Qrup: r-302 Fənn: Beynəlxalq münasibətlər nəzəriyyəsi



Yüklə 26,87 Kb.
səhifə1/5
tarix31.12.2021
ölçüsü26,87 Kb.
#49918
  1   2   3   4   5
Beynəlxalq münasibətlər sisteminin fəaliyyətinə təsir göstərən amillər


Bakı Slavyan Universiteti

Fakültə: Humanitar və sosial elmlər

İxtisas: Regionşünaslıq

Qrup: R-302

Fənn: Beynəlxalq münasibətlər nəzəriyyəsi

Mövzu: Beynəlxalq münasibətlər sisteminin fəaliyyətinə təsir göstərən amillər

Elmi rəhbər: Nərgiz Nağıyeva

Tələbə: Hümmbətov İbrahim

Bakı-2021

Beynəlxalq münasibətlər sisteminin fəaliyyətinə təsir göstərən amillər

Bəşəriyyət bugünkü beynəlxalq münasibətlər sistemini yaratmazdan əvvəl minillərlə davam edən çətin və keşməkeşli bir tarix yaşamışdır. İnsan cəmiyyətləri və birliklərinin sosial-siyasi xarakterindən, insanların maddi və mənəvi tələblərindən, ehtiyaclarının ödənməsi zərurətindən asılı olaraq onlar arasında müxtəlif xarakterli münasibətlər cərəyan etmiş, müharibələr, qanlı döyüşlər yaşanmış, iri dövlətlər, imperiyalar qurulmuş, sonra da iflasa uğramışlar. Bütün bunlara baxmayaraq, yaşayış davam etmiş, insanlar ən çətin vəziyyətlərə uyğunlaşmağı, müxtəlif çıxış yolları tapmağı, irəliyə doğru inkişaf eməyi bacarmış, yeni-yeni yaşayış məskənləri – kəndlər, şəhərlər, ölkələr salmışlar. Əlbəttə, insanlıq uzun müddət təcrid vəziyyətində, bir-biri ilə əlaqəsiz yaşaya bilməzdi. Odur ki, yaşayış məskənləri öz aralarında müxtəlif əlaqələrə girir, ticarət edir, müharibələr aparır, barışır, müəyyən şərtlər kəsir və gələcək addımlar 28 haqqında zəmanətlər belə ala bilirdilər. Bütün bunlar bizim bu gün beynəlxalq münasibətlər sistemi kimi xarakterizə etdiyimiz gerçəkliyin rüşeymləri idi. Diplomatik münasibətlər tarixini şərti olaraq beş dövrə bölmək olar:

I. Qədim dövlətlərin yaranmasından Avropada Vestfal sülhünün (1648) bağlanmasına qədərki dövr (qədim və orta əsrlər dövründə müxtəlif dövlət quruluşuna malik olan aktorlararası diplomatik münasibətlərdən beynəlxalq münasibətlər sisteminin yaranmasına qədərki dövr);

II. Roma dini imperiyasının dağılması (Roma papaları epoxasının süqutu), Avropada milli dövlətlərin yaranması, kapitalist münasibətlərinin inkişafı, dünya sisteminin formalaşması və dünyanın müstəmləkə imperiyaları arasında bölünməsi; yeni müstəmləkələr uğrunda mübarizə dövrü ((1648-1917) (bu dövr siyasi ədəbiyyatda beynəlxalq münasibətlər sisteminin yaranması, yaxud Vestfal sistemi kimi də adlandırılır).

III. Üçüncü dövr Birinci dünya müharibəsinin (1914-1918) nəticəsi, Rusiyada sosializmin qələbəsi, SSRİ-nin yaranması, dünyanın iki - sosializim və kapitalizm düşərgəsinə parçalanması və onlar arasında mübarizənin başlanmasından - İkinci dünya müharibəsinin sonuna qədər olan mərhələni əhatə edir(1917-1945).

IV. Dördüncü dövr İkinci dünya müharibəsinin yekunları – Yalta-Potsdam müqavilələrinin bağlanmasından (1945) SSRİ və sosialist düşərgəsinin dağılmasına qədər (1991) olan mərhələni təşkil edir. V

. Beşinci dövr sosialist-kapitalist qarşıdurmasının və onlar arasında soyuq müharibənin başa çatması, çoxqütblü dünya sisteminin yeni – birqütblü dünya nizamı ilə əvəz olunması mərhələsi (1991-ci ildən başlayaraq bu günə qədərki mərhələ).

Bizim eradan əvvəl qədim yunan şəhər-polisləri (bu ən qədim dövlət formalarından idi) arasındakı müharibələrdən, barışıq müqavilələrindən, bir-birinə elçilər göndərmələrindən, mübahisəli məsələləri müzakirə etmələrindən və s. qədim yunan tarixçisi Fukididin “Meloss danışıqları” və “Peloponnes müharibəsinin tarixi səkkiz kitabda” əsərlərində bəhs olunur. Qədim afinalılarla lakedemonlar, yunanlar və farslar arasındakı əlaqələr, farsların bəzi yunan polisləri ilə apardığı separat danışıqlar, Makedoniyalı İsgəndərin yürüşlərindən qurtulmaq üçün göstərdiyi cəhdlər və s. məsələlər də müasir beynəlxalq münasibətlərə qədərki dövrün (qədim dünyanın) dövlətlərarası əlaqə rüşeymləri hesab oluna bilər.

Əslində Roma İmperiyasının yaranması və bizim eranın ilk əsrlərində Aralıq dənizi hövzəsində və Avropanın digər ərazilərində həyata keçirdiyi idarəçilik sistemi də beynəlxalq münasibətlərin indi başa düşdüyümüz bəzi parametrlərinin hələ o vaxt işlədiyini göstərirdi.

Qədim Çin dövlətinin yaranması, öz ətrafındakı əraziləri tutması, bu ərazilərdə idarəçilik sistemi yaratması, digər dövlətlər ilə əlaqələri və s. də beynəlxalq münasibətlərin ilkin rüşeym və parametrlərini yaradırdı. Eyni nümunəni qədim Hindistan və Yaponiyaya da aid etmək olar. Bundan başqa, VII-IX əsrlərdə Ərəb xilafətinin yürüşləri, böyük bir ərazidə həyata keçirdiyi idarəçilik, qonşularla münasibətlər, əlaqələr və s. də o zaman dövlətlərarası diplomatiyanın və münasibətlərin ilkin formaları idi. Bunun ardınca Səlcuq türklərinin, monqol-tatarların yürüşləri, yaratdıqları dövlətlərin apardıqları müharibələr və bağladıqları sülh müqavilələri də o zamankı dövlətlərarası münasibətlərin və diplomatiyanın təzahürü kimi qiymətləndirilməlidir. Orta əsrlərdə Avropada başlayan inkişaf, XV-XVI əsrin intibah və reformasiya dövrü, yeni-yeni krallıqların, monarxiyaların yaranması, onlar arasında başlanan çəkişmə və müharibələr, avropalıların yeni-yeni əraziləri kəşf etməsi, Hindistana, Afrikaya, Amerikaya ilk yürüşləri və s. fəaliyyəti onlar arasında istər-istəməz qarşılıqlı ünsiyyətə, müharibələrə, diplomatik danışıqlara və müqavilələrin imzalanmasına rəvac verirdi ki, bu da beynəlxalq münasibətlərin formalaşmasını sürətləndirirdi.

Qərbi Avropa xalqları təxminən min il (500-1500-cü ilə qədər) milli və dini fərqlərinə baxmayaraq, vahid xristian ənənələri ilə yaşayır və Roma papaları tərəfindən ümumi prinsiplərlə idarə olunurdular. Roma Papası xalqlar və feodallar arasında bütün mübahisələri həll edir, qərar verir və məsələləri yoluna qoyurdu. Lakin XVI əsrdən başlayan reformasiya hərəkatı, mərkəzləşmiş dövlətlərin yaranması və getdikcə güclənməsi, katolik kilsəsinin iyerarxik strukturuna, torpaq mülklərinə qarşı çıxışlar (protestantizm) və s. getdikcə Papa İmperiyasının hakimiyyətini laxladır və Avropada dünyəvi kral hakimiyyətlərinin güclənməsinə şərait yaradırdı.

XVII əsrin ortalarında müxtəlif dini, milli, sülalə, ərazi mübahisələrindən doğan üzücü münaqişələr, xüsusən katolik-protestant ziddiyyətlərinin də təkan verdiyi 30 illik müharibə, getdikcə qarşıdurma meydanına çevrilən Avropa xalqlarını Vestfala toplaşmağa və Roma Papasının dini imperiyası ılə münasibətləri birdəfəlik nizamlamağa məcbur edir.

Dünya siyasətşünaslıq elmində Roma papalarının dini İmperiyasının süqutu və Avropada milli və ərazi prinsipləri əsasında yeni-yeni knyazlıqların (dövlətlərin) yaranmasını (1648-ci il) beynəlxalq münasibətlər sisteminin yaranış tarixi və Vestfal sistemi kimi xarakterizə edirlər. Məhz Roma İmperiyasının (dini imperiyanın) süqutu ilə Avropada əsasında millət, milli dövlət və məxsusi ərazi prinsipi olan yeni dövlətlərarası siyasi sistem yaranmağa başlayır.



"Beynəlxalq təhlükəsizlik" anlayışı təqribən 100 il əvvəl beynəlxalq münasibətlər lüğətinə daxil edilmişdir. O zamana qədər Silahlı Qüvvələrin istifadəsi "müharibə"və "sülh" anlayışları ilə ifadə edilmişdir. Yaxın günlərədək beynəlxalq təhlükəsizliyə hərbi təhlükəsizliyin fenomeni kimi baxılırdı. O, dövlət və dövlətlər qrupu tərəfindən ehtimal olunan təcavüzü aradan qaldırmaq üçün Silahlı Qüvvələrin kifayət qədər hazır vəziyyətdə saxlanılması, hərbi ittifaqların yaradılması, bəzi hallarda isə şəxsi maraqlarının gerşəkləşməsi naminə hərbi gücdən istifadə edilməsi və ya onun tətbiq edilməsi hədəsi və s. kimi xarakterizə edilirdi. Tədricən hərbi güc amili hərbi qarşıdurmanın miqyasını, qızğın silahlanmanı və silahlı münaqişələrin baş vermə ehtimalını məhdudlaşdırmağa xidmət edən diplomatik və digər siyasi alətlər kompleksi ilə zənginləşdi [1, c.148].

Beynəlxalq münasibətlər üzrə müasir ədəbiyyatlarda "beynəlxalq təhlükəsizlik" anlayışının yekun tərifi hələ də verilməyib. Çox vaxt "beynəlxalq təhlükəsizlik" ənənəvi olaraq, proseslərin hərbi-siyasi ölçüsü kimi başa düşülür və onun genişlənməkdə olan qeyri-hərbi, "mülki" komponentinə (ekoloji, iqtisadi və bir sıra digər təhlükələrə qarşı mübarizə) əhəmiyyət verilmir. Digər hallarda isə demək olar ki, beynəlxalq münasibətlərin bütün problemlərini təhlükəsizlik baxımından nəzərdən keçirmək meyli müşahidə olunur.

Müasir beynəlxalq təhlükəsizliyin durumu ""soyuq müharibə" dövründən sonrakı təhlükəsizlik" kimi xarakterizə edilir. Postsoyuq müharibə dövründə beynəlxalq təhlükəsizlik şəraiti və ona istiqamətlənən çağırış və təhdidlər aşağıdakı meqatrendlərlə əlaqələndirilir:


Yüklə 26,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə