Qönçə Ramil qızı Ələkbərova/ Azərbaycan, Bakı



Yüklə 20,06 Kb.
tarix17.06.2023
ölçüsü20,06 Kb.
#131661
CRISPR texnologiyasi


Qönçə Ramil qızı Ələkbərova/ Azərbaycan, Bakı/
qoncealekber@gmail.com, +994509718159

CRISPR-Cas9 texnologiyası:lehinə və eleyhinə


Key words: gene engineering, CRİSPR/Cas9, gene, technology, ethics, genom, in vivo, gene diseases.
Açar sözlər: gen mühəndisliyi, CRİSPR/Cas9, gen, texnologiya, etika, genom, in vivo, genetik xəstəliklər
Gen mühəndisliyinin başlanğıcından bəri hədəf orqanizmin spesifik genetik sahəsini dəyişdirən metodologiyalar maraqla araşdırıldı. Əvvəlcə, genomu redaktə etmək və ya dəyişdirmək üçün istifadə edilən üsullar, nukleaza texnologiyaları, hədəf endonukleazalar və müəyyən kimyəvi üsullar müəyyən edildi. Daha sonar meqanukleaza, transkripsiya aktivatora bənzər effektor nukleazalar (TALENs) və sink-barmaq nukleazalar (ZFN) kimi molekulyar genom modifikasiya texnologiyaları ortaya çıxdı. Son olaraq CRİSPR/Cas9 texnologiyasının kəşfi ilə daha səmərəli, çevik olması müxtəlif sahələr üzrə tətbiqi təmin edərək gen mühənsdiliyində inqilab yaratdı.
Son on ildə prokariotik immun sistemi CRİSPR/Cas9 (qruplaşan müntəzəm aralıqlara ayrılmış qısa palindromik təkrarlar) elmi cəmiyyətdə yalnız özünəməxsus adaptiv təbiətinə görə deyil, həm də terapevtik potensialına görə diqqəti artırdı. CRSİPR, bakteriyaların patogen DNT-yə qarşı immun reaksiyasında həlledici rol oynayır. Bakteriya viral DNT-ni müəyyən etdikdə, guideRNA (bələdçi RNT) adlı iki qısa RNT ardıcıllığı meydana gətirir və Cas9 (CRİSPR ilə əlaqəli protein 9) adlanan endonukleaza fermenti ilə birlikdə kompleks formalaşır.Cas9 texnologiyası, endonukleaza Cas9 və bələdçi RNT (sgRNA) vasitəsilə genomun istənilən bölgəsində ikiqat zəncir qırılmalarının meydana gəlməsini kataliz edir. (Jinek, M. et al./ 2012:816–821)
Çoxsaylı tədqiqatlar adaptiv prokariotik immunitet sisteminin-CRİSPR lokusunu əsas genetik və biokimyəvi proseslərinə işıq tutdu və bununla da müasir tibbdəki potensialını ortaya qoydu. “Emmanuel Şarpentier və Cenifer Doudna CRİSPR/Cas9 texnologiyasını kəşf etdiklərinə görə 2020-ci il Kimya Nobel mükafatına layiq görüldükdən sonra bu texnologiyanın potensial məhdudiyyətləri ətrafında ortaya çıxan bir sıra suallar yarandı. CRİSPR texnologiyası ilə bağlı ən böyük müzakirələrdən biri, insan embrionlarındakı mümkün tətbiqlərdən qaynaqlanır. Bu mübahisələr CRİSPR-in özü ilə deyil, əksinə insan embrionunun mənəvi vəziyyəti ilə bağlı müzakirələr ilə bağlıdır. Bu mövzuda bəzi ədəbiyyatlarda 14 gündən sonra insan embrionu üzərində təcrübə aparmaq üçün qəbuledilməz olduğu iddia edilsə də, fərqli ölkələrdə fərqli tətbiqetmələrin olduğu da məlumdur. Bir qrup elm adamı, insan hüceyrələrindən təcrübi məqsədlər üçün istifadə edilərkən insan embrionuna ruhsuz bir cisim kimi baxmağın mənəvi və etik baxımdan qəbuledilməz olduğunu söylədilər. Çünki embrion genetik cəhətdən fərdləşdirilmiş bir məxluqdur və ona təcrübə materialı kimi baxılması qəbuledilməzdir. Əks görüşün tərəfdarları, insan hüceyrələrini və embrionu insanlara böyük xoşbəxtlik qazandıracaq əməliyyatlar üçün istifadə etməyin əxlaqi və etik baxımdan yanlış olmadığını iddia edirlər. (Don’t edit the human germ line/ Nature/ 2015:410–411)
2018-ci ilin Noyabr ayında biofizik He Jiankui, YouTube platformasından genetik cəhətdən dəyişdirilmiş iki körpənin “Lulu və Nana adlı gözəl Çinli qızların dünyaya digər körpələr qədər sağlam ağlayaraq gəldiklərini” açıqladı. Çinli alim, insan embrionlarının DNT-sini dəyişdirmək üçün CRİSPR/Cas9 texnologiyasından istifadə etdi və hamiləlik üçün implantasiya etmişdir. Çinli “CRİSPR körpələri” xəbəri bütün dünyaya şok dalğası yaratdı. Çinli tədqiqatçıya üç il həbs cəzası və ‘qanunsuz tibbi praktikaya görə’ 3 milyon Yuan (345.000 funt) pul cəzası verildi. Əməkdaşlar Zhang Renli və Qin Jinzhou daha az həbs cəzası və cərimə aldılar. (Ethico-legal aspects of CRISPR Cas-9 genome editing: A balanced approach/Bangladesh Journal of Medical Science/2020:11-16)
İnsan genomunun uğurlu düzəlişinin bioetik məsələlərindən biri də, terapevtik olmayan dəyişikliklər üçün istifadəsidir. Bu cür istifadə arzu olunan insan növünün çoxalması (yevgenikası) və kainatdakı mövqeyi ilə bağlı yeni suallar doğuracaq. Məsələn, bir tədiqatda siçovulların xəz rəngi genomun düzəldilməsi ilə uğurla dəyişdirildi.Gələcəkdə insanların dəri rənginin dəyişməsi mümkündür. Başqa bir bioetik dilemma, genom modifikasiyasının xərcidir. Genom redaktəsi bahalı bir texnologiyadır. Zəngin ölkələrdəki ailələr bu xərci ödəmək gücünə sahib ola bilsə də, inkişaf etməkdə olan ölkələrdəki ailələr ödəməyə bilər. Bu vəziyyət inkişaf etmiş ölkələrdə doğulan uşaqların, digər ölkələrdəki uşaqlarla müqayisədə zəka və fiziki vəziyyət kimi müxtəlif xüsusiyyətlərə görə haqsız üstünlük qazanmasına səbəb ola bilər. (Ethico-legal aspects of CRISPR Cas-9 genome editing: A balanced approach/Bangladesh Journal of Medical Science/2020:11-16)
Bir çox ölkə insan genomuna modifikasiyası qadağan edilmişdir. 2014-cü ildə nəşr olunan bir araşdırmada, Yaponiyanın Hokkaydo Universitetindən Motoko Araki və Tetsuya Ishii 39 ölkədəki genom redaktəsi ilə qaydalara baxdılar və onlardan 29-unun bu cür tədqiqatların qadağan olunduğunu aşkar etdilər. Bunlardan 25-i qanuni məcburi qadağalar var. Çinin də daxil olmaqla,digər dörd ölkədə tədqiqatları qadağan edən təlimatlar var idi, amma tam olaraq icra olunmurlar. 10 ölkədə qaydalar “birmənalı deyildi”. (Don’t edit the human germ line/ Nature/ 2015:410–411)
CRİSPR-in necə işlədiyini və elmi dünyanın bu inqilaba necə reaksiya verdiyini daha əhatəli bilməsək, yalan informasiya yaratmaq çox asandır. Səbəbsiz qorxu və şübhə hakim olarsa, elm adamları genetik xəstəliklərin müalicəsi üçün araşdırma aparmaqda daha çox çətinlik çəkəcəklər. Sorğu göstərir ki, elmi tədqiqatları anlamağa cəmiyyət hələ hazır deyil. Hansı sahələrdə istifadəsinə icazə veriləcəyi hələ dəqiqləşdirilməyib. Bir kompüter kimi, bu texnologiyadan istifadənin müsbət və mənfi bir potensialı var, vacib olanı necə istifadə etdiyimizdir.
Nobel mükafatı laureatı fizik Richard Feynman’ın dediyi kimi elm bizə “cənnət” açarını verir, amma eyni açar “cəhənnəm” in qapısını açır.
Jinek, M. et al. A programmable dual-RNA–guided DNA endonuclease in adaptive bacterial immunity. Science. 2012, p.816–821.
Edward Lanphier, Fyodor Urnov, Sarah Ehlen Haecker, Michael Werner & Joanna Smolenski. Don’t edit the human germ line. Nature. 2015, p.410–411.
Dayan, F. Ethico-legal aspects of CRISPR Cas-9 genome editing: A balanced approach. Bangladesh Journal of Medical Science. 2020, v.19, p.11-16.
Yüklə 20,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin