SeyfəDDİn qəNİyev



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix10.06.2017
ölçüsü2,82 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   21

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 
1
 
 
 
SEYFƏDDİN QƏNİYEV 
SƏADƏT VEYSOVA 
 
 
MƏŞHUR XEYRİYYƏÇİ 
MAHMUD AĞA 
VƏ NAMƏLUM MUĞAM 
UNİVERSİTETİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2014 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
 
 
2
AMEA Folklor İnstitutunun Elmi Şurasının  
20 fevral 2013-cü il (protokol 02) qərarı ilə çap olunur. 
 
Elmi redaktor: 
Qəzənfər Paşayev 
filologiya elmləri doktoru, professor 
 
Rəyçilər: 
Məhərrəm Qasımlı 
filologiya elmləri doktoru, professor 
 
Fərahim Sadıqov 
pedaqoji elmlər doktoru, professor 
 
Zabit Nəbizadə 
Xalq artisti, Milli Konservatoriyanın baş müəllimi 
 
 
Seyfəddin Qəniyev.  Səadət Veysova. 
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam 
universiteti. Bakı, “Elm və təhsil”, 2014, 292 səh. 
 
 
Kitabda böyük xeyriyyəçi, muğam bilicisi, poeziya, maarifçiliyin 
hamisi, şair, bəstəkar, XIX əsrdə ölkəmizdə muğam müsabiqələrinin təməli-
ni qoymuş, hətta bir çox Avropa, rus səyyahlarının qonağı olduğu, Təbriz 
sənətkarlarının qatıldığı məclisin sahibi Mahmud Ağanın ömür yolu, yaradı-
cılığı, məclisinin daimi iştirakçıları, qonaqları və doğmaları – nəsil şəcərəsi 
barədə ilk dəfə  əhatəli məlumat verilir. Bu böyük şəxsiyyətin musiqi 
məclislərinin bir konservatoriya kimi fəaliyyət göstərməsi, həmçinin 
muğamatın fəlsəfəsi və onun xalqımızın tarixində oynadığı əvəzsiz rolu da 
araşdırılır.  
 
2014
098
4702000000

N
 
грифли няшр 
 

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 
3
 
 
 
 
 
Dövlətimiz müstəqilliyinin 20 ili ərzində min illik tarixə 
bərabər misilsiz uğurlara imza ataraq intibah dövrünə 
qədəm qoydu. Müstəqillik bizə xalq kimi özümüzü daha 
dərindən dərk etməyə, mədəniyyətimizi, milli şüurumuzu 
mükəmməlliyə doğru inkişaf etdirməyə sonsuz imkanlar 
verdi. Sevindirici hal odur ki, Azərbaycanın Birinci xanı-
mı Mehriban Əliyevanın təşəbbüsü ilə 2003-cü ildə 
UNESCO tərəfindən Azərbaycan muğamı  bəşəriyyətin 
qeyri-maddi mədəni irsinin inciləri siyahısına alındı, mu-
ğam festivalları, beynəlxalq muğam simpoziumları keçi-
rildi, muğam ensiklopediyası yaradıldı. Birinci xanımın 
bu nəcib əməlləri dövlətçilik tariximizdə baş verən ən na-
dir hadisələrdəndir. Heç vaxt muğamata belə qayğı gös-
tərilməyib. Heç vaxt muğam bu qədər nəciblik və sevgi ilə 
mədəniyyətimizin  şah  əsəri kimi göylərə qaldırılmayıb. 
Birinci xanımın muğamı belə rəğbətlə himayəyə almasını 
minnətdarlıq hissi ilə  qəbul edərək biz də bu möhtəşəm 
ideyadan ruhlanaraq, şirvanlı Mahmud Ağa, onun yarat-
dığı naməlum muğam universiteti və muğamın fəlsəfəsi 
ilə bağlı araşdırmalarımızı  təvazökarlıqla oxuculara ər-
məğan edirik.  
  
Müəlliflər  

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
 
 
4
 
 
MƏNƏVİYYATLA SƏRVƏTİN VƏHDƏTİ 
 
 
 
anrı 
insanı bütün canlılardan gözəl və mükəmməl 
yaratmışdır. İnsan idrakı sonsuzluğadək getmək, 
kainatın müəmmalarını açmaq gücünə qadirdir. Bəlkə elə buna 
görə də kainatla, fəzanın sonsuzluqları ilə insan arasında ecaz-
kar bənzərlik mövcuddur, insan özünü fəzalar qədər intəhasız 
hiss edə bilər, eyni zamanda kainatla müqayisədə bəşər övladı 
gözə görünməyən bir zərrəcik qədər kiçik və köməksizdir. 
Bütün səmavi kitablarda insanlardan tutmuş  nəhəng ulduzlara 
kimi hər şeyin əvvəlinin və axırının olduğu bildirilir. Lakin fərq 
ondadır ki, ulduzlar milyard illərlə, insanlar isə  cəmi bir əsrə 
yaxın – qığılcım qisməti qədər kiçik ömür sürürlər.  
Bu ani həyatda hərə bir cürə yaşayır: fatehlər və dahilər, 
aqillər və adilər, misilsiz mərhəmət sahibləri və zalımlar. Hər 
kəs yaşadığı günlərə, sürdüyü ömrə, nəcib əməllərinə görə özü-
nü haqlı saya bilər. Makedoniyalı  İsgəndərin, Çingiz xanın öz 
haqqı, Nizaminin, Nəsiminin də öz haqqı var. Lakin bir qayda 
olaraq bəşər tarixində  ədalətli hökmdarlar, məzlumlara dayaq 
duranlar, böyük mərhəmət, ağıl, söz və istedad sahibləri müsbət 
nümunə kimi qalır, nəsillərdən nəsillərə onların nəcibliyi dastan 
kimi ötürülür.  
Məhz bu baxımdan XIX əsrdə yaşamış Şirvanın sonuncu 
xanı, Mustafa xanın nəvəsi Mahmud Ağanın, varlı bir Azərbay-
can mülkədarının, xeyriyyəçinin  şəxsiyyəti və  nəcib  əməlləri 
haqqında xatirələri, arxiv sənədində olan məlumatları topla-
yaraq, onun surətini yaratmağa cəhd etmişik.  
Kainat qalaktikalar, planetlər sistemi və milyardlarla ul-
duzlarla zəngin və intəhasız olduğu kimi, insan şüuru da öz ağ-


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 
5
lının qanadlarında sonu bitməyən yaxşılıqların və nəcib əməllə-
rin səfərinə çıxmaq qüdrətindədir. Mahmud Ağa da öz nəcibli-
yində bitib-tükənməyən yaxşılıqların, xeyriyyəçiliyin sadiq yol-
çusu olmuşdur.  
Hər bir xalq gələcəyini dərk etmək, inkişafını düzgün 
qurmaq üçün istinad nöqtələrini tapmağı bacarmalıdır. Millətin, 
xalqın dayaq nöqtələri keçmişi haqqında bilgilərə, qorunub sax-
lanılan sənədlərə, mənəviyyatca zəngin insanların qoyub get-
diyi milli-mənəvi dəyərlərə söykənir.  
Müstəqilliyini bərpa edən gənc Azərbaycan dövlətinin 
gələcək inkişafı üçün belə araşdırmaların aparılması, Mahmud 
Ağanın nəsil şəcərəsinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb 
edir. Biz bir nəslin davamlı surətdə, qərinələrdən qərinələrə 
keçdikcə əqidəsini dəyişməyən, ürəklərində vətənə, xalqa, mil-
li-mənəvi dəyərlərimizə rəğbət bəsləyən, onun inkişafı yolunda 
canından keçən insanlarla, bir sözlə, xalqımızın genefondunun 
saysız təmsilçiləri ilə qarşılaşırıq. Bütün bunlar müəlliflərin 
əməyini müsbət dəyərləndirməyə imkan verir. Bu nəslin nüma-
yəndələrindən vəzifələrə ucalanlar da, həyatın dözülməz sınaq-
larından keçənlər də eyni dərəcədə soy-kökünə sadiq qala bilib-
lər. Mahmudbəyovların bir qisminin keçən  əsrin qanlı-qadalı 
37-ci illərində  təqiblərə  məruz qalması, həbsxanalara atılması, 
sürgün edilməsi də bu nəslin ölkəmizin azadlığı  uğrunda ver-
diyi saysız qurbanların bariz nümunəsidir. Onların proletar kür-
sülərində böyük vəzifələrə ucalması üçün şansları heç də baş-
qalarından az deyildi. Lakin bu nəslin davamçıları sovet imperi-
yasına alqış deyərək, rəhbər vəzifələr üçün karyera savaşına 
qoşulmadılar. Vəzifəsində yüksələnlər elmin, biliyin inkişafına, 
xalqının tərəqqisinə xidmət etdilər. Digərləri əqidələrini dəyiş-
mədən zindanlara atılaraq, məhbəsləri və sürgünləri vəzifə-
lərdən uca tutdular. Bu gün hər birimiz Azərbaycan tarixində 
vicdanını, əxlaqını, vətən sevgisini azadlığından uca tutan belə 
insanların olması ilə fəxr edə, öyünə bilərik.  

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
 
 
6
Digər bir tərəfdən Mahmud Ağanın həyatı, məclisləri ilə 
bağlı burada verilən saysız-hesabsız məlumatlarda, tarixi fakt-
larda, xatirələrdə qarşılıqlı bir bağlılığın, harmoniyanın və  bu 
vaxtadək açılmayan müqəddəs bir amalın, ideyanın möv-
cud olduğunu inkar etmək də mümkün deyildir.  
Kitabın fəsillərini vərəqləyəndə, Mahmud Ağanın musiqi 
məclislərini, iştirakçıların və qonaq qismində, dost kimi dəvət 
olunanların  şəxsiyyətinə, kimliyinə, dünyagörüşünə  və bil-
gilərinə fikir verəndə, məclislərin keçirilmə qaydalarını, qalib-
lərin mükafatlandırılmasını  nəzərdən keçirəndə sadə  məntiqə 
söykənən belə bir nəticəyə  gəlirsən ki, müəlliflərin qələmə 
aldığı musiqi məclisləri daha çox muğam universitetini xatır-
ladır. Bu universitetin ünvanı  Şamaxı – Mahmud Ağanın öz 
sarayı olmuşdur. O burada böyük səxavətlə  məşhur xanəndə-
lərə, tarzənlərə, rəqqaslara, rəqqasələrə yer ayırmış, yaşama-
larına imkan yaratmış, onların sənətin sirləri ilə məşğul olması, 
zirvələri fəth etməsi üçün sarayında adi musiqi məclisi və eyş-
işrətə  yığılan kef əhlindən fərqli  kübar ziyalı mühiti yarat-
mışdır. Biz saraya dəvət olunan musiqiçilərin, şairlərin, burada 
qonaq qismində  iştirak edən ziyalıların məqsədlərinə, amalına 
fikir verəndə zamanın aynasından bizə boylanan əzəmətli mu-
siqi, söz məbədinin ucaldığını görürük. Söhbət böyük Şərq 
universitetindən, musiqi akademiyasının inkişaf tarixindən 
gedir.  
Ümid edirik ki, bu kitab ölkəmizin ədəbi mühitində, mə-
dəniyyət və maarifçilik tarixində Mahmud Ağanın irsinin, onun 
yaratdığı  muğam  universitetinin  öyrənilməsinə  tədqiqatçıları 
yönəldəcək, daha dərin və  ətraflı araşdırmaların aparılmasına 
təkan verəcəkdir. 
 
Məhərrəm QASIMLI, 
filologiya elmləri doktoru, professor 
  

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 
7
 
 
GİRİŞ 
 
 
ahmud Ağa haqqında ilk dəfə geniş  məlumatı 
görkəmli yazıçı-alim, xeyirxah ustadım  Əzizə 
Cəfərzadənin söhbətlərindən eşitmişəm. Sonra ötən əsrin 70-ci 
illərində onun danışdıqlarının bir qismini yazıçının «Aləmdə 
səsim var mənim» romanından oxudum, öyrəndim ki, bu şəxş 
öz xeyirxahlığı,  əliaçıqlığı, qonaqpərvərliyi, poeziyaya, mu-
siqiyə, muğamlarımıza  bağlılığı ilə XIX əsrdə  təkcə  Şamaxı-
Şirvan mahalında deyil, bütün Qafqazda ad çıxarmış, hörmət-
izzət sahibi olmuşdur. 
İnstitutda oxuduğum illərdə sevimli müəllimim, akade-
mik Feyrulla Qasımzadə bizə «XIX əsr Azərbaycan ədəbiyyatı 
tarixi» fənnini tədris edərkən Şamaxıdakı iki - Mahmud Ağanın 
musiqi  və Seyid Əzim  Şirvaninin «Beytüs-Səfa»  məclisi ba-
rədə verdiyi məlumatlar məni bir daha cani-dildən Şamaxı ədə-
bi-musiqi mühitinə bağladı. Odur ki, bu mühiti əvvəl sevdim, 
sonra öyrəndim, daha sonra da dərindən araşdırmağa səy gös-
tərdim. 
Görkəmli akademik F.Qasımzadə ilə ayrıca Şamaxı ədəbi 
mühiti, S.Ə.Şirvani, M.B.Nadimlə, B.Şirvani, M. Səfa,  A.Səh-
hət və b. Şirvanilərin sağ olan doğmaları ilə bağlı çox 
söhbətimiz olurdu. Sinif nümayəndəsi, əlaçı tələbələrdən oldu-
ğum üçün akademiklə vaxtaşırı oxu zalında, kafedrada uzun-
uzadı söhbətləşərdik. Hətta oğlu Fuad Qasımzadəyə bəzi yazı-
larını mən çatdırmalı olurdum. Ona görə də mənimlə mehriban 
davranar, Şamaxının keçmişindən, XIX əsr Azərbaycan ədəbiy-
yatı tarixi dərsliyinə, S.Ə.Şirvaniyə aid dərsliyinə salmadığı, 
bəzi materialları Şamaxı qocalarından eşitdiyi xatirələrdən, ba-
məzə, maraqlı  əhvalatlardan söz salardı. Tanınmış alim XIX 
əsrin II yarısında Şamaxı ədəbi mühitini öyrənmək üçün 1930-


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
 
 
8
50-ci illərdə Şamaxıya etdiyi səfərlərdən, S.Ə.Şirvani, M.A.Bi-
xud, Didə, M.Ə.Sabir, M.Hadi, A.Səhhətin əqrəbaları, dostları, 
həmyaşıdları ilə görüşlərindən ürəkdolusu danışardı.  Şamaxı-
dakı ziyalı-müəllim tanışlarına mənim vasitəmlə salamlar da 
göndərirdi.  Əhməd Veysov, Hacı Quliyev, Ələsgər Sadıqov, 
Əjdər Nemət oğlu, Xaliq Xaliqov, İsmayıl bəy Fitdağlı, bö-
yük rəssam Uğurlu Adil oğlu, Baxış  Əliyev, Fəxri,  Əziz 
Seyidov, Ağalar Nuhov, Baba Əfəndiyev və başqalarına... 
Bu illərdə dostum, filologiya elmləri doktoru Əhməd Cə-
fərzadədən də Mahmud Ağanın məclisi barədə  bəzi məlu-
matları öyrəndim. Beləliklə, müəllimliyə başladığım ilk vaxt-
lardan  Şamaxı  ədəbi, pedaqoji, aşıq, muğam mühitini öyrən-
məyin təməlini qoydum. Bəxtim bir də onda gətirdi ki, 
aspiranturada oxuduğum illərdə elmi rəhbərim arxivlərimizə - 
XIX-XX əsr əlyazmalarına dərindən bələd olan, səriştəli, ciddi 
alim, professor Xeyrulla Məmmədov oldu. O, Şamaxı  ədəbi 
mühitini uzun illər araşdıran, onun incəliklərinə dərindən bələd 
olan, bütün arxivləri mükəmməl bilən mütəxəssislərdən biri idi. 
Bir sözlə, tanıdığım ziyalılar, tarixçilər və tədqiqatçılarla 
qurduğum ünsiyyət muğamsız bir gün yaşaya bilməyən Mah-
mud Ağa məclisi, o məclisin üzvləri, qonaqları ilə bağlı məlu-
matların  əldə edilməsi, toplanması, öyrənilməsinin təməlini 
qoymaqda mənə uzun illər yardımçı oldular.  
 Bu  illərdə    «Beytüs-Səfa» məclisi üzvləri, haqqında da 
xeyli məlumat  əldə edə bildim. Şamaxıda fəaliyyət göstərmiş 
hər iki məclisin üzvlərinin ötən  əsrin 70-90-cı illərində bu 
şəhərdə yaşayan qohumları  və tanışlarını axtardım, birlikdə 
keçmişi vərəqlədik..  Əldə etdiyim materialların, xatirələrin 
zənginliyinə heyrətlənməmək mümkün deyildi... 
Topladığım məlumatlar  əsasında belə  qərara gəldim ki, 
ilk  əvvəl Mahmud Ağanın  ən yaxın dostu, səsinin, avazının 
vurğunu görkəmli xanəndə Mirzə Məhəmməd Həsən haqqında 
kitab hazırlayıb, oxuculara çatdırım. Ustad xanəndənin anadan 
olmasının 150 illiyinə... Özü də ilk dəfə... 

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 
9
Keçən bu zaman kəsiyində görkəmli mesenat, musiqini, 
şeiri canından  əziz bilən Mahmud Ağa haqqında da Səadət 
xanım Veysova ilə xeyli maraqlı və nadir məlumatlar topladıq. 
Həm atasının, həm də özünün şeirlərindən nümunələr  əldə et-
dik, nəvə, nəticələri haqqında bilgilər öyrəndik, xatirələr top-
ladıq, nəsil şəcərəsinin böyük qismini müəyyənləşdirə bildik.... 
Təbii ki, ötən əsrin 70-ci illərində XIX əsr musiqi, poezi-
ya təsnələri, xeyriyyəçi bəy-bəyzadələrin bir çox uzaq qohum-
ları, qonşuları, tay-tuşları, 80-90 yaşında məhəllə dostları  hələ 
sağ idilər. Dünyagörmüş belə insanların yaddaşları maraqlı 
xatirələrlə  zəngin idi. Ümumiyyətlə,  Şamaxının son yüz ilinə 
aid bilgilər, məlumatlar,  şəxsi arxivlərində isə  əlyazmalar
sənədlər,  şəkillər hələ  də mövcud idi. O zaman onlara sual 
verib dinləmək, onlarla birlikdə sənədləri vərəqləmək, keçmişi 
xatırlamaq sadəcə maraqlı  və  dəyərli idi. Bu gün isə zamanın 
aynasından keçmişə nəzər salanda topladığımız xatirə və sənəd-
lərin əvəzsiz sərvət olduğuna sevinməmək mümkün deyil. Xalq 
artisti  A.Gəraybəyli, Yavər Kələntərli, tarzən Hacı 
Məmmədov, general Tərlan  Əlyarbəyovun oğlu Pərviz, 
xanəndə  Sənəm, tarzən Qulam, Molla Məmmədağa,  Şeyx 
Bayram, xanəndə Atamoğlan Fətəliyev, görkəmli 
pedaqoqlardan  Əhməd Veysov, Davud Orucov, Ələsgər 
Sadıqov, İsmayıl bəy Fitdağlı, Ağasəf Məmmədov, Məhəm-
məd  Əfəndiyev (Sündü), Bilal Nuriyev (Söylər), Xəlil 
Rəhimov (Şamaxı), Baba Əfəndiyev, Gülsüm Əfəndiyeva, 
Firidə xanım Paşabəyova-Veysova, Gülalı  Əmrahov, Aşıq 
Barat,  Əlhəmzə  və başqalarından zamanında az da olsa 
müəyyən bilgilər, məlumatlar  əldə edə bildik. Çox əfsuslar 
olsun ki, onların bildiklərini, danışdıqlarını bizdən asılı 
olmayan səbəblərə görə videokameranıın yaddaşına köçürə 
bilmədik.  Əgər bu insanların xatirələrini, danışdıqlarını 
videogörüntülərdə, günümüzədək qorumaq mümkün olsaydı, 
tariximizin qaranlıq səhifələrinə nur çiləyərək erməni 
faşistlərinin 1918-ci ildə  Şamaxıda törətdikləri vəhşiliklərin 

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
10
miqyas və amansızlığına ətraflı aydınlıq gətirmək olardı. Stalin 
xofu ötəndən 30 il sonra, təxminən, 70-80-ci illərdə 37-ci ilin 
repressiyası haqqında ömürləri boyu vahimədən susan insanlar 
artıq cəsarətə  gəlib danışırdılar. Onların gözlərinin dərinliyin-
dəki iztirablar, üzlərinin ifadəsi və bildikləri minlərlə fakt 
onlarla sənədli filmin ən faciəvi epizodlarını, ana xəttini və 
süjetini təşkil edə bilərdi. Etiraf etməliyik ki, biz həmçinin 
Azərbaycan mədəniyyətinin, musiqisinin tarixi ilə bağlı onlarla 
məşhur sənətkarın canlı görüntü və xatirələrini kinolentin 
yaddaşına almaq şansını birdəfəlik itirdik. Təəssüf ki, zamanın 
öz hökmü və insanların da öz qisməti var...  
Uzun illər sonra yazdığım «Şamaxı», «Şirvanın 350 şai-
ri», «Aşıqlar, el şairləri», «Şirvanlı  Aşıq Mirzə Bilal», 
«1918-ci il Şamaxı soyqırımı», «Şirvan folklor mühiti», 
«Mirzə  Məhəmməd Həsən Nalə»  və s. kitablarımda həmin 
xatirələrdən xeyli istifadə etsəm də, şahidlərin  canlı  görüntü-
lərinin qalmamasına bir vətəndaş kimi dərindən təəssüflənirəm. 
Çünki oxumaqla, canlı  şahidləri görmək arasında yerlə göy 
qədər fərq var.  

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 11
Bir çox dünya səyyahları kimi Avropa səyyahları da 
Azərbaycanı  kəşf etmək, tanımaq və öyrənmək üçün ölkəmizi 
ziyarət edirdilər. Marko Polo, Klavixo, Kafarino, Zeno, İosof 
Varbaro, Antom Çenkinson, Aleksand Düma, Silberger, 
Engelbert Klimpoer, Adam Oliar  və başqalrı müxtəlif 
əsrlərdə Azərbaycana gəlmiş, bir çox şəhərlərlə yanaşı, 
Şamaxıda da olmuşlar.  Şamaxının tarixi, təbiəti, sənət elm və 
iman sahibləri, milli bayramları haqqındakı  təəssüratlarında  
dəyərli və qiymətli fikirlər söyləmişlər… 
Belə  qərara almışdım ki, yayda oğlumun yanına 
Almaniyaya gedəndə bu ölkənin səyyahlarının  şəxsi arxivləri 
ilə maraqlanım, onların 
əsərləri, 
əlyazmaları olan 
kitabxanalarda mütləq axtarışlarımı davam edim. Səfərimin 
uğurlu olacağına inamım da güclü idi. Ankara “Hacat Təpə” 
Universtetinin alman dili (tərcüməçi) ixtisası üzrə magistr 
təhsilini başa vuran oğlumdan  şad xəbər aldım: “Ata, anamla 
səni yay tətilində Almaniyaya dəvət edirəm. Mütləq gəlin ha”. 
Biz hazırlığa başladıq.  İkinci bir xəbər səfərimizə  əlavə bir 
sevinc də qatdı. 
Belə ki, may ayının ortalarında  alim dostum  İbrahim 
İbrahimov  məni  şad xəbərlə muştuluqladı ki, Almaniyadan 
səyyah-alim dostumuz – Jothar Veiss qonaq gəlir, özü də 
Şamaxını görmək üçün... May ayının 15-də qonaqlarımı 
qarşlıladım. Jothar Veiss  həyat yoldaşı, alim dostum Cəfər 
Qiyasi ilə Azərbaycana gəlmişdi. Onları  tərcüməçi və bir də 
İbrahim müəllim müşayət edirdi. 
Haşiyə: XVII əsrdə daha dəqiq desək, 1683-cü ildə 
Şamaxıda bir aya qədər qonaq qalmış  səyyahlardan biri də 
Engelberq Kempfer (1651-1717) olmuşdur. Bu tədqiqatçı 
alım Almaniyanın Zemqor şəhərində anadan olub. Ömrünün 
böyük hissəsini səyahətlərə həsr edib:  Rusiya, Azərbaycan və 
İranda uzun müddət olub. Orta Asiyanı gəzib, İranı dolaşıb və  
hətta uzaq Yaponiyaya qədər gedib çıxıb. Sonda səyahətləri 
 

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
12
 maraqlı  tədqiqatlara,  əsərlərə çevrilib. Bizim qonağımız 
professor Jothar Veiss də artıq neçə il idi ki, Kempferin  olduğu 
ölkələrə onun marşrutu ilə  səfərə  çıxmağa qərar verir. İllər 
üzünü Veiss səyyahın bütün marşrutu boyu gəzib-dolaşır, onun 
olduğu ölkələri gəzir. Axırda  Şamaxıya gəlib Kempferin 
xəritəsi üzrə araşdırmalar aparmağı qarşısına məqsəd 
qoymuşdu ki, biz də bu müqəddəs işində ona əlimizdən gələn 
yardımı etdik. Onunla birlikdə  Şirvanşahlar sarayında olduq, 
İşərişəhərin qədim küçələrini gəzdik, Qız qalasına qalxdıq və 
onu maraqlandıran bütün suallara ətraflı cavab verdik. Jother 
Veiss Almaniyaya qayıdanda bizə mütləq məktub yazacağına 
söz verdi. Alman səyyahını yola saldıqdan bir neçə ay sonra, 
daha dəqiq 2011-ci ililn yayında oğlumun dəvətiu ilə  həyat 
yoldaşımla Almaniyaya yola  düşdük. Orada professor Veislə 
görüşdüm. O bir daha Azərbaycanda keçirdiyi günləri 
səmimiyyətlə xatırladı, ona verdiyimiz məlumatlara, köməyə 
görə təkrar minnətdarlığını bildirdi.  Eyni zamanda Almaniyada 
bizi maraqlandıran məlumatların  əldə edilməsində  bələdçilik 

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 13
edəcəyinə söz verdi. Pedantlığı sevən almanlar kimi vədinə də 
xilaf çıxmadı. Bizi Detmold şəhərindəki böyük kitabxanaya 
apardı. Orada mən alman dilini mükəmməl bilən oğlumun 
köməyi ilə vaxtilə  Şamaxıda olmuş, böyük səyyah Kempferin 
arxivi ilə tanış oldum. Onun əsərindən Şamaxı şəhəri ilə bağlı 
maraqlı  məlumatlar yazıb götürdüm. Bundan başqa Jothar 
Veissin köməyi ilə böyük alman səyyahının atası Ollearın 
(1599-1671) arxiv əlyazmaları ilə tanış oldum. Öyrəndim ki, 
türk dilində yaxşı bilən Ollear 1836-cı ilin dekabırında 
Şamaxıya gəlmiş  və burada üç aya qədər qalmışdır. O 
əlyazmalarında bu şəhərdəki insanların hamısının “türkcə” 
danışdığını qeyd edir. Şamaxıdakı karvansaralar, hamamlar, 
Gülüstan qalası  və  şəhərdə olan mədrəsələr barədə  ətraflı 
məlumat verir. Ollear Şərqin  yeni ili - Novruz bayramının 
keçirilməsini öz gözləri ilə görmüş,  şamaxılıların Novruz 
bayramını necə keçirdiyini ətraflı təsvir edə bilmişdir.  
 
Azərbaycan və Şamaxı ilə bağlı qədim səyyahların xatirələrinin  
toplanmasında Jothar Veissin mənə əvəzsiz yardım göstərdiyini 
mütləq qeyd etmək istəyirəm. Bundan başqa o bizə öz 
qonaqpərvərliyini də elə şərqsayağı nümayiş etdirdi. Dəfələrlə 
evinə dəvət etdi, bizim üçün çay süfrələri açdı. Əyləşdiyimiz 

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
14


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə