Qrup: 329a4 İxtisas



Yüklə 68,39 Kb.
tarix24.05.2022
ölçüsü68,39 Kb.
#59368
Bank
Heyatin menasi

Tələbə adı: Həsən Şahverənli
Qrup: 329a4
İxtisas:
Fakultə: ST MKS
Kafedra:
Fənn:
Müəllim:

Qanunvericiliyə əsasən ölkənin bank sistemi ikipilləlidir – Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir.

Əsas pilləni təmsil edən Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun, Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank – bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir.

Bank sisteminin ikinci pilləsini kredit təşkilatları təşkil edir. Kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Banklar haqqında" qanun, Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Kredit İttifaqları haqqında" qanunlar və s. normativ hüquqi aktlarla tənzimlənir.

Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5%-i ötmür. Azərbaycanda bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı təxminən 32%-ə bərabərdir.
XX əsrin əvvəllərində Azərbaycanda borc-bank sisteminin inkişafı, borc verən idarələrin ayrı-ayrı ərazilər üzrə qeyri-bərabər paylanması bəzi rayonlarda bank kapitalının daha çox, digərində isə az cəmlənməsi kapitalist təsərrüfat sisteminə xas olan sənaye kapitalı ilə bank kapitalının çulğaşması ilə xarakterizə olunurdu.

Neft sənayesinin XX əsrin əvvəllərindəki dünya böhranının nəticələrinə məruz qalmış Bakı şəhərində 1909-cu ilə qədər, 1907-ci ildə fəaliyyətə başlayan şəhər xüsusi lombardından başqa, borc verən heç bir yeni idarə açılmamışdı. Neft istehsalının və neft məhsulları ilə ticarətin həcminin azaldığı, gəmiçilikdə yük daşınmasının ixtisara düşdüyü, əməyə tələbatın xeyli azaldığı, vergilərin çoxunun geri qaytarıldığı və bir çox idarənin iflasa uğradığı[1] şəraitdə Rusiya səhmdar kommersiya bankları öz fəaliyyət dairələrini genişləndirmək, Bakı rayonunda yeni şöbələr açmaq istəmirdi.


1909-cu ildə neft sənayesi və onunla bağlı istehsal müəssisələri uzunmüddətli durğunluqdan sonra öz fəaliyyətini bərpa etdiyi bir şəraitdə Bakıda kredit-bank sisteminin yeni inkişaf mərhələsi başladı. 1909-cu ildə Sankt-Peterburq Beynəlxalq Kommersiya Bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı.[2] 1914-cü il aprelin 15-də ilk yerli səhmdar kommersiya bankı - Bakı Tacir Bankı açıldı.[3] Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə H.Z.Tağıyev idi. 1900-1913-cü illərdə Bakıdakı 9 bank kontoru arasında ən mühümləri Əbdül Həmid Ələsgərov, Hacı Şıxəli Dadaşov, H.Z.Tağıyev və Tumanyan qardaşlarına məxsus idi, onlar kommersiya banklarından daha çox ixtisaslaşması ilə fərqlənirdi. Səhmdar bankların inkişafı ilə əlaqədar olaraq onların rolu heçə endi.

Bakıda borc (kredit) verən Qarşılıqlı Borcvermə Cəmiyyəti, Şəhər Borcvermə Cəmiyyəti, xəzinəyə və xüsusi şəxsə məxsus olan şəhər lombardı kimi idarələr də fəaliyyət göstərirdi.

Gəncə, Şuşa, Şəki, Lənkəran və Naxçıvan kimi ticarət-sənaye mərkəzlərində də kredit-bank sistemi inkişaf edirdi. Bu şəhərlərdəki kredit-bank sisteminin xüsusiyyəti dünya sənaye sistemini bürümüş böhrandan sonrakı durğunluq dövründə də inkişaf etməsi idi. Bunun başlıca səbəbi böhranın, neft sənayesindən fərqli olaraq, yerli sənaye sahələrinə və sənətkarlığa göstərdiyi təsirin zəif olmasında idi. Əvvəlki dövrlərin kapital yığımı sayəsində Şuşada yerli tacirlərin və sənaye sahiblərinin təşəbbüsü ilə 1904-cü ildə ilk kredit idarəsi - Qarşılıqlı Kredit Cəmiyyəti,[4] 1910-cu ildə Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin komisyonerliyi,[5] 1914-cü il iyulun 25-də isə nizamnaməsi hələ 1905-ci ildə təsdiq olunmuş Qarşılıqlı Kənd təsərrüfatı Kredit Cəmiyyəti açıldı.[6][7]

Bank idarələrinin mövcud olduğu Gəncə şəhərində 1905-ci il yanvarın 3-dən Qarşılıqlı Borcvermə Cəmiyyəti, iki ildən sonra isə 1910-cu il yanvarın 1-dən Yelizavetpol Qarşılıqlı Kredit Kommersiya Cəmiyyəti adlandırılan ikinci belə cəmiyyət,[8] həmin il Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin 1913-cü ildən həmin bankın agentliyinə çevrilən komisyonerliyi, 1912-ci il avqustun 16-dan Tiflis kommersiya bankının şöbəsi fəaliyyətə başladı.[9]

Şəkidə ilk bank idarəsi - Qarşılıqlı Kredit Cəmiyyəti 1908-ci il mayın 20-də,[10] bir ildən sonra Əhmədov qardaşlarının Banklar Evi[11] və və 1910-cu ildə isə Tiflis Kommersiya Bankının şöbəsi açıldı.[12]

Uluxanlıdan İran sərhədinə qədər dəmir yol xətti çəkildikdən sonra XX əsrin əvvəllərində mühüm ticarət mərkəzinə çevrilmiş Culfada 1910-cu ildə Azov-Don Kommersiya Bankının şöbəsi,[13] 1911-ci ildə İran Hesab-Borc Bankının şöbəsi[14] və 1912-ci ildə isə Tiflis Kommersiya bankının şöbəsi yaradıldı.[15]

Azərbaycanın başqa şəhərlərində - 1910-cu ildə Naxçıvanda Qarşılıqlı Kredit Bankının şöbəsi, 1911-ci ildə Lənkəranda Rus-Asiya bankının 1913-cü ildə həmin bankın şöbəsinə çevrilən komisyonerliyi, Astarada İran Hesablama-Borc Agentliyinin şöbəsi açıldı.
Kommersiya bankları XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən kredit-bank sistemində əsas həlqə idi. Rusiyanın Azərbaycan ərazisini fəaliyyət mühiti etmiş dövlət və səhmdar torpaq bankları sırasına 1900-cü ildən Don Səhmdar Torpaq Bankı, 1903-cü ildən Yaroslavl-Kostroma Səhmdar Torpaq Bankı,[16] 1907-ci ildən Poltava Səhmdar Bankı,[17] 1906-cı il fevralın 15-dən Kəndli Torpaq Bankın ın Zaqafqaziya şöbəsi daxil idi.[18]

Dövlət zadəgan torpaq bankı Zaqafqaziya şöbəsinə öz fəaliyyətini Azərbaycanda yaymağa icazə vermişdi, lakin bankın mərkəzi idarəsinin siyasəti yerli mülkədar və bəyləri onun müştərisi olmaqdan məhrum etmişdi. Bunun başlıca səbəbi onların imtiyazlısilkə mənsubluğunu və mülklərinin sərhədlər üzrə onların mülkiyyətində olduğunu təsdiqləyən sənədlərin olmaması idi. Yerli və Qafqaz inzibati orqanları bankın mərkəzi idarəsi qarşısında dəfələrlə vəsatət qaldırdığına baxmayaraq, bəylər öz torpaqlarını burada girov qoymaq hüququ ala bilməmişdilər. Yalnız xan nəslindən olanlar və rus əsilzadələri öz torpaqlarını bu banka girov qoya bilərdilər.


Azərbaycanın kredit-bank sisteminin digər bir həlqəsi kiçik kredit (borcvermə) idarələri idi. Rusiyanın, o cümlədən Azərbaycanın kənd təsərrüfatında XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkişafı ölkədə kiçik kreditin vəziyyətini əsaslı surətdə dəyişməyi tələb edirdi. Çar hökumətinin 1904-cü il iyunun 7-də təsdiq etdiyi "Kiçik kredit idarələri haqqında əsasnamə"yə görə, Rusiya dövlət bankı - kiçik kredit işləri üzrə idarə yaradıldı və ona tapşırıldı ki, kiçik kredit müəssisələri yaradılmasına himayədarlıq, onların fəaliyyətinə nəzarət və rəhbərlik etsin.[19]

Bu qanun Rusiyada kiçik kredit idarələri şəbəkəsinin yaradılması işini geniş inkişaf yoluna saldı. Azərbaycanda bu istiqamətdə ilk addımlar 1906-1907-ci illərdə atıldı. Dövlət bankının Tiflis və Bakı şöbələrinin nəzdində kiçik kredit üzrə Bakı və Yelizavetpol quberniya komitələri yaradıldı. Bank şöbələrində çalışan müfəttişlər kəndli təsərrüfatlarının xahişlərini nəzərdən keçirməli, imkan olduqda kiçik kredit müəssisələri açmalı idilər.

Kiçik kredit müəssisələri açılması Maliyyə Nazirliyinin 1905-ci ilin noyabrında təsdiq etdiyi Nizamnamə əsasında tənzimlənməli idi. Bu sənəd Azərbaycanda kiçik kredit müəssisələrinin iki növünün - kredit və borc-kredit şirkəti açılmasına yol verirdi.

Lakin kiçik müfəttişlərin sayca məhdudluğu, haqq-hesabın yerli dildə aparılmaması, qolçomaq-sələmçilərin müqaviməti və s. ona gətirib ona çıxartdı ki, Azərbaycanda ilk kiçik kredit müəssisəsi yalnız 1908-ci ildə açıldı. 1909-1913-cü illərdə kiçik kredit müəssisələrinin artım mənzərəsi belə idi: 1909-cu ildə 9, 1910-cu ildə 12, 1911-ci ildə 5, 1912-ci ildə 42, 1913-cü ildə 19, ümumiyyətlə isə həmin müddətdə cəmi 86 kiçik kredit müəssisəsi açılmışdı.[20]

Kiçik kredit müəssisələrinin çoxu Bakı quberniyasında, 8-i Naxçıvan qəzasında, 2-si isə Zaqatala dairəsində idi. Kredit şirkətləri çoxluq, borc-əmanət şirkətləri isə azlıq təşkil edirdi. Azərbaycanda kiçik kredit müəssisələri şəbəkəsinin genişliyi öz əksini bankir idarələri, qarşılıqlı kredit cəmiyyətləri və Bakı tacir bankı yaradılmasında tapırdı. Bu isə maliyyə oliqarxiyasının hakimiyyətinə gətirib çıxardı.
Kredit-bank müəssisələrinin sürətli artımı Azərbaycan iqtisadiyyatında kapitalist inkişafının tələbi ilə şərtlənirdi. Bank kapitalı kredit müəssisələri çoxaldıqca və fəaliyyətlərini genişləndirdikcə yerli sənayenin, ticarət və kənd təsərrüfatının, əhalinin təsərrüfat həyatının bütün sahələrini əhatə edirdi. Girov əvəzinə verilən borclar, bankların fəal əməliyyatının yayılma dairəsinin həcmi və s. bank kreditinin Azərbaycan iqtisadiyyatı ilə nə qədər geniş qovuşduğunu sübut edir.

Bakı banklarının, demək olar ki, hamısı əsasən neft sənayesi, ona xidmət edən sənaye sahələri və neft məhsulları ticarəti ilə bağlı idi və onlaraxidmət edirdi. Veksel və əmtəə kreditlərinin əsas hissəsi neft sənayesi sahəsinə düşürdü. Çəltik və buğda dəyirmanları, tütün fabrikləri, balıq sənayeçiləri, manufaktura tacirləri, qənd, meyvə, pambıq və s. ilə ticarət edənlər də bank kreditindən geniş istifadə edirdilər.

Rusiya kommersiya banklarının Bakı şöbələri neft sənayesi ilə, yerli sənayenin başqa sahələri və ticarətlə qovuşdu, bank kapitalı sənaye kapitalı ilə qaynayıb qarışdı. Bankların şöbələri kapitalın və inhisarların təmərküzləşməsi prosesini sürətləndirib gücləndirdi, iqtisadiyyatın müxtəlif sahələrindəki qarşılıqlı əlaqələri yüksək dərəcədə qüvvətləndirdi. Bankların şöbələri təsərrüfat həyatının mərkəzinə çevrildi.

Bank şöbələrinin Gəncə qrupu 7-10 mln rublluq veksellərin hesabını aparırdı.[21] Gəncədəki bütün bank şöbələri kənd təsərrüfatının müxtəlif sahələrini, əsasən isə çaxır və araq istehsalını, pambıqçılığı və ipəkçiliyi kreditlə təmin edirdi. Nuxa və Şuşa bankları baramaçılığa və ipək sənayesinə, həmçinin başqa istehsal sahələrinə kredit verirdi. Bank şöbələrinin apardığı veksel hesabının məbləği hər il Nuxada 3-4, Şuşada isə 2-3 mln rubl olurdu.

Torpaq banklarının bir qrupu özlərinin 1916-cı ilə qədərki fəaliyyəti dövründə kənd malikanələrini girov götürməklə, Azərbaycanın torpaq sahiblərinə 7 mln rubl uzunmüddətli borc vermişdi.[22] Mülkədarlar bu kapitalın müəyyən hissəsini öz təsərrüfatlarını genişləndirməyə, onları kapitalist yolu ilə inkişaf etdirməyə yönəltmişdilər. Bu banklar, yəni Bakıda fəaliyyət göstərən Bakı şəhər Kredit Cəmiy yəti, Tiflis Zadəgan Torpaq Bankı, Don Torpaq Bankı, Tiflis Zadəgan Bankının Şuşadakı agentliyi, Poltava torpaq bankının Gəncədəki agentliyi həmin şəhərlərdə aparılan inşaat işləri üçün girov müqabilində borc vermişdi.

Azərbaycanda fəaliyyət göstərən kiçik kredit müəssisələri 1909-cu ildən 1913-cü ilədək xırda kənd burjuaziyasından olan üzvlərinə 6,5-7 mln rubla qədər borc vermişdi. Bu məbləğ kənd təsərrüfatının müxtəlif sahələrinə qoyulmuşdu.

Beləliklə, müharibədən qabaqkı illərdə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə - sənaye, kənd təsərrüfatı və ticarətə hər il 100-150 mln rubl bank kapitalı yönəldilmişdi.

Bank kapitalı Azərbaycan iqtisadiyyatının bütün sahələrinə daxil olmuş, təsərrüfatı aparmaq üsullarını, onun strukturunu, bütün pul münasibətlərinin mahiyyətini dəyişmiş, sənayedə, kənd təsərrüfatında və ticarətdə əmtəə təsərrüfatı və kapitalizmin inkişafını sürətləndirmişdi.

2010-cu ildə bankların aktivlərinin cəmi 13290,81 milyon manat təşkil etmişdir. Orta hesabla bir bankın aktivi 295,35 milyon manata bərabər olub. Ölkənin bank sistemində təmərküzləşmə (konsentrasiya) səviyyəsi 60,7% təşkil edir. 5 bankın (Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Standard, Xalq Bank və Paşa Bank) aktivlərinin cəmi bütün aktivlərin 60,7%-ni təşkil edir. Ölkə üzrə bankların nizamnamə kapitalının 39,2%-i, depozitlərin 61,9%-i, kredit portfelinin 58,2%-i adıçəkilən 5 bankın payına düşür.

Bank sistemində yeganə dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankıdır. Aktivlərin 41,6%-i Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Ölkə üzrə kredit portfelinin 41%-nə, depozitlərin 36%-nə bu bank nəzarət edir.



Yerdə qalan 20 bankın bazar payı 5%-dən də azdır. Bu bankların aktivləri ümumilikdə 639 milyon manat, orta hesabla hər bankın aktivi isə təxminən 32 milyon manata bərabərdir. Ölkə üzrə kredit portfelinin 8,3%-i, depozitlərin 2,5%-i bu bankların payına düşür. Orta hesabla hər bir bankın kredit portfeli 38 milyon Azərbaycan manatı, depozit portfeli isə 6,9 milyon Azərbaycan manatıdır.
Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi problemlərinin öyrənilməsi həmişə aktualdır. Yeni iqtisadi şəraitin tələblərinə müvafiq olaraq, aparılan iqtisadi islahatlar bank fəaliyyətinin daha da təkmilləşdirilməsini, onların yeni prinsiplər əsasında qurulmasını tələb edir. Aparılan islahatlar bank sisteminin sabitliyinin və dinamik inkişafının təmin edilməsi üçün əlverişli şərait yaradır. Bankların səmərəli fəaliyyəti bank sisteminin sabitliyi üçün mühüm əhəmiyyətə malikdir. Məhz buna görə də, bazar münasibətləri şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi iqtisad elminin mərkəzi problemlərindən biri olub, onun nəzəri-metodoloji və praktiki aspektlərini müəyyən edən fundamental elmi tədqiqatların sistemli şəkildə aparılmasını zəruri edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bank fəaliyyətinin təkmilləşdirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasında iqtisadiyyatın sabit və sürətli inkişafı bank sisteminin formalaşması, xüsusilə də kommersiya banklarının səmərəli fəaliyyət göstərməsi ilə sıx bağlıdır. Bankların ölkə iqtisadiyyatının mühüm özəklərindən biri olması, fəaliyyət çərçivəsinə görə kütləviliyi, onun işinin lisenziyalaşdırılması, təkmilləşdirilməsi və buna nəzarət edilməsi məsələləri dövlətin əsas funksiyalarından biridir. Hər bir ölkənin özünəməxsus xüsusiyyətləri olduğu üçün tənzimlənmə metodları da müxtəlif olur. Ümumiyyətlə, hal-hazırda dünya miqyasında bank işi getdikcə dövlətin müdaxiləsindən azad olur. Bu isə ilk növbədə beynəlxalq maliyyə bazarlarında müxtəlif aparıcı transmilli bankların rəqabəti ilə əlaqədardır. Bank sisteminin fəaliyyət mühitinin formalaşması dövlətin makroiqtisadi siyasəti, hansı iqtisadi nəzəriyyənin və strategiyanın aparıcı olmasından asılıdır. Məsələn, əsasını ucuz pul siyasəti təşkil edən Keyns modelində bankların kredit imkanları artır, iqtisadiyyata resurs axını güclənir, eyni zamanda, inflyasiya meylləri artmış olur. Banklar iqtisadiyyata pul ötürən körpü kimi xidmət və əməliyyatlardan, senyoraj kimi isə inflyasiyadan faydalana bilərlər. Monetarist modelin dominant olmasına baxmayaraq, bu zaman sərt pul-kredit siyasəti banklara da toxunaraq, resurs əldə etməsi imkanlarını məhdudlaşdıracaq, eyni zamanda sabit valyuta məzənnəsi uzunmüddətli layihələrin səmərəlilik səviyysini və proqnozlaşdırılmasını asanlaşdıracaqdır. Praktiki olaraq uğurla inkişaf edən bütün ölkələrdə milli bank sistemi üçün təsisat bazası yaradıcı rol oynayaraq, onun əmanətlərinin investisiyalara transformasiyasını şərtləndirən dövlət inkişaf institutları fəaliyyət göstərir. Bir qayda olaraq bu təsisatlara daxili əmanətləri istehsal investisiyalarına səmtləndirən dövlət inkişaf bankları, ixracın kreditləşdirilməsi və iqtisadiyyatın rəqabət qabiliyyətini artıran idxal-ixrac bankları, əhali investisiyalarını mənzil tikintisinə yönəldən dövlət maliyyə infrastrukturları və ssuda-əmanət bankları, müxtəlif sahə investisiya korporasiyaları, riskli innovasiya layihələrinin maliyyələşməsi fondları aiddir. İqtisadiyyatın real sektoru ilə bank sisteminin daha fəal qarşılıqlı əlaqədə olması üçün uzunmüddətli resurs bazasının yaradılması tələb olunur. Bununla əlaqədar bank sisteminin strateji vəzifələrdən biri əhalinin əmanətlərinin cəlb olunması üzrə işin fəal aparılmasıdır. Çünki əhalinin əmanətlərinin banklara cəlb olunmasını aşağıdakılar şərtləndirir: – maliyyə vasitəçilərinə həm əhalinin, həm də iqtisadi subyektlərin inamının artması; – real faiz dərəcəsinin dəyişməsi; – əhalinin real gəlirlərinin getdikdə artması. Bankların cəlb etdikləri resurslarda əhalinin əmanətlərinin xüsusi çəkisinin aşağı səviyyədə olması, bank sisteminin inkişafını xarakterizə edən əsas göstəricilərdən biridir. Belə ki, məhz bu göstərici pul multiplikatoruna da öz təsirini göstərir. Pul multiplikatoru, yəni bankların pul kütləsinin yaradılmasında rolunun göstəricisi aşağıdakı nisbətlə müəyyən edilir:

Burada, M – pul multiplikatoru Mb – pul bazası (ehtiyat pullar) Ms – pul kütləsi Mb aqreqatı banklardan kənarda nağd pul və kommersiya banklarının ehtiyatlarını əhatə edir. Kommersiya banklarının ehtiyatlarına isə onların kassalarında olan nağd pul və mərkəzi bankdakı hesablarında yerləşdirilmiş vəsaitlər daxildir. Mərkəzi bankdakı hesabda olan vəsaitin bir hissəsini məcburi ehtiyatlar (müxbir hesablarında olan vəsait), digərini isə izafi ehtiyatlar təşkil edir. Qeyd edək ki, Mb-in göstərilən strukturu mərkəzi bankın passivlərini əks etdirir. Mərkəzi bankın aktivləri nöqtəyinəzərdən isə Mb-yə xalis xarici aktivlər və xalis daxili aktivlər (kommersiya banklarına və hökumətə kreditlər) daxildir. Ms aqreqatına banklardan kənarda nağd pul, tələb olunanadək depozitlər, müddətli depozitlər, digər depozitlər və qiymətli kağızlar daxildir. Ms-ə daxil olan komponentlərin sayı və növü ölkələr üzrə müxtəlif ola bilər. Bu maliyyə-bank sektorunun inkişaf səviyyəsindən asılıdır. İnkişaf səviyyəsi yüksəldikcə, Ms-in də kəmiyyət göstəricisi bir o qədər yüksəlir (M2, M3, M4 və s.). Eyni ilə pul bazasında olduğu kimi, burada göstərilən struktur Ms-in yalnız passiv tərəfini göstərir. Lakin, konsolidə edilmiş balansın yəni, pul kütləsinin aktiv hissəsi də mövcuddur və buraya bank sisteminin məcmu xalis xarici aktivləri və xalis daxili aktivləri daxil edilir. Bu iki aqreqat arasında fərq ondan ibarətdir ki, Mb-in təklifi bilavasitə mərkəzi bank tərəfindən dövriyyəyə nağd pulun buraxılması və məcburi ehtiyat normalarının müəyyən edilməsi vasi­təsilə nəzarət altına alınır. Ms aqreqatının komponentlərinə isə (nağd pul istisna olmaqla) mərkəzi bank yalnız dolayı yolla təsir edir. Digər tərəfdən, əgər Mb yalnız mərkəzi bankın balansını əks etdirirsə, Ms-bütövlükdə bank sisteminin balansını (konsolidə edilmiş balans) əks etdirir. Ümumiyyətlə keçid iqtisadiyyatlarında bank fəaliyyətinin, eləcə də bank əməliyyatlarının inkişaf etdirilməsində aşağıdakı amillər ön plana çəkilməlidir: – əsas diqqət uzunmüddətli vəsaitlərin cəlb edilməsinə yönəldilməli; – bankın depozit və əmanət resurslarının məbləği və müddətləri onun aktiv əməliyyatlarına uyğun gəlməli; – əlavə əməliyyatlar, xidmətlər və qoyuluşların həcmini artırmaq üçün güzəştlər tətbiq edilməklə, depozit və əmanət əməliyyatlarının spektri genişlənməli; – bank fəaliyyətində aktiv və passivlərin səmərəli idarə edilməsində xüsusi nəzarət sisteminin təkmilləşdirilməsi məqsədəuyğun olmalıdır. Maliyyə xidmətləri sferasında elektron informasiyanın inkişafı müasir dövrdə ən aktual problemlərdən biri hesab edilir. Belə ki, XX əsrin sonunda elektron informasiya bütün iqtisadi nəşrlərin, nüfuzlu beynəlxalq görüşlərin və forumların əsas mövzusuna çevrilmişdi. Bank fəaliyyətində kredit riskləri və portfel investisiyalarının idarə olunmasında internet texnologiyalarından istifadə etməklə, elektron informasiya xüsusilə vacib əhəmiyyət kəsb edir. Müasir dövrdə bankların fəaliyyət aktivliyinin genişləndirilməsinin prioritet istiqamətlərindən biri, qeyri-ənənəvi əməliyyatların tətbiq edilməsi sayılmalıdır. Qeyri-ənənəvi bank əməliyyatları dedikdə, bura digər maliyyə kredit təşkilatlarının və ixtisaslaşdırılmış bankların fəaliyyətlərində mövcud olan və bank fəaliyyəti üçün klassik əməliyyatlar hesab edilməyən əməliyyatlar başa düşülür. Son dövrlər dünya bank təcrübəsində bankların əldə etdikləri gəlirlərdə qeyri-ənənəvi, xüsusilə də komisyon-vasitəçilik əməliyyatlarının xüsusi çəkisi artmaqdadır.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 aprel 1959-cu il tarixli fərmanı ilə kredit sistemində növbəti struktur dəyişiklikləri aparılır. Bu fərmanla Kənd Təsərrüfatı Bankı, Kommunal və Mənzil tikintisinin maliyyələşdirilməsi Bankı və kommunal banklar ləğv edilir və bu bankların bütün aktiv və passivləri Dövlət Bankına və Sənaye Bankına (sonradan Tikinti Bankına çevrilir) verilir. Xalq təsərrüfatının inkişaf planına müvafiq olaraq Dövlət Bankının Azərbaycan kontoru bütün sahələrin kreditləşməsini əhəmiyyətli surətdə genişləndirir. Belə ki, 1960-cı ilin dekabr ayına xalq təsərrüfatına kredit qoyuluşları 4.437 mln. manat təşkil etmişdi ki, bu da ilin əvvəli ilə müqayisədə 11,3 faiz çox idi. Görülən tədbirlər debitor-kreditor borclarının da azalmasına səbəb olur. 1960-cı ilin üç rübündə qarşılıqlı tələblərin zaçotuna əsaslanan hesablaşmaların həcmi 1 mlrd. manatı ötüb keçmişdi. Həyata keçirilən tədbirlərə baxmayaraq ödəniş intizamını tamamilə normal vəziyyətə salmaq Dövlət Bankına nəsib olmadı. 1960-cı ilin yekunlarına görə qısamuddətli kreditlər üzrə banka olan vaxtı keçmiş borcların həcmi ilin əvvəli ilə müqayisədə 140 mln. manata qədər, yəni 56,0% artmışdı. Kredit sisteminin fəaliyyətinin yenidən qurulması istiqamətində 1987-ci ilin iyul ayının 17-də Sov.İKP MK və SSRİ Nazirlər Soveti yeni bir qərar qəbul edirlər. Xalq təsərrüfat kompleksinin fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, aşağıdakı tərkibdə bank sistemi yaradılırdı: SSRİ Dövlət Bankı, SSRİ Xarici İqtisadiyyat Bankı, SSRİ Sənaye Tikinti Bankı, SSRİ Aqrar Sənaye Bankı, SSRİ Mənzil Sosial Bankı, SSRİ Əmanət Bankı. Bununla belə qeyd etməliyik ki, kredit sistemində son islahat, ölkə iqtisadiyyatında baş verən neqativ halların təhlilinə və vaxtında aradan qaldırılmasına nəinki kömək etmədi, əksinə bu problemləri bir qədər də kəskinləşdirdi. Məlumdur ki, sahə banklarının yaradılması və onların təşəkkülü xeyli vaxt apardı və nəticədə xalq təsərrüfatında hesablaşmaların sürəti azaldı. Bundan başqa kredit sisteminin ilkin özəyi olan rayon şöbələrinin fəaliyyəti zəiflədi. Sahə banklarının özlərinin fəaliyyəti bir-birlərindən kəskin fərqlənirdi. Məsələn, həcmcə ən böyük kredit portfeli Aqrar Sənaye Bankının üzərinə düşmüşdü ki, bu da onu Dövlət Bankının mərkəzləşdirilmiş resurslarından asılı edirdi. 1992-ci il fevral ayının 11-də keçmiş SSRİ Dövlət Bankı, SənayeTikinti Bankı və Aqrar Sənaye Bankı Azərbaycan Respublika banklarının bazasında Azərbaycan Milli Bankı, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan respublika bankının bazasında isə, Azərbaycanın Əmanət Bankı yaradılır. Bu dövrün xarakterik xüsusiyyətlərindən biri o idi ki, 1992-ci ilin fevralından avqust ayınadək keçmiş Sənaye Tikinti və Aqrar Sənaye Bankının şöbə və müəssisələri bilavasitə Azərbaycan Milli Bankının tabeçiliyində fəaliyyət göstərmişdilər. 1992-ci ilin avqust ayının 7-də Azərbaycan Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” ilk milli qanunlar qəbul edilir. Qanunlar qüvvəyə mindikdən sonra Aqrar Sənaye Bankı və Sənaye İnvestisiya Bankı Milli Bankın tərkibindən çıxarılaraq, respublika səhmdar kommersiya banklarına çevrilirlər. Eyni qərarla Əmanət Bankının və Beynəlxalq Bankın da səhmdar kommersiya banklarına çevrilməsi nəzərdə tutulurdu. Praktiki olaraq uğurla inkişaf edən bütün ölkələrdə milli bank sistemi üçün struktur yaradıcı rol oynayaraq onun əmanətlərinin investisiyalara transformasiyasını səmtləndirən dövlət inkişaf institutları fəaliyyət göstərir. Bir qayda olaraq bu qurumlara daxili əmanətləri istehsal investisiyalarına səmtləndirən dövlət inkişaf bankı, ixracın kreditləşdirilməsi və iqtisadiyyatın rəqabət qabiliyyətini artıran idxal-ixrac bankı, əhali investisiyalırını mənzil tikintisinə yönəldən dövlət-maliyyə institutları, müxtəlif sahə investisiya korporasiyaları, riskli innovasiya layihələrinin maliyyələşdirilməsi fondları aiddir. Almaniyada müəyyən proqramları yerinə yetirmək üçün dövlət öz kapitalı hesabına banklar təsis edir. Onların içərisində xüsusi məqsədli banklar daha çox seçilir. Bu qurumlar müharibədən sonra fərdi sektora dövlət köməyi üçün yaradılmış və sonuncunun ictimai istehsalda rolunun artması ilə əlaqədar olmuşdur. 18 xüsusi məqsədli dövlət bankı hökumətə tabedir. Bu qrupda “Bərpa Bankı” və “İxrac Bankı” xüsusi yer tutur. Xüsusi məqsədli banklar qrupuna Sənaye Kredit Bankı, Kənd Təsərrüfat Renta Bankı kimi dövlət institutları da aiddir. Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması, ordunun, məhkəmə, icra hakimiyyəti orqanlarının, təhsilin, səhiyyənin, mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi və habelə dövlət və müdafiə təyinatlı obyektlərin tikintisi üçün vəsaitin yığılması məqsədilə həyata keçirilir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra sərbəst olaraq beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulur və xarici iqtisadi əlaqələrini genişləndirir. Azərbaycanın xammal ehtiyatları xarici kapitalı cəlb edir. Tədiyə balansının sektorlara ayrılmaqla təhlili göstərir ik, əvvəlki illərdə olduğu kimi sonrakı illərdə də xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru isə mənfi saldoya malik olmuşdur. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektora ödəmələr isə maşın, mexanizm və digər texnoloji avadanıqların idxalının və əsas ixrac boru kəmərlərinin tikintisi ilə bağlı Türkiyə və Gürcüstan ərazisindəki işlərin maliyyələşdiriməsinə sərf olunan vəsaitləri əks etdirir. Neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo iqtisadiyyatın digər sektorlarının xarici valyutaya tələbatını maliyyələşdirilməsini və ölkənin valyuta ehtiyatlarının artmasını təmin etmişdir. Texniki silahlandırma köhnəlmiş maşın və avadanlıqların dəyişdirilməsi yolu ilə istehsalın ayrı-ayrı sahələrində texniki səviyyənin yüksəldilməsinə yönəldilən tədbirlər sistemidir. Yenidən qurulma yeni texniki baza əsasında istehsalın tam, yaxud qismən yenidən qurulmasıdır. Kapital qoyuluşuna daxildir: tikinti smetasına daxil edilməyən maşın, avadanlıq və inventarların satın alınması, tikinti-quraşdırma işləri və tikinti smetasına daxil edilən avadanlıqların satın alanması, aqrar bölmədə məhsuldar heyvanların əsas sürüsünün təşkili, sair əsaslı xərclər. Kapital qoyuluşu aşağıdakı mənbələrdən maliyyələşdirilir: xüsusi vəsaitlər, borc vəsaitləri, büdcə vəsaiti. Kapital qoyuluşu investorların vəsaiti hesabına da həyata keçirilə bilər. Mərkəzləşdirilmiş kapital qoyuluşu büdcə vəsaiti hesabına maliyyələşdirilir. Qeyri-mərkəzləşdirilən kapital qoyuluşu xüsusi vəsaitlər, bank kreditləri və investorların vəsaiti hesabına maliyyələşdirilir. Müqavilə bağlayan tərəflər vəsaitlərin bankdakı hesaba keçirilməsi qaydasını yerinə yetirilən işlərə görə kreditləşdirmə və hesablaşmaların aparılması qaydaların podrat işlərin yerinə yetirilməsi, avadanlıqların, material qiymətlilərin və digər vəsaitlərin göndərilməsi qaydalarını müəyyən edirlər. Vəsait çatışmadıqda qısa və uzunmüddətli bank kreditlərindən istifadə edilir. Əsaslı tikinti işlərində istifadə edilən dövriyyə vəsaitlərinə qısamüddətli kreditlər verilir. Kredit müqavilədə nəzərdə tutulan məbləğdə və məqsədlərə verilir. Müəssisələrdə maliyyə işi planlı qaydada təşkl edilməlidir. Planlaşdırma sahibkarlıq fəaliyyətinin bir hissəsidir. Maliyyə planlaşdırması özündə maliyyə və kredit resurslarının hərəkətinin planlaşdırılması prosesidir. Maliyyə planlaşdırmasının obyekti pul vəsaitləri fondu və onların formalaşdırılması mənbələridir. Maliyyə planlaşdırılması təsərrüfat subyektləri tərəfindən müstəqil həyata keçirilir. Planlaşdırma zamanı aşağıdakı üsul və metodlardan istifadə edilir: iqtisadi təhlil, əmsallar, normativ, iqtisadi-riyazi balans metodu. Onlar maliyyə planını daha yaxşı əsaslandırmaq məqsədilə bir-birini tamamlamaqla eyni vaxtda tətbiq edilir. Maliyyə planlaşdırılması prosesində məhsulların istehsalı və satışının artırılması, maya dəyərinin aşağı salınması və bunun əsasında pul gəlirləri və mənfəətin artırılması, əsas və dövriyyə fondlarından, kapital qoyuluşundan, xüsusi və borc vəsaitlərdən daha yaxşı istifadə edilməsi ehtiyatları aşkara çıxarılır. Maliyyə planlaşdırılması bir sıra mərhələlərdən ibarətdir: Birinci mərhələdə hesabat dövründə maliyyə göstəriciləri, məhsulların istehsalı və satışı, istehsal xərcləri, maddi-texniki təchizatın vəziyyəti, əsas və dövriyyə fondlarından istifadənin səviyyəsi təhlil edilir. Ikinci mərhələdə biznes planın göstəricilərinə və digər göstəricilərə əsasən gəlirlərin və xərclərin konkret növləri hesablanır. Üçüncü mərhələdə ayrı-ayrı maddələr və göstəricilər uyğunlaşdırılır, balanslaşdırılır. Əgər müəyyən edilən tədbirlər pul vəsaitləri ilə təmin edilmirsə gəlirlərin və yığımların artırılması mənbələri axtarılır və onlardan daha səmərəli istifadə ediliməsi yolları müəyyən edilir. Maliyyə planlaşdırılmasının nəticəsi olaraq «Maliyyə planı» tərtib edilir. Maliyyə planı iki hissədən ibarətdir – gəlirlər və xərclər. Planın ayrı-ayrı bölmələri birbirilə, gəlirlər xərclərlə uyğunlaşdırılır, nəticədə, material, əmək və maliyyə resursları, xərclər və gəlirlərin balanslaşdırılması təmin edilir. Maliyyə planı rüblərə bölünməklə illik tərtib edilir.
Tikintinin maliyyəsinin xüsusiyyətləri
Tikintinin xüsusiyyətlərinə daxildir:
1. Tikinti işlərinin davam etmə müddəti (uzun müddət);
2. Obyektlərin tikintisinin müxtəlif təbii iqlim şəraitində və müxtəlif bölgələrdə aparılması. Bu da tikintinin fərdi dəyərinə təsir edir və hazır tikinti işlərinin təhvil verilməsindən pul gəlirlərinin qeyri-bərabər daxil olmasına səbəb olur.
3. Tikintinin maliyyələşdirilməsi smeta dəyəri daxilində aparılır, hansı ki, sifarişçi ilə bağlanan müqavilə əsasında müəyyən edilir.
4. Tikinti-quraşdırma işlərinin xarakteri tikintinin ayrı-ayrı dövrlərində tikinti işlərinin material və əmək tutumunun müxtəlif dərəcələrini müəyyən edir, bu da dövriyyə vəsaitlərinə tələbatın qeyri-bərabərliyini müəyyən edir;
5. Tikintidə maliyyənin iki növü iştirak edir: – sifarişçinin maliyyəsi; – podratçının maliyyəsi. Sifarişçinin maliyyəsi – yeni əsas fondların yaradılması, mövcud olanların təzələnməsi, modernləşdirilməsi və yenidən qurulmasına xərclərin maliyyələşdirilməsi üçün zəruri olan və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün zəruri olan vəsaitlərin məcmuundan ibarətdir. Bu xərclərin maliyyələşdirilməsi mənbələri aşağıdakılardır:
1. Amortizasiya ayırmaları;
2. Əsas fəaliyyətin mənfəətinin bir hissəsi;
3.Təsərrüfat üsulu ilə aparılan tikinti-quraşdırma işlərinin dəyərinin aşağı salınmasından mənfəət və qənaət;
4.Tikintidə daxili resursların səfərbərliyə alınması (tikintidə dövriyyə vəsaitlərinə tələbatın azaldılması – ixtisar edilməsi);
5. Uzunmüddətli kreditlər;
6. Büdcə vəsaiti;
7. Sair mənbələr (pay haqları);
8. Investorların vəsaitləri. Tikintinin xüsusiyyətləri podratçının maliyyəsinin bir sıra xüsusiyyətlərinə təsir edir. Belə ki, tikinti obyektinin uzun müddət davam etməsi bitməmiş istehsalın həcminin artmasına təsir edir, hansı ki, xüsusi dövriyyə vəsaitlərinin tərkibinə daxil edilir. Bu da öz növbəsində təhvil verilən işlərdən pul gəlirlərinin qeyri-bərabər daxil olmasına səbəb olur. Tikinti işləri iki üsulla yerinə yetirilir – podrat və təsərrüfat üsulları. Podrat üsulunda işləri ixtisaslaşdırılmış təşkilatlar yerinə yetirirlər. Podratçı ayrıayrı işlərin yerinə yetirilməsi üçün subpodrat müqaviləsinə əsasən subpodratçı cəlb edə bilər. Bu halda podratçı baş podratçı kimi çıxış edir və bütün işə görə cavabdeh olur. Tikintidə kompleks xərclər həyata keçirilir: müstəqim və qeyri-müstəqim (birbaşa və üstəlik xərclər). Birbaşa xərclər – konstruksiyaların, hissələrin, materialların satın alınması və daşınması xərcləri tikintidə çalışan fəhlələrin əsas əmək haqqı, tikinti maşınları və mexanizmlərinin istismarı üzrə xərclər, sair birbaşa (müstəqim) xərclər. Üstəlik xərclər – inzibati-idarə xərcləri, iş yerlərinə xidmət və istehsalın təşkili üzrə xərclər. Xərclərin həcmi - icmal smeta tərtib edilməklə hər bir tikinti obyekti üzrə müəyyən edilir. Smeta tikintinin maliyyələşdirilməsi və hesablaşmaların aparılması üçün əsasdır. Tikintidə dəyərin dörd növü vardır: 1. Tikinti işlərinin maya dəyəri – sifarişçinin obyektinin tikintisinin təşkili və təhvil verilməsi xərcləridir; 2. Smeta dəyəri – birbaşa və üstəlik (dolayı) xərclər üstəqəl plan üzrə mənfəət; 3. Tikinti işlərinin plan maya dəyəri – işlərin maya dəyərinin aşağı salınmasından əldə edilən qənaət qədər smeta dəyərindən az olan məbləğ. 4. Tikinti-quraşdırma işlərinin faktiki maya dəyəri. Mühasibat uçotunun məlumatları əsasında müəyyən edilir və yalnız smetada göstərilən xərcləri deyil, həm də faktiki xərcləri ifadə edir (nəqliyyatın boş dayanmasına görə cərimə, materialların çatışmaması və digər qeyri-məhsuldar xərclər). Tikintidə, başqa müəssisələrdə olduğu kimi, xərc elementləri tətbiq edilir:
– materiallar;
– əsas əmək haqqı;
– maşın və avadanlıqların istismarı xərcləri;
– üstəlik xərclər və s.
Tikinti təşkilatlarının dövriyyə vəsaitləri dövriyyə istehsal fondları və tədavül fondlarına bölünür. Istehsal fondlarına daxildir: ehtiyatlar (tikinti materialları, konstruktor hissələri) və gələcək dövrlərin xərcləri. Tədavül fondları pul vəsaitləri və hesablaşmalarda olan vəsaitlərdən ibarətdir. Tikinti təşkilatlarında dövriyyə vəsaitlərinin tərkibi əsaslı tikintinin texnikiiqtisadi xüsusiyyətlərinə əsaslanır və onda, yəni dövriyyə vəsaitlərinin tərkibində hazır məhsullar və bitməmiş istehsal yoxdur. Tikinti təşiklatlarının dövriyyə vəsaitləri üçün xarakterik cəhət dövriyyə müddətinin uzunluğudur. Hazır obyekt sifarişçiyə təhvil verilən vaxt dövriyyə başa çatmış olur.
Başqa təşkilatlarda olduğu kimi, tikintidə də dövriyyə vəsaitləri üç metodla normalaşdırılır: 1. Hesablama-analitik (pacrmno – analumureskoro); 2. Əmsal; 3. Birbaşa hesablama metodu (dövriyyə vəsaitlərinin bir günə düşən xərci müəyyən edilir, sonra bu rəqəm ehtiyat günlərin sayına, yaxud faizə vurulur). Tikinti təşkilatlarında dövriyyə vəsaitlərinin normalaşdırılmasında fəaliyyətin xüsusiyyətinə uyğun xüsusiyyətlər vardır. Belə ki, dövriyyə vəsaitlərinin normativi cari ildə dövriyyə vəsaitlərinin orta normaları, planlaşdırılan ildə tikinti-quraşdırma işlərinin həcminin artımı, dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi tədbirlərinə əsasən müəyyən edilir. Dövriyyə vəsaitlərinin norması tikinti-quraşdırma işlərinin illik həcminə görə faizlə müəyyən edilir. Tikintidə dövriyyə vəsaitlərinin formalaşdırılmasının mənbələri: – xüsusi (istifadə edilməyən mənfəət); –cəlb edilən vəsaitlər (kreditor borcları – bank tərəfindən kreditləş-dirilməyən əmtəə-material qiymətlilərə görə malsatanlara borclar); – borc vəsaiti (məqsədli qısamüddətli kreditlər). Podrat təşkilatların pul gəlirlərinə daxildir:
1. Il ərzində yerinə yetirilən və sifarişçiyə təhvil verilən tikinti-quraşdırma işlərinin smeta dəyəri;
2. Xüsusi kapital qoyuluşunun smeta dəyəri (xüsusi tikinti);
3. Podrat təşkilatın smeta dəyərindən artıq aldığı məbləğ;
4. Yardımçı müəssisələrin kənara satışından pul gəlirləri. Hazır tikinti üzrə pul gəlirləri bərabərdir tikinti-quraşdırma işlərinin həcmi üstəgəl planlaşdırılan ilin əvvəlinə başa çatmamış tikinti çıxaq planlaşdırılan ilin axırına başa çatmamış tikintilərin dəyəri. Tikintidə maliyyə nəticəsi yerinə yetirilən tikinti-quraşdırma işlərinin təhvil verilməsindən, əsas vəsaitlərin satışından və satışdankənar gəlirlərdən xərcləri çıxmaqla müəyyən edilir. Əsas vəsaitlərin satışından mənfəət (qeyri-maddi aktivlər) satış qiyməti ilə balans dəyəri arasındakı fərq kimi müəyyən edilir. Köməkçi və yardımçı istehsalın məhsullarının satışından mənfəət satış qiymətilə bu məhsulların dəyərindən xərcləri çıxmaqla müəyyən edilir. Tikintidə mənfəət iqtisadiyyatın digər sahələrində olan müəssisələrdəki kimi bölüşdürülür.
Banklar iqtisadiyyatın pul və kredit ehtiyacını ödəyən qurumlardır. Mərkəz bankı pul təklifini iqtisadiyyatın pul tələbinə, iqtisadi və sosial siyasətin hədəflərinə görə ayırmağa çalışır; banklar iqtisadiyyatda gerçəkləşdirilə bilən pul borc verə bilir, fondları ticarət, sənayə və kənd təsərrüfatına, tikinti və s. kimi sektorlara kredit formasında dağıdaraq bir qrup iqtisadi vahidlərin likvid çoxluğu ilə, digərlərinin likvid ehtiyaclarının ödənilməsinə yığım edilən pulların bazara axmasını saxlamaq şərti ilə iqtisadi fəaliyyətlərin davamlılığına və genişlənməsinə xidmət edirlər. Bank—fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşmakassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Yəni, banklar iqtisadi vahidlərin məlum bir müddət xərcləmədikləri pulları əmanət formasında toplayaraq və başqa formalarda borc alaraq saxladıqları borcu verə bilər. Fondları kredit vermək, qiymətli kağızlar satın almaq, müxtəlif əməliyyatlarda iştirak etməklə işlədirlər, pul yaradaraq iqtisadiyyatın pul tələbinin (likvid ehtiyacının) önəmli bir bölümünü ödəyir, ödəmələrə vasitəçi olmaq, pul həvalə etmək, sənəd qəbul etmək, kassa icarələmək kimi təklif edirlər. Günümüzdə krdit alqı-satqısı böyük bir əhəmiyyətə malikdir. Malları istehsal edən, malların topdan və pərakəndə satışını həyata keçirən bir yerdən digər yerə daşınmasını saxlayan firma və şirkətlər arasında, bunlarla ev idarələri arasında çeşidli formalarda kredit verilir, kredit alınır. Toplum içində alınan və verilən kreditlərin önəmli bir bölümünə banklar vasitəçi olurlar. Çünki kredit zəmanətə və etimada əsaslanır. Banklar kredit tələb edənlərin kreditlərini ölçmək, verdikləri kreditlərin vaxtında qaytarılmasını zəmanəti altına salmaq şərti ilə bu etimadı saxlayarlar. Həqiqətən, banklar hər şeydən öncə kredit alış-verişinin əsası olan girovu saxlayan qurumlardır.Toplum içində pulu olub borc verməyə hazır kimsələr və kredit axtaranların sayı sonsuzdur. Ancaq bunların arasında bir kredit alış-verişinin meydana gəlməsi üçün borc alana ətimad əsas şərtdir. Bank kredit almaq istəyəndə alınan kreditləri ölçmək və verdiyi krediti zəmanət altına almaq üçün gərəkli texniki alətlərə malikdir. Banklar kiçik, orta, böyük borc verə bilən fondları toplayaraq böyük fondların yığımına xidmət edirlər. Bununla müasir böyük şirkətlərin və dövlətlərin kredit tələblərini ödəmək imkanına sahibdirlər. əgər banklar olmasa idi müasir iri şirkətlərin və dövlətin böyük həcmdəki kredit tələblərini ödəyə bilmək üçün yüzlərlə əmanət sahibinə müraciət edilməsi gərəkərdi. Avropa birliyi ölkələrinin ədəbiyyatlarında banklar - xalqın əmanətlərini və ya da geri ödənməsi gərəkli pulları qəbul etmə və öz hesabına kreditlər açan qurumlar kimi səciyyələndirilir. Iqtisadi anlamda bank anlayışı iqtisadiyyata (banknot və qeydiyyatlı pul kimi) ödəmə vasitələri saxlayan, nağd sərmayə və sərmayə təmsil edən xalqlarla (daşınar dəyərlərlə) ilgili ticarət əlaqələrini davamlı olaraq aparan qurumlardır. Türkiyənin banklar haqqında qanununda haqsız olaraq bank kəlməsini ünvanında işlədənlər cəzalandırılır və iş yerləri keçici və ya davamlı olaraq bağlanılır, elan və reklamları dayandırılır. Isveçrə qanunlarında da reklamlarında haqsız yerə bank kəlməsinin istifadəsinə görə cəza nəzərdə tutulur. Dünya üzrə ən yeni müasir bankçılıq qanunu sayıla bilən Avropa birliyinin banklar haqqında qanununda bank əməliyyatları aşağıdakı kimi sıralanmışdır: 1. Əmanət olaraq pulların qəbulu (depozit qəbulu); 2. Başqalarına aid cari hesablar formasında nağdsız ödəmə işlərinin aparılması; 3. Kredit əməliyyatı; 4. Çek və veksellərin satın alınması, özəlliklə veksellərin diskontosu; 5. Valyuta əməliyyatları; 6. Qaranti əməliyyatı; 7. Qiymətli kağız əməliyyatları; 8. İnvestisiya əməliyyatı; 9. Faktorinq əməliyyatı; Bank əməliyyatlarının klassik bölgüsü balansa görə aparılır. Buna görə bank əməliyyatarı bank balansının aktiv ya da cədvəlində yer almasına görə fərqləndirilir. Bank balansının öhdəliklər və kapital tərəfində bankların öz və cəlb etdikləri vəsaitləri yer alır. Məcmu kapitalın strukturuna birinci (I) dərəcəli və ikinci (II) dərəcəli kapital daxildir. birinci (I) dərəcəli kapitalın strukturuna daxildir: nizamnamə kapitalı, səhmlərin emissiyasından əlavə vəsait, bölüşdürülməmiş xalis mənfəət. ikinci (II) dərəcəli kapitalın strukturuna daxildir: cari ilin mənfəət, ümumi ehtiyatlar, kapitalın digər vəsaitləri, məcmu kapitaldan tutulmalar. Bankların aktivlərində kreditlər və likvid dəyərlər ən önəmli payı təşkil edir. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər. Depozit əməliyyatları yalnız banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilə bilər. Bu Qanunun 3.4-cü və 42-ci maddələri istisna olmaqla, digər müddəaları «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericiliyə müvafiq olaraq, lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur. Bank olmayan kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan qanunvericilik və Mərkəzi Bankın normativ xarakterli aktları ilə həyata keçirilir. Bank olmayan kredit təşkilatlarına rəhbərlik edən işçilərin peşə ixtisasına və təcrübəsinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər. Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər: 1. tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi; 2. kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri; 3. fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması; 4. klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi; 5. ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması; 6. öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikatlarının), xarici valyutanın, qiymətli metalların və qiymətli daşların , valyuta və faiz vasitələrinin, səhmlərin və digər qiymətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair sazişlərin, fyuçerslərin, opsionların və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və satılması; 7. qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi; 8. öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması; 9. qiymətli kağızlar bazarında peşəkar fəaliyyət; 10. maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi; 11. kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi; 12. sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq); 13. qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi. heç bir bank topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz.
Bankların fəaliyyəti sənaye, aqrar, tikinti və nəqliyyat müəssisələrindən çox fərqlidir. Bunu aşağıdakı şəkildə sıralaya bilərik: 1) quruluş yönündən bankların fəaliyyət göstərməsi üçün digər kommersiya şirkətlərindən fərqliliyi onların lisenziyalarının Mərkəzi Bankdan alınması şərtidir; 2) bankın qurucularının şəxsiyyətləri, vicdan və xarakterləri özəl bir araşdırma mövzusudur; 3) öz kapital və cəlb edilmiş sərmayə nisbəti çox fərqlidir. Ümumiyyətlə banklarda borc vəsaiti öz sərmayəyə nisbətən çoxdur. Lakin, bu çoxluq hududsuz deyil, qanunla tənzimlənir; 4) banklar mal deyil, satınalma gücü istehsal edir. Bankçılıq pul ticarəti deməkdir. Bir tərəfdən ucuz faizlə aldığı pulları, digər tərəfdən nisbətən daha yüksək faizlə satmaq nəticəsində mənfəət əldə etməyə çalışır. 5) banklar digər müəssisələrdən fərqli olaraq, rentabellik likvidlik və riskin bölüşdürülməsi prinsiplərinə çox bağlıdırlar. Banklar mümkün olduğu qədər ucuz bir faizlə, hətta yerinə görə faizsiz təmin edərək, ən yüksək faizlə ehtiyacı olan iqtisadi vahidlərə borc olaraq vəsait verir. Bu borc müəyyən bir təminata bağlı olaraq verilir. Bu təminat maddi olduğu kimi şəxsin etibarına görə də müəyyən edilə bilər. Banklar əlindəki pulu mümkün olduğu qədər çox fiziki və hüquqi şəxslərə paylamaq üçün kassasındakı aktivlərinin müəyyən bir hissəsini nağd pul şəklində saxlayır; 6) dövlət orqanları tərəfindən çox ciddi nəzarət altındadırlar; 7) qanun, banklara kassalarında borclarına qarşı hər an likvid varlıqların nisbətini təsbit etdiyi halda, digər müəssisələrdə belə bir məcburiyyət yoxdur; 8) banklar pul yaratmaqla tədavüldə pulun miqdarına təsir edərək qiymət mexanizminə təsir edə bilir, lakin digər müəssisələrin belə bir təsir etmə imkanları mümkün deyildir; 9) bankların quruluş sərmayələrinin böyük olması tələb edilir. Hazırda, Azərbaycanda yeni bank açmaq üçün 10 milyon manat tələb edilir; 10) Bankların iflası zamanı dövlət tərəfindən lazımi tədbirlər və proqramlar hazırlanır.
Bankçılığın təməl prinsipi aşağıdakılardır: likvidlik, təhlükəsizlik və mənfəət. Bankçılıqda likvidlik bir bankın minimum zərər ilə, ola biləcək əmanət çəkimlərini ödəyəbilmə və eyni anda bazarın kredit ehtiyacını qarşıyabilmə gücüdür. Bankçılıqda təhlükəsizlik, öz sərmayənin yetərli və aktivlərinin keyfiyyətli olması şəklində iki tərəflidir. Bank kapitalının yetərli olması əmanətçilərin banka olan güvənini, bankın kredit müştərisinin keyfiyyəti isə bankın təhlükəsizliyini təmin edir. Bu səbəblə, finans sisteminin mərkəzində kredit həcmini, yığım miqdarını, qiymətli kağız qiymətini müəyyən edən və bunların fəaliyyətinə tənzimliyən finans bazarı mövcuddur. Bankların mənfəəti, kredit müştərisindən aldığı faiz ilə əmanətçiyə ödədiyi faiz arasındakı fərqdir. Bazar prinsipləri çərçivəsində fəaliyyət göstərən və biznes quruluşu olan bankların ən son məqsədləri, təhlükəsizlik və likvidliyi arasında optimallığı təmin edərək bankın mənfəətini maksimizə etməkdir. Ancaq bu üç prinsipin bir biri ilə asanca uyğunlaşmamağı da bir həqiqətdir. Bankın təşkilat strukturu onun böyüklüyü ilə, təklif edilən xidmətlərin çeşidliliyi və şəxsi heyətin nüfuz dərəcəsi ilə yaxından bağlıdır. Kiçik sərmayəli bankların təməl fünksiyaları kreditlər və müştəri xidmətləridir. Bunun həcmi artdıqca ixtisaslaşma və verdiyi kreditlərin çeşidi də artar (kommersiya, istehlak, inşaat kreditləri kimi) və eyni zamanda, müştəri xidmətləri çoxalar. Banklar faiz və komisyon formasında təşkil edilən gəlirlərini artıra bilmək üçün təklif etdikləri xidmətlərin çeşidlərini çoxaldırlar. Bankların məhsul birləşimini üç təməl qrupa ayıra bilərik: kreditlər; əmanətə yönəlik xidmətlər; investisiya (pul bazarı alətləri). Müştəri qrupları -müştəri bazarları istehlakçılar (pərakəndə bankçılıq, digər banklar (müxbir bankçılıq) rəsmi müştərilər və qurumlardan (topdansatış bankçılıq) ibarətdir.
Banklar ən əsas kredit, əmanət və ödənişlərə aid geniş xidmətlər spektrini təklif edən və iqtisadiyyatda istənilən müəssisəyə çeşidli maliyyə xidmətlərini göstərən kredit təşkilatlarıdır. Əmanət funksiyası. Hər bir bank aktiv əməliyyatları (kredit qoyuluşu qiymətli kağızlar alqısı və s.) həyata keçirmək üçün öz kapitalı ilə yanaşı (nizamnamə, ehtiyat fondu, bölüşdürülməmiş mənfəət) bank öhdəliklərinin əsas hissəsini təşkil edən əmanət cəlbi ilə də məşğul olur. Geniş mənada əmanətlərə müştərilərin banka müəyyən müddətə daha yüksək faizlə qoyduqları pul vəsaitləri ilə yanaşı fiziki və hüquqi şəxsləriı cari hesablarında olan resurslar da aiddir. Müxtəlif subyektlər gələcəkdə dövrün xərcləri üçün qazancları akumulyasiya edir və bu da bankın əmanət yığma imkanlarını artırır. Banklar əhalinin sıx məskunlaşdığı yaşayış və iş yerlərində şöbələr, hesablaşmaları asanlaşdıran plastik kartlar vasitəsilə sərbəst pul vəsaitlərini toplayıb əmanət bazasını genişləndirir. Kredit funksiyası. Banklar yığdıqları vəsaitə görə müəyyən haqq verir və ya məsrəfləri ödəyir. Bu xərcləri üstələmək və mənfəət qazanınaq üçün banklar istehsal, ticarət sahələrinə kredit verir. Əmanət və kredit funksiyası ilə banklar iqtisadiyyatda vasitəçi rolunu oynayaraq qənaətli təsərrüfatdan defisitli təsərrüfata pulu öz zəmanəti ilə ötürür. Köçürmə və hesablaşmalar funksiyası. Hər bir müəssisənin bank hesabı var. Onun vasitəsilə o, ödənişlərini aparır və başqa subyektlərdən ödənişləri qəbul edir. Hesablaşmaların nağdsız formasının banklar vasitəsilə təhlükəsiz, operativ və ucuz və bu əməliyyatların bankdan kənarda mümkün olmadığı üçün bankların vacib funksiya olaraq qəbul edilir. Nağd vəsaitlərin idarə edilməsi. Bank müəssisələrin ödənişlərinin inkassasiyasını və məxrəcinin aparılmasını öz üzərinə götürür. Artıq nağdi hissəsini isə qısamüddətli qiymətli kağızlara qoyur. Müştəriyə nağdiyyə lazım olduqda isə əks əməliyyat keçirilir. Son vaxtlaradək hüquqi şəxslərin nağdiyyəsi idarə olunurdusa, indi fiziki şəxslərlə də analoji əməliyyatlar aparılır. Trast funksiyası. Banklar müəyyən haqda şəxslərin (personal trast xidmətləri) və müəssisələrin mülkiyyəti (kommersiya və qeyri-kommersiya trast xidmətləri) və maliyyə resurslarını idarə edir. Bank investoru və ya anderayter. Anderaytinq qiymətli kağızın emitentdən alınması və mənfəət əldə edilməsi məqsədilə başqasına satılması deməkdir. Bu əməliyyat ənənəvi bank xidmətlərindən risklidir. Buna görə 1933-ci ildə ABŞ konqresi banklara eyni vaxtda investisiya və kommersiya əməliyyatları ilə məşğul olmağı qadağan etdi. Sonralar isə firmalar bank kreditləşməsindənsə, öz qiymətli kağızlarını emissiya edib yerləşdirməyi üstün tutdular. Banklar köhnə müştərilərini qaytarmaq üçün investisiya əməliyyatları ilə məşğul olmaq zərurətini aydınlaşdırdı. Bu xidmət iri müəssisələrin birləşməsi, özəlləşmə proseslərinin sürətlənməsi nəticəsində artmağa meyl etdi. Broker funksiyası. Banklar müştərilərinə broker xidmətini göstərərək dilerlərə müraciət etmədən səhm, istiqraz və sair qiymətli kağızları almaq imkanını verir. Banklar daşınınaz əmlaka broker əməliyyatlarını apararaq yaşayış və kommersiya tikililərini satıb sonradan onları maliyyələşdirir. Banklar broker firmaları ilə müqavilə bağlayaraq öz təşkilatlarında broker büroları yaradır. Bununla brokerlər bank müştərilərinə, banklar isə brokerlərin biznes dairəsinə yaxınlaşır. Yaşayış yerini dəyişən insanlar «öz bankını» tapmamış, ev və kommersiya tikilisi axtararaq brokerə müraciət edir. O isə öz növbəsində müştərini banka səmtləndirir. Birbaşa faiz dərəcələri ilə əlaqədar olmayan brokerlər bankların partnyoruna çevrilir. Eləcə də banklar artıq bu əməliyyatlar üzrə ixtisaslaşmış broker firmalarını alır. Bankların inkişafinda bu istiqamət də əhəmiyyətli sayılır. İnvestisiya planlaşdırma funksiyası. Banklar müştəriləri üçün investisiya layihələrini planlaşdırır. Banklar daim iqtisadi cəmiyyətdə gedən prosesləri təhlil obyektində saxlamalı və güclü maliyyə-hüquqi ekspertlər ilə müştərilərinə professional planlaşdırma xidməti göstərməlidirlər. Kredit pullarının emissiyası. Banklar depozit-kredit emissiyasını həyata keçirərək dövriyyədəki pul kütləsini artırır. Müştəriyə verilmiş kredit onun tələb edilənədək hesabına yazılaraq bankın öhdəliyini artırır. Hesabın sahibi vəsaiti nağdlaşdıraraq dövriyyədəki nağd pul kütləsini artıra bilər. Amma iqtisadiyyat müəyyən həcmli pul kütləsi tələb etdiyindən bankların bu funksiyası mərkəzi banklar tərəfindən ya məhdudlaşdırılır, ya da stimullaşdırılır. Məsləhət xidməti. Ənənəvi olaraq müştərilər banklara müraciət edərək kreditin, əmanətin, investisiyaların optimal istifadəsini onlarla müzakirə edir. Banklar vergi deklarasiyalarını və biznesplanları tərtib etməkdən tutmuş daxili və xarici bazarlarda marketinq araşdırmaları, mal və xidmətlərin bazarda irəliləməsi barədə məsləhətlər verir. Banklar hesablaşma əməliyyatı, əmanət qoy- 202 anların, kredit götürmək istəyənlərin arasında vasitəçi olaraq külli miqdarda informasiyanı təhlil edir. Məhz bu qabiliyyət göstərilən fimksiyanı daşımaqda bankları başqa uyğun subyektlərdən fərqləndirir. Dəyərli əşyaların saxlanması. Qədimdən bankların əsas xidmət növlərindən biri də dəyərli əşyaların saxlanmasıdır. Zinət əşyaları, sənədlər və s. şəxsi ləvazimatlar yanmayan seyflərdə qorunur. Bankın mühafizəsi müştərilərin rahat dincəlmə ehtimalını artırır. Valyuta mübadiləsi. Bu xidmət növü də bank təkamülündə əhəmiyyətli rol oynamışdır. Bu gün dünya maliyyə bazarının riskli olması bu əməliyyatların geniş mənada iri banklar tərəfindən aparılmasına gətirib çıxarıb. Buna səbəb vəsaitin likvidliyi problemi və zəngin təcrübənin vacibliyidir. Geniş mənada aparılan bu əməliyyatlar dilinq adlandırılır. Lizinq xidməti. Banklar müştərilərinə avadanlıq almaq üçün kredit əvəzinə lizinq təklif edir. Yəni bank öz vəsaiti olaraq onu icarəyə verir. Lizinq ödənişləri tam ödənildikdən sonra avadanlıq ya bankın, ya da müştərinin sərəncamında qalır. Vençur kapitalının təklifi. Banklar getdikcə riskli sahələrin finansmanına vəsait ayırır. Vençur kapitalı əsasən yüksək texnologiyalar siyahısma aid layihələrdir ki, ənənəvilikdən uzaq iflasa uğramaq ehtimalı çox olan, lakin yüksək gəlir də gətirə bilən biznes-planlar əsasında həyata keçirilir. Pensiya təminatı. Banklar pensiya fondlarının maraq dairəsinə daxil olaraq vətəndaşların qocalığının təmini ilə məşğul olur. Bu, bilavasitə şəxslərlə, ya da müəssisələrlə bağlanan müqavilə əsasında olur. Daxil olan vəsait akumulyasiya edilərək investisiyalara yönəldilir. Vətəndaşlar təqaüd yaşına çatdıqda və ya onlar əmək qabiliyyətini itirdikdə ödənişlər başlanır. Bu resurslar uzunmüddətli vəsait kimi bankların investisiya fəaliyyətində mühüm rol oynayır. Banklar haqqında Azərbaycan Respublikasının Qanununun (4 mart 2005-ci il, 6 mart 2007- ci il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 iyun 2009-cu il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə) 2.1. maddəsində deyilir: Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu (17 aprel 2007-ci il, 9 oktyabr 2007-ci il, 6 noyabr 2007-ci il, 26 may 2009-cu il, 19 iyun 2009-cu il və 30 iyun 2009-cu il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir. Mərkəzi Bank dövlətin mərkəzi bankıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə müvafiq olaraq, Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən, Mərkəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz. Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir. Mərkəzi Bankın Azərbaycan Respublikası Prezidenti qarşısında hesabatlığı aşağıdakılardan ibarətdir: 1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə müvafiq olaraq, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən; 2. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə müvafiq olaraq, Mərkəzi Bankın İdarə Heyəti sədrinin – Mərkəzi Bankın sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən; 3. Qanunun 58-ci maddəsinə müvafiq olaraq, Mərkəzi Bankın fəaliyyətinin yoxlanılması üçün auditorun təyin edilməsindən və zəruri hallarda, auditor yoxlamasının növbədənkənar qaydada keçirilməsindən; 4. Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş ilin yekunları üzrə maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabatın Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi. Büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir. Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. Mərkəzi Bank Azərbaycan dövlətinin bankıdır. Mərkəzi Bank Azərbaycan dövlətinin maliyyə agenti kimi çıxış edə bilər. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Banklar haqqında, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikası qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq, qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən, kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. 67 Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır. Banklar haqqında Azərbaycan Respublikasının Qanunu (4 mart 2005-ci il, 6 mart 2007-ci il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 iyun 2009-cu il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə) Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir. Bank-fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən istifadəsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edir. Bank olmayan kredit təşkilatı xüsusi razılıq əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər. Depozit əməliyyatları yalnız banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilə bilər. Bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər. Banklar məcmu kapitalını və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, mühasibat sənədlərini və digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər.
Yüklə 68,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə