Qlobal problem anlayış,əsas əlamətləri və onların quruplaşdırılması Problemin mahiyyəti



Yüklə 19,74 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü19,74 Kb.
#38661
  1   2   3   4
movzu1 qlobal problemlerin mahiyyeti


MÖVZU1

Qlobal problem anlayış,əsas əlamətləri və onların quruplaşdırılması

1.Problemin mahiyyəti

Yer kürəsinin hansı tərəfində yeləşməsindən və inkişaf səviyyəsindən asılı olmadan bütün dövlətləri özləriin daxili sosial – iqtisadi inkişafı ilə bağlı məslələrlə yanaşı dünyanın qlobal adlandırılan məsələləri də bu və ya başqa səviyyədə maraqlandırır.Qlobal problemlərə maraqların artmasının obyektiv əsası vardır. İlk növbədə, bu, “qlobal” sininfinə aid edilən problemlərin ümmubəşəriliyi ilə izah edilə bilər.

“Qloballıq” anlayışı özü-özlüyündə çox mürəkkəb və dərin, əhatəli və mahiyyətcə gec dərk edilən anlayışdır.Qlobal sözünü bir adam, bir qrup adam və yaxud bir dövlət hətta dövlət qrupları üçün çox çətin olan, həlli ilk baxışda mümkün olmayan, böhran vəziyyətdə olan halları ifadə etmək üçün işlətmək qəbul olunmuşdur.İlk növbədə dünya iqtisadiyyatı üçün bunun mənasını aydımlaşdırmaq lazımdır. Dünya iqtisadiyyatında işlədilən “qlobal problem” özünün bir neçə əlamətlərinə görə də digər, heç az əhəmiyyətə malik olmayan iqtisadi və sosial problemlərdən fərqlənirlər. Bu əlamətlər hansılardır?Birincisi,onların ümumibəşəri məzmuna malik olmalarıdır. Bu əlamət qlobal problemi bəşəriyyətin gələcəyi ilə formalaşmış sivilizasiyasının saxlanılması və inkişafetdirilməsi amilinə və qarantına çevirir. İkinciəlamət qlobal problemlərin əhalisinin sayından, sosialiqtisadi qurluşundan, iqtisadiyyatınınvəziyyətindən, coğrafi mühitindən, elmi-texniki inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlər üçün səviyyədə universal və kəskin olmalıdır.Qıobal problemlərin üçünçü əlaməti onların kompleksliliyidir. Bu əlamət hər bir problem daxilindətəbii-coğrafi, elmi-texniki, sosial-iqtisadi və siyasi aspektlərin xüsusi qarşılıqlı təsirdə olmasını xarakterizəı edir.Dördüncüəlamət problemlərin dinamik lomasıdır. Bu o deməkdir ki, hər hansı konkret problemlərin digər problemlər daxilində yeri və tutuduğu mövqe

dəyişkəndir.Belə hal ola bilər ki, dünya dövlətlərinin birgə əməkdaşlığı nəticəsində hər hansı bir ixtiyari götürülmüş problemin kəskinliyi azalsın və hətta heçə ensin və yaxud da əksinə, ümumi dil tapmadıqda lap elə xırda görünən problem şaxələnsin və bütün bəşəriyyəti bürüsün. Bu göstərdiyimiz əlamətlər qlobal problemləri digər problemlərdən (bir ölkə və yaxud region üçün aktual olan problemlərdən) fərqləndirən əlamətlərdir. Lakin bu əlamətlər qlobal

problemlərin genezisini başa düşmək üçün kifayət deyildir. Qlobal problemlərin genesizi bilavasitə ayrı-ayrı ölkə, və öıkələr qrupunda baş verən siyasi, sosial-iqtisadi və təbii problemlərlə sıx əlaqədar olan bir perosesdir. Hansı əlamətə malik olmalarında asılı olmayaraq qlobal problemlər spesifik və əlahiddələşmış qrup problemlərdirki, bunların hamısında ümumibəşərilik koloriti birinci yerdə durur.

Beləliklə, qlobal problem elə problemdir ki, o bütün bəşəriyyətin həyatı maraqlarına toxunur və həlli üçün müxtəlif ölkələrin,bütün dünya cəmiyyətlərinin birgə əməkdaşlığını, səyini tələb edir.Qlobal problemlər öz təbiətlərinə görə kompleks xarakterlidirlər, insanı hərtərəfli və dərindən düşündürmək xüsusiyyətlərinə malikdirlər. Həllini təcili tələb problemdirlər.Onların həm beynəlxalq,həm siyasi və həm də sosial-iqtisadi aspektləri vardır.




Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin