Rektor xaricdə
təhsil alan
həkimlərə
müraciət etdi
Rektor xaricdə
təhsil alan
həkimlərə
müraciət etdi
Azərbaycan Tibb
Universiteti ilə Türkiyənin
Medicabil xəstəxanası
arasında memorandum
imzalanıb
Təsisçi: Azərbaycan
Tibb Universiteti
Qəzet 1933 -cü ildən çıxır. № 04 (1644) 28 fevral 2017 - ci il Qiyməti 50 qəpik
Yeni doktorant və dissertantlarla görüş
Xocalı
Soyqırımının
25 illiyinə
həsr
olunmuş
tədbir
“Kök hüceyrələrinin müasir kliniki tətbiq sahəsi”
mövzusunda konfrans
ATU-nun Həmkarlar İttifaqı
Komitəsi (HİK) Tədris Stomatoloji
Klinikada növbəti yığıncağını
keçirib
Tibb Universitetində YAP-ın
hesabat-seçki yığıncağı
Türkiyəli professorlar-
la orqan köçürülməsi
mövzusunda
müzakirələr aparıldı
İmtahan sessiyasının yekunları müzakirə olundu
BU SAYIMIZDA
3
2
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib
XX əsrdə bəşər tarixinə Xocalı soyqı-
rımı kimi daxil olan qanlı faciənin 25-ci
ildönümü ilə əlaqədar fevralın 26-da
Bakıda ümumxalq yürüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
və Birinci vitse-prezident xanım Mehri-
ban Əliyeva yürüşdə iştirak ediblər.
Paytaxtın Azadlıq meydanından baş-
layan və 40 mindən çox insanın iş-
tirak etdiyi ümumxalq yürüşünün
məqsədi Xocalı soyqırımı qurbanlarının
xatirəsini ehtiramla yad etmək, erməni
faşistləri tərəfindən insanlığa qarşı
törədilmiş bu vəhşi cinayəti yenidən
dünya ictimaiyyətinin diqqətinə çatdır-
maqdır.
Ön sırasında Prezident İlham Əliyevin
və Birinci vitse-prezident xanım Meh-
riban Əliyevanın olduqları yürüş işti-
rakçıları Xocalı soyqırımı qurbanları-
nın xatirəsinə Bakının Xətai rayonun-
da ucaldılmış abidəyə doğru hərəkətə
başladılar.
Ümumxalq yürüşünün iştirakçıla-
rı əllərində qanlı qırğının günahsız
qurbanlarının - xüsusi qəddarlıqla
qətlə yetirilmiş uşaqların, qadınların
və qocaların portretləri, 25 il bundan
əvvəl törədilmiş hadisələrin dəhşətli
səhnələrini əks etdirən fotoşəkillər,
faciənin təqsirkarlarından cavab tələb
etmək, onları cəzalandırmaq, bu soy-
qırımına beynəlxalq səviyyədə siyasi-
hüquqi qiymət vermək barədə çağırış-
lar və soyqırımı qurbanlarının adları,
soyadlarının əks olunduğu Azərbaycan,
rus, ingilis, fransız dillərində plakatlar
və transparantlar tutmuşdular. Marşrut
boyunca yolların kənarlarındakı moni-
torlarda, binaların fasadlarında və bal-
konlarında “Dünya Xocalı soyqırımını
tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xo-
calını unutmayın!”, “Rədd olsun erməni
faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”,
“Cinayətkarlar cəzasız qalmayacaqlar!”,
“Xocalı soyqırımı – 25 il” və s. çağırışlar
və şüarlar nümayiş etdirilirdi.
Xocalı
soyqırımı
qurbanlarının
abidəsinin ətrafında fəxri qarovul
dəstəsi və tər çiçəklər düzülmüşdü.
Prezident İlham Əliyev Xocalı soyqırı-
mı abidəsinin önünə əklil qoydu, faciə
qurbanlarının xatirəsini ehtiramla yad
etdi.
Birinci vitse-prezident xanım Mehri-
ban Əliyeva, Baş nazir Artur Rasi-zadə,
Milli Məclisin sədri Oqtay Əsədov, Pre-
zident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev, Heydər Əliyev Fon-
dunun vitse-prezidenti Leyla Əliyeva,
Arzu Əliyeva, Heydər Əliyev abidənin
önünə tər güllər qoydular.Dövlət və
hökumət rəsmiləri, Milli Məclisin de-
putatları, nazirlər, komitə və şirkətlərin
rəhbərləri,
diplomatik
korpusun
nümayəndələri, dini konfessiyaların
başçıları, habelə qırğından xilas ola bil-
miş Xocalı sakinləri də abidənin önünə
güllər düzdülər.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak ediblər
4
4
6
5
4
6
6
http://w w w.amu.edu.az
28 fevral 2017-ci il
2
Sonra ATU-nun tədris və müalicə
işləri üzrə prorektoru, professor Sabir
Əliyev “2016- 2017-ci tədris ilinin pa-
yız semestrinin imtahan sessiyasının
yekunları və yaz semestrində tədris
prosesinin daha da yaxşılaşdırılması
işində universitet kollektivinin vəzi-
fələri” barədə hesabatı dinlənildi.
Azərbaycan Prezidentinin 14 iyun
2016-cı il tarixli sərəncamı ilə “Elm
haqqında” Azərbaycan Respublikası
Qanununun qəbul edildiyini önə çəkən
məruzəçi ölkədə elmin inkişafının hü-
quqi əsaslarını müəyyən edən bu qa-
nunun elmin maliyyələşdirilməsi mexa-
nizmlərini, əldə edilən nailiyyətlərin
stimullaşdırılması
və
onlardan
istifadənin təşkilati-hüquqi əsaslarını
müəyyən etdiyini söylədi.
Sözünə davam edən S.Əliyev bildirdi
ki, cari tədris ilinin payız semestrinin
imtahan sessiyasının obyektivlik, aş-
karlıq və şəffaf şəkildə keçirilməsi ilə
bağlı ənənəvi olaraq professor-müəllim
heyəti ilə tələbələrin birgə yığıncaqları
keçirilmiş və bu yığıncaqlarda qarşıda
duran və həlli vacib bütün məsələlər
operativ qaydada həll edilmişdir. Ka-
fedralarda ayrı-ayrı fənlərdən test
bankının yaradılması istiqamətində də
xeyli iş görülmüşdür. Universitetin me-
todik və innovasiya şöbəsi tərəfindən
test tərtibinə cəlb olunan professor-
müəllim heyəti ilə seminarlar keçirilmiş,
tərtib olunmuş testlərin texniki, meto-
diki ekspertizası aparılmış, fənlər üzrə
ekspertlər müəyyən edilmiş və onların
iştirakı ilə suallar sonuncu dəfə yoxla-
nılaraq test bankına yerləşdirilmişdir:
“Cari tədris ilindən başlayaraq I kursa
qəbul olunmuş tələbələrin kompyuterlə
test üsulu ilə imtahanların aparılma-
sı məsələsinə hörmətli rektorumuz
professor G.Gəraybəylinin təşəbbüsü
ilə yenidən baxılmış, bu sahə ilə
məşğul olan aparıcı mütəxəssislərlə
məsləhətləşmələr nəticəsində imtahan-
lar digər kurslardakı qaydalardan fərqli
olmuşdur. I kurs tələbələri yeni “MO-
ODLE” proqramı vasitəsilə imtahan
vermişlər. Bu proqram hazırda dünya-
nın 200-dən çox unversitetində istifadə
olunur və tələbələrin biliyininin daha
obyektiv qiymətləndirilməsində geniş
imkanlar yaradır. Digər kurslardan fərqli
olaraq I kurs tələbələrinin biliyi bir saat
vaxt ərzində 25 sualla yoxlanmışdır. Hər
bir doğru cavab 2 balla qiymətləndirilir.
İmtahan sessiyasının nəticələrini
diqqətə çatdıran prorektor bildirdi ki,
klassik qaydada imtahan verən hərbi
tibb məktəbinin tələbələri 132 halda
imtahanda iştirak etmiş, 4-3% halda im-
tahana gəlməmişdir: “Klassik qaydada
aparılan imtahanın nəticələrinə görə 32
(24,2%) halda «əla», 72 (54,5%)-yaxşı,
21 (15,9%) halda «kafi», 3 (2,2%) halda
«qeyri-kafi» qeyd edilmişdir.
Kredit sistemi ilə təhsil alan tələbələr
43353 (keçən il 44036) halda imtahan-
da iştirak etmişdir.
Lakin sessiya müddətində imtahan ve-
r məli olan 6201 tələbədən yalnız 4855
nəfəri imtahanda iştirak etmişdir. 1346
nəfər bu və ya digər səbəbdən payız
semestrinin imtahan sessiyasında iş-
tirak etməmişdir ki, bu da tələbələrin
21,7%-dən çoxunu təşkil edir.
İmtahan sessiyasını 4475 nəfər tələbə
müvəffəqiyyətlə başa vurmuşdur. On-
lardan 900 nəfər (18,5%) sessiyanı
«əla» qiymətlərlə, 1864 nəfər (38,4%)
«əla» və «yaxşı» qiymətlərlə, 1711 nəfər
(35,2%) qarışıq qiymətlərlə bitiriblər.
Sessiyanın nəticələrinə görə 380 nəfər
(7,8%) tələbənin akademik borcu qalıb.
Onlardan 282 nəfərin yalnız 1 fəndən,
51 nəfərin 2 fəndən, 47 nəfərin 3 fəndən
akademik borcu qalmışdır.
Universitet üzrə mütləq mənimsəmə
göstə ricisi 92,1% (keçən il 94,4%), key-
fiy yət göstəricisi 56,9% (keçən il 59,7)
olub.
Payız semestrinin imtahan sessi-
yasının nəticələrinə görə universitet
üzrə əlaçılar 18,5% (keçən ilin müvafiq
dövründə 17%), akademik borcu qalan-
lar isə 7,8% (5,5%) olmuşdur.
Kredit sistemi ilə 135 fənn üzrə imta-
han verilmişdir ki, onların 78-də «qey-
ri-kafi» qiymət qeyd olunmamışdır. Uni-
versitet üzrə 202 tələbə appelyasiyaya
ərizə ilə müraciət etmişdir. Onlardan
178 şikayət əsaslı, qalanları isə əsassız
olmuşdur.
Payız semestrinin imtahan sessi-
yasının nəticələrini ilkin araşdırdıqda
tələbələrin gündəlik fəaliyyətindən əldə
etdiyi bal və test üsulu ilə aparılan im-
tahanların birgə nəticəsinə əsasən
kəmiyyət və keyfiyyət göstəriciləri cüzi
miqdarda aşağı olsa da, 92,1% və
56,9% (keçən il 94,4% və 59,7%), «əla»
qiymətlər xeyli yüksək - 18,5% (keçən il
17%) olmuşdur.”
İmtahan sessiyasının nəticələrinə
əsas lanan S.Əliyev çıxışının sonunda
qeyd etdi ki, dekanlıq və kafedraların
bu sahədə görəcəyi işlər çoxdur və uni-
versitet kollektivi qarşıdakı semestrdə
gənc nəslin tərbiyəsində və təhsilində
əlindən gələni etməyə çalışacaqdır.
Məruzə ətrafında çıxış edən professor-
lar Arif Əfəndiyev, Əlihüseyin Hidayətov,
Canbaxış Nəcəfov və Musa Qəniyev
qarşıda duran problemlərin həlli yolla-
rından söhbət açdılar, çalışdıqları kafed-
ralarda bu istiqamətdə aparılan işlərin
kəmiyyət və keyfiyyət göstəriciləri
haqqında ümumi məlumat verdilər.
Natiqlər test sisteminin gələcəkdə daha
da təkmilləşdirilməsi məqsədilə daha
səylə çalı şa caqlarını dilə gətirdilər. Çı-
xışlarda vur ğulandı ki, mövcud çatış-
mazlıqların ara dan qaldırılması üçün
tədrisə nəzarət gücləndirilməlidir. Onlar
gələcəkdə daha yüksək nəticələrə nail
olmaq üçün bir sıra təklif və rəylərini də
irəli sürdülər.
Müzakirələrə yekun vuran G.Gəray-
bəyli məruzəni zəngin və əhatəli hesab
edərək müsbət qiymətləndirdi. Qeyd
etdi ki, bir iclasda bütün bu məsələləri
həll etmək mümkün deyil və burada
qaldırılan məsələləri gündəlik işimizlə
həyata keçirməliyik. Bu il ilk dəfə I
kursda aparılan imtahanların digər
kurslardkı qaydalardan fərqli olduğunu
bir daha diqqətə çatdıran rektor dedi
ki, gələcəkdə bu sistemin daha da
təkmilləşdirilməsi istiqamətində işlər
davam etdirilməlidir. O, vurğuladı ki, bu
sistemin dəyişməsində əsas məqsəd
mövcud problemlərdən uzaqlaşmaq-
dır: “Sistemin incəlikləri barədə Sa-
bir müəllim ətraflı məlumat verdi. Onu
qeyd edim ki, bunu hazırlayıb həyata
keçirən ekspertlər Tibb Universitetinə
aid olmayan mütəxəssislərdir. İmta-
han testlərini də əməkdaşlarımız ha-
zırlamır, yalnız proqramlar kafedralar-
dan götürülür. Kafedralarda gündəlik
qiymətləndirmə işi də problemsiz deyil.
Avropada qiymətləndirmə məsələsi ka-
fedralarda həll olunmur. Kafedra yalnız
tədrislə məşğul olur, tələbəni öyrədir.
Bu biliyi yoxlamaq isə başqa bir quru-
mun işidir. Mən hesab edirəm ki, artıq
bu istiqamətdə işlər başlanılıb və biz də
bu yolla getməliyik. İmtahanda iştirak
etmək məsələsi böyük problemlərdən
biridir. Bununla bağlı Rektorluq Şura-
sı ciddi məşğuldur. Xəstəlik haqqında
tələbə poliklinikasından verilən saxta
sənədlərin sayı azalıb. Xarici tələbələrə
diqqət və qayğı daha da artırılmalıdır.
Çünki onlarda haqqımızda mənfi rəyi
formalaşdırmaq lazım deyil.
Biz öncədən bilməliyik ki, VI kursa
buraxılan tələbələr nə istəyir. Əvvəlki
sistem ilə bu günkü sistem arasında
çox böyük fərq var. Əvvəlki sistemdə
VI kursda oxuyan tələbələr hər bir ix-
tisasdan 1 il internatura keçib, həkim
olurdu. İndi isə rezidentura sistemidir.
Rezidentura həkimin sırf ixtisas alma-
sına imkan yaradan sistemdir. Sadəcə
olaraq rezidentura sistemi hələ də
təkmilləşdirilməlidir. Ona görə biz öz
proqramlarımıza yeni baxışla yanaşma-
layıq.
Artıq VI kurs tələbəsindən həkimdən
tələb etdiyimizi tələb etməməliyik. Çün-
ki rezidentura müddətində onun pata-
logiyanı dərindən öyrənmək imkanları
olacaq. Burada fikirlər səsləndi ki, 1100
testi əzbərləmək çətindir. Niyə proses
zamanı tələbələr bu testlərin böyük
hissəsini həll edə bilmirlər. Tələbələr
kütləvi şəkildə imtahanlara girmirlər.
Maraqlıdır, 5-6 gün onlara nə verir?
Ya bu dövrdə onlar testləri əldə edirlər,
ya da nədənsə istifadə edib imtahanla-
ra girmirlər.
İmtahanda iştirak vacib məsələdir.
Bunun hüquqi və maliyyə tərəfi var.
Yenə deyirəm o insanlara saatlar veri-
lir. Hesab edirəm ki, biz gələcəkdə bu
məsələ ilə məşğul olub maliyyə itkisinin
qarşısını ala biləcəyik.
Sonra universitetimizin əməkdaşları,
AMEA-nın müxbir üzvləri, profes-
sorlar Sudeyif İmamverdiyev və
Nuru Bayramovun AMEA-nın həqiqi
üzvlüyünə, professor Əlişir Musaye-
vin isə AMEA-nın müxbir üzvlüyünə
namizədliklərini dəstəkləyən elmi şura
ümumi cərrahiyyə kafedrasının profes-
soru Çərkəz Cəfərovu həmin kafedraya
məsləhətçi-professor seçdi.
Müxtəlif məsələləri nəzərə çatdır-
maqla çıxışını davam edən universite-
tin rəhbəri yeni yaranan şöbə haqqın-
da məlumat verərək bildirdi ki, təhsilin
keyfiyyəti dövlətin bu günkü tələblərinə
uyğun yaradıcı düşüncəyə malik, tib-
bin ayrı-ayrı sahələri üzrə inkişafını
planlaşdıra, onu reallaşdıra və inkişaf
etdirə bilən, gələcəkdə yüksək ixtisas-
lı mütəxəssis kimi fəaliyyət göstərə
biləcək həkim və əczaçı kadrların
səmərəli hazırlanma sisteminin yara-
dılması və təşkilindən ibarətdir. Bunun
üçün də “tədris-metodik və innovasiya
şöbəsi” adının “təhsilin keyfiyyətinin
təminatı və innovasiya şöbəsi” kimi ad-
landırılması günün tələbidir.
Sonra adı çəkilən şöbənin müdi-
ri, professor Akif Qurbanov təhsilin
keyfiyyətinin təminatı haqqında hazır-
lanmış 7 bənddən ibarət bəyannaməni
şura üzvlərinin nəzərinə çatdırdı və
bəyannamə yekdilliklə qəbul olundu.
Sonda ATU-nun yeni gerbini və loqo-
sunu təsdiqləyən elmi şura müsabiqə
məsələlərini həll etməklə öz işini başa
çatdırdı.
Mənsur ƏLƏKBƏRLİ
Fotolar Cənnətalı Çingizindir
B Ö Y Ü K E L M İ Ş U R A D A
İmtahan sessiyasının yekunları müzakirə olundu
F
evralın 27-də Böyük Elmi
Şuranın növbəti iclası keçirildi.
İclasa sədrlik edən ATU- nun rektoru,
professor Gəray Gəraybəyli gündəliyə
keçməzdən öncə ölkə prezidenti
cənab İlham Əliyevin fevralın 21-
də Mehriban xanım Əliyevanın
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti təyin edilməsi haq-
qında imzaladığı sərəncamı diqqətə
çatdırdı və bu münasibətlə universitet
icti
maiyyətinin adından Mehriban
xanım Əliyevaya təbrik məktubu ün-
vanlandığını bildirdi. Rektor qeyd
etdi ki, Mehriban xanım Əliyevanın
bu mühüm vəzifəyə təyin olunması
xal
qımızın və dövlətimizin daha da
in kişafı naminə, respblikamızın istər
daxili və xarici siyasətində, istərsə də
mədəni-ictimai və sosial həyatında
daha böyük əzmkarlıqla fəaliyyət
gös
tərməsinə şərait yaradır. Onun
səhiy yə sahəsinə göstərdiyi diqqət və
qayğıdan bəhs edən rektor dedi ki, tibb
ictimaiyyəti bu təyinatı daha böyük
sevinclə qarşılayır və Mehriban xanım
Əliyevaya gələcək işlərində uğurlar
arzulayır.
28 fevral 2017-ci il
http://w w w.amu.edu.az
3
ATU-nun mətbuat xidməti
ATU-nun rektoru, profes-
sor Gəray Gəraybəyli Xoca-
lı faciəsi haqqında qısa tarixi
arayış səsləndirdi. Qeyd etdi
ki, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan
silahlı qüvvələri tərəfindən
Rusiyanın 366-cı motoatı-
cı alayının iştirakı ilə Xocalı
şəhərində soyqırım törədilib.
63 nəfəri uşaq, 106 nəfəri qa-
dın, 70 nəfəri qoca olmaqla,
613 nəfər şəhid olub, 8 ailə
tamamilə məhv edilib: “25 uşaq
hər iki valideynini, 130 nəfər
valideyinlərindən birini itirib.
Bu, ermənilərin həyata keçir-
diyi yeganə cinayət deyil. Tarix
boyunca ermənilərin “böyük
Ermənistan” xülyası ucbatın-
dan azərbaycanlılara qarşı
müxtəlif vaxtlarda soyqırım
siyasəti reallaşdırılıb. Bu qey-
ri-insani siyasət nəticəsində
həmvətənlilərimiz öz yaşa-
dıqları yerlərdən didərgin sa-
lınaraq çox pis vəziyyətlərə
düşüblər”.
Xocalı soyqırımına ilk dəfə
hüquqi qiymətin ümum-
milli lider Heydər Əliyev
tərəfindən verildiyini xatır-
ladan G.Gəraybəyli son illər
“Xocalıya ədalət” kampaniyası
çərçivəsində bu hadisənin ta-
nınması istiqamətində güc-
lü işlər görüldüyünü bildir-
di: “Bu kampaniya sayəsində
ermənilərin vəhşiliyi barəsində
dünyanın bir çox ölkələrində
məlumatlar var. Bir çox
ölkələrin parlamentləri Xocalı
soyqırmını tanıyan qətnamələr
qəbul ediblər. Soyqırımının il-
dönümü Azərbaycanla yanaşı,
xarici ölkələrdə də qeyd edilir”.
Rektor G.Gəraybəyli yaxın
illədə Azərbaycanın öz tor-
paqlarını geri qaytaracağını və
bundan sonra yalnız zəfərləri
qeyd edəcəyimizdən əminliyini
bildirdi.
İnsan anatomiyası kafedra-
sının professoru, Xocalı sakini
Mübariz Allahverdiyev soy-
qırım zamanı valideynlərinin
hər ikisini itirənlərin indi
əvvəlki illərdən daha çox fərqli
dünyagörüşünə malik olduq-
larını bildirdi: “Bu 25 nəfər
həmin vaxt körpə idilər. Ha-
zırda bu uşaqlar təkcə fiziki
cəhətdən deyil, idrak cəhətdən
də böyüyüb, kamilləşiblər.
Onlar özlərini – “25-lər” ad-
landırırlar və ermənilərə qarşı
aparılan ideoloji mübarizədə
fəallıq göstərirlər ki, bu da,
mənim zənnimcə, çox nik-
bin əlamətlərin nəticəsidir.
“25-lər”in mübariz çıxışlarını,
Vətənə ürəkdən, candan bağ-
lı olduqlarını görəndə xeyli
təsəlli tapmaq olur”.
M.Allahverdiyev
Xoca-
lı sakinləri arasında gələcəyə
ümid və inam bəsləyən belə
bir gəncliyin yetişməsindən
qürur duyduğunu bildirdi.
Daha sonra Həmkarlar İttifaqı
Komitəsinin sədri, dosent Ca-
hangir Qasımov və II müalicə-
profilaktika fakültəsinin V kurs
tələbəsi, Prezident təqaüdçüsü
Xatın Məmmədova Xocalı faci-
əsi iə bağlı fikirlərini açıq-
ladılar, ermənilərin işğalçı-
lıq siyasəti və vəhşi əməlləri
barədə həqi qətlərin dünyaya
çatdırılması naminə gənclərin
görə biləcəyi işlərlə bağlı
təkliflərini səsləndirdilər.
Xocalı Soyqırımının 25 illiyinə
həsr olunmuş tədbir
“
İnsanlığa sığmayan vəhşilik, qəddarlıq
rəmzi, bəşəriyyəti silkələyən cinayət
”
-
Azərbaycan Tibb Universitetində Xocalı
soy
qırımının 25 illiyinə həsr olunmuş
toplantıda həmin gecə baş verənlər məhz bu
cür qiymətləndirildi.
Azərbaycan Tibb Univer sitetin-
də təhsil alan əcnəbi tələbələr
Azvision.az saytının hazırladığı
“Xocalıya ədalət” rubrikası üçün
video çarxın çəkilişlərində iştirak
ediblər. Burada xarici tələbələrin
hər biri öz dilində Xocalıya ədalət
tələb etməklə, Azərbaycan xalqının
üzləşdiyi bu dəhşətli cinayətin
dünyada tanınmasına öz töhfələrini
veriblər.
Xocalı faciəsinin baş verməsindən
25 il ötür. Ermənilərin Xocalıda
törətdiyi soyqırım nəticəsində 613
azərbaycanlı milli mənsubiyyətinə görə
vəhşicəsinə qətlə yetirilib. Xocalıda
487 nəfər şikəst edilib, 1275 nəfər girov
götürülərək amansız işgənclərə məruz
qalıb. Girov götürülənlərdən 150 nəfərin,
o cümlədən 68 qadının və 26 uşağın
taleyi bu günədək məlum deyil. Xocalı
soyqırımı zamanı 8 ailə tamamilə məhv
edilib, 25 uşaq hər iki valideynini, 130
uşaq isə valideynlərindən birini itirib.
Əsrin faciəsindən 25 il keçsə də, Xocalı
dəhşətləri unudulmur. Artıq dünyanın
bir çox dövlətləri soyqırımı tanıyaraq
“Xocalıya ədalət” istəyir.