KİTABXANA İŞİNƏ DAİR
RƏSMİ SƏNƏDLƏR
(Qanun və qanun qüvvəli normativ hüquqlu
sənədlər toplusu)
3-cü təkmilləşdirilmiş nəşri
BAKI - 2015
KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR
2
KBT Ч73:Х620
UOT 02(094.1) (479.24)
Tərtibçi: K.M.Tahirov
professor,
Əməkdar mədəniyyət işçisi
Redaktor: A.T.Abdullayeva
Kitabxana işinə dair rəsmi sənədlər: (Qanun və qanun
qüvvəli normativ hüquqlu sənədlər toplusu) /tərt. K.Tahirov; red.
A.Abdullayeva.- 3-cü təkmilləşdirilmiş nəşri.- Bakı, 2015.- 200 s.
Kitabda mədəniyyət, kitabxana və nəşriyyat işinə dair Azərbaycan
Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin bu
sahə üzrə imzaladığı fərman və sərəncamlar, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları və Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin əmrləri toplanmışdır.
Kitab mütəxəssislər və bütövlükdə kitabxana ictimaiyyəti üçün
nəzərdə tutulmuşdur.
©Azərbaycan Milli Kitabxanası, 2015
Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu
3
Giriş
Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması
istiqamətində görülən işlər sırasında kitabxana işinin təşkili, idarə
edilməsi, xüsusən kitabxanalarda elektron kataloqun, elektron
kitabxananın formalaşması, oxuculara informasiya xidmətində
yeni iş üsullarının tətbiqi, virtual xidmətlərin təşkili, kitabxanada
həyata keçirilən bir sıra proseslərə müasir texnologiyaların tətbiq
edilməsinə başlanması və s. dövlətimizin kitabxana işi sahəsində-
ki siyasətinin prioritet istiqamətinə çevrilmişdir.
20 ildən artıq bir müddət ərzində müstəqillik şəraitində yaşa-
yan Azərbaycan Respublikası qanunların aliliyinin təmin olun-
duğu hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar
atmaqdadır. Bu şəraitdə bütün sahələrdə olduğu kimi, kitabxana
işi sahəsində də müasir dövrlə səsləşən, kitabxana-informasiya
sahəsində mövcud problemlərin sistemli həllinə yönəldilmiş
qanunların, dövlət proqramlarının, fərman və sərəncamların və
digər rəsmi sənədlərin qəbul edilməsi, onlardan irəli gələn tədbir-
lərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək
lazımdır ki, Azərbaycanda ilk dəfə Ulu Öndər Heydər Əliyevin
imzaladığı 12 mart 1999-cu il tarixli Fərmana əsasən “Kitabxana
işi haqqında” Azərbaycan Respublikasının Qanunu (29 dekabr,
1998) qüvvəyə minmişdir.
Ulu öndərin işinin və ideyalarının layiqli davamçısı Prezident
İlham Əliyev Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inki-
şafında tamamilə yeni bir mərhələnin əsasını qoymuş bir sıra
fərman və sərəncamlar imzalamışdır: 12 yanvar 2004-cü il tarixli
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” Sərəncam, 27 dekabr 2004-cü il tarixli
“2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı
KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR
4
nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”
Sərəncam, 20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanala-
rın fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncam, 24 avqust
2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələri-
nin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Sə-
rəncam, 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam və s.
Bu rəsmi sənədlərin toplu halında nəşr olunaraq kitabxana
ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir və kitab-
xana fəaliyyətinin hüquqi təminatında vacib rol oynayacaqdır.
Respublikamızda idarə tabeçiliyindən asılı olmayaraq bütün
kitabxanalarda çalışan kitabxanaçıların, bütövlükdə kitabxana ic-
timaiyyətinin stolüstü kitabına çevriləcək bu toplunun 3-cü tək-
milləşdirilmiş nəşrində kitabxana işinə və əlaqədar sahələrə dair
rəsmi sənədlər - qanunlar, Azərbaycan Respublikası Prezidentinin
imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin qərarları,
Mədəniyyət və Turizm Nazirliyinin əmrləri öz əksini tapmışdır.
Nəşrlə bağlı rəy və təkliflərini Azərbaycan Milli Kitabxana-
sına göndərən mütəxəssislərə və oxuculara əvvəlcədən minnət-
darlığımızı bildiririk.
Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç. 57;
Е-mail: contact@anl.az
Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu
5
QANUNLAR
“
Mədəniyyət haqqında”
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan
Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prin-
siplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələ-
rini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial
təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplan-
ması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibət-
ləri tənzimləyir.
I FƏSİL
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı məna-
ları ifadə edir:
1.0.1. mədəniyyət – ədəbiyyat və incəsənət daxil olmaqla, cə-
miyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və
emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat
tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə
edən xüsusiyyətlərin məcmusu;
1.0.2. mədəniyyət fəaliyyəti (mədəniyyət sahəsində fəaliyyət)
– mədəni sərvətlərinin yaradılması, yayılması, qorunması, bər-
pası, mənimsənilməsi və təşviqi, həmçinin mədəniyyət xidmət-
lərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət;
1.0.3. mədəniyyət sahəsində dövlət siyasəti – mədəni irsin və
mədəni sərvətlərin yaradılması, müəyyən edilməsi, qorunması,
KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR
6
inkişafı və təbliği sahəsində həyata keçirilən tədbirlərdə dövlətin
rəhbər tutduğu məqsədlər, prinsiplər, normalar, konsepsiya,
strategiya və dövlət proqramlarının məcmusu;
1.0.4. mədəniyyət məhsulları – kommersiya dəyərindən asılı
olmayaraq, səciyyəvi xüsusiyyətləri, istifadə növləri və ya məq-
sədləri baxımından mədəni özünüifadə formalarını ehtiva edən
insan fəaliyyətinin nəticələri;
1.0.5. mədəniyyət xidmətləri – şəxslərin mədəni-mənəvi-
estetik ehtiyaclarının ödənilməsi məqsədilə göstərilən xidmətlər
və yaradılan şərait;
1.0.6. mədəniyyət məkanı – mədəni sərvətlərin və ənənələrin
yaranma və yayılma dairəsi;
1.0.7. mədəni məzmun – mədəni özünəməxsusluqdan yara-
nan və ifadə olunan ənənələr və mədəni dəyərlər;
1.0.8. mədəniyyət sənayesi – mədəniyyət məhsullarının və
xidmətlərinin istehsalını və realizə edilməsini təmin edən fəaliy-
yət sahəsi;
1.0.9. bədii dəyər – bədii yaradıcılıq fəaliyyətinin nəticəsi
olan mədəniyyət, ədəbiyyat və incəsənət əsərlərinin estetik əhə-
miyyətini formalaşdıran xüsusiyyətlər;
1.0.10. milli mədəni irs – Azərbaycan xalqına məxsus,
ümumazərbaycan əhəmiyyəti kəsb edən, universal dəyərlərə ma-
lik mədəniyyət nümunələrinin məcmusu;
1.0.11. qeyri-maddi mədəni irs – şəxslərin, qrupların və cə-
miyyətin özünün mədəni irs nümunələri kimi qəbul etdikləri ən-
ənələr, təsvir və ifadə formaları, bilik və bacarıqlar, onların yara-
dılmasında istifadə olunan alətlər, əşyalar, artefaktlar və mədə-
niyyət məkanları;
1.0.12. maddi mədəni irs – daşınmaz və daşınar mədəni irs;
1.0.13. daşınmaz mədəni irs – daşınmaz arxeoloji, memarlıq,
bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət
nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii, etnoqrafi-
ya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları,
məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları, dini
ocaqlar və etnoparklar;
Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu
7
1.0.14. daşınar mədəni irs – tarixi, təbii, arxeoloji, sənədli,
etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinema-
toqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya,
estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu;
1.0.15. mədəni irs nümunələri – özündə bir xalqın, milli azlı-
ğın maddi və qeyri-maddi mədəni irs nümunələrini əks etdirən
mədəni sərvətlərin məcmusu. Bura yeraltı, yerüstü və sualtı mə-
dəni irs nümunələri aiddir;
1.0.16. sualtı mədəni irs – insan varlığının bütövlükdə və ya
qismən, daimi və ya vaxtaşırı su altında qalan mədəni, tarixi və
ya arxeoloji izləri;
1.0.17. təbii irs – universal dəyərə malik fiziki və bioloji bir-
ləşmələrdən ibarət təbiət abidələri, geoloji və fizioqrafik birləş-
mələr, heyvan və bitki arealı olan zonalar, təbii zonalar;
1.0.18. dekorativ-tətbiqi sənət – müxtəlif məmulatlar üzərin-
də bədii əsərlərin yaradılmasına yönəlmiş maddi mədəni irs
yaradıcılığı sahəsi;
1.0.19. mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik)
– ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadə-
sini tapdığı, qruplar və cəmiyyətlər arasında və onların daxilində
ötürülən müxtəlif formalar. Mədəni müxtəliflik yalnız dünya
mədəni irsinin ifadə olunduğu, artırıldığı və ötürüldüyü müxtəlif
mədəni özünüifadə vasitələrinin tətbiqi ilə deyil, həmçinin hansı
vəsaitlərdən və texnologiyalardan istifadə edilməsindən asılı
olmayaraq, bədii yaradıcılığın müxtəlif növlərinin, mədəni özü-
nüifadə məhsullarının istehsalının, yayılmasının və onlara yiyə-
lənmənin köməyi ilə meydana gəlir;
1.0.20. mədəni özünüifadə – ayrı-ayrı şəxslərin, qrupların və
ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun
daşıyan ifadə forması;
1.0.21. mədəni sərvətlər – mənəvi və estetik ideallar, əxlaq
normaları və nümunələri, dillər, dialektlər və ləhcələr, milli adət
və ənənələr, tarixi toponimlər, folklor, bədii sənət və peşələr, mə-
dəniyyət, o cümlədən ədəbiyyat və incəsənət əsərləri, nəşriyyat
məhsulları, mədəniyyət sahəsində elmi tədqiqatların nəticələri və
KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR
8
metodları, tarixi-mədəni əhəmiyyətə malik binalar, tikililər, əşya-
lar, tarixi-mədəni əhəmiyyətli unikal təbii ərazilər və obyektlər,
məqbərələr, qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numiz-
matik xarakterli əşyalar;
1.0.22. milli kulinariya nümunələri – bir millətin mədəniyyə-
tinə məxsus texnoloji, forma, naxış, əşya, avadanlıq və resept
komplekslərini özündə birləşdirən ərzaq, içki və qida məhsulları-
nın hazırlanmasına yönəlmiş insan fəaliyyətinin nəticələri;
1.0.23. sosial əhəmiyyətli tədbirlər – mədəniyyət günləri, fes-
tivallar, baxış, müsabiqə, təqdimat, yubiley və xatirə tədbirləri,
eləcə də mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədi-
ləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbirləri;
1.0.24. yaradıcılıq fəaliyyəti – mədəni sərvətlərin yaradılma-
sına yönəlmiş fəaliyyət;
1.0.25. yaradıcı şəxs – mədəni sərvətlərin yaradılması, o
cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəa-
liyyəti ilə məşğul olan fiziki şəxs.
Maddə 2. Mədəniyyət haqqında Azərbaycan Respublika-
sının qanunvericiliyi
Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunve-
riciliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qa-
nundan, bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş Azər-
baycan Respublikasının qanunlarından və Azərbaycan Respubli-
kasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
II FƏSİL
Mədəniyyət siyasətinin dövlət tənzimlənməsi
Maddə 3. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas
istiqamətləri
3.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində döv-
lət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasə-
tinin ayrılmaz tərkib hissəsidir.
Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu
9
3.2. Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasə-
tinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
3.2.1. dövlət mədəniyyət sisteminin idarə olunması və bu
sahədə fəaliyyətin əlaqələndirilməsi;
3.2.2. mədəniyyət sahəsində fəaliyyət göstərən yaradıcı şəxs-
lərin, dövlət, özəl və bələdiyyə mədəniyyət təsisatlarının hüquq-
larının qorunması və yaradıcılıq fəaliyyətinin həyata keçiril-
məsinin təmin edilməsi;
3.2.3. mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması
və onların peşəkarlıq səviyyəsinin artırılması;
3.2.4. mədəni sərvətlərin qorunması və artırılması;
3.2.5. mədəniyyət fəaliyyəti subyektlərinin sosial müdafiəsi
və görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdiril-
məsi;
3.2.6. milli mədəniyyətin müasir dünya mədəniyyətindən
bəhrələnməsinə, milli ənənələrin inkişafına, əhalinin mənəvi tələ-
batının ödənilməsinə xidmət edən mədəniyyət əsərlərinin yara-
dılmasının stimullaşdırılması;
3.2.7. milli mədəni irsin müəyyən edilməsi, sistemləşdirilmə-
si və inkişafı;
3.2.8. milli mədəni irs nümunələrinin və mədəniyyət obyekt-
lərinin yaradılması, qorunması və təşviqi;
3.2.9. milli mədəni irsin inkişafının maliyyə mənbələri ilə
təmin edilməsi;
3.2.10. dünya mədəni irsi sahəsində maarifləndirilmənin apa-
rılması;
3.2.11. şəxslər, dövlət orqanları, bələdiyyələr və beynəlxalq
təşkilatlar arasında əməkdaşlığın qurulmasının və inkişafının tə-
min edilməsi;
3.2.12. mədəni, ekoloji, bioloji və idman turizminin inkişaf
etdirilməsi və təşviqi;
3.2.13. mədəniyyət sahəsində avtomatlaşdırmanın və ən qa-
baqcıl rabitə, informasiya, elektron idarəetmə və kommunikasiya
texnologiyalarının tətbiq olunması və inkişafı;
KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR
10
3.2.14. mədəniyyətlərarası dialoqun qurulmasının təmin edil-
məsi və təşviqi;
3.2.15. mədəniyyət, o cümlədən əyləncə sənayesinin inkişaf
etdirilməsi, mədəniyyətin müxtəlif formalarının rəqabətə davam-
lılığının dəstəklənməsi;
3.2.16. mədəniyyət sahəsində inhisarçılığın qarşısının alın-
ması.
Maddə 4. Mədəniyyət sahəsində dövlət siyasətinin prin-
sipləri
4.0. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı prinsip-
lər əsasında həyata keçirilir:
4.0.1. tarazlılıq – mədəniyyət sənayesi ilə mədəniyyət məh-
sullarının və xidmətlərinin bazarları arasında balansın yaradıl-
ması, mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişafının təmin
edilməsi;
4.0.2. bərabərlik – hər kəsin öz mədəniyyət və yaradıcılıq
hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata ke-
çirilməsinin təmin olunması;
4.0.3. demоkratiklik – əhalinin azad düşüncə ruhunda tərbi-
yələndirilməsi, mədəniyyət sahəsinin dövlət-ictimai əsaslarla təş-
kilində və idarə edilməsində hüquq və azadlıqların genişləndi-
rilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədə-
niyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması;
4.0.4. humanistlik – dünyəvi dəyərlərin, şəxsiyyətin azad
inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təh-
lükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin prioritet
kimi qəbul olunması;
4.0.5. inteqrasiya – dünya mədəniyyətindən təcrid olunma-
maqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək,
milli mədəniyyətin dünyada tanıdılması, zənginləşdirilməsi və
inkişafının təmin edilməsi;
4.0.6. keyfiyyətlilik – mədəniyyət sahəsində məhsulların və
xidmətlərin ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi
Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu
11
tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uy-
ğunluğunun təmin olunması;
4.0.7. dünyəvilik – dünyəvi dəyərlərin yaradılması, qorunma-
sı və inkişafının təmin olunması;
4.0.8. səmərəlilik – mədəniyyət sahəsində yaradıcılığın daim
inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir
metodlarla təşkil edilməsi;
4.0.9. varislik – mədəni sərvətlərin, bu sahədə bilik və təcrü-
bənin sonrakı nəsillərə ötürülməsi;
4.0.10. istedad amili – fitri istedada malik şəxslərin yaradıcı-
lıq nailiyyətlərinin artmasına xüsusi qayğının göstərilməsi.
Maddə 5. Mədəniyyət sahəsində dövlətin vəzifələri
5.1. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakılar-
dan ibarətdir:
5.1.1. mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırıl-
ması və həyata keçirilməsi, o cümlədən sahə üzrə normativ hüqu-
qi aktların və standartların, dövlət proqramlarının, tədbirlər plan-
larının, strategiyaların və konsepsiyaların qəbul edilməsi;
5.1.2. milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı
və təşviqinə yönəlmiş tədbirlərin görülməsi;
5.1.3. insanların Azərbaycan və dünya mədəniyyət nümunə-
lərinə və mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün sosial əhə-
miyyətli tədbirlərin təşkili;
5.1.4. istedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstəril-
məsi;
5.1.5. mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması;
5.1.6. beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin
təqdim edilməsi və təşviqini təmin edən tədbirlərin görülməsi;
5.1.7. mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların,
bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kom-
mersiya qurumlarının iştirakının dəstəklənməsi;
5.1.8. milli mədəniyyət obyektlərinin təsnifatının təsdiqi;
KİTABXANA İŞİNƏ DAİR RƏSMİ SƏNƏDLƏR
12
5.1.9. mədəniyyət sahəsində dövlət reyestrinin aparılması;
5.1.10.mədəniyyət sahəsinin inkişafında xidmətlərə və töhfə-
lərə görə mədəniyyət işçilərinə və yaradıcı şəxslərə həvəs-
ləndirmə tədbirlərinin təşkili;
5.1.11. milli mədəniyyətin bütün sahələrində zəruri infra-
strukturun, şəraitin, maddi-texniki bazanın yaradılması və inkişaf
etdirilməsi;
5.1.12. xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilmə-
sinə müvafiq dəstəyin göstərilməsi;
5.1.13. xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlə-
rinin yaradılması, inkişafı və fəaliyyətlərinin əlaqələndirilməsi;
5.1.14. xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlə-
rinin keçirilməsi;
5.1.15. mədəniyyətin inkişafı istiqamətində digər tədbirlərin
həyata keçirilməsi.
5.2. Mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqa-
mətlərinin müəyyən edilməsi və onun əsasında məqsədyönlü layi-
hələrin, dövlət proqramlarının, strategiyaların və tədbirlər planla-
rının qəbul edilməsi və icrasına nəzarət müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir. Mədəniyyət sahəsində tədbirlə-
rin hazırlanması və icrası işi mədəniyyət sahəsində fəaliyyət gös-
tərən şəxslərlə əməkdaşlıq şəraitində həyata keçirilir.
5.3. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakı
fəaliyyət sahələrini əhatə edir:
5.3.1. mədəni irs – maddi və qeyri-maddi mədəni irs;
5.3.2. incəsənət fəaliyyəti;
5.3.3. mədəniyyət sənayesi (kinematoqrafiya, nəşriyyat, o
cümlədən elektron nəşriyyat işi, memarlıq və dizayn, multimedia,
kulinariya və reklam);
5.3.4. mədəniyyət xidmətləri (muzeylərin, tarix və mədəniy-
yət əhəmiyyətli parkların və qoruqların fəaliyyəti);
5.3.5. xalq yaradıcılığı.
Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu
13
III FƏSİL
Mədəniyyət sahəsində əsas insan və vətəndaş
hüquq və azadlıqları
Maddə 6. Hüquq və azadlıqların təminatı
6.1. Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahə-
sində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və nor-
maları rəhbər tutulmaqla təmin edilir.
Dostları ilə paylaş: |