Рамиз мещдийев ялийев илщам



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix16.12.2016
ölçüsü3,05 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

DÜNYA AZƏRBAYCANLILARINA 
 
Əziz həmvətənlər! Hörmətli soydaşlar! 
Sizə hər bir azərbaycanlı üçün əziz bayram olan Dünya 
Azərbaycanlılarının Həmrəyliyi günü  münasibətilə  müraciət 
edirəm.  Ümummilli liderimiz Heydər  Əliyevin təşəbbüsü ilə 
on beş ildir dünyada yaşayan bütün azərbaycanlılar tərəfin-
dən milli birlik və həmrəylik günü kimi qeyd edilən bu bay-
ram Azərbaycan xalqına mənsubluq, milli-mənəvi dəyərləri-
mizin təbliği, tarixi Vətənə bağlılıq, soydaşlarımızın yek-
dillik və  mütəşəkkilliyinin gücləndirilməsi ideyalarını  təcəs-
süm etdirir. 
Məmnunluqla qeyd etmək olar ki, azərbaycanlıların birli-
yi və  həmrəyliyi ideyası bu gün artıq həm bütün dünyada 
yaşayan soydaşlarımızın düşüncəsinə hakim kəsilmiş, həm 
də  dövlət siyasətimizin prioritet istiqamətləri səviyyəsinə 
yüksəlmişdir. Yaşadıqları ölkələrdə soydaşlarımızın təşkilat-
lanması, azərbaycanlı icmalarının fəaliyyətinin genişlənməsi, 
Vətənlə  əlaqələrinin güclənməsi istiqamətində son illərdə 
həqiqətən çox işlər görülmüşdür. Dünya azərbaycanlılarının 
I və II qurultayları soydaşlarımızın  öz müstəqil dövləti – 
Azərbaycan Respublikası ətrafında sıx birləşməsi, milli-mə-
nəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə ehtiva edən azər-
baycançılıq ideyasının yayılması prosesinə güclü təkan verdi, 
qarşıda duran vəzifələri müəyyənləşdirdi.  
Hazırda Azərbaycan Respublikası  və diasporumuz key-
fiyyətcə yeni fəaliyyət mərhələsinə qədəm qoymuşdur. Azər-
baycan dövləti xaricdə yaşayan soydaşlarımızın sosial-iqti-
sadi maraqlarının müdafiəsi, beynəlxalq konvensiyalarda 
təsbit olunmuş  hüquqlarının qorunması  üçün ardıcıl fəaliy-
yət göstərir, məqsədyönlü və təsirli tədbirlər görür. Gündən-
günə  dünya azərbaycanlılarının doğma Vətənlə  əlaqələri 
daha da güclənir,  ölkəmizin iqtisadi və sosial-mədəni həya-

 
17 
tında iştirakı genişlənir. Ayrı-ayrı  ölkələrdə azərbaycanlı-
ların icma və cəmiyyətləri vahid mərkəzlər ətrafında birləşir, 
ictimai-siyasi həyata onların təsiri artır. Soydaşlarımız Azər-
baycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, 
zəngin milli mədəniyyətimizin təbliğində, təcavüzkar erməni 
millətçilərinin ideoloji təxribatlarının ifşa olunmasında 
getdikcə daha fəal rol oynayırlar.  
Lakin o da qeyd olunmalıdır ki, Azərbaycan diasporu-
nun potensial imkanları onun fəaliyyətinin real nəticələri ilə 
müqayisədə xeyli yüksəkdir. Qarşımızda hələ də bir çox cid-
di, həlli vacib olan problemlər durur. Azərbaycanlılar yaşa-
dıqları ölkələrin iqtisadi, siyasi və sosial-mədəni həyatına sıx 
inteqrasiya olunmalı, bu ölkələrlə Azərbaycan Respublikası 
arasında  əlaqələndirici vəsilə rolunda çıxış etməlidirlər. 
Müxtəlif ölkələrdə mövcud olan Azərbaycan cəmiyyətlərinin 
qarşılıqlı  fəaliyyəti gücləndirilməli, mühüm məsələlər  üzrə 
onların tədbirləri  əlaqələndirilməlidir. Məkrli erməni təbli-
ğatına qarşı müntəzəm surətdə önləyici hücum tədbirləri təş-
kil edilməlidir.  Ümumazərbaycan məsələləri ilə bağlı  təsirli 
addımlar atılmalı, aparıcı ölkələrdə güclü Azərbaycan lobbi-
si formalaşdırılmalıdır. Dost icmalar və lobbi təşkilatları ilə 
səmərəli əməkdaşlıq qurulmalı, diaspor quruculuğu sahəsin-
də onların müsbət təcrübəsindən istifadə olunmalıdır.  
Yola saldığımız 2006-cı il Azərbaycan Respublikası üçün 
kifayət qədər uğurlu və nailiyyətlərlə zəngin bir il olmuşdur. 
Heydər Əliyevin ideya müəllifi və memarı olduğu Bakı–Tbi-
lisi–Ceyhan əsas ixrac boru kəməri istifadəyə verilmişdir və 
hazırda  ölkəmizin, bütün regionun rifahına xidmət edir. 
Artıq «Şahdəniz» yatağında qaz hasilatı başlanmışdır və 
Azərbaycan qazını  dünya bazarına nəql edəcək Bakı–
Tbilisi–Ərzurum boru kəməri də tezliklə istismara veriləcək. 
2006-cı ildə Azərbaycan iqtisadi inkişaf sürətinə görə bütün 
dünyada lider mövqe tutmuşdur.  Ölkədə  əzəmətli sosial-
iqtisadi inkişaf proqramları və infrastruktur layihələr həyata 
keçirilir, ən müasir texnologiyalar tətbiq olunur. Sahibkarlı-

 18 
ğın inkişafı, işsizliyin və yoxsulluğun aradan qaldırılması 
üçün proqramlar reallaşdırılır. Gözümüzün qarşısında  ölkə-
mizin siması dəyişir, insanlarımızın ovqatı yaxşılaşır, sabaha 
inamı  güclənir. Dövlətimizin bölgədə  və  dünyada nüfuzu 
yüksəlir. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  müna-
qişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli 
istiqamətində getdikcə  ölkəmizin gücü artır, xarici siyasi 
fəallığımız genişlənir, yeni imkanlar yaranır. Həyat  özü 
bizim yeritdiyimiz siyasətin düzgünlüyünü, Heydər  Əliyev 
strateji xəttinin alternativsizliyini sübut edir. Əmin ola 
bilərsiniz ki, bundan sonra da dövlətimizin və xalqımızın 
qarşısında duran bütün vəzifələr yüksək səviyyədə yerinə 
yetiriləcək, qloballaşan dünyada Azərbaycan Respublikası 
və azərbaycanlılar  özünün maddi-mənəvi və intellektual 
potensialına uyğun layiqli yer tutacaqlar. 
Əziz həmvətənlər! Hörmətli soydaşlar! 
Sizin hamınızı  Dünya Azərbaycanlılarının Həmrəyliyi 
günü və Yeni, 2007-ci il münasibətilə ürəkdən təbrik edir, hər 
birinizə cansağlığı, firavanlıq, xoşbəxtlik,  ümumi işimizdə 
uğurlar arzulayıram! 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 27 dekabr 2006-cı il 
 
  
 

 
19 
 
 
 
НИКАРАГУА РЕСПУБЛИКАСЫНЫН ПРЕЗИДЕНТИ  
ЗАТИ-АЛИЛЯРИ  
ЪЯНАБ ХОСЕ ДАНИЕЛ ОРТЕГА СААВЕДРАЙА 
 
Щюрмятли ъянаб Президент! 
Никарагуа Республикасынын Президенти вязифясиня сечил-
мяйиниз мцнасибятиля Сизи тябрик едирям. 
Цмидварам  ки,  Азярбайъан  иля  Никарагуа  арасындакы 
мцнасибятляр достлуг вя ямякдашлыг мяърасында инкишаф едя-
ъякдир. 
Сизя  ян  хош  арзуларымы  йетирир,  гаршыдакы  фяалиййятиниздя 
уьурлар диляйирям. 
 
Щюрмятля, 
ИЛЩАМ ЯЛИЙЕВ 
Азярбайъан Респубикасынын Президенти 
 
Бакы, 9 йанвар 2007-ъи ил 
 
 
 

 20 
 
 
 
ТАТАРЫСТАН РЕСПУБЛИКАСЫНЫН ПРЕЗИДЕНТИ  
ЪЯНАБ МИНТИМЕР ШАЙМИЙЕВЯ 
 
Щюрмятли Минтимер Шарипович!  
Сизи,  эюркямли  дювлят  хадими  вя  сийаси  хадими  шанлы 
йубилейиниз – анадан олмаьынызын 70 иллийи мцнасибятиля цряк-
дян тябрик едирям. 
Дярин  мязмунлу  щяйат  йолунуз,  тяшкилатчылыг  истедадыныз 
вя дост Татарыстанын тяряггиси наминя йорулмаз фяалиййятиниз 
Сизя йцксяк нцфуз вя щюрмят газандырмышдыр. 
Сиз  Татарыстана  узун  мцддят  ярзиндя  башчылыг  едяряк  юз 
мцдрик, узагэюрян вя юлчцлцб-бичилмиш сийасятинизля халгынызы 
щяртяряфли инкишаф вя тярягги йолу иля инамла апарырсыныз. Инди 
Татарыстан  Республикасы  Русийа  Федерасийасынын  ян  инкишаф 
етмиш субйектляриндян биридир. 
Азярбайъан  вя  Татарыстаны  чохясрлик  сямими  достлуг, 
гаршылыглы игтисади вя мядяни мцнасибятляр баьлайыр. Яминям 
ки,  бирэя  сяйляримизля  бу  яняняляр  бундан  сонра  да  сахла-
нылаъаг вя артырылаъагдыр. 
Язиз Минтимер Шарипович! 
Бу  яламятдар  эцндя  Сизя  вя  бцтцн  аилянизя  сямими-гялб-
дян  мющкям  ъансаьлыьы,  хошбяхтлик,  ямин-аманлыг  вя  уьур-
лар арзулайырам. 
 
Щюрмятля, 
ИЛЩАМ ЯЛИЙЕВ 
Азярбайъан Республикасынын Президенти 
 
Бакы, 17 йанвар 2007-ъи ил 
 

 
21 
 
 
 
ЙЕНИ ЗЕЛАНДИЙАНЫН БАШ НАЗИРИ  
ЗАТИ-АЛИЛЯРИ 
ХАНЫМ ЩЕЛЕН КЛАРКА 
 
Щюрмятли ханым Баш назир! 
Милли байрамыныз – Вайтанга эцнц мцнасибятиля Сизи вя 
Сизин  симанызда  бцтцн  халгынызы  юз  адымдан  вя  Азярбайъан 
халгы адындан тябрик едирям. 
Яминям ки, халгларымызын истяк вя ирадяси юлкяляримиз ара-
сында йаранан достлуг вя ямякдашлыг мцнасибятляринин инки-
шафында даим юз тяъяссцмцнц тапаъагдыр. 
Беля  бир  яламятдар  эцндя  Сизя  ян  хош  арзуларымы  йетир-
мякдян  мямнунлуг  дуйур,  халгыныза  ямин-аманлыг  вя 
фираванлыг диляйирям. 
 
Щюрмятля, 
ИЛЩАМ ЯЛИЙЕВ 
Азярбайъан Республикасынын Президенти 
 
Бакы, 20 йанвар 2007-ъи ил 
 
 

 22 
 
 
 
 АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫНЫН ПРЕЗИДЕНТИ  
    ИЛЩАМ ЯЛИЙЕВ ШЯЩИДЛЯРИН ЯЗИЗ    
    ХАТИРЯСИНИ ЙАД ЕТМИШДИР 
 
          20 йанвар 2007-ъи ил 
 
          Йанварын 20-дя  сящяр  Азярбайъан  Республикасынын  Прези-
денти  Илщам  Ялийев  Ганлы  Йанвар  фаъиясиндя  щялак  оланларын 
язиз хатирясини йад етмяк цчцн Шящидляр хийабанына эялди. 
Шящидлярин рущуна дуа охунду. 
Президент Илщам Ялийев матям мусигисинин сядалары алтында 
«Ябяди  мяшял»  абидяси  юнцня  яклил  гойду.  Яклилин  цзяриндяки 
лентдя бу сюзляр йазылмышды: «Азярбайъан Республикасынын Пре-
зидентиндян». 
Мцдафия Назирлийинин Ялащиддя нцмуняви щярби оркестринин 
ифасында Азярбайъанын Дювлят щимни сяслянди. 
Шящидлярин  хатирясини  йад  етмяйя  эялмиш  хариъи  юлкялярин 
Азярбайъандакы  сяфирляри,  бейнялхалг  тяшкилатларын  нцмайян-
дяляри  юлкя  президенти  Илщам  Ялийевя  дярин  щцзнля  башсаьлыьы 
вердиляр, халгымызын кядяриня шярик олдугларыны сюйлядиляр. 
Президент  Илщам  Ялийев  дипломатик  корпусун  рящбярляриня, 
хариъи гонаглара тяшяккцрцнц билдирди. 
Дювлят тяшкилатларынын рящбяр ишчиляри, республикамызда фяалий-
йят эюстярян дини иъмаларын башчылары да шящидлярин хатирясини йад 
етмяйя эялмишдиляр.  
 
 

 
23 
 
 
 
ЩИНДИСТАН РЕСПУБЛИКАСЫНЫН ПРЕЗИДЕНТИ  
ЗАТИ-АЛИЛЯРИ  
ЪЯНАБ АВУЛ ПАКИР ЪАЙНУЛАБДИН  
АБДУЛ КАЛАМА 
 
Щюрмятли ъянаб Президент! 
Юлкянизин  милли  байрамы – Республика  эцнц  мцнаси-
бятиля  Сизи  вя  бцтцн  халгынызы  юз  адымдан  вя  Азярбайъан 
халгы адындан црякдян тябрик едирям. 
Яминям ки, Азярбайъан иля Щиндистан арасындакы достлуг 
вя  ямякдашлыг мцнасибятляринин инкишафы йолундакы наилиййят-
ляримизи даща да артырмаг цчцн бундан сонра да бирэя сяйляр 
эюстяряъяйик. 
Беля  бир  яламятдар  эцндя  Сизя  ян  хош  арзуларымы  йетирир, 
дост  Щиндистан  халгына  ямин-аманлыг  вя  фираванлыг  диля-
йирям. 
 
Щюрмятля, 
ИЛЩАМ ЯЛИЙЕВ 
Азярбайъан Республикасынын Президенти 
 
Бакы, 20 йанвар 2007-ъи ил  
 

 24 
 
 
 
ЩИНДИСТАН РЕСПУБЛИКАСЫНЫН БАШ НАЗИРИ  
ЗАТИ-АЛИЛЯРИ 
ЪЯНАБ МАНМОЩАН СИНГЩЯ 
 
Щюрмятли ъянаб Баш назир! 
Милли байрамыныз – Республика эцнц мцнасибятиля Сизя  
вя бцтцн халгыныза тябрикляримизи йетирирям. 
Цмидвар олдуьуму билдирирям ки, Азярбайъан–Щиндистан 
мцнасибятляри,  дост  юлкяляримиз  арасындакы  ялагяляр  бундан 
сонра да инкишаф едяъякдир. 
Сизя  мющкям  ъансаьлыьы,  ишляриниздя  уьурлар,  халгыныза 
сцлщ вя рифащ арзулайырам. 
 
 Щюрмятля, 
 
ИЛЩАМ ЯЛИЙЕВ 
Азярбайъан Республикасынын Президенти 
 
Бакы, 20 йанвар 2007-ъи ил 
 

 
25 
 
 
 
АВСТРАЛИЙАНЫН БАШ НАЗИРИ  
ЗАТИ-АЛИЛЯРИ  
ЪЯНАБ ЪОН УИНСТОН ЩОВАРДА 
 
Щюрмятли ъянаб Баш назир! 
Юлкянизин милли байрамы – Австралийа эцнц мцнасибятиля 
Сизя  вя бцтцн халгыныза ян сямими тябрикляримизи йетирирям. 
Цмидварам  ки,  Азярбайъан  иля  Австралийа  арасындакы 
достлуг вя ямякдашлыг мцнасибятляри даим инкишаф едяъяк вя  
халгларымызын рифащына тющфяляр веряъякдир. 
Сизя  мющкям  ъансаьлыьы,  ишляриниздя  уьурлар,  дост  халгы-
ныза сцлщ вя фираванлыг арзулайырам. 
 
Щюрмятля, 
ИЛЩАМ ЯЛИЙЕВ 
Азярбайъан Республикасынын Президенти 
 
Бакы, 20 йанвар 2007-ъи ил 

 26 
 
 
 
АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫНЫН 
ПРЕЗИДЕНТИ ИЛЩАМ ЯЛИЙЕВИН  
СЯДРЛИЙИ ИЛЯ NAZİRLƏR KABİNETİNİN  
2006-cы ilin YEKUNLARINA VƏ   
2007-cы İLDƏ QARŞIDA DURAN  
VƏZİFƏLƏRИНЯ ЩЯСР ОЛУНМУШ  
ИСЛАСЫНДА НИТГ  
 
Президент сарайы 
 
22 йанвар 2007-ъи ил 
        
Bu gün Nazirlər Kabinetinin 2007-ci ildə ilk iclasıdır. 
Bu iclasda 2006-cı ilin yekunlarını müzakirə edəcəyik və eyni 
zamanda, 2007-ci ildə  görüləcək işlər haqqında fikir müba-
diləsi aparılacaqdır.  
2006-cı ildə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inki-
şaf etməkdə davam etmişdir. 2005-ci ildə əldə edilən uğurlar 
2006-cı ildə də özünü göstərdi və iqtisadiyyatın ən əsas gös-
təricisi olan ümumi daxili məhsulun artımına görə Azərbay-
can dünyada liderlik mövqelərini saxlaya bilmişdir. 2005-ci 
ildə iqtisadiyyatımız 26 faiz, 2006-cı ildə isə 35 faiz artmış-
dır. Bu onu göstərir ki, iqtisadiyyatda müsbət dinamika da-
vam edir. Qarşımıza qoyduğumuz bütün proqramlar uğurla 
icra olunur. Azərbaycanda iqtisadi inkişaf hərtərəflidir, 
şaxəlidir və bizə imkan verir ki, qarşıya qoyduğumuz bütün 
vəzifələri yerinə yetirək.  
Bununla bərabər, sənaye istehsalı da kəskin  şəkildə art-
mış, təxminən 37 faiz təşkil etmişdir. Əlbəttə ki, bizim səna-
ye potensialımızın inkişafında bunun çox müsbət rolu vardır 
və  gələcəkdə  də olacaqdır.  İnflyasiya 8,3 faiz səviyyəsində 
olmuşdur. Bu da qarşıya qoyduğumuz rəqəmlərə uyğundur. 
Biz planlaşdırırdıq ki, 2006-cı ildə inflyasiya birrəqəmli ola-

 
27 
caqdır.  Çox sevindirici haldır ki, 10 faizdən yuxarı qalx-
mamışdır, əksinə, 2005-ci ilə nisbətən aşağı düşmüşdür. Əha-
linin pul gəlirləri 22 faiz təşkil etmişdir. Bu onu göstərir ki, 
insanların maddi vəziyyəti yaxşılaşır.  Əlbəttə, biz bunu 
iqtisadi göstəricilərdə  və insanların gündəlik həyatında 
görürük. 
Azərbaycan 2006-cı ildə xarici və daxili investorlar üçün 
cəlbedici ölkə kimi özünü bir daha sübut etdi. Xarici və yerli 
investisiyaların qoyuluşu çox böyük rəqəmlərlə ölçülür. Azər-
baycana təxminən 7 milyard dollar sərmayə qoyulmuşdur. 
Çox sevindirici hal ondan ibarətdir ki, daxili investisiyalar 
kəskin şəkildə artır. Bu isə onu göstərir ki, Azərbaycanda yerli 
sahibkarların fəaliyyəti nəticəsində böyük işlər görülür.  
Yerli sahibkarlığın hərtərəfli inkişafı üçün dövlət tərəfindən 
edilən dəstək  özünü  göstərir və beləliklə, Azərbaycanda  çox 
güclü sahibkarlar sinfi yaranır. Məhz onların hesabına daxili 
investisiyaların artımı  mümkün olmuşdur. Eyni zamanda, 
Azərbaycan investisiya mühitinə  görə, investisiyaların qorun-
masına yönəldilmiş addımlara görə xarici investorlar üçün də 
cəlbedici  ölkə kimi özünü  göstəribdir.  Əminəm ki, gələcəkdə 
yerli, daxili investisiyalar üstünlük təşkil edəcək və Azərbay-
canın yaranan və möhkəmlənən sahibkarlar sinfi ölkə iqtisadiy-
yatı üçün dəyərli işlər görəcəkdir.  
Bütövlükdə bizim valyuta ehtiyatlarımız 4 milyard dollar 
səviyyəsinə gəlib çatmışdır. Bu da bizim üçün çox böyük dəs-
təkdir, bizə  əlavə  güc verir. Biz öz imkanlarımıza,  öz gücü-
müzə  söykənirik.  Əlbəttə, 4 milyard dollar valyuta ehtiyat-
ları iqtisadiyyatın inkişafı üçün də mühüm rol oynayır. Eyni 
zamanda, bizdə inam hissini daha da gücləndirir. Nəzərə 
alsaq ki, valyuta ehtiyatlarının  əsas mənbəyi neft-qaz əmə-
liyyatlarıdır və 2007-ci ildə Azərbaycanda neft-qaz hasilatı 
kəskin şəkildə artacaqdır, əlbəttə, deyə bilərik ki, gələcəkdə 
valyuta ehtiyatlarımız çox böyük rəqəmlərlə ölçüləcəkdir.  
2005-ci ilə nisbətən 2006-cı ildə  büdcə  xərcləri təxminən 
80 faiz artmışdır. Bu  bəlkə də dünyada analoqu olmayan bir 

 28 
göstəricidir. Bir il ərzində 80 faiz büdcə artımı  çox böyük 
uğurdur, böyük nailiyyətdir. Bizim  gördüyümüz işlərin əsas 
məqsədi məhz bundan ibarətdir. Görülən bütün işlərin – qə-
bul edilmiş proqramların, həyata keçirilən infrastruktur la-
yihələrin sahibkarlara dəstəyin, investisiya mühitinin yaxşı-
laşdırılmasının  əsas məqsədi büdcə  gəlirlərini və  xərclərini 
artırmaqdır. Çünki ölkə iqtisadiyyatı, vətəndaşlar, bütün cə-
miyyət və  ölkədə gedən proseslər iqtisadi sahədə, eyni za-
manda, siyasi sahədə məhz bu amilə bağlıdır. Büdcədən ma-
liyyələşən təşkilatların  əməkhaqlarının qaldırılması, nəhəng 
investisiya layihələrinin həyata keçirilməsi məhz büdcə hesa-
bına mümkün olmuşdur.  
Biz artıq xarici kreditlərdən daha az asılı vəziyyətdəyik və 
gələcəkdə bundan tamamilə asılı olmayacağıq. Nəyin hesa-
bına? Məhz büdcə gəlirlərinin artımı hesabına. Bu il, 2007-ci 
ildə bu müsbət meyllər davam edəcək, büdcəmiz yenə  də 
2006-cı ilə nisbətən kəskin  şəkildə qaldırılacaq və  təxminən 
6,5 milyard dollar təşkil edəcəkdir. Nəzərə alsaq ki, 2003-cü 
ildə bu rəqəm 1,5 dollar idi, görərik ki, qısa müddət ərzində 
maliyyə intizamının möhkəmlənməsi sayəsində, uğurla da-
vam etdirilən neft strategiyasının icrası, aparılan cəsarətli və 
düşünülmüş iqtisadi islahatların nəticəsində Azərbaycanın 
büdcəsi çox böyük səviyyəyə qalxmışdır və bundan sonra da 
artacaqdır.  Ölkə qarşısında duran bütün vəzifələr  öz həllini 
tapacaqdır. Bizim iqtisadi imkanlarımız buna şərait yaradır 
və iqtisadi gücümüz bunu mümkün edir. Bir sözlə,  ölkədə 
gedən iqtisadi proseslər çox müsbət olmuşdur. Bizim iqtisadi 
siyasətimizin uğurudur, iqtisadi siyasətimizin, deyə bilərəm, 
təntənəsidir ki, bütün iqtisadi göstəricilər  ən yüksək zirvə-
dədir və Azərbaycan bu göstəricilərə  görə  dünyada birinci 
yeri tutur. Bununla bərabər, bizim digər  önəmli proqram-
larımız uğurla icra edilir. Regionların sosial-iqtisadi inkişafı 
Dövlət Proqramı davam edir. 2006-cı ildə 173 min əlavə yeni 
iş yeri açılmışdır. Bütövlükdə 2003-cü ilin oktyabr ayından 
bu günə qədər Azərbaycanda 520 min yeni iş yeri açılmışdır. 

 
29 
Bu bir daha onu göstərir ki, bir tərəfdən, bizim qarşımıza 
qoyduğumuz bütün vəzifələr vaxtlı-vaxtında yerinə yetirilir, 
digər tərəfdən, ölkə iqtisadiyyatı, insanların işlə təmin olun-
ması üçün bunun əvəzsiz əhəmiyyəti vardır.  
İşsizliyin aradan qaldırılması Azəрbaycanın qarşısında 
duran ən prioritet məsələlərdən biridir və demək olar ki, biz 
bunu artıq həll edə bilmişik.  İstisna olunmur ki, gələcəkdə 
Azərbaycana işçi qüvvələri gələcəkdir.  İstisna olunmur ki, 
ölkəmiz elə  sürətlə inkişaf edəcək ki, öz yerli işçi qüvvəmiz 
kifayət etməyəcəkdir. Bu, gələcəkdə  mümkündür və biz 
indidən buna hazır olmalıyıq. Artıq müvafiq qurumlara gös-
tərişlər vermişəm ki, gələcəkdə xaricdən mümkün olan miq-
rasiyanı tənzimləmək üçün tədbirləri indidən görməliyik. Biz 
bunu görürük, bunu bilirik. Çünki Azərbaycan dünyada ana-
loqu olmayan sürətlə inkişaf edən ölkədir. İqtisadi potensial 
gücləndikcə, Azərbaycana maraq artır. Onsuz da, başqa 
ölkələrdən Azərbaycana işləmək  üçün insanların gəlməsi 
artıq müşahidə olunur. Nəzərə alsaq ki, regionda ölkəmizin 
iqtisadi durumu artıq başqa yerlərdən fərqlənir və fərqlənə-
cəkdir, gələcəkdə bu, kütləvi xarakter ala bilər.  
Ona görə işsizliyin aradan qaldırılması prosesi çox sürətlə 
gedir. Bu da öz növbəsində yerli istehsalın yaranmasına xid-
mət göstərir,  Azərbaycanda yoxsulluğun aşağı düşməsi üçün 
şərait yaradır. Mən bir göstəricini də  böyük sevinc hissi ilə 
bildirmək istəyirəm. 2006-cı ilin yekunlarına görə, Azərbay-
canda yoxsulluq şəraitində yaşayanların sayı 20 faizə  düş-
müşdür. Keçən il Azərbaycan  əhalisinin 29 faizi, ondan 
əvvəlki il 44 faizi, 2003-cü ildə isə 49 faizi yoxsulluq şərai-
tində yaşayıb, indi isə 20 faizdir. Beynəlxalq maliyyə qurum-
ları ilə birlikdə icra edilən proqram, yoxsulluğun azaldıl-
masına yönəldilmiş proqram 2015-ci ildə başa  çatmalıdır. 
Mən şübhə etmirəm ki, biz daha qısa müddət ərzində Azər-
baycanda yoxsulluğun tamamilə aradan qaldırılmasına nail 
olacağıq. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalı-
dır və olmayacaqdır.  

 30 
Əlbəttə, sosial məsələlərin həlli diqqət mərkəzində ol-
muşdur. Bir daha demək istəyirəm ki, bizim əsas məqsədi-
miz insanların maddi vəziyyətinin yaxşılaşdırılmasıdır.  İqti-
sadi uğurlar və iqtisadi islahatların da məqsədi məhz bunda-
dır. Əməkhaqlarının, pensiyaların, minimum əməkhaqqının 
qaldırılması davam etmişdir və 2007-ci ildə  də biz bunu 
edəcəyik. Biz çalışırıq ki, müxtəlif amillərlə insanların həyat 
səviyyəsini maksimum dərəcədə yaxşılaşdıraq. Özəl sektorda 
fəaliyyət göstərən insanlar üçün dövlət dəstəyi, sahibkarlığa 
dəstək, kreditlərin verilməsi, dövlət təşkilatlarında çalışanlar 
üçün əməkhaqlarının qaldırılması – bu proseslər paralel şə-
kildə gedir. Beləliklə, Azərbaycanda həm minimum əmək-
haqqı qaldırılır, həm də orta əməkhaqqı artıq sürətlə qalxır 
və gələcəkdə biz nail olacağıq ki, Azərbaycanda minimum və 
orta əməkhaqqı insanların minimum tələbatını ödəyə bilsin.  
2006-cı ilin yekunlarına görə, adambaşına düşən  ümumi 
daxili məhsul 2400 dollar təşkil edibdir. 2007-ci ildə bu rəqəm 
daha da artacaqdır. Bu isə orta səviyyəli ölkənin göstəricisidir. 
Bizim məqsədimiz isə Azərbaycanı qabaqcıl ölkəyə çevirmək-
dir, Azərbaycanı inkişaf etmiş  ölkəyə  çevirməkdir və  şübhə 
etmirəm ki, buna nail olacağıq.  Çünki qəbul edilmiş  bütün 
proqramlar uğurla icra edilir. Heç bir səhv addım atılmamış-
dır, bir dəfə də uğursuzluğa düçar olmamışıq. Görülən bütün 
işlər, atılan addımlar, qəbul edilmiş  qərarlar, onların icrası 
uğurla nəticələnibdir. Belə olan halda, Azərbaycanı  dünya 
miqyasında iqtisadi, siyasi cəhətdən qabaqcıl ölkəyə çevirmək 
bizim vəzifəmizdir və buna nail olacağıq. 
2006-cı ildə insanların sosial vəziyyətinin yaxşılaşması üçün 
növbəti addım atılmışdır. Ünvanlı sosial yardım proqramı icra 
olunmağa başlanmışdır. 50 min ailə artıq bu proqramla əhatə 
olunur. Təxminən 220 min adam bu proqramdan faydalanır. 
Bu bir daha onu göstərir ki, dövlətin niyyəti məhz ondan iba-
rətdir ki, insanların sosial vəziyyəti daha da yaxşılaşsın.  
2006-cı ildə Azərbaycanda iki tarixi hadisə baş vermişdir. 
Bakı–Tbilisi–Ceyhan neft kəmərinin işə düşməsi bizim tarixi 

 
31 
qələbəmizdir və Heydər  Əliyev neft strategiyasının təntə-
nəsidir. Bu layihə  həm Azərbaycan  üçün, həm bölgə  üçün, 
həm də  dünya  üçün  çox böyük  əhəmiyyətə malikdir. Məhz 
1994-cü ildə xarici neft şirkətləri ilə başladığımız əməkdaşlıq 
nəticəsində ölkəyə külli miqdarda sərmayə axını gəlmişdir və 
davam edir. Biz məhz bunun hesabına ölkənin digər sektor-
larının inkişafına nail ola bilmişik. Güclü maddi baza yarat-
mışıq. Valyuta ehtiyatlarımızın mənbəyi də məhz bunlardır, 
neft-qaz  əməliyyatlarıdır. Bütün  çətinliklərə, maneələrə 
baxmayaraq, süni şəkildə yaradılmış əngəllərə, Azərbaycana 
qarşı aparılan  çirkin kampaniyaya baxmayaraq, biz Bakı–
Tbilisi–Ceyhan neft kəmərinin işə  düşməsinə nail olmuşuq. 
Bu bizim qələbəmizdir, Azərbaycan xalqının qələbəsidir, 
Azərbaycan xalqının iradəsinin təntənəsidir. Biz bunu qürur 
hissi ilə deyirik, qeyd edirik. Bakı–Tbilisi–Ceyhan neft kə-
məri artıq istismardadır.  
Bəzi  şayiələr, təxribatlar, uydurmalar dolaşırdı  və  süni 
şəkildə ortaya atılırdı ki, bunun əhəmiyyəti yoxdur, səmərəsi 
yoxdur,  əgər başqa  ölkələrdən bu kəmərlə neft nəql edil-
məsə, bunun iqtisadi səmərəsi yoxdur. Bütün bunlar hamısı 
alt-üst edildi. Biz sübut etdik və bu gün də  sübut edirik ki, 
Bakı–Tbilisi–Ceyhan neft kəməri yalnız və yalnız Azərbay-
can neftinin dünya bazarlarına daşınması  üçün tikilibdir. 
Başqa neftlər olsa, başqa  ölkələrin marağı olsa – və var – 
əlbəttə, biz bundan istifadə edəcəyik. Amma Bakı–Tbilisi–
Ceyhan neft kəmərini öz neftimizlə təmin edəcəyik.  
2007-ci ildə kəmərlə daşınacaq neftin həcmi, demək olar 
ki, artıq onun bütün imkanlarına kifayət edəcəkdir. 50 mil-
yon ton daşıma qabiliyyəti olan Bakı–Tbilisi–Ceyhan neft 
kəməri vasitəsilə 2007-ci ildə minimum 40 milyon ton neft 
daşınmalıdır. 2008-ci ildə isə tam, maksimum gücünə  çıxa-
caqdır. Ondan sonra, şübhə etmirəm, biz onu əlavə texniki 
imkanlarla genişləndirəcəyik. Ona görə bu tarixi hadisə həm 
bizim iqtisadi potensialımızı  möhkəmləndirir, həm Azər-
baycanın uzunmüddətli inkişaf strategiyasını  müəyyən edir 

 32 
və  əlbəttə, həm də regionda, dünyada bizim mövqelərimizi 
möhkəmləndirir.  
Nəzərə alsaq ki, bu gün dünyada enerji təhlükəsizliyi 
məsələləri gündəliyin bir nömrəli məsələsinə  çevrilibdir, on-
da görərik ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin işə  düş-
məsi Azərbaycana nə qədər böyük həm siyasi, həm iqtisadi, 
həm də bütün başqa dividendlər gətirəcəkdir.  
Bununla bərabər, Azərbaycan qazının dünya bazarlarına 
çatdırılması üçün Bakı–Tbilisi–Ərzurum qaz kəməri də tiki-
libdir və yaxın zamanlarda fəaliyyətə başlayacaqdır. Bu-
nunla Azərbaycan Heydər  Əliyev neft strategiyasının  əsas 
mərhələsinin həyata keçirilməsinə nail olmuşdur.  Əlbəttə, 
bundan sonrakı məsələlər böyük əhəmiyyət kəsb edir. Çünki 
bölgədə gedən proseslər, enerji təhlükəsizliyi məsələləri, re-
gional əməkdaşlıq, bizim qonşu ölkələrlə apardığımız əmək-
daşlıq və məsləhətləşmələr, əlbəttə, yeni nailiyyətlərə gətirib 
çıxaracaqdır. Ancaq biz minimum proqramı artıq həll et-
mişik.  Əgər bunu minimum adlandırmaq mümkündürsə. 
Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft-qaz kə-
mərləri Azərbaycanın müasir tarixində  ən böyük hadisələr-
dir. Mən bir də demək istəyirəm ki, bütün bunlar ulu öndər 
Heydər  Əliyevin müdrikliyi, qətiyyəti, siyasəti nəticəsində, 
ağır,  çətin  şəraitdə  mümkün olmuşdur.  Çox  çətin coğrafi-
siyasi durumda buna nail olmaq böyük nailiyyətdir və Azər-
baycan xalqı qarşısında çox böyük xidmətdir.  
Bütövlükdə 2006-cı ildə energetika sektorunda işlər 
müsbət getmişdir. 2006-cı ildə Azərbaycanda 4 yeni elektrik 
stansiyası tikilib istismara verilmişdir. Bu da rekord göstə-
ricidir – bir ildə 4 stansiya. Onlar artıq səmərəli işləyir. Bu 
meyl 2007-ci ildə  də davam edəcəkdir. Astara, Şəki, Xaç-
maz, Naxçıvan modul elektrik stansiyalarının istismara 
verilməsi nəticəsində bu bölgələrdə enerjiyə olan tələbat 
artıq  ödənilir və keyfiyyətli enerji verilir. Bundan sonra 
başqa yerlərdə tikiləcək stansiyalar da, əlbəttə, Azərbayca-
nın energetika kompleksini möhkəmləndirəcəkdir. Bu, iqti-

 
33 
sadiyyatın  əsasıdır. Biz buna çox böyük diqqət göstəririk. 
Enerji təhlükəsizliyi məsələləri bizim üçün də aktualdır. 
Gələcəkdə Azərbaycan  neft və qazla yanaşı, eyni zamanda, 
elektrik enerjisini də ixrac edə bilər və biz bu məsələlər 
üzərində işləyirik.  
Mən hesab edirəm ki, 2006-cı ildə  bütün başqa sahələrdə 
дя böyük nailiyyətlər əldə edilmişdir. O cümlədən ordu quru-
culuğu sahəsində. Biz ordumuzu, onun potensialını gücləndi-
ririk, orduya ayrılan büdcə xərcləri artır və 2007-ci ildə 1 mil-
yard dollar səviyyəsində olacaqdır. Bu da iki il bundan əvvəl 
verilmiş bəyanatın əsasında baş vermişdir. Mən iki il bundan 
əvvəl belə  bəyanatla  çıxış etdim və bu gün biz buna nail 
oluruq, gələcəkdə daha da böyük rəqəmlərə çatacağıq.  
Eyni zamanda, 2006-cı ildə  Müdafiə  Sənayesi Nazirliyi 
yaradıldı. Bu da çox önəmli addım olmuşdur. Artıq 2007-ci 
il üçün Müdafiə Sənayesi Nazirliyinin formalaşması və mad-
di-texniki bazasının möhkəmlənməsi  üçün büdcə  xərcləri 
nəzərdə tutulubdur. Əminəm  ki, 2007-ci ildə onlardan sə-
mərəli istifadə olunacaq və Azərbaycanda güclü  müdafiə 
sənayesi yaradılacaqdır. Sirr deyil ki, biz ordumuzun güclən-
məsi  üçün müxtəlif yerlərdən texnika, silah-sursat alırıq,  ən 
müasir döyüş vasitələri alırıq və alacağıq. Amma bununla 
bərabər, Azərbaycanda istehsal oluna bilən texnikanı biz 
özümüz istehsal etməliyik. Buna vəsait qoyulmalıdır. Bu 
sənaye inkişaf etməlidir ki, biz özümüzü  təmin edə bilək və 
bu istiqamətdə böyük uğurlar əldə edəcəyik.  
Əfsuslar olsun ki, Dağlıq Qarabağ  münaqişəsinin həlli 
işində 2006-cı ildə praktikи nəticələr əldə edilmədi. Bunun da 
səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi olmuşdur. 
2006-cı ildə Ermənistan və Azərbaycan prezidentlərinin bir 
neçə  görüşü olmuşdur. Deyə bilərəm ki, bu görüşlərin 
praktikи nəticəsi olmamışdır. Ermənistan tərəfi bəzi hallarda 
bu görüşləri pozaraq, sadəcə olaraq, görüşdən imtina etmiş-
dir, bəzi hallarda vaxt uzatmaqla məşğul olurdu. Hər halda, 
həm bizim üçün, həm də bu məsələ ilə  məşğul olan Minsk 

 34 
qrupunun həmsədrləri üçün və bütün dünya ictimaiyyəti üçün 
artıq aydındır ki, bu məsələnin həllinə əsas maneə, əsas əngəl 
Ermənistanın, Ermənistan rəhbərliyinın qeyri-konstruktiv 
mövqeyi və onların qeyri-səmimi siyasətidir.  
Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Biz danı-
şıqlar prosesinə sadiqik. Danışıqları Praqa prosesi çərçivə-
sində aparırıq və bu format çox məqbuldur. Azərbaycanın 
maraqlarını, haqq-ədalətin bərpa olunmasını təmin edə bilə-
cək formatdır. Azərbaycanın ərazi bütövlüyü müzakirə pred-
meti deyil, olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan 
bu məsələni beynəlxalq hüquq normaları  əsasında həll et-
məyə çalışır və artıq bütün beynəlxalq təşkilatlar bu mövqeyi 
dəstəkləyir. Son zamanlar beynəlxalq təşkilatlar tərəfindən, 
əlbəttə, Minsk qrupu və eyni zamanda, başqa təşkilatlar 
tərəfindən verilmiş  bəyanatlar,  ölkələr tərəfindən  атылан ad-
dımlar bizim mövqeyimizi daha da möhkəmləndirir.  
2006-cı ildə Dağlıq Qarabağda qanunsuz «referendum» 
keçirilmişdir. Heç bir beynəlxalq təşkilat bunu tanımamış-
dır.  Əksinə, bütün beynəlxalq təşkilatlar və aparıcı  ölkələr 
bunu pisləmişdir. ATƏT, ATƏT-in Minsk qrupunun həm-
sədrləri, Amerika, Fransa, Rusiya, Avropa İttifaqı, Avropa 
Şurası, Türkiyə, İslam Konfransı Təşkilatı, GUAM dövlətlə-
ri – Ukrayna, Gürcüstan, Moldova, bütün beynəlxalq təş-
kilatlar bunu tanımadılar. Nə  üçün?  Çünki etnik təmizləmə 
aparan, azərbaycanlıları  öz doğma torpaqlarından, Dağlıq 
Qarabağdan qovan separatçılar indi etnik təmizləmə siyasəti 
nəticəsində yaranmış  vəziyyətdən istifadə edib, birtərəfli 
şəkildə referendum keçirdilər. Heç kim buna razılıq verə 
bilməz, bunu heç kim tanımayacaqdır.  
Dağlıq Qarabağın müstəqil ölkə kimi tanınması heç vaxt 
mümkün deyildir.  
Ona görə bizim mövqeyimiz möhkəmlənir. Onsuz da 
möhkəm idi, onsuz da bəzi hallarda, əvvəlki illərdə  bəzi 
ölkələr, beynəlxalq təşkilatlar tərəfindən  ədalətsiz mövqeyi 
görəndə də öz yolumuzdan dönməmişdik. Bəzi hallarda bizə 

 
35 
təzyiqlər ediləndə də iradəmizdən dönməmişdik. Heç kim və 
heç  nə bizi bu yoldan döndərə bilməz. Ona görə istənilən 
halda biz bu mövqedə qalacağıq və öz mövqeyimizi müdafiə 
edəcəyik. Ancaq son müddət  ərzində, xüsusilə 2005-ci ildə, 
2006-cı ildə məsələyə münasibətin dəyişməsinin ilkin əlamət-
lərini biz gördük. Avropa Şurası kimi mötəbər beynəlxalq 
təşkilat tərəfindən  çox dəyərli qətnamə  qəbul edilmişdir və 
ilk dəfə olaraq Ermənistanı  işğalçı  dövlət kimi tanımışdır. 
Ondan sonra gedən proseslər, Azərbaycanın diplomatik 
addımları, Birləşmiş Millətlər Təşkilatında bu məsələnin 
gündəliyə salınması, GUAM təşkilatı  çərçivəsində vahid 
mövqedən  çıxış edilməsi və postsovet məkanında  separat-
çılıq meylləri nəticəsində baş vermiş bütün münaqişələrin bir 
paketə salınması  nəticəsində  və başqa addımlar nəticəsində 
bu gün biz nail ola bilmişik ki, bütün aparıcı  ölkələr Azər-
baycanın  ərazi bütövlüyünü birmənalı  şəkildə tanıyırlar, 
bunu bəyan edirlər. Həmçinin beynəlxalq təşkilatlar da bu-
nu bəyan edirlər və belə olan halda, Ermənistanın mövqeyi 
təbii olaraq zəiflədi.  
Azərbaycanın siyasi çəkisi, iqtisadi potensialı artır. Biz 
dünya ilə, dünyanın aparıcı ölkələri ilə qarşılıqlı surətdə fay-
dalı  əməkdaşlıq edirik. Avropa üçün  önəmli  ölkəyə  çevri-
lirik. Keçən ilin noyabr ayında Avropa İttifaqı ilə Azərbay-
can arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında 
memorandum imzalanmışdır. Bu, birinci addımdır. Ondan 
sonra çox güman ki, geniş saziş imzalanacaqdır. Azərbaycan 
qazı bu il Avropa İttifaqının bazarına  çıxmalıdır və 
çıxacaqdır. Bütün  çətinliklərə baxmayaraq, biz bu yoldan 
dönməyəcəyik. Yənu bu faktdır və təbii ki, bunu hamı görür. 
Azərbaycanın iqtisadi, siyasi çəkisi artır. Biz regionda gedən 
proseslərdə fəal iştirak edirik və bir çox hallarda proseslərin 
gedişatına təsir göstəririk.  Əlbəttə, beynəlxalq təşkilatlarla 
bizim uğurlu  əməkdaşlığımız daha da möhkəmlənəcək və 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin 
həlli üçün bu amil də mühüm rol oynayır.  

 36 
Bir sözlə, iqtisadi potensial, ordumuzun gücləndirilməsi, 
beynəlxalq təşkilatlarla səmərəli  əməkdaşlıq, bizim fəallığı-
mız, enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın fəal 
rolu və önəmi və başqa amillər, əlbəttə, bizim mövqelərimizi 
möhkəmləndirir və Ermənistan–Azərbaycan, Dağlıq Qara-
bağ münaqişəsinin həlli üçün gözəl şərait yaradır. Nə qədər 
ki, gec deyil, Ermənistan rəhbərliyi bunu başa düşməlidir, öz 
işğalçı siyasətindən əl çəkməlidir, işğal edilmiş torpaqlardan 
qeyd-şərtsiz çıxmalıdır. Belə olan halda Dağlıq Qarabağ mü-
naqişəsi öz həllini tapa bilər.  
2006-cı ildə bir önəmli hadisə də baş vermişdir. Mən onu  
qeyd etmək istəyirəm. 2006-cı ildə Bakı–Tbilisi–Qars dəmir 
yolunun tikintisi üçün  əməli, praktikи addımlar atılmışdır. 
Bilirsiniz ki, bu layihə uzun illərdir müzakirə olunurdu. Bəl-
kə  də 10 il ərzində  müzakirə olunurdu və  məsləhətləşmələr 
gedirdi. Bunu həyata keçirmək  üçün maliyyə  mənbələri 
axtarılırdı. Sadəcə olaraq bir layihə kimi yaşayırdı. Belə layi-
hələr  çoxdur, onlar haqqında on illərlə danışıqlar aparılır, 
vaxtaşırı görüşlər keçirilir, amma nəticə əldə olunmur. Am-
ma 2006-cı ildə bu işdə  əməli, praktikи addımlar atılmışdır. 
Üç  ölkə – Azərbaycan, Türkiyə  və  Gürcüstan bu məsələyə 
çox ciddi yanaşdı  və deyə bilərəm ki, bunun nəticəsində 
2006-cı ildə çox önəmli razılaşmalar əldə edildi. Əsas məsə-
lələrdən biri, əlbəttə, bunun maliyyə  mənbələri olmuşdur. 
Bu baxımdan da Azərbaycan, hesab edirəm ki, çox düzgün 
addım atmışdır və  Gürcüstan  ərazisində tikiləcək dəmir 
yolunun maliyyə məsələlərini öz üzərinə götürmüşdür.  
Bilirsiniz ki, Amerika Konqresində ermənipərəst konqres-
menlər tərəfindən bu layihəyə çox mənfi münasibət var. Bu 
da təbiidir.  Çünki biz xatırlayırıq ki, Bakı–Tbilisi–Ceyhan 
neft kəmərinin tikintisinə  qərar veriləndə  və o tikiləndə  də 
onlar eyni hərəkətlər etmişdilər. Hətta Bakı–Tbilisi–Ceyhan 
əleyhinə bir kampaniya başlanmışdı, o vaxt internet saytı da 
açılmışdı. Müxtəlif bəhanələrlə, xüsusilə ekoloji məsələlərin 
qabardılması ilə  çalışırdılar ki, buna problem yaratsınlar. 

 
37 
Müəyyən mərhələdə buna nail oldular. Beynəlxalq maliyyə 
qurumları bir az tərəddüd də etdilər. Mən bunu yaxşı xatır-
layıram. O vaxt bu məsələyə maliyyə ayıran təşkilatlar buna 
bir ara verdilər, məsələ bir neçə ay uzandı. Amma ondan 
sonra Azərbaycanın mövqeyi, təkidi və  əlbəttə, bizimlə 
bərabər  çalışan beynəlxalq  şirkətlərin fəaliyyəti nəticəsində 
bütün bu çətinliklər aradan qaldırıldı. Yəni o vaxda onların, 
Ermənistanın və erməni lobbisinin fəaliyyəti iflasa uğra-
mışdı. Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin  çəkilişində  də 
eyni hərəkətlər etmişdilər ki, nə üçün bu, Ermənistandan yan 
keçir. Ona görə yan keçir ki, Ermənistan Azərbaycan tor-
paqlarını zəbt edibdir, işğalçı siyasət aparır. Belə olan halda, 
bizim aramızda heç bir əməkdaşlıq ola bilməz. Bütün yollar 
Ermənistandan yan keçəcəkdir.  
Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisinə  də onların 
müdaxiləsi heç bir səmərə verməyəcəkdir. Maliyyə  mənbə-
lərini biz özümüz müəyyən etmişik. Bizə heç kimdən kredit-
lər lazım deyil, heç kimin siyasi və maddi dəstəyi də lazım 
deyildir. Ermənipərəst konqresmenlər də bilməlidirlər, Azər-
baycan elə  ölkə deyil ki, kiminsə puluna möhtac olsun. Biz 
özümüz bu məsələnin həlli  üçün kredit veririk, özümüz bu 
məsələni həll edirik və Azərbaycan, Türkiyə, Gürcüstan 
rəhbərliyinin və xalqlarının birliyi, iradəsi bunu da mümkün 
edəcəkdir.  
Bu layihənin də çox böyük tarixi əhəmiyyəti var. Avropanı 
Asiya ilə birləşdirən, Azərbaycanı  Türkiyə ilə  dəmir yolu ilə 
birləşdirən layihə bizim həm iqtisadi, həm də siyasi gələcə-
yimiz  üçün böyük  əhəmiyyət kəsb edir. Əminəm ki, 2007-ci 
ildə artıq əməli, praktikи işlər, tikinti başlanacaq və qısa müd-
dət ərzində biz Bakı–Tbilisi–Qars dəmir yolunu inşa edəcəyik. 
Beləliklə, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və 
Bakı–Tbilisi–Qars. Mən hesab edirəm və sizə  də deyirəm ki, 
məhz biz bunu Bakı–Tbilisi–Qars adlandırmalıyıq ki, tam 
şəkildə bütün coğrafi nöqtələr burada öz əksini tapsın.  

 38 
2006-cı ildə  çox işlər görülübdür. Bu işləri ancaq sada-
lamaq üçün saatlarla vaxt lazımdır. Bunu biz hamımız bili-
rik. Mən humanitar sahədə görülən işlər haqqında da danış-
maq istəyirəm. 2006-cı ildə bu sahədə  də  böyük işlər görü-
lübdür. Humanitar sahənin inkişafı üçün əməli, praktikи ad-
dımlar atılıbdır. Təhsil, səhiyyə, mədəniyyət sahələrində bö-
yük işlər görülübdür. Ən yüksək səviyyədə, ən müasir səviy-
yədə 200-dən artıq məktəb tikilмиш,  ən gözəl avadanlıqla 
təchiz olunmuşlar. Xəstəxanaların tikintisi başlanmışdır və 
ən qabaqcıl şirkətlərin avadanlığı da orada quraşdırılmışdır. 
Lənkəran xəstəxanasında açıq ürək üzərində əməliyyat keçi-
rilmişdir. Bu da tarixi hadisədir, onu göstərir ki, biz hər şeyə 
qadirik. Bu onu göstərir ki, Azərbaycanda bölgələrin inki-
şafı, sözün  əsl mənasında, sürətlə gedir. Bölgələrin inkişafı 
yalnız oraya yolun çəkilməsi, yaxud da hansısa müəssisənin 
yaradılması ilə  ölçülmür.  Əlbəttə, bu lazımdır və vacibdir. 
Eyni zamanda, insanları  ən  çox narahat edən,  ən  çox tə-
masda olan məsələlər də öz həllini tapmalıdır.  
Hər bir ailədə uşaq var və o uşaq məktəbə gedir. Məktəbə 
gedəndə  gərək yaxşı  məktəbdə oxusun. Onun istilik sistemi 
də olsun, yaxşı avadanlığı, oxumaq üçün yaxşı şəraiti olsun. 
Müəllimlər yaxşı  şəraitdə  işləməlidirlər. Müəllimlər Azər-
baycanda çoxdur və onların da əməyi qiymətləndirilməlidir. 
Onlar  çox böyük işlər görürlər. Azərbaycanın gələcək inki-
şafı  məhz təhsillə bağlıdır. Bilikli, savadlı  uşaqlar, gənclər 
gələcəkdə Azərbaycanı idarə edəcəklər. Ona görə  məktəb-
lərdə komпцter sinifləri yaradılır, internetə qoşulur ki, uşaq-
lar gənc yaşlarından bunu öyrənsinlər və  dünyada gedən 
proseslərdən xəbərdar olsunlar.    
Səhiyyə, təhsil sistemlərində islahatlar əminəm ki, qısa 
müddət ərzində daha da sürətlə gedəcəkdir. Biz 2007-ci ildə 
də bu məqsədlərə kifayət qədər vəsait ayırmışıq. İndi mədə-
niyyət sahəsində çoxlu işlər görülür, bizim muzeylərimiz bər-
pa olunur, teatrlarımız bərpa olunacaqdır. 2007-ci ildə bu 
işlərə böyük diqqət göstəriləcəkdir.  

 
39 
Bir sözlə, bütövlükdə 2006-cı ilin yekunları  çox müsbət 
olmuşdur. Deyə bilərəm ki, 2006-cı il ən uğurlu illərdən biri 
olmuşdur. Şübhə etmirəm ki, bu müsbət meyllər 2007-ci ildə 
də davam edəcək, biz səmərəli işləyəcək, Azərbaycanı daha 
da möhkəmləndirəcək və 2007-ci ildə qarşıda duran bütün 
vəzifələri yerinə yetirəcəyik. 
  
* * * 
 
Мцшавирядя  Малиййя  назири  Самир  Шярифов,  Игтисади  Инкишаф 
назири  Щейдяр  Бабайев,  Верэиляр  назири  Фазил  Мяммядов, 
Ямяк  вя  Ящалинин  Сосиал  Мцдафияси  назири  Фцзули  Ялякбяров, 
Дювлят Эюмрцк Комитясинин сядри Айдын Ялийев, Дювлят Сосиал 
Мцдафия Фондунун сядри Сялим Мцслцмов чыхыш етдиляр
 

Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə