bağlı  zərərin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi  miqdarında 

sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  su  nəqliyyatı  vasitələri 

sahiblərinin mülki məsuliyyətinin sığortası;  

14.3.3.5.

 

sığortalının  yükdaşıyan  qismində  nəqliyyat  vasitəsindən  istifadə 

edərkən  üçüncü  şəxslərə  vurduğu  zərərin  əvəzini  ödəmək  öhdəliyi  ilə  əlaqədar 

onun  əmlak  mənafelərinə  dəyən  zərərin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi 

miqdarında  sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  yük  daşıyanın 

mülki məsuliyyətinin sığortası; 

14.3.3.6.

 

sığortalı  müqavilə  şərtlərini  pozmağa  görə  mülki  məsuliyyətini 

sığorta  etdirdiyi  hallarda    müvafiq  sığorta  hadisəsinin  baş  verməsi  ilə  əlaqədar 

sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  mülki-hüquqi  müqavilə 



üzrə mülki məsuliyyətin sığortası; 

14.3.3.7.

 

lazımi  ixtisas  keyfiyyətlərinə  malik  olan  müxtəlif  peşə 

sahiblərinin peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, 

yaxud  diqqətsizlik  üzündən  xidmət  göstərdiyi  üçüncü  şəxslərə  dəyən  zərər  üzrə 

öhdəlikləri ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan peşə 

məsuliyyətinin sığortası; 

14.3.3.8.

 

işçinin əmək  funksiyalarını  yerinə  yetirərkən sağlamlığına dəyən 

xəsarət,  yaranan  xəstəliyi,  yaxud  ölümü  nəticəsində  onun  əmlak  mənafeləri  ilə 

bağlı  olan  xərclərin  əvəzinin  işçiyə  və  ya  ailəsinə  ödənilməsi  ilə  əlaqədar 

işəgötürənin öhdəlikləri üzrə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan 

işəgötürənin məsuliyyət sığortası; 

14.3.3.9.

 

bu  Qanunun  14.3.3.1-14.3.3.8-ci  maddələrində  göstərilməyən, 

sığorta  obyektinə  görə  əmlak  sığortasına  aid  olan  ümumi  mülki  məsuliyyətin 

sığortası. 



14.3.4.

 

Sığorta  obyektinə  görə  əmlak  sığortasına  aid  olan  kredit  sığortası 

üzrə aşağıdakı siniflər: 

14.3.4.1.

 

müflis  olması  və  ya  ölməsi,  həmçinin  öz  öhdəliklərini  digər 

səbəblərdən  yerinə  yetirə  bilməməsi  ilə  əlaqədar  kredit  verilmiş  şəxsin  krediti 

qaytarmaması  nəticəsində  kreditorun  əmlak  mənafelərinə  dəyən  zərərin  əvəzinin 

tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə 

tutan kreditlərin sığortası; 



14.3.4.2.

 

ipoteka  qoyulan  əmlakın  bazar  qiymətinin  düşməsi  ilə  əlaqədar 

ipoteka  müqaviləsi  üzrə  borclunun  həmin  müqavilə  ilə  müəyyən  edilmiş 

öhdəliklərini  yerinə  yetirə  bilməməsi  nəticəsində  kreditorun  əmlak  mənafelərinə 

dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata 

keçirilməsini nəzərdə tutan ipoteka sığortası; 



14.3.4.3.

 

bu  Qanunun  14.3.4.1-14.3.4.2-ci  maddələrində  göstərilməyən, 

sığorta  obyektinə  görə  əmlak  sığortasına  aid  olan  kreditlərin  sığortası  üzrə  digər 

siniflər. 



 

 

18 



14.3.5.

 

Sığorta  obyektinə  görə  əmlak  sığortasına  aid  olan  qarışıq  maliyyə 

risklərinin sığortası üzrə aşağıdakı siniflər: 

14.3.5.1.

 

ə

mlakın  bazar  qiymətinin  düşməsi  halında  ondan  istifadə  ilə 



ə

laqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən 

ödənilməsi  üçün  sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə  tutan  bazar 

dəyərinin düşməsi riskindən sığorta; 

14.3.5.2.

 

sığortalının kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində 

baş verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə 

xərclərlə  bağlı  dəyən  zərərin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi  üçün  sığorta 

ödənişinin həyata keçirilməsini nəzərdə tutan işin dayanması ilə bağlı risklərdən 

sığorta. 



 

Maddə 15. Sığorta siniflərinə dair tələblər 

 

15.1.

 

Bu  Qanunun  14.2.2-ci  və  14.2.3-cü  maddələrində  nəzərdə  tutulmuş 

sığorta sinifləri həyatın yığım sığortasına aiddir. 

15.2.

 

Bu Qanunun 14.3.2-ci maddəsində göstərilmiş hər hansı sığorta sinifi 

üzrə sığortaçının zərərliliyi sığorta nəzarəti orqanının müəyyən etdiyi həddən artıq 

olduqda o, həmin sinifə aid bir ildən çox müddəti əhatə edən sığorta müqavilələri 

bağlaya  bilməz.  Zərərlilik dərəcəsinin  müəyyən  olunması qaydası  sığorta nəzarəti 

orqanı tərəfindən müəyyən edilir. 



15.3.

 

Bu  Qanunun  14.3.3.1-14.3.3.5-ci  və  14.3.3.9-cu  maddələrinə  əsasən 

mülki  məsuliyyətin  sığortasında  həm  sığortalının  özünün,  həm  də  üzərinə  bu  cür 

öhdəlik qoyula bilən digər şəxsin məsuliyyəti sığortalana bilər. Mülki məsuliyyəti 

bu  cür  sığortalanan  digər  şəxsin  (şəxslərin)  adı  və  ya  kateqoriyası  sığorta 

müqaviləsində  göstərilməlidir.  Digər  şəxsin  (şəxslərin)  mülki  məsuliyyətinin 

sığortalanması müqavilədə qeyd edilmədiyi halda yalnız sığortalının özünün mülki 

məsuliyyəti sığortalanmış hesab edilir. 



 

Maddə 16. Sığorta növü 

 

16.1.

 

Sığorta  növü  sığortaçı  tərəfindən  bir,  yaxud  bir  neçə  sığorta  sinifləri 

ə

sasında təklif edilən və sığorta müqaviləsi bağlanması yolu ilə sığortalılara təqdim 



olunan sığorta məhsuludur. 

16.2.

 

Yalnız  sığorta  nəzarəti  orqanından  icazə  aldıqdan  sonra  sığortaçı 

müvafiq sığorta növü üzrə sığorta müqavilələri bağlaya bilər. 

16.3.

 

Bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müəyyən qaydalar 

mövcud  olmadıqda  sığortaçı  könüllü  sığorta  növünün  aparılmasına  icazə  almaq 

üçün  hazırladığı  müvafiq  sığorta  qaydalarını  sığorta  nəzarəti  orqanı  ilə 

razılaşdırmalıdır. 

16.4.

 

İ

cbari sığortanın hər bir növünün aparılması üzrə əlavə tələblər sığorta 



qanunvericiliyi ilə müəyyən edilir. 

 

 

19 



16.5.

 

Sığorta nəzarəti orqanı fiziki şəxslərə təqdim edilən müəyyən könüllü 

sığorta  növü  üzrə  bütün  sığortaçılar  üçün  məcburi  olan  sığorta  qaydalarını  qəbul 

edə bilər. 



 

Maddə  17.  Həyatın  yığım  sığortası  üzrə  fəaliyyətin  həyata  keçirilməsinin  əlavə 

xüsusiyyətləri 

 

17.1.

 

Həyatın  yığım  sığortası  üzrə  fəaliyyət  göstərən  sığortaçı  sığorta 

olunan şəxsə sığorta müqaviləsinin ən azı 2 il müddətində qüvvədə olması şərti ilə, 

qaytarılan məbləğin 50 faizi həddində, həmin məbləğ girov qoyulmaqla borc verə 

bilər.  Bu  halda  borc  sığorta  müqaviləsinin  qüvvədə  olma  müddətinin  başa 

çatmasınadək  qalmış  vaxtdan  çox  müddətə  verilə  bilməz.  Bu  maddədə  nəzərdə 

tutulmuş  borcun  verilməsi  qaydaları  sığorta  nəzarəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 


17.2.

 

Annuitet  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  sığortaçı 

dövri sığorta ödənişlərinin miqdarını aktuarinin rəyi əsasında artıra bilər. 

 

 

III Fəsil 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə