Rzayev r. M. Lazer – otolARİnqologiyada təTBİQİ: LÜzumsuz eyforiya və realliq



Yüklə 282,46 Kb.
Pdf görüntüsü
tarix12.05.2017
ölçüsü282,46 Kb.

RZAYEV R.M.

LAZER – OTOlARİNQOLOGİYADA TƏTBİQİ: LÜZUMSUZ EYFORİYA VƏ 

REALLIQ

Azərbaycan Dəmir Yolu QSC, Mərkəzi Dəmir Yolu xəstəxanasının “Qulaq, boğaz, burun 

xəstəlikləri – Baş və boyun cərrahiyyəsi” şöbəsi (müdir – tibb elmləri doktoru Rzayev R.M.), 

Bakı

     Müasir  dünyada,  elmi-texniki  tərəqqinin 

nailiyyətləri,  cəmiyyətin  müxtəlif  sahələrdə

əməli  olaraq  öz  tətbiqini  tapdığı  halda, 

bəzən  bu  və  ya  digər  kütləvi  informasiya 

vasitələri 

bu 

nailiyyətləri 



insanların 

diqqətinə  səriştəsizlik  nümayiş  etdirməklə

çatdırır  və  nəticədə  onların  səhhətində  olan 

problemləri  aradan  qaldırılmaq  əvəzinə, 

xəstəliyin  daha  da  kəskinləşməsində  özləri 

də bilmədən bir növ vasitəçi olurlar.

     Hələ, 10 il bundan öncə, xəstə, onu necə

müalicə  etməyi,  həkimə  diktə  edəcəyini 

təsəvvür etmək çox çətin olardı. Bu gün isə, 

bəzi  kütləvi  informasiya  vasitələri,  bir  çox 

hallarda,  reklam  xarakterli  məlumatları  ilə, 

insanların  düşüncəsinə,  təsir  edərək,  onlara, 

mənbəyi  və  tərkibi  şübhə  doğurdan,  bəzi 

dərmanların qəbulunu və ya nəticəsi kifayət 

qədər öyrənilməmiş yeni müalicə üsullardan 

faydalanmağı  tövsiyə  edir,  və  bununla  da, 

çox  güman  ki,  özlərinin  kommersiya 

maraqlarını təmin etmiş olurlar.

     “Xəstələr  bizə  müraciət  etdikdə,  artıq 

reklamlarla  doldurulmuş  beyin  ilə  gəlirlər” 

deyərək  təbiblər,  daima  dilemma  qarşısında 

qalmış olurlar: ya uzun-uzadı, bezikdirici bir 

halda,  onlara 

reklam 


edilən  bahalı 

dərmanlardan,  yaxud,  şübhə  doğurdan 

müalicə  üsullardan  yaraqlanmaq  əvəzinə, 

eyni  effektə  malik  olan,  nisbətən  ucuz 

dərmanlardan,  və  ya,  özünü  doğurtmuş 

adekvat  müalicə  üsullarından  istifadə

etməsini  tövsiyə  edir,  ya  da  ki,  bütün 

bunlara  məhəl  qoyulmadıqda,  istəklərini 

təmin  etmək  məcburiyyətində  qalmış 

olurlar. 

     Müasir  reklam  vasitəsi  –  son  dərəcədə

təhlükə  törədə  bilən  təsirə  malikdir.  Bu 

vasitə ilə bizim düşüncəmizə təsir edilən hər 

hansı bir məlumat, çox hallarda, əsil peşəkar 

məsləhətçinin tövsiyələrindən daha da təsirli 

olur.  Bu  səbəbdən,  hər  zaman  cəmiyyətdə, 

səhiyyə 

nümayəndələri, 

tibbin 

nailiyyətlərini,  müvafiq  sahələrə  yetərli 



olaraq tətbiqinə maneə göstərən hər hansı bir 

reklam vasitəsinə qarşı daima öz etirazlarını 

bildirmişlər.  Belə  ki,  hələ,  keçmiş  1555-ci 

ildə,  London  Krallığı  kolleci  həkimlərinin 

rəsmi  elanlarının  birində  göstərilmişdir: 

“Səriştəsiz hər hansı bir tibb işçisi, bu və ya 

digər  dərmanlarla  insanları  necə  müalicə

etmək və yaxud, dərmanlar haqqında onlara 

tövsiyə  vermək  iqtidarında  olmamalıdır”. 

Müdrik  insanlar,  hələ  qədim  dövrlərdə, 

xüsusi biliyə malik olmayan təbiblərin insan 

səhhətinə xələl  yetirə biləcəyindən xəbərdar 

olaraq,  sağlam  düşüncə  tərzinə  istinad 

edərək, onlara qarşı daima ehtiyatlı olmuş və

heç vaxt onlara ehtiram göstərməmişlər. Ola 

bilsin  ki,  məhz  bu  xoşməramlı  münasibətin 

əks  sədası  kimi,  bir  çox  dünya  ölkələrində, 

uzun 


illər 

boyunca, 

istər 

dərman 


maddələrinin, istərsə də özünü kifayət qədər 

doğrultmamış müalicə üsullarının reklamına 

dövlət 

səviyyəsində 



məhdudiyyətlər 

qoyulmuşdur.  Bu  məhdudiyyətlər,  müasir 

dövrdə  də  bəzi  inkişaf  etmiş  ölkələrdə

mövcud olaraq qalmaqdadır.    

     Bəli,  inkişaf  etmiş  ölkələrdə,  öz 

vətəndaşlarına,  onların  sağlamlığı  naminə

daima  qayğı  göstərildiyi  halda,  ölkəmizdə

bu  sahədə,  bir  çox  məsələlər,  hələ  də  öz 

həllini tapmamışdır. Bu səbəbdən irəli gələn 

bir çox məsələlərlə yanaşı olaraq, təəssüf ki, 

xəstələrin  düşüncəsində,  milli  həkimlərə

qarşı  haqsız  olaraq  inamsızlıq  əhval-

ruhiyyənin 

yaranması 

halı 

xüsusilə


vurğulanmalıdır.  Belə  ki,  bəzən  adi  bir 

xəstəlik  olduğu  halda  belə,  müayinə  və

müalicənin  xaricdə  edilməsinə  üstünlük 

verən, digər tərəfdən, mövqeyi əsaslı surətdə

bəlli  olmayan  və  nəticəsi  bir  çox  hallarda 

səmərəsiz 

olan 

bəzi 


yeni 

müalicə


üsullarından  faydalanmağı  tövsiyə  edən 

müxtəlif  növ  elanların  təsiri,  birinci  halda 

milli həkimlərə qarşı etimadsızlıq əlamətini, 


2

sonuncu  halda  isə  xəstələrin  səhhətindəki 

problemlərin  həll  edilməməyini  doğurtmuş 

olur.


     Bu  gün,  ölkəmizin  bir  çox  özəl  tibb 

müəssisələri  tərəfindən,  xüsusilə,  xarici 

şirkətlərin istehsalı olan, bahalı dərmanlar və

ya  gəlir  gətirə  biləcək  sadə,  lakin  effekti 

şübhə  doğuran  bəzi  müalicə  üsulları  geniş 

reklam  edilir.  Etiraf  etməliyik  ki,  bu  növ 

təbliğat,  qeyd  edilən  müəssisələrin  ilk 

növbədə  kommersiya  marağına  qulluq  edir 

və 

onu 


həyata 

keçirməkdə 

kütləvi 

informasiya  vasitələri  aparıcı  rol  oynamış 

olur.  Təəssüf  ki,  aidiyyəti  qurumların 

səlahiyyətli nümayəndələri və ya təşkilatları 

tərəfindən 

(baş 


mütəxəssis 

rəyi 


səviyyəsində,  seminarlarda,  konfranslarda, 

elmi-praktiki  cəmiyyətlərin  müzakirələrində

və  s.)  bu  hallara  qarşı  lazımi  qiymətin 

verilməsi  hələ  də  kifayət  dərəcədə  deyildir. 

Bu  baxımdan,  səhiyyədə,  xüsusilə  onun 

lisenziya  verilən  özəl  sektorların  bəzi 

sahələrində,  müvafiq  yeniliklərin  tətbiqi 

(xüsusilə  yeni  müalicə  üsullarının), “aparıcı 

mütəxəssis  tabeçiliyi”  prinsip  üzrə təşkil 

olunmasına  ehtiyac  vardır  və  o,  həyata 

keçdiyi  təqdirdə,  vətəndaşların  – bizim  hər 

birimizin  sağlamlığı  naminə  aparılan

islahatlar daha da məhsuldar olardı.

     Məhz  bu  baxımdan  son  zamanlar, 

ölkəmizdəki  bir  çox  kütləvi  informasiya 

vasitələri,  lazer        müalicə  üsulunu,  az  qala 

ki, təbabətin bütün sahələrində, o cümlədən, 

bəzi  qulaq,  boğaz  və  burun  xəstəliklərində

(otolarinqologiya  və  ya  LOR-xəstəlikləri) 

panaseya  (guya  bütün  xəstəlikləri  sağaldan 

dərman)  kimi  təqdim  edərək,  xüsusilə

uşaqlarda  adenoid  artmalarının,  xroniki 

tonzillit olduqda isə damaq badamcıqlarının 

çıxarılmasında  və  ya  burun  arakəsməsi 

əyriliyi  zamanı  onun  düzəldilməsində

“bıçaqsız,  qansız,  ağrısız”  ifadələri  əsassız 

olaraq  işlədərək  xəstələrin  səhhətinə  bir 

daha xələl yetirmiş olurlar.  

     Həkim  mütəxəssis  olaraq,  bir  çox 

hallarda, xəstələrin bu kimi suallarına cavab 

vermək  iqtidarında  oluram:  “...  siz 

əməliyyatı  lazerlə  edirsinizmi?”  və  ya  “... 

lazerlə edilən əməliyyat axı ağrısız olur” və

yaxud,  qəti  olaraq  “mən  yalnız  lazerlə

əməliyyatın  olunmasını  istəyirəm”.  Suallara 

yetərli 


cavablar 

verilsə 


də, 

insan 


düşüncəsinə  sanki  nüfuz  etmiş  neqativ 

informasiyanın  dominantlığı,  təəssüf  ki, 

xəstələrin  böyük  əksəriyyətində  problemin 

sağlam düşüncə tərzində həlli  bu gün də öz 

ləyaqətli yerini tapmamışdır. 

     Həmvətənlərimizin  böyük  əksəriyyətinin 

düşüncəsində  lazer  şüalanması  kimi  fiziki 

təzahür  –  sadəcə  olaraq  hər  hansı  bir  sehrli 

hal təsvirində formalaşmışdır. Belə ki, lazer, 

sanki “nurlu bir  işıq mənbəyi” olaraq, guya 

ki,  onunla  hər  hansı  bir  üzvə  təsir  etməklə

orada  mövcud  olan  xəstəlik  dərhal  ləğv 

ediləcəkdir:  adenoidlər  yoxa  çıxacaq, 

poliplər,  ziyillər  və  müxtəlif  törəmələr 

itəcək,  burun  arakəsməsi  əyriliyi  öz-özünə

düzələcəkdir.  Bütün  bunlar  eyni  zamanda 

sanki  tam  ağrısızlaşma  şəraitində,  həm  də

qəti qan itirmədən baş verəcəkdir.  

     Məlumdur  ki,  hər  bir  insan,  fizika 

sahəsində  yetərli  biliyə  qadir  olması  və

yaxud  bu  fənn  üzrə  məktəbdə  yaxşı 

çalışmağı  ilə  öyünə  bilməz.  Bu  sahədə, 

bəzən  səthi  biliyə  malik  olan  (yaxşı  halda) 

insanların 

da 

kütləvi 


informasiya 

mənbələrində  çalışması  istisna  edilmir. 

Məhz bu baxımdan, öz peşəsinə aid olmayan 

hər  hansı  bir  mövzunun  təqdimatında 

mütəxəssis 

rəyinə 


istinad 

edildikdə, 

təqdimat  aparıcısı  artıq  məsuliyyəti  öz 

üzərindən  götürmüş  olur  və  bununla  da  

peşəkarlıq  xüsusiyyətini  nümayiş  etdirmiş 

olur. Təəssüf ki, vaxtaşırı olaraq, mətbuatda, 

radio  və  ya  televiziya  verişlərində,  bəzi

burun,  boğaz  və  qulaq  xəstəlikləri  zamanı, 

lazerlə müalicə mövzusuna dair “şişirdilmiş” 

halda  təqdim  edilən  informasiya  yayımı, 

aparıcının  nəinki  peşəkar  rəyinə  istinad 

edilməsini nümayiş etdirir, onun hətta ən azı 

fizika  sahədə  anlayışın  olmamağına  da

dəlalət edir.

     İlkin  olaraq,  lazerin  fiziki  dəyərləri 

haqqında  müəyyən  məlumatların  təqdimi, 

onun  səhiyyənin  bəzi  sahələrində  nə

dərəcədə 

önəmli 

olmasını 



müəyyənləşdirmək  və  klinik  baxımdan 

faydalı  olunmasını  müəyyən  etmək  çətin 

deyildir. 

Belə 


ki, 

“Lazer” 


(Light 

Amlification  by  Stimulated  Emission  of 

Radiation) 

sözü, 


“məcburi 

şüalanma 

yaratmaqla,  işıq  şüalarını  gücləndirmək 

xassəsini”  əks  etdirən  mənanı  daşıyır.  Yəni 

o,  elə  bir  enerji  mənbəyinə  qadir  olan 


3

qurğudur  ki,  çoxsaylı  gücləndiricilərlə  təsir 

etməklə,  yüksək  enerji  yarada  bilir  və  eyni 

zamanda,  mürəkkəb  xüsusiyyətə  malik  olan 

işıq  dəstələrini  bir  nöqtədə  cəmləşdirərək 

işıq şüalanmasının icrasını təmin edir. Buna 

misal  olaraq:  uşaqlıqda,  böyüdücü  linzadan 

istifadə edərək, günəş şüası vasitəsi ilə kağız 

parçasını  necə  yandırılmasını  xatırlasaq, 

lazerin istifadəsində əldə edilmiş olan effekti 

təqribi  də  olsa,  dərk  etmək  heç  də  çətin 

deyildir.  Lazer  şüasının  tez  bir  zamanda 

yüksək  dərəcəyə  qədər  qızaraq  metal 

parçasını  yarmaq  xüsusiyyətinə  qadir 

olması, lazer bıçağının, qan təchizatı yüksək 

olan  toxumalarda  istifadəsini  münasib  edir. 

Lazerlə toxumalarda  kəsik  aparılarkən,  yara 

kənarlarının  qızması  və  ya  “bişməsi” 

nəticəsində  qan  damarları  koaqulyasiya 

məruz  qalmış  olurlar.  Nəticədə,  xəstədə

müvafiq  olaraq  qanaxma  və  qanitirmə  də

azalmış  olur.  Lakin  buna  baxmayaraq,

aparılan  kəsil,  hər  bir  halda  olduğu  kimi, 

kəsik  olaraq  qalır  və  bu  baxımdan  kəsiyin 

aparılması,  ağrısız  ola  bilərmi?  Əlbəttə  ki, 

yox.  


    Lazer  bıçağı  vasitəsi  ilə  icra  edilən 

əməliyyatlarda 

da, 

digər 


cərrahi 

müdaxilələrdə 

olduğu 

kimi,


ənənəvi 

anesteziya  üsulları  aparılır  –  yerli  və  ya 

ümumi  anesteziya.  Bu  növ  anesteziyalar 

eyniliklə adi  cərrah  bıçağı  vasitəsi  ilə

işlədikdə  də  aparılır  ki,  anesteziya  tətbiqi 

baxımdan,  lazerlə  edilən  əməliyyatlar, 

ənənəvi  əməliyyatlardan  hər  hansı  bir 

üstünlüyü ilə fərqlənmir. 

     Cərrahiyyə  təcrübəsində,  əsasən  iki  növ

lazerdən,  distansiyalı  [və  ya  karbon  qazı 

(CO

2

)]  və kontaktlı  (Er:YAG)  lazerlərdən 



istifadə edilir. 

     Distansiyalı  və  kontaktlı  lazerlərin,  hər 

birinin özünə məxsus təsir edici xüsusiyyətə

qadir  olması  və  onları  hansı  LOR-

xəstəlikləri  zamanı  daha  effektli  olaraq 

tətbiq  edilməsi  zərurətini,  mütəxəssis 

mövqeyindən nəzərdən keçirək. 

Distansiyalı və ya karbon qazı (CO

2



lazeri

     Distansiyalı  lazerin  (şək.1) 

təsir 

xüsusiyyəti,  onun  toxumaya  müəyyən 



məsafədən  təsir  etməklə, orada  kəsiyin

aparılması  ilə  xarakterizə  edilir.  Bu  halda 

şüa  yalnız  düz  xətt  boyunca  yayılmağa 

qadirdir ki, bu xüsusiyyətinə görə də onu hər 

hansı  bir  dar  və  ya  əyri-yürü  sahələrə

yönəltmək  mümkün  deyildir.  Bu  baxımdan  

distansiyalı  lazer,  yalnız  səthi  geniş  olan, 

açıq sahələrdə işləmək üçün: dəri üzərindəki 

törəmələrin 

çıxarılmasında, 

dərinin 

cilalanmasında  və  ya  adi  kəsiklə əldə

edilmiş  yaranı  əlavə  olaraq  genişləndirmək 

ehtiyacı yarandıqda yararlı hesab edilə bilər. 

Bununla 

bərabər, 

xüsusi 

ağız  


genişləndiricisini  tətbiq  etməklə,  lazerlə, 

ağız boşluğunda və udlaqda işləmək imkanı

da  yaranmış  olur.  Bu  halda,  qıssa  zaman 

ərzində  damaq  badamcığının  bir  qisminin 

çıxartması, xorultu zamanı yumşaq damağın 

korreksiyası  və  damağın  hər  hansı  bir 

törəməsinin  çıxartması  kimi  əməliyyatların 

icrasında onun tətbiqi daha önəmli olur.  

     

        Şəkil 1. Distansiyalı (karbon qazı) lazer



     Ağız  boşluğundan  fərqli  olaraq,  yuxarı 

tənəffüs  yolları,  burun  boşluğu  və  burunun 

udlaq hissəsi,  anatomik  olaraq dar  və   əyri-

yürü  quruluşa  malikdir  ki,  bu  da  öz 

növbəsində  lazerin  bu  sahələrdə  istifadəsini 

praktiki  olaraq  yararsız  edir:  burun 

boşluğunun  tam  arxasında  (burunun  udlaq 

hissəsində)  yerləşən adenoid  artmalarına isə

bu  üsulla  təsir  etmək  ümumiyyətlə  qeyri 

mümkündür.  Əks  halda,  burun  keçəcəkləri 



4

divarlarının  yaralanması  və  sonradan  isə

çapıq  toxumaların  yaranması  sayəsində

burun tənəffüsünün  pozulması qaçılmazdır. 

     Digər  bir  tərəfdən,  distansiyalı  lazer 

vasitəsi  ilə əməliyyat  zamanı,  qanaxma 

probleminin həlli müşkül bir məsələdir. Belə

ki,  onun  kontaktlı  lazerlərdən  fərqli  olaraq, 

damarların  koaqulyasiyasında  xeyli  zəif 

gücə  malikdir  olması,  və  bununla  bağlı 

olaraq,  hər  hansı  bir  həcmli  arterial 

qanaxmanın  dayandırılmasında  (hemostaz)

özünü  doğurtmamağı,  distansiyalı  lazerin 

məziyyətini xeyli azaltmış olur.

     Beləliklə  distansiyalı  lazeri  vasitəsi  ilə

damaq  badamcığında  kəsik  aparıldıqda  və

bununla  əlaqədar  olaraq,  hər  hansı  bir  qan 

damarı yaralanmış olarsa, o zaman qanaxma 

qaçılmaz  olur.  Bu  halda,  adətən  lazerin 

tətbiqi  artıq  dayandırılır  və  qanaxmanı 

saxlamaq 

məqsədi 


ilə 

elektrik 

koaqulyasiyasından  istifadə  etmək  zərurəti 

yaranmış  olur.  Bu  baxımdan  distansiyalı 

lazerin  təsir  edici  imkanı,  cərrahi  bıçağın, 

qayçı  və  ya  hər  hansı  bir  kəsici  alətin 

imkanlarından  heç  də  üstünlük  kəsb  etmir, 

və  bu  da  onun  imkanlarının  bəzi  hallarda 

məhdudiyyətinə dəlalət edir. 

     Digər  tərəfdən,

distansiyalı  lazerin,

üstünlük  kəsb  edən  xüsusiyyətlərdən  biri 

olan,  dərinin  cilalanmasındakı  tutduğu 

xüsusi  yeri  nəzərə  alsaq,  bu  halda  onun 

üstünlüyü  danılmazdır.  Belə  ki,  lazerin 

mikronlarla  nazik  ölçüyə  (500-600  mikron) 

müvafiq  olaraq  dəri  təbəqəsinin  çıxarılması 

(“buxarlanması”) 

xüsusiyyətinə 

qadir 


olması, onun bu halda hər hansı bir ənənəvi 

üsul 


ilə 

müqayisəedilməz 

dərəcədə

üstünlüyünü  göstərir.  Bu  da  öz  növbəsində, 

lazerin, cərrahiyyədə  seçici  müalicə  üsulu 

kimi tətbiqinə dəlalət edir. 

     Distansiyalı 

lazerin 


qeyd 

edilən 


xüsusiyyətləri  baxımından, onun  LOR-

xəstəlikləri  zamanı  tətbiqi,  əslində  bəzi 

informasiya  mənbələrinin,  onun  geniş 

imkanlara  malik  olması  təqdimatı  kimi 

deyildir.  Reallıqda  onun  tətbiq  sahəsi 

məhduddur və yalnız bəzi xəstəliklər zamanı 

(hipertrofok  və  vazomotor  rinitlər,  burun 

boşluğunun  çapıq  birləşmələri,  burun 

qanaxması  residivi,  xroniki  qranulasiyalı  və

yan 


faringitlər, 

yumşaq 


damağın 

hiperplaziyası  zamanı)  yardımçı  və  ya 

alternativ bir müalicə üsulu  kimi  əhəmiyyət 

kəsb edir. 

     Beləliklə,  təbabətin  digər  sahələrdə

olduğu kimi, otolarinqologiyada da hər hansı 

bir  əməliyyatın  qənaətləndirici  nəticəsi, 

tətbiq edilən bu və ya digər adekvat müalicə

üsulun  seçimimdən  asılıdır  və  bu  baxımdan 

distansiyalı  lazerin  tətbiqi  bir  çox  hallarda 

əsassız  olaraq  xəstələrin  səhhətinə əlavə

olaraq ziyan törədə bilər. 



Kontaktlı (Er:YAG) lazer

     Distansiyalı  lazerdən  fərqli  olaraq, 

kontaktlı lazerlərdə (şək.2), şüanın yayılması 

elastik optik liflər vasitəsi ilə icra edilir. Bu 

liflərin  qurtaracağı,  məhz  kəsici  alət  rolunu 

oynayaraq,  bilavasitə  toxumalarla  kontakt 

zaman  kəsici  effekti  yaratmış  olur.  Lazerin 

bu  növ  xüsusiyyətə  malik  olması,  lazer 

şüalarını  xüsusi  alətlərin  köməyi  ilə  hər 

hansı  dar  və  ya  qapalı  sahələrə-burun 

boşluğuna  və  burunun  udlaq  hissəsinə

yönəltməyə  imkan  verir.  Onu,  hətta 

damarlarda  varikoz  genişlənmə  zamanı 

venadaxili  “qaynaq”    aparmaq  məqsədi  ilə

vena  daxilinə  də  yeritmək  mümkündür.  Bu 

növ  lazerin  əsas  xüsusiyyətlərindən  biri  də

onun 

təsirindən 



toxumaların 

yüksək 


dərəcədə  qızması  nəticəsində,  operasiya 

sahəsində  yerləşən  damarlarda  praktiki 

olaraq  yarana  bilən  tam  koaqulyasiya 

effektidir.  Bununla  yanaşı  olaraq  onun 

çatışmayan 

cəhəti 


– 

yaranın 


əhatə

dairəsindəki  toxumalarda  güclü  termiki 

yanığın baş verə bilməsidir.   

     Bu  xüsusiyyətlərinə  görə  kontaktlı 

lazerin  istifadəsi  daha  çox  onkoloji 

əməliyyatların  icrasında  yararlı  hesab  edilə

bilər.  Belə  ki,  onun,  damarları  tam  olaraq 

qaynaq 


etmək 

xüsusiyyəti, 

xərçəng 

hüceyrələrinin əməliyyat sahəsindən bir başa 

olaraq  qan  dövranına  yayılma  ehtimalının 

qarşısını  almış  olur.  Onun  tətbiqi  həm  də

damar  cərrahiyyəsində  də  yararlı  sayıla 

bilər.  Belə  ki,  lazer  şüasının  müəyyən 

uzunluğunda icra edilmiş dalğası vasitəsi ilə

qanla təchizatda olan damara bilavasitə təsir 

göstərməklə -  onu  qızdırmaqla,  damarın 

zədələnmiş 

divarını 

bərpa 


etmək 

mümkündür.  

     O ki, qaldı, damaq badamcıqlarının 


5

     Şəkil 2. Kontaktlı (Er:YAG) lazer

kontaktlı  lazer  vasitəsi  ilə  çıxarılmasına 

(xroniki  tonzillit  zamanı)  –  burada  yalnız 

kəsik  sahəsində  yarana  bilən  termiki  yanıq 

istisna  olmaqla,  hər  hansı  bir  fəsadın  baş 

verməsi  adətən  müşahidə  edilmir.  Bununla 

belə,  yaranın  sağalma  müddəti  xeyli 

uzanmış  olur,  xəstədə  sağalma  dövrü  onun 

üçün  əziyyətli  keçir,  əməliyyatdan  sonralar 

yara  sahəsində  kobud  çapıqlar  yaranmış 

olur,  bəzən  isə  xəstəliyin  residivi  müşahidə

edilir.  Ehtiramsızlıq  göstərmək  olmasın 

deyə,  bu  növ  əməliyyatlarının  icrasını, 

lazerlə  deyil,  cərrahi  bıçaq  vasitəsi  ilə

aparmasını  daha  yararlı  hesab  edilə  bilər  –

bu  halda  hər  hansı  bir  damarlar  qanaxmaya 

səbəb  olarsa,  onu  asanlıqla  koaqulyasiya 

etmək  mümkündür  və  ya  damar  liqatura 

alınaraq bağlana bilər. 

     Xroniki  tonzillit  zamanı,  bəzən  lazerlə

aparılan  müalicə  üsullarından  biri  də  yerli 

applikasiyalı 

ağrısızlaşma 

(keyitmə) 

yaratdıqdan  sonra  badamcıq  çuxurlarının 

ləğv  edilməsidir.  Hazırda,  bu  növ  müalicə

üsulunun  əsaslı  surətdə  tətbiqi,  elimdə

kifayət  qədər  inandırıcı  dəlillərlə  sübuta 

yetirilməmişdir.  Buna  baxmayaraq,  təəssüf 

ki,  bəzən  bu  növ  əməliyyata  məruz  qalmış 

xəstələrə  hələ  də  rast  gəlmək  mümkündür. 

Şəxsi  klinik  təcrübəmizə  və  müəyyən 

informasiya  mənbələrinə  istinad  edərək 

vurğulamaq  vacibdir  ki,  lazerlə  badamcıq 

çuxurlarının  ləğvi  əməliyyatına  məruz 

qalmış xəstələr, əməliyyatdan sonrakı dövrü, 

kəskin ağrılarla və yüksək bədən hərarəti ilə

keçirir,  tez  bir  zamanda  xəstəliyin  residivi 

yaranmış  olur,  təkrar  olaraq  əməliyyata 

(ənənəvi üsul ilə) məruz qaldıqda isə bir çox 

hallarda, 

onlarda 

qanaxma 


təhlükəsi 

qaçılmaz olur.    

     Uşaqlarda,  adenoid  artmalarının  lazer 

vasitəsi  ilə  ləğvinə  gəldikdə - əlbəttə

əməliyyatın 

bu 


üsul 

ilə 


aparılması 

ümumiyyətlə  mümkündür.  Lakin,  bununla 

belə,  burunun  udlaq  hissəsinin  anatomik 

xüsusiyyətindən  asılı  olaraq,  əməliyyatın 

icrasının  adi  üsul  ilə  müqayisədə  xeyli 

uzanmış olur. Bununla bərabər cərrahın son 

dərəcə narahat bir şəraitində əməliyyatı başa 

çatdırılması,  digər  tərəfdən  uşağın  xeyli 

müddət  ərzində narkoz altında  qalmasını və

ya  əməliyyat  iştirakçılarının  lüzumsuz 

dözümünü  də  nəzərə  alsaq,  lazerlə  bu  növ 

əməliyyatın icrasına bəraət qazandırmaq çox 

çətindir. Məhz bu baxımdan, hazırda, dünya 

praktikasında,  adenoid  artımları  zamanı  bu 

üsulla əməliyyatın icrası inkar edilmişdir və

ənənəvi 


operasiya 

– 

adenoidotomiya 



əməliyyatı,  əsas  müalicə  üsulu  kimi  qəbul 

edilmişdir. 

     Bəzi  ölkələrdə,  bir  çox  mütəxəssislər, 

adenoid  artmaları  zamanı,  yeni  texnologiya

nümunələri  olan  endoskop  və  “şeyver”

adlanan  kəsici  alətlərdən  istifadə  etməklə, 

ənənəvi 

əməliyyatı 

bir 

növ 


“təkmilləşdirilmiş”  müalicə  üsulu  kimi  icra 

edilməsini 

tövsiyə 

edirlər. 

Bu  növ 

“təkmilləşdirilmiş”  operasiyalar,  adətən,

ənənəvi üsul ilə icra edilmiş operasiyalardan 

dərhal  sonra  aparılır  və  bu  halda  məqsəd 

əməliyyatdan  sonra  qala  bilən  adenoid 

artmalarının  çıxarılması  marağını  güdür. 

Onu da qeyd etmək zəruridir ki, klassik üsul 

ilə  icra  edilmiş  adenoidotomiya  zamanı  hər 

bir  təcrübəli  cərrah,  bir  qayda  olaraq,

adenoid artmaların tam ləğv edildiyinə əmin 

olduğu  halda  (operasiya  daxili  müayinə

apardıqdan  sonra)  əməliyyatı  bitmiş  hesab 

edir. 

Bu 


halda,

əlavə 


olaraq 

“təkmilləşdirilmiş” 

adenoidotomiyanın 

icrası 


praktiki 

olaraq 


lüzumsuzdur.

Mənbələrə  istinad  edərək,  hazırda,  adenoid 

artmaları  zamanı,  klassik  adenoidotomiya 

(istər yerli, istərsə də ümumi anesteziya ilə), 



6

əsas  müalicə  üsulu  olaraq  praktikada 

qalmaqda  davam  edir.  Endoskop  və

“Şeyver”  in  bu  halda  tətbiqi,  bir  növ  elmi 

maraq  kəsb  edərək,  qalıq  artmaların 

çıxarılmasında  yalnız  yardımçı  əməliyyat 

üsulu kimi maraq doğura bilər. 

     Beləliklə,  hazırda,  adenoid  artmaları 

zamanı,  klassik  adenoidotomiya  əməliyyatı, 

əsas  müalicə  üsulu  olaraq  qalmaqda  davam 

edir.  Yeni  texnologiyanın  (endoskop  və

şeyver)  tətbiqi ilə əməliyyatın icrası  bir növ 

yardımçı  xarakter  daşıyır  və  onun  tətbiqi 

operasiya 

zamanı 

qalıq 


artmaların 

çıxarılmasında  metod  seçimi  kimi  qəbul 

edilə  bilər  (xüsusilə  narkozla  əməliyyat 

zamanı).  Lazerlə  operasiya  bu  hallarda  bir 

qayda olaraq qəbuledilməzdir. 

     Yeri  gəlmişkən,  burada,  bir  məsələyə  də

aydınlıq  gətirmək  məqsədəuyğun  olardı. 

Belə  ki,  bir  çox  hallarda,  valideynlər,  öz 

uşaqlarında,  xüsusilə  oğlanlarda,  damaq 

badamcıqları  çıxarıldıqdan  sonra  (xroniki 

tonzillit 

zamanı), 

gələcəkdə 

cinsi 


fəaliyyətində 

yarana 


bilən 

qüsurdan 

ehtiyatlanaraq  operasiyadan  imtina  edirlər. 

Əməliyyata  göstəriş  olduğu  halda,  ondan

əsassız  olaraq  imtina  edilməsi,  uşağın 

sağlam  inkişaf  etməsini  şübhə  altına  almış 

olur.  Əslində  bu  halda  yaranmış  olan 

narahatçılığın heç bir əsası yoxdur və ola da 

bilməz.  Ç ünki,  əməliyyata  məruz  qalmış 

uşaqlarda,  istər  endokrin  və  immunoloji 

sistemdə,  istərsə  də  həyati  vacib  üzvlərdə, 

sağlamlığa təhlükə törədə bilən hər hansı bir 

hal, birmənalı olaraq müəyyən edilməmişdir. 

Bu  konsepsiya  öz  təsdiqini,  hazırda  bir  çox 

möhtəşəm  elmi  əsərlər  sırasında  da 

tapmışdır 

 

(C. Weil-Olivier 



et 

al. 


L'amygdalectomie  en  2005;  Tonsillectomy 

in  2005.  Archives  de  pédiatrie  2006, 

Vol. 13,  №2,  P.  168-174).  Beləliklə, 

mənbəyi  bəlli  olmayan  bu  kimi  hər  hansı 

neqativ 

informasiya, 

sadəcə 

olaraq, 


insanların  düşüncəsində  yanlış  fikir  yarada 

bilən şayiələrdən başqa bir şey deyildir.

     “Burun  arakəsməsinin  əyriliyi  və  onun 

lazer vasitəsi ilə düzəldilməsi” konsepsiyası, 

bütövlükdə,  reklam  xarakterli  informasiya 

olaraq yalnız kommersiya maraqlarını təmin 

edilməsinə yönəlmişdir. Bu üsul ilə müalicə, 

LOR-xəstəlikləri 

praktikasında 

“septo-


xondro-korreksiya” 

əməliyyatı 

kimi 

adlandırılır  və ənənəvi  əməliyyatdan  fərqli 



olaraq  sanki  bir  çox  müsbət  xüsusiyyətlərə

malik  olması  kimi  təqdim  edilir:  yaş 

məhdudluğu,  invaziya  (hər  hansı  bir  alətin 

və  ya  dərmanın  təsiri)  istisna  edilir, 

ağrısızlaşma  yaratmağa,  selikli  qişada, 

qığırdaq  üstlüyündə  və  qığırdaqda  kəsik 

aparmağa, 

eyni 


zamanda 

müalicənin 

stasionar  şəraitdə  (ambulator  olaraq,  6-8 

dəqiqə


ərzində  edilə  bilər)  və  ya 

əməliyyatdan  sonrakı  əlavə  müalicənin 

aparılmasına    ehtiyac  yaranmır.  İlk 

baxımdan


lazerin 

belə


“cazibədar” 

təqdimatı,  əslində,  reallıqda  heç  də  belə

deyildir. 

Lazerlə 


burun 

arakəsməsi 

əyriliyinin  düzəldilməsi  konsepsiyasının 

gerçək  tərəflərini  vurğulamaq  məqsədi  ilə, 

problemin  bəzi  paralellərini  nəzərdən 

keçirək.  

     Anatomik  xüsusiyyətinə əsasən,  burun 

arakəsməsi,  özü-özlüyündə  iki  hissədən-

qığırdaq (az bir qismi) və sümük (çox qismi) 

hissələrdən  ibarətdir.  Onun  hər  hansı  bir 

səbəbdən  baş  vermiş  əyriliyi  zamanı,  bir 

qayda  olaraq  hər  iki  hissə  deformasiyaya 

məruz  qalmış  olur  (böyük  əksəriyyət 

hallarda). 

Bu 

halda 


sərbəst 

burun 


tənəffüsünün  bərpası,  arakəsmənin  hər  iki 

hissələrində  düzəlişin  aparıldığı  təqdirdə

mümkündür. 

     Lazer  vasitəsi  ilə  arakəsmədə  düzəlişin 

edilməsi  isə  bəzi  müəlliflər  tərəfindən, 

arakəsmənin  yalnız  qığırdaq  hissəsinin 

deformasiyaya  məruz  qaldığı  halda  tövsiyə

edilir,  hansı  ki,  bu  hallar,  adətən  xəstələrin 

çox  az  bir  qismində  (təqribən  3%  halda) 

müşahidə edilir. Hətta bu halda belə, lazerin 

tətbiqi  təhlükəsiz  deyildir.  Belə  ki,  lazerlə

əməliyyat  edilməmişdən  öncə,  yarana 

biləcək  fəsadın qarşısını  almaq məqsədi  ilə, 

bütün  halda  qığırdağın  qalınlığına  müvafiq 

olaraq  optimal  doza  müəyyənləşdirilməlidir 

ki,  bu  məqsədlə  hazırda  hər  hansı  bir 

müayinə 

üsulunun 

tətbiqi 

nəzərdə


tutulmamışdır.  Əks  halda  toxumaların  çox 

qızması  baş  vermiş  olur,  və  nəticəsində  

arakəsmənin perforasiyası  (yırtığı) qaçılmaz 

olur. Digər tərəfdən isə,  qığırdağın “əyriliyi 

saxlama    yaddaşı”  xüsusiyyətinə  malik 

olması,  onun,  əməliyyatdan  sonrakı  dövrdə

yenidən  ilkin  vəziyyətə  qayıtma  ehtimalını 


7

yaranmış  olur  və  bu  hal  da  xəstəliyin 

residivi ilə nəticələnir.  

     Bir  mənalı  olaraq  düşünülməlidir  ki, 

lazer,  yeni  müalicə  üsulu  deyil,  sadəcə

olaraq  cərrahiyyə əməliyyatlarında  istifadə

edilə  bilən  yeni  bir  tibb  avadanlığıdır.  Hər 

bir  avadanlığın  və  ya  alətin,  əməliyyat 

zamanı istifadəsi, onun bu və ya digər halda 

seçici  xüsusiyyətə  qadir  olmasından  irəli 

gəlir  və  lazer  də  bu  halda  istisna  edilmir. 

Ona  görə  də,  burun  arakəsməsinin  əyriliyi 

zamanı,  optimal  müalicə  üsulunun  tətbiq 

edilməsi zəruridir. Xəstələrə bu halda lazerlə

əməliyyat  edilməsi  təklifi,  hər  şeydən  öncə, 

reklam  xarakteri  daşıyaraq  kommersiya 

maraqlarını  güdür.  Ən  pis  halda  isə  bu, 

müəllifin tibbin müvafiq sahəsi üzrə diletant 

olmasına dəlalət edir. 

     Adenoid 

artmalarının 

və 


damaq 

badamcıqlarının  (xroniki  tonzillit  zamanı) 

lazerlə  müalicə  təqdimatında  olduğu  kimi, 

burun  arakəsməsinin  əyriliyi  zamanı  da  bu 

növ  müalicə  üsulunun    reklamından  sonra, 

bəzi 


xəstələrin 

düşüncəsində 

adi 

operasiyalar,  sanki  dəhşət  törədə  bilən 



əməliyyatlar  kimi  təsəvvür  yaramış  olur. 

Məhz  bu  baxımdan  xəstələr,  “bıçaqsız, 

qansız,  ağrısız”  olan  lazer  əməliyyatının 

axtarışında  olaraq,  müxtəlif  klinikaları 

dolaşmaq  zorunda  qalırlar.  Bu  isə  öz 

növbəsində,  onlara,  lazımi  müalicənin 

vaxtında  aparılmamağına səbəb olur. 

     “Septoplastika” 

və 

ya 


“burun 

arakəsməsinin  selikaltı  rezeksiyası”  –

bugünkü  gündə  optimal  əməliyyat  olaraq, 

arakəsmənin 

əyriliyi 

zamanı, 


otolarinqoloqlar 

tərəfindən 

xüsusilə

müvəffəqiyyətlə  icra  edilir.  Klassik  icra 

üsulundan  fərqli  olaraq,  hazırda,  əməliyyat, 

arakəsmənin  yalnız  əyriliyə  məruz  qalmış 

fraqmentlərinin  çıxarılması  və  ya  çıxarılmış 

hissələrin  düzəlişindən  sonra  yenidən  öz 

yerlərinə 

qaytarılması 

(reimplantasiya) 

prinsip  üzrə  icra  edilir.  Onu  da  qeyd  etmək 

vacibdir  ki,  septoplastika,  özü-özlüyündə

heç  də  sadə əməliyyat  deyildir  –  kifayət 

qədər  təcrübəsi  olmayan    mütəxəssis 

otolarinqoloq  və  ya  plastik  cərrahiyyə  üzrə

ixtisaslaşmış 

həkim, 


əməliyyata 

başlamamışdan  öncə  hökmən  məsuliyyəti 

dərk  etməli  və  öz  imkanlarını  ciddi  surətdə

götür-qoy etməlidir. Bacarıqlı əllərdə də, bu 

əməliyyat 

bəzi 


hallarda 

(“mürəkkəb 

arakəsmə”  zamanı)  çətinliklə  icra  edilir. 

Bununla  belə,  bir  qayda  olaraq  operasiya, 

toxumalara qarşı rəhm edici xüsusiyyət kəsb 

etməklə  tamamlanmalıdır.  Yalnız  buna 

riayət  edildikdə,  əməliyyatdan  sonra  yarana 

biləcək  hər  hansı  bir  fəsadın  (burun 

boşluğunda  quruluq  əlaməti,  qartmağın 

toplantısı, 

arakəsmənin 

perforasiyası) 

qarşısını  almaq  mümkündür.  Əməliyyatın 

üstünlük  kəsb  edən  digər  cəhətlərindən  biri 

də  aşağı  və  orta  burun  balıqqulağında 

göstəriş  olduğu  halda  (70-80%  hallarda), 

eyni  zamanda  lazımi  korreksiyların  -  aşağı 

selikaltı  vazotomiya,  ön  və  ya  aşağı-arxa 

rezeksiyalar,  balıqqulağının  lateropozisiyası 

və  s.  aparılması  imkanıdır  ki,  onsuz 

operasiyanın  nəticəsini  uğurlu  hesab  etmək 

qeyri  mümkündür  (nəzərə  alınmalıdır  ki, 

bəzi  hallar  istisna  olmaqla,  14  yaşdan  kiçik 

uşaqlarda, 

əməliyyatın 

icrası 


yolverilməzdir).  Təəssüf  ki,  septoplastika 

zamanı  tələb  olan  bu  kimi  əməliyyatların 

icrasını,  lazer  vasitəsi  ilə  həyata  keçirilməsi 

mümkün deyildir.  

     Burada,  mütəxəssis  nöqteyi-nəzərindən, 

edilmiş 


bəzi 

tənqidi 


fikirlər, 

otolarinqologiyada lazerlə müalicə üsulunun 

heç də pessimistik proqnozuna dəlalət etmir. 

Sadəcə 


olaraq, 

bəzi 


otolarinqoloq-

həmkarlarımın  düşüncəsində  yaranmış  olan 

lüzumsuz  eyforiya  əhval-ruhiyyəsindən 

çəkindirmək  cəhdindən  ibarətdir.  Fikrimcə, 

bu konsepsiyadan irəli gələn yalnız bir suala 

–  “nə  dərəcədə  bəzi  LOR-xəstəlikləri 

zamanı,  yalnız  lazerlin  tətbiq  edilməsi 

gərəkdir ?”, düzgün cavab verilərmiş olarsa, 

o  zaman  xəstənin  həkimə  olan  səmimi 

inamını,  həkim,  özünün  ləyaqətli  bir 

xüsusiyyətə  malik  olmasını  gerçəkdən 

doğrultmuş olardı. 

     Təhlil edilən mövzunun son məqamında, 

lazerlə müalicə üsulunun optimistik tərəfinin 

qeyd  edilməsi  həmçinin  çox  vacibdir.  Belə

ki,  lazerin  bir  çox  hallarda  səmərəsiz 

tətbiqinə  dəlalət  edən  bəzi  subyektiv  və

obyektiv  dəlillər  gətirilməsi,  əsla  onun 

otolarinqologiyada 

mühafizəkar 

bir 

mövqeyini nümayiş  etdirmir.  Əksinə, tibbin 



bəzi  sahələrdə  olduğu  kimi,  bir  çox  LOR-

xəstəlikləri  zamanı  da  onun  seçim  üsulu 

olaraq  tətbiq  edilməsi  danılmazdır:  burun 


8

qanaxmaları  zamanı  “Kisselbax”  sahəsinin 

və  ya  qanaxmaya  səbəb  olan  polipin 

yandırılması,  eksudativ  orta  otit  zarının 

“miringostomiyanın”,  yumşaq  damağın 

hiperplaziyası  zamanı  “palatoplastikanın”, 

otoskleroz  zamanı  üzənginin  ayaqcıqaltı 

lövhənin  “fenistrasiyası”,  və  s.  kimi 

əməliyyatların  icrasını  buna  misal  gətirmək 

olar.  Məhz  bu  baxımdan,    xüsusilə, 

“Otorinolarinqologiya  –  Baş  və  boyun 

cərrahiyyəsi”  kimi  ixtisaslaşmış  şöbələrdə, 

cərrah,  hər  hansı  bir  əməliyyatın  icrası 

zamanı  tələb  oluna  bilən  bu  və  ya  digər 

əməliyyat  üsulunu  seçmək  və  həm  də  onu, 

dərhal  tətbiq  etmək  imkanına  malik 

olmalıdır.  Yalnız  kompleks  avadanlıq 

təminatı  olduğu  halda  buna  nail  olmaq 

mümkündür.  Belə  ki,  bu  zaman,  cərrah, 

hansı  halda  “şeyver”  və  ya  adi  kəsici 

alətdən,  digər  bir  halda  isə  radiodalğalı 

bıçaq və ya lazer tətbiq etməklə əməliyyatın 

icrasında  onlardan  optimal  surətdə  istifadə

etmək imkanına malik olur.



Ünvan: AZ 1117, Bakı, 5025 məhəllə, 

Azərbaycan Mərkəzi Dəmir Yolu 

xəstəxanası.

“Qulaq, boğaz, burun xəstəlikləri – Baş və

boyun cərrahiyyəsi” şöbəsi.

Rzayev R.M.

Tel.: +994 12 406 95 83.

E-mail: 

dr_rzayev@hotmail.com

www. riyad-ruf.ru

     Beləliklə,  lazerin  bəzi  LOR-xəstəlikləri 

zamanı tətbiqi ilə bağlı olan, ilahiləşdirilmiş 

və  ya  ideallaşdırılmış  təqdimatı  (ağrısız, 

qansız, bıçaqsız, təhlükəsiz və s.), reallıqda, 

heç  də  istənilən  kimi  ürək  açan  deyildir.

Lazer,  otolarinqologiyada,  metod  seçimi 

olaraq,  yalnız  yardımçı  müalicə  üsulu  kimi 

tətbiq  edilir.  Fərdi  halda  onun  bəzi  LOR-

xəstəlikləri zamanı ideal müalicə üsulu kimi 

təqdim 

edilməsi, 



reallıqda 

lüzumsuz 



eyforiyad başqa bir şey deyildir.

Каталог: 470

Yüklə 282,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə