Рамиз мещдийев ялийев илщам



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix16.12.2016
ölçüsü3,05 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

 
 
АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫНЫН 
ПРЕЗИДЕНТИ ИЛЩАМ ЯЛИЙЕВ 
ФРАНСАНЫН «ЛЕ МОНДЕ ДИПЛОМАТИГУЕ» 
ГЯЗЕТИНИН МЦХБИРИНЯ МЦСАЩИБЯ 
ВЕРМИШДИР 
 
Азярбайъан  Республикасынын  Президент  Илщам  Ялийев 
йанварын 22-дя Франсанын «Ле Монде Дипломатигуе» гязети-
нин мцхбири Себастйен Боттарийя мцсащибя вермишдир. 
Дювлятимизин  башчысы  Азярбайъан–Франса  икитяряфли  мцна-
сибятляри, цмуммилли лидер  Щейдяр Ялийевин мцасир, мцстягил 
Азярбайъан  дювлятинин  йаранмасында  хцсуси  ролу,  реэионал 
мясяляляр,  хариъи  юлкялярин,  о  ъцмлядян  франсалы  иш  адамла-
рынын  фяалиййяти  цчцн  республикамызда  йарадылмыш  шяраит, 
Азярбайъанын  игтисади  ялагяляри,  юлкямизин  ялдя  етдийи  бюйцк 
игтисади  уьурлар  вя  диэяр  мясяляляр  барядя  суаллара  ъаваб 
верди. 
 
 

 60 
 
 
 
ШРИ-ЛАНКА ДЕМОКРАТИК СОСИАЛИСТ 
РЕСПУБЛИКАСЫНЫН ПРЕЗИДЕНТИ  
ЗАТИ-АЛИЛЯРИ  
ЪЯНАБ МАЩИНДА ПАЪАПАКСЕЙЯ 
 
Щюрмятли ъянаб Президент! 
Шри-Ланканын милли байрамы – Мцстягиллик эцнц  мцна-
сибятиля  Сизя  вя  бцтцн  халгыныза  ян  сямими  тябрикляримизи  йе-
тирирям.  
Цмидвар  олдуьуму  билдирирям  ки,  юлкяляримиз  арасында 
йаранмыш  мцнасибятляр  даим  достлуг  вя  ямякдашлыг  зями-
ниндя  инкишаф едяъякдир. 
Сизя  мющкям  ъансаьлыьы,  ишляриниздя  уьурлар,  дост  халгы-
ныза сцлщ вя тярягги арзулайырам. 
 
Щюрмятля, 
ИЛЩАМ ЯЛИЙЕВ 
Азярбайъан Республикасынын Президенти 
 
Бакы, 22 йанвар 2007-ъи ил 
 
 

 
61 
 
 
 
ФРАНСАНЫН «ФИГАРО» ГЯЗЕТИНЯ МЦСАЩИБЯ 
 
23 йанвар 2007-ъи ил 
 
– İcazənizlə, söhbətimizə neft və qaz məsələsindən başla-
yım və belə bir sual verim: Ötən yay Bakı–Tbilisi–Ceyhan bo-
ru kəmərinin istismara verildiyini və bu il qaz boru kəmərinin 
işə  düşməsini nəzərə alaraq Sizin fikrinizcə neft və qaz 
idxalında mənbələrin müxtəlifləşdirilməsində Azərbaycan 
Avropaya hansı köməyi göstərə bilər? 
– Neft və qaz layihələrimizi başladığımız zaman biz, 
əlbəttə ki, Avropa bazarlarındakı enerji məsələsi ilə bağlı bu 
cür vəziyyətin yaranacağını bilmirdik. Buna görə  də artıq 
çəkilmiş neft və qaz boru kəmərləri nəinki bizim öz tələ-
batlarımızın, həm də dünya bazarlarına etibarlı çıxışın təmin 
edilməsinə  yönəlibdir.  Çünki  əvvəllər Azərbaycanın dünya 
bazarlarına birbaşa  çıxışı olmayıb və bu boru kəmərinin 
tikintisi zəruri xarakter almışdır. Neft və qaz boru kəmərləri 
artıq  çəkilibdir. Bakıdan Ceyhana çəkilmiş boru kəməri 
istifadə olunur və onunla nəql edilən neftin həcmi art-
maqdadır. Bu il biz gцndə təqribən bir milyon barel neft ha-
sil edəcəyik. Türkiyəyə və oradan Yunanıstan vasitəsilə Av-
ropaya çıxışı təmin edən qaz boru kəməri də artıq çəkilib və 
biz bir trilyon kubmetr təbii qaz ehtiyatı olan nəhəng 
«Şahdəniz» yatağında hasilat əməliyyatlarını başlamalıyıq. 
Ümid edirik ki, hasilat yaxın vaxtlarda başlayacaqdır.  
Belə oldu ki, boru kəmərləri tikintisinin başa  çatması 
Avropada enerji təhlükəsizliyinin gündəliyə  çıxması ilə  üst-
üstə  düşdü. Bu, böyük və  müsbət hadisə oldu. Ona görə  də 
Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətlərdə 
artıq bu müddəa var və  ötən ilin noyabr ayında Brüsseldə 

 62 
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri 
üzrə strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. 
Hazırda biz Avropa ilə Azərbaycan arasında  əməkdaşlığın 
yeni sahəsinə  qədəm qoyuruq. Azərbaycan etibarlı  tərəf-
daşdır və bu günə qədər beynəlxalq şirkətlər ilə həyata keçir-
diyimiz enerji layihələri  çox uğurlu olmuşdur. Biz məsuliy-
yətli tərəfdaşıq və Avropanın enerji bazarında etibarlı təchi-
zat mənbəyinə çevriləcəyik. 
– Əvvəlcə Ukrayna, sonra Gürcüstan və indi isə Azərbay-
canla neft və qaz qiymətləri mübahisəsindən sonra Sizin Rusi-
ya ilə  münasibətləriniz necədir? Siz bu sahədə tam mənada 
müstəqilsinizmi? 
– Bəli, biz müstəqilik. Amma bununla belə, son dörd-beş il 
ərzində biz Rusiya ilə  çox fəal  əməkdaşlıq etmişik. Biz əvvəlki 
vaxtda Rusiyadan qaz alırdıq və öz qaz hasilatımız tələbatımızı 
tam ödəmədiyinə görə, həmin qazı elektrik stansiyalarında istifa-
də edirdik. Biz öz tələbatımızın yarısı həcmində qaz hasil edirik. 
Buna görə də daha səmərəli iqtisadi dividendləri əldə etmək üçün 
və bundan əlavə, elektrik stansiyaları üçün ekoloji cəhətdən daha 
təmiz enerji daşıyıcısını istifadə etmək məqsədi ilə biz  Rusiyadan 
min kubmetri 110 ABŞ dollarına 4,5 milyard kubmetr həcmində 
qaz alırdıq. Bu qiymət təqribən digər keçmiş Sovet İttifaqı 
respublikalarına da tətbiq olunurdu. Bu il onlar Azərbaycan 
üçün min kubmetrin qiymətini 235 dollara qaldırmışdılar. Biz 
bundan birmənalı şəkildə imtina etdik. Biz Rusiya vasitəsilə nəql 
etdiyimiz neftimizi elektrik stansiyalarını təchiz edəcək yanacağa 
çevirmək  üçün onu neft emalı zavodlarına yönəltdik. Beləliklə, 
«Qazprom»la qaz əməkdaşlığımız bitdi. Biz bundan əziyyət 
çəkmirik.  Əlbəttə ki, biz bu əməkdaşlığı  qəbul oluna biləcək 
qiymətlə davam etdirmək istədik, lakin onun olduqca yüksək və 
qeyri-faydalı olmasını gördükdə razılıq vermədik. 
– Sizin fikrinizcə, Rusiya enerji daşıyıcılarını  öz təsirini 
gücləndirmək üçün vasitə hesab edirmi? 
– Bunu шərh etmək чətindir. Rusiya ilə ikitərəfli mцnasi-
bətlərimizə  gəldikdə deyə bilərəm ki, bu, olduqca mцsbət 

 
63 
istiqamətdə inkişaf etmişdir və indi də inkişaf edir. Bizim bir 
çox  ümumi layihələrimiz var və hesab etmirik ki, Azərbay-
can  üçün qazın qiymətinin qaldırılmasında siyasi məna var 
idi. Biz öz tələbatlarını ödəyən və böyük həcmdə enerji daşı-
yıcıları hasil edən  юlkəyik. Bu il юlkəmiz 30 milyon tondan 
чox neft hasil etmiшdir.  
– Gəlin digər qonşunuz haqqında danışaq. Söhbət İrandan 
gedir. Son xəbərlərdə bu ölkənin adı  nüvə  böhranı ilə bağla-
nılır. Siz müəyyən hərbi əməliyyatların keçirilməsi ehtimalın-
dan narahatsınızmı? ABŞ  və ya İsrail  İrana qarşı  hərbi  əmə-
liyyatlar keçirməyə cəhd edə bilər. Bu  Sizi narahat edirmi? 
– Biz mövcud və potensial münaqişələrin olduğu bir 
regionda yaşayırıq. Ona görə biz region üçün təhdidləri mi-
nimal səviyyəyə endirməyə  çalışmalıyıq. Regionun hər bir 
ölkəsi baş verə biləcək hərbi  əməliyyatlardan  əziyyət  çəkə-
cəkdir. Bu, region üçün böyük fəlakət olardı. Biz hesab edi-
rik ki, əməkdaşlıq və danışıqlar həll olunmamış məsələlərin 
aradan qaldırılması və ümumi həll variantının tapılmasında 
ən münasib yoldur. 
– Zənnimcə, mən bu sualı  ötən dəfə Sizə vermişdim,  əgər 
İrana qarşı hərbi əməliyyatlar keçirilərsə, onda Azərbaycanın 
mövqeyi necə olacaqdır? Siz ərazinizdən uçuşlara icazə verər-
siniz, yoxsa?.. 
– Biz heç vaxt elə bir addım atmarıq ki, qonşulara ziyan 
dəysin. İran  qonşumuzdur və bizim çox yaxşı münasibətləri-
miz var. İranda milyonlarla azərbaycanlı yaşayır. Bu, təqri-
bən 30 milyon insandır. Bizim hökumətlərarası sazişimiz var 
və orada qeyd edilir ki, ölkələrimizdə bir-birimizə qarşı heç 
bir addım atılmayacaqdır və ya bir-birimizə ziyan gətirəcək 
heç bir tədbir gюrцlməyəcəkdir. 
– Lakin bildirilir ki, İran Azərbaycanda müəyyən rol 
oynamağa  çalışır və buradakı islamçı  hərəkatları  və partiya-
ları canlandırmaq istəyir. Bu məsələ narahatlıq doğururmu? 
– Xeyr. Biz dцnyəvi  юlkəyik. Bizim tamamilə  fərqli olan 
idarəчilik strukturumuz var. Dini amil və ya ekstremizm na-

 64 
rahatlıq doğura biləcək məsələ kimi, Azərbaycanda mövcud 
deyildir. Biz nəinki Konstitusiyaya əsasən, həm də insanla-
rın gündəlik həyatı timsalında dünyəvi ölkəyik. Ona görə də 
bu bizim üçün təhlükə, bizi narahat edə biləcək məsələ deyil-
dir. Azərbaycanda bir çox müxtəlif dinlərin nümayəndələri 
bir ailə kimi yaşayır. Burada bir çox millətlərin nümayən-
dələri yaşayır. Biz olduqca yüksək dözümlülük səviyyəsi və 
bütün  ənənələrə  hörmətlə yanaşылması ilə seçilən  çoxmillətli 
ölkəyik. Eyni zamanda, ölkəmizdə din dövlətdən ayrıdır. 
– Eşitdim ki, Moskvada bir görüş keçirilibdir. Görüş sizin 
və Ermənistanın Xarici Иşlər nazirləri arasında Dağlıq Qa-
rabağ  məsələsi ilə bağlı  təşkil olunmuşdur. Bu məsələdə 
irəliləyiş nə yerdədir? 
–  Əfsuslar olsun ki, hələlik heç bir nəticə yoxdur. Bu 
əsasən Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır. 
Bu ölkə beynəlxalq hüququn bir çox elementlərini pozur və 
Azərbaycan torpaqlarını  işğal altında saxlamaqda davam 
edir. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir mil-
yon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə  düşmüşdür. 
Ərazimizin 20 faizi işğal altındadır. Etnik təmizləmə siyasəti 
başa  çatdırıldıqdan və  nəinki Dağlıq Qarabağın  özündən, 
həm də onun ətrafındakı  ərazilərdən sonuncu azərbaycanlı 
qovulandan sonra onlar bu yaxınlarda qondarma Konstitu-
siya ilə bağlı «referendum» keçirmişlər. Bu tamamilə qanun-
suz bir hərəkət idi. Bütün beynəlxalq təşkilatlar bunu pislədi. 
ATƏT, o cümlədən bu təşkilatın Minsk qrupunun həmsədr-
ləri olan Birləşmiş Ştatlar, Fransa və Rusiya, habelə Avropa 
İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM, 
Türkiyə – hamı bu addımı pislədi və bəyan etdilər ki, onlar 
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bundan əla-
və, Azərbaycanın  ərazi bütövlüyü Birləşmiş Millətlər  Тяшки-
латы tərəfindən tanınır və dəstəklənir. Ona görə də Ermənis-
tanın Dağlıq Qarabağı Azərbaycandan qoparmağa yönəlmiş 
bütün cəhdləri heç bir uğur gətirməyəcək və belə  cəhdlərin 
heç bir gələcəyi yoxdur. Onlar, sadəcə, anlamalıdırlar ki, bu 

 
65 
heç vaxt baş tutmayacaqdır. Azərbaycan Dağlıq Qarabağın 
müstəqilliyinə heç vaxt razılıq verməyəcəkdir. Onlara Azər-
baycanın  ərazi bütövlüyü  çərçivəsində  yüksək səviyyəli 
muxtariyyət təklif olunur.  
Bu cцr muxtariyyətin nцmunələri bir чox  юлкялярдə var. 
Yəni həmin yerlərdə azlıqlar azlıq kimi yaşayır. Azlıq olmaq 
o demək deyil ki, sən yaşadığın  ərazini  ölkədən qoparmaq 
hüququna maliksən. Dünyada yaşayan hər bir azlıq  özünə 
müstəqillik tələb etsə  nələr baş verər? Bu, fəlakət olar. Bir 
çox ölkələrdə azlıqlar var və həmin dövlətlər normal yaşayır. 
Bizim də təklif etdiyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ 
erməniləri Azərbaycanın hüdudları çərçivəsində mümkün yüksək 
muxtariyyət statusuna malik ola bilərlər. Lakin onlar buna 
razılaşmır. Onlar beynəlxalq dəstəyə göz dikiblər və bu dəstək də 
get-gedə azalır. Onlar erməni lobbisinə arxalanırlar. Həmin 
lobbi isə ermənilərin müxtəlif  ölkələrdəki təcavüzkar hərəkət-
lərini dəstəkləyir. Lakin bunun yalnız müvəqqəti təsiri var. Bu 
gün Ermənistan  öz qüdrətini artıran və  hər bir baxımdan – 
iqtisadi, siyasi, hərbi cəhətdən çox güclənən Azərbaycanla rəqa-
bət apara bilməz. Yaxşısı budur ki, onlar bu gün təqdim olunan 
təklifləri anlasınlar. Sabah və yaxud bir ildən sonra təkliflərimiz 
daha da sərtləşə bilər. Belə olarsa, onlar özlərini daha çətin və-
ziyyətə salacaqlar. Bir sözlə, 2006-cı ilin  nəticəsiz başa çatması-
nın səbəbi Ermənistanın siyasəti ilə bağlıdır.  
Mən sizə əlavə bir məsələni deyə bilərəm. Prezident Şirak 
hər iki ölkənin başçısını Fransaya dəvət edərək, Rambuye 
qəsrini onların ixtiyarına verdiyi vaxt Ermənistan prezidenti 
danışıqları sonuncu mərhələ  ərəfəsində  tərk etmişdir. Biz 
birinci gün görüşdük və  nəzərdə tutulurdu ki, ikinci gün də 
görüş olacaqdır. Hətta planlaşdırılırdı ki, prezident Şirak da 
sonda bizə qoşulacaqdır. Lakin Ermənistan prezidenti imti-
na etdi və olduqca müəmmalı səbəb gətirərək, danışıqları ya-
rımçıq qoyub getdi. Məhz bu onların yürütdüyü siyasətin 
açıq-aydın təzahürüdür. Onlar məsələni yubandırmaq, vaxt 
udmaq istəyirlər. Bilmirəm, onlar bunu nəyə arxalanaraq 

 66 
edirlər? Bununla belə, uğursuz danışıqların ağırlığını bizim 
üzərimizə atmaq istəyirlər. Lakin bütün beynəlxalq ictimaiy-
yət və ATƏT-in Minsk qrupu görür ki, məhz onların siyasəti 
nəticəsində  münaqişənin həlli baş tutmur. Beləliklə, vaxt 
keçdikcə kimin hansı vəziyyətdə olduğu bəlli olacaqdır. Biz 
danışıqları daimi apara bilmərik. 
– Azərbaycan tərəfindən bildirilir ki, əgər bu məsələ ATƏT 
və ya onun Minsk qrupu çərçivəsində öz həllini tapmasa, onda 
bəlkə Birləşmiş Millətlər Тяшкилаты bununla məşğul olsun? 
– Bu, tam sizin təsvir etdiyiniz kimi deyildir. Biz hazırda 
hesab etmirik ki, Minsk qrupu hər hansı digər təşkilat ilə 
əvəz edilsin. Lakin eyni zamanda, düşünürük ki, əgər digər 
təşkilatlar da bu məsələ ilə  məşğul olsa, bunun faydası ola 
bilər. Misal üçün, iki il bundan əvvəl Avropa Şurası münaqi-
şə ilə bağlı  qətnamə  qəbul etmişdir və orada aydın  şəkildə 
deyilir ki, Ermənistan Azərbaycana qarşı  təcavüz edibdir. 
Bu, həll  üçün yeni əsas yaradan müsbət siyasi bəyanat idi. 
Avropa İttifaqı Ermənistan və Azərbaycanla imzaladığı beş-
illik proqrama bu məsələ ilə bağlı müddəanı əlavə etmişdir. 
Avropa  İttifaqı ilə imzaladığımız «Yeni qonşuluq siyasəti» 
haqqında sənəddə  ölkəmizin  ərazi bütövlüyü aydın  şəkildə 
tanınır. Bunlar vacib rol oynayır. Eyni sözləri Birləşmiş Mil-
lətlər Тяшкилатына dа şamil etmək olar. Daha sonra GUAM 
təşkilatı  var.  Onun  dörd  üzvü var və onların  üçündə eyni 
münaqişə  mövcuddur. Onlar bu məsələ ilə bağlı BMT-də 
təşəbbüs irəli sürmüşlər və bu hazırda müzakirə olunmaq-
dadır. Bu, formatı dəyişmək cəhdi kimi qəbul edilməməlidir, 
müzakirəni daha da genişləndirmək səyləri ilə bağlıdır. Təbii 
ki, Ermənistan buna qarşı çıxır, çünki onlar hesab edirlər ki, 
beynəlxalq təşkilatlar bu münaqişə haqqında nə  qədər az 
məlumatlı olsalar, bu onların xeyrinə olacaqdır. Onlar 
münaqişənin nəticələri ilə bağlı ictimai rəyi  çaşdırmağa 
çalışırlar. Lakin bu baş tutmur və hamının bu haqda məlu-
matı var. Məhz bu səbəbə  görə biz məsələni digər təşkilat-
larda da müzakirə etmək təшəbbцsцnц irəli sцrmцшцk. 

 
67 
– Burada hər hansı beynəlxalq sülhməramlı qüvvələrin yer-
ləşdirilməsi məsələsi varmı? Bu, Ermənistan üçün problem ola 
bilərmi? 
– Mən belə hesab etmirəm. Fikrimcə,  əgər onlar bütün 
qoşunları işğal olunmuş ərazilərdən çıxarsalar, Dağlıq Qara-
bağdakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün müəy-
yən müddət beynəlxalq sülhü mühafizə əməliyyatları aparıla 
bilər. Biz buna etiraz etmirik. Bu hətta Ermənistan həmin 
məsələnin üzərində dayandığı halda da baş tuta bilər, çünki 
həmin qüvvələr bizə lazım deyildir. Əgər onlar öz rahatlıг-
ларını  təmin etmək istəyirlərsə  və yaxud münaqişənin yeni-
dən başlanması ehtimalından  çəkinirlərsə, onda biz bunu 
müzakirə edə bilərik. Lakin bu günə  qədər bizim aramızda 
heç bir beynəlxalq sülhməramlı  qüvvələrin yerləşdirilməsi 
məsələsi olmamışdır. Yəni özümüz təmas xəttindəyik.  
– Əgər bu məsələdə Rusiya, Avropa İttifaqı və ya Birləşmiş 
Ştatların roluna gəlsək  Sizin fikrinizcə hansı tərəf öz təzyiqini 
artırmalıdır? 
– Onların hamısı. Minsk qrupu sizin indicə qeyd etdiyiniz 
həmsədr  ölkələrdən ibarətdir. Onlar vahid heyət kimi işləyir 
və bizə yardım etməyə çalışırlar. Rusiya, Fransa və Birləşmiş 
Ştatların nümayəndələri bizimlə  görüşməyə  gəlir, məsələnin 
həllinə  kömək məqsədi ilə Azərbaycana və Ermənistana 
səfərlər edirlər. Eyni zamanda, prezidentlər və Xarici Иşlər 
nazirləri arasında müzakirə olunan məsələləri yekun forma-
ya salmağa  çalışırlar. Biz onları bir qrup kimi dəyərlən-
diririk və hesab edirik ki, onlardan hər birini fərdi qaydada 
qiymətləndirməkdənsə, bu ən münasib formatdır.  
– Siz vaxt meyarının Azərbaycan və Ermənistan tərəfindən 
istifadə olunduğunu qeyd etdiniz. Lakin vaxt məhduddur və 
bəlkə  də  məsələ yubansa daha pis olar. Siz məsələnin hərbi 
yolla həllini nəzərdə tutursunuzmu və Azərbaycanın hərbi 
baxımdan inkişafını necə görürsünüz? 
– Biz mümkün olan həll yollarının heç birini istisna edə 
bilmərik. 12 illik atəşkəsdən sonra Azərbaycanın münaqişə-

 68 
nin sülh danışıqları əsasında həllinə sadiq olması faktı bizim 
iradəmizi aydın şəkildə nümayiş etdirir. Lakin 12 il danışıq-
lar aparmaq və bu müddət  ərzində  ərazilərin işğal altında 
qalmasına dözmək və heç bir nəticə olmasa da işğala yenə də 
sülh yolu ilə son qoymağa çalışmaq, ola bilsin ki, tarixdə ən 
nadir hallardan biridir. Gələcəkdə biz bu danışıqları  nə 
qədər aparmalıyıq? Əlavə on iki il də gözləməliyik? Bu belə 
olmayacaqdır. Burada vaxt məhdudiyyəti və səbrin hüdudla-
rı var. Ötən illər ərzində, yəni on il bundan əvvəl Ermənistan 
ilə Azərbaycan arasındakı qüvvələrin tarazlığı siyasi əhəmiy-
yət baxımından müəyyən dərəcədə eyni idi. Bəlkə  də onlar 
daha  üstün vəziyyətdə idilər,  çünki onlarınkı kimi, bizim 
Qərbdə  və digər  ölkələrdə  güclü lobbimiz yox idi. Bunu 
iqtisadi və hərbi baxımdan da demək olardı.  
İndi isə  qüvvələrin tarazlığı  dəyişibdir.  İqtisadiyyatımız 
Ermənistanın iqtisadiyyatından təxminən 7 dəfə  böyükdür. 
Bizim təkcə builki hərbi büdcəmiz Ermənistanın bütün 
dövlət büdcəsinə bərabərdir. 2007-ci il üçün hərbi xərclərimiz 
1 milyard ABŞ dolları  səviyyəsində nəzərdə tutulur. Dövlət 
büdcəmiz 6,5 milyard dollardır. Ermənistanın büdcəsi isə 
yalnız 1 milyard dollardır. Bir sözlə, bu aydındır.  
Bundan  əlavə, gələcək  üçün iqtisadi perspektivlər də 
genişdir. Dünya Bankının qənaətinə görə, Azərbaycan gələn 
iyirmi il ərzində enerji layihələrindən 140 milyard dollar əldə 
edəcəkdir. Bu həddindən artıq böyük həcmdə maliyyə  və-
saitidir. Biz həmin vəsaitləri güclü  ölkə qurmaq üçün sərf 
edirik. İnsanlara daha yaxşı əməkhaqları, pensiyalar vermə-
yə, iş yerləri və infrastruktur yaratmağa çalışırıq. Lakin eyni 
zamanda, bir Prezident kimi, mənim  üçün və hesab edirəm 
ki, bütün Azərbaycan vətəndaşları  üçün Dağlıq Qarabağ 
münaqişəsinin həlli bir nömrəli məsələdir.  Ölkənin iqtisadi 
potensialı, siyasi əhəmiyyəti və çəkisi, enerji sahəsində əmək-
daşlığı və sair meyarlar əsasında Azərbaycanın öz məqsədinə 
çatmaq, yəni torpaqlarını azad etmək iqtidarında olmasını 
hesablamaq  çətin deyildir. Biz bunu sülh yolu ilə etmək 

 
69 
arzusundayıq və  müharibənin yenidən başlanmasını istəmi-
rik. Lakin başqa yol qalmasa, heç nəyi istisna etmək olmaz.   
– Bəs bu cцr bюyцk hərbi bцdcə ilə siz nə edəcəksiniz? 
Silah alacaqsınızmı?  
– Bəli. Biz bir зox silahları alırıq. Yəni bizim мцдафия эц-
ъцмцзц mюhkəmləndirəcək daha чox silahları almaqdayıq.  
–  İkitərəfli məsələlərə  gəldikdə, Sizin Fransaya dюvlət 
səfərinizin əsas məqsədi nədən ibarətdir?  
– Prezident seчildikdən sonra mən bir neчə  dəfə Parisdə 
səfərdə olmuшam. Yeri gəlmiшkən deyim ki, Prezident kimi 
mənim ilk rəsmi səfərim məhz Fransaya olmuшdur. Bu, 
seчkilərdən  цч ay sonra, 2004-cц ilin yanvar ayında baш 
tutdu. Daha sonra mən Fransaya bir neчə dəfə iшэцzar səfər 
etmiшəm. Lakin bu dəfə  dюvlət səfəri olacaq. Bu ən yцksək 
səviyyəli səfərdir və  gələcəkdə ikitərəfli mцnasibətlərimizin 
inkiшafında  чox bюyцk rol oynayacaqdır. Mən prezident 
Шirakla dəfələrlə  gюrцшmцшəm. Bizim ikitərəfli mцnasibətlər, 
regional inkiшaf və  təbii ki, Dağlıq Qarabağ  məsələsinin 
həllinə dair olduqca səmimi və dostcasına mцzakirələrimiz 
olmuшdur. İndiki səfər fikir mцbadiləsi aparılması üçün əlavə 
bir imkan olacaqdır.  
Юlkələrimiz arasında çox gözəl siyasi əlaqələr var. İqtisadi 
əməkdaşlıq artır. Fransa şirkətləri Azərbaycanın müxtəlif sa-
hələrində çox fəaldır. Biz Fransa sənayesinin bir çox məhsul-
larını, məsələn, milli hava şirkətimiz  üçün «Airbus» təyyarə-
ləri alırıq. Bu il Azərbaycan Hava Yolları üçün əlavə Fransa 
təyyarələrinin alınması ilə bağlı daha bir müqavilə imza-
lanacaqdır. Vertolyotlar və bir çox digər məhsullar da alınır.  
Təbii ki, Azərbaycanın maliyyə resursları artdıqca, biz 
ticarət münasibətlərimizi daha da genişləndirmək imkanları-
na malik olacağıq. Bizim bir çox infrastruktur və inkişaf 
layihələrimiz var. Fransa şirkətlərinin yaxşı  nüfuzu və  iş 
keyfiyyəti var və onlar Azərbaycanda daha fəal ola bilər. 
Əvvəlki səfərlərim zamanı fransız sahibkarları ilə MEDEF-
də iki görüşüm olub və Azərbaycanda gələcək fəaliyyət sahə-

 70 
ləri müzakirə edilibdir. Bu görüşlərin  çox yaxşı  nəticəsi ol-
muşdur. Onlar ölkəmizə böyük şirkətlər qrupu ilə gəlmiş və 
müvafiq iş aparmışlar. Azərbaycanda biznes aparmaq sahə-
sində  böyük imkanlar vardır.  Ölkələrimiz və prezidentlər 
arasında çox güclü siyasi, dostluq münasibətləri olduğunu da 
nəzərə alsaq, biznes adamları üçün yaxşı fürsət yaranıb və bu 
gün seçim böyükdür.  
–  Üzr istəyirəm, insan hüquqlarını  müdafiə  təşkilatları  və 
Avropa Şurası həmişə şikayətlənir ki, ölkənizdə vəziyyət daha 
da çətinləşir. Sizin cavabınız necə olardı? 
– Mən elə hesab etmirəm ki, onlar bunu deyirlər. Fikrim-
cə, onlar deyirlər ki, vəziyyət daha da yaxşılaşır. Sizin məlu-
matınız artıq köhnəlibdir. Artıq altı ildir ki, biz Avropa Şu-
rasına  üzv olmuşuq. Həmin təşkilata qəbul olunmaq məhz 
Azərbaycanın öz seçimi idi. Biz bunu qəsdən və ya kiminsə 
təzyiqi altında etməmişik. Təbii ki, qəbul olunduqda biz 
üzərimizə  öhdəliklər götürmüşük və onları yerinə yetiririk. 
Həmin  öhdəliklərin yerinə yetirilməsi sadəcə onunla bağlı 
deyil ki, bunu Avropa Şurası qarşısında etmək lazımdır. Bu, 
ölkəmizin inkişafına yardım edir. Buna görə də Avropa Şu-
rasına qəbul olunduqdan sonra Azərbaycanın tənqid edil-
diyi bir çox məsələlər aradan qaldırıldı. Biz onları həll etdik. 
«Siyasi məhbuslar
 
 məsələsi» deyilən məsələ öz həllini tapdı. 
Ölkəmiz Avropaya daha sıx inteqrasiya edən və daha açıq 
olan ölkəyə çevrilir. Ona görə də son illər ərzində biz o qədər 
də tənqid yox, müsbət mesajlar alırıq. Tənqidə gəldikdə isə o 
hər zaman var. Demokratiya baxımından  ən inkişaf etmiş 
ölkələr də bəzən Avropa Şurası tərəfindən tənqid edilir. Bu 
normaldır. Tənqid obyektiv olduqda və bizim inkişafımıza 
xidmət etdikdə ona çox dözümlü yanaşırıq.  
Bundan əlavə, mən sizə deyə bilərəm ki, ötən ilin noyabr 
ayında Avropa İttifaqı ilə imzalanmış beşillik proqram siyasi 
və iqtisadi mövzularla yanaşı, insan hüquqları və demokra-
tik prosesə aid hissəni də  özündə  əks etdirir. Bu da bizim 
seçimimiz idi. Heç  kəs bizi bunu imzalamağa məcbur etmə-

 
71 
mişdir. Bu addımı atdıq,  çünki hesab edirik ki, bizə lazımdır. 
İndi biz Azərbaycanda olan iqtisadi, siyasi və demokratik 
meyarları Avropa İttifaqında olan meyarlara uyğunlaşdırmağa 
çalışırıq. Bu bizə lazımdır və belə razılaşmalara gəlməyimizin 
və həmin öhdəlikləri götürməyimizin əsas səbəbidir.  
Demək istəyirəm ki, Azərbaycan  юz tələbatlarını  ödəyən 
ölkədir, heç kimdən asılı deyilдир. Bizim kadrlarımız və olduqca 
istedadlı insanlarımız var. Biz önəmli coğrafi məkanda yer-
ləşirik. Ölkəmiz regional işlərə lazımi dərəcədə inteqrasiya olu-
nubdur. İqtisadi baxımdan öz tələbatlarımızı ödəyirik. Bundan 
başqa, artıq başlanmış  və  gələcəkdə uzun illər, onilliklər  ər-
zində davam etdiriləcək böyük neft və qaz hasilatı ilə biz 
lazımınca formalaşmış  dövlətik. Bu gün və sabah gücümüz 
yalnız və yalnız artacaqdır. Buna görə də biz hər hansı yardıma 
xüsusi ehtiyac duymuruq. Avrоatlantik məkana inteqrasiya ilə 
bağlı siyasətimiz və baxışlarımız, sadəcə, onunla bağlı deyil ki, 
kimsə  gəlib bizə yardım etsin və ya problemlərimizi aradan 
qaldırsın. Bunun səbəbi ondan ibarətdir ki, biz bu yolu ölkənin 
gələcəyi üçün dцzgцn yol kimi qəbul edirik.  
İqtisadi, siyasi və insan hüquqları sahələrinin inkişafı – 
bunlar hamısı bir-biri ilə bağlıdır.  Ölkədə azad cəmiyyət 
olmalıdır. Əgər siz insan hüquqları baxımından dünya xəri-
təsinə baxsanız görərsiniz ki, iqtisadi cəhətdən inkişaf etmiş 
ölkələrdə bu hüquqlar daha yaxşı  müdafiə olunur. Niyə? 
Çünki onlar daha inkişaf etmiş  ölkələrdir və orada insan-
ların tələbatları  ödənilir. Yoxsul ölkələrdə insanlar bir çox 
hallarda demokratiya haqqında düşünmürlər. Onlar özləri-
nin gündəlik tələbatları haqqında düşünürlər. Ona görə  də 
daha demokratik cəmiyyətə doğru addım atmaq üçün biz 
eyni zamanda, iqtisadiyyatı inkişaf etdirməli və insanlar 
üçün azad şəraiti təmin etməliyik. Sahibkarlığı inkişaf etdir-
məliyik. Tənzimləyici orqanlardan olan şəxslərin müdaxilə-
sini məhdudlaşdırmalıyıq.  Özəlləşdirməni irəliyə aparma-
lıyıq. Özəl sektoru inkişaf etdirməliyik. Bu gün iqtisadiyyatı-
mızın 76 faizini özəl sektor təşkil edir. Bu, irəliyə doğru 
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə