Рамиз мещдийев ялийев илщам



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix16.12.2016
ölçüsü3,05 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

ЙЕКУН  НИТГИ 
 
Beləliklə, 2006-cı ilin yekunlarının müzakirəsi bir daha onu 
göstərir ki, ötən il üçün nəzərdə tutulmuş  bütün proqramlar 
yerinə yetirilibdir. Həm iqtisadi inkişaf baxımından, həm əha-
linin sosial məsələlərinin həlli, həm də infrastruktur layihələrin 
həyata keçirilməsi baxımından, demək olar ki, 2006-cı ildə 
qarşıda duran bütün vəzifələr icra olunubdur.  
2007-ci ildə  də bizi böyük işlər gözləyir. Azərbaycanın 
iqtisadiyyatı 2007-ci ildə  yüksək sürətlə inkişaf etməkdə 
davam edəcək, ilkin proqnozlara görə, ümumi daxili məhsul 
haradasa, 25–30 faiz artacaq, orta əməkhaqqı artacaq, 
minimum  əməkhaqqı qaldırılacaq, adambaşına düşən  ümu-
mi daxili məhsulun həcmi kəskin  şəkildə artacaq, Azərbay-
canda böyük infrastruktur layihələr həyata keçiriləcəkdir. 
Bunları etmək üçün bütün imkanlar var, 2007-ci ilin büdcəsi 
təsdiq edilibdir. 2006-cı illə müqayisədə kəskin şəkildə artım 
nəzərdə tutulubdur. 2007-ci ildə büdcəmiz 6,5 milyard dollar 
təşkil edəcək və bu məbləğ  bütün büdcədə  nəzərdə tutulan 
məsələlərin həlli  üçün kifayət edəcəkdir. Bunu və Azərbay-
canın sürətli iqtisadi inkişafını nəzərə alaraq, əlbəttə ki, biz 

 40 
2007-ci ildə  ən  əsas diqqəti makroiqtisadi sabitliyə  yönəlt-
məliyik. Həm neft-qaz əməliyyatlarından  əldə ediləcək 
gəlirlər, həm də  büdcə  xərclərinin artırılması,  əmək haqları 
və pensiyaların qaldırılması, əlbəttə ki, makroiqtisadi sabit-
liyə  mənfi təsir göstərə, inflyasiyanı  sürətləndirə bilər. Ona 
görə əsas səylərimizi bu istiqamətə yönəltməliyik. Makroiqti-
sadi sabitlik hər bir ölkənin iqtisadi inkişafı  üçün başlıca 
şərtdir, xüsusilə  yüksək sürətlə inkişaf edən  ölkələr  üçün. O  
ölkələrdə ki, iqtisadi artım 5–10 faiz təşkil edir, bəlkə  də 
buna o qədər də böyük əhəmiyyət verilmir. Bizim ölkəmizdə 
isə iki il iqtisadi artım 26–35 faizdir və üçüncü il haradasa 30 
faiz səviyyəsində olacaq, əlbəttə ki, bütün səyləri biz buna 
yönəltməliyik. 2006-cı ildə bu sahədə  görülən işlər təqdirə-
layiqdir. Bir də qeyd eləmək istəyirəm ki, inflyasiya 8,3 faiz 
təşkil etmişdir və bunda bütün qurumların – Milli Bankın, 
bütün başqa aidiyyəti qurumların rolu olmuşdur.  Əminəm 
ki, 2007-ci ildə  də bu müsbət meyllər davam edəcək və 
inflyasiyanı normal çərçivələrdə saxlaya biləcəyik. 
Eyni zamanda, 2007-ci ildə əlavə büdcə xərclərinin artımı 
nəticəsində çoxsaylı layihələr həyata keçiriləcəkdir. Bu layi-
hələr səmərəli  şəkildə  həyata keçirilməli, maliyyə intizamı 
möhkəmlənməlidir. Bizim büdcəmiz artıq çox böyük həcmdə 
artır, xərclər artır və əlbəttə ki, nəzarət də artmalıdır. Çünki 
bu olmasa, bizim qarşıya qoyduğumuz məsələlərin həlli 
işində problemlər yarana bilər. Ona görə bütün ayrılan xərc-
lərdən maksimum dərəcədə  səmərəli  şəkildə istifadə olun-
malıdır və ciddi, çoxpilləli nəzarət mexanizmi də tətbiq edil-
məlidir. Bu bizim üçün, Azərbaycan  üçün yeni vəziyyətdir. 
Əvvəlki illərdə, Azərbaycanın müstəqilliyinin ilk illərində 
bizim əsas səylərimiz əlavə mənbələrin axtarılmasına, vəsai-
tin toplanmasına yönəldilmişdi. 
Əlbəttə ki, bu məqsəd indi də öz aktuallığını itirməyibdir. 
Ancaq indi yeni vəziyyət də yaranıbdır. Bir tərəfdən,  çox 
böyük məbləğdə olan xərcləri səmərəli idarə etmək, onların 
həcmini artırmaq, digər tərəfdən, onlardan səmərəli istifadə 

 
41 
etmək və iqtisadiyyatın  ümumi meyllərinə  mənfi təsirini 
azaltmaq lazımdır. Hər bir ölkə  üçün bu, əlbəttə ki, əlavə 
problemlər yaradır və Azərbaycan da buna hazır olmalıdır. 
Bununla bərabər, böyük planlarımız, böyük layihələrimiz 
var. Onlar da icra olunmalıdır. Regionların sosial-iqtisadi 
inkişafı proqramı davam etməlidir. Artıq bir neçə ildir ki, biz 
bu proqramı  uğurla icra edirik və  bölgələrdə  vəziyyət tama-
milə dəyişilmişdir. Yeni müəssisələr, fabriklər yaradılır, abad-
lıq işləri sürətlə gedir, ən yüksək səviyyədə infrastruktur layi-
hələr həyata keçirilir. Biz bunu dünyada mövcud olan ən yük-
sək səviyyədə edirik və əlbəttə ki, bu da əlavə xərc tələb edir. 
Bölgələrin inkişafı nəticəsində Azərbaycanın hərtərəfli in-
kişafı da təmin olunur. Qeyri-neft sektorunun inkişafı təmin 
edilir. Bilirsiniz ki, bu bizim üçün əsas məsələdir. Qeyri-neft 
sektorunun inkişafı, yerli istehsalın möhkəmlənməsi, idxal-
dan asılılığın azaldılması və yerli sahibkarlığın inkişafı məsə-
lələridir. Bütün bunlar regionların inkişafı proqramı ilə bir-
başa bağlı olan məsələlərdir. 
Əlbəttə,  dövlət tərəfindən dəstək veriləcəkdir. Bilirsiniz 
ki, sahibkarların fəaliyyətinin yaxşılaşması  üçün dövlət 
tərəfindən kreditlər ayrılır, ondan səmərəli istifadə olunur. 
Yəqin ki, bir neçə ildən sonra artıq o kreditlərin qayta-
rılması prosesi başlanacaq və belə olan halda, o qaytarılan 
məbləğin hesabına yeni kreditlər veriləcəkdir. Mən bunu bir 
dəfə qeyd eləmişəm, bir də demək istəyirəm. Bu kreditlərin 
verilməsi kommersiya xarakteri daşımır. Məqsəd ondan 
ibarət deyil ki, bu kreditlərin faizindən dövlət  əlavə qazanc 
götürsün. Məqsəd, sadəcə olaraq, sahibkarlara kömək gös-
tərmək, yerli sahibkarları  dəstəkləmək və onların ilkin ka-
pitalının formalaşmasında iştirak etməkdir. Bu siyasət uğur-
la davam edir və  bölgələrdə  işlərin böyük  əksəriyyəti məhz 
bunun nəticəsində görülmüşdür.  
Bizim büdcəmiz və siyasətimiz sosialyönümlüdür. Azər-
baycanda həm bazar iqtisadiyyatı prinsipinə sadiqlik özünü 
göstərir, eyni zamanda, sosial məsələlərin həllinə  də  böyük 

 42 
diqqət yetirilir. Bizim ölkəmizin siyasətini səciyyələndirən də 
məhz bu amillərdir.  Əgər Azərbaycanda sırf bazar iqtisa-
diyyatı prinsipi tətbiq olunarsa, əhalinin bir hissəsi böyük 
çətinliklərlə  üzləşə bilər. Xüsusilə keçid dövründə yaşayan 
ölkələr üçün bu, adi haldır və tarixdən də biz bunu görürük. 
Ona görə iqtisadiyönümlü, investisiyayönümlü, bazar iqtisa-
diyyatı prinsiplərinə sadiq olan siyasətimiz eyni zamanda, 
sosial proqramlarла  dа tamamlanmalıdır. Bu məqsədlə  də 
böyük işlər görülür və görüləcəkdir. Əhalinin sosial müdafiəsi 
məsələləri ön planda olmalıdır. Müxtəlif sosial proqramların 
həyata keçirilməsi, müxtəlif təşəbbüslərin başlanması bu 
məqsədi daşıyır. Azərbaycanda ildən-ilə minimum əməkhaq-
qı, minimum pensiyalar qaldırılır, orta əməkhaqqı artır. 
Amma hələ ki, bu bizi tam qane edə bilməz, ancaq dinamika 
və sürətli dinamika, əlbəttə ki, çox sevindiricidir.  
2007-ci ildə  də bu proses davam edəcək və daha da sür-
ətlə gedəcəkdir, bütün müvafiq tapşırıqlar verilmişdir. Xüsu-
silə nəzərə alsaq ki, 2007-ci ilin əvvəlində elektrik enerjisinin 
qiymətlərində artım olmuşdur, biz mütləq və  mütləq sosial 
siyasətimizi daha da sürətlə aparmalıyıq və elə etməliyik ki, 
əhali enerjinin qiymətinin artımından  əziyyət  çəkməsin. 
Bunu etmək  üçün,  əlbəttə ki, ilk növbədə maaşların artırıl-
ması nəzərdə tutulubdur. Demək istəyirəm ki, fevralın 1-dən 
minimum  əməkhaqqını 50 manata qaldıracağıq. Nəzərə 
alsaq ki, 2006-cı ilin sonuna qədər Azərbaycanda minimum 
ə
məkhaqqı 30 manat idi. Bu çox böyük artımdır. Biz fev-
ralın 1-dən bunu 50 manata çatdıracağıq və bu artım bütün 
insanlara  şamil ediləcək, hər bir vətəndaş, hər bir ailə  öz 
gündəlik həyatında bunu hiss edəcəkdir. Amma mən hesab 
edirəm ki, baxmayaraq bu çox böyük məbləğ tələb edən bir 
addım olacaq və xüsusilə aztəminatlı ailələrin həyat səviyyə-
sinin yaxşılaşması  üçün  çox  önəmli addım olacaq, biz bu-
nunla da kifayətlənə bilmərik. Eyni zamanda, büdcədən 
maliyyələşən təşkilatlarda  çalışan işçilərin  əməkhaqları da 
fevralın 1-dən qaldırılmalıdır. Təhsil, səhiyyə, mədəniyyət, 

 
43 
sosial təminat, elm, idman müəssisələrində  və digər sahə-
lərdə  çalışan insanların  əməkhaqqı fevralın 1-dən 25 faiz 
qaldırılacaqdır.  
Bütün bu addımlar onu göstərir ki, Azərbaycanda sosial 
məsələlərin həllinə  çox böyük diqqət göstərilir. Biz imkan 
verə bilmərik ki, insanlar bazar iqtisadiyyatına xas olan 
prinsiplərin Azərbaycanda tətbiqindən əziyyət çəksinlər. Biz 
adada yaşamırıq. Xüsusilə son illər  ərzində Azərbaycanın 
uğurlu iqtisadi inkişafı ona gətirib çıxarıb ki, biz artıq dünya 
iqtisadiyyatının bir hissəsiyik. Bizim iqtisadiyyatımız dünya 
iqtisadiyyatına xas olan qanunlarla idarə olunur. Başqa yol 
yoxdur. Bəlkə də var, amma o ölkələrdə ki, onlar həm siyasi 
cəhətdən, həm iqtisadi cəhətdən  özlərini dünyadan təcrid 
ediblər. O ölkələrin uğurları  müvəqqəti xarakter daşıyır və 
yalnız süni amillərlə tənzimlənir.  
Biz isə dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbay-
can həm siyasi, iqtisadi, həm də geosiyasi cəhətdən dünya 
üçün  çox  önəmli  ölkəyə  çevrilir və  əlbəttə ki, bazar iqtisa-
diyyatı prinsiplərinin Azərbaycanda tətbiqi labüddür, müm-
kündür və vacibdir. Ona görə  bütün bu amilləri nəzərə ala-
raq, eyni zamanda, insanların sosial cəhətdən müdafiəsi 
üçün atılan addımlar da vacibdir və biz bunu edirik. Maaş-
ların, minimum əməkhaqqının artırılması ilə yanaşı, eyni 
zamanda, onu da qeyd etmək istəyirəm ki, yaşa görə 
pensiyanın baza hissəsini də 50 manat səviyyəsinə qaldıra-
cağıq və bu, çoxsaylı pensiyaçılar üçün böyük dəstək olacaq-
dır. Mən  əminəm ki, biz bu sosial islahatların aparılmasını 
davam etdirəcəyik.  
Qiymətlərin qaldırılması qaçılmaz idi. Azərbaycanda 
elektrik enerjisinin qiymətlərinin qaldırılması bəlkə də son ən 
azı 5 il ərzində geniş müzakirə olunub və bildiyiniz kimi, ötən 
10 il ərzində bu qiymətlər sabit olaraq qalmışdır. Baxmayaraq 
ki, dünyada neftin, bütün enerji daşıyıcılarının qiyməti qalx-
mışdır və  şübhəsiz ki, Azərbaycanda insanların həyat səviy-

 44 
yəsi də  kəskin  şəkildə qalxmışdır. Ona görə elektrik enerjisi-
nin qiymətlərinin qaldırılması qaçılmaz bir məsələ idi.  
Sadəcə olaraq mən hesab edirdim ki, biz ilk növbədə 
insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq. O vaxt ki, 
Azərbaycanda əhalinin 49 faizi yoxsulluq şəraitində yaşayır-
dı, biz bunu edə bilməzdik. O vaxt ki, Azərbaycanda 44 faiz 
yoxsulluq mövcud idi, edə bilməzdik. Amma indi yoxsulluq 
şəraitində yaşayanların sayı  kəskin  şəkildə  aşağı  düşübdür. 
Məhz bizim iqtisadi siyasətimiz nəticəsində, Azərbaycanda 
aparılan iqtisadi islahatlar nəticəsində buna nail ola bilmi-
şik. Minimum əməkhaqqı artıq 50 manatdır, haradasa 60 
dollara bərabər olacaqdır. Orta əməkhaqqı  kəskin  şəkildə 
artır. Onu da qeyd etmək istəyirəm ki, elektrik enerjisinin 
qiymətinin qaldırılmasından və  bəzi növ yanacağın qiymə-
tinin qaldırılmasından ölkə xəzinəsinə daxil ediləcək məbləğ 
təxminən 200 milyon manat, bəlkə  də ondan bir az çox 
olacaqdır. Sosial paketin həlli  üçün sadaladığım kateqoriya 
insanların  əmək haqlarının qaldırılması  üçün minimum 
əməkhaqqının və minimum pensiyanın qaldırılması  üçün 
dövlət büdcəsindən haradasa 700 milyon manat vəsait ayrıl-
ması  nəzərdə tutulubdur. Yəni 800 milyon dollar. Bu bir 
daha onu göstərir ki, elektrik enerjisinin qiymətinin qaldırıl-
ması, onun məqsədi əlavə qazanc əldə etmək deyildir. Əksi-
nə, dövlət büdcəsinə əlavə yükdür. Çünki nəzərə alsaq ki, bu 
qiymətlər qalxmasaydı, bəlkə də indiki mərhələdə maaşların 
qaldırılmasına da ehtiyac olmazdı. Çünki bilirsiz ki, hər dəfə 
maaşların qaldırılması  həm dövlət büdcəsi  üçün  əlavə 
yükdür, eyni zamanda, iqtisadiyyata əlavə  yükdür.  İqtisadi 
vəziyyəti gərginləşdirə, inflyasiyanı  sürətləndirə bilər. Biz 
bütün bu amilləri nəzərə almalıyıq. Onu demək istəyirəm ki, 
enerjinin qiymətinin qaldırılması  dövlət büdcəsinə  əlavə 
yükdür, əlavə xərclərdir. Amma biz bunu edirik. Maksimum 
200–300 milyon dolların müqabilində dövlətdən 800 milyon 
dollar veriləcəkdir. Ancaq kimə? Ehtiyacı olan insanlara. 
«Mercedes» maşını sürən, villada yaşayan, bir neçə evi olan, 

 
45 
mülkü olan insanlara dövlət nə  üçün subsidiya verməlidir?! 
Qoy varlı adamların sayı artsın. Mən də bunun tərəfdarıyam 
və gündəlik həyatda biz bunu görürük. Azərbaycanda sahib-
karlar sinfinin möhkəmlənməsi məhz bunun əlamətidir. Mən 
istəyirəm ki, Azərbaycanda hamı zəngin, varlı olsun, hamı-
nın imkanı geniş olsun. Qoy yaxşı pul qazanan daha da çox 
pul qazansın. Amma belə olan halda, dövlət maya dəyərin-
dən aşağı qiymətə ona enerji verməməlidir. Nə  üçün xarici 
ширкятдя işləyən, yüksək maaş alan, yaxud da ki, yerli ширкятдя 
yüksək maaş alan adam dövlətdən subsidiya almalıdır? Nə 
üçün maya dəyəri 5 qəpik olan elektrik enerjisi bu kateqoriya-
dan olan insanlara 2 qəpiyə satılmalıdır? Qoy onlar normal 
qiymət ödəsinlər və dövlət o pulu versin yoxsullara, kasıblara, 
ehtiyacı olanlara, sosial cəhətdən  ən az müdafiə olunanlara, 
müəllimlərə, həkimlərə, mədəniyyət işçilərinə, bütün dövlət 
təşkilatlarında işləyənlərə. Bu, sosial ədalət prinsipidir. Biz 
bunu tətbiq edirik. 
Əlbəttə, qiymətlərin artımı insanlarda müəyyən fikirlər 
yaradır, bu təbiidir. Ancaq hamı  görəcək ki, bunun müsbət 
nəticələri olacaqdır. Azərbaycan vətəndaşları bundan əziyyət 
çəkməyəcəklər, onların maddi vəziyyəti pisləşməyəcəkdir.  
Əksinə, 25 faiz maaşların qaldırılması və minimum əmək-
haqqının 30 manatdan 50 manata qaldırılması  bütün kom-
munal xərclərə veriləcək məbləği üstələyəcəkdir. Özü də nə-
zərə alsaq ki, açıq danışaq, bizdə elektrik enerjisinin pulunu 
əhalinin cəmi 50 faizi ödəyir, qalanları  ödəmirlər. Mən 
demək istəmirəm ki, ödəməsinlər,  ödəsinlər, amma bu real-
lıqdır. Ona görə  bütün bu amillər birlikdə bir daha onu 
göstərir ki, atılan addım düzgün addım idi.  
Bəzi müxalifət mətbuatında bunu siyasiləşdirmək, bun-
dan siyasi dividendlər  əldə etmək istəyirlər. Guya ki, Tarif 
Şurası heç kimdən soruşmadan bunu edibdir. Hamısı boş 
şeylərdir. Tarif Şurası  özbaşına deyildir. Bir daha deyirəm 
ki, bu məsələ artıq son 5 il ərzində müzakirə edilirdi və gec-
tez bu olmalı idi. Sadəcə olaraq gözləyirdik ki, insanların 

 46 
maddi imkanları artsın, yaxşılaşsın, ödəniş qabiliyyəti artsın. 
Eyni zamanda, gözləyirdik ki, sayğaclaşma prosesi də da-
vam etsin. Artıq sayğacların quraşdırılması başa  çatır. O 
vaxt ki, sayğaclar yox idi, biz istəmirdik bunu edək. Eyni 
zamanda, gözləyirdik ki, Azərbaycanda bir müddət bundan 
əvvəl yaradılmış «Azəristiliktəchizat» Səhmdar Cəmiyyəti də 
fəaliyyətə başlasın və artıq istilik sistemini bərpa etməyə baş-
lasın. Enerji məsələlərinə aid olan son müşavirədə o təşkila-
tın sədri məruzə etmişdir ki, Bakıda böyük işlər görülübdür 
və  yüksəkmərtəbəli evlərdə istilik sisteminin bərpası prosesi 
sürətlə gedir. Belə olan halda, təbii ki,enerjiyə tələbat azala-
caqdır. Bütün bunları biz nəzərə alırdıq. Mən hesab edirəm 
ki, bu qərarın qəbulunda heç bir səhvə yol verilməyib və 
Azərbaycan iqtisadiyyatı, Azərbaycan xalqı bunun nəticəsini 
görəcəkdir. 
Bizim iqtisadiyyatımız sürətlə inkişaf edir. Amma ener-
jiyə olan süni qiymətlərlə iqtisadiyyat inkişaf edə bilməzdi. 
Bizim enerji sahəsindəki  şirkətlər inkişaf edə bilməzdi və 
nəticədə nəyə gətirib çıxaracaqdı? Bəlkə bu gün, sabah yox, 
5 ildən sonra enerji sektoru tamamilə dağıla bilərdi. Onda nə 
edəcəkdik? Biz indi bu qədər böyük vəsait ayırırıq, elektrik 
stansiyaları tikirik. Bundan sonra, «Bakıelektrikşəbəkə» və 
«Sumqayıtelektrikşəbəkə»də sağlamlaşdırma prosesi gedən-
dən sonra ötürücü  xətlərin bərpasına böyük vəsait qoyula-
caqdır. Ötürücü xətlər bərbad vəziyyətdədir. Biz stansiyaları 
tikirik, çox gözəl və 2007-ci ildə də tikəcəyik. Amma ötürücü 
xətlər olmadığına və yaxud da ki, köhnə olduğuna görə, 
«Barmek» şirkətiнин Azərbaycanın energetika sisteminə vur-
duğu zərbəyə  görə  bəzi hallarda bunun səmərəsi olmur. 
Bunu etmək  üçün vəsait lazımdır. Haradan o vəsait  əldə 
olunacaqdır? Bütün  şirkətlər sağlamlaşmalıdır. Süni  şəkildə 
yaranmış  bütün problemlər aradan qaldırılmalıdır.  Ödə-
mələr problemi Azərbaycanda 15 ildir ki, mövcuddur. Biri 
buna borcludur, o biri ona borcludur, nəticədə belə bir zən-
cirvari vəziyyət yaranır ki, hamı hamıya borcludur. Elə bil 

 
47 
ki, hamı da zərərlə işləyir. Buna son qoyulmalıdır. Ona görə 
bu qərar düzgündür, eyni zamanda, bu qərar insanların so-
sial müdafiəsini təmin edir. Maaşların qaldırılması, mini-
mum  əməkhaqqının, minimum pensiyanın qaldırılması 
kommunal xərclərə ödəniləcək məbləği artıqlaması ilə təmin 
edəcək və ondan da çox olacaqdır.  
Nəzərə alsaq ki, gələcək illərdə maaşlar, pensiyalar yenə 
qalxacaq, əminəm ki, bu qərarın ciddi təsiri olmayacaqdır.  
O ki qaldı bundan sui-istifadə etmək istəyənlərə, onların, 
bütövlükdə müxalifətin siyasəti Azərbaycanda iflasa uğrayıb 
və bu, artıq ictimai-siyasi həyatın amili deyildir. Yəni müxa-
lifətin mövcudluğu bütövlükdə sual altındadır və bunun 
səbəbkarları biz deyilik. Bunun səbəbkarları özünü müxalifət 
adlandıran partiyaların naftalin qoxusu gələn liderləridir. 
Onlar 15 ildir bu partiyaların başında duraraq faktikи 
olaraq, o partiyaların inkişafına imkan vermirlər.  Öz siyasi 
ambisiyalarını təmin etmək üçün. Halbuki, o ambisiyalardan 
da bir şey qalmayıbdır. Onların Azərbaycan xalqına etdiyi 
«xidmətlər» hamıya bəllidir. Son prezident və parlament 
seçkilərindən sonra, ümumiyyətcə, onlar kabinetdən çıxmır-
lar.  İndi onlar guya ki, xalqın qeydinə qalırlar. Xalqı  hərə-
kətə  çağırırlar və xalqı da günahlandırırlar. Gör bunlarda 
vicdansızlıq hissləri nə  qədər güclüdür ki, xalqı  günahlan-
dırırlar ki, onları dəstəkləmir, yaxud da Azərbaycan iqtidarı 
əleyhinə hərəkət etmir. Özlərinin bütün günahlarını, eybəcər-
liklərini xalqın  üstünə  yıxmaq istəyirlər ki, xalq passivdir. 
Azərbaycanda xalq passiv deyildir. Bütün bu görülən işlər 
Azərbaycan xalqının nailiyyətləridir. Son illər  ərzindəki 
bütün uğurlar, nailiyyətlər, Azərbaycanın uğurlu inkişafı, 
bölgədəki mövqelərinin möhkəmlənməsi, iqtisadi potensia-
lının güclənməsi, siyasi proseslərin müsbət istiqamətdə inki-
şaf etməsi – bütün bunların təməlində xalqın iradəsi dayanır. 
Əgər bu olmasaydı, hansı  məsələni biz həll edə bilərdik? 
Əgər xalqın dəstəyi olmasaydı, biz hansı proqramı  həyata 
keçirə bilərdik? Ona görə Azərbaycan xalqını tənbeh etmək, 

 48 
yaxud da ki, günahlandırmaq, ona irad tutmaq heç kimə 
şərəf gətirməz. Ona görə onların indiki uğursuz cəhdləri də 
elə  uğursuz oldu. Faktikи olaraq bəzi hallarda onlara yazı-
ğım da gəlir. Çünki bilirsiniz, Azərbaycanın uğurları hər bir 
vətənpərvər insanı sevindirir və sevindirməlidir. Hər bir 
azərbaycanlı fəxr edir ki, azərbaycanlıdır, fəxr edir ki, Azər-
baycan vətəndaşıdır. Bu gün Azərbaycan dünyada ən yüksək 
sürətlə inkişaf edir. Bunu görəndə  hər bir azərbaycanlının 
ürəyi sevinir. Ancaq bu kateqoriya insanlar buna sevinmir-
lər.  Əksinə, qeyd etdiyim kimi, bir məqamda Bakı–Tbilisi–
Ceyhan neft kəmərinin tikintisində yubanma oldu, sevinmə-
yə başlamışdılar. Kim sevinirdi buna? Ermənistan, erməni 
lobbisi, bir də bizim müxalifət. Çox  canfəşanlıqla öz qəzetlə-
rində, müsahibələrində bildirirdilər ki, nəhayət, Bakı–Tbili-
si–Ceyhan dayandı, deməli, iqtidar iflasa uğradı. Axı bu, 
iqtidarın layihəsi deyil, Azərbaycan xalqının layihəsidir və 
Azərbaycan xalqı bunun səmərəsini görür. Bizim 6,5 milyard 
səviyyəsində  büdcəmiz haradan qaynaqlanır? Bundan qay-
naqlanır, neft strategiyasından, neftdən  əldə edilən gəlirlər-
dən, Neft Fondunda yığılan vəsaitlərdən, Neft Fondundan 
transfertlərdən. Bu məsələ onları  açmır. Bakı–Tbilisi–Ərzu-
rum qaz kəmərinin tikintisi də onları açmır. İndi «Şahdəniz» 
qaz yatağında bir quyuda qəza baş verdi, onu bərpa etməyə 
çalışdılar, alınmadı. Hələ ki orada bərpa işləri aparılır. 
Sevinirlər buna. Axı bu qaz ucuz qiymətə Azərbaycan xalqı-
na veriləcək, Azərbaycan tərəfindən satılacaq Avropaya, 
Avropa İttifaqına. Azərbaycanın mövqeləri, siyasi dayaqları 
möhkəmlənəcəkdir. Bu, Qarabağ məsələsinin həlli üçün çox 
önəmli bir addım olacaqdır. Yəni bunu görməmək mümkün-
dürmü? Ona görə mən deyirəm ki, bu insanlar elə bil özləri 
tərəfindən yaradılmış  dünyada yaşayırlar. Azərbaycanda-
dırlar, eyni zamanda, Azərbaycanda deyillər.  Çünki hər bir 
uğurumuza onlar məyus olurlar. 
Körpü tikilir, sevinirlər, yazırlar ki, körpü dağıldı, uçdu. Bu, 
bir tərəfdən, yalan – biz onların yalanlarına öyrəşmişik, xalq da 

 
49 
buna öyrəşib – digər tərəfdən, onların niyyətidir. Yəni istəyirlər 
ki, körpü  uçsun, dağılsın. Axı  öz millətinə,  öz torpağına belə 
düşməncəsinə  münasibət heç  cür qəbul edilmir və belə hallar 
çoxdur. Sadəcə olaraq, istəmirəm onların haqqında danış-
maqla vaxtınızı alım. Amma məcburam,  çünki bizim qərarı-
mızın düzgün olması artıq hamı  üçün bəllidir. Ancaq onlar 
bundan sui-istifadə etmək və özləri üçün bir fürsət əldə etmək 
istəyirlər ki, hə, indi qiymət qaldırıldı, xalq narazı olacaq, gəlin 
düşək meydanlara. Düşün meydanlara, haradasız siz? 
Yoxdurlar! Kabinetdən  çıxmırlar. Hansı  üzlə xalqa müraciət 
edəcəklər? Ancaq seçkilərdən seçkilərə! 2003-cü ildə prezident 
seçkiləri  ərəfəsində  çıxmışdılar bölgələrə, mitinqlər edirdilər. 
2005-ci ildə parlament seçkilərinə bir ay qalmış  çıxmışdılar, 
özlərini tərif etmək üçün. Yaxşı, haradadırlar, 2005-ci ildən iki 
il keçir. Bir dəfə hansısa bölgədə olublar? Bir dəfə hansısa 
vətəndaşın problemi ilə  məşğul olublar, kömək ediblər? Yox! 
Ancaq gözləyirlər ki, Azərbaycanda nəsə olacaq ki, bundan 
fayda götürsünlər. Ay, Azərbaycanın münasibətləri filan ölkə 
ilə korlandı, o ölkə ilə korlandı, bu ölkə Azərbaycanı  dəstək-
ləmir. Onların fikri özlərinə getməsin. Mən heç vaxt imkan verə 
bilmərəm ki, Azərbaycan, müstəqil dövlət hansısa başqa 
ölkənin dəstəyindən asılı olsun. Yenə deyirəm, onların fikri 
özlərinə getməsin, vaxtilə demişdilər ki, bizim hakimiyyətə gəl-
məyimiz 11 ölkədə razılaşdırılıb. Onun nəticəsi idi ki, Azərbay-
can böhrana düşdü, faktikи olaraq parçalanma ərəfəsində idi və 
parçalanırdı. Heydər  Əliyev onların xahişi, yalvar-yaxarı ilə 
Azərbaycana rəhbərliyə  gəlməsəydi,  ölürdülər, boğulurdular. 
Neçə  dəfə Naxçıvana təyyarə  göndərmişdilər ki, Heydər 
Əliyev, gəl bizi qurtar, öldürürlər bizi. Məhz 11 ölkənin dəstəyi 
ilə hakimiyyətə  gələn o insanların fəaliyyəti nəticəsində belə 
olmuşdu. 
Biz heç bir ölkədən dəstək istəmirik, heç bir ölkədən asılı 
deyilik və bizim siyasətimiz onu göstərir ki, Azərbaycan 
müstəqil ölkədir, müstəqil dövlətdir. Bütün ölkələrlə, o cüm-
lədən böyük dövlətlərlə, qonşu  ölkələrlə qarşılıqlı  hörmət, 

 50 
qarşılıqlı maraq çərçivəsində  və  əsasında münasibətlərimizi 
qururuq. Bundan başqa heç bir münasibətlər ola bilməz. 
Sadəcə, fikrimi söyləmək istəyirəm,  öz xalqına nə  dərəcədə 
hörmətsizlik edəsən ki, Azərbaycan xalqı haqqında belə 
fikirdə olasan. 
Bir də demək istəyirəm ki, sosial paketin tətbiqindən 
sonra Azərbaycanda insanların vəziyyəti daha da yaxşıla-
şacaqdır. Biz çalışmalıyıq ki, maksimum dərəcədə  bütün 
imkanlardan istifadə edək ki, Azərbaycanda yaranan sahib-
karlar sinfi daha da möhkəmlənsin, orta təbəqə inkişaf etsin, 
yoxsulluğun səviyyəsi aşağı  düşsün. Məni  çox sevindirir ki, 
artıq  Azərbaycanda yoxsulluq 20 faiz səviyyəsinə enibdir. 
Əminəm ki, 2007-ci ildə görüləcək tədbirlər nəticəsində daha 
da kəskin şəkildə enəcəkdir. 
Bununla bərabər, hesab edirəm ki, kənd təsərrüfatında 
çalışan insanları da biz dəstəkləməliyik. Azərbaycan  əhalisi-
nin, demək olar, yarısı kənd təsərrüfatı ilə məşğuldur, bölgə-
lərdə yaşayır. Kənd təsərrüfatının inkişafı üçün əlavə tədbirlər 
görməliyik, onu dəstəkləməliyik. Bu məqsədlə kənd təsərrüfa-
tına təxminən 80 milyon manat həcmində subsidiya veriləcək-
dir ki, kəndlilər gübrə, yanacaq ala bilsinlər və elektrik ener-
jisinin qiymətindən əziyyət çəkməsinlər. Bütövlükdə, gələcək-
də bu sahəyə biz daha böyük dəstək verməliyik. Biz son illər 
ərzində müəyyən işlər görmüşük, «Aqrolizinq» yaratmışıq və 
onun xətti ilə Azərbaycana texnika gətirilir.  İndi inkişafın 
yeni mərhələsi başlayır, biz artıq Azərbaycanda kənd təsər-
rüfatı texnikasının istehsalı  üçün  əməli, praktikи  tədbirlər 
görmüşük. Yəqin ki, bu yaxınlarda Azərbaycanda traktorlar 
istehsal olunmağa başlayacaqdır. Yəni «Aqrolizinq»иn yara-
dılması kənd təsərrüfatına dəstək verir. 
Amma bu, kifayət deyil, mən hesab edirəm ki, birbaşa 
subsidiyalar verilməlidir. Kənd təsərrüfatı ilə  məşğul olan 
insanlara Sahibkarlığa Kömək Milli Fondu xətti ilə kreditlər 
verilməlidir. Onsuz da onların böyük hissəsi bölgələrə, kənd 

 
51 
təsərrüfatı ilə məşğul olan şirkətlərə verilir. Bu proses davam 
etməlidir.  
Eyni zamanda, 2007-ci ildə çalışmalıyıq ki, Azərbaycana 
investisiyaları daha da böyük həcmdə cəlb edək ki, iri emal 
müəssisələri yaradılsın. Məsələn, 2006-cı ildə İmişlidə böyük 
şəkər zavodu tikilmişdir. Deyə bilərəm ki, MDB məkanında 
analoqu olmayan bir müəssisədir. Bəlkə  də bu bölgədə  ən 
müasir,  ən qabaqcıl sənaye müəssisəsidir və ondan on min-
lərlə insan fayda götürür. İndi Azərbaycanda çuğundur əkini 
çox geniş  vüsət alıbdır və onu da deyə bilərəm ki, kənd 
təsərrüfatında mövcud olan artımın müəyyən hissəsi,  əhə-
miyyətli hissəsi məhz çuğundur istehsalının inkişafı hesabına 
baş verir. Ona görə  kənd təsərrüfatına veriləcək dəstək, 
əminəm ki, kəndlərdə yaşayan insanların da həyat səviyyə-
sini yaxşılaşdıracaqdır.  
İstəyirəm qiymətlərlə bağlı bir məsələni də qeyd edim. 
Meyllər ola bilər. Belə məlumatlar gəlir ki, bazarlarda isteh-
lak mallarının qiyməti süni şəkildə artırılır. Halbuki, onların 
enerji qiymətləri ilə birbaşa  əlaqəsi ola bilməz.  Çünki biz 
qiyməti, sadəcə olaraq, bir-iki həftə bundan əvvəl qaldır-
mışıq. Necə ola bilər indidən qiymət qalxır? İkincisi, Иqtisadi 
Иnkişaf naziri qeyd elədi və  təhlil də onu göstərmişdir ki, 
istehlak mallarının qiymətində elektrik enerjisinin payı  çox 
cüzi faiz təşkil edir. Ona görə bazarda bəzi natəmiz adamlar, 
möhtəkirlər tərəfindən qiymətlərin süni  şəkildə qaldırılması 
təxribatdır və bunu biz təxribat kimi qiymətləndirməliyik. 
Təbii ki, dünyada neftin qiymətinin artımı  nəticəsində  və 
başqa qida məhsullarının, xaricdən gətirilən qida məhsul-
larının qiymət artımı  nəticəsində istər-istəməz qiymətlər 
qalxır. Bu, təbii prosesdir, hər bir ölkədə var. 
Amma bir var təbii proses, bir də var ki, süni  şəkildə 
kimsə bu vəziyyətdən istifadə etmək,  əlavə qazanc əldə et-
mək istəyir. Buna, mən bir daha demək istəyirəm, təxribat 
kimi baxmalıyıq və bunu edən adamlara qarşı ən ciddi təd-
birlər görülməlidir. Onlar cəzalandırılmalıdırlar ki, bu vəziy-

 52 
yətdən Azərbaycan xalqının əleyhinə heç kim istifadə etmə-
sin. Məsələ ilə çox ciddi məşğul olun. Yarmarkalar da özünü 
doğrultdu. Bu da çox gözəl təşəbbüs olmuşdur. Yarmarkalar 
davam edir və insanlar orada məqbul qiymətlərlə  məhsul 
alırlar.  
2007-ci ildə energetika sektoruna yenə  də  böyük diqqət 
göstərməliyik. Nəzərdə tutulmuş proqramlar icra olunacaq, 
yanvar ayında yəqin ki, Bakıda yeni modul stansiyanın 
tikintisi başa  çatacaqdır. Ondan sonra Sumqayıt  şəhərində 
500 meqavat gücündə olan elektrik stansiyasının tikintisi 
başa  çatmalıdır. Eyni zamanda, «Şimal-2» elektrik stansi-
yasında artıq işlər başlanmalıdır. Mingəçevirdə yenidənqur-
ma, bərpa işləri aparılır. Bir sözlə, 2007-ci ildə enerji təhlükə-
sizliyi baxımından biz öz mövqelərimizi daha da möhkəm-
ləndirəcəyik. Yenə də qeyd etmək istəyirəm ki, gələcəkdə ola 
bilər biz elektrik enerjisinin ixracı ilə də məşğul olаq. Amma 
ilk növbədə, öz tələbatımızı, artan tələbatı ödəməliyik. Çünki 
biz stansiyaları ona görə tikirik ki, Azərbaycan iqtisadiyyatı 
буну tələb edir. Əhali artır, həyat səviyyəsi yaxşılaşır, çoxlu 
fərdi tikintilər aparılır, müəssisələr açılır. 3 il ərzində 520 min 
yeni iş yeri açılıbdır. Bu iş yerləri müəssisə, fabrik deməkdir. 
Onun, əlbəttə ki, əlavə enerjiyə tələbatı var. Ona görə elekt-
rik stansiyalarının tikintisi davam edəcək,  ötürücü  xətlərə 
сох ciddi diqqət verilməlidir. «Barmek»dən qalan, yararsız 
vəziyyətdə olan, dağıdılmış  bütün o təsərrüfata yenidən ba-
xılmalıdır. Qeyd olundu, Prezident fondundan vəsait də ay-
rılıbdır. İndi şəbəkələrin öz vəsaiti olacaqdır və qısa müddət 
ərzində bu işləri görməliyik.  
Azərbaycan Dövlət Neft Şirkəti 2007-ci ildə  öz vəzifə-
lərini bilir. Mən onlara göstəriş vermişəm və bunu icra 
etməyə başlayıblar. İlk və əsas səyləri qaz hasilatının artırıl-
masına yönəltməliyik. Əlbəttə ki, Dövlət Neft Şirkətinin neft 
hasilatı da artır. Ancaq nəzərə alsaq ki, artıq «Azəri», 
«Çıraq», «Günəşli» yataгlarından böyük həcmdə neft alırıq, 
ən əsas diqqəti qazın hasilatına yönəltməliyik. Qaz indi ener-

 
53 
ji təhlükəsizliyinin  əsas komponentidir və biz elə etməliyik 
ki,  özümüzü qazla tam şəkildə  təmin edək. Bilirsiniz ki, 
Rusiya tərəfindən təklif edilən qiymətə biz razı olmadıq. 230 
dollar çox yüksək qiymətdir və biz, əlbəttə ki, bundan imtina 
etdik. Biz gözləyirdik ki, danışıqlar  əsnasında «Qazprom» 
tərəfindən verilən yeni təklif daha aşağı olacaq, əfsuslar 
olsun ki, əksinə, daha da artdı – 235 dollar. Bu, ümumiy-
yətlə, başa düşülən addım deyildir. Onlar bununla nə demək 
istəyirdilər, biz bunu başa düşmədik. Amma öz tədbir-
lərimizi gördük,  öz siyasətimizi apardıq. Bir daha göstərdik 
ki, heç kimdən asılı deyilik. Rusiyadan gələn qazsız yaşa-
mışıq, yaşayaq. Ona görə ilk növbədə,  öz qazımızın hasi-
latını artırmalıyıq və artırırıq. Artıq Neft Şirkəti bu il öz 
hasilatını artırıbdır. Gələn il əsaslı vəsait qoyulacaqdır.  
Eyni zamanda, «Azəri», «Çıraq»dan çıxarılan səmt qazını 
tam şəkildə biz götürməliyik və bu məsələ ilə əlaqədar bp ilə 
və konsorsiumla danışıqlar gedir. «Şahdəniz» yatağından 
çıxarılacaq qazı da gözləyirik. Əfsuslar olsun ki, orada qəza 
baş veribdir. Ancaq belə hadisələr neft sənayesində olur. Hər 
halda, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən hasil edi-
lən neftin Rusiyaya, Novorossiysk limanına nəqlinin dayan-
dırılması, o neftin emal zavodlarına  ötürülməsi və mazuta 
çevrilməsi, eyni zamanda, qaz hasilatını artırmağımız – 
bütün bu amillər göstərir ki, biz o çətin vəziyyətdən  çıxış 
yolunu tapa bilmişik. Mən nə  üçün  çətin vəziyyət deyirəm, 
çünki bizim «Qazprom» ilə uzunmüddətli müqaviləmiz 
vardı. Əgər birillik müqavilə imzalansaydı, o vaxt biz vəziy-
yətin istənilən şəkildə dəyişməsinə hazır ola bilərdik. Ancaq 
biz beynəlxalq, nüfuzlu, böyük  şirkətlə – «Qazprom»la 
beşillik müqavilə imzalamışdıq. Əlbəttə, biz hesab edirdik ки, 
özünə  hörmət edən hər bir şirkət  beynəlxalq  öhdəliklərini 
yerinə yetirməlidir. Biz heç  ağlımıza gətirə bilməzdik ki, 
birtərəfli  şəkildə o müqavilədən imtina olunacaq və Azər-
baycana onu qane etməyən, heç bir məntiqə  sığmayan və 
başqa MDB ölkələrinə verilən qiymətdən qat-qat üstün 

 54 
qiymət elan olunacaqdır. Biz bunu gözləmirdik. Ona görə 
vəziyyət bir qədər çətinləşmişdi. Ancaq qısa müddət ərzində, 
operativ şəkildə buna baxdıq, bütün tədbirləri gördük. Artıq 
yanvar ayının sonudur, heç kəs də hiss etmir ki, Rusiyadan 
4,5 milyard qaz gəlmir. Bir daha sübut elədik, bir daha 
göstərdik ki, heç kimin qarşısında baş  əyən deyilik, əyilən 
deyilik, biz dövlətik, suveren dövlətik, ancaq qarşılıqlı 
maraq  əsasında istənilən tərəflə  əməkdaşlığımızı davam 
etdirə bilərik.  
2007-ci ildə  sənaye proqramlarının icrası başlanmalıdır. 
Mən bilirəm ki, hazırlıq işləri görülübdür. Həm Sənaye və 
Energetika Nazirliyi tərəfindən təkliflər hazırlanıbdır və indi 
Nazirlər Kabinetində baxılır,  щям  дя  İqtisadi  İnkişaf Na-
zirliyi tərəfindən hazırlanıbdır. 2007-ci ildə  Dövlət  İnves-
tisiya  Şirkətinin  əməli, praktikи  fəaliyyəti başlanmalıdır. 
Yəni bəzi layihələrin hazırlıq işləri ilin birinci rübündə başa 
çatmalıdır və artıq praktikи tikintilər başlanmalıdır. Biz 
böyük layihələrdən danışırıq, onların tikintisi minimum iki il 
vaxt aparacaqdır. Ona görə yubanmaq olmaz, nəzərə alsaq 
ki, vəsaitimiz də var, qısa müddət ərzində başlamalıyıq. Büd-
cədən вясаит keçən il də айрылмышдыр, bu il də nəzərdə tutulub, 
sadəcə olaraq, bu vəsaitdən səmərəli istifadə etmək lazımdır.  
Nəqliyyat sektorunda 2007-ci ildə  böyük işlər görüləcək-
dir. Lənkəran və Zaqatala şəhərlərində yeni aeroportlar 
tikiləcəkdir, magistral yolların tikintisi gedir. Şəhərlərarası 
yolların, Bakı dairəvi yolunun tikintisi başlanmışdır. Kənd 
yollarının tikintisi davam etməlidir, Bakıda körpülərin tikin-
tisi davam edir. Mənə  Nəqliyyat naziri tərəfindən verilən 
məlumata görə, biz nəzərdə tutduğumuz tikintilərdən başqa, 
yeni körpülər və yolötürücüləri tikməliyik.  İndi bu, 9 yerdə 
nəzərdə tutulub, gələcəkdə  yəqin ki, başqa yerlərdə  də 
olmalıdır. 
 Elə etməliyik ki, tam şəkildə Bakının nəqliyyat proble-
mini həll edək, insanların canını  tıxaclardan qurtaraq. Bu 
məsələ  təkcə  körpülərin, yolötürücülərinin tikintisi ilə  məh-

 
55 
dudlaşmır. Bütövlükdə Bakının nəqliyyat sistemi yeniləş-
məlidir,  ən müasir səviyyəyə  çatmalıdır. Nəqliyyat naziri 
müxtəlif  ölkələrdə olmuşdur. Bu yaxınlarda Koreyada ol-
muş, onların təcrübəsi ilə maraqlanmışdır. Biz ən müasir 
sistemi burada tətbiq etməliyik. Yeni yollar, yolötürücüləri, 
işıqforlar, nəzarət sistemi, tənzimləmə sistemi, şəhər nəqliy-
yatı sisteminin tənzimlənməsi – bütün bunlar vahid bir me-
xanizmdir. Əgər biz sadəcə, yolları, körpüləri tiksək, bu, mə-
sələnin həlli deyildir. Ona görə biz bu məsələyə  əsaslı 
yanaşmalıyıq və dünyada mövcud olan ən müsbət praktikanı 
Azərbaycanda tətbiq eləməliyik. 2007-ci ildə bu işlər baş-
lanmalıdır.  
Digər sahələrdə  də 2007-ci ildə  böyük işlər görüləcəkdir. 
Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sektorunun 
inkişafına diqqət azalmamalıdır və azalmır. Əlbəttə ki, 2007-
ci ildə iqtisadiyyatın ümumi çəkisində qeyri-neft sektorunun 
həcmi istər-istəməz azalacaqdır. Ona görə ki, neft, qaz hasi-
latının artımı  gözlənilir. Biz qeyri-neft sektorunu nə  qədər 
inkişaf etdirsək, yenə  də ona çata bilməz.  Çünki Azərbay-
canda gələn il təxminən 45–50 milyon ton neft hasilatı göz-
lənilir və iqtisadiyyatımızın  ümumi göstəricilərinə baxanda, 
əlbəttə, görəcəyik ki, qeyri-neft sektorunun payı  aşağı  dü-
şübdür. Ancaq həcmi artacaq və  kəskin  şəkildə artmalıdır. 
Neft gəlirlərindən elə  səmərəli istifadə etməliyik ki, qeyri-
neft sektoru daha da çiçəklənsin. Bu meyl artıq var və növ-
bəti illərdə daha da sürətlə davam edəcəkdir.  
2007-ci ildə ekoloji proqramlar həyata keçiriləcəkdir. 
Keçən il biz geniş ekoloji proqram qəbul etdik. Orada bütün 
vəzifələr  öz  əksini tapıbdır. Maliyyə  mənbələri də  mövcud-
dur. Sadəcə olaraq qısa müddət  ərzində ekoloji vəziyyətin 
yaxşılaşması istiqamətində işlər görülməlidir. Xüsusilə Bakı-
da və Abşeron yarımadasında. Çünki ən ağır ekoloji vəziyyət 
məhz buradadır. Azərbaycanın bölgələrində ekoloji vəziyyət 
çox yaxşıdır. Siz də, hamımız bölgələrdə olanda görürük ki, 
oranın havası da təmizdir, adam rahat nəfəs alır. Amma 

 56 
Bakıya qayıdanda görürük ki, havası ağırdır. Bu da təbiidir. 
Çünki böyük şəhərdir, həm neft-qaz mədənləri, həm tıxaclar, 
maşınların sayının artması havanı korlayır. Ona görə ilk və 
əsas diqqət Bakı və Abşerona yönəldilməlidir və biz burada 
nə lazımdırsa onu da etməliyik. Heç bir vəsaitin ayrılmasın-
da məhdudiyyət olmamalıdır,  əksinə, mən sizə deyirəm və 
tələb edirəm ki, ekoloji vəziyyətin sürətlə, maksimum dərə-
cədə yaxşılaşması üçün tədbirlər görün.  
Bununla bərabər, Bakını  içməli su ilə  təmin etmək  üçün 
2007-ci ildə Oğuz–Qəbələ–Bakı su kəməri tikilməyə başlana-
caqdır. Bu da çox böyük infrastruktur layihədir, böyük 
sosial layihədir.  Çünki bu kəmərin tikintisinə  sərf olunan 
vəsait heç vaxt büdcəyə qayıtmayacaqdır. Heç vaxt! Sadəcə 
olaraq bu bizim borcumuzdur ki, Bakı sakinləri içməli su ilə 
təmin olunsunlar, fasilələr aradan götürülsün. Bu çox təmiz 
sudur və onun kimyəvi analizi də keçirilmişdir. 
 İnsanın sağlamlığı  üçün  çox yararlı sudur. 2007-ci ildə 
tikintiyə başlayırıq və 2008-ci ildə tamamlamalıyıq. Mən 
dekabr ayında Sumqayıtda borular istehsal edən zavodda da 
olmuşam, görmüşəm, çox böyük nəhəng müəssisədir. Ancaq 
yenə  də deyirəm, biz bunu, sadəcə olaraq insanların sosial 
problemlərinin həlli  üçün, içməli su ilə  təmin etmək  üçün 
nəzərdə tutmuşduq. Amma çox yaxşı ki, bizim iş adamla-
rımız bunu görərək дярщал gözəl müəssisə yaradıblar və mənə 
verilən məlumata görə  dərhal 15 milyon dollar vəsait qo-
yublar. İndi Azərbaycanda plastik borular istehsal olunur və 
pul Azərbaycandan getməyəcək, yerli istehsal bundan fayda 
götürəcəkdir. Gələcəkdə buna bənzər başqa layihələr də ola-
caq, o müəssisə yaşayacaq, başqa  ölkələrdə  iş  görəcəkdir. 
Yəni baxın, Azərbaycanda bizim bu layihəmizin nəticəsi 
olan artıq yeni istehsal sahəsi yaradılır. 
Bununla bərabər, Samur–Abşeron kanalının tikintisi da-
vam etməlidir, Taxtakörpü su anbarının tikintisi yəqin ki, 
başlanmalıdır. Bunun  Azərbaycanın su ehtiyatlarının səmərəli 
istifadəsində çox mühüm rolu vardır. Bu layihə də böyük vəsait 

 
57 
tələb edir. Bir hissəsini biz öz hesabımıza edirik, bir hissəsini 
kreditlər hesabına. Ancaq onu da demək istəyirəm ki, bu vəsait 
də qayıtmayacaqdır. Körpülərə, yolların salınmasına ayrılan 
vəsait də qayıtmayacaqdır. Yəni bütün bunları biz edirik ki, 
Azərbaycan vətəndaşları rahat yaşasınlar, onların bütün 
tələbatları ödənilsin və  Azərbaycanda yaradılan infrastruktur 
dünyanın ən yüksək standartlarına cavab versin.  
2007-ci ildə mədəniyyət sahəsində çox böyük işlər görülə-
cəkdir. Verilən göstərişlərə əsasən, bir sıra mədəniyyət ocaq-
larının yenidən qurulması, təmiri, tikintisi nəzərdə tutulur. 
Güman edirəm ki, 2007-ci ildə Tarix və  Ədəbiyyat muzey-
lərinin təmir-bərpa işləri ən yüksək səviyyədə başa çatacaq-
dır. Eyni zamanda, İncəsənət muzeyində, Muzey mərkəzində 
təmir işləri başlanacaqdır.  İstiqlal muzeyi yaradılması 
haqqında mən sərəncam imzalamışam. Artıq variantın ilkin 
təklifləri verilməlidir. Azərbaycanda Xalça muzeyi tikiləcək-
dir. Bu vaxta qədər olmamışdır. Bizim Xalça muzeyimiz 
Muzey Mərkəzində, keçmiş Lenin Muzeyində yerləşir. Mən 
ora gedəndə  çox  ürəkağrısı ilə baxırdım,  çünki bizim milli 
sərvətimiz olan xalçalar  чох  пис  vəziyyətdə saxlanılır. Ona 
görə  qərar qəbul edilmişdir ki, Muğam Mərkəzi ilə  üzbəüz, 
Bakının gözəl yerində ən müasir, gözəl Xalça muzeyi tikilsin. 
Onun ilkin layihəsi hazırdır, 2007-ci ildə işlər başlanmalıdır. 
Teatrların bərpası nəzərdə tutulubdur. Bizim teatrlarımızda 
da  çoxdandır ki, təmir işləri aparılmır, aparılsa da, aşağı 
səviyyədə idi. Mən istəyirəm ki, teatrlarımız ən yüksək səviy-
yədə olsun. Bu məqsədlə Azərbaycan Dövlət Dram Teatrı, 
Opera və Balet Teatrı, Heydər  Əliyev adına Saray, Rus 
Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı  ən 
yüksək səviyyədə  təmir olunacaqdır. Uzun illər fəaliyyətsiz 
qalan Yaşıl Teatr da 2007-ci ildə  öz fəaliyyətini bərpa edə-
cəkdir. Mən keçən il vəziyyətlə tanış oldum, müvafiq gös-
tərişlər verdim, indi orada təmir-bərpa işləri aparılır. Uzun 
illər bakılıların  ən sevimli yerlərindən biri olan Yaşıl Teatr 
yararsız vəziyyətdə idi. Biz gərək onu ən yüksək səviyyədə, 

 58 
faktikи olaraq, yenidən yaradaq və yay mövsümünə qədər бу 
teatr işə başlamalıdır.  
İdman sahəsində yeni komplekslərin tikintisi davam 
edəcəkdir. 2007-ci ildə 17 rayonda idman kompleksinin ti-
kintisi aparılmalıdır. Eyni zamanda, Heydər  Əliyev adına 
İdman-Konsert Kompleksində  ən yüksək səviyyədə  təmir-
bərpa işlərinə başlanıb, ilin ortalarında başa çatacaqdır. Biz 
bu il, nəhayət ki, Mingəçevir avarçəkmə bazasının bərpasına 
da başlayırıq. 
Əlbəttə ki, bunlar görüləcək işlərin çox cüzi bir hissəsidir. 
Nə  qədər məktəb, xəstəxana tikiləcəkdir. Məktəb tikintisi, 
bütün bölgələrdə Neft Şirkəti tərəfindən müasir xəstəxana-
larын tikintisi davam edəcəkdir. Bütün bunları, görülən və 
görüləcək işləri sadalamaq üçün yenə də deyirəm, bəlkə saat-
larla vaxt lazımdır. Başlıca məsələ ondan ibarətdir ki, bütün 
bunların  əsasında düşünülmüş hesablamalar, proqramlar 
var, vəsait mənbəyi var. Sadəcə olaraq sizdən asılıdır ki, 
bunları vaxtlı-vaxtında, yüksək səviyyədə  təmin edəsiniz və 
2007-ci ildə qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda 
öz  əksini tapmalıdır. Mən  əminəm ki, 2007-ci ildə Azər-
baycanın iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, siyasi 
proseslər müsbət istiqamətdə davam edəcəkdir. Azərbaycan 
dünyadakı  mövqelərini möhkəmləndirəcək və Azərbaycan 
xalqı yaxşı, firavan yaşayacaqdır. Sağ olun. 
  
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə