Semantik strukturu vә paradiqmalar


  Molla Nəsrəddin trikster kimi: müdrikliyin və mədəni



Yüklə 15,14 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix10.07.2017
ölçüsü15,14 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 
157 
Molla Nəsrəddin trikster kimi: müdrikliyin və mədəni 
qəhrəmanın parodiyası 
 
Qeyd etdiyimiz kimi, Müdrik Qoca arxetipinin trikster para-
diqması  kimi  Molla  Nəsrəddin  müdrikliyi  parodiya  edir,  hadisə 
və predmetlərə özünəməxsus izahlar verir. Burada dünyaya, onun 
müxtəlif obyektlərinə spesifik münasibət özünü göstərir. Eyni za-
manda  Molla  Nəsrəddin  mədəni  qəhrəman  kimi  mifoloji  dünya 
görüşün gerçəklikdəki əsas predmetlərinə münasibət bildirir, on-
ları  özünəməxsus  şəkildə  dəyərləndirir.  Xüsusilə  Ay,  Günəş,  ul-
duzlar və bürclərlə bağlı Mollanın verdiyi etioloji xarakterli şərh-
lər maraq doğurur. 
 Belə  mətnlərdən  birində  deyilir  ki,  “Bir  gün  bir  məclisdə 
Günəşin  nə  qədər  faydalı  olmağı  barədə  söhbət  gedir.  Hərə  bir 
cür  Günəşin  faydasından  danışır.  Bir  kənarda  oturan  Molla  söh-
bətə qulaq asıb, axırda deyir: 
-  Mən  bilmirəm  siz  niyə  tutubsunuz  bu  Günəşin  quyruğun-
dan. Mənə qalsa, Ay ondan faydalıdı. 
Soruşurlar: 
- Niyə? 
Molla deyir: 
-
 
 Çünki Günəş ancaq gündüz çıxır. Onun üçün də qaranlığa 
heç  bir  faydası  olmur.  Amma  Ay  gecələr  çıxıb  bütün  dünyanı 
işıqlandırır. İndi görün, Günəş faydalıdı, Ay (72, 241).  
Yaxud  Mollanın  bir  gecə  quyudan  su  çıxararkən  Ayı  suda 
görməsilə kəndiri salıb Ayı sudan xilas etməsi (11, 299) məsələ-
sində  də  Günəşə  və  Aya  Molla  Nəsrəddinin  mədəni  qəhrəmanın 
parodiyası  əsasında  bildirdiyi  münasibət  özünü  göstərir.  Bu,  əs-
lində, ilkin yaradılış anının, yaradılış düşüncəsinin parodik imita-
siyasıdır. F.Çolakın dediyi kimi, bu tipli nümunələrdə “Hoca ya-
radılışdakı məna üzərində düşüncəyə dalır ki, bu da geniş mənada 
yaradılış mifologiyasından başqa bir şey deyildir” (98,65-74).  
Mollanın doğulduğu bürclə bağlı olan lətifə də bu mexaniz-
mə əsaslanır: “Bir gün Molladan soruşurlar:  
- Molla, sənin taleyin hansı bürcdədir? 

 
158 
Molla cavab verir ki: 
-
 
 Keçi bürcündə. 
Deyirlər: 
- Ay Molla, keçi adlı bürc yoxdur axı. 
Molla deyir: 
- Uşaqlıqda atam deyərdi ki, mənim taleyim oğlaq bürcündə-
di.  İndi mən böyüyüb,  yekə kişi olmuşam. Yəqin ki, o da böyü-
yüb keçi olub də...” (72, 148).  
Və  yaxud  “Molla  bir  gün  bir  hacıleylək  tutub  ayaqlarını  və 
dimdiyini  kəsir,  sonra  götürüb  divarın  üstünə  qoyur,  çəkilib  kə-
nardan baxıb deyir: 
- Hə ... bax, indi düşdün quş həddinə” (72, 240).  
Göründüyü kimi, Molla Nəsrəddin düşüncəsində zamanın 
xronoloji ardıcıllığı pozulur, o öz yaşının dəyişməsi ilə bürcü-
nün də dəyişməsini deyir. O, trikster kimi tarixi və mifoloji za-
manı bir-birinə qarşı qoyur (İrəlidə bu məsələyə yenidən qayıda-
cağıq).  İkinci  lətifədəki  fəaliyyət  isə  eynilə  dünyanın  obyekt  və 
predmetlərini  yaradan  və  müəyyənləşdirən  mədəni  qəhrəman 
davranışını xatırladır. Molla  Hacıleyləyin  dimdiyini  və  ayaqla-
rını kəsməklə sanki onun formasını yenidən müəyyənləşdirir. 
Başqa  sözlə,  o,  axmaqlıq  kontekstində  ilkin  yaradılış  anını 
imitasiya  edərək  dünyanın  biostrukturuna  da  özünəməxsus 
şəkildə müdaxilə etmək hüququnu ortaya qoyur. Deməli, mə-
dəni  qəhrəmanın  “qanuni”  fəaliyyətini  də  gülüş  donu  ilə  pa-
rodiya edərək triksterlik edir.  
Müdrikliyin və bilginliyin parodiyası üzərində qurulan lətifə-
lərdə  Molla  Nəsrəddin  bəzən  alim  rolunda  çıxış  edərək  ona  ün-
vanlanan  sualları  cavablandırır.  Bir  neçə  variantı  olan  bu  məz-
mundakı  lətifələrdə  Molla  Nəsrəddinlə  alim  qarşılaşdırılır.  De-
yilir ki, başqa məmləkətlərin birindən Teymur Ləngin yanına bir 
alim  gəlir və onun ölkəsinin alimləri ilə  görüşmək istəyir.  Lakin 
alimlərdən heç kim onun qarşısına çıxmağa cəsarət etmir. Axırda 
Molla Nəsrəddin onun qarşısına çıxır. Beləliklə, sual-cavab başla-
yır. İlk olaraq yad alim bir dairə çəkir və Molla bu dairənin orta-
sında düz xətt çəkməklə onu yarıya bölür. Sonra dörd yerə bölə-

 
159 
rək üçünü özünə tərəf çəkir, birini alimə. Yad alim bundan sonra 
əlini arxası yerə doğru yumulu vəziyyətdə tutur və Molla barmaq-
larını  yerə  doğru  tutmaqla  cavab  verir.  Üçüncü  dəfə  alim  özünü 
işarə edərək yeyirmiş kimi göstərir, Molla isə cibindən bir yumur-
ta çıxarmaqla qollarını quş qanadı kimi çırpır (72, 135).  
Ciddi  və  komik  situasiyanın  qarşılaşdırıldığı  bu  lətifə  Müd-
rik Qoca arxetipinin iki tərəfini – müdriklik (ağıllılıq) və trikster-
lik  (axmaqlıq)  tərəflərini  bir  bütöv  kimi  təqdim  edir.  Qoyulan 
suallara Mollanın verdiyi cavablarla, əslində, müdrikliyin parodi-
yası həyata keçirilir. Özü-özlüyündə bu cavablar müəyyən məna-
da əsaslıdır, çünki Molla Nəsrəddin eyni zamanda şüur-təhtəlşüur 
sərhədlərini  pozaraq  metafiziki  məzmunlu  informasiyanı  təqdim 
etmə qabiliyyətinə malik olan obrazdır. Lakin bu cavablara izahı 
artıq həm lətifənin poetikasını, həm də Molla Nəsrəddinin trikster 
statusunu aydınlaşdırmış olur: “Molla deyir: 
-  Eh,  alim  ...  mən  də  elə  bilirdim  ki,  doğurdan  da  bir  dərin 
adamdır.  O  lap  sarsaq,  qarınqulunun  birisiymiş  ki...  əvvəl  yerdə 
bir dairə çəkib mənə dedi ki, ay indi burada bir tava qayğanaq ola 
idi. Mən də tez yarı bölüb tez dedim ki, hamısını sənə verməzlər, 
biz də varıq. Gördüm aşnam razı olmur. Tez bir də ortadan bölüb 
üç payını özüm götürdüm ki, “görməmişlik elərsən belə olar”. Ki-
şi  gördü ki,  qayğanaq  əldən gedəcək, razı  oldu. İkinci dəfə əlini 
göyə tutdu ki, “bir qazan plovla necəsən?” Mən də əlimi üzü aşa-
ğı tutub dedim: “üstündə qarası olsa yeyərəm”. Üçüncü dəfə qar-
nını mənə göstərib dedi: “yoldan gəlmişəm acam”. Mən də tez ci-
bimdən  yumurtanı  çıxartdım  ki:  “canın  üçün  mən  özüm  səndən 
acam, özü də cibimdə bircə dənə yumurta var, heç üz vurma, verə 
bilməyəcəyəm” (72, 136). 
Göründüyü kimi, Mollanın verdiyi cavabların izahı qarşımız-
da  tamamilə  yeni  bir  mənzərə  açır.  Yad  alim  dünya,  Yer  kürəsi, 
bitkilər, quşlar haqqında danışır, Molla Nəsrəddin isə hər şeyi ye-
məklə, qidayla əlaqələndirir. Qavrilovun qeyd etdiyi kimi, trikster 
“çox  zaman  tamahkarlığın  hiperseksuallıq  və  acgözlüklə  ifadə 
olunmuş  açıq-aydın  cizgilərinə  sahibdir”  (137).  Beləliklə,  müd-
riklik  və  axmaqlığın  qarşılaşdırıldığı  bu  lətifədə  Müdrik  Qoca 

 
160 
arxetipinin  trikster  paradiqması  olan  Molla  Nəsrəddini  acgözlü-
yün ifadəsi kimi  yalnız yemək düşündürür və suallara cavabı da 
bunu nəzərdə tutmaqla verir.  
Eyni zamanda Mollanın su çatmadığı üçün sağ ayağı üstə na-
maz  qılarkən  “Sol  ayağımın  əbdəsti  yoxdur”  deməsi  (137,  301), 
insanların bəzilərinin o yana, bəzilərinin bu yana nə üçün getməsi 
sualına “Əgər hamı bir tərəfə getsəydi, dünyanın müvazinəti pozu-
lardı, məhv olardı” (137, 300) cavabı verməsi, Göydəki ulduzların 
sayının nə qədər olmasına “Vallah eşşəgimin canında nəğərtə tük 
variysə oğarta yulduz var” (11, 294) deməsi, eləcə də arvadı çayda 
paltar  yuyarkən  quzğunun  sabunu  aparmasını  “Ay  arvad,  nə 
qiyamət qoparırsan. Varsın aparsın. Onun üstü bizdən kirlidi” (11, 
288)  kimi  izah  etməsi  və  s.  tipli  cavab-davranışlar  Molla  Nəs-
rəddinin  müdrik  ağsaqqal  kimi  özünəməxsus  izahlar  verməsi,  si-
tuasiyadan çıxış nöqtəsi tapması (yuxarıda da əsaslandırdığımız ki-
mi,  trikster  yenilikçi  və  dəyişdiricidir.  Molla  Nəsrəddin  də  triks-
terlik  hesabına  kritik  situasiyalardan  xilas  ola  bilir.  Belə  məqam-
larda  onun  tərəfindən  verilən  bütün  izahlar  triksterlik  zonasından 
qidalanır ki, bu da düşüncənin yeni formasını ortaya qoymuş olur), 
daha geniş mənada desək, müdrikliyin parodiyası ilə bağlıdır. 
Molla  Nəsrəddin  mədəni  qəhrəmanı  aşağıdakı  səviyyələrdə 
parodiya edir: 
a) Qəhrəman-trikster oppozisiyasının at-eşşək paradiqması 
Qeyd  etdiyimiz  kimi,  Molla  Nəsrəddin  (mədəni)  qəhrəmanı 
bütün səviyyələrdə parodiya edir. Bəlli olduğu kimi, Molla Nəsrəd-
din  lətifələrində  Mollanın  ayrılmaz  tərkib  hissələrindən  biri  məhz 
onun ulağıdır. Mifoloji şüurda qəhrəmanla atı arasında olan bağlı-
lığın parodik variantı kimi Molla Nəsrəddinlə ulağı arasında ciddi 
əlaqə  vardır.  Eposlardan  bəlli  olduğu  kimi,  Qazan  xanın,  Bamsı 
Beyrəyin,  Koroğlunun  qəhrəman  kimi  fəaliyyətində  onların  atları-
nın mühüm rolu vardır. Hətta bəzi məqamlarda at igidin qardaşı və 
ya mifoloji mənada özü kimi xarakterizə olunur. Qəhrəmanı bütün 
səviyyələrdə parodiya edən Molla Nəsrəddinin də ulağı daim onun 
yanında olur. Lətifələrdə bu konteksti ifadə edən maraqlı məqamlar 
vardır. Əslində, lətifə poetikası daxilində Molla Nəsrəddinin eşşəklə 

 
161 
bir yerdə təsvir olunması mədəniyyətdə “eşşək” semanteminin daşı-
dığı bütün məna səviyyələrini ehtiva edir. Əgər biz mədəni konteks-
tdə “eşşək” semanteminin məna çalarlarına nəzər salsaq görərik ki, 
eşşək  hərfi  mənada  ev  heyvanının  adı  olmaqla  bərabər,  məcazi 
anlamda insana yönəldilmiş mənfi çalarlı təyinləri də ifadə edə bilir. 
Bu  halda  eşşək  “gec  anlayan”,  “qaba”,  “kobud”,  “davranışlarında 
ətrafdakıları  nəzərə  almayan”  və  s.  mənaları  ifadə  edir.  Eyni 
zamanda  eşşək  “əzabkeş”,  “əməkcil”  və  s.  kimi  semantikaları  da 
içinə ala bilir. Həmçinin aqillərin və yaşlı ağsaqqalların da əsas mi-
nik  vasitəsi  eşşəkdir.  Bu  prizmadan  baxdıqda  Molla  Nəsrəddin  və 
eşşək semantemləri üçlü məna bucağı meydana çıxarır:  
 
Nəsrəddin 
Molla
 
 
Eşşək
 
 
Bu  məna  üçbucağına  nəzər  yetirdikdə  Molla  Nəsrəddin 
obrazının parodoksal semantikası aydın olur. Obrazın adı Nəsrəd-
dindir. Üçbucağın digər iki tərəfində molla və eşşək semantemləri 
dayanır. Öndə də izah etdiyimiz kimi, molla bizim yaddaşımızda 
müəllim,  öyrədən,  din  xadimi  mənalarını  ifadə  edir.  Eşşək  isə 
gülüş  emosiyasında  təqdim  olunan  Nəsrəddinin  davranışının 
mifopoetik semantikalarından biridir. Bu halda ortaya çıxan mən-
zərə  ondan  ibarətdir  ki,  Nəsrəddin  həm  anlayan,  öyrədən,  bilici 
(molla) statusunu, həm də anlamayan, öyrənməyən, dərk etməyən 
(eşşək)  statuslarını  bərabər  şəkildə  ehtiva  edir.  Elə  bu  düzüm 
obrazın triksterik strukturunu təqdim etmiş olur. 
Qeyd  etdiyimiz  kimi,  Molla  Nəsrəddin  trikster  kimi  bütün 
səviyyələrdə  qəhrəmanın  parodik  strukturunu  təcəssüm  etdirir.  Bu 

 
162 
məqamda o, igidliyi, alp-ərənliyi yamsılayır ki, bununla da onun bu 
mənaların  tam  əksində  durduğu  ortaya  çıxır.  Məs.,  Teymurləngin 
israrı  ilə  müharibəyə  getməli  olan  Molla  Nəsrəddin  bir  kaman 
götürüb eşşəyinə minir və döyüşə gedir. Heç özüylə ox da götürmür 
(72, 25). Yaxud bir neçə nəfərlə at minib səfərə çıxan Molla səhər 
oyananda atını tanıya bilmir və “Quldurlar gəlir, tez olun, qaçaq!” 
deyir.  Hər  kəs  öz  atına  minir  və  Molla  tələsdiyindən  atını  tərsinə 
minir. Yoldaşları ona güləndə Molla cavab verir ki, “- Xeyr, mən 
qorxub-eləməmişəm. Özü də lap düzünə minmişəm. Görünür ki, at 
özü  quldurlardan  qorxub,  mən  minəndə  tərsinə  dayanıbmış”  (72, 
238).  Eləcə  də  bir  gün  Teymur  Molladan  soruşur  ki,  “Molla,  heç 
ömründə ox atmısanmı?”. Molla atmamışam deməyə utanıb: - Mən 
çox  yaxşı  nişançı  idim.  İndi  qocalmışam,  daha  atmıram”  deyir. 
Nəhayət,  məcbur  olan  Molla  birinci  oxu  atır,  hədəfdən  yan  keçir. 
Tez  deyir  ki,  sizin  “sərkərdə  bax  belə  atır”  deyir.  İkinci  də  belə 
olduqda sizin müşavir də “bax belə atır” deyir. Axırda oxlardan biri 
hədəfə dəyir və “Bax Molla Nəsrəddin də belə atır” deyir (72, 33). 
Birinci lətifədə Molla döyüşə oxsuz və eşşəklə gedir, ikincidə 
atı tərsinə minir, üçüncüdə isə özünəməxsus şəkildə ox atır. Bü-
tün bunlar qəhrəmanın parodik imitasiyasıdır ki, bununla da Molla 
Nəsrəddin qəhrəman və yalançı qəhrəman arasında hərəkət edir. 
Maraqlıdır ki, professor Ə.Cəfəroğlu Molla Nəsrəddin obrazını 
təhlil edərkən bu məqamı bir qədər poetik şəkildə olsa da, çox dəqiq 
ifadə etmişdir: “Birinci atlı cəngavər tipi qan tökən, sərhəddən sər-
hədə at çapan, ölkələr fəth edən savaşçı, ikinci eşşəkli cəngavər isə 
xalq arasında dolaşan, sönmüş ruhlara can qatan, nəşə verən bir in-
san tipi idi. Hər ikisi silahlı idi. Birinin silahı ox və mizraq, ikincisi-
ninki yerinə görə dadlı, yerinə görə zəhərli, acı dili idi” (94, 19-26). 
b)  Qəhrəman-trikster  oppozisiyasının  at-öküz  paradiq-
ması 
Lətifələrdə Molla Nəsrəddin qəhrəman və at qoşasına paralel 
olaraq (yalançı) qəhrəman və eşşək, öküz və s. cütlükləri də ifadə 
edir: “Teymurləng bir gün Mollanı cıdırda iştirak etmək üçün də-
vət edir. Molla öküzünü çullayır, ağzına da bir yüyən vurub mey-
dana gəlir. Teymurləng Mollanı belə görüb deyir: 

 
163 
- Ay Molla, öküz də at ilə ayaqlaşa bilər? Bunu niyə minib-
sən? 
Molla deyir: 
-  Vallah, çoxdandır ki,  minməmişəm,  amma çər dəymiş  bu-
zov vaxtında elə yaman qaçağan idi ki, at nədi, heç quş da onunla 
ayaqlaşa bilmirdi” (72, 37). Burada da Molla Nəsrəddin atla ökü-
zü  bərabər  tutmaqla  triksterik  təbiətini  nümayiş  etdirmiş  olur. 
Başqa sözlə, mifoloji qəhrəmanın tərkib hissəsi olan at triksterin 
davranış təqdimatında öküzlə əvəz olunur. Müvafiq olaraq at mi-
foloji qəhrəmanın, öküz isə triksterin semantik təyinatına çevrilir.  
c)  Qəhrəman-trikster  oppozisiyasının  qızılquş-qarğa 
paradiqması 
Qeyd etdiyimiz kimi, Molla Nəsrəddin qəhrəmana məxsus bü-
tün  hərəkət  və  komponentləri  parodik  strukturda  təqdim  edir.  O, 
ənənəvi  yaddaşda  qəhrəmanın  ova  çıxarkən  istifadə  etdiyi  və  ya 
qəhrəmana məxsus olan qızılquş detalının parodik variantını – qar-
ğanı təqdim edir. Bu davranışı ilə Molla, belə demək mümkünsə, 
yaddaşa, ənənəyə yeni prizmadan ekvivalentlər (zahirən paradoks) 
sərgiləyir:  “Bir  gün  Teymurləng  Mollanı  şikara  dəvət  edir.  Qasid 
xəbər  gətirir  ki,  Molla  bu  saat  gələcək.  Gözləhagözlə,  bir  də  ba-
xırlar ki, Molla əlinin üstündə bir qarğa, budur gəlir. Teymurləng 
Mollanı belə görəndə özünü saxlaya bilməyib gülür ki: 
– Ay Molla, bu qarğa nədir? Yoxsa qarğa ilə şikara getmək 
istəyirsən? 
Molla: 
– Nə olar ki? 
Teymur: 
– Axı qarğa şikar eliyə bilməz. 
Molla: 
– Edər. Lap yaxşısından edər. Mən elə qarğalar tanıyıram ki, 
qızılquşdan yaxşı şikar eləyir, özü də quşa nədi ki, lap adama cu-
murlar. Sonra saray adamlarını göstərib deyir: 
– Bir dön ətrafına bax!” (72, 35).  
Göründüyü kimi, Molla Nəsrəddin gülüş zəminində ova qar-
ğa  ilə  çıxmaq  fikrini  ifadə  edir.  Təbii  olaraq,  bu  məzmun  sosial 

 
164 
planda saray adamları, yüksək təbəqə ilə rəiyyət, aşağı kütlə ara-
sındakı  münasibətin  ironik  şəkildə  ifadəsini  də  təcəssüm  etdirir. 
Lakin mifopoetik anlamda Molla Nəsrəddin məhz qəhrəmanı təq-
lid  edir,  ona  parodik  ekvivalent  yaradır.  Yəni  qəhrəmana  və  ya 
qəhrəmanlığa  məxsus  keyfiyyətlərin  tərs  üzünü  göstərmiş  olur. 
Başqa sözlə ifadə etsək, burada gülüşə səbəb olan hərəkət və de-
tallar, əslində mədəniyyətdə, şüurda qəlibləşmiş, daşlaşmış streo-
tiplərin,  ənənəvi  modellərin  inkarı,  ona  alternativlərin  təqdimi 
hesabına  başa  gəlir.  Bu  isə  bizə  ikinci  tərəflərə  müvafiq  olaraq 
birinci tərəfləri bərpa etməyə imkan verir.  
ç)  Qəhrəman-trikster  oppozisiyasının  gözəl-çirkin  para-
diqması 
Ənənəvi modellərdən bizə bəllidir ki, nağıl və dastan qəhrə-
manı həmişə ən gözəl qızla evlənir. Mətnlərdə həmin şəxslər xü-
susi  ifadə və  təsvir vasitələri ilə  təqdim olunurlar: “...sərv ağacı-
nın altında maralmisal bir qız yüz naz-qəmzə ilə dayanıb. Qaşlar 
kaman,  gözlər  qara,  burun  hind  fındığı,  sinə  Səmərqənd  kağızı” 
(7, 9) və  ya “paçcah qızı görən kimi bir ox qızın iki qaşının ara-
sınnan qurtarıp dəydi paçcahın ürəyinin başınnan. Paçcah bıyılmı 
ölmüş,  bildirmi  yıxılıb  ürəyi  getdi”  (19,  76)  və  s.  Qəhrəmanın 
mübarizə apardığı və sonda qovuşduğu xanımlar məhz xüsusi gö-
zəlliyə malikdirlər.  
Molla Nəsrəddin lətifələrində isə paradoksal quruluş bu mə-
qamda da özünü göstərir. Molla özü çirkin, bədsifət olduğu kimi, 
onun  evləndiyi  qadınlar  da  həmişə  çox  eybəcər  və  qüsurludur: 
“Molla Nəsrəddin günlərin birində evlənib, bir qıçı çolaq, bir gö-
zü kor, dişləri tökülmüş, keçəl, qozbel bir arvad alır. Haman  ar-
vadı tanıyan dostlarından biri soruşur ki: 
– Molla, bu çolaq arvadı niyə aldın? 
Molla deyir: 
– Çolaq yaxşıdır, qardaş! Çox gəzməz. Qaxılıb oturar evdə. 
– Yaxşı, axı gözünün də biri kordur. 
– Baxma, o da yaxşıdır. Tutduğum işlərin yarısını görər, ya-
rısını yox. 
– Bəs dişləri? O da yoxdur axı. 

 
165 
Molla deyir: 
– Eh, onsuz da evdə yeməyə bir şey tapılmır. 
– Keçəlliyinə nə deyirsən? 
– Keçəl yaxşıdır, mənim o qədər pulum harda idi ki, həftədə 
bir girvənkə xına alam. 
– Yaxşı, Molla, bəs bu qozbelliyinə nə sözün var? 
Molla deyir: 
- Sən də qəribə, insafsız adamsan ha... Deyirsən bu zalım qı-
zının heç bir eybi olmasın?” (72, 161). Demək olar ki, mətnlərin 
əksəriyyətində  Mollanın  arvadı  çəpgöz,  kifir,  çirkin  və  s.  kimi 
təsvir  olunur.  Bu  fakt  da  Molla  Nəsrəddin  obrazının  triksterik 
strukturunu tamamlayan detaldır.  
Mədəni  qəhrəmanın  trikster  oppozisiyasını  təqdim  edən  pa-
radiqmalara  Müdrik  Qoca  arxetipinin  obraz  paradiqmaları  olan 
dərviş, seyid və b. ilə olan oppozisiyalar da daxildir. Molla Nəs-
rəddin dərviş, seyid, axund, qazı, molla kimi subyektlərlə də op-
pozisiyadadır. Təbii ki, bu semantikanın sosial-ictimai, etik-əxla-
qi səviyyələrdə məzmun çalarları da vardır. Lakin məsələnin əsa-
sında məhz mədəni qəhrəman və trikster oppozisiyası dayanır.  
d)  Qəhrəman-trikster  oppozisiyasının  seyid-Molla  Nəs-
rəddin paradiqması. 
Digər  bir  araşdırmamızda  da  əsaslandırdığımız  kimi,  Müdrik 
Qoca arxetipi mədəniyyətdə çoxsaylı obrazlarla təcəssüm olunmuş-
dur  ki,  seyid  də  bu  qəbildəndir  (66,  223-237).  Lətifə  mətnlərində 
Molla  Nəsrəddinin  oppozisiyada  olduğu  obrazlardan  birinin  də 
məhz seyid olması bir tərəfdən onun trikster təbiətini, digər tərəfdən 
isə  seyidin  mədəni  qəhrəman  paradiqmalarından  biri  olduğunu  bir 
daha sübut edir. Əslində, bugünkü məntiqlə yanaşdıqda Molla Nəs-
rəddin  seyid,  dərviş,  axund,  molla  kimi subyektlərlə  qarşıdurmada 
deyil,  eyni  paradiqmatik  cərgədə  durmalıdır.  Lakin  bu,  belə  deyil. 
Deməli,  məsələnin  bugünkü  məntiqlə  izah  oluna  bilməyən,  arxaik 
mədəniyyətlə  səsləşən  semantikası  vardır  və  bu  da  öz  növbəsində 
Molla Nəsrəddin obrazında və gülüş məfhumlarında yatır. Alt qatda 
Molla  Nəsrəddin  triksterdir  və  bütün  sakral  kanonları  dağıtmaqla 
“məşğuldur”. Mətnlərə diqqət yetirək: “Mollanın olduğu kəndə bir 

 
166 
seyid gəlir. "Mən kəramət sahibiyəm, hansı xəstənin ağzına bir dəfə 
püfləsəm sağalar" – deyə camaatı aldadıb pullarını alır. 
Molla  Nəsrəddin  əhvalatı  eşidib  onun  yanına  gedir.  Bir  az 
ordan-burdan söhbət eləyib görür ki, o, savadsız, fırıldaqçının bi-
ridir. Soruşur ki: 
–  Seyid  ağa,  sizin  ağzınızda  nə  kəramət  var  ki,  xəstələrin 
ağzına püfləyəndə yaxşı olur? 
Seyid özünü çəkə-çəkə deyir: 
–  Bir  gün  aləmi-röyada  Xızır  peyğəmbər  mənim  ağzıma 
tüpürüb. O vaxtdan mənim ağzım olub kəramətli. 
Molla seyidin bu həyasızlığına daha tab gətirə bilməyib deyir: 
– Xızır peyğəmbər sənin ağzına tüpürmək niyyətində olma-
yıb. O, sənin fırıldaqçı olduğunu görüb, üzünə tüpürmək istəyib, 
ağzıaçıq yatdığına görə tüpürcək ağzına düşüb” (72, 86). Görün-
düyü kimi, Molla seyidi ələ salır, onunla qarşıdurmaya girir. Za-
hirən həm Molla, həm də seyid “qeyri-adi” bilik və bacarığa sahi-
bdirlər.  Əslində  isə,  Molla  trikster  kimi  seyidin  sakral  qabiliy-
yətinə  qarşı  çıxır.  Başqa  sözlə  desək,  sakral  məzmunları  profan-
laşdırmaqla yeni davranış modelləri yaradır.  
e)  Qəhrəman-trikster  oppozisiyasının  dərviş-Molla  Nəs-
rəddin paradiqması.  
Müdrik  Qoca  arxetipinin  obraz  paradiqmalarından  biri  də 
dərvişdir. Azərbaycan folklorunda dərviş obrazı mistik xarakteri, 
sakral keyfiyyətlərilə diqqəti cəlb edir. Məsələyə V.N.Toporovun 
modelləşdirməsi kontekstində yanaşsaq, dərviş də mədəni qəhrə-
manın  diaxronik  variantlarından  biridir.  Bu  mənada  Molla 
Nəsrəddin, təbii olaraq, dərvişlə də qarşıdurmadadır. 
Lətifələrdən birində təsvir olunur ki, “Bir gün Mollanın bağı-
na  bir  camış  girir.  Mollanın  özü,  arvadı,  oğlu,  hərəsi  əlinə  bir 
ağac  alıb  yüyürürlər  ki,  camışı  bağdan  çıxarsınlar.  Hələ  camışa 
çatmamış Molla bir də baxır ki, budu, bağın içilə bir dərviş gəlir. 
Tez çağırır ki: 

 
Ay uşaq, burada camışdan zərərli heyvan var, gəlin qabaq-
ca bunu çıxardaq, sonra camışı çıxardarıq” (72, 84). Yaxud dərviş-
lə mübahisə edən Molla Nəsrəddin onu sorğu-suala tutaraq deyir:  

 
167 

 
 Yaxşı, heç dördüncü göyə gedibsənmi? 
Dərviş lovğa-lovğa deyir: 
- Getmişəm, özü də bir dəfə  yox, çox dəfə getmişəm. Molla 
yenə də inanmış adam kimi soruşur: 
-  Heç orada uçanda dodaqlarına  yumşaq bir şeyin dəydiyini 
hiss edibsənmi? 
Molla  Nəsrəddinin  üstələdiyini  görüb,  tez  “bəli,  bəli”  deyə 
cavab verir.  
Molla Nəsrəddin camaata göz basıb dərvişə deyir: 
- Hə, bax, o, bizim eşşəyin quyruğudur” (72, 86).
 
Belə  mətnlər  kifayət  qədərdir.  Göründüyü  kimi,  Molla 
Nəsrəddin  öz  hazırcavablığı  və  kələkbazlığı  ilə  dərvişi  məğlub 
edir  ki,  bu  da  triksterlə  mədəni  qəhrəman  qarşıdurmasının  pa-
rodik paradiqmasıdır. 
Əgər biz Molla Nəsrəddin obrazının simasında mədəni qəh-
rəman  trikster  qarşıdurma  silsilələrini  sxemləşdirsək  aşağıdakı 
mənzərə alınacaq: 
 
Mədəni qəhrəmana məxsus 
davranış və simvollar 
Triksterə məxsus davranış 
və simvollar 
At 
Öküz 
At 
Eşşək 
Qızılquş 
Qarğa 
Gözəl 
Çirkin 
Seyid 
Molla Nəsrəddin 
Dərviş 
Molla Nəsrəddin 
 
Bu oppozisiyalar silsiləsini, təbii ki, daha da genişləndirmək 
olar.  Çünki  mexanizm  olaraq  burada  oppozisiyaları  yaradan  bü-
tövlükdə mədəni qəhrəman və trikster qarşıdurmasıdır. Onlar ara-
sındakı  fundamental  qarşıdurmaları  semantik  baxımdan  cərgəl-
sək, belə bir mənzərə meydana çıxacaq: 
 
Mədəni qəhrəman 

Trikster 
Şüur 

Təhtəlşüur 
Rasional 

İrrasional 
İnsani (xüsusiyyətlər) 

Heyvani (xüsusiyyətlər) 
Cəmiyyət  

Təbiət 

 
168 
Sosial 

Antisosial 
Sakral 

Profan 
Pozitiv 

Neqativ 
Ciddi 

Qeyri-ciddi 
Doğru 

Yalan 
 
Göründüyü kimi, mədəni qəhrəman və trikster oppoziyası ən 
müxtəlif  məna  çalarlarına  malikdir.  Burada  şüur  və  təhtəlşüur 
münasibətlərindən tutmuş sosial münasibətlərə qədər xeyli qarşı-
durma  məqamları  mövcuddur.  Müdrik  Qoca  arxetipinin  trikster 
paradiqması kimi Molla Nəsrəddin obrazının da davranış və ma-
hiyyətində bu oppozisiyalar bütün səviyyədə özünü göstərir.  
Molla Nəsrəddin obrazının parodik fəaliyyəti yalnız qəhrəma-
nın təqlidi və ya qəhrəmanlığın imitasiyasından ibarət deyildir. O, 
həm  də  gerçəkliyin  və  ya  mövcudluğun  sabit  prinsip  və  norma-
larını da parodik təqdimatda ifadə  edir.  Belə ki, Molla Nəsrəddin 
lətifələrində  ən  çox  rast  gəlinən  qarşıdurmalardan  biri  də  ölü-diri 
oppozisiyasıdır. Bu tipli mətnlərdə Molla özünü olü kimi göstərir. 
Yəni  o,  ölülüyü  yamsılayır,  parodiya  edir.  İlk  baxışdan  gülməli 
görünən bu faktın altında mühüm bir mahiyyət gizlənmişdir. Molla 
burada triksterlik edir. Qavrilovun dediyi kimi, "Nəsrəddin özünün 
məzhəkəyə  çevrilən  ölümü  süjetində  tamamilə  Triksterə  uyğun 
gəlir” (138, 109). Özünü ölülüyə vurmaq zahirən gülüş doğurursa 
da, digər tərəfdən burada Molla Nəsrəddin obrazı vasitəsilə mədə-
niyyətin  fundamental  gerçəklikləri  öz  əksini  tapmış  olur.  Mətn-
lərdən  birində  deyilir  ki,  “Günlərin  birində  Molla  başdan-ayağa 
qara geyinib çıxır bazara. Adamlar soruşurlar:  
- Molla, nə olub? Kimə yas tutubsan belə?
 
Molla deyir: 
 
-  Özümə.  Öləndən  sonra  tuta  bilməyəcəyəm.  Dedim,  elə  nə 
qədər diriyəm, tutum” (72, 243).
  
Göründüyü kimi, Molla özü özünə yas saxlayır. Təbii ki, bu 
davranış rasional məntiq baxımdan izah oluna bilməz. O bir triks-
ter  kimi  eyni  anda  iki  halın  –  ölülüyün  və  diriliyin  işarəsi  kimi 
çıxış edir. Bu, simvolik planda ölüb-dirilmə ritualını ifadə edir.  
Yaxud “Bir gün Molla özünü ölmüşlüyə vurar.  

 
169 
Diyər: - Baxım, məni kim çox sevir. Kim ağlıyacaq. Bilməm 
nə ...  
Səs yayılır. Molla öldü. Adamlar yığışdılar. Aparıllar özünün 
məscidə və ordan da aparsınnar məzarlığa. Mollanı qaldırıllar ar-
xalarına.  Məscidin  qapısı  bir  az  dardı.  Keçirə  bilmillər.  Fəzlə 
çalışıllar. 
Molla dözməyib deyər: 
- Baba, mən hər gün bura namaz qılmağa gəlirdim. Bu qapı-
dan keçirdim. Siz məni nişin keçirə bilmirsiz? (11, 289).
  
Həmçinin  bu  mətndə  də  Mollanın  ölümü  yamsıladığı  aydın 
olur: “Molla bir gün yol kənarındakı məzarlıqda dolaşarkən necə 
olmuşsa, açıq bir qəbrin içinə düşmüş.  
- Baxım hinkir-minkir gələcəklər! – deyə düşünərkən qulağı-
na  səs  gəlmiş.  Bu  səslərin  o  biri  dünyadan  gəldiyini  zənn  edən 
Molla  qorxmuş,  qəbirdən  çıxıb  qaçmış.  Yolda  sıra  ilə  keçməkdə 
olan  fincançı  qatırlarını  hürkütmüş.  Qatırlar  bir-birinə  qarışmış, 
fincanlar pul-pul olmuş. 
Qatırçılar Mollanın üzərinə yeriyib: 
- Xeersiz adam, sən kimsən? Nərədən gəlisən? 
Qorxudan dili tutulmuş Molla: 
- Mən o dünyanı seyrə çıxmışdım. 
- Sənə o dünyanı  gözəlcə seyr etdirərik – deyib  Mollanı tox 
çalmışlar.  Zavallının  başını  yarmışlar.  Özünü  zorla  evə  çatdıran 
Molladan sorurlar:  
- Bu nə haldır, haradan gəlisən?  
- O biri dünyadan, – deyə Molla cavab vermiş. 
- O biri dünyada nə var, nə yox?  
-  Fincançı  qatırlarını  hürgüzməsən,  bir  şey  yox,  –  demiş” 
(11, 297). 
Hər üç mətndə Molla ölümü parodiya  edir.  Əslində,  bununla 
bəşəriyyətin iki mühüm  anlayışını  –  yaşam  və ölümü diqqət  mər-
kəzinə  gətirmiş  olur.  Çünki  bütün  xalqların  mədəni  sistemlərində 
dünyanın yaradılışı və sonu haqqında mətnlər, o cümlədən ölüm və 
yaşamla bağlı düşüncələr daim aktual olmuşdur. Bununla əlaqədar 
olaraq ölümü bu  və  ya digər  dərəcədə  təqlid  edən rituallar həyata 
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə