SƏRBƏst iŞ TƏLƏBƏ: Yəhyayeva Səbinə faküLTƏ: Biznes və iqtisadiyyat məktəbi kafedra: İqtisadiyyat



Yüklə 46,65 Kb.
tarix24.05.2020
ölçüsü46,65 Kb.
#31539
Dünya təsərrüfatı və əhali problemi

QƏRBİ KASPİ UNİVERSİTETİ


SƏRBƏST İŞ
TƏLƏBƏ: Yəhyayeva Səbinə

FAKÜLTƏ: Biznes və iqtisadiyyat məktəbi

KAFEDRA: İqtisadiyyat

İXTİSAS: Maliyyə

QRUP: 529 ML

TƏDRİS İLİ: 2020

FƏNN: Dünya iqtisadiyyatı

SƏRBƏST İŞİN MÖVZUSU: “Dünya təsərrüfatı və əhali problemi”

MÜƏLLİM: Cəlilova Sitarə


BAKI - 2020

MÜNDƏRİCAT

GİRİŞ.................................................................................................................

3

I. Dünya təsərrüfatı haqqında.............................................................................

4

II. Dünya təsərrüfatı və əhali problemi..............................................................

6

III. Dünya təsərrüfatı və onun yarımsistemlərinin göstəriciləri........................

10

NƏTİCƏ............................................................................................................

13

ƏDƏBİYYAT SİYAHISI................................................................................

14


GİRİŞ

Dünya xalqları böyük bir tarixi dövr keçmişdir. Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi daş, tunc və dəmir dövrlərinə bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən qədim dövrdə - ibtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik, istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil etməklə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət cəmiyyətin əsas istehsal sahələri olmuşdur. Sənətkarlığın ayrıca sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgüsünə səbəb oldu. Belə ki, sənətkarlıq kənd təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi inkişaf etdi, tədricən əmtəə istehsalına keçid yarandı.

Dövlətçiliyin yaranması prosesi çox uzun bir dövrü əhatə etmiş və bütün dünyada bu proses eyni vaxtda getməmişdir. Eramızdan əvvəl II əsrdə, xüsusilə I əsrdə Roma dünyanın ən çox inkişaf etmiş quldar dövlətinə çevrilmişdi. Bizim eranın I-II əsrlərində Roma imperiyasının iqtisadiyyatı çiçəklənmə dövrünü keçirirdi. Dünyada iqtisadçılardan bəziləri dünya iqtisadiyyatının yaranmasını bu dövrlə bağlayırlar. O dövrün təsərrüfatı dünya sistemi hesab edilirdi.

Bir qrup alimlər dünya iqtisadiyyatının yaranmasını böyük coğrafi kəşflərlə bağlayırlar. Qərbi Avropa ölkələrinin iqtisadi inkişafına mühüm təsir göstərmiş böyük coğrafi kəşflərin ictimai-iqtisadi və başqa ilkin şərtləri artıq XV əsrdə yaranmışdı. Böyük coğrafi kəşflər artan ticarət münasibətlərinin məntiqindən doğurdu. Eyni zamanda bu kəşflər Avropada kapitalist təsərrüfatının formalaşması və ilkin kapital yığımı prosesinə güclü təkan vermişdi. Böyük coğrafi kəşflərin başlıca iqtisadi səbəbləri və ilkin şərtləri Avropada əmtəə-pul münasibətlərinin güclənməsi ilə Şərqlə aparılan ticarətin daha da genişlənməsinə ehtiyacın artması idi. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri kimi ümumdünya bazarı yarandı və ümumdünya iqtisadiyyatı formalaşdı.

Bu işə giriş, 3 paraqraf, nəticə və ədəbiyyat siyahısı daxildir.

I. Dünya təsərrüfatının yaranması və inkişafı.

Dünya iqtisadiyyatının əsas faktoru kimi ticarətdə əsl çevriliş əmələ gəldi. Mühüm iqtisadi nəticələrdən biri də Avropada “qiymətlər inqilabı” nın baş verməsi idi. 1601-ci ildə İspaniyada qiymətlər 4,3 dəfə, İngiltərə və Fransada 2,5-3 dəfə artmışdı. XVI-əsrin ortalarında kənd təsərrüfatı məhsulları da daxil olmaqla qiymət yüksəlişi bütün sahələri əhatə etmişdi. Bu dövrdə müstəmləkəçilik sisteminin əsası qoyuldu. Amerika, Afrika və Asiya qitələrində Avropa ölkələrinin qarətçilik siyasəti Qərbi Avropa ölkələrinin iqtisadiyyatının qurulmasında əsas maliyyə mənbələrindən biri olmuşdur.

Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu. XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu. XIX əsrin sonu XX əsrin əvvəllərində dünya iqtisadiyyatında sürətli inkişafı ilə seçilən ölkələr ABŞ və Almaniya olmuşdur. Bu ölkələr sənaye istehsalının ümumi həcminə görə İngiltərə və Fransanı qabaqlayırdı. Artıq bu dövrdə ABŞ dünyada birinci sənaye dövlətinə çevrilmişdi.

Lakin müasir dünya təsərrüfatı XX əsrin əvvəllərindəki səviyyədən çox-çox irəli getmiş və inkişaf etmişdir. İndi dünya iqtisadiyyatı daha vahid və bütöv xarakterə malikdir. Belə ki, müasir dünya iqtisadiyyatında sənayecə inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin, yeni sənaye ölkələrinin, keçid dövrü yaşayan ölkələrin iqtisadiyyatları əks olunur və qlobal dünya iqtisadiyyatı formalaşır. Qloballaşma beynəlxalq əmək bölgüsü və istehsalın beynəlmiləl xarakteri ilə səciyyələnir və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır.

Dünyada mövcud olan hər bir ölkə bu və ya digər xüsusiyyətləri özündə əks etdirməklə bir-birindən sosial-iqtisadi quruluş, inkişaf səviyyəsinə, təbii ehtiyatlarla zənginliyinə, iqtisadi strategiyaya və s. görə fərqlənirlər. Dünya ölkələri cəm halda, qarşılıqlı fəaliyyətdə, beynəlxalq əmək bölgüsü əsasında mövcuddurlar və inkişaf edirlər.

Dünya iqtisadiyyatı beynəlxalq əmək bölgüsü sistemi əsasında yaranan milli təsərrüfatların iqtisadi və siyasi münasibətlərinin məcmusu olmaqla, bu təsərrüfatlar arasında hərtərəfli əlaqəyə əaslanan beynəlxalq iqtisadi münasibətlər sistemidir.

Dünya iqtisadiyyatı iqtisadi və siyasi kateqoriya olmaqla vahid bir sistem təşkil edir. Bu sistem müəyyən nizama və qaydaya əsaslanmaqla ümumi bir məqsədə xidmət edir. Dünyada mövcud olan ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar və transmilli kompaniyalar dünya iqtisadiyyatının subyektlərini təşkil edir.

Dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dünya ölkələri özlərinin müvafiq ehtiyatları olmadan cəmiyyətin tələbatını daha dolğun ödəmək istəyirlər. Eyni zamanda ölkələr iqtisadiyyatın səmərəli strukturunu fəallaşdırmaq, müasir texnika və texnologiyaya yiyələnmək, mütərəqqi təsərrüfatçılıq və idarəçilik təcrübəsi qazanmaq istəyirlər. Bu problemlərin həlli ilə yanaşı bu ölkələr özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar. Bu baxımdan Azərbaycan respublikasında həyata keçirilən sosial iqtisadi siyasətin strateji istiqamətlərindən biri də ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiya olunmasını təmin etməkdir.

İqtisadiyyat sahəsində yaranan münasibətlər isə mütləq maddi-iqtisadi dəyərlərlə izah edilir. Məsələn, mülkiyyət münasibətləri ilk növbədə istehsal vasitələrinın kimə mənsub olması ilə xarakterizə edilir. İstehsal vasitələrinin sahibi olan hər bir kəs ondan istifadə etmək, sərəncam vermək hüququna malikdir. Həmin sahibkarlıq (torpaq sahibi də) ona imkan verir ki, о müəyyən adamları işə cəlb etsin, istehsal prosesinə başlasın. İstehsal vasitələrinin sahibi olduğu üçün istehsal edilmiş məhsullar da ona çatır. İşçilər isə ondan əmək haqqı alırlar. Beləliklə, sahibkarlar ilə işçilər arasında iqtisadi (istehsal) münasibətlər yaranır.
II. Dünya təsərrüfatı və əhali problemi.

Onu da qeyd etməliyik ki, dünya təsərrüfatının müasir şəraitində bir çox qlobal problemlərin həllində dünya dövlətlərinin ümumi gücünün səfərbər edilməsi, beynəlxalq həyatın qlobal prinsiplərlə tənzim edilməsi daha geniş xarakter alır.

Dünya təsərrüfatındakı bu bütövlük və vahidliklə yanaşı müəyyən daxili ziddiyyətlər də mövcuddur. Bunlardan:

1. İqtisadi inkişafdakı üç mərkəz və dünyanın üç regionu arasında olan ziddiyyət. Burada Qərbi Avropa, ABŞ və Yaponiya və eləcə də NAFTA (Şimali Amerika Azad Ticarət Zonası). Aİ və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (1989-cu ildə yaradılıb, 19 ölkəni özündə birləşdirir) ölkələrinin dünya bazan uğrunda gedən rəqabət mübarizəsi nəzərdə tutulur.

2. İkinci qrup ziddiyyət «şimal» və «cənub» ölkələri 1 arasında olan ziddiyyətdir. «Şimali» dedikdə inkişaf etmiş sənaye ölkələri, «cənub» adı altında isə inkişaf etməkdə olan ölkələr nəzərdə tutulur. Burada olan ziddiyyətlərin əsas məzmunu ondan ibarətdir ki, inkişaf etməkdə olan ölkələrin bəziləri (ilk növbədə yeni sənaye ölkələri) bir çox iqtisadi göstəricilərə görə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmışlar və bununla da dünya təsərrüfatında müəyyən mövqe tutmağa çalışırlar.

3. Üçüncü qrup ziddiyyətlər «qərb» və «şərq» ölkələri arasinda olan ziddiyyətlərdir. «qərb» ölkələri dedikdə yenə də inkişaf etmiş sənaye ölkələri, «şərq» dedikdə isə keçmiş sosializm sistemi ölkələri nəzərdə tutulur.

Bu ziddiyyətin əsas məzmunu ondan ibarətdir ki, dünya sosialist sisteminin dağılmasınadək həmin ölkələr nisbətən qapalı həyat tərzi keçirdikləri halda, hazirda fəal surətdə dünya bazarina çixmağa çalişirlar, ailəyə daxil olurlar. Sənayecə inkişaf etmiş ölkələr isə bu kimi ölkələrin rəqabətə qoşulmasına maneəçilik göstərirlər.

4. Dördüncü qrup ziddiyyətlər yeni sənaye ölkələri ilə inkişaf etmiş ölkələr arasinda olan münasibətlərə aiddir. Bəzi yeni sənaye ölkələri dünya bazarında öz nüfuz dairələrini artirmağa çalışırlar. Həmin ölkələrlə inkişaf etməkdə olan ölkələr arasinda da müəyyən ziddiyyətlər mövcuddur.

Onu da qeyd etməliyik ki, bütün bu kimi ziddiyyətlər heç də dünya təsərrüfatının bütövlüyünü pozmur, əksinə daha yeni nailiyyətlərə gətirib çıxarır:

- daha böyük - ümumdünya əhəmiyyətli korporasiyaların yaranması baş verir. TMK və TMB-lar ümumdünya təsərrüfatının əsas quruluş elementlərinə çevrilirlər;

- rəqabətlərin kəskinləşməsi ümumdünya əməkdaşlığına çevrilir;

- ümumdünya təsərrüfatı keyfiyyətcə yeni beynəlmilləşmə səviyyəsinə qalxa bilir. Bu da əsasən iki istiqamətdə baş verir:

a) vahid qlobal bazarın yaranması;

b) regional iqtisadi inteqrasiya blokunun yaranması.

Ümumiyyətlə, münasibət dedikdə tərəflər arasında yaranan hər hansı bir əlaqənin, ünsiyyətin daha yetkin formada ifadəsi nəzərdə tutulur (C.K.). Deməli fərdi şəxslər, müəssisələr, təşkilatlar, dövlətlər arasında müəyyən əlaqələr təsadüfi deyil, sabit və təkrar olunandırsa və qanunauyğun ictimai-iqtisadi, siyasi, mənəvi əsasa söykənirsə, bu, münasibətə çevrilə bilir.

Məsələn, adicə yoldaşlıq münasibətləri, qonşuluq münasibətləri, tələbəlik münasibətləri, ailə münasibətləri heç də təsadüfi bir görüşün, ötəri əlaqələrin nəticəsi kimi formalaşmır. Sabit və təkrarlanan əlaqə və ünsiyyətlərin, danışıqların, daxili inamın məhsulu kimi yaranır. Aydındır ki, bu münasibətlərin arxasında qonşuluq, qohumluq, eyni bir tədris sahəsində oxunmaq, eyni nəqliyyatla getmək, bir yerdə dərsə hazırlaşmaq və s. kimi xalis mənəvi, psixoloji, insani (bəlkə də məişət xarakterli) dəyərlər dayanır.

Bu kimi münasibətlər milli çərçivədə yarandığı kimi beynəlxalq miqyasda da yaranır. Beynəlxalq iqtisadi münasibətlər iqtisadi münasibətlərin milli çərçivədən beynəlxalq miqyasa yüksəlməsini əks etdirir. Deməli, beynəlxalq iqtisadi münasibət (BIM) dedikdə, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı baxımından milli dövlətlərin təsərrüfat subyektləri arasındakı qarşılıqlı fəaliyyət nəzərdə tutulur.

Ümumiyyətlə, iqtisadi münasibət olmaqla beynəlxalq iqtisadi münasibət də insan fəaliyyəti dairəsinə daxil olub, ictimai-iqtisadi inkişafın ümumi qanunauyğunluqları ilə müəyyən edilir.

Burada ayrı-ayrı ölkələr arasında yaranan böyük inteqrasiya birlikləri, ticarət əlaqələri, maliyyə münasibətləri, istehsal amillərinin hərəkəti, təsərrüfat subyektlərinin qarşılıqlı fəaliyyəti və s. proseslər milli çərçivədən beynəlxalq miqyasa yüksəlir və beynəlxalq iqtisadi münasibətləri əks etdirir.

Deməli, bütövlükdə dünya iqtisadiyyatının və onun ayrı-ayrı ünsürlərinin fəaliyyəti prosesində baş verən qarşılıqlı əlaqə və asılılıqları öyrənir.

Daha doğrusu, ayrı-ayrı milli dövlətlər arasındakı elmi-texniki əlaqələr, istehsalın idarə edilməsi, kommersiya, valyuta-maliyyə və pul-kredit əlaqələri və eləcə də beynəlxalq təşkilatının fəaliyyəti BİM-in predmetini təşkil edir.

Dünya ticarətində böyük dövlət olmaqla. İkinci Dünya Müharibəsindən qələbə ilə çıxmış Amerika yeni iqtisadi nizam yaradılması üsulunu təklif edirdi.

Əlbəttə Amerika ilk növbədə öz nüfuzunu artırmağı nəzərdə tuturdu.

Sonralar ayrı-ayn ölkələr qapalı vəziyyətdən çıxdıqca başqa ölkələrlə iqtisadi əlaqələr, о cümlədən ticarət əlaqələri genişlənmişdir. Açıq iqtisadiyyat dedikdə, ticarət azadlığı barədə müəyyən məqsədli, bir tərəfli cəhət deyil, daha geniş dünya iqtisadi əlaqələrinin beynəlmiləlləşməsi nəzərdə tutulur. Açıq iqtisadiyyatın formalaşmasına aşağıdakı amillər təsir edir:

1. Əlbəttə açıq iqtisadiyyatın formalaşmasında dövlətin böyük rolu vardır. O, ilk növbədə xarici istehsala - əmtəə və xidmətlərin ixracına stimul yaradır, xarici müəssisələrlə şərikli şirkətlər yaranmasına köməklik edir. Xaricdən kapital, texnologiya, işçi qüvvəsi, informasiya axını üçün möhkəm hüquqi əsas yaranır.

2. Açıq iqtisadiyyatın sürətlənməsinə transmilli şirkətlərin fəaliyyəti çox təsir edir. Transmilli şirkətlər yeni bazarlar ələ keçirməyə səy göstərməklə başqa ölkələrdə çoxlu filiallar yaradır, bu ölkələrdəki himayəçilik sərhədlərini keçir. Beləliklə, beynəlxalq iqtisadi mübadiləni beynəlmiləlləşdirirlər.

3. Milli iqtisadiyyatın açıqlığında və əhalinin səfərbərliyinin artmasında XX əsrin ikinci yarısında nəqliyyat və informasiya vasitələri əlaqələrindəki tərəqqi də böyük rol oynamışdır. Ardıcıl olaraq ticarət-iqtisadi. valyuta-maliyyə maneəçilikləri aradan qaldırılır.

Beynəlxalq mübadilənin sərbəstləşdirilməsi, milli iqtisadiyyatın xarici aləmə şəraitə uyğunlaşmasını asanlaşdırır və onun beynəlxalq əmək bölgüsünə qoşulmasma şərait yaradır.

1960-cı illərdən açıq iqtisadiyyat yaradılması prosesi bəzi inkişaf etməkdə olan ölkələrdə yayılmağa başlamışdır. 1980-ci illərin əvvəllərindən Çin dövləti bu siyasətə tərəfdar olduğunu bəyan etmişdir.

A.Smit 1776-cı ildə yazdığı «Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat» əsərində bir çox problembrlə yanaşı ticarət azadlığı məsəbsinə də çox yer vermişdir. O, İngiltərənin bütün xarici ticarət siyasətini tənqid etmiş və xarici ticarət azadlığı üçün proqram işləyib hazırlamışdır.

XIX əsrdə ingilis sənaye burjuaziyasının bayrağına çevrilmiş olan «fritrederçilik» belə yaranmışdır.

«Açıq iqtisadiyyat» isə əmtəə ticarəti ilə yanaşı, istehsal amillərinin hərəkətini, informasiya, milli valyutaların dəyişdirilməsi və s. özündə əks etdirir.

Açıq iqtisadiyyat avtarkiya siyasətinin yəni dünya bazarından asılı olmamaq, iqtisadiyyatın özü-özünü təmin etmək və öz gücünə arxalanmağın əksinədir. Açıq iqtisadiyyatın bərqərar olması dünya təsorrüfatının obyektiv meyli hesab olunur. Açıq iqtisadiyyat birgə müəssisələrin, azad sahibkarlıq fəaliyyəti zonasıııın yaradılmasını, bir çox baxımdan xarici ticarət üzərində dövlət inhisarçılığının ləğv edilməsini və s. nəzərdə tutur. Bunun üçün ilk növbədə ölkədə əlverişli investisiya şəraiti olmalıdır. Xaricdən kapital, informasiya, texnologiya və s. gəlməsinə imkan yaranmalıdır.

Onu da qeyd etməliyik ki, ABŞ-ın 15,5%-ə bərabər olan xarici ticarət dövriyyəsinin həcmi mütləq mənada İngiltərə, Fransa və İtaliyanın birlikdə xarici ticarət dövriyyəsindən artıqdır.

Deməli, bu göstəricilər mütləq-hakim deyildir və həqiqi reallığı о qədər də dəqiq göstərmirlər. Açıq iqtisadiyyat səviyyəsinə və beynəlxalq iqtisadi münasibətlərin səviyyəsinə ölkənin daxili bazarının həcmi, onun iqtisadi inkişaf səviyyəsi və eləcə də bu ölkənin beynəlxalq istehsaldakı rolu təsir edir.
III. Dünya təsərrüfatı və onun yarımsistemlərinin göstəriciləri.

Hər hansı bir öyrənilən obyektin vəziyyətini müxtəlif istiqamətlərdə təhlil etmək olar və bu zaman qarşıya qoyulan məqsəddən və təhlilin çərçivəsindən və dərinliyindən asılı olaraq müxtəlif göstəricilər sistemindən istifadə edilir. Ölkələrin, regionların və dünyanın iqtisadi vəziyyətinə iriləşdirilmiş şəkildə (yəni məsələləri xırdalamadan) qiymət verilməsinə dünya təcrübəsində çox tez-tez rast gəlmək olar. Bu zaman makroiqtisadi göstəricilərdən istifadə edilir. Belə göstəricilərdən ən başlıcası ümumi milli məhsul (ÜMM) və yaxud da ümumi daxili məhsul (ÜDM) göstəricisidir.

ÜMM (ÜDM) göstəricisindən dünya miqyasında iqtisadi inkişafa qiymət vermək üçün geniş istifadə edilir. Bu gösrərici son ictimai məhsuldar və adətən bir il ərzində baxılan obyektin son nəticəsini göstərir. İqtisadi təhlildə bu göstərici ayrı-ayrı ölkələr, regionlar, ölkə qrupları və planet üçün tam şəkildə hesablanır. Məqsəd - baxılan obyektdə iqtisadiyyatın inkişaf sürətinə qiymət verməkdir. Hər iki göstəricinin istehsal olunan həcmini və istifadə edilən həcmini hesablamaq olar.

İstehsal edilən ÜDM mahiyyətcə bu və ya digər ölkənin ərazisində yerləşən və kimə məxsus olmasından asılı olmayaraq fəaliyyət göstərən bütün müəssisələrin bir ildə istehsal etdikləri əmtəə və xidmətlərini qəbul edilmiş qiymətlərlə son həcmidir. Son həcm material xərclərini özündə əks etdirmir və əslində bütün sahələr üzrə ödənilən əmək haqqının, mənfəətin və amortizasiyanın cəmi kimi hesablanır. Əslində bu bütün sahələrdə istehsal edilən əlavə dəyərlərin cəmidir.

İstifadə edilən ÜDM isə mahiyyətcə ölkədə həyata keçirilən kapital qoyuluşlarının, istehlakın (əhalinin və dövlətin) və xarici iqtisadi əlaqələrin saldosunun cəmidir. Əslində bu millətin ümumi ictimai məhsuludur və dünya təcrübəsində müqayisəli təhlillərdə cox zaman bu göstəricidən istifadə edirlər. Qeyd edək ki, ÜMM-da ÜDM-in hesablama üsulu ilə hesablanır. Fərq ondadır ki, ÜDM hesablanarkən xarici iqtisadi əlaqələrin saldosu çixilir, ÜMM-a hesablandıqda isə bu saldo toplanır. Adətən bu iki göstərici arasında fərq çox kiçik olur. Lakin ABŞ və bir neçə digər ölkələrdə ÜMM-u xaricilərə məxsus olan müəssisələrin yatratdıqları əlavə dəyər daxil edilmir. Bu halda ÜMM-i hesablamaq üçün ÜDM-dən xaricilərin əldə etdikləri əlavə dəyəri çıxmaq və bu ölkənin vətəndaşlarının xaricdə əldə etdikləri əlavə dəyəri əlavə etmək lazımdır.

Bu iki göstəricilərdən başqa milli gəlir (MG) göstəricisi də hesablana bilər. MG-in hesablanma üsulu da ÜDM-in hesablanması kimidir, MG-i tapmaq üçün ÜDM-dən amortizasiya ayırmalarının və dolayısı ilə tutulan vergilərin məbləği çıxılır, subsidiyaların məbləği isə əksinə ona əlavə edilir. Adətən vergilərin həcmi çox olur. Məlum oldugu kimi, vergilər pərakəndə satış qiymətlərinə daxil edilir və son istehlakçı tərəfindən ödənilir. Subsidiya əksinə, qiymətləri aşağı salır. Təcrübə göstərir ki, uzunmüddətli dövr üçün müqayisə etdikdə MG-in və ÜDM-in ümumi dəyişmə sürətləri demək olar kİ, eyni olur. Məhz buna görə də bütün dünya statistikasında çox zaman ÜDM göstəricisindən istifadə edilir.

ÜDM-in hesablanma metodologiyası göstərir ki, onun vasitəsi ilə ölkə və dünya iqtisadiyyatı haqqında ümumi vəziyyəti öyrənmək olar. Lakin burada qiymət amilini hökmən nəzərə almaq lazımdır . Cari qimətlərlə hesablanan ÜDM nominal ÜDM, hər hansı bir baza qəbul edilmiş dövrün dəyişməyən qiyməti ilə hesablandıqda isə o real ÜDM adlanır. Real vəziyyətləri tədqiq etmək və yanlış nəticələrin baş verməməsi üçün dünyanın ÜDM-i Amerika dolları vasitəsi ilə hesablanır.Ümumiyyətlə, məsələyə bu cür yanaşmaq metodoloji cəhətdən düzgün olsa da, ayrıayrı hallarda vəziyyəti tam aydınlaşdırmağa imkan vermir. ÜDM göstəricisinin yaxşılaşması iqtisadi inkişafın olduğunu, onun artım sürətinin dayanıqlığı ölkənin iqtisadi gücünu xarakterizə edir. Lakin ÜDM göstəricisi geniş və yaxud sadə təkrar istehsalın hansı xərclər hesabına başa gəldiyi, iqtisadi artımın intensiv və ya ekstensiv yolla baş verdiyi, iqtisadiyyatın strukturunun necə dəyişdiyi və s. haqda tədqiqatçıya heç bir məlumat vermir. Buna görə də dünya iqtisadiyyatına və onun yarımsistemlərinin iqtisadi inkişafına daha dərindən qiymət vermək üçün digər göstəricilərdən istifadə edilir.

Hər hansı bir ölkənin təsərrüfatında fəaliyyət göstərən sahələri onların istifadə etdikləri xammal və materialların xarakterinə görə üç qrupa bölmək olar: ilkin sahlərə, sonrakı sahələrə və üçüncü qrup sahələrə.İlkin sahələrə kənd təsərrüfatı ilə hasilat sahələri daxil edilir.Sonrakı sahələrə emal sənayesi, elektroenergetika və tikinti daxildir. Üçüncü adlanan sahələrə isə bir çox sahələr daxildir. Xidmət sferasına daxil olan sahələr, maliyyə, sığorta, təhsil, mədəniyyət, elm, tibbi sahələri və ənənəvi nəqliyyat, ticarət və rabitə sahələri belə sahələrdəndir.

Növbəti keyfiyyət göstəricilərindən biri istehsalın fond tutumudur.Bu göstəricisi əsas kapitalın dəyərini ÜMM-ə bölməklə hesablanır. Dünya təsrübəsi göstərir ki, bu göstərici müxtəlif dövrlərdə müxtəlif səviyyədə olub. Onun səviyyəsinə ən çox təsir göstərən amil iqtisadi artımın tipidir. İqtisadi artımın ekstensiv tipi üstünlük təşkil etdiyi mərhələlərdə fond tutumu yüksəlir, əksinə iqtisadi artım əsasən intensiv yolla baş verdikdə fond tutumu aşağı düşür. Bu göstərici sahəsində ABŞ keçən əsrin 20-ci illərinin ortalarından, Qərbi Avropa ilə Yaponiya isə 70-ci illərdə dönüş yarada bildilər və yüksək nəticə əldə etdilər.

Dünya iqtisadiyyatına qiymət verərkən fondtutumu göstəricisinin əksi olan fondverimi göstəricisindən də geniş istifadə edilir.



NƏTİCƏ

Dünya təsərrüfatının inkişafı prosesində üçüncü mərhələ birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin bitməsi arasındakı müddəti əhatə edir. Geniş planda bu mərhələ dünya təsərrüfat münasibətlərində əvvəlki 40 ildə əldə olunmuş bir çox nailiyyətlərin itirilməsi ilə xaraktertizə edilir. 1920-ci ildən sonra əksər ölkələrin sürətli inkişafına baxmayaraq, beynəlxalq maliyyə sistemindəki qeyri-sabitlik, dünyada geniş vüsət alan iqtisadi böhran əmtəə və kapital ixracının artım templərini aşağı saldı və dünya iqtisadiyyatının inkişafında böhran dövrü kimi xarakterizə olundu. 

1917-ci ildə baş verən çevriliş Rusiyanı dünya təsərrüfat sferasından çıxartdı. Beləliklə, dünya təsərrüfatı dünya kapitalist təsərrüfatı və dünya sosialist təsərrüfatı olaraq iki hissəyə bölündü. Bu proses nəticəsində elmi ədəbiyyata “Ümumdünya təsərrüfatı” anlayışı daxil oldu.

Dünya iqtisadiyyatının inkişafında dördüncü mərhələ ikinci dünya müharibəsinin bitməsi ilə 90-cı illərə qədər olan mərhələnin əhatə edir. Bu mərhələ BİM-in yenidən qurulması və ya xarici iqtisadi əlaqələrdə əvvəllər pozulmuş beynəlxalq iqtisadi intizamın bərpa olunması, malların, xidmətlərin və istehsal amillərinin ölkələr arasında hərəkətinin artması mərhələsi kimi xaraktertizə edilə bilər.

Dünya təsərrüfatının inkişafının beşinci müasir mərhələsinin başlanğıcı 90-cı illərin əvvəllərindən hesab edilir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında vahid ümumi birliyin xüsusiyyətləri məhz bu mərhələdə əldə olunmağa başlamışdır. Onun inkişafının əsas faktorları kimi SSRİ-nin dağılması və Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatı əsasında inkişafa keçməsi, dünyada inteqrasiya proseslərinin inkişafı, həmçinin dünya təsərrüfatının subyekti kimi beynəlxalq korporasiyaların rolunun artması çıxış edir.


ƏDƏBİYYAT SİYAHISI

  1. Dünya iqtisadiyyatı: müasir dövrün problemləri. (Monoqrafiya).Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2003.- 455 səh.

  2. Feyzullabəyli İ.Ə., İbişov E.İ.,İsrafilov H.A.Beynəlxalq ticarət işi. Dərslik. Bakı, 2001.

  3. Səmədzadə Z.Ə. Dünya iqtisadiyyatı. Çin “İqtisadi möcüzəsi”. Bakı, gənclik, 2001.

  4. Nuriyev C.Q. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. “Qanun”, Bakı, 2000.



Yüklə 46,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə