Microsoft Word az-avqust doc



Yüklə 254,97 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix25.12.2016
ölçüsü254,97 Kb.
#2862
  1   2   3   4   5   6   7   8   9


 

 

www.erc-az.org

 

Avqust 11/2008 




 

 

www.erc-az.org

 

Avqust 11/2008 

 

Layihələrimiz 

 

İyul ayı üzrə inflyasiya göstəricisi açıqlanıb 

 

Avqust ayının 8-də  İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyət  İnstututu Budapeşt Fondunun 



İnstitusional yardım layihəsi çərçivəsində  həyata keçirdiyi “Alternativ inflyasiya səviyyəsinin 

hesablanması” proqramı üzrə Azərbaycanın 11 regionunda bu ilin iyul ayı  ərzində apardığı 

qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Nəticələrə görə, iyul ayı  ərzində 

Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,72 faiz, Bakıda 0,44 faiz, regionda isə 1,09 faiz 

olub. 

Əmtəə qrupları üzrə  ən yüksək inflyasiya səviyyəsi  ərzaq məhsullarında – 0,91 faiz müşahidə 



olunub. Tədqiqat aparılan dövr ərzində inflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə - 0,67 faiz, 

xidmət üzrə isə 0,29 faiz təşkil edib.  

Mərkəzin hesablamalarına görə, bu ilin 7 ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 

15,58 faiz, bu ilin iyul ayının ötən ilin iyul ayı ilə müqayisəsində illik inflyasiya isə 29,1 faiz qeydə 

alınıb. 

Aparılmış statistik müşahidə nəticəsində məlum olmuşdur ki, bu ilin iyul ayında ən çox bahalaşma 

ərzaq məhsulları üzrə - göyərti  (66,55 faiz), yemiş (56,07 faiz), şəkər (21,77 faiz), çiyələk (14,74 

faiz), yer xiyarı (14,12 faiz), qeyri-ərzaq məhsulları üzrə - giriş üçün mebel (13,25 faiz), 

soyuducular (11,99 faiz), velosipedlər (2,53 faiz),  xidmət üzrə isə - restoran tərəfindən yeməklə 

təmin edilmə xidmətləri (14,94 faiz), otel və mehmanxanalar tərəfindən mənzil xidməti (11,09 faiz) 

üzrə olub. Ən çox ucuzlaşma isə ərzaq məhsulları üzrə - yer pomidoru (14,75 faiz), lumu (11,28 

faiz), təzə kartof (11,03 faiz), şaftalı (6,94 faiz), buğda unu (4,12 faiz) olub.   

 

 



Yüklə 254,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə