Ramiz Dəniz


ları”,  “Astronomiyada  açar”,  “Yer  fırlanır,  ya  fırlan-



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   25

ları”,  “Astronomiyada  açar”,  “Yer  fırlanır,  ya  fırlan-

mır?”, “Hindistan”, “Ərəblərin Yerin hərəkəti nəzəriy-

yəsi haqqında” əsərlərində heliosentrik sistemin ideyaları-

nı müdafiə edir. 

Alim  astronomiya  müşahidələri  ilə  dərindən  məşğul 

olmaq  üçün,  995-ci  ildə  diametri  7,5  metr  olan  divar 

kvandrantını hazırlamış və qurmuşdu. Həmin cihaz vasitə-

silə  təyin  edilən  kəmiyyətlərdən  biri  ekliptikanın  mailliyi-

nin  qiymətini  əldə  etməsidir.  O,  iki  dəfə  (995-996-cı  və 

1020-ci  illərdə)  ekliptikanın  mailliyinin  qiymətini  təyin 

etməklə  məşğul  olmuş  və  bu  müşahidələrin  nəticəsində 

alim  ekliptikanın  mailliyi  üçün  23

0

 35


/

 45


//

 və  23


0

 35


/

 50


//

 

qiymətlərini almışdı. 



H.  Məmmədbəyli  bu  haqda  belə  yazır:  “Günəş  apoge-

yinin  uzunluq  koordinatını  təyin  etmək  üçün  Biruni  yeni 

metod  vermişdir.  Biruni  tərəfindən  riyazi  kartoqrafiya  və 

coğrafiya sahəsində diqqətəlayiq əsərlər yazılmışdır. Yerin 

kürə  şəklində  olmasını  iddia  etmək,  bəzi  müəlliflərin 

göstərdiyi  kimi  heç  də  Biruninin  elmi  xidməti  deyildir. 

Biruninin  bu  sahədə  əsas  xidməti  Yerin  ölçülərini  təyin 

etmək üçün yeni bir üsul verməsidir”.

1

 

                                                 



          1

 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 

1980. səh.25-26  


                                                     

 

  



                                                                            

                                                    

69 

Həmin metodun mahiyyətini açıqlamaq üçün Biruni belə 



izah edirdi: 

“Yer  meridianı  qövsünü  ölçmək  üçün  mən  yunan  alim-

lərinin,  hindlilərin  və  Məmun  astronomlarının  metodların-

dan  fərqli  olan  bir  metod  vermişəm.  Bu  məqsədlə  mən 

Hindistanda  düzənliklər  üzərində  yüksələn  hündür  bir  dağ 

tapdım.  Həmin  dağın  təpəsindən  mən  Yer  ilə  Göyün 

birləşməsini,  yəni,  üfüq  dairəsini  cihazda  (astrolyabiyada) 

tapdım  ki,  bu  da  şərq-qərb  xətti  istiqamətində  idi.  Bucağı 

təyin  etdim  ki,  34  idi.  Mən  dağın  652,05  dirsək  təyin 

etmişdim”. 

Alimin  hesablamalarına  əsasən  yerin  radiusu  12851369 

dirsəyə, Yerin mühiti 80780039 dirsəyə, Yer mühitinin bir 

dərəcəlik qövsü isə 50,2 ərəb milinə bərabərdir. 

Nallino və Şöy dirsəyin 0,493 metrə və ərəb milinin isə 

4000 x 0,493 m = 1972 metr olduğunu təyin etmişlər. 

Biruni  bir  dərəcəlik  meridian  qövsünün  uzunluğunu 

111,6 km. (müasir qiyməti 111,1 km.) təyin etmişdir. 

Mütəxəsisslər  bildirirlər  ki,  Biruni  coğrafi  uzunluğu 

təyin  etmək  üçün  öz  dövrünün  texniki  səviyyəsinə  uyğun 

olan  bir  metod  işlətməklə  riyazi  coğrafiyaya  böyük  hədiy-

yə vermişdir. Doğrudur, bu metod nəzəri cəhətdən tamami-

lə  düzgündür,  amma  müşahidə  xətalarının  çox  olması 

üzündən o dövrdə yaxşı nəticə verə bilmirdi. 


                                                     

 

  



                                                                            

                                                    

70 

İş  ondadır  ki,  Biruni  nəinki  nəzəri  olaraq  coğrafi 



uzunluqlar fərqini tapmaq yolunu vermişdi, o, eyni zaman-

da  Bağdad  ilə  Şirazın,  Qurqanın,  Qəznənin  coğrafi 

uzunluqlar fərdini təyin edə bilmişdi. 

Biruni bir çox şəhərlərin coğrafi uzunluq və enliklərinin 

cədvəlini tərtib etmişdi. Qeyd etmək lazımdır ki, başlanğıc 

meridian  üçün  o,  özündən  əvvəl  təyin  edilmiş  meridianı 

qəbul etmişdir. 

   Tacik alimi H. U. Sadıqov Biruninin xidmətlərini qiymət-

ləndirərək  yazırdı:  “Şərqin  böyük  alim  astronomlarından 

biri  olan  Biruni  astronomiya  elminin  bir  çox  sahələrində 

nəhəng işlər görmüşdü”. 

Astronomiya sahəsinin qədim elm olduğunu inkar etmək 

olmaz.  İş  ondadır  ki,  astronomiya  erkən  orta  əsrdə  Şərqdə 

geniş  yayılmış  və  onun  incəliklərinin  araşdırılıb  üzə 

çıxarılmasında,  müsəlman  astronomları  böyük  səy  göstər-

mişdilər. Yuxarıda göstərilibdir ki, həmin elm Azərbaycan-

da  hələ  Babakuhi  Bakuvinin  dövründə  öyrənilib  tədqiq 

edilmişdir.  Hətta  astronomiya  Azərbaycanın  şimal  hissəsi 

sayılan  Şirvanda  daha  tez  inkişaf  etmişdi.  Buna  sübut 

olaraq professor Eybali Mehrəliyevin ifadələrini göstərmək 

vacib olardı. 

Riyaziyyat  və  nücum  elminin  inkişaf  tarixinə  dair 

əsərlərdə  Şirvanda  astronomiya  elmi  mərkəzinin  olmasını 


                                                     

 

  



                                                                            

                                                    

71 

və  burada  öz  dövrü  üçün  yüksək  səviyyəli  tədqiqatlar 



aparılması  barədə  sistemli  olmasa  da,  tez-tez  ədəbiyyatda 

rast  gəlmək  olur.  Buna  inam  ona  görə  ümidvercidir  ki, 

Şirvan hələ IX-X əsrdən Xarəzmlə əlaqədə idi... 

Astronom  və  şair  Fələki  Şirvani  Kafiəddin  nəslinin 

haqqında  danışarkən  onun  ailə  üzvlərinin  yüksək  vətən-

daşlıq  qayəsindən  və  bütün  nəsil  içərisində  Vəhidəddin 

Şirvaninin (1100-1159 – R. D.) nücum və üsturlab sahəsin-

də əvəzedilməz şəxs olmasından danışır.

1

 

Əbu Əli ibn Sina (980-1037) Məmun Akademiyası təşkil 



edildikdə oraya dəvət edilmişdi.  

Ümumiyyətlə, ibn Sina 29 fənn üzrə ən azı 450 kitab və 

elmi iş yazıb, lakin bizə çatanların sayı cəmi 274-dür. 

İbn  Sina  o  vaxt  olan  bütün  elmləri  tədqiq  etmişdir. 

Fizika, həkimlik, filosofiya, riyaziyyat, həndəsə, biologiya, 

psixologiya,  metafizika  -  bunlar  hamısı  İbn  Sina  vasitəsilə 

yenidən  işıq  üzü  gördülər.  İbn  Sina  mexanika  ilə  də 

maraqlanırdı və bəzi cəhətlərdən bu elmə bəzi dəyişikliklər 

yeritdi. O, çox-çox illər sonra kəşf edilən elementlərin xas-

sə uyğunluğunu qeyri-ümumilləşdirilmiş halda vermişdi. 

Onun  astronomiya  və  riyaziyyat  sahəsində  yazmış 

olduğu əsərlərinin ümdəsi bunlardır. 

                                                 

         1

 E. Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, “Çaşıoğlu”, 2000. 

səh. 52-53 



                                                     

 

  



                                                                            

                                                    

72 

         1. Ekvatorun xüsusiyyətləri haqqında. 



         2. Biruninin on sualına cavablar. 

         3. Biruninin on altı sualına cavablar. 

4. Yerin və Göyün surətləri haqqında. 

5. Göy cisimləri və onların hərəkətləri haqqında. 

6. İsfahanda müşahidə  üçün hazırlanmış astronomiya 

cihazları haqqında. 

7. Göy, ulduzlar və meteorlar haqqında. 

 

       



 

                    Əbu Əli ibn Sina (980-1037) 

                                                     

 

  



                                                                            

                                                    

73 

İbn-Sina  tibb  elminin  bütün  sahələrinə  dərindən  nüfuz 



etmiş və elmi yeniliklər etmiş alimdir. O, hər bir doğulanın 

bir gün öləcəyini yaxşı bilirdi. Rübailərinin birində yazmış-

dı  ki,  “mən  dünyanın  yerdən  tutmuş  səma  cisimlərinədək 

sirrlərini  açmağa  nail  olsam  da  ölüm  düyününü  aça 

bilmədim”.  

Məmun Akademiyasında çalışan alimlərdən biri də Orta 

Asiya alimi Biruninin müəllimi olmuş Hamis ben Əl Xəzər 

Əbu  Mahmud  Əl  Xocəndidir.  O,  bir  neçə  elmi  risalənin 

müəllifidir və astronomiya tarixində ən önəmlisi üsturlabın 

tətbiqi haqqında risalədir. 

Xocəndi  Tehranın  yaxınlığındakı  Rey  şəhərinin  rəsəd-

xanasında çalışmışdır. O, diametri 80 dirsəyə (40m.) bəra-

bər olan seksant (süds) adlanan cihazı icad etmiş və həmin 

cihaz vasitəsilə bucaqları 1 “dəqiqliyi ilə ölçmək mümkün 

idi.  Bunun  vasitəsilə  Xocəndi  eklipikanın  mailliyini 

23

0



 32

/

 21



//

 qədərində, 2

/

 01” dəqiqliyi ilə təyin etmişdi. 



Xocəndi həmin müşahidələri haqqında belə yazır: “384-

cü  hicri  ilində  yaxud  Yezdicürd  erasının  363-cü  ilində, 

özüm  kəşf  etmiş  olduğum  və  süds  fəxri  adlanmış  cihaz 

vasitəsilə  biz  Rey  şəhərində  müşahidələr  apardıq.  O 

diametri 80 dirsəyə bərabər dairə qövsündən ibarətdir. Mən 

onu  Rey,  Həmədan  və  İsfahanın  hökmdarı  olan  Fəxrid-

dövlənini şərəfinə “Süds fəxri” adlandırıram”. 


                                                     

 

  



                                                                            

                                                    

74 

Daha  sonra  o,  yazır:  “Xoşbəxt  müşahidələr  və  qayğıkeş 



dəqiq hesablamaların bizi gətirib çıxardığı nəicələr bunlar-

dır.  Bu  cihazla  başqaları  arasındakı  fərq  burasındadır  ki, 

onların  vasitəsilə  ekliptikanın  mailliyi  dərəcə  və  dəqiqlik-

ləri ilə ölçülürdü, biz isə dərəcə, dəqiqə və saniyələrlə ölçü 

aparırıq  və  beləliklə  biz  bir  addım  irəli  atmış  olduq”.  Bu 

onu  sübut  edir  ki,  ekliptikanın  mailliyinin  dəyişən  kəmiy-

yət  olduğunu  ilk  dəfə  Xocəndi  qeyd  etmişdir.  Hindlilər 

mailliyin artıq dəqiq qiymətini tapmışdılar (240). 

Xocəndi  qeyd  edir:  “Ptolemey  onu  23

0

 51



/

”, “İmtahan 



Zici”nin  müəllifi  (Həbəşül  Hasid)  23

0

 35



/

,  mən  isə 

23

0

 32



/

 21


//

 təyin etmişdim. 

Kənar  qiymətlər  arasındakı  fərq,  yəni,  hindlilərin  və 

mənim aldığım qiymət arasindakı fərq yarım dərəcəyə çatır. 

Bu  fərqin  səbəbi  cihazlar  xətası  ola  bilməz.  Bu  halda  biz 

gərək bir dəfə böyük, bir dəfə isə kiçik qiymət almalı idik 

və o həmişə bir istiqamətdə dəyişə bilməzdi. 

Məmun  Akademiyasının  qabaqcıl  alimlərindən  biri 

Biruninin müəllimi olmuş Əbu Nəsr ibn İraqi (- 1035 ölüb) 

Məmun  Akademiyası  bərbad  edilən  vaxta  qədər  uzun 

müddət  Xorezmdə  yaşamış,  ondan  sonra  elmi  fəaliyyətini 

Mahmud  Qəznəvinin  sarayında  davam  etmişdir.  O, 

astronomiya  və  riyaziyyat  sahəsində  bir  çox  əhəmiyyətli 

əsərlər yazmışdır. 



                                                     

 

  



                                                                            

                                                    

75 

Alimin astronomiya üzrə ən mühüm əsrləri bunlardır. 



1. “Süni yolla astrolyabiyanın qurulması”. 

2. “Evklidin XIII kitabının çətin yerləri barəsində”. 

3. “Şah Zici”. 

4. “Dəqiqələr cədvəli”. 

Məmun Akademiyasında Əbu Əli ibn Sinanın  müəllimi 

Əbu  Səhl  İsa  ben  Məsihi  Qurqani  də  çalışmışdır. 

Astronomiyaya  və  təbabətə  dair  bir  neçə  elmi  əsər  yazan 

alim  Mahmud Qəznəvinin qoşunlarının təqibindən səhrada 

gizlənərkən ölmüşdür. 

Ömər  ibn  İbrahim  Əl  Xəyyam  Qiyasəddin,  Əbül  Fəthi 

(1048-1123)  1074-cü  ildə  dostu  Nizamülmülk  Cəlaləddin 

Məlik  şah  Səlcuqinin  sarayına  dəvət  etmişdi.  Məlik  şah 

İsfahan  şəhərinə  özünə  paytaxt  seçdikdən  sonra  orada 

rəsədxana təsis etmişdir. 

Qarşıya  astronomiya  təqviminin  islahatını  həyata  keçir-

məkdən  ötrü  rəsədxananın  baş  astronomu  Ömər  Xəyyam, 

astronomları  isə  Əbu  Müzəffər  Sfaranı  və  Məmun  ben  Əl 

Nəcəb əl Vəsiti təyin edilmişdi. 

Fransız  alimi  Vopkenin  sayəsində  qərb  alimləri  Xəyya-

mı yalnız bir şair deyil, bəlkə də böyük alim kimi tanımağa 

başladılar. 

Xəyyamın  başçılığı  ilə  İsfahan  rəsədxanasında  “Zic 



Məlik  Şahı” adlı  astronomiya  kataloqu  tərtib  edilmişdi. 

                                                     

 

  



                                                                            

                                                    

76 

Həmin  Zicin  bir  nüsxəsi  Paris  Milli  kitabxanasında  saxla-



nılır  (əlyazma  №5669).  Kataloqda  100  ulduzun  koordinat-

ları verilmişdir. 

 

         



 

                        



Ömər Xəyyam (1048-1123) 

     

                                                     

 

  



                                                                            

                                                    

77 

Yaxşı bir iş yaxşı ideyadan da yaxşıdır



                                                                  Budda 

 

    

Elm dünyasının şahı Nəsirəddin Tusi 

 

XIII əsrdə, zəmanəsinin görkəmli filosofu, astronomu və 



riyaziyyatçısı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquq-

şünas sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş 

Mühəmməd  ibn  Mühəmməd  ibn  Həsən  Nəsirəddin  Tusi 

(1201-1274)  Azərbaycanın  mərkəzində  yerləşən  Marağa 

şəhərində,  şəxsən  özü-öz  layihəsi  ilə  inşa  etdirdiyi 

rəsədxanada işləmişdir.  

Əsas  mənbələrdə  göstərilir  ki,  Nəsirəddin  Tusi  1201-ci 

ilin  fevralın  18-də  Həmədan  şəhərinin  Bahar  bölgəsində 

anadan olmuşdur.  

Lakin onu da qeyd etməliyəm ki, Tusinin anadan olması 

ilə bağlı bəzi müxtəlifliklər var. Akademik Ziya Bünyadov 

bu  barədə  yazmışdır:  “Bu  günə  qədər  böyük  alimin  təvəl-

lüd  tarixi  ənənəvi  olaraq  yanlış  göstərilib.  Lakin  mənbələr 

təsdiq  edir  ki,  Nəsirəddin  Tusi  1201-ci  ildə  deyil,  daha 

əvvəl anadan olmuşdur. Ən nüfuzlu və dəqiq orta əsr tarix-

çilərindən  Əl-Məqrizi  “Kitab  əs-süluk”  əsərinin  birinci 

cildinin ikinci hissəsində yazır ki, Nəsirəddin Tusi cəmadi-


                                                     

 

  



                                                                            

                                                    

78 

yal  əvvəl  ayında,  577-ci  ildə  (12  sentyabr  –  11  oktyabr 



1181) anadan olmuşdur.

1

 



Qütbəddin  Yunini  “Zeyl  mirat  əz-zaman”  əsərində 

göstərir ki, Nəsirəddin Tusi 25. VI. 1274-cü ildə Bağdadda 

vəfat edərkən onun yaşı səksəndən çox idi”.

2

 



Təhsilini  Xorasan  vilayətinin  Tus  qəsəbəsində  aldığına 

görə  “Tusi”  təxəllüsünü  götürmüşdü.  O,  ibtidai  təhsilini 

(şəriətdən) atası Məhəmməddən, orta təhsilini isə XIII əsrin 

məşhur alimləri yanında almışdır.  

O,  ilk  elmi  təhsilini  dayısı  Nurəddin  Şəidən  (rasional 

elmlər  üzrə)  və  atasının  əmisi  Bəsirəddin  Abdullah  ibn 

Həmzədən (müsəlman hüququ, hədislər üzrə) almışdır. Əbu 

Əli ibn Sinanın tələbəsi olmuş məşhur Azərbaycan filosofu 

Bəhmənyarın  tələbəsi  Sərxəsin  tələbəsi  də  Tusinin  müəlli-

mi olmuşdur. 

Tarixi  sənədlərdə  Tusinin  müəllimlərinin  adı  qalıbdır. 

Birinci  müəllimi  Sədrəddin  Sərxəsin  tələbəsi  Fəxrəddin 

Dəmadi olmuşdur. Sərxəsin müəllimi isə Əbül Abbas Löv-

kərinin  tələbəsi  Əfzələddin  Gilyani  idi.  O,  isə  öz  növbə-

sində  Əbu  Əli  İbn  Sinanın  tələbəsi  görkəmli  Azərbaycan 

alimi Bəhmənyardan təhsil almışdır. Tusinin ikinci müəlli-

mi  Qütbətdin  Misri,  üçüncü  müəllimi  isə  rəqqaslı  saatın 

                                                 

        1

 Əl-Məqrizi “Kitab əs-süluk” I cild. Qahirə, 1936, səh. 614 

   

  

  2



 Q. Yunini “Zeyl mirat əz-zaman”, III cild. Heydərabad, 1960, səh.790 

                                                     

 

  



                                                                            

                                                    

79 

ixtiracısı və “Zic Əkbər əl Hakimi” adlı astronomik kata-



loqun  müəllifi  Yunis  Misri  olmuşdur.  Aldığı  hərtərəfli  və 

dərin biliklər Tusini az bir vaxtda elmi mühitdə məşhurlaş-

dırır. 

Tusi  elə  uşaqlıq  illərindən  bir  çox  elmlərə  tam  yiyələn-



mək  üçün  bütün  bilik  enerjisindən  istifadə  etmişdi.  Bu  elə 

bir  dövr  idi  ki,  elm,  ədəbiyyat,  incəsənət,  mədəniyyət 

yüksək səviyyədə inkişaf  etməkdə idi. Antik və erkən orta 

əsr dövrünün tanınmış alimlərin əsərləri ilə tanış olmaqdan 

ötrü,  o,  bir  çox  dilləri  öyrənərək,  eyni  zamanda  elmin  bir 

neçə sahəsinə dərindən yiyələnir. 

Hələ  gənc  yaşlarında  mütaliəyə  həvəsi  olan  Nəsirəddin, 

deyilənə  görə,  fenomenal  hafizəyə  malik  olmuş  oxuduq-

larını  və  eşitdiklərini  öz  mühakiməsi  və  dərin  zəkası  ilə 

təhlil  edib  yoxladıqdan  sonra  müsbətləri  qəbul  edər, 

mənfiləri  isə  rədd  edərdi.  Özündən  yeni-yeni  bilməcə, 

teorem  və  alətlər,  cihazlar  tərtib  etməyi  və  düzəltməyi 

xoşlayardı. Elmin çətin məsələləri ilə maraqlanardı... 

Yuxarıda  qeyd  edildiyi  kimi  o,  hələ  cavanlıq  illərində 

Azərbaycanın  nüfuzlu  və  xüsusən  də  elm  ilə  maraqlanan 

şəxslərin  qarşısında  böyük  hüsn-rəğbətə  malik  olan  bir 

adam  idi  və  onun  bir  neçə  sahələr  üzrə  apardığı  tədqiqat 

işləri  alimin  şan-şöhrətinin  ölkədən  kənarda  yayılmasına 

gətirib çıxarmışdı. 


                                                     

 

  



                                                                            

                                                    

80 

Artıq  həmin  dövrdə,  Azərbaycan  özünün  bütün  Yaxın 



Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyət-

ləri  Mühəmməd  Babakuhi  Bakuvi,  Şihabəddin  Əbuhəfs 

Sührəvərdi,  Qətran  Təbrizi,  Əli  Xatib  Təbrizi,  Əfzələddin 

Xaqani  Şirvani,  Ömər  ibn  Osman  Kafiəddin  Şirvani,  Əcə-

mi  Naxçıvani,  Mahmud  Zəncani,  Şeyx  Nizami  Gəncəvi, 

Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və 

mədəniyyətə  böyük  üstünlük  verən  Hülaku  xanda  müsbət 

fikirlər  eşitmişdi.  Adları  çəkilən  görkəmli  şəxsiyyətlərdən 

fərqli  olaraq,  Azərbaycan  alimi  N.  Tusi  hərtərəfli  inkişaf 

etmiş  adam  idi  və  öz  biliyi  ilə  nəinki  dostlarını,  hətta 

düşmənlərini də valeh etmişdi.  

Tarixdən  məlumdur  ki,  Avropa  ölkələrindən  Çinə  və 

Monqolustana  gedən  elçilər,  Asiyanın  bir  neçə  ölkəsindən 

keçən  “ipək  yolu”ndan  istifadə  edirdilər.  Həmin  “ipək 

yolu”nun da bir hissəsi Azərbaycandan keçirdi. Söz yox ki, 

elçilər  Azərbaycanda  olarkən  bu  ölkənin  mədəniyyəti, 

ədəbiyyatı,  incəsənəti,  adət-ənənələri,  elmi,  siyasi,  tarixi 

şəxsiyyətləri  ilə  həm  nəzəri,  həm  də  əyani  şəkildə  tanış 

olur, özləri üçün müəyyən bir arayış toplayırdılar. 

Şübhəsiz  ki,  XIII  əsrin  ortalarında,  Avropa  monarxları-

nın nümayəndələri Azərbaycanda olanda, nəinki bu ölkədə, 

hətta bütün Yaxın Şərq ölkələrində öz elmi nailiyyətləri və 

insani  keyfiyyətləri  ilə  məşhurlaşan  Tusi  haqqında  bir  çox 


                                                     

 

  



                                                                            

                                                    

81 

xəbərlər eşitmiş, onun barəsində bir çox məlumatlar topla-



mağa çalışmışdılar.  

Tusinin  şan-şöhrətinin  Avropada  yayılmasına  şübhə 

etməmək olar. Onunla ilk növbədə astronomiya, riyaziyyat, 

həndəsə,  coğrafiya  və  tarix  elmləri  ilə  məşğul  olan 

mütəxəssislərin maraqlanması labüd idi.  

Bir  çox  həmkarları  onu  həm  filosof,  həm  də  alim  kimi 

tanıyırdılar.  Alimin  fəlsəfi  dünyagörüşünün,  etnik  baxışla-

rının formalaşmasında  qədim  yunan  fəlsəfəsinin nümayən-

dələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. 

Qəzali, Bəhmənyar, Əl-Fərabi, Biruni, İbn Sinanın mühüm 

və  əhəmiyyətli  təsiri  olmuşdur.  Orta  əsr  ərəb  tarixçisi  və 

sosioloqu  İbn-Xəldun  təbiiyyat  elminin  inkişafından 

danışarkən  Tusini  İbn  Sinanın  görkəmli  davamçısı  kimi 

göstərmişdir. 

Azərbaycanlı  alim  yuxarıdakı  abzasda  adları  çəkilən 

alimlərin  fəlsəfə  və  əxlaqa  aid  kitablarından,  “Kəlilə  və 



Dimnə”,  “Ərdəşir  Babəkan”,  “Ənuşirəvanın  vəsiyyət-

ləri”  kimi  xalq  müdrikliyi  ilə  dolu  olan  dastan  və  folklor 

ədəbiyyatından,  “Siyasətnamə”,  “Mərzbannamə”  kimi 

tərbiyə,  siyasət  və  dövlət  məsələlərinə  həsr  edilmiş  kitab-

lardan  da  yeri  gəldikcə  “Əxlaqi-Nasiri”yə  daxil  etmişdir. 

Beləliklə, Tusi “Əxlaqi-Nasiri”də demək olar ki, özündən 

əvvəl  Yaxın  və  Orta  Şərqdə  hökm  sürən  əxlaqi-fəlsəfi 



                                                     

 

  



                                                                            

                                                    

82 

fikirlərə yekun vurmuş, bunların yığcam icmalını verməklə 



öz orijinal fikirlərini də buraya əlavə emişdir. Ona görə də 

heç də təəccüblü deyildi ki, son yeddi yüz ildə fars dilində 



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə