4
ББК 32
Я 56
Бурахылышына мясул
академик
РАМИЗ МЕЩДИЙЕВ
ЯЛИЙЕВ ИЛЩАМ
Я 56 Инкишаф – мягсядимиздир. Б., Азярняшр, 2015, 384 сящ.
Азярбайъан Республикасынын Президенти Илщам Ялийевин «Инки-
шаф-мягсядимиздир» чохъилдлийинин бу ъилдиндя юлкямизин чохшахяли
сосиал-игтисади инкишаф стратеэийасынын инамла давам етдирилмяси, йени
инфраструктур лайищялярин щяйата кечирилмяси, халгымызын рифащынын даща
да йахшылашдырылмасына аид материаллар, иътимаи-сийаси щяйатда фяал
сосиал тябягя кими йахындан иштирак едян эянълярля баьлы чыхышлары,
нитгляри, тювсийяляри дяръ олунмушдур.
Китабда президент Илщам Ялийевин Дцнйа Игтисади Форуму чяр-
чивясиндя Исвечряйя сяфяри, ейни заманда, Алманийайа сяфяри за-
маны дювлят вя щюкумят башчылары вя диэяр йцксяк вязифяли шяхслярля
эюрцшляри, данышыглары заманы сюйлядийи нитгляр, чыхышлар, Алмани-
йанын Конрад Аденауер фонду тяряфиндян тяшкил олунмуш «Азяр-
байъан ХХЫ ясрдя – инкишаф вя перспективляр» мювзусунда эениш
мцзакирялярдя нитги вя чохсайлы суаллара вердийи ъаваблар, Азяр-
байъан–Алманийа бизнес-форумунда нитги вя диэяр мясяляляр юз
яксини тапмышдыр.
Бурада, щямчинин президент Илщам Ялийевин Франсайа илк дювлят
сяфяри заманы президент Жак Ширак иля данышыглары, бцтцн эюрцшлярдя
ясасы цмуммилли лидеримиз Щейдяр Ялийев тяряфиндян гойулмуш
Азярбайъан иля Франса арасында сийаси, игтисади, щуманитар вя ди-
эяр сащялярдя уьурлу инкишафдан, ямякдашлыгдан бящс едян мате-
риаллар, кцтляви информасийа васитяляриня вердийи бяйанат вя мцсащи-
бяляри юз яксини тапмышдыр.
ИСБН 978-9952-8100-7-3
32
-
ББК
2015
651(07)
М
0801000000
Я
−
−
© Азярняшр, 2015
5
АЗЯРБАЙЪАН MИLLИ OLИMPИYA
KOMИTƏSИНИН 2006-cы il ЯРЗИНДЯ
ЭЮРДЦЙЦ ИШЛЯРЯ ЩЯСР ОЛУНМУШ
МЯРАСИМИНДЯ НИТГ
26 декабр 2006-ъы ил
Dekabrın 26-da Milli Olimpiya Komitəsi (MOK) 2006-cı
ilə yekun vurmuş, idmançılara, məşqçilərə və idman mütəxəs-
sislərinə mükafatlar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya
Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak et-
mişdir.
Dövlətimizin başçısı əvvəlcə MOK-un inzibati binasının
foyesində «Olimpiya hərəkatı tarixi – antik və müasir dövr»
sərgisi ilə tanış oldu. Prezidentə məlumat verildi ki, bu sərgi
həm də orta məktəb şagirdləri üçün nəzərdə tutulmuşdur. On-
lar qış tətili günlərində buraya gələrək sərgi ilə yaxından tanış
olacaq, olimpiya hərəkatının tarixi, ölkəmizin idmançılarının
yay və qыş Olimpiya oyunlarında iştirakı ilə bağlı dəyərli məlu-
matlar əldə edəcəklər.
Prezident İlham Əliyev idmanın bütün sahələrini əhatə
edən, o cümlədən ölkəmizin idman nailiyyətlərini əks etdirən
fotoşəkillərə, olimpiya çempionlarının qazandıqları medallara,
kuboklara və digər mükafatlara, respublikamızda olimpiya
dünyası ilə bağlı nəşr olunmuş kitab, jurnal və qəzetlərə,
MOK-a təqdim edilmiş xatirə hədiyyələrinə, poçt markalarına
baxdı. Sərginin «İdman ulduzları», «Görkəmli idman xadim-
ləri», «Azərbaycanda boksun inkişaf tarixi», «Azərbaycanda
güləşin inkişaf tarixi», «Velosiped dünyası», «Heydər Əliyev
və Azərbaycanda olimpiya hərəkatı» fotoguşələri diqqəti cəlb
edirdi.
6
Sonra mərasim keçirildi. MOK-un İcraiyyə Komitəsinin
iclas salonuna toplaşanlar dövlətimizin başçısını alqışlarla
qarşıladılar.
Ç i n g i z H ü s e y n z a d ə ( MOK-un vitse-prezidenti):
Möhtərəm cənab Prezident!
Xanımlar və cənablar!
Bildiyiniz kimi, bu il dekabrın 20-də Milli Olimpiya Ko-
mitəsi İcraiyyə Komitəsinin iclası keçirilmiş, MOK-un 2006-
cı ildəki fəaliyyəti müzakirə olunmuşdur. Hesabatda Azər-
baycan Milli Olimpiya Komitəsinin 2006-cı il ərzində gördü-
yü bütün işlər öz əksini tapmışdır.
Bundan başqa, MOK-un İcraiyyə Komitəsinin iclasında
Pekin Yay Olimpiya oyunlarına hazırlıq məsələsi müzakirə
edilmişdir. Bununla əlaqədar İcraiyyə Komitəsinin hər bir
üzvünə müəyyən idman növləri üzrə federasiyalarla işləmək,
onlara kömək etmək tapşırılmış, İcraiyyə Komitəsinin üzv-
ləri arasında iş bölgüsü aparılmışdır.
İclasda təşkilati məsələlərə də baxılmış, Gənclər və Иdman
naziri Azad Rəhimov MOK-un vitse-prezidenti, Gənclər və
Иdman nazirinin müavini İsmayıl İsmayılov İcraiyyə Komi-
təsinin üzvü seçilmişlər.
Sonra Gənclər və Иdman naziri, MOK-un vitse-prezidenti
Azad Rəhimov çıxış edərək dedi:
Möhtərəm cənab Prezident!
Hörmətli mərasim iştirakçıları!
Əziz idmançılar!
Cənab Prezident, ilk növbədə mən Sizə dərin minnətdar-
lığımı bildirmək istəyirəm. Bu çox yüksək bir etimaddır və
mən idman ictimaiyyəti qarşısında söz verirəm ki, öz
qüvvəmi idmanın inkişafına həsr edəcək, bu işdə əlimdən
gələni əsirgəməyəcəyəm. Bu gün çox əlamətdar bir gündür.
İdmanla bağlı olan mütəxəssislər və ən yüksək nailiyyətlər
qazanmış idmançılar bu gün buraya yığışıblar. Biz çox şadıq
ki, bu il də Azərbaycanın bayrağı dəfələrlə dünyanın müxtə-
lif yerlərində ucalıbdır. Bizim ulu öndərimiz, ümummilli
7
liderimiz Heydər Əliyevin arzularını siz idmançılar həyata
keçirirsiniz.
Cənab Prezident, sözsüz ki, bizi bu nailiyyətlərə Sizin id-
mana göstərdiyiniz diqqət və qayğı gətirib çıxarıbdır. Biz
hamımız söz veririk ki, Olimpiya oyunlarına hazırlıq baxı-
mından çox məsul dövr olan 2007-ci ildə bütün qüvvəmizi
idmanın inkişafına, Azərbaycan bayrağının yüksəlməsinə
həsr edəcəyik. Etimadınıza görə bir daha çox sağ olun.
* * *
Sonra Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyevə Mərkəzi Ordu İdman Klubunun
(MOİK) rəisi Natiq Əliyev hərbçilərin bu il Bakıda keçirilmiş
güləş üzrə dünya çempionatından xatirə olaraq xüsusi plaket,
Milli Paraоlimpiya Komitəsinin prezidenti İlqar Rəhimov
komitənin bu il tamam olmuş 10 illiyi ilə əlaqədar ilk dəfə təsis
edilmiş paraоlimpiya medalının vəsiqəsini, yubileyə həsr olun-
muş kitabı və diski, tanınmış futbolçu, Əməkdar idman ustası
Ələkbər Məmmədov isə fotoşəkil təqdim etdilər.
MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova dövlə-
timizin başçısını doğum günü münasibətilə idmançılar adından
təbrik etdi, ona uzun ömür, cansağlığı arzuladı və xatirə hə-
diyyələri verdi.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə nitq söy-
lədi.
И л щ а м Я л и й е в: Əziz dostlar!
Hörmətli xanımlar və cənablar!
Əziz idmançılar!
İlk növbədə bu gözəl hədiyyələrə görə sizə öz təşəkkü-
rümü bildirmək istəyirəm. Bu hədiyyələr mənim üçün çox
əzizdir. Çünki onlar bizim idman ictimaiyyətinin gördüyü iş-
ləri əks etdirir. Həm fotoşəkil, eyni zamanda, Milli Para-
оlimpiya Komitəsinin hədiyyələri, idmançıların, hərbçilərin
hədiyyələri bir daha onu göstərir ki, Azərbaycanda idman
8
çox sürətlə və hərtərəfli inkişaf edir. İdmanın bütün növləri
inkişaf edir, eyni zamanda, idman cəmiyyətləri, müxtəlif
qurumlar, federasiyalar, Milli Olimpiya Komitəsi, Gənclər
və İdman Nazirliyi həmişə olduğu kimi, 2006-cı ildə də bir
komanda şəklində fəaliyyət göstərmişlər. Bu, Azərbaycanda
son illər ərzində idman sahəsində əldə edilən uğurların əsas
amili, əsas səbəbidir. Azərbaycanda bütün aidiyyəti orqanlar
səmərəli işləyirlər, bir-biri ilə daim əlaqədədirlər. Əsas məq-
səd ondan ibarətdir ki, Azərbaycanın idman potensialı möh-
kəmlənsin, maddi-texniki baza güclənsin və idmançıların
beynəlxalq yarışlarda uğurlu çıxışları təmin edilsin.
Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin so-
nunda bu görüşlər keçirilir, məsələlər müzakirə olunur. Ar-
tıq qeyd edildi ki, Milli Olimpiya Komitəsi İcraiyyə Komi-
təsinin toplantısında hesabat-məlumat dinlənilmişdir. Yəni
bu gün buna bir daha qayıtmağa ehtiyac yoxdur. Hər ilin
sonunda idmançıları mükafatlandırırıq, idman xadimlərinin
fəaliyyətini qiymətləndiririk və bütövlükdə, idman ilinə
yekun vururuq. Deyə bilərəm ki, 2006-cı il bu baxımdan
uğurlu olmuşdur. Azərbaycanın bütün sahələrindəki kimi,
idman sahəsində də sevindirici anlar çox olmuşdur. İlk
növbədə, idmançılarımızın beynəlxalq yarışlarda uğurlu
çıxışı bizi çox sevindiribdir. 287 medalın qazanılması çox
böyük nəticədir. Nəzərə alaq ki, bu gözəl ənənə uzun illərdir
yaşayır, Azərbaycanın idman potensialı möhkəmlənir, yeni
gənc nəsil yetişir, yeniyetmələr artıq öz imkanlarını güclən-
dirirlər. 10 il bundan əvvəl uşaq idmanında məşğul olanlar
bu gün artıq Azərbaycanın milli komandalarını beynəlxalq
yarışlarda təmsil edirlər. Bu çox önəmlidir. Çünki gənc nəs-
lin idmanla məşğul olması hər bir ölkənin idman potensia-
lının möhkəmlənməsi deməkdir. Biz çox şadıq ki, Azərbay-
canda idmana maraq artmaqdadır. Yəni maraq nəinki azal-
mır, hətta artır. Çünki Azərbaycanda idmançı olmaq çox
şərəfli bir işdir. İdman şöhrətinin qaldırılması, idmançılara
9
olan qayğı və onların cəmiyyətdəki rolu, əlbəttə, uşaqları da
idmanla məşğul olmağa sövq edir. Bu çox vacib bir amildir.
Digər tərəfdən, əlbəttə, müasir idman infrastrukturunun
yaradılması. Əgər bunlar olmasa, idmanı inkişaf etdirmək
mümkün olmayacaqdır. Yəni, bu müxtəlif amillər birləşəndə
hər bir ölkədə idman uğurları da müşahidə olunur və Azər-
baycanda bunlar var.
Qeyd etdiyim kimi, bütün idman qurumları bir məqsədə
qulluq edir. İdmanın maddi-texniki bazası möhkəmlənir.
Bildiyiniz kimi, Azərbaycanda indi Regionların sosial-iqtisa-
di inkişafı Dövlət Proqramı icra edilir. Ancaq hamımız yaxşı
bilirik ki, regionlarda yeni müasir qurğuların tikilməsi məhz
idman obyektlərindən başlanmışdır. 2000-ci ildə biz bu
təşəbbüslə çıxış etdik və ondan sonra Azərbaycanın müxtəlif
bölgələrində çox müasir, gözəl idman kompleksləri tikilibdir.
Bu tikintilər davam edir, indi 10 rayonda yeni idman
kompleksləri tikilir və əlbəttə ki, tam dünya standartlarına
cavab verəcəkdir.
Mingəçevir avarçəkmə bazasında, nəhayət ki, işlər başla-
nır və 2007-ci ildə bazanın tamamilə yenidən qurulması nə-
zərdə tutulur. Bu, beynəlxalq səviyyəli bir baza olacaqdır.
İdman qurğularının tikintisi, əlbəttə, idmançılar üçün də
böyük dəstəkdir və gənc nəslin yetişməsi üçün vacib məsə-
lədir. Bu, bir tərəfdən. Digər tərəfdən, təlim-məşq toplanış-
larının vaxtlı-vaxtında keçirilməsi, peşəkarlıq səviyyəsinin
qaldırılması, gündəlik həyatda idmançılara olan münasibət,
idman cəmiyyətlərinin möhkəmlənməsi – bütün bu amillər
Azərbaycanda idmanın inkişafına xidmət edir.
Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-
olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seç-
kilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparı-
lır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya
idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni göz-
lə baxırıq. Bu belə də olmalıdır. Çünki hər bir idmançı bey-
nəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır.
10
İndi dünyada idmana yeni prizmadan yanaşırlar, xüsusilə
olimpiya hərəkatına. Ölkələr Olimpiya oyunlarında öz ara-
larında mübarizə aparırlar. Bəlkə də bu – Olimpiya oyunları,
olimpiya hərəkatı yeganə geniş sülhməramlı mübarizə for-
matıdır. Azərbaycan da olimpiya hərəkatında çox fəal bir ölkə-
dir. Bizim səylərimiz, təşəbbüslərimiz və əldə etdiyimiz nailiy-
yətlər beynəlxalq və Avropa olimpiya komitələri tərəfindən
daim qeyd olunur. Bölgədə idmanın inkişafı üçün Azərbayca-
nın rolu da artıq hamı üçün bəllidir. Azərbaycanda keçirilən
mötəbər beynəlxalq yarışlar beynəlxalq idman aləminin
ölkəmizə olan münasibətinin əlamətidir. Bu bir daha göstərir
ki, biz ən böyük, ən geniş beynəlxalq idman yarışlarının keçiril-
məsində çox səriştəliyik. Əlbəttə, bu ona gətirib çıxarır ki,
növbəti idman yarışları da Azərbaycanda keçirilir.
Məsələn, 2007-ci il bu baxımdan çox əhəmiyyətli ola-
caqdır. Güləşin bütün növləri üzrə dünya çempionatı Azər-
baycanda keçiriləcəkdir. Eyni zamanda, bədii gimnastika
üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcəkdir. Bu
çempionatın keçirilməsinin tarixi də çox maraqlıdır. Çünki
əvvəl çempionatın başqa ölkədə keçirilməsi nəzərdə tutul-
muşdu. Amma sonra müəyyən səbəblərə görə bu, baş tut-
madı və Beynəlxalq Bədii Gimnastika Federasiyası Azər-
baycandan xahiş etdi ki, çempionata ev sahibliyi etsin.
Nəzərə alınıb ki, ölkəmizdə dünya çempionatı ən yüksək
səviyyədə keçirilmişdir. Bu məqsədlə, yəni bu iki çempionatı
yüksək səviyyədə keçirmək üçün indi Heydər Əliyev adına
İdman-Konsert Kompleksində böyük yenidənqurma, bərpa
işləri görülür. Bildiyiniz kimi, bir müddət bundan əvvəl
orada təmir işləri aparılmışdı. İndiki təmir işləri bu gözəl
idman obyektini ən yüksək dünya səviyyəsinə çatdıracaqdır.
2007-ci il Pekin Yay Olimpiya oyunlarına hazırlıq baxı-
mından da çox böyük əhəmiyyət kəsb edir. Demək olar, həll-
edici il olacaqdır. Əminəm ki, 2007-ci ildə bizim idman-
çılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr göstərəcəklər.
Ondan sonra yəqin lisenziya turnirləri başlanacaq və mak-
11
simum çalışmalıyıq ki, lisenziyaları əldə edək. 2008-ci ildə
keçiriləcək Yay Olimpiya oyunları da yəqin ki, daha da gər-
gin olacaqdır. Çünki dünyada rəqabət artır. Artıq müxtəlif
ölkələrdə, hətta böyük idman ənənələri olmayan ölkələrdə
idmana böyük diqqət göstərilir və idman ölkələrin ictimai
həyatında mühüm amilə çevrilir. Yəni biz bilirik ki, rəqabət
çox güclü olacaqdır. Ona görə gərək müxtəlif idman növlərin-
də yaxşı hazırlaşaq. 2007-ci ildə, ilin sonuna qədər təxminən
bilməliyik ki, biz Olimpiya oyunlarında hansı heyətlə iştirak
edəcəyik. Müstəqil Azərbaycanın Olimpiya oyunlarında –
həm Sidney, həm də Afina Olimpiya oyunlarında iştirakı çox
uğurlu olmuşdur. Əminəm ki, bu gözəl ənənələr davam
edəcək və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
2006-cı il eyni zamanda, ona görə yadda qalacaq ki,
Azərbaycan bizim üçün çox yeni, bəlkə də bəzilərini təəccüb-
ləndirən təşəbbüslə çıxış etmişdir: 2016-cı ildə Yay Olimpiya
oyunları Azərbaycanda keçirilsin. Biz bu təşəbbüsü irəli
sürəndə, əlbəttə ki, imkanlarımızı qiymətləndirmişdik. Mən
hesab edirəm ki, Azərbaycan Olimpiya oyunları keçirmək
üçün bütün imkanlara malikdir. 2016-cı ildə Yay Olimpiya
oyunlarının harada keçiriləcəyi hələ ki, bəlli deyil, müxtəlif
ölkələr öz namizədliklərini irəli sürmüşляr, o cümlədən
Azərbaycan. Bir tərəfdən, bu onu göstərir ki, Azərbaycanda
idman hərəkatına, olimpiya hərəkatına və bütövlükdə idma-
nın inkişafına həqiqətən çox böyük diqqət göstərilir və təsa-
düfi deyil ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi
tanınır. Digər tərəfdən, bütövlükdə müstəqil Azərbaycanın
qüdrətini, imkanlarını, potensialını göstərir.
Olimpiya oyunları keçirmək asan məsələ deyil. Əgər biz
belə bir təşəbbüslə çıxış etmişiksə, deməli, özümüzə güvəni-
rik, öz imkanlarımıza güvənirik. Əminəm ki, əgər bu böyük
şərəf Azərbaycana verilərsə, biz Olimpiya oyunlarını ən yük-
sək səviyyədə keçirəcəyik.
Mən xatırlayıram, haradasa 5-6 il bundan əvvəl müsa-
hibələrin birində jurnalist sual vermişdi ki, indi Azərbaycanda
12
böyük uğurlar var, Azərbaycanda Olimpiya oyunları keçirilə
bilərmi? Sözün düzü, o vaxt mən bu suala cavab vermədim.
Çünki hesab edirdim, biz hələ buna hazır deyilik. Amma bu
gün mən əminəm ki, biz buna hazırıq. Nəzərə alsaq ki, 2016-cı
il on ildən sonra gələcək, əlbəttə, o vaxta qədər Azərbaycanda
oyunları ən yüksək səviyyədə keçirmək mümkün olacaqdır. Biz
nəyə görə belə əminik?! Ona görə ki, ölkəmizin imkanları artır,
iqtisadi potensial artır, beynəlxalq mövqelər möhkəmlənir,
Azərbaycan regional çərçivədə lider dövlətdir və bizim
gələcəyimiz də çox parlaq olacaqdır. Bilirik ki, bizi nələr gözl-
əyir. Bilirik ki, imkanlarımız nəyə çatacaq. Ona görə mən bir
müddət bundan əvvəl göstəriş verdim ki, biz belə bir müraciət
edək. Nəzərə alsaq ki, Azərbaycan belə müraciətlə ilk dəfə çıxış
edir, ola bilsin biz bu işdə uğur qazana bilməyək. Əgər 2016-cı
ildə bu oyunların keçirilməsi başqa ölkəyə, başqa şəhərə həvalə
olunarsa, ondan sonra 2020-ci il gəlir. Mən şübhə etmirəm ki,
bizim belə təşəbbüsümüz və bu işə sədaqətimiz uğura gətirib
çıxaracaqdır.
Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır və
idman ictimai həyatın çox böyük hissəsidir, böyük amilidir.
İdman həm ölkənin nüfuzu, ölkənin imici deməkdir, həm də
gənc nəslin yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi
deməkdir, fiziki sağlamlıq deməkdir. Fiziki cəhətdən sağlam
insanlar mənəvi cəhətdən də sağlam olurlar. Yəni hər bir
ölkənin inkişafı üçün idmanın çox böyük əhəmiyyəti var. Biz
bunu Azərbaycanda çox yaxşı bilirik və uzun illər idmana,
idmançılara göstərilən münasibət bunun ən yaxşı nümunəsi-
dir. İdmançılar gərək yaxşı təmin edilsinlər, onların idmanla
məşğul olmaları üçün şərait yaxşı olmalıdır, məişət prob-
lemləri də həll edilməlidir. Elə etməliyik ki, onları məişət
problemləri düşündürməsin, yalnız və yalnız məşqlərlə məş-
ğul olsunlar, öz peşəkarlıqlarını artırsınlar və doğma vətəni-
mizin bayrağını beynəlxalq yarışlarda daim uca tutsunlar.
Biz hər dəfə bunu görəndə, beynəlxalq yarışlarda Azər-
baycanın nümayəndələrinin uğurlarını görəndə hər bir və-
13
tənpərvər insan, hər bir vətəndaş haqlı olaraq qürur hissi
keçirir. Bu sevinci xalqa bəxş etdiyi üçün mən bütün idman-
çılara, onların məşqçilərinə, idman mütəxəssislərinə öz min-
nətdarlığımı bildirmək istəyirəm.
Gələn il, 2007-ci il mənim üçün də çox əlamətdar ola-
caqdır. Çünki mən Milli Olimpiya Komitəsinin prezidenti
vəzifəsinə 1997-ci ildə seçilmişəm və artıq bunun on ili ola-
caqdır. Bu on il də böyük tarixi bir dövrdür. Hesab edirəm
ki, bu on ildə Azərbaycan idmanının şöhrəti yüksəklərə
qalxmışdır. Bizim bütün planlarımız həyatda öz əksini tapdı
və gələcək planlarımız da öz əksini tapacaqdır. Çünki artıq
bunu deməyə bizim tariximiz imkan verir, verilən bütün
vədlərin həyatda öz əksini tapması imkan verir.
Mən həmişə idmançılarla görüşəndə çox şad oluram,
onları görürəm, bütün idmançıların nailiyyətləri ilə maraq-
lanıram. Düzdür, əvvəlki illərdən fərqli olaraq, indi bəlkə də
buna o qədər vaxt sərf edə bilmirəm. Ona görə bəzi hallarda
siyahılarda mənim üçün tanış olmayan adları görəndə deyi-
rəm ki, bu kimdir, mən bunu niyə tanımıram? Çünki mən
bütün idmançıları şəxsən tanıyırdım və tanımaq istəyirəm.
Onların imkanlarını da bilirəm. Амма görəndə ki, siya-
hılara yeni, tanış olmayan adlar daxil olur, bir tərəfdən,
təəssüf edirəm ki, onlarla görüşməyə vaxtım olmayıbdır, di-
gər tərəfdən isə sevinirəm, gənc nəsil yetişir. Deməli, gənclər
artıq böyük uğurlara nail olurlar. Beləliklə, Azərbaycanın
idmanı yaşayacaq, davam edəcəkdir. Beləliklə, Azərbaycan
xalqı yaşayacaq, inkişaf edəcəkdir. Çünki idmançılar xalqın
nümayəndələridir. Onlar imkanlarını, bəzi hallarda sağlam-
lıqlarını beynəlxalq yarışlarda Azərbaycanın üçrəngli bay-
rağının qaldırılmasına həsr edirlər. Ona görə onların əməyi
yüksək səviyyədə qiymətləndirilməlidir.
Mən fürsətdən istifadə edib sizin hamınızı qarşıdan gələn
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Yeni il bay-
ramı münasibətilə ürəkdən təbrik etmək və 2007-ci ildə
hamınıza uğurlar, cansağlığı arzulamaq istəyirəm. Sağ olun.
14
* * *
Sonra Azərbaycanda idmanın inkişafında böyük rolu olmuş
idmançıların, məşqçilərin, idman mütəxəssislərinin mükafat-
landırılması oldu. MOK-un vitse-prezidenti Çingiz Hüseynza-
də bildirdi ki, ilin yekunlarına görə idmançılara pul mükafatı
təqdim edilmişdir, yeni mənzillərin orderləri veriləcəkdir. İlk
növbədə bizim bir maşın mükafatımız vardır. Bu, boks üzrə
gənclərdən ibarət yığmanın Baş məşqçisi Şamil Əlimzanova
verilir.
Dövlətimizin başçısı avtomobilin açarını Şamil Əlimzanova
təqdim etdi. Sonra Azərbaycan prezidenti, Milli Olimpiya Ko-
mitəsinin prezidenti İlham Əliyev cüdo üzrə Avropa çempionu
Elnur Məmmədliyə, taekvondo üzrə Avropa çempionu İlkin
Şahbazova, cüdo üzrə Avropa çempionatının gümüş mükafat-
çısı Kifayət Qasımovaya, karate-do üzrə dünya və Avropa
çempionu Qurban Tağıyevə, boks üzrə Avropa çempionatının
mükafatçısı Cavid Tağıyevə, boks üzrə yığma komandanın
üzvü, gənclər arasında Avropa çempionu, dünya kuboku
yarışının bürünc mükafatçısı Samir Məmmədova, güləş üzrə
Əməkdar məşqçi Soltan Kərimova, futbol veteranı Asif Əli-
yevə, boks üzrə yığma komandanın məşqçisi Əsgər Eyvazova,
idman fotomüxbiri Dilavər Nəcəfova, basketbol üzrə yığma
komandanın üzvü Zaur Xasayevə, gimnastika üzrə Əməkdar
məşqçi Elşad Nərimanova, güləş üzrə dünya çempionatının
gümüş mükafatçısı Rövşən Bayramova, cüdo üzrə gənclərdən
ibarət yığma komandanın məşqçisi İbadulla Şahbanova, kinq-
boksinq üzrə dünya çempionu Eduard Tağıyevə, həndbol üzrə
yığma komandanın kapitanı Marina Pankatskayaya, şahmat
üzrə Avropa çempionu İlahə Qədimovaya, Azərbaycan Bədən
Tərbiyəsi və İdman Akademiyasının prorektoru Qəhrəman
Məmmədyarova, sərbəst güləş üzrə məşqçi Xosrov Cəfərova,
güləş üzrə məşqçi Cavanşir Qurbanova, otüstü xokkey koman-
dasının üzvü Zərifə Zeynalovaya yeni mənzillərin orderlərini
təqdim etdi.
15
Bildirildi ki, voleybol üzrə milli komandanın üzvü Valeriya
Korotenkoya mənzilin orderi xarici ölkədən yarışdan qayıtdıq-
dan sonra veriləcəkdir.
Prezident İlham Əliyev mərasim iştirakçılarını qarşıdan
gələn bayramlar münasibətilə bir daha təbrik etdi, onların hər
birinə xoşbəxtlik, cansağlığı arzuladı.
16
Dostları ilə paylaş: |