“Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
tarix25.12.2016
ölçüsü0,6 Mb.

 

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə 



qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün 

müraciət və sənədlərin qəbulu” elektron xidmətinin təlimatı 

 

Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq 



edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 

icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il 

tarixli  3  nömrəli  qərarına  əsasən  Səhiyyə  Nazirliyinin  tabeçiliyində  olan  tibb  müəssisələrində 

vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. 

Bu  xidmət  Səhiyyə  Nazirliyinin  tabeliyində  olan  tibb  müəssisələrində  işə  qəbulla  bağlı 

keçiriləcək  müsabiqələrdə  iştirak  etmək  üçün  müraciətin  və  sənədlərin  elektron  formada 

qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir. Tibb işçilərinin vahid 

registri, o cümlədən tibb idarə və müəssisələrindın alınan məlumatlar əsasında Səhiyyə naizrliyinin  

Kadr , elm və təhsil şöbəsi tərəfindən vakant vəzifələrə işə qəbul üçün müsabiqə barədə məlumat 

nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir. 

Xidmətdən  istifadə  etmək  üçün  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  Səhiyyənin 

İnformasiyalaşdırılması Mərkəzinin portalı e-health

.gov.az  

saytına


 

daxil ola bilərsiniz. Daha sonra 

saytda təqdim edilmiş e-xidmətlər menyusuna keçid almalısınız. (Şəkil 1) 

 

Şəkil 1 



 

              E-xidmətlər  menyusundan    22-ci  menyu-    Səhiyyə  Nazirliyinin  tabeliyində  olan  tibb 



müəssisələrində  işə  qəbulla  bağlı  keçiriləcək  müsabiqələrdə  iştirak  etmək  üçün  müraciət  və 

sənədlərin qəbulu menyusuna daxil olmaq lazımdır. (Şəkil 2) 

      

 

Şəkil 2. 



           Yüklənmiş  Həkimlərin  Mərkəzləşdirilmiş  İşə  Qəbulu  səhifəsində  Səhiyyə  Nazirliyinin 

tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqədə iştirak etmək üçün 

müraciətlərin və sənədlərin elektron formada qəbul edilməsi və Nazirlik tərəfindən müraciət etmiş 

şəxsə Nazirliyin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə 

iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”nin verilməsi həyata keçirilir. 

Burada sizdən müvafiq bölmələri doldurmaq tələb olunur: 

 

Vahid forma üzrə ərizə (əlavə olunur) 



 

Tərcümeyi-hal 



 

Ali təhsil haqqında sənədin (diplomunun) (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları 



Azərbaycan  Respublikasında  ekvivalentliyi  müəyyən  edilməklə 

(nostrifikasiya 

olunmaqla),  işə  buraxılma  haqqında  şəhadətnamə  də  daxil  olmaqla)  elektron  formada 

surəti; 


 

İxtisaslaşma haqqında sənədin elektron formada surəti(olduğu halda) 



 



 

Sertifikasiya  şəhadətnaməsinin  elektron  formada  surəti  (sertifikasiyadan  keçməkdən 

qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla); 

 



Sağlamlıq barədə ərazi poliklinikası tərəfindən verilən arayışın elektron formada surəti

            İstifadəçi, elektron ərizə formasını doldurur və yuxarı  göstərilən sənədləri ərizəyə əlavə 

kimi həmin internet səhifəsinə  yükləyir. Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata 

alınır  və  sorğunun  qəbul  edilməsi  ilə  bağlı  istifadəçinin  elektron  poçt  ünvanına  dərhal  bildiriş 

göndərilir.    Daha  sonra  Nazirliyin  tabeliyində  olan  tibb  müəssisələrində  işə  qəbulla  bağlı 

keçiriləcək müsabiqəyə buraxılma barədə “İmtahana buraxılış vərəqəsi” rəsmiləşdirilərək birbaşa 

istifadəçiyə təqdim olunur. 

           Növbəti  musabiqə  və  müsabihə  mərhələsinin  nəticələri  barədə  istifadəçi  Səhiyyə  

Nazirliyinin Həkimlərin Mərkəzləşdirilmiş İşə Qəbulu səhifəsindən əldə edə bilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası, Bakı şəhəri, 

AZ 1022 akad. M.Mirqasımov küç. 1A 

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 

Tel: (+99412) 596 80 44, (+99412) 431 38 2 

www.e-sehiyye.gov.az



 

Kataloq: uploads -> media -> telimat
telimat -> Verilməsi” elektron xidmətin təlimatı
media -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "01" iyul 2013-cü il tarixli
media -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
media -> Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi üzrə
media -> Doğum kontrolü! Önemli bilgiler
media -> Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji
telimat -> Profilaktik peyvəndlərin vaxtı barədə sms vasitəsilə xəbərdarlıq verilməsi Xidmətin yaradılmasının əsası
telimat -> Xəstəliklərin Beynəlxalq Təsnifatı
telimat -> Tibb müəssisələri barədə məlumatların verilməsi

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə