Qrup №223. 18 Kurs iŞİ Fənn



Yüklə 205,21 Kb.
səhifə2/3
tarix01.01.2022
ölçüsü205,21 Kb.
#50493
1   2   3
cavidhaziyev.prosesler

işlənmə zamanı yataqların həcminin dəyişməsi

1 - qaz; VNK başlanğıcının sərhədində 2 möhürləyici təbəqə; STC durum: STC N ah - ilkin, STC tsk - Cari, STC üçün - son.

Qravitasiya rejimi. Bu rejimli yataqlarda nefti quyudibinə hərəkət etdirən amil onun özünün ağırlıq qüvvəsidir. Belə rejimlər sərbəst formada (az dərinliklərdə yatan laylarda) və süni (texnoloji) dəyişmələr nəticəsində - işlənilmə prosesində neftdə həll olmuş qaz rejiminin tükənən anlarında yaranır. Bu rejimdə neft layın yuxarı hissələrindən aşağılara doğru axır. Odur ki, aşağı hipsometrik dərinliklərdə yerləşən quyuların hasilatı yuxarı hissələrdəki (məsələn, tağ hissələrində) quyuların hasilatından çox olur. Qeyd etmək lazımdır ki, qravitasiya rejimi ilə səciyyələnən yataqların işlənilmə intensivliyi zəif olur. Belə rejimli yataqlarda son neftvermə əmsalı 0,10-0,20 təşkil edir.

Bu rejimli yataqlarda nefti quyu dibinə hərəkət etdirən qüvvə neftin ağırlıq qüvvəsidir. Kiçik neftvermə ilə səciyyələnir (0,2 –ə qədər). Rejim üçün xarakterik xüsusiyyətlər aşağıdakılardır:

- laydan çıxarılan nefti əvəz edən maye laya daxil olmur;

- lay təzyiqi kəskin düşür;

- SNK dəyişmir;

- son neftvermə əmsalı 0,1-0,2 –ə bərabərdir;-
yatağın işlənilməsində mərhələlər tam olmur.

Yataqların əsas enerjisini neftdə həll olmuş qaz təşkil edir. Nefti quyu dibinə hərəkət etdirən qüvvə lay təzyiqinin düşməsi ilə əlaqədar qaz qabarcıqlarının genişlənməsidir. Kontur sularının hərəkəti zəif olduğundan SNK işlənilmənin sonunadək dəyişmir və yatağın həcmi sabit qalır. Aşağıdakı xüsusiyyətlərə malikdir:

- yatağa kənardan maye daxil olmur;

- lay təzyiqi kəskin azalır;

- SNK dəyişmir;

- qaz amili informativ göstəricidir;

- izobar xəritəsi mütəmadi olaraq qurulmalıdır;

- son neftvermə əmsalı 0,2-0,3 arasında dəyişir;

- yatağın işlənilməsində II mərhələ çox az müddəti əhatə edir, bəzən isə heç olmur.

Bu rejimli yataqlarda quyuların hasilatı və lay təzyiqi getdikcə aşağı düşür. İşlənilmənin ilk dövründə qaz amilinin qiyməti müəyyən səviyyəyə qədər artır, sonra isə yatağın enerjisi tükəndikcə azalmağa başlayır. Lay təzyiqinin düşməsi ilə əlaqədar olaraq sərbəst qazın ayrılması neft üçün faza keçiriciliyinin xeyli azalmasına səbəb olur. Buna görə də digər rejimlərlə müqayisədə burada neftvermə az olur. Yataq subasqı və ya qazbasqı rejimləri ilə istismar edildikdə belə, yatağın ayrı-ayrı hissələrində həll olmuş qaz rejimi təzahür edə bilər. Əgər layın hər hansı bir hissəsində lay təzyiqi neftin qazla doyma təzyiqindən çox olarsa, bu zaman layın həmin hissəsində neftdə həll olmuş qaz rejimi olacaqdır.

4.


Yüklə 205,21 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin