Referat Mövzusu: Xürrəmilər hərəkatı: islama yoxsa ərəb ağalığına qarşı



Yüklə 77,31 Kb.
səhifə1/3
tarix01.01.2022
ölçüsü77,31 Kb.
#50254
növüReferat
  1   2   3
xürrəmilər hərəkatı
shikayet, xürrəmilər hərəkatı, xürrəmilər hərəkatı

Bakı Avrasiya Universiteti

Fənnin adı: Azərbaycan tarixi

Sərbəst iş növünün adı: Referat

Mövzusu: Xürrəmilər hərəkatı: islama yoxsa ərəb ağalığına qarşı

Təhsil səviyyəsi:Bakalavr

Təhsilalan: Salmanov Salman

Müəllim: Pərinaz Sadıqlı

Tarix: 16.12.2021

Qiymət:

Xürrəmilər və ya Babəkilər hərəkatı

T arixən Azərbaycanda yadelli işğalçılara qarşı güclü hərəkatlar olmuşdu. Bu azadlıq hərəkatları içərisində istər iştirakçılarınının sayına, istərsə də yönəldiyi dövlətin dayaqlarının zəiflətməsində Xürrəmilər hərəkatı qədər güclü hərəkat olmamışdır. Bu hərəkat tariximizdə xarici işğalçılara qarşı yönəlmiş və pik səviyyəyə yüksələn azadlıq hərəkatıdır. Biz Xürrəmilər hərəkatının gedişinə keçməzdən əvvəl bu hərəkatın adının haradan yaranması, hərəkatın yaranma tarixinə nəzər salaq. Bu hərəkatın başlaması haqda ilk dəfə hicri 162- ci(778- 779- cu illərdə) ildə bəhs olunub. Ərəb dilində yazan tarixçi, qanunşünas və ilahiyyat mütəxəssisi Əbu Cəfər Məhəmməd ibn Cərir ət- Təbəri (839- 923) “Tarix-ər-rüsul və- l- mülk” (Peyğəmbərlərin və padşahların tarixi) əsərində bu hərəkatın 778- 779- cu illərdə başladığını bildirir. Bir sıra tarixçilər “xürrəmi”, “xürrəmmədini” və ya “xürrəmdinlər” sözlərini işlədərək yalnız Babəkin izi ilə gedənləri nəzərdə tuturlar. Belə olduqda gəlin biz “xürrəmi” anlayışının mənşəyinə diqqət yetirək. Xürrəmi və xürəmməddin terminini tədqiq edəndə bu adın mənşəyi haqqında mənbələrdə 3 məqam göstərilir. Məsudi, Yaqut əl- Həməvi, Sadiq əl- İsfərani kimi tarixçilər “Xürrəm” sözünün Ərdəbil yaxınlığında yaşayış yeri olduğunu bildirirlər. Amma “xürrəm” termini haqda təkcə bu fikir yoxdur. Xürrəm termini haqda bir fikir olsaydı məsələnin həlli daha asan olardı. Digər bir məqama görə “xürrəm” temini kef çəkəm, əyyaşlıq edən adamlara deyilib. Lakin bu da müxaliflərin onlara atdığı bir çox böhtan və ixtilaflardan biridir. Ərəb tarixçisi Əl- Səmani yazırdı: onların dini bundan ibarət idi ki, onlar istədikləri və arzu etdikləri hər şeyi edirdilər. Onlara bu adı ona görə vermişdilər ki, onlar qadağa nə olduğunu bilmirdilər və şərabı, qadınlarla yaşamağı və faydalı olub nəşə verən hər şeyi xeyirli(halal) hesab edirdilər. Belə ki, orta əsr müəllifləri məzdəkilərə və onların xələfləri xürrəmilər haqda danışarkən onlarda “arvadların ümumiliyi” məsələsini ifrat əyyaşlığın nümunəsi hesab edirdilər. Mütəhhər əl- Müqəddəsi yazır: “Onların(xürrəmilərin) içərisində biz elələrini tapdıq ki, onlar qadınların ümumiliyinə öz razılığı ilə verirlər”. İbn əl- Əsir “Əl- kamil fit- Tarix” əsərindı yazır: Xürrəmilərin kişiləri öz anaları, bacıları və qızları ilə arvad kimi yaxınlıq edirlər, buna görə onlara xürrəm adı veriblər. Xürrəmilərdə hər hansı nigah qrup nigahlarının olması, arvadlarının ümumiliyi məsələsi o qədər də inandırıcı görünmür. Burada bbir neçə məqama diqqət yetirmək lazımdır.



  1. Sərxoşluğa, pozğunluğa və əxlaqsızlığa düçar bir toplumun 20 ildən artıq nəhəng Ərəb Xilafətinə qarşı mübarizə apara bilməzdi. Bu kimi hərəkətlərə yol verən hər bir azadlıq hərəkatı o cümlədən Xürrəmilər hərəkatı pozulmağa və məhvə məhkum olardı.

  2. “ Xürrəm” terminini əxlaqsızlıqla əlaqələndirən ənənədə feodal və burjua müəlliflərinin siyasi və elmi məhdudluğu və sinfi qərəzkarlığı nəzərə çarpır. Belə ki, “Xürrəmilər” hərəkatı haqqında yazanların əksəriyyəti ərəb tarixçiləri olub. Ərəb Xilafətinə qarşı yönəlmiş bir hərəkat barədə onlar ürək dolusu, müsbət fikirlər yaza bilməzdilər. Əbül- Müzəffəri İsfərayini “Ət- təbsir fi- d- din və təmyizəl- firqət- əl- naciyyəti ən firəq il- halikin”adlı kitabında yazır: “Xürrəmilər iki dəstəyə bölünürlər: onlarda biri İslam dövlətindən qabaq yaşamış məzdəkilərdir ki, haram işləri halal bilirdilər və deyirdilər ki, qadınlara və mal dövlətə şərikdirlər. Ənüşirəvan öz padşahlığı dövründə onları öldürürdü. İkinci dəstə İslam dövründə meydana gəlmiş Xürrəmilərdir ki, bunlara da Babəkilər və ya Məzyarlılar deyilir. Lakin Babəkilər Babək Xürrəminin tərəfdarları idilər. O, Azərbaycanda meydana gəlmişdi və tərəfdarları olduqca çox idi. O, haram edilmiş bütün işləri halal bilirdi. İmam Fəxri Razi “Etiqadatu firəq- il müslimin və- l- müşrikin” adlı kitabında yazır:” Babəkilər Babəkin tərəfdarları idilər. Babək özü isə Azərbaycanlı idi. Onun qüdrəti uzun müddət artmaqda idi. O, küfrün yolunu açdı. Bir çox adam onun başına toplandı. Bu iş isə Mötəsimin zamanında oldu. Bir çox şiddətli vuruşmalardan sonra onu tutdular və onun bəlası aradan qaldırıldı”. Əbülfərəc Cövzi “Nəqd- əl- elm və- l- üləma ov- telbisin iblisin” adlı əsərində bu adamlar haqqında belə deyir: “xürrəmiyan” və “xürrəmi” yad bir sözdür. O, insanı cəzb edən ləzzətli və maraqlı şeylər haqqında işlədilir. Bu sözün mənası insanın hər növ ləzzətə uyması və şəhvət düşkünü olması, habelə cəmiyyətdə əxlaq qaydaları, dini qanunları ortadan qaldırmaq demək idi. Məzdək terminin də xürrəmi anlayışı ilə bağlılığı olduğu bildirilir. “Xürrəmi” termini Məzdəkin arvadının adı ilə bağlı olduğu haqqında Nizam əl- Mülk “Siyasətnamə”sində yazır: “Məzdəkin arvadı və Fadənin qızı Xürrəmə 2 adamla Mədaindən qaçıb Rey mahalına gəlmişdi və orada adamları öz ərinin dini təliminə dəvət

edirdi; müxtəlif adamlar bu dinə daxil oldu və adamlar onları xürrəmdinli adlandırdılar. X- XIII əsrlərdə bəzi mənbələrdə dəfələrlə bildirilir ki, məzdəkilər və xürrəmilər atəşpərəst olmuşlar. Mütəhhər əl- Müqəddəsi bunu belə deyir: Xürrəmilər maqların bir gözüdür. Əbül- Fərəc ibn əl- Cövzi, İbn əl- Əsir də məzdəkilərin maq olduqlarını yazırlar. Bu əsasdan də “Xürrəm” termini “od” anlayışı əsasında təhlilini irəli sürmək olar. Farsca “xur”, “xvar”, “xarena” – günəş, od deməkdir. Bu baxımdan hərəkatda o qədər də rol oynamayan farslar və ermənilər “xürrəm” termininin meydana gəlməsinin mənbəyi ola bilər. Çünki qeyd olunduğu kimi “xürrəm” termini ərəb dilinin leksikonunda olan bir söz deyildir.

Azərbaycanda xürrəmilər üsyanı öz başlanğıcını Cavidan ibn Səhl və ya İbn Şirakla bağlı idi. Baqid ibn Əmr ət- Təmiminin itirilmiş “Babəkin tarixinə” görə Cavidan Ərdəbil mahalında yaşayırdı, onun böyük qoyun sürüləri vardı və o, qoyunları Zəncan bazarında satırdı. Bir dəfə Cavidan Zəncanda bir qədər mal- qara satıb öz yerinə, Bəzzə qayıdanda hava pis olduğuna görə təsadüfən Babək anasının evində qalır. Görür ki, onun müxtəlif bacarıqlarını yerinə yetirən Babək çox bacarıqlı və zirək oğlandır. Cavidan Babəkin anasına təklif edir ki, oğlunu ona qulluq etməyə versin, bunun müqabilində Cavidan onun anasına hər ay müəyyən məbləğ göndərəcək. Babəkin anası Bərumənd razılaşır. Az sonra Cavidan Əbu İmranla vuruşmada ölümcül yaralanır və 3 gündın sonra ölür. O, vəsiyyətində arvadına bildirir ki, onun ruhu Babəkə köçür. Qoy onun qoşunları Cavidana necə tabe olurlar Babəkə də elə xidmət etsinlər. Bundan sonra bütün ordu üzvləri Babəkin qarşısında and içərək bildirirlər: “Mən Cavidanın ruhuna inandığım kimi, sənə də inanıram, ey Babəkin ruhu!”. Mənbələrin məlumatına görə bu əhvalat yəni Babəkin xürrəmilərə rəhbərliyə keçməsi hicri 201-ci ildə(b.e. 816-cı ilində) olmuşdu. Əbu Cəfər Məhəmməd ibn Cərir ət- Təbəri “Tarix ər- rüsul və- l- mülk”(Peyğəmbərlərin və padşahların tarixi) əsərində yazır: Hicri 201- ci ildə (b.e. 816- cı ilində) cavidanilər təriqətdən çıxmış Babək Bəzzin sahibi Cavidan ib Səhlin tərəfdarlərına rəhbərlik etməyə başladı. Xürrəmilərin apardıqları müharibə dövrü dəqiq hesaba görə 61 il olmuşdur. Çünki xürrəmilər hicri 162- ci ildə(778- 779- cu illər) baş qaldırmışdılar. Babək isə hicri 223- cü(837- 838- ci illər) ildə əsir düşənədək bu hərəkat davam etmişdir. “Mücməli- fəsihi”nin müəllifi xürrəmilərin ilkdəfə 162- ci ildə (778- 779) ildə üsyan etdiklərini qeyd edərək deyir: “Xürrəmilər ilk dəfə İsfahanda üsyan etdilər”. Buradan aydın olur ki, İranda xürrəmilər ilk dəfə hicri 162- ci ildə İsfahan ətrafında qiyam etmişlər. Ondan 30 il sonra, yəni hicri 192- ci ildə (807- 808- ci illər) Azərbaycan xürrəmiləri üsyan etmişdilər. 9 il sonra yəni hicri 201- ci ildə(816- 817) Babək onların başçısı sifətilə ortalığa çıxmışdır. Babək hicri 223- cü ilə (837- 838) qədər 20 il xürrəmilərə başçılıq etmişdir. Təbəri onların bütün hökümdarlığını 30 il qeyd etdikdə bu hərəkatı Cavidanın qiyam etdiyi ildən hesablayır. Başqa tarixçilər isə “xürrəmilər 20 il hökmranlıq etmişlər” dedikdə, bu hərəkata Babəkin başçılıq etdiyi dövrü nəzərdə tutmuşlar. Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən vaxt, onun tərəfdarlarının sayı çox deyildi. Mütəhhər əl- Müqəddəsi yazır ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün siqnallarını gözləsinlər. Əbül- Fərəc Məhəmməd ibn İshaq ən- Nədiminin “əl- Fihrist” əsərində yazır ki, Babəkədən əvvəl “xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər”. Babək xürrəmilərə rəhbərliyə keçəndən sonra icmanın daxilində dəyişiklik əmələ gəldi. Mütəhhər əl- Müqəddəsi və ibn İbri yazır ki, təkcə atlıların sayı Babəkin qoşununda 20min nəfər idi. Babəkin başlıca məqsədi Azərbaycanda, sonra digər viləyətlərdə ərəb hakimiyyətini məhv etməyə tabe idi. Ərəb tarixçiləri İbn CövziMəqrizi yazır ki, Babək xürəmmilər qarşısında ərəbləri qovmaq, İslam dinini məhv etmək vəzifəsini qoyduqdan sonra öz ardıcıllarına elan etdi ki, bu vəzifəni yerinə yetirməyi Cavidan ona vəsiyyət etmişdi. Tarixçilər Babəkin Bağdad xəlifələri qoşunları ilə etdiyi müharibələrin bəzi təfərrüatını qeyd etmişdilər. Babək hicri 201- ci ildə(816- 817) fəaliyyətə başladı. “Təqvim ət- təvarix”Fəsihinin “Mücməl” əsərində qeyd olunur. Hicri 201- ci ildə (816- 817) Babək xürrəmi Cavidaniyyədə üsyan etdi. Ərəb tarixçisi Gəzdizi “Zeyn əl- əxbar” adlı əsərdə yazır: “İsfahan, Həmədan və Masobzanın əhalisi xürrəmi dinini, xürrəmdin Babəkin məsləkini qəbul etdilər”. Babək başına çoxlu qoşun topladı. 819-cu ilədək xəlifə qoşunlarının xürrəmilərlə böyük vuruşmaları olmayıb, iş yalnız yerli toqquşmalarla məhdud olurdusa, 819-cu ildə (hicri 203-cü ildə) xəlifə Yəhya ibn Müaz ibn Müslimin komandası altında Babəkə qarşı ilk nizami ordu göndərdi. Ət- Təbəri, İbn əl- Əsirİbn Taqriberdi kimi tarixçilərin qeydinə görə bu vuruşmada tərəflərdən heç biri məğlub olmadı. Hicri 205- ci ildə, yəni bizim eranın


Yüklə 77,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə