Redaktor və rəyçilər: İlham Məmmədli



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix31.01.2017
ölçüsü5,26 Mb.
  1   2   3   4   5   6   7   8   9

Ziyadxan Nəbibəyli
SultaN bəy və XoSrov bəy 
qardaşları
БАКЫ–2011

Redaktor və rəyçilər: 
 İlham Məmmədli,  
filologiya üzrə fəlsəfə doktoru
 
 
 
 
Tamxil Ziyəddinoğlu,
 
 
 
 
“Bütöv Azərbaycan” qəzetinin  
 
 
 
 
təsisçisi və baş redaktoru
Ziyadxan Nəbibəyli. Sultan bəy və Xosrov bəy qardaşları.
Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2011, 224 s., şəkilli
Bu kitab XX əsrin 20-ci illərində Zəngəzur – Qarabağ bölgəsində xarici ha-
vadarlarının fəal hərbi-siyasi dəstəyi ilə xalqımıza qarşı tarixdə misli görünməmiş 
amansızlıqla  soyqırım,  etnik  təmizləmə  həyata  keçirmiş  erməni-daşnak  hərbi 
dəstələrinə qarşı ümümxalq mücadiləsinin başında duran Xalq qəhrəmanı Sul-
tan bəyin anadan olmasının 140 illiyi münasibəti ilə “Zəngəzur” Cəmiyyətləri Bir-
liyinin elan etdiyi müsabiqənin şərtlərinə uyğun olaraq müsabiqəyə təqdim edilən 
ən yaxşı elmi-tarixi əsər hesab edilərək nəşr olunur.
Kitabda Azərbaycanın qədim torpaqlarından olan Zəngəzur mahalının Ha-
cısamlı bölgəsinin bəyi Sultan bəy, qardaşı – Azərbaycan Xalq Cümhuriyyətinin 
ilk Hərbi naziri, Gəncə və Qarabağın general-qubernatoru Xosrov bəy və atası 
Paşa bəydən, onların təmsil olunduqları Qarabağ – Zəngəzurun və onun Laçın 
bölgəsinin etnomənəvi dəyərlər tarixindən bəhs edilir. 
© Ziyadxan Nəbibəyli, 2011

MüəllifiN keçdiyi yoldaN...
     Ziyadxan Nəbibəyli zəngin həyat 
təcrübəsinə  malik  ziyalılarımızdan 
ol maqla müxtəlif sahələrdə çalışmış-
dır. O, Azərbaycan Respublikası Na­
zir lər Kabinetində Fövqəladə Hallar 
şöbəsinin, onunla yanaşı Qaçqınlarla 
İş  şöbəsinin  müdiri  və  Höku mətdə 
üç Komissiyanın sədri və zi fə lərində, 
Komitə Sədrinin müavini, nazirlikdə 
şöbə müdiri, kollegiya katibi, Elmi­
Tədqiqat İnstitutunda direktor müa-
vini,  Milli  Elmlər  Akademiyasında 
baş elmi işçi, laboratoriya müdiri və 
s. vəzifələrdə işləmişdir.
Z.Nəbibəyli  elmi  işlə  yanaşı  publisistika  və  jurnalistliklə  də 
tutduğu vəzifələrdən asılı olmayaraq müntəzəm məşğul olmuşdur. 
O, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür, “Hüquq” 
qəzetinin Baş redaktorudur. Elmin müxtəlif sahələrinə, etnoqrafi-
yaya, tarixi­sənədli mövzulara həsr edilmiş bir çox kitabların, ixti-
raların müəllifidir. O, üç xarici Akademiyanın üzvü, t.e.d., profes-
sordur, bir çox sahələrə aid elmi yazıların, kitabların və iki təcrübi 
qurğunun müəllifidir.
Əmək veteranı və Qarabağ müharibəsi veteranıdır, Hökumətin, 
komsomolun  MK­nın,  Həmkarlar  İttifaqının,  digər  ictimai  təş­
kilatlatların, İran İslam Respublikasının və s. mükafatlarını, fəxri 
fərmanlarını  almaqla  yanaşı,  “Qızıl  Qələm”,  “Xalqının  Nüfuzlu 
Ziyalısı”, “Şərəf” və s. mükafatlarını da almışdır.

Kitab xalq qəhrəmanı Sultan bəyin anadan olmasının 
140-illi yinə, onun və qardaşı – Qarabağın cəsur general-
qubernatoru,  Azər baycan  Xalq  Cümhuriyyətinin  ilk  Mü-
dafiə Naziri Xosrov bəyin ruhlarına bir xatirədir.
Ziyadxan Nəbibəyli
ÖN SÖZ əvəZi
İllər,  əsrlər  bir­birini  əvəz  edir,  siyasətlər  dəyişir,  yeni 
dövlətlər yaranır, köhnələr dağılır, lakin ötən illər, keçmişdə qa-
lan zamanlar, süqut edən dövlətlər, dünyadan köçən sərkərdələr 
yenidən yad edilir, yer üzərində onların izləri, həyat və fəa liy­
yətləri araşdırılır, qiymətləndirilir, çünki gələcək bütün böyük-
lüyü və gözlənilməzliyi ilə keçmişinin sarsılmaz özülü üzərində 
dayanır.
Bu  baxımdan  “Sultan  bəy  və  Xosrov  bəy  qardaşları”  kitabı 
elmi  araşdırmalar  nəticəsi  olmaqla,  çoxlu  sayda  tarixi  mənbələr 
əsasında ərsəyə gəlmiş, Azərbaycanın qədim torpaqlarından olan 
Qarabağın, Zəngəzurun tarixinə, onun yetişdirmələri olan Sultan 
bəyin  və  qardaşı  –  Qarabağın  general­qubernatoru,  Azərbaycan 
Xalq Cümhuriyyətinin ilk Müdafiə Naziri Xosrov bəyə həsr olun-
muşdur.
 Oxuculara təqdim edilən bu elmi əsərin yazarı t.e.d., profes-
sor Ziyadxan Nəbibəyli görkəmli elm xadimi olaraq elmi sahədə 
fəaliyyəti ilə yanaşı, zəngin həyat təcrübəsinə malik ziyalı kimi, 
adına,  andına  sadiq,  əslinə,  kökünə  minnətdar  bir  insan  kimi, 
”Əsli  olan  unudarmı  nəslini”  kəlamını  əsas  tutaraq,  Qarabağ  və 
Zəngəzur onun Laçın bölgəsinin tarixi və etnoqrafiyası sahəsində 
elmi araşdırmalar aparmış, ömrünün bir hissəsini bu işə bağladığı 
üçün onun hər məqaləsi, kitabı oxucular arasında, ədəbi mühitdə 
ayrıca bir maraqla qarşılanır. Kitabda incələnən, öyrənilən, tutuş-

Ön söz əvəzi
5
durulan materialların, mənbələrin coğrafi və tarixi hüdudları çox 
genişdir.
Əsərdə ilkin olaraq Qarabağ – Zəngəzur və onun Laçın bölgəsi­
nin  etnomənəvi  tarixi  sahəsində  araşdırmalar  aparmış,  bölgənin 
insan yaşayışının dünyada ən qədim məskənləri olmaqla, həm də 
etnosunun ən qədim mənəvi dəyərlərə mənsub olan bir məkan ol-
duğunu, əzəli Azərbaycanın torpaqları olduğunu tarixi mənbələr və 
dəlillərlə təsbit etmişdir. Zəngəzurun qısa tarixinin xronoligiyası 
haqqında məlumat verərək, “Zəngəzur” toponimi sahəsində araş-
dırmalar aparması, Zəngəzurun qədim və zəngin tarixinin yenidən 
öyrənilməsində, bir çox ziddiyyətli və qaranlıq məsələlərə aydınlıq 
gətirmişdir.
Kitabda  xalq  qəhrəmanı  Sultan  bəy  və  qardaşı  –  Qarabağın 
cə sur general­qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk 
Müdafiə Naziri Xosrov bəyin haqqında müfəssəl məlumat veril-
miş,  Sultan  bəyin Azərbaycanın  ən  qəddar  düşmənlərindən  biri, 
ermənilərin  isə  çox  böyük  önəm  verdiyi  Andranik  üzərindəki 
qələbəsi,  Sultan  bəylə,  Xosrov  bəyin  1919­cu  il  21­30  martın-
da  Əsgəran  döyüşündə  daşnak  generalı  Dronu  məğlub  etməsi, 
Laçına  basqının  qarşısının  alınması,  hərb  tariximizin  çox  şərəfli 
səhifələrindən biri olduğu qeyd edilmişdir.
Azərbaycan  Xalq  Cümhuriyyəti  zamanı  bölgədəki  ictimai­si­
ya  si vəziyyət araşdırılmışişğalın – 1920­ci ildən sonrakı dövr lə  rin­
də Azərbaycana,  –  xüsusən  Zəngəzura, Yuxarı  Qarabağa  və  Qər bi 
Azərbaycana çox ağır itkilər gətirməsi və Zəngəzurun Sovet Er mə  nis­
ta nına qeydsiz­şərtsiz hədiyyə edilmə səbəbləri təhlil edilmişdir. 
Kitabın ən önəmli cəhətlərindən və müəllifin uğurlarından biri 
də ondadır ki, Sultan bəy, Xosrov bəy və ataları, müdrik el ağsaq-
qalı Paşa bəyin həyatı, şəxsiyyəti, erməni işğalçı quldurlarına qarşı 
mücadiləsi barədə oxucuda əyani təsəvvür yarada bilmişdir. 
Zahir Abbas
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair

qarabağ – ZəNgəZuruN və oNuN laçıN 
bÖlgəSiNiN etNoMəNəvi tariXiNdəN
Paşa  bəyin,  Sultan  bəyin,  Xosrov  bəyin  yaşadıqları  tarixi 
Azərbaycan torpaqları Qarabağ – Zəngəzur və onun Laçın bölgəsi 
insan yaşayışının dünyada ən qədim məskənləri olmaqla, həm də 
etnosu ən qədim mənəvi dəyərlərə mənsub olan bir məkandır. 
Rus  imperiyası  Azərbaycanın  torpaqlarını  istila  etməklə 
kifayətlənməyib, onun milli sosial quruluşunu zorakı üsullarla məhv 
edilməsi, milli addan və tarixi yaddaşdan məhrum edilməsi, onun 
mənəvi bütövlüyünün parçalanması və milli xarakterin itirilməsi yo-
lunu bizlərə təlqin etdi. Rusların bizlərə qarşı bu cür ardıcıl siyasəti 
nəticəsində Azərbaycan  insanlarında  bir­birlərindən  uzaq  düşmə, 
bir­birlərini ayırıcı hisslər formalaşmağa başladı və cəmiyyətimizdə 
bugünkü vəziyyət yarandı. Təcavüzkar, təcavüz edən ermənilərdə 
isə, birləşdirici (konyuktiv) hisslər daha da üstünlük təşkil etməyə 
başladı və bu da ruslar tərəfindən istiqamətləndirilmiş bir siyasətin 
nəticəsi  oldu.  Rusların  uzaq  illərə  hesablanmış  və  insanlarımıza 
açıqlanması verilməyən bu siyasət Azərbaycan insanının etnopsixo-
logiyasını öz doğma etnopsixologiyasından xeyli dərəcədə uzaqlaş-
dırdı. Bunun nəticəsi olaraq, hətta Azərbaycan, Azərbaycanın tarixi 
bizlərə etnik – milli mədəniyyət tarixi kimi deyil, coğrafi anlayış 
kimi şərh edilmişdir. Biz bilməliyik ki, bir çox amillərlə yanaşı mil-
li  mədəniyyətin  inkişafının  kökündə  mənəvi  dəyərlər  durmalıdır. 
Əks təqdirdə nə təsərrüfat, nə siyasət, nə də sosial münasibətlər öz 
aparıcılığını icra edə bilməz, hətta iqtisadiyyat milli mənəviyyatın 
ardınca gəlməlidir.
Etnomənəvi  dəyərlər  xeyli  insani  dəyərlərin  cəmindən  öz 
təşəkkülünü  formalaşdırır.  Buraya  dil,  adət­ənənə,  inam,  etiqad, 

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
7
dini mənəviyyat, elm, incəsənət, xalq yaradıcılığının hər bir sahəsi, 
ideya, siyasi baxışlar, mənlik dərrakəsi, tarixi yaddaş, əxlaq, milli 
ruh və s. aid edilə bilər. 
Tədqiqatlar göstərir ki, Şərqi Afrika, Aralıq dənizi sahilləri, Qaf-
qaz və onun Kür–Araz çayları arasındakı ərazilərdə insanın keçmiş 
əcdadı, onun inkişaf etmə yolunda sosial­mənəvi varlıq kimi özü-
nü biruzə vermişdir. Tarixə Quruçay mədəniyyəti kimi daxil olan  
Kür–Araz çayları arasındakı torpaqlarda yaranan mədəniyyət yalnız 
respublikamızda deyil, Yaxın Şərqdə və Qafqazda əsas mədəniyyət 
mərkəzi olaraq qəbul edilir. Quruçay abidələrindən, Azıx mağara-
sından  tapılmış  əmək  alətləri  və  digər  əşyalar  bu  torpaqlarda  in-
sanlığın ilk əmək fəaliyyətindən, daha şüurlu, hərtərəfli fəaliyyətə 
keçməklə yüksək mənəvi düşüncəyə, zəkaya, ağıla sahib olmağın 
ardıcıl inkişaf yolu keçməsi ilə nəticələndiyini göstərir. 
İnsanın düşünülməmiş əməkdən şüurlu əməyə keçidlə, bir gə­
yaşayış qaydalarının tədricən mənəvi qaydalarla tənzimlənməsi ar-
dıcıllığı başlayır. Bunun sayəsində insanlığın mənəvi dünyası, ib-
tidai inam və etiqadları, tənzimləyici adət və ənənələri formalaşır. 
Azıx mağarasının araşdırılan müxtəlif təbəqələrində ocaq yerləri 
də aşkarlanmışdır ki, bu prosesdə oddan istifadə insanlığın yaxşı-
ya doğru inkişafına böyük təkan vermişdir. Od həm də, insanlığın 
iqlimdən asılılığını xeyli yaxşılaşdırmış və soyuqdan, vəhşi hey-
vanlardan xilasını bir növ təmin etmişdir. Bunun sayəsində insan-
ların qidalanma mənbələri çoxalmış, əmək alətlərinin hazırlanması 
yüngülləşmişdir. Odun xeyrini qavrayan insan, onun mühafizəsinə 
keçmişdir.
Azıx mağarasından tapılmış və mağaranın bir küncündə qo-
yulmuş üç ayı kəlləsi üzərindəki xətlər mağara sakinlərinin ibtidai 
say hesablarına malik olduqlarını göstərməklə yanaşı, dini etiqad-
ların yaranmasına da bir işarədir.
Alimlər  bu  cür  çərtmələri  insanın  öz  fikirlərini  təsvir  etmə, 
qeydə almanın ilkin cəhdlərinin, xüsusilə əvvəllər məlum olmayan 
ünsiyyət  üsulu  kimi  ilkin  qrafikanın  yaranmasının  təsdiqi  hesab 
edirlər.

Sultan bəy və Xosrov bəy qardaşları
8
Azıx mağarasında aparılmış bu və ya digər istiqamətli araş-
dırmalar  göstərir  ki,  bu  ardıcıllıqla  inkişaf  edən  müxtəlif  cür 
“işarələr”  digər  cismlər  üzərində  də  qeydə  alınmışdır.  Bir  qrup 
tədqiqatçılara  görə Azərbaycanda  təşəkkül  tapmaqda  olan  nitqin 
qrafik cəhətdən qeydə alınmasını, yazıdan öncəki tarixi mərhələ ilə 
müəyyən əlaqəsi olan ilkin təcrübələrin göz qarşısında olduğuna 
inamı artırır.
Cəfərov Ə. “Azərbaycanın ilk sakinləri”. Bakı – 2004­cü il və 
Səlimov – Şağani T.Q. “Saylar və biz”. Bakı 2004­cü il əsərlərində 
Azıx  mağarasında  aşkar  olunmuş  ayı  kəlləsinin  üzərindəki  yed-
di  paralel  xətlərin  mahiyyətini  şərh  edirlər.  Onlara  görə  bir  çox 
xalqlarda 7 rəqəmi tarixən müqəddəs hesab edilmişdir. Çox­çox 
qədimlərdə  Şərqdə  yeddi  rəqəmi  insanların  zaman,  məkan  və 
səma  haqqında  təsəvvürlərindən  xəbər  verir.  Qədim  türklərdən 
olan Şumerlərdə yeddi rəqəmi bir növ müqəddəs hesab edilən bir 
məfhum olmuşdur. Bütün bunlarla yanaşı əminliklə qeyd etməliyik 
ki, yeddi rəqəminə tarixdə ilk dəfə Azərbaycanın aşel qatında, aşel 
mədəniyyətində təsadüf olunmuşdur.
Bu işarələr həm də, o dövrün insanlarının ilkin incəsənəti, ümumi 
təfəkkürü haqqında müasir insanda daha şüurlu təsəvvür yaradır. 
Digər  qrup  alimlər  isə  Azıx  mağarasından  tapılmış  ayı 
kəlləsinin gizlədilməsini, heyvana sitayişin bariz nümunəsi kimi 
qiymətləndirirlər.  Həmin  dövrün  dəfn  adətlərinin  də  bir  növ 
müəyyən bir “biliyə” söykəndiyini bildirir. Deyilən dövrün insan-
ları təkcə öz tələbatlarını ödəmək deyil, təbiət varlıqlarından ya-
ratdıqları alət və vasitələrlə yaşadıqları təbiət üzərində diktə etmək 
düşüncələri ilə də yaşamışlar. Bu isə mənəvi varlığın başlanğıcı 
hesab edilə bilər.
Artıq sübuta yetirilmişdir ki, Qarabağ, onun bir parçası olan Azıx 
və Tağlar düşərgələri dünyanın ilk mədəniyyət ocaqlarından olmaq-
la, onların xeyli ətraflara mənəvi təsirləri çox güclü olmuşdur.
Bu  növ  mənəvi  dəyərlərin  inkişafı  nəticəsi  olaraq,  insanlar 
mağaralardan çıxaraq, özlərinin yaratdığı daxmalarda, daha geniş 
ərazilərdə yaşamaqları ilə nəticələnmişdir. 

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
9
Fikrimizcə, dil qədər insanlığın, mədəniyyətin inkişafına təsir 
göstərəcək başqa bir vasitə tapmaq çətindir. Canlılardan ancaq in-
san özündə heç nə ilə müqayisə olunmayacaq mənəvi – yaradıcı 
güc mənbəyi tapmışdır. Dil ilə, insan özünün təbii zəkası ilə yanaşı 
bir çox enerjilərdən, təbiətdən, təbiətdə olanlardan şüurlu istifadə 
etməklə uzun illər ərzində formalaşa biləcək hər hansı bir məqamı 
çox qısa bir müddətə həyata keçirə bilmişdir. Odur ki, insan di-
lin mənalı bir aləminə baş vurma vəziyyətində fəaliyyət göstərir, 
hərəkət edir, işləyir, yaradır, düşünür, düşündürür və müəyyən şü-
urlu davranışlar həyata keçirir. İnsan sözü nəinki onun davranışı-
na,  əxlaqına  təsir  edir,  eyni  zamanda  insan  orqanizmində  gedən 
fizioloji amillərə, onun qanının kimyəvi tərkibinin dəyişməsinə və 
başqa amillərin yaranmasına səbəb olur. 
İstifadə etdiyimiz dilin təşəkkülü və inkişafı insanların yeni­
yeni əmək alətlərinin ixtirasına, vəhşi heyvanların əhliləşdirilməsi­
nə, bitkilərin əkilib­becərilməsinə, onun üçün yeni­yeni ərazilərin 
kəşfinə və bu məkanlarda yaşayışın başlamasına səbəb olmuşdur.
Bu proseslər əsasən hazırda bizə məlum Yer kürəsinin Şimali 
Afrika, Ön Asiya və Azərbaycan da daxil olmaqla Cənubi Qafqaza 
aiddir.
Paşa  bəy,  Sultan  bəy,  Xosrov  bəy  də  bu  torpağın  formalaş-
dırdığı, yetişdirdiyi, əcdadları çox­çox qədimdən burada yaşamış 
Azərbaycan türklərinin övladlarıdırlar.
Alimlərin tədqiqatlarına görə prototürk dil bölgəsində bozqurd 
totemi  və  onunla  bağlı  inam  və  etiqadlar,  yaradıcı,  tənzimləyici 
mənəvi sistem insan həyatına gəlmişdir. Bu inkişafın mərkəzində 
bozqurdla insan əcdadının təmasları haqqında ən qədim məlumat 
Azərbaycanın Azıx abidəsinə aiddir.
Qarabağın bozqurdla bağlı xeyli toponim və folklor nümunələ­
ri də burada totemizmin mövcudluğunu qəbul etməyə əsas vermiş-
dir.  Beləliklə,  bu  əyalətlərdə  yaşayan  qəbilə  və  tayfaların  daimi 
yaşayış  yerlərində  və  yeni  məskunlaşdıqları  ərazilərdə  yaratdıq-
ları yeni­yeni məhəlli xüsusiyyətlər, mədəniyyətlər gələcək etnik 
mədəniyyətlərin əsasını, tarixi etnoqrafik əyalətləri formalaşdırıl-

Sultan bəy və Xosrov bəy qardaşları
10
dı. Üst paleolitin sonu, meziolit dövründə Kür və Araz çayları ara-
sı, Azərbaycan və Xəzərətrafı əyalətlər eyni etnik mədəniyyət kimi 
formalaşır, onun daxilində Şimali və Cənubi Azərbaycanın mədəni 
özünəməxsusluğu formalaşmışdır. 
Qeyd  etməliyik  ki, Azərbaycan  çərçivəsində  ən  güclü  etno­
mədəni  inkişaf  Qarabağa  məxsusdur.  Bunun  da  sayəsində  insan 
zəkasının məhsulu kimi maddiləşən yeni kəşflər zəminində təkmil 
əmək alətləri yaranır, məhsuldarlıq yüksəlir, istehsalın yeni­yeni 
sahələri  formalaşıb.  Öz  növbəsində  cəmiyyətin  sosial  –  mənəvi 
həyatı da yeni inkişaf mərhələsinə qədəm atmalı olur. Azərbayca­
nın bu inkişaf ardıcıllığı tədricən Yunanıstana, Makedoniyaya və  
Balkanlara doğru irəliləmişdir.
Yer kürəsinin bir çox vilayətlərindən fərqli olaraq, Azər bay­
canda onun etnomənəvi əyalətlərindən biri Qarabağda qədim daş 
dövründən başlanan etnomənəvi inkişaf ardıcıl davam etmişdir.
Ona görə də Azərbaycan insanının səviyyəsi misi kəşf etməyə 
şərait yaratmışdır. Azərbaycan tarixinin bu mərhələsi eniolit – yəni 
daş  –  mis  dövrü  adlanır  və  bu  dövrdə  insanlarımızın  mədəni– 
mənəvi inkişafı xeyli sürətli olmuşdur. Bu dövrdə Azərbaycanda 
dulus  çarxı  kəşf  edilmiş,  mislə  bərabər,  daş,  sümük,  ağac  və  s. 
əmək alətləri təkmilləşmiş, xeylisi isə yeni yaranmışdır.
F.  İsmayılov  (İsmayılov  F.  “Ziqmund  Freyd”.  B.1994),  Hü-
seynov. M.M., İsmayılov Q.S., Quliyev İ.M. və s. alimlərimizin 
axtarışlarına görə eniolit dövrünə aid Zaqafqaziyada aşkarlanmış 
150 əkinçilik “ocağından” əksəriyyəti Azərbaycanda və xüsusən 
də Mil Qarabağ bölgəsinin payına düşür.
Yaxud, atın, dəvənin və s. heyvanların əhliləşdirilməsi Avropa və 
Asiya  dövlətləri  sırasında  birinci  olaraq Azərbaycanda  baş  vermiş-
dir. Bunu eyni ilə saxsı məmulatlarının hazırlanmasına da aid etmək 
gərəkdir. Odur ki, eniolit mədəniyyətinin nəticəsi kimi meydana çı-
xan, yeni eradan əvvəl IV minilliyin sonu, III minillik Azərbaycan 
mədəniyyəti elmdə Kür–Araz mədəniyyəti kimi tarixə düşmüşdür.
İstənilən  xalqın  mədəniyyətində  dil  qədər  etnos  üçün 
birləşdirici,  hərəkətverici,  inkişafetdirici  ikinci  bir  amil  yoxdur. 

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
11
Deyilən  mədəniyyət  dövrü  (Kür–Araz)  Azərbaycanda  yaşayan 
bütün qəbilə və tayfaların vahid maddi və mənəvi mədəniyyətə 
malik  olması,  onun  dilçilik  qanunları  bu  dövrdə  Azərbaycan 
türk cəsinin  bütün  tayfalar  üçün  ümumi  ünsiyyət  vasitəsi  oldu-
ğunu göstərir. Bu mənada dilin yaranması ilə Azərbaycan etno-
su digərlərindən daha da üstün inkişaf yoluna qədəm qoymuşdur. 
Həmin dövrdə Qafqazın ən sıx əhaliyə malik bölgəsi Quruçay – 
Köndələnçay vadisi – Qarabağ olmuşdur. Qarabağın sərhədləri isə 
Cənub–Şərqdən Kür–Araz çayları qovşağı, cənubdan Araz çayı, 
qərbdən Qarabağ dağları adlanan Köşbək, Salvartı və Ərikli dağ-
ları ilə Göyçə gölünə qədər uzanmış, şimaldan Goran – Kür çayı 
ilə sərhədlənmişdir.
Qarabağ, yaxud Kür–Araz mədəniyyəti dövründə Azərbaycanı 
əhatə edən sosial təbəqələşmə və mədəni inkişaf tunc dövründə ib-
tidai dövlət ünsürlərinin yaranmasına gətirib çıxarmışdır. 
Yaşadığımız eradan əvvəl 2­ci minilliyin sonu və 1­ci minilli-
yin ilk dövrlərini əhatə edən dövrdə bütün Azərbaycan ərazisində 
olduğu kimi, Quruçay və Köndələnçay vadilərində də ibtidai–icma 
quruluşu sona yaxınlaşmışdı. Mülkü təbəqələşmə daha sürətlə inki-
şaf etmiş və bu tayfalar söz sahibi olmuşlar. Digər tərəfdən bu dövr 
Qafqazın digər yerləri ilə müqayisədə daha çox araşdırılmışdır.
Bir çox tədqiqatçılara görə, etnomədəni təkamülün bu dövründə 
eradan  əvvəl  1­ci  minilliyin  ortalarında  Şimali  Azərbaycanda 
Alban  dövləti  təşəkkül  tapmışdır.  Alban  tarixçisi  M.  Kalankat-
yuklu qeyd edir ki, “Alban çarı öz hakimiyyətini Şimal tayfaları 
üzərində bərqərar edəndə, yanına Şimal düzənliklərində və Qaf-
qaz dağları ətəklərində, dağlarda, cənubdakı dərələrdə, çöllərdə və 
düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilə başçılarını çağı-
rıb, onlara qarətlərdən, qətllərdən əl çəkib, çarın vergilərinin itaətlə 
ödənilməsini əmr edir. Çarın göstərişi ilə qəbilələr üzərinə hakim 
və canişinlər təyin edilir. Yafəs nəslindən, Sisakan (Sünik) soyun-
dan olan Aran onların hakimi olur.
Aran Araz çayından başlayaraq Hunan qalasına qədər uzanan 
Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdı. 

Sultan bəy və Xosrov bəy qardaşları
12
Onlar öz ölkələrinə Ağvan (Alban) adını ona görə vermişdilər ki, 
Aranın özünü, yumşaq xasiyyətinə görə “ağu” (mehriban) deyə ça-
ğırırdılar. Aranın nəslindən olan məşhur və cəsur ərlərin çoxunu 
çar Vologez özü hakim təyin etmişdi. Yti, Girdman, Tsovd və Qar-
qar knyazlıqlarında yaşayan xalqlar da Aranın nəslindəndir”.
Sonrakı  dövrdə Aranın  hakim  təyin  edilməsi  bu  torpaqların 
Aran adlanması ilə nəticələnmiş və günümüzdə də bu adı daşıyır.
Artıq elmə məlumdur ki, qədim və orta əsr yazılarında Aran və 
Alban sözlərini əsasən sinonim kimi işlətmişlər. İstənilən halda bu 
mədəniyyətin başlanğıcı da sonu da Qarabağdır. 
M.Kalankatyukluya  görə  alban  xalqı  həm  də  qədim  yazıya 
malik bir xalqdır. Ona görə: “Yazıya malik olan xalqlar yəhudilər, 
romalılar, yunanlar, midiyalılar (midiyalılar da türklərdir), ispanlar 
və albanlar”dır. Azərbaycan tarixi (1994­cü il) göstərilir ki, eradan 
əvvəl 1­ci əsr antik müəlliflərin əsərlərində Alban çarı Oroysun Ro ma 
sərkərdələri ilə yazışmaları haqqında məlumatlar mövcuddur.
K. Əliyev göstərir ki, (Алиев К. “Античные источники по 
истории Азербайджана”. Б.1986 г) Strabon yazır: “Alban kişiləri 
ucaboylu və məğrur görünüşləri ilə seçilirlər, sadə qəlblidirlər, xır-
daçı deyillər”.
SP.Zelinski (Зелинский С.П. “Племенной состав, религия 
и происхождение государственных крестьян”. SMİGBQKZK. 
T.2. Tiflis, 1887 г) yazır: “Alban və gürcü əlifbasının erməni Mes-
rop  Maştos  tərəfindən  IV  əsrdə  yaradılması  “Albaniya  tarixi”ni 
erməni dilinə tərcümə edənlərin və digər erməni ideoloqlarının uy-
durulmalarından başqa bir şey deyildir”.
Tədqiqatlara görə Qarabağ Albaniyanın etnomədəni mərkəzi 
Qəbələ şəhəri isə bu ölkənin ilk paytaxtı olmuşdur. Qarabağın apa-
rıcı şəhərlərindən biri olan Bərdə şəhəri isə 5­ci əsrin ortalarından 
Albaniya dövlətinin paytaxtı olmuşdur.
Haqverdiyev  Ə.(“Orta əsr Bərdə şəhəri”.B.,1997­il), Əhmə dov 
Q.(“Qədim Beyləqan”. B., 1997­il), Mahmudlu Y.(“Azərbaycan ta-
rixi intibah dövrü”.B., 1996­il) və s müəlliflər göstərirlər ki, Alban 
çarı 3­cü Vaçaqan (433­510) əhalinin ibtidai, mifik təfəkkürdən, 

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
13
yadelli ideoloji təsirlərdən qorumaq, vergi, idarəçilik, təhsil və s. 
məsələləri  qaydaya  salmaq  üçün  sərəncamlar  vermişdir.  Həyata 
keçirilən bu qanunlar kimsə məclisində qəbul edildiyindən bu qa-
nun hətta öz dövründə “Alban kilsə (kimsə) qanunları” adını almış-
dır. Bu məsələni M. Kalankatyuklu belə yazır: ”Çar Vaçaqan əmr 
etdi ki, cadugər, sehrbaz, bütpərəst kahinlər, barmaqkəsənlər və ağı 
verənlərin uşaqlarını yığıb məktəblərə versinlər və orada ilahi ima-
na və xaçpərəst həyat tərzinə öyrədib, onları müqəddəs Üç Uqnu-
ma etiqad etdirib, dinsizləri Allaha sitayiş yoluna yönəltsinlər”
Kalankatyuklu M. – “Albaniya tarixi”. B., 1993­cü il əsərində 
yazır: “… böyük knyaz Cavanşir dağ mahalına gedib ilin bayram 
günlərini şadlıqlarda və mahir xalq mahnıları ustalarının arasında 
keçirmək istəyirdi”. Elə bu səbəbdəndir ki, Şuşanı XIX əsrin son-
larında Azərbaycanın konservatoriyası adlandırmışlar.
Albaniyada  xristian  dini  özünə  tərəfdaşlar  tapsa  da  ölkə 
əhalisinin çox az hissəsi xristian idi, bütpərəstlər üstünlük təşkil 
edirdi, müəyyən hissə isə atəşpərəst idi.
 Ərəbistanda islam böyük sürətlə yayıldı, 636­cı ildə Bizans, 
642­ci ildə Sasani imperiyaları ərəblərə tabe oldu, Albaniya da ərəb 
xilafətinin əlinə keçdi. Lakin, islam təkallahlıq kitab əhlini islamı 
qəbul etməyə məcbur etmirdi. Qarabağı, ondan xeyli ətrafları əhatə 
edən Albaniya islamı qəbul etməklə bütöv bir xalq kimi təşəkkül 
tapdı. Həm də Albaniyada islam məscidləri ilə yanaşı kilsələr də 
fəaliyyətdə  qaldılar.  Məkkəni  dini  mərkəz  olaraq  meydana  çıx-
masından  sonra  Qüds  iudizmin,  xristianlığın  və  müsəlmanların 
müqəddəs ocağı hesab edildi. Xristianlığın ideoloji mərkəzləri isə 
Bizans və Roma oldu. İslam xilafəti tək Allahı qəbul edənləri təqib 
etmirdi. Lakin, Bizansla istənilən əlaqəni də qəbul etmirdi. Xilafətə 
casusluq edən və Bizans amilindən bəhrələnən haylar (ermənilər) 
Alban kilsəsini ələ almağa başladılar. Erməni katalikosu İlya yalan 
olaraq xəlifə Əbdül Məlikə (685­705) yazırdı: “Alban katalikosu 
Yunan imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir 
və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun 
himayəsini qəbul etsin”.

Sultan bəy və Xosrov bəy qardaşları
14
Bunun müqabilində xəlifə Əbdül Məlik silah gücünə Alban ka-
talikosluğunun 705­ci ildə erməni kilsəsinə tabe etdirdi. Ermənilər 
tərəfindən günümüzdə olduğu kimi kələyə əl atıldı və Alban dini 
kitabları məhv edildi, Alban kilsələri qriqoryanlaşdırıldı.
Qeyd etməliyik ki, Alban katalikosluğu bir cərəyan olaraq mo-
nofizit təriqətinə, haylar isə qriqorizmə xidmət edirdilər. Eyni zaman-
da 705­ci ildə Xilafətin təsiri ilə Qarabağın Artsax, Sünik (sisakan), 
Uti, Sakasena, Paytarakan və Girdiman da daxil olmaqla Albaniya-
nın Kiçik Qafqaz ərazilərinin Arran adlanan bir inzibati ərazi kimi 
birləşdirilməsi ilə bütöv bir Qarabağın formalaşması baş verdi.
Azərbaycanda islam dininin çoxluq tərəfindən qəbulu ilə onun 
əhalisinin  mənəvi  dəyərləri  islam  dini  təsiri  əsasında  daha  da 
cəmləşdi və türkçülük daha da inkişaf etdi. Bölgənin bütün əhalisi 
ilə eyni mənşəyə, dilə, adət­ənənəyə, mənəvi dəyərlərə malik xris-
tianlıqda  qalan  dağlıq  hissə  əhalisi  xristian  dinində  qaldığından 
buradakı insanların digərləri ilə birliyi qoşa addımlamadı. Əlbəttə, 
Qarabağda xristian albanların erməni və başqa xristianlarla birba-
şa heç bir əlaqəsi mümkün deyildi. Onların da daxil olduğu türk 
mədəniyyəti, siyasi hakimiyyəti və hətta islamın təsiri əsas sayı-
lırdı. Deyilən dövrdə Kiçik Asiyada yaşayan ermənilər çox azlıq 
təşkil edirdi və xilafətdə də hərbi­siyasi hakimiyyət türklərdə idi. 
Bu dövrdə artıq Qarabağ Orta və yaxın Şərqin etnomədəni siyasi 
mərkəzlərindən birinə çevrilmişdi.
Voroşil Q. (“Qafqaz Albaniyası.” B., 1993­cü il), Məmmədov 
M.M. (“Кавказская Албания”.B.,1993) və s. alimlərin fikrincə, türk 
dilinin imkanları alban ziyalılarının dünya mədəniyyətinə bələdliyi 
arami və yəhudi dillərindəki “Tövrat”, yunan dilində Homerin “İli-
ada”, Vergilinin “Eneida” və s. əsərlərinin alban türkcəsinə tərcümə 
edilib, insanlar arasında yayılmasına şərait yaratmışdır.
Həmin dövrdə türk­islam mədəniyyəti Albaniya və onun pay-
taxtı  Bərdədə  mədəni  yüksəlişə,  Bərdənin  isə  islam  dünyasının 
mədəni mərkəzlərindən birinə yüksəltmişdir.
Türk səyyahı (XVII əsr) E. Çələbi yazır: ”Azərbaycanda üç 
Qarabağ vardır ki, onların hər biri behişt gülüstanını, bağını xatır-

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
15
ladır. Biri Naxçıvanın Qarabağlar şəhəri, digəri Azərbaycanın ki-
çik şəhərlərindən olan Qarabağ şəhəridir, Təbriz əyaləti də ayrıca 
sultanlıqdır. Üçüncü Qarabağ isə “kiçik Azərbaycan”dır ki, onun­
Qarabağın coğrafi vəziyyəti, əhalisinin adət­ənənəsi, inamı, etiqa-
dı,  tamlıqda  mədəni  dəyərləri,  doğrudan  da  “kiçik Azərbaycan” 
olsa da, bütün Azərbaycanı özündə cəmləyə bilmişdir. 
Azərbaycanın  böyük  oğlu  Şah  İsmayıl  Xətai  dövləti  çərçivə­
sin də  yaradılan  bölğüdə  mərkəzi  Gəncə  şəhəri  olmaqla  Qarabağ 
bəylərbəyliyi yaradıldı. Qarabağ o dərəcədə şöhrətli olmuşdur ki, Qa-
rabağ bəylərbəyisi Hüseyinxan Ziyadoğlunun “Qarabağ” soyadına la-
yiq görülməsi haqqında 1­ci şah Abbas sərəncam imzalanmışdır.
Yuxarıda dediklərimiz Paşa bəy, Sultan bəy və Xosrov bəyin 
təmsil olunduqları Yuxarı Qarabağın bütün çalarlarının qısa da olsa 
necə formalaşdığını və onların da belə bir torpağın məhsulu ola-
raq dosta dost, düşmənə düşmən hər bir vətən oğlunun necə cavab 
verməli olduqlarını insanlarımıza tövsiyə etməkdir.
Təbii  ki,  fikrimizin  əsas  qayəsi  erməni  daşnaklarının  xalqı-
mıza hansı zillətləri verdiklərini, onlara qarşı aparılmış nümunəvi 
mübarizəni  xalqımızın  beyninə  və  onun  tarixinə  həkk  etməkdir. 
Qabarıq, gözəçarpan dərəcədə erməni məsələsi XVIII əsrdən Avro-
pa və ABŞ imperialist qüvvələri üçün Qafqaz, Asiya torpaqlarının, 
əsasən də türk və islam xalqlarını köləyə çevirmək, türk xalqlarını 
bir­birindən ayırmaq, islamın inkişafının qarşısını almaq məqsədi 
ilə ortaya atılmış bir məsələdir.
Tarixən müxtəlif ölkələrdən gələrək, müxtəlif yerlərdə seyrək 
də olsa məskunlaşan haylar qriqorian təriqəti köməkliyi ilə fəallıq 
göstərsələr  də Alban  dövləti  və  kilsəsi  tərəfindən  dəfələrlə  rədd 
edilmişdir.
Ərəb  xilafəti  hiss  edirdi  ki,  Alban  türkcəsində  Bibliyanın 
mövcudluğu nə Albaniyanın özündə, nə də digər türk torpaqların-
da  islamın  qələbəsini  təmin  edə  bilməyəcəklər. Azərbaycan­türk 
Alban  kimsəsini  ermənilərə  təslim  edib,  onun  vasitəsi  ilə Alban 
türkcəsində olan bütün xristian yazılı mənbələrini məhv etdi və həm 
də onun başqa türk xalqları arasında yayılmasının qarşısını aldı. 

Sultan bəy və Xosrov bəy qardaşları
16
Qarabağın xristianlığı davam etdirən dağlıq Laçın bölgəsində heç 
bir hay qriqorian yazısı yaranmadı, yayılmadı. Alban kilsəsinin hay 
kilsəsinə tabe edildiyi 705­ci ildən 977­ci ilə qədərki müddətində 
Qarabağda cəmi üç hay dini epiqrafik sadə və kiçik formalı abidəsi 
mövcud olmuşdur. Səbəbi isə, əlbəttə Qarabağda müsəlman­türk 
etnomədəni və siyasi­iqtisadi mühitinin hökmran olması idi.
Lakin, Xilafətin ideoloji təsirləri yeni eranın X əsrində xey-
li zəifləməsi ilə Qarabağda xristian icmasında nisbətən fəallaşma 
baş vermişdi. Bununla yanaşı xristian albanlar belə, islamın güclü 
təsiri altında xristanlıqdan xeyli uzaqlaşmışdılar.
Alban xristianlığının dini­mənəvi əsərlərinin çap olunmaması 
bəzi alban xristianlarının erməni yazılarına müraciət etməsinə sövq 
edirdi. Ancaq, erməni müəlliflərinin bir çoxu, o cümlədən Kond-
zakesi K. (“История”. B., 1946) yazırlar ki, XIII əsrdə alban din 
xadimlərinin əksəriyyəti ermənicə heç nə bilmirdi. Kimsələrdiki 
tədbirlər  albanca  –  yəni  azəri  türkcəsi  ilə  keçirilirdi.  Qarabağın 
Ağdərə bölgəsindəki Vəng kəndi yaxınlığında alban katalikoslu-
ğunun mərkəzi var. Alban knyazı Həsən Cəlalın göstərişi ilə tikilən 
Qandzasar  məbədi  üzərində  ermənicə  yazıblar:  –  “Məbəd  alban 
katalikosunun əmri ilə Şah Həsən Cəlal tərəfindən albanlar üçün ti-
kilmişdir”. Professor Məmmədova Fəridə xanımın “Azərbaycanın 
siyasi  tarixi  və  tarixi  coğrafiyası  “  (B.,1993­il)  kitabından  götü-
rülmüş bu ifadələr XIII əsrdə Alban kilsələrində din xadimlərinin 
hamısının erməni dilini bilməməsi, Qandzasar monastrının məhz 
albanlar  üçün  tikilməsi  məlumatı  Qarabağda  xristian  əhali  ilə 
ermənilərin  etnomədəni,  dini­mənəvi  məsələlərin  müqayisəsi  və 
onun səviyyəsi haqqında dəyərli mənbələrdən biridir.
İstənilən  bir  dil  insanlar  tərəfindən  o  zaman  qəbul  edilir  ki, 
gündəlik tələbata, zəruri ünsiyyət vasitəsinə çevrilə bilsin. Tarixən 
təkcə Azərbaycanda  deyil,  bütün  Qafqazda Azərbaycan  türkcəsi 
ünsiyyət vasitəsi olaraq mövcud olmuşdur. 
Rus imperiyası və Avropanın aparıcı dövlətləri hay satqınla-
rından  istifadə  etməklə  Qafqazı  və Asiyanı  türk  xalqlarını  tarix 
səhnəsindən silmək, işğal etmək, qərarına gəlmişlər.

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
17
Rus Sovet tarixçiləri türk adlı bir xalqın mövcudluğunu belə, 
qəbul etməmişlər. Bizləri bizi tarixi köklərimizdən ayırmaq üçün 
Manna, Midiya və Albaniya dövlətləri torpaqlarında ləzgidilli in-
sanların yaşadıqlarını qələmə almışlar. Sonralar isə onlara məlum 
olmuşdur ki, dağıstandillilər də qədim uqrofin türk tayfalarının öv-
ladlarıdırlar.
Başqa bir məqam isə Albanların erməni (hay) köklü olmasını 
yazıya almaq olmuşdur. Təbii ki, bu fikir hayları qane edir, Qaf-
qazda  məskunlaşmanın  əsasını  yaradırdı.  Lakin,  tarixi  mənbələr 
başqa  dəlil  və  sübutlar  ortaya  qoyur.  Belə  ki,  1724­ci  ildə  Os-
manlı  imperiyasının  Gəncə­Qarabağ  bəylərbəyliyini  tutduğu  za-
man  1725­1727­ci  ildə  tərtib  olunan  “Gəncə­Qarabağ  əyalətinin 
müfəssəl dəftəri, yaxud, 1822­ci ildə Qarabağ xanlığının rus impe-
riyası tərəfindən ləğv edilərək, Qarabağ əyaləti yaradıb və 1823­
cü ildə Qafqaz qoşunlarının baş rəisi­general Yermolovun tapşırı-
ğı ilə onun müşaviri Mogilevski və polkovnik Yermolovun qeydə 
aldığı  “Qarabağ  əyalətinin  təsviri”  tarixi  sənədi  də  bu  əyalətdə 
Azərbaycan  türklərinin  qədim  tarixlərdən  burada  yaşamalarına 
əyani sübutdur. 
Bu  sənədlərdə  alban  dilinin  (Alban  dövlətin  adıdır)  leksik, 
qrammatik, fonetik və s. cəhətdən Qarabağda, o cümlədən bütün 
Azərbaycanda  türk  dilində  olduğu  ilə  eyniyyət  təşkil  edir,  daha 
doğrusu Azərbaycan türkcəsidir. Bununla yanaşı istər Qarabağda  
və istərsə də Bütöv Azərbaycanda bütün toponimlərin, hidronimlə­
rin  və  sairənin  də  hamılıqda  türk  adlı  olduğu  bu  sənədlərdə  öz 
əksini tapmışdır.
Ermənilərin, rusların, avropalıların, xristian aləminin iddiala-
rının əksinə olaraq, eramızın 5­ci əsrində Kiçik Asiyanı Armeni-
ya (Ərməniyə) (bu ad hələ hayların erməni olmasına əsas vermir) 
adlanan ərazisində yazılı dilə çevrilən qrabar dilini də erməni dili 
hesab edənlər var.
Bitkov P.Q. (материалы новой истории Кавказa с 1722г по 
1803г Ч.З.1869г), Seyidov.M (Azərbaycan­erməni ədəbi əlaqələri 
B.,1976­il)  və  erməni  dilçi  alimi  N.Acaryan  yazırlar  ki,  erməni 

Sultan bəy və Xosrov bəy qardaşları
18
dialektləri  içərisində  minlərcə  müasir  Azərbaycan  türkcəsində 
işlənməyən qədim türk (arxaik) sözləri müəyyən etmişlər.
N.Acaryana görə: – “ Qrabar tamamilə Avropa dillərinə uy-
ğundur,  məsələn,  fransız  dilinin  quruluşuna  bənzəyir  və  qrabar 
müasir erməni dilinin quruluşunun əksinədir. Müasir erməni dili-
nin quruluşu türk dillərinin quruluşuna uyğundur”. Yəni, ermənilər 
istənilən  cəhətdən  özlərini  qədim  xalq,  qədim  tarixli  xalq  hesab 
etsələr  də,  yalandan  istədiklərini  yazsalar  da,  tarixi  araşdırmalar 
bütün  sahələrdə  hayların  yalanlarını  ifşa  edir.  N.Acaryana  görə 
türk dilinin təsiri ilə erməni dilinin quruluşundakı dəyişikliyi 7­ci 
əsrə aid edir. 
Q.Voroşil isə erməni və gürcü dilini mükəmməl bilən bir tədqi­
qatçı kimi bildirir ki, “Erməni və gürcü dilləri eramızın 5­ci əsrin 
ilk rübündən etibarən yazısı olan dillərdəndir. Bununla belə, onla-
rın təsir dairəsi heç də Azərbaycan dilinin təsir dairəsi səviyyəsində 
olmayıb.” (Voroşil Q.. – “Qafqaz Albaniyası”.B.,1993­il)
XIX əsrin sonlarında yaşamış Mordtman yazır: “...ermənilər 
Hind­Avropa mənşəli (qaraçı.Z.N.) xalqdır, amma onların dili Tu-
ran dilinin güclü təsirinə məruz qalmışdır...”
Məlumdur ki, istər Osmanlı imperiyası, istəsə də Rus impe-
riyası  Qarabağda,  ümumiyyətlə  Azərbaycanda  tərtib  etdikləri 
sənədlərdə  türk  əhali  sadəcə  müsəlman  kimi  qeydə  alınmış-
dır,  etnik  mənsubiyyət  göstərilməmişdir.  XVIII  əsrdə  tərtib 
edilən bu sənədlərdə yalnız Şəmkürbasan və Böyük Kürəkbasan 
nahiyələrindəki  25  kənd  “erməni  kəndi”  kimi  göstərilib.  Bu 
ermənilərin də xaricdən köçüb gəldiklərini Qriboedov A.S., Xan­
a qov A.E., Çavçavadze İ.Q., Kanakerski Z. Və s. erməni­xristian 
yazarları yazmışlar. 
Səfəvi­Osmanlı münaqişələri zamanı şiə dini təriqətinə mən sub 
Azərbaycan türkləri sünni təriqətinə mənsub Osmanlı hakimiyyətini 
qəbul etməyib, Cənubi Azərbaycana köçmüşlər. Tür ki yədə Osman-
lı hakimiyyətini qəbul edən ermənilər bu kəndlərə köçürülmüşlər.  
Bu  25  kəndin  hamısının  adı  türkcə  olmuşdur.  Yəni,  ermənilər 
Azərbaycan  türklərinin  tərk  etdikləri  kəndlərdə  yerləşdirilmişlər. 

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
19
Bü tövlükdə  Qarabağ  albanları  dil,  inam,  etiqad,  mənəviyyat, 
mədəniyyət,  adət­ənənə,  bütün  etnik  xüsusiyyətilə  Azərbaycanın  
türk etnonimi ilə yaşamış toplum olmaqla, eyni mənəvi dəyərlərin 
daşıyıcıları olmuşlar. Bununla yanaşı xristianlıq albanların ideoloji­
siyasi  baxışına  xristian  yönümü  vermişdir.  Rusların  işğalçılıq 
siyasətinin  kökündə  isə  bu  amildən  istifadə  etməklə  xristianları 
guya  müsəlman  zülmündən  xilas  etmə  bəhanəsi  dayanırdı.  XVIII 
əsrin əvvəllərindən Rusiya, İngiltərə, Fransa, Avstriya, Yunanıstan 
və s. ölkələr deyilən yalançı, süni fikri şərq məsələsi, ermənilərisə 
erməni məsələsi adı verməklə dünya siyasi səhnəsinə çıxarmışlar. 
Qarabağda xristian əhalini cəm edən və türklərə, türk­müsəlmanlara 
qarşı qaldıran, ruslara dayaq olmaq arzusunu casus İvan Karapet ha-
zırlamışdı. 
Ə.Cəfərovun (“İnsanlığın səhəri”.B., 1994­il) və “Gəncə­Qa­
rabağ əyalətinin müfəssəl dəftəri (Bakı 2000­il) tarixi sənədlərinin 
məlumatlarına görə, Səfəvilərin məğlubiyyətindən sonra, 1723­cü 
il avqustun 23­də 1­ci Pyotrun qoşunları Dərbənd şəhərini tutub 
Xəzər  sahili  ilə  Azərbaycanın  mərkəzinə  doğru  irəlilədi.  Bunu 
bilən Osmanlılar Gürcüstanı tutub qərbdən Azərbaycana daxil ol-
dular. Azərbaycanda mərkəzi hakimiyyətin süqutu Gəncə­Qarabağ 
bəylərbəyliyinin Osmanlılara hərbi müqavimətinə imkan vermədi. 
Bu bölgənin əhalisi, xüsusən də Gəncə əhalisi şəhəri – vətənlərini 
tərk edib başqa yerlərə, Cənub Azərbaycana köç etdilər. Qaraba-
ğın xristian albanları Osmanlıya itaət etdilər, onunla da yaşadıqları 
yerlərdə qaldılar və xeyli boş qalmış vəzifələri də tutdular. Ayrı­
ayrı  ölkələrdən  Qarabağa  yığılmış  ermənilər  isə  Rus  qoşunları-
nın  gəlişi  ilə  müsəlman  türklərin  qoyub  getdikləri  kəndlərdə  və 
Gəncə şəhərində hazır mülklərə sahib oldular. Elə bu səbəbdən də 
ermənilər məskunlaşan, türk adını daşıyan bu etnonimlər əvvəlki 
adları ilə qaldılar. Qarabağın xristian albanları və gəlmə ermənilər 
bu vəziyyətdən çox bəhrələndilər. 
Səfəvilərin siyasi səhnədən uzaqlaşmasından sonra Azərbaycan 
dövlətçiliyini bərpa etməyə Nadir Şah başladı. Təəssüflər olsun ki, 
Nadir şahı başa düşməyən Gəncə­Qarabağ bəylərbəyisi Ziyadoğlu, 

Sultan bəy və Xosrov bəy qardaşları
20
Qarabağın Kəbirli və Cavanşir tayfa başçıları onu şah kimi tanımaq 
istəmədilər. Bunların əksinə olaraq Qarabağın xristian­türk alban-
ları və ermənilər Nadir şaha özləri yaxınlaşdılar. Nadir şah, onu 
qəbul etmək istəməyənləri Xorasana sürgün etdirdi. Xristianların 
ən çox fəallıq göstərənlərinə Nadir şah məlik vəzifəsi və torpaq 
verməyə başladı.
Mirzə  Adıgözəl  bəy  “Qarabağnamədə  yazır:  –  “Qarabağın 
“xəmsə”  adı  ilə  məşhur  olan  beş  mahalın  hər  birinin  ayrı­ayrı 
adı vardır. Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı 
verirlər, çünki ərəb dilində beş ədədinə xəmsə deyilir.
Həmin mahalların biri – Dizaqdır. Məlikləri Məlik Yeqan ad-
lanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və 
onun əmri ilə məliklik taxtında oturub.
İkincisi – Vərəndədir. Məlikləri Şahnəzərlilər Göyçə əsilzadə­
lərindəndir... Oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının 
məliklik camından sərxoş olmuşdur.
Üçüncüsü – Xaçındır. Məlikləri Həsən Cəlal övladlarıdır.
Dördüncüsü – Çiləbyurd mahalıdır. Məlikləri Məlik Allahqulu-
dur. Əsilləri mağavizdən gəlmədi... Nadir şahla Osmanlı sərkərdəsi 
Köpürlü oğlu Abdulla paşa arasında olan müharibədə, Məlik Allah-
qulu çox şücaət və igidlik göstərdi. Nadir şah da məliklik xələtini 
onun qabiliyyətli vücuduna layiq görmədi, ona sultanlıq rütbəsi və 
xələt verdi...
Beşinci – Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri 
Şirvandan  gəlmədir.  (Mirzə  Adıgözəl  bəy  –  Qarabağnamə.  Qa­
rabağnamələr.  1­ci  kitab.  B.,  1989­il)  Təbii  ki,  bu  və  istənilən 
tarixdə erməni məlikliyi və ya “Xəmsə”si olmayıb.
Yeri  gəlmişkən  deməliyik  ki,  Avropa  xristian  dövlətləri, 
xüsusən  də  ruslar  Azərbaycan  türklərinə  müxtəlif  adlar  ver-
miş, xoşagəlməz fikirlər söyləmiş və bunların hamısını heç nəyə 
söykənmədən özləri bir növ uydurmuşlar. Bunlardan biri də 1823­
ci  ildə  tərtib  olunan  “Qarabağ  əyalətinin  təsviri”dir.  Sənəddə 
Azərbaycanda həyata keçiriləcək total milli, dini­ideoloji siyasətin 
yolları  öz  əksini  tapmışdır.  Döyüşkən,  ölümün  gözünə  düz  ba-

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
21
xan bir xalq, şərq mədəniyyətinə xeyli tövhələr verən müsəlman 
və xristian türk millətinin varlığı danılırdı. Xristian alban türklər 
erməni, müsəlman türklər isə Rusiyada mənfi xüsusiyyətləri yara-
dılmış “tatar” kimi göstərilirdi.
Beləliklə,  1823­cü  ildə  tərtib  olunan  “Qarabağ  əyalətinin 
təsviri” adlı sənəddə Qarabağda əhalinin etnik mənsubiyyəti tatar 
və erməni kimi göstərildi.
Nadir şaha sui­qəsd edildi. Bununla da Nadir şah Əfşar impe-
riyası çökdü və bu imperiyanın yerində ayrı­ayrı xanlıqlar yaran-
mağa başladı. Xanlıqların birləşmə istəyənlərinə də ruslar imkan 
vermədi.  Elə  bunun  da  sayəsində  Gəncə­Qarabağ  bəylərbəyliyi 
torpaqlarında Gəncə və Qarabağ xanlıqları formalaşdı.
V.N Leviatov yazır ki, Qarabağın xristian və müsəlman əhalisi 
eyni mənşəli, vahid xalq olduğunu dərk edirdi. Bu səbəbdən əvvəl­
əvvəl Qarabağ xanlığının yaranması və rus dövlətinin hakimiyyət 
uğrunda mübarizəsini dini mübarizəyə çevirmək istəyi alınmadı. 
Qarabağ  albanları  doğma  türk  mühitində  yaşadığından,  onlarda 
milli şüur, dini şüurdan güclü idi. Bu səbəblərdən də dini şüurun 
təsiri altında özlərini Qarabağ türklərindən ayırıb onlara qarşı qoy-
murdular.  1826­cı  il  müharibəsində  xristian  albanlar  Qarabağın 
müsəlman türkləri ilə birlikdə Mehdiqulu xanın ətrafında birləşib, 
rus­erməni işğalına qarşı vuruşurdular.
Tədqiqatlar  göstərir  ki,  Qafqazda  erməni  dövləti  yaratmaq 
ermənilərdən çox rusların planı olub.
N.N  Şavrov  yazır:  “...  1826­1828­ci  illər  Qacarlar  monarxi-
yası ilə Rus imperiyası arasındakı müharibəyə qədər Yelizaveta-
pol  quberniyasında  və  İrəvanda  ermənilər  sayca  cüzi  olub,  heç 
bir  əhəmiyyət  kəsb  etmirdi”.  10  fevral  1828­ci  il  Türkmənçay 
müqaviləsilə ruslar Şimali Azərbaycanın işğalını hüquqi müstəvi­
də özününküləşdirdi və bununla da Qacarlar dövlətindən 18 min 
bir, 82 min erməni ailələrini Şimali Azərbaycana, əsasən də Qa-
rabağa  planlı  qaydada  köçürdü,  onlara  gözlədiklərindən  də  yax-
şı şərait yaratdı. Bununla da məsələ bitmədi. Rusiyanın İrandakı 
nümayəndəsi  oradan  Şimali  Azərbaycana  daha  40  min  erməni 

Sultan bəy və Xosrov bəy qardaşları
22
köçürdə  bildi.  Rusiya  ilə  Osmanlı  arasında  bağlanan  Ədrinapol 
müqaviləsindən  sonra  1828­1830­cu  illər  arasında  Osmanlıdan 
bizim torpaqlara əvvəlcə 84600 nəfər, sonra 124 min nəfər və ən 
nəhayət bu ermənilərin sayı 200 min nəfərə çatdırıldı və ən yaxşı 
torpaqlarda məskunlaşdırıldı. Qafqaz qoşunlarının baş komandanı 
Sisanov 1­ci Nikolaya yazırdı: “...Qarabağ nəinki Azərbaycanın, 
bütün  qacarlar  monarxiyasının  qapısıdır.  Biz  hökmən  burada 
möhkəmlənməli və ermənilərin üstünlüyünü yaratmalıyıq.”
Bütün deyilənlərlə kifayətlənməyən ermənilər, vaxtı ilə Hin-
distandan  qul  kimi  pulla  alınaraq  Dəclə­Fərat  çayları  sahillərinə 
aparıldıqları  bölgədən  Qara  dəniz  –  Xəzər  dənizi  sahillərinə 
qədər böyük bir ərazidə “Böyük Ermənistan” yaratmaq uğrunda 
fəallıqlarını get­gedə artırırdılar. İndinin özündə haylar həmin tor-
paqlardan erməniləri planlı şəkildə Qarabağa gətirirlər.
Həmin  vaxtdan  günümüzə  qədər  (yəqin  ki  bundan  sonrada) 
haylar Qafqazın qədimdən erməni torpağı olduğunu sübut et mək 
üçün alban və gürcü yazılarını kilsələrin üzərindən çıxarıb, onun 
əvəzində erməni dilində yazılmış daşları qoymaqda davam edir lər.
Ruslar  1836­cı  ildə  Alban  patriarxlığını  ləgv  edib,  onun 
tabeliyində olan vilayət və qəzalarda Eçimiədzin katalikosluğuna 
tabe iki yepiskopluq və bir vərəsəliklə keçən yeparxiya yaratmış 
və bunu heç bir kəsə bildirməmişlər.
Milliyyətcə  erməni  olan  A.E.  Xan­Aqov  yazır:  “Cavanşir 
qəzasının  əhalisi  başlıca  olaraq  tatarlardır  (türklərdir),  ermənilər 
bu  rayona  başqa  yerlərdən  gəlmişlər,  İrandan  gəlmə  ermənilər, 
yerli Qarabağ ermənilərindən (xristian albanlardan) dilləri, hətta 
geyimləri ilə də fərqlənirlər. İran erməniləri yerli ermənilərin (al-
banların) dilini başa düşmürlər. Lakin, gəlmələr tezliklə yerlilərin 
dilini  unutdurdular”.  (Xan­Aqov  A.E.  –  “Экономический 
выт  государственных  крестъян  Джаванщирского  уезда 
Елизаветполъcкого губернии. МИЭБГКЗК. Т.6, Тифлис, 1887г) 
Yaxud, digər erməni A.S. Vatepetov yazır:  – “Erməni katalikos-
luğu  və  naxararlığının  mənafeyi  hər  dəfə  tələb  etdikdə,  erməni 
kilsəsi həmişə yadelli işğalçıların köməyinə əl atır, “Xaç bayrağı 

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
23
ilə öz yolu üzərində tarixi Albaniya və onun bir hissəsi olan Qara-
bağ (Artsax) xalqlarını” yox edirdi.
Ermənilər Qafqazda ardıcıl olaraq yerləşdirilirdi. 1877­1879­
ci illər Rus­Türk müharibəsi zamanı buraya əlavə 85 min erməni 
köçürüldü və N.N. Şavrovun yazdığı kimi ermənilərin sayı bir mil-
yon 300 min nəfərə çatdırıldı.
Etnoqraf  alimlərin  fikrincə  etnos­qəbilə,  tayfa,  xalq,  millət 
məskun  olub  formalaşdığı  ərazinin  təbii­coğrafi  şəraitinə  uyğun 
etnososial təbəqələr yaradır. Hər bir etnosun inkişafının mənbəyi 
onun mənəvi gücü, milli ruhu və daxili birlik qüvvəsidir. Mənəvi 
cəhətdən zəngin və bütöv etnoslar hərbi­siyasi cəhətdən zəngin və 
bütöv etnoslar hərbi­siyasi cəhətdən də qüvvətli olurlar. Bir neçə 
əsr rus­erməni zülmünə dözən Qarabağ əhalisi, Azərbaycan türkləri 
hələ də etnosdan tələb olunan xüsusiyyətlərini tam itirməmişlər. 
Qarabağı azad etmək üçün bu etnosun həm də etnogenetik vücudu-
nu saxlamış bir sərkərdəyə də ehtiyacı vardır. Birdəfəlik bilməliyik 
ki, etnosun mənəvi məğlubiyyəti, mənəvi xarakterinin korlanması 
onun tənəzzülü və süqutu deməkdir. Etnosun mənəviyyatının qo-
runması onun iqtisadi durumundan da vacibdir.
Ruslar Azərbaycan türklərini bütün sahələrdə sıxışdırıb məhv 
etmək istəsələr də XX əsrin əvvəlinə burada mənəviyyat məsələləri 
hələ də bir çox ölkələrdən çox­çox üstün idi. Bunu ruslar ozləri eti-
raf etmişlər. P.Vostrikov(Музыка и песпия у азербайджанских 
татар. СМОМП. Тифлис, 1912, вып. 42. отдел II) yazır: “Azər­
baycanlılar öz vətənlərini, tarixi keçmişlərini çox sevirlər. Onlar 
sözlərinə  düz,  diqqətli,  həm  də  başqasının  dərdinə  qalandırlar”. 
Digər tərəfdən, Qarabağ, onun bütün bölgələri tarixən, həqiqətən 
də mədəni əyalətlərimizdən biri olmuşdur.
N.V.Smirnovun  dili  ilə  desək  Qarabağı  onun  Şuşa  şəhəri 
“Balaca Paris”, Qafqazın İtaliyasıdır. Bütün bunlara baxmayaraq 
Rusiya hər vəchlə Azərbaycan türklərini yox etmək, burada xris-
tian Ermənistan yaratmaq iddiasından əl çəkməmiş və indi də bu 
niyyətdədirlər. Milliyətcə fransız olan Edmond Hippo yazır: “Rus 
imperiyası  Qafqazı  işğal  etdikdən  sonra Azərbaycan  adını  Qaf-

Sultan bəy və Xosrov bəy qardaşları
24
qazdan sildi. Rusiya öz yeni qurbanlarının adlarını dəyişib, onlara 
“Qafqaz tatarları”, yaxud Qafqaz müsəlmanları” adını verdi. (“Ed-
mond Hippo Azərbaycan haqqında” – Hamlet Qoca –“Fransızlar 
yurdum haqqında” – B., 1990­il).
Ruslar erməniləri dünyanın müxtəlif yerlərindən Azərbaycana 
toplayaraq,  onları  silahlandırmış,  təlimatlandırmış  və  yerli  türk 
xalqının üstünə qıcatmışdır. Belə hadisələrin şahidi olmuş və əslən 
qarabağlı olan Əhməd Ağaoğlu söyləyir: “Möhtərəm Gəncə xal-
qı, türklərlə ermənilər arasında əmələ gələn son hadisə hamımızı 
mütəəssir etdi. Nə müsəlmanlıq, nə də insanlıq böylə vəhşətə yol 
verməz. Yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı hey-
van varsa, onlar başqa heyvanları parçalarlar, amma həmcinslərinə 
əsla  toxunmazlar.  Nə  acıdır  ki,  vəhşi  heyvanların  yapmadıqları-
nı ermənilər yapırlar... tarixdə bu naxoş hadisəyə bənzər heç bir 
hadisə  baş  veməmışdır”.  (N.Şeyxzamanlı  –“Azərbaycan  istiqlal 
mücadiləsi xatirələri”. B.,1997­il) 
Müstəqilliyini  elan  etmiş  Azərbaycan  milli  şurası  üzvləri 
Azərbaycan  türkləri  arasından  çıxmış,  onun  mənəvi  dəyərlərini 
özündə  cəmləşdirən  milli  ruhlu  rəhbərlər,  dövrünün  elmi­siyasi 
cəhətdən  yetkin,  kamil  şəxsiyyətləri,  bəy  övladları  idilər.  Onlar 
düşdükləri ağır vəziyyətlərdən də çəkinmədən, ömürlərinin sonuna 
kimi öz əqidələrindən dönməmiş, təkcə Azərbaycan xalqına deyil, 
bütün dünyaya əsl türk kişisinin kimliyini göstərmiş oldular. M.Ə. 
Rəsulzadəni, F.X. Xoyskini, S. Mehmandarovu, Paşa bəyin oğlu  
Sultan bəyi, qardaşı Xosrov bəyi kimlə müqayisə etmək olar?!
Gənc Azərbaycan  Cümhuriyyətində  S.Mehmandarovun  rəh­
bərliyi ilə uğurlu ordu quruculuğu gedirdi. Azərbaycanın bir çox 
yerlərində ermənilərin törətdikləri vəhşiliklərə, qırğınlara son qo-
yulsa  da,  Qərbi  Azərbaycanda,  Qarabağda,  Zəngəzurda  erməni 
qoşunları geri çəkilmək istəmirdi, qırğınlar, yanğınlar, vəhşiliklər 
davam edirdi. Erməni işğalının qarşısını almaq üçün Azərbaycan 
Cümhuriyyəti  15  yanvar  1919­cu  ildə  Zəngəzur,  Cəbrayıl,  Ca-
vanşir  və  Şuşa  qəzalarını  Gəncə  quberniyasından  ayırıb  vahid 
Qarabağ  general­qubernatorluğu  yaratdı.  Qətiyyətli,  ağıllı,  çevik 

Qarabağ – Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi tarixindən
25
düşünmək və qərar qəbul etmək qabiliyyətinə malik Xosrov bəy 
Paşa bəy oğlu Sultanov bu qubernatorluğa başçı göndərildi. Elə ilk 
günlərdən Xosrov bəy erməniləri Azərbaycan hökumətinin qanun-
larına, milli iradəsinə tabe olmağa nail oldu.
Xosrov bəyin mərkəzə verdiyi məlumatların birində göstərilir 
ki, ermənilər Dığ kəndinə üç minə qədər silahlı əsgər, onlarla za-
bit, top və pulemyot toplamış, Xənəzəyə top gətirmişlər. Həmin 
ilin  mart  ayında  Gəncədən  Qarabağa  1000  nəfərlik  silahlı  dəstə 
göndərilmiş və Gəncədə yenidən 5000 nəfərlik qoşun təşkil olun-
ması ilə məşğuldurlar. Çaykənddə 2500­3000­ə qədər erməni silah-
lısı toplanmış, Dilicandan Zəngəzura 7000 nəfərlik erməni ordusu 
keçirilmişdir. Ermənilər artıq hərəsi 60 nəfər olan qruplar yaradıb, 
kütləvi hücum təşkil etmək üçün hərbi kəşfiyyat işləri aparıblar. 
Martın 20­də Qarabağın hökumət idarəsində işləyən iki erməninin 
köməyi  ilə  25  nəfər  erməni  silahlısı  gizlincə  Şuşaya  gətirilmiş, 
martın 22­də onların sayı 200 nəfəri keçmişdi. Ermənilərin hücu-
munun vaxtı isə 22 mart, gecə saat üçə təyin edilibmiş. Məlum ol-
duğu kimi qiyamın 22­si marta salınması ermənilərin Azərbaycan 
xalqına sarsıdıcı mənəvi zərbə vurmaq istəyindən meydana gəlirdi 
və ermənilər zaman­zaman bu tarixdən istifadə etmişlər.
Ermənilər nəzərdə tutduqları kimi 22­si mart, gecə saat 3­də 
Əsgəran,  Xocalı,  Tərtər,  Xankəndi  və  Şuşada  olan  Azərbaycan 
əsgərlərinin  üstünə  hücuma  keçdilər.  Əsgəran  istisna  olmaqla 
(Əsgəranda qüvvələr nisbəti zəif idi), Xankəndində, Tərtərdə, Xo-
calıda məğlub olan ermənilər Şuşa ətrafına doluşdular və şəhərin 
digər məntəqələrlə əlaqələrini tamam kəsdilər. Böyük nüfuz sahibi 
olan Xosrov bəy qətiyyəti və təmkinli hərəkətləri, düzgün addım-
ları əhalidə hər hansı çaşqınlığın yaranmasına imkan vermədi. O, 
ilk olaraq partizanlara əsas mövqeləri tutmağı və qüvvə nümayiş 
etdirəcək əks zərbələr vurmağı göstəriş verdi. İlk olaraq Ağdamla 
Əsgəran arasındakı ermənilər məhv edildi və Aran Qarabağın yolu 
açıldı. Bütün əhali Xosrov bəyin köməyinə gəlir, əsgərləri yeməklə 
təmin edir, yaralılara yardımlar edirdilər. Ermənilərin martın 24­
də  Tərtərə  hücumunu  da  partizanlar  dəf  etdilər.  Tərtərdən  son-

Sultan bəy və Xosrov bəy qardaşları
26
ra  ermənilərin  bütün  cəhdləri  dəf  edildi  və  onlar  geri  çəkildi, 
xeyli  hissəsi  qaçaraq  öz  canını  qurtarmaq  istədi.  Onun  ardınca 
Cümhuriyyət general­mayoru Həbib bəy Səlimovun rəhbərliyi ilə 
26 martda Ağdamda hərbi qərargah yarandı və aprelin 5­də Dəli 
Qazarı dəstələri ilə birlikdə məhv etməklə Şuşaya üz tutdular.
Deməliyik ki, bu və Sultan bəyin Zəngəzurda, Laçındakı qələbəsi 
xalqımızın mənəvi birliyinin nəticəsi idi. İndiyə qədərki erməni hü-
cumlarının hamısında onlar ilk növbədə hərbi silah­sursat üstünlüyünə 
malik olmuşlar və tarixi məqamları ayıqlıqla seçə bilmişlər.
Əgər, Azərbaycan dövləti, Azərbaycan xalqı tarixi məqamlara 
unutqanlıqla  yanaşmasa,  insanların,  millətin  mənəvi  dəyərlərini 
gündəmdə  saxlamağa  və  silahlı  qüvvələrə  üstünlük  verərsə,  heç 
bir erməni ordusu bizə qalib gələ bilməz. Elə bir şərait yaratmağa 
ehtiyac var  ki,  tarixən ata­baba  yurdunu  tərk  etmiş  ailələrin öv-
ladları hamılıqla həmin torpağa qayıtmaq arzusunda olsunlar, bu 
yolda ölüm­dirim mübarizəsinə hazır olsunlar. Bu isə ancaq və an-
caq keçmiş tarixi­mənəvi dəyərlərimizin geri qaytarmaqdan keçir, 
qədim türklərin qəhrəmanlıq yolundan keçir.... 

     

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə